Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-21/2023 07.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Maraqlı şəxs qarşı (açar sözlər: barışıq sazişinin təsdiq ediməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Maraqlı şəxs - Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Maraqlı şəxs qarşı “xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq ediməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2-2(117)-49/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. "xxxx" ASC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli 625-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 12500 manat olan kənd təsərrüfatı texnikalarını lizinqə götürmüş, müqaviləyə uyğun cavabdeh tərəfindən ilkin ödəniş edilmiş, qalan məbləği isə müqaviləyə uyğun ödəməyi öhdəsinə götürmüşdür.
2. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığın, damazlıq heyvanların kənd təsərrüfatı istehlakçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.
3. Maraqlı şəxs xx.xx.2018-ci il tarixli 625-GL/18 nömrəli lizinq müqaviləsi üzrə ödənilməmiş borcu qaldığından tərəflər arasında mübahisə yaranmış, mediasiya təşkilatına müraciət edilmiş və xx.xx.2022-ci il tarixdə Bakı şəhərində təşkil edilmiş mediasiya sessiyası nəticəsində 11760 manat gecikdirilmiş borcun və 8490,72 manat cərimə məbləğinin ödənilməsi barədə tələb üzrə tərəflər arasında barışıq sazişi imzalanmışdır.
4. Barışıq sazişinin 1.1-ci bəndinə əsasən, Maraqlı şəxs saziş imzalandıqdan sonra 10 gün müddətində xx.xx.2018-ci il tarixli 625-GL/18 nömrəli müqavilə üzrə yaranmış 11760 manat gecikdirilmiş borcu ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə görə, Aqrar Kredit və İnkişaf Agentliyi müqavilə üzrə saziş imzalandığı günə qədər hesablanmış 8490,72 manat cərimə məbləğinin hesablanmamasına razılıq verir. 1.3-cü bəndinə əsasən, Maraqlı şəxs sazişin 1.1-ci bəndində göstərilən məbləği 10 gün müddətində tam ödəmədiyi təqdirdə Aqrar Kredit və İnkişaf Agentliyi sazişin 1.2-ci bəndində göstərilən şərtləri icra etməməyə haqlıdır. 1.4-cü bəndinə görə, sazişin 1.1-ci bəndində göstərilən hal baş vermədiyi təqdirdə Aqrar Kredit və İnkişaf Agentliyi müqavilə üzrə yaranmış 11760 manat gecikdirilmiş borcun və ona dair hesablanmış 8490,72 manat cərimə məbləğinin dövlət büdcəsinə geri qaytarmaq üçün aidiyyəti məhkəməyə müraciət edir. 2-ci bəndinə əsasən sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. 5-ci bəndinə əsasən saziş əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. 6-cı bəndinə əsasən tərəflər sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə o cümlədən sazişin könüllü icrasından boyun qaçırmağa görə əldən çıxmış fayda istisna olmaqla qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludur. 8-ci bəndinə əsasən sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.
5. Barışıq sazişi tərəflərin, o cümlədən Bakı şəhəri Nəsimi rayonunda fəaliyyət göstərən mediator X1 tərəfindən imzalanmaqla mediatorun möhürü ilə təsdiq edilmişdir.
6. Maraqlı şəxs tərəfindən sazişin şərtləri yerinə yetirilmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli 625-GL/18 nömrəli müqaviləyə əsasən borclu kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Maraqlı şəxs müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə maraqlı şəxsin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022ci il tarixə xx.xx.2018-ci il tarixli 625-GL/18 nömrəli müqavilə üzrə 11760 manat gecikdirilmiş borcu və 8490,72 manat cərimə borcu yaranmışdır.
7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyası keçirilmiş, tərəflər arasında 24 oktyabr 2022-ci il tarixdə barışıq sazişi bağlanılmış, Maraqlı şəxs sazişin imzalanmasından sonra 10 gün müddətində xx.xx.2018ci il tarixli 625-GL/18 nömrəli müqavilə üzrə yaranmış 11760 manat gecikdirilmiş borc məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin müddət keçsə də, onun tərəfindən borc ödənilməmişdir. Gecikdirilmiş 11760 manat borc məbləği sazişdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyindən, maraqlı şəxsin sazişin müvafiq bəndlərinə əsasən digər öhdəlikləri də yaranmışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. Maraqlı şəxs elektron kabinet vasitəsilə ərizələrlə birinci instansiya məhkəməsinə müraciət edərək ondan tələb olunan pul məbləğindən 2763 manat məbləğində pulu tam şəklində ödədiyini və həmin məbləğin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
9. Ərizəçinin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, işə əlavə edilmiş maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixdən sonrakı xx.xx.2022-ci il tarixdə maraqlı şəxs tərəfindən 2760 manat ödəniş edilmişdir.
10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxmışdır.
11. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 10 yanvar 2023-cü il tarixli, e-2-2(117)-49/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Aqrar Kredit və İnkişaf Agentliyi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Bakı şəhərində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 100 manat dövlət rüsumu dövlət gəlirinə tutulması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" ASC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli 625-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 12500 manat olan kənd təsərrüfatı texnikalarını lizinqə götürmüş, müqaviləyə uyğun cavabdeh tərəfindən ilkin ödəniş edilmiş, qalan məbləği isə müqaviləyə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs ödənilməmiş borcu qaldığından tərəflər arasında mübahisə yaranmış, mediasiya təşkilatına müraciət edilmiş və xx.xx.2022-ci il tarixdə Bakı şəhərində təşkil edilmiş mediasiya sessiyası prosesində 11760 manat gecikdirilmiş borcun və 8490,72 manat cərimə məbləğinin ödənilməsi barədə tələb üzrə tərəflər arasında barışıq sazişi imzalanmışdır.
13. Birinci instansiya məhkəməsi həmçinin, hesab etmişdir ki, saziş Maraqlı şəxs tərəfindən könüllü icra edilmədiyindən ərizəçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir və ərizə əsaslıdır. Belə ki, saziş qanunvericiliyin tələbinə zidd olmamaqla təsdiq edilməsindən imtina edilməsi üçün əsas yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməklə tərəflər arasında imzalanmış barışıq sazişi təsdiq edilməlidir.
14. Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Ərizəçi tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: müqavilə, maliyyə arayışı, saziş və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti maraqlı şəxs tərəfindən onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin sözügedən qətnaməsindən narazıdır və hesab edir ki, işə düzgün baxılmamışdır. Belə ki, "xxxx" ASC ilə aramızda bağlanmış xx.xx.2018-ci il tarixli 625-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən ümumi dəyəri 12500 manat olan kənd təsərrüfatı texnikalarını lizinqə götürmüş, müqaviləyə uyğun maraqlı şəxs tərəfindən ilkin ödəniş edilmiş, qalan məbləği isə müqaviləyə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Onun ödənilməmiş borcu qaldığından tərəflər arasında mübahisə yaranmış, mediasiya təşkilatına müraciət edilmiş və xx.xx.2022-ci il tarixdə Bakı şəhərində təşkil edilmiş mediasiya sessiyası nəticəsində 11760 manat gecikdirilmiş borcun və 8490,72 manat cərimə məbləğinin ödənilməsi barədə tələb üzrə tərəflər arasında barışıq sazişi imzalanmışdır. Sazişin 1.1-ci bəndinə əsasən Maraqlı şəxs saziş imzalandıqdan sonra 10 gün müddətində xx.xx.2018-ci il tarixli 625-GL/18 nömrəli müqavilə üzrə yaranmış 11760 manat gecikdirilmiş borcu ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən Aqrar Kredit və İnkişaf Agentliyi müqavilə üzrə saziş imzalandığı günə qədər hesablanmış 8490,72 manat cərimə məbləğinin hesablanmamasına razılıq verir. Həmin barışıq sazişi üzrə onun ödəməli olduğu məbləğ dəqiqləşdirilmişdir. Barışıq sazişi bağlanılan gün o, ödəməli olduğu yəni, tələb edilən pul məbləğindən 2763 manatını tam şəkildə ödəmişdir. Odur ki, qeyd etdiyi məbləğin nəzərə alınmasını, bununla bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyindən sənəd istənilməsini və məhkəmə iclaslarında iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin, həmin məbləğ məhkəmə tərəfindən nəzərə alınmamışdlr. Yəni, qeyd edilən barışı sazişi qismən təsdiq edilməli olmuşdur. Həmçinin, məhkəmə qətnaməsinin qət etdi hissəsində Aqrar Kredit və İnkişaf Agentliyi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Bakı şəhərində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməsi göstərilsə də, barışıq sazişinin hansı hissədə təsdiq edildiyi konkret olaraq göstərilməmişdir. Həmçinin, məhkəmə elektron kabinet vasitəsi ilə müəyyən edilir ki, ərizənin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, işə əlavə edilmiş maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixdən sonrakı xx.xx.2022-ci il tarixdə maraqlı şəxs tərəfindən 2760 manat ödəniş edilmişdir. Yuxarıda göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2-2(117)-49/2023 saylı qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməməsi barədə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Аpellyаsiyа məhkəməsinin iclаsındа Maraqlı şəxs apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
19. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. İş üzrə maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
22. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu:
Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 3.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. 4.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.17. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
V. Apellyasiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2-2(117)-49/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, "xxxx" ASC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli 625-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 12500 manat olan kənd təsərrüfatı texnikalarını lizinqə götürmüş, müqaviləyə uyğun cavabdeh tərəfindən ilkin ödəniş edilmiş, qalan məbləği isə müqaviləyə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs ödənilməmiş borcu qaldığından tərəflər arasında mübahisə yaranmış, mediasiya təşkilatına müraciət edilmiş və xx.xx.2022-ci il tarixdə Bakı şəhərində təşkil edilmiş mediasiya sessiyası prosesində 11760 manat gecikdirilmiş borcun və 8490,72 manat cərimə məbləğinin ödənilməsi barədə tələb üzrə tərəflər arasında barışıq sazişi imzalanmışdır.
26. Barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü icra edilmədiyindən ərizəçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir və birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizə əsaslıdır. Belə ki, saziş qanunvericiliyin tələbinə zidd olmadığından təsdiq edilməsindən imtina edilməsi üçün əsas yoxdur. Bu səbəbdən də ərizəni təmin edilməklə tərəflər arasında imzalanmış barışıq sazişini təsdiq etmişdir.
27. Birinci instansiya məhkəməsi maraqlı şəxs tərəfindən 2760 manat ödəniş edilməsi və ödənişin nəzərə alınması ilə bağlı qeyd etmişdir ki, barışıq sazişindən görünür ki, maraqlı şəxs 10 gün müddətində 11760 manat gecikdirilmiş borc məbləğini ödəməli idi. Hazırkı vaxta həmin məbləğ tam şəkildə ödənilmədiyindən məhkəmə hesab edir ki, barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən icra edilməmişdir. Bu səbəbdən də məhkəmə hazırkı mediasiya sazişinin təsdiq edilməsi ilə bağlı mübahisəyə mahiyyəti üzrə baxaraq hüquqi qiymət vermişdir. 2760 manat məbləğində ödənişin nəzərə alınması isə icra mərhələsində həll olunmalı məsələdir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşıraq hesab edir ki, birinci instansiya məhkəməsi Aqrar Kredit və İnkişaf Agentliyi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Bakı şəhərində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişini təsdiq etməklə haqlı olmuş, bununla bağlı qanuni və əsaslı qətnamə qəbul etmişdir.
29. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
31. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
32. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
33. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
34. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2-2(117)-49/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2-2(117)- 49/2023 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov