Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10520/2025 07.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə Ərizəçi maraqlı şəxs "X1 ve İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı ilə mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/6-01721 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, MŞB/6-01721 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, qarşı tərəfin etdiyi ödənişlərin nəzərə alınaraq, barışıq sazişinin 214.916,77 manat həcmində təsdiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 VE İNŞAAT TAAHHÜT SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ"nin (bundan sonra –“Şirkət və ya “2-ci Maraqlı Şəxs”) Azərbaycan Respublikasındakı filialı (bundan sonra – “Filial” və ya “1-ci Maraqlı şəxs”) ilə "xxxx" MMC (bundan sonraİ–TM“ Şirkəti” və ya “Ərizəçi”) arasında bağlanmış (i) İTM-HAZAR – xx/xx/2022 nömrəli xx.xx.2022-ci il tarixli, (ii) İTM-HAZAR – xx/xx/2023 nömrəli xx.xx.2023cü il tarixli, (iii) İTMHAZAR – xx/xx/2023 nömrəli xx.xx.2023-cü il tarixli xidmət, (iv) İTM- HAZAR – xx/xx/2023 nömrəli xx.xx.2023-cü il tarixli, (v) İTMHAZAR 03/04/24 nömrəli xx.xx.2024-cü il tarixli, (vi) İTM-HAZAR – xx/xx/2024 nömrəli xx.xx.2024-cü il tarixli icarə və (vii) İTMHAZAR xx/xx/2024 nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələri (bundan sonra birlikdə – "xxxx") əsasında 2023- 2024-cü illərdə 70 ədəd elektron qaiməfaktura üzrə İTM Şirkəti tərəfindən 2.137.687,43 (iki milyon yüz otuz yeddi min altı yüz səksən yeddi manat qırx üç qəpik) manat dəyərdə xidmət, əşya və mal Filiala təqdim edilmiş, bunun müqabilində 1.321.426,37 (bir milyon üç yüz iyirmi bir min dörd yüz iyirmi altı manat otuz yeddi qəpik) manat ödənilmiş, 2024-cü il üzrə 816.261,06 (səkkiz yüz on altı min iki yüzaltmış bir manat altı qəpik) manat borc qalmışdır. xx.xx.2025-ci il tarixli, MŞB/6-00313 nömrəli barışıq sazişi (bundan sonra – "xxxx") ilə Filial Müqavilələr üzrə İTM Şirkətinə ödənilməli olan 816.261,06 manat borcu təsdiq etmişdir. 1-ci Barışıq Sazişi üzrə646.261,06 manat hissəni Filial könüllü icra etmədiyindən həmin sazişin təsdiq edilməsi barədə İTM Şirkəti Bakı Kommersiya Məhkəməsinə ərizə vermiş və həmin Məhkəmənin (hakimKənan Hüseynov) xx.xx.2025-ci il tarixli e-2-2(113)-5530/2025 nömrəli qətnaməsi ilə barışıq sazişi təsdiq edilmişdir (qətnamə əlavə edilir). 2025-ci ildə Müqavilələr əsasında 6 ədəd elektron qaimə-faktura üzrə İTM Şirkəti tərəfindən 39.648 (otuz doqquz min altı yüz qırx səkkiz) manat dəyərdə xidmət, əşya və mal da Filiala təqdim edilmiş, bunun müqabilində heç bir ödəniş edilməmişdir. Bu səbəbdən Şirkət, onun Filialı və İTM Şirkəti arasındaxx.xx.2025-ci il tarixli, MŞB/6-01721 nömrəli barışıq sazişi (bundan sonra – “2-ci Barışıq Sazişi”) bağlanmış və Sazişin 2.5-ci bəndi iləŞirkət və Filial Müqavilələr üzrə İTM Şirkətinə ödənilməli olan ƏDV daxil 400.349,05 (dörd yüz min üç yüz qırx doqquz manat beş qəpik) manat borcunu etiraf etmişdir. 2-ci Barışıq Sazişinin 2.6-cı bəndinə əsasən,Şirkət və Filialı öhdəsinə götürmüşlər ki, Sazişin 2.5-ci bəndində qeyd olunan borc məbləğini ən geci aşağıda göstərilmiş tarixlərdə və məbləğdə İTM Şirkətinə ödəyəcəklər: Aylar üzrə Borc məbləğləri (dollarla) Borc məbləğləri (manatla) xx.xx.2025 $117.750,00 200.174,52 ₼ xx.xx.2025 $117.750,00 200.174,52 ₼ Cəmi: $235.500,00 400.349,05 ₼ Lakin 2-ci Barışıq Sazişinə əsasən Şirkət və Filial tərəfindən yalnız ilk 1-ci ay üzrə cəmi ƏDV-li 40.120 (qırx min yüz iyirmi) manat ödənilmiş, 360.229,05 (üç yüzaltmış min iki yüziyirmi doqquz manat beş qəpik) manat isə hələ də ödənilməmişdir. 2-ci Barışıq Sazişinin 8-ci bəndinə əsasən, Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmçinin Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Qanunda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. MPM-in 355-24-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Ərizəçi ilə 1-ci və 2-ci Maraqlı Şəxslər arasında bağlanmış 2-ci Barışıq Sazişində ayrı icra müddəti müəyyən edilmiş, 2-ci Barışıq Sazişinin 2.3-cü bəndində ödəniş cədvəli qeyd olunmuşdur və 1-ci və 2-ci Maraqlı Şəxslər həmin müddətdə öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, 1-ci və 2ci Maraqlı Şəxs 2-ci Barışıq Sazişində göstərilən müddətdə öhdəliklərini icra etmədiyindən məhkəmə 2-ci Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul etməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi izahatında bildirdi ki, 1-ci barışıq sazişi üzrə qarşı tərəfin 816.261,06 manat borcu var idi və həmin borc məbləğinin müəyyən hissəsi ödənilmiş, qalan məbləğ isə 646.261,06 manat olmuşdur. Sonradan isə qarşı tərəfə 06 ədəd elektron qaimə-faktura üzrə 39.648 manat dəyərində xidmət, əşya və mal təqdim edilmişdir. Qarşı tərəf 06 ədəd elektron qaimə üzrə 39.648 manatın, həmçinin əvvəlki barışıq sazişindən yaranan borcun müəyyən hissəsini ödəmiş, nəticədə 400.349,05 manat borcları qaldı. Sonradan isə yenidən ödənişlər olundu və nəticədə qarşı tərəfin 214.916,77 manat borcu qaldı. Həmçinin, qarşı tərəfin ödədiyi ödənişlər konkret olaraq hansısa qaimədən çıxılmır. Qarşı tərəf ümumi olaraq ödəniş edir və həmin ödənilən məbləğdən tərəfin borcu çıxılır. Ödənilən məbləğ hansısa konkret qaimə ilə bağlı olmur. Belə olduqda tərəflər arasında yeni münasibət əmələ gəlir. 1-ci barışıq sazişinin təsdiq olunması həmin sazişin novasiya qaydasında əvəz edilməsini inkar etmir. 1-ci barişiq sazişindən irəli gələn öhdəliyə Mülki Məcəllənin qaydalarına əsasən novasiya qaydasında xitam verilmiş və 1-ci barişiq sazişində göstərilən borc məbləğinin ödənilməyən hissəsi 2-ci barışıq sazişində öz əksini tapmışdır. Eyni zamanda 1-ci barışıq sazişi ilə bağlı qətnamənin icraya yönəlməməsini məhkəmədən xahiş etmişlər və həmin qətnamə icraya yönəldilməmişdir. 1-ci barışıq sazişindən irəli gələn 214.916,77 manat borcun müəyyən hissəsi 06 ədəd elektron qaimə ilə bağlı olduğuna görə yeni münasibət yaranıb. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahatında bildirdi ki, barışıq sazişi üzrə ödənilməmiş borcun 50 faizini 10 gün ərzində, qalan məbləği isə yanvar ayının sonu və ya fevral ayının əvvəli ödəyəcəklər. Eyni zamanda 06 ədəd elektron qaimə ilə bağlı 39.648 manat tam ödənilməmişdir. Yekunda çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə işin hallarını və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi ilə "X2 ve İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı arasında arasında xx.xx.2025-ci il tarixli, MŞB/6- 01721 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: 2.1. X2 VE İNŞAAT TAAHHÜT SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ"nin (bundan sonra - “Şirkət”) Azərbaycan Respublikasındakı filialı (bundan sonra “Filial”) ilə "xxxx" MMC (bundan sonra - “İTM şirkəti”) arasında ona görə mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır ki, Filial ilə İTM Şirkəti arasında bağlanmış (i) İTM-HAZAR - xx/xx/2022 nömrəli 30.11,2022-ci il tarixli, (ii) İTM- HAZAR - xx/xx/2023 nömrəli xx.xx.2023-cii il tarixli, (iii) İTM-HAZAR - xx/xx/2023 nömrəli xx.xx.2023-cü il tarixli xidmət, (iv) İTM-HAZAR -03/3 1/2023 nömrəli 31,03.2023-cü il tarixli, (v) İTM-HAZAR 03/04/24 nömrəli 03.04,2024-cü il tarixli, (vi) İTM-HAZARxx/xx/2024 nömrəli xx.xx.2024-cü il tarixli icarə və (vii) İTM-HAZAR xx/xx/2024 nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələri (bundan sonra birlikdə - "xxxx") əsasında 2023-2024-ci illərdə 70 ədəd elektron qaimə-faktura üzrə İTM Şirkəti tərəfindən 2.137.687,43 (iki milyon yüz otuz yeddi min altı yüz səksən yeddi manat qırx üç qəpik) manat dəyərdə xidmət, əşya və mal Filiala təqdim edilmiş, bunun müqabilində 1.321.426,37 (bir milyon üç yüz iyirmi bir min dörd yüz iyirini altı manat otuz yeddi qəpik) manat ödənilmiş, lakin 2024-cü il üzrə 816.261,06 (səkkiz yüz on altı min iki yüz altmış bir manat altı qəpik) manat borc qalmışdır. 2.2 Mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi 646.261,06 (altı yüz qırx altı min iki yüz altmış bir manat altı qəpik) manat hissədə filial tərəfindən könüllü icra edilmədiyindən həmin sazişin təsdiq edilməsi barədə İTM Şirkəti Bakı Kommersiya Məhkəməsinə ərizə vermiş və həmin Məhkəmənin (hakim Kənan Hüseynov) xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5530/2025 nömrəli qətnaməsi ilə barışıq sazişi təsdiq edilmişdir. 2.3 2025-ci ildə Müqavilələr əsasında 6 ədəd elektron qaimə-faktura üzrə İTM Şirkəti tərəfindən 39.648 (otuz doqquz min altı yüz qırx səkkiz) manat dəyərdə xidmət, əşya və mal da Filiala təqdim edilmiş, bunun müqabilində heç bir ödəniş edilməmişdir. 2.4 Bu Sazişin 2.3-cü bəndində qeyd edilən məbləğlə xx.xx.2025-ci il tarixli barışıq sazişi ilə razılaşdırılmış borc məbləğindən qalıq məbləğ üzrə Filialın İTM Şirkətinə ƏDV daxil olmaqla 400.349,05 (dörd yüz min üç yüz qırx doqquz manat beş qəpik) manat, o cümlədən 339.278,86 (iiç yüz otuz doqquz min iki yüz yetmiş səkkiz manat səksən altı qəpik) manat əsas borc və 61.070,20 (altmış bir min yetmiş manat iyirmi qəpik) manat ƏDV borcu qalmışdır. 2.5 Şirkət və Filial Müqavilələr üzrə İTM Şirkətinə ödənilməli olan ƏDV daxil 400.349,05 (dörd yüz min üç- yüz qırx doqquz manat beş qəpik) manat borcunu etiraf edir və İTM Şirkəti Şirkətin və onıııı Filialının ona ödəməli olduğu pul vəsaitinin ƏDV daxil 400.349,05 (dörd yüz min üç yüz qırx doqquz manat beş qəpik) manat olmasını təsdiq edir. 2.6. İTM şirkəti və Filial öhdəsinə götürür ki, bu Sazişin 2.2-ci bəndində qeyd olunan boc məbləğini ən geci aşağıda göstərilmiş tarixlərdə və məbləğdə İTM şirkətinə ödəyəcək. Aylar üzrə Borc məbləğləri Borc məbləğləri (dollarla) (manatla) xx.xx.2025 $117.750,00 200.174,52 ₼ xx.xx.2025 $117.750,00 200.174,52 ₼ Cəmi: $235.500,00 400.349,05 ₼ Göründüyü kimi tərəflər arasında bağlanmış və məhkəmə qətnaməsi ilə məcburi icra üçün təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, MŞB/6-00313 nömrəli barışıq sazişi ilə qalıq qalan öhdəlik, sonradan yaranan öhdəliklə birlikdə restrukturizasiya edilmiş və restrukturizasiya edilmiş öhdəliklə bağlı mediasiya prosesi zamanı tərəflər arasında yenidən xx.xx.2025-ci il tarixli, MŞB/6-01721 nömrəli barışıq sazişi bağlanmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, birinci saziş üzrə qətnamə qəbul edilsə də, icra vərəqəsi verilməmişdir. Qeyd edilən ikinci saziş qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarına toxunmur. Həmin saziş üzrə də öhdəlik könüllü qaydada icra edilməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixədək icra edilməli olan öhdəlik üzrə bu günə olan qalıq borc 214916.77 manat təşkil edir. Odur ki, Ərizəçi ilə "X1 ve İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/6-01721 nömrəli barışıq sazişi qalıq 214916.77 manatın ödənilməsi hissəsində məcburi icra edilməsi üçün aşağıda göstərilən normalara əsasən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə "X1 ve İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı arasında Bakı 6 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/6-01721 nömrəli barışıq sazişi qalıq 214916.77(iki yüz on dörd min doqquz yüz on altı manat, yetmiş yeddi qəpik) manatın ödənilməsi hissəsində məcburi icra edilməsi üçün təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-10520/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10520/2025
07.01.2026 · Xususi icraat - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver