Məhkəmə qərarları › İş №2-2(107)-22/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-22/2020

23.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-22/2020 23.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2-2(117)-59/2020 saylı qərardadından cavabdeh “X1” ASC tərəfindən verilmiş şikayətə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh “X1” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 12704,88 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 30400 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(117)-59/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “X1” ASC-nin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 12704,88 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 17000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh “X1” ASC Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 2(117)-59/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2-2(117)-59/2020 saylı qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(117)-59/2020 saylı qətnaməsindən cаvаbdeh “X1” ASC tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Cаvаbdeh “X1” ASC Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2- 2(117)-59/2020 saylı qərardadından şikayət vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 363-cü maddəsində apelyasiya şikayətinin geri qaytarılması əsaslarında şikayətin kağız daşıyıcıda verilməsinin yolverilməzliyi, şikayətin gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə verilməsinin zəruriliyi qeyd olunmamışdır. Bundan başqa ölkədə elan olunan karantin rejimi ilə əlaqədar hazırki hal fors-major hal sayılır və apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılmışdır. Eyni zamanda aprel ayında elektron məhkəmə informasiya sistemində baş vermiş xətalarla bağlı sistemə daxil olmaq, elektron qaydada apelyasiya şikayətini göndərmək mümkün olmamışdır. Bu səbəbdən müddəti ötürməmək üçün apelyasiya şikayəti poçtla göndərilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-2(117)-59/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh, məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2-2(117)-59/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.10-1.3-cü maddəsinə əsasən iqtisadi mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.10-1.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilə bilər. İddiaçı hazırkı şikayəti kağız daşıyıcıda poçt vasitəsilə birinci instansiya məhkəməsinə təqdim etmiş, bununla da şikayət gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə imzalanmamışdır ki, bu da şikayətin geri qaytarılması üçün əsasdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apelyasiya şikayəti geri qaytarılır. Göründüyü kimi, qanunvericiliyin tələbi baxımından cavabdeh qətnamədən ona təqdim olunduğu tarixdən 1 ay müddətində şikayət verə bilər ki, həmin müddətin ötməsi şikayətin geri qaytarılması üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Şikayətçi apelyasiya şikayətində qətnamənin ona xx xxxxx 2020-ci il tarixdə təqdim olunduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində şikayət verilən Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(117)-59/2020 saylı qətnaməsinin surəti xx xxxx 2020-ci il tarixdə cavabdehə təqdim edilməsinə baxmayaraq qanunvericiliklə müəyyən edilmiş 1 ay şikayət müddətini ötürməklə xx xxxxx 2020-ci il tarixdə apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Apelyasiya şikayəti qqnunla müəyyən edilmiş müdət ötürüldükdən sonra verilməsinə baxmayaraq cavabdeh həmin müddətin bərpası ilə bağlı birinci instansiya məhkəminə müraciət etməmişdir. Bu səbəbdən şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cаvаbdeh “X1” ASC tərəfindən verilmiş şikayət təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2- 2(117)-59/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 360, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Qərara aldı: Cаvаbdeh “X1” ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2-2(117)-59/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar