Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-23/2020 25.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli e-2-2(117)-218/2020 nömrəli qərardadından iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh1 10000 manat əsas borc, 1202,04 manat faiz, 1381,67 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1426,14 manat faiz borcu, cəmi 14009,85 (on dörd min doqquz manat 85 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, İsmayıllı rayonu Qubaxəlili kəndində olan 0,13 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ləğv prosesində olan "İddiaçı” ASC-nin xeyrinə ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxx 2020-ci il tarixli e-2- 2(117)-218/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 10000 manat əsas borc, 1202,04 manat faiz, 1381,67 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1426,14 manat faiz borcu, cəmi 14009,85 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, İsmayıllı rayonu Qubaxəlili kəndində olan 0,13 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ləğv prosesində olan "İddiaçı” ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır. Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli e-2-2(117)-218/2020 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti şikayət verərək qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qərardadda qeyd olunan Fərmanla bağlı olaraq hazırkı mülki iş üzrə görülmüş tədbirlər barədə məlumatın verilməsi ilə bağlı iddiaçının ünvanına belə bir müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli Fərmanının 10-cu bəndinə əsasən Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilmişdir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC-nin bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarına əsasən məcburi ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016~cı il tarixdən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli Qərarına əsasən İddiaçı ASC-nin iflas proseduruna başlanmışdır. "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71,3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. Fərmanın icrasını təmin etmək məqsədi ilə ləğvedici tərəfindən ləğvediciyə nəzarət edən Bakı Apelyasiya Məhkəməsinə müraciət edilmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu ii tarixli, 2-1(103)-305/2019 saylı qərardadı ilə ləğv prosesində oian İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ərizəsi təmin edilərək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tələblərinin yerinə yetirilməsi məqsədilə, ləğv prosesində olan “İddiaçı" ASC-nin ABŞ dollarında verilmiş kreditlər üzrə yalnız 20 fevral və xx xxxxxx 2015-ci il üzrə manatın ABŞ dollarına qarşı ucuzlaşması nəticəsində (devalvasiya) 10000 (on min) ABŞ dollarına qədər, bankın fiziki şəxslərinə aid borclar üzrə artmış məbləğin kompensasiya edilməsi ilə və milli valyutada isə 17000 (on yeddi min) manatadək başlanğıc tarixi xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək dövrü əhatə edən güzəşt şərtlərinin tətbiq edilməsinə, o cümlədən kreditlər üzrə restrukturizasiyadan əvvəl balansda dondurulmuş faizlərin ləğvedici tərəfindən bağışlanmasına (silinməsinə), ləğv prosesində olan “İddiaçı" ASC-nin ABŞ dolları valyutasında olan kreditləri üzrə güzəştlərin yalnız 20 fevral və xx xxxxxx 2015-ci ildə devalvasiya qərarları nəticəsində fiziki şəxslərin 10000 (on min) ABŞ dollarına, milli valyutada isə 17000 (on yeddi min) manatadək hesablanmış bütün faiz borclarının silinməsinin tətbiq edilməsi ilə ləğvedici tərəfindən bağışlanmasına (silinməsinə), ləğv prosesində olan “İddiaçı" ASC-nin fiziki şəxslərə verdiyi 10000 (on min) ABŞ dolları məbləğində kreditlərin manata keçirilməsi zamanı xarici valyuta ilə verilmiş kreditin hesablanmış faiz və cərimələrin və müddətin sonunda dondurulmuş faiz və cərimələrin ləğvedici tərəfindən bağışlanmasına (silinməsinə), ləğv prosesində olan İddiaçı ASC-nin ABŞ dollarında olan kreditləri üzrə kredit şərtlərinə restrukturizasiya edilən və xarici (ABŞ dolları) valyutada verilmiş kreditlərin valyutasının manata keçirilməsi iiə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna bankla borcalanlar arasında bağlanmış müddəti bitmiş kredit müqavilələrinin öhdəlikləri çərçivəsində, lakin icra edilməmiş borclar üzrə yeni müqavilələrin bağlanmasına və ya müqavilə müddəti qüvvədə olan və öhdəliyi xarici valyutadan (ABŞ dolları) manata keçirilən və milli valyutada isə 17000 (on yeddi min) manatadək kreditlər üzrə restrukturizasiya şərtləri tətbiq edilməklə əlavə razılaşmaların bağlanmasına icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiyanın başlanması ilə bağlı xx.xx.2019-cu ii tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində elan verilərək Fondun ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan “xxxx” ASC-nin ünvan 1 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, restrukturizasiyanın aparılmasını təmin etmək üçün əsas şərtlərdən biri borcalan fiziki şəxslərin restrukturizasiyanın aparılması üçün ləğvediciyə müraciət etməsidir. Belə bir müraciət olmadığı təqdirdə borcalan fiziki şəxsləriə restrukturizasiyanın aparılması qeyri mümkündür. Hazırda cavabdeh tərəfindən belə bir müraciət olmadığı üçün restrukturizasiyanın aparılması mümkün olmamışdır. Belə olan halda, iddia ərizəsinin qərardadda göstərilən əsaslarla geri qaytarılması kredit tələbi ilə bağlı iddia müddətinin ötürülməsi nəticələnə bilər ki, bu da son nəticədə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun bankın kreditorları qarşısında olan kreditor öhdəliklərinin icrasının təmin edilməsini mümkünsüz edə bilər. Qeyd olunanlara əsasən qərardad əsassızdır və ləğv edilməlidir. Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(117)-218/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli e-2-2(117)- 218/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli e-2-2(117)-218/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilmişdir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. İş üzrə ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 tələb edilən kredit borcunun restrukturizasiyası barədə iş materiallarında sübut yoxdur. Eyni zamanda idda ərizəsində iddiaçı tərəfindən bununla bağlı hər hansı əsaslandırma aparılmamış və bununla bağlı hansı tədbirlərin görüldüyü göstərilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanında problemli kreditlərin həlli ilə bağlı bir cox məsələlərə yer verilmiş və bununla bağlı müvafiq qurumların üzərinə öhdəliklər qoyulmuşdur ki, edilən ödənişin, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməsi, qalan məbləğin isə həmin fiziki şəxslərin sərəncamına verilməsi (bənd 2) kimi müddəalar nəzərdə tutulmuşdur. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının icrası istiqamətində tədbirlərin görülməsi də, məhz problemli kreditlərlə bağlı məhkəməyə müraciət etməzdən öncə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasını ehtiva edir. Hazırkı mübahisənin iş materiallarından isə iddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının icrası istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı hansı tədbirlərin görülməsi və bunun nəticəsinin nədən ibarət olmasına dair hər hansı sübut mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-cı maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən əlavə olaraq iddiaçıya izah olunur ki, Fərmanla müəyyən edilən qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki, həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli e-2-2(117)-218/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-23/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-23/2020
25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver