Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-24/2020 01.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Cavabdeh1 7750,46 manat əsas borc, 200,14 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1124,28 manat faiz borcu, 1169,82 manat cərimə borcu, cəmi 10244,70 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus olan, Yevlax rayonu Malbinəsi kəndində olan 0,2480 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ləğv prosesində olan "İddiaçı” ASC-nin xeyrinə ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin “müddətin bərpasından imtina barədə” xx xxxx 2020-ci il tarixli e-2-2(117)-134/2020 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh1 7750,46 manat əsas borc, 200,14 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1124,28 manat faiz borcu, 1169,82 manat cərimə borcu, cəmi 10244,70 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus olan, Yevlax rayonu Malbinəsi kəndində olan 0,2480 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ləğv prosesində olan "İddiaçı” ASC-nin xeyrinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədiyindən Məhkəmənin xx.xx.2020-ci il tarixli e-2-2(117)134/2020 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Məhkəmənin həmin qərardadı ilə razılaşmayaraq qərardaddan şikayət vermiş, şikayət gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə imzalanmadığından Məhkəmənin xx.xx.2020-ci il tarixli e-2-2(117)-134/2020 nömrəli qərardadı ilə şikayət geri qaytarılmış, qərardad həmin tarixdə imzalanaraq Elektron Məhkəmə İnformasiya Sistemində və iddiaçının elektron kabinetində yerləşdirilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Məhkəmənin xx.xx.2020-ci il tarixli e-2- 2(117)-134/2020 nömrəli qərardadından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə və qərardaddan şikayətlə xx.xx.2020-ci il tarixdə Məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, həmin dövr ərzində ölkədə və dünyada baş verən Covid-19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə xüsusi karantin rejiminin tətbiqi səbəbindən qərardaddan şikayət vermə müddəti ötürülmüşdür. Qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəbdən ötürüldüyündən müddətin bərpa edilməsini və xx.xx.2020-ci il tarixli e-2-2(117)-134/2020 nömrəli qərardadın ləğv edilərək iddia ərizəsinin icraata götürülməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Birinci instansiya məhkəməsi tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim R.A.Məcidov) xx xxxx 2020-ci il tarixli e-2- 2(117)-134/2020 nömrəli qərardadı ilə həmin Məhkəmənin iş üzrə xx.xx.2020-ci il tarixli e- 2-2(117)-134/2020 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina olunmuş, xx.xx.2020-ci il tarixli qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İddiaçı LPO İddiaçı ASC şikаyət verərək Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(117)-134/2020 nömrəli qərardadının ləğv edilməsini və həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(117)-134/2020 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx xxxx 2020-ci il tarixli e-2-2(117)-134/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və MPM-in 269cu maddəsinə müvafiq olaraq şikayət baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmənin elektron ünvanına ərizə göndərərək ölkədə və dünyada baş verən COVİD-19 koronavirus pandemiyası nəticəsindəAzərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejiminin tətbiqi ilə bağlı hal-hazırda işçilər işləmədiyi üçün Bakı şəhərindən ezamiyyətlərin məhdudlaşdırılmasına görə məhkəmə prosesində iştirak edə bilməyəcəyinin nəzərə alınmasını, məhkəmə kollegiyası iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və şikayəti müdafiə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin “müddətin bərpasından imtina barədə” xx xxxx 2020-ci il tarixli e-2-2(117)-134/2020 nömrəli qərardadının isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o və digər cavabdehlər qalan kredit borcunun dəqiqləşdirilməsində və restrukturizasiya olunmasında maraqlıdırlar, lakin ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu onlara lazımi şərait yaratmaq və qarşılıqlı razılığa gəlmək üçün onlarla danışıqlar aparmaq istəmir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(117)-134/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunun tələbindən göründüyü kimi, məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən o halda buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi üzrlü olsun, yəni bu səbəb obyektiv şəraitdən irəli gəlmiş olsun və şəxsin həmin səbəbi aradan qaldırması mümkün olmasın. İddiaçı prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəsini onunla əsaslandırır ki, həmin dövr ərzində ölkədə və dünyada baş verən Covid-19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə xüsusi karantin rejiminin tətbiqi səbəbindən qərardaddan şikayət vermə müddəti ötürülmüşdür. İddiaçının dəlilləri ilə razılaşmayan məhkəmə ilk öncə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, iqtisadi mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi, kommersiya mübahisələri üzrə məhkəmə icraatı elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə və yalnız elektron qaydada aparılır ki, bu da işdə iştirak edən şəxsə poçt xidmətindən istifadə etmədən məhkəməyə müraciət etmək, o cümlədən sənəd göndərmək imkanı verir. Ona görə də iddiaçının nümayəndəsi iş yerindən və ya elektron məhkəmə informasiya sisteminə daxil olmaq imkanı mövcud olan istənilən yerdən məhkəməyə müraciət edə bilərdi və buna da xüsusi karantin rejimi dövründə hər hansı qadağa mövcud olmamışdır. Bundan əlavə, koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasınını qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarının 4.9.1-ci bəndinə əsasən xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə banklar və bank olmayan kredit təşkilatlarının fəaliyyətinin davam etdirilməsinə icazə verilmişdir. Göründüyü kimi, koronavirus pandemiyası ilə bağlı ölkədə xüsusi karantin rejimi elan edilsə belə, xx.xx.2020-ci il tarixdən etibarən bankların fəaliyyətinə icazə verilmişdir ki, məhkəmə mübahisələrinin dayandırılması və sair buna bənzər hallarla bağlı bankların fəaliyyətində qadağa mövcud olmamış və iddiaçı xx.xx.2020-ci il tarixdən etibarən 10 gün müddətində qərardaddan şikayət vermək imkanına malik olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasında tətbiq edilmiş xüsusi karantin rejimi məhkəmə qərardadından şikayət verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb deyildir və iddiaçı xüsusi karantin rejimi dövründə də öz prosessual hüquqlarından istifadə imkanlarına malik olmuşdur. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən ötürülmüşdür. Ona görə də Məhkəmənin xx.xx.2020-ci il tarixli e-2- 2(117)134/2020 nömrəli qərardadından şikayətin verilməsi üçün müddətin bərpasından imtina edilmiş və şikayət iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üşüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, şikayətin dəlilləri isə əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(117)-134/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(117)- 134/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-24/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-24/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver