Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-24/2022 25.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiаçı İddiaçı BОKT АSC-nin cаvаbdeh Məmmədоv Elvin Qurbаn оğlunа qаrşı “ipоtekа müqаviləsinin bаğlаnmаsı vəzifəsinin cаvаbdehin üzərinə qоyulmаsı və kredit müqаviləsi üzrə 17728,14 АBŞ dоllаrı əsаs, 9697,97 АBŞ dоllаrı fаiz bоrcu, 22641,77 АBŞ dоllаrı cərimə bоrcu оlmаqlа ümumilikdə 50067,88 АBŞ dоllаrı kredit bоrcunun və 30 mаnаt dövlət rüsumunun cаvаbdehdən tutulmаsı tələbinə dаir” kоmmersiyа mübаhisəsinə dаir işin ərаzi аidiyyəti məsələsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı BOKT ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə 17728,14 ABŞ dolları əsas, 9697,97 ABŞ dolları faiz borcu, 22641,77 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 50067,88 ABŞ dolları kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia tələbi ilə 12.08.2021-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsi hazırkı işin ümumi məhkəməyə aid olmaması qənaətinə gələrək 09.12.2021-ci il tarixli, 2(025)-1383/2021 saylı qərardadı ilə baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərmişdir. Mülki işin başqa məhkəməyə verilməsi haqqında həmin məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh fərdi sahibkar statusuna malik fiziki şəxsdir. Eyni zamanda cavabdehə kredit biznesin inkişafı, yəni sahibkarlıq məqsədi ilə verilmişdir. Şəki Kommersiya Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2-2(117)-1372/2021 saylı qərardadı ilə iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Kommersiya Məhkəməsi ərazi aidiyyətinin mübhisələdirilməsi barədə qərardadını belə əsaslandırmışdır ki, mübahisənin kommersiya mübahisəsi olması və hazırkı mübahisəyə kommersiya məhkəməsi tərəfindən baxılmalı olması məhkəmə tərəfindən mübahisələndirilmir və mübahisələndirilməyən haldır. Belə ki, Cavabdeh fərdi sahibkar statusuna malik olan fiziki şəxs olmaqla ona biznesin inkişafı məqsədilə kredit verilmişdir. Buna baxmayaraq iddiaçı məhkəməyə müraciət edərkən mübahisə üzrə məhkəmə aidiyyətini düzgün müəyyən etməmiş, Qəbələ Rayon Məhkəməsi isə ona aid olmayan və aidiyyət qaydaları pozulmaqla verilmiş iddianı icraatına qəbul etmişdir. Halbuki, hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan iddiaçı aidiyyəti üzrə Kommersiya Məhkəməsinə müraciət edəcəyi təqdirdə “Mediasiya” haqqında qanunun tələblərinə də əməl etməli idi. Belə ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməidir. Lakin ümumi məhkəmə özünə aid olmayan iddianı icraatına qəbul etmiş, nəticədə işi ərazi aidiyyəti üzrə düzgün göndərmədiyindən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə qiymət verilməsi mümkün deyildir. Belə ki, hazırkı məhkəmə işə ərazi aidiyyəti qaydalarına uyğun baxılmasında özünü səlahiyyətli saymır. Mübahisəyə baxılmasının ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı aradan qalxdıqdan sonra səlahiyyətli məhkəmə tərəfindən qeyd olunan qanunvericliyin tələblərinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi qərardadda həmçinin göstərmişdir ki, işin aidiyyəti üzrə məhz Şəki Kommersiya Məhkəməsinə göndərilməsinə münasibətdə Qəbələ Rayon Məhkəməsinin qərardadı ilə razılaşmayan məhkəmə qeyd edir ki, hazırkı tələbə Şəki Kommersiya Məhkəməsi tərəfindən deyil, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə kollegiyası birinci instansiyanın gəldiyi bu nəticə ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı hazırkı tələblə Qəbələ Rayon Məhkəməsinə müraciət etdiyi 12.08.2021-ci il tarixdə cavabdeh Qəbələ rayonu Soltannuxa kəndində qeydiyyatda olsa da, 13.08.2021-ci il tarixdə cavabdehin qeydiyyat ünvanı dəyişdirilmişdir və sonuncu hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Habelə cavabdehin nümayəndəsi və vəkili tərəfindən ərizə ilə də Qəbələ Rayon Məhkəməsinə müraciət edilərək cavabdehin qeydiyyat ünvanının dəyişdirilməsi barədə məlumat verilmiş, buna baxmayaraq Qəbələ Rayon Məhkəməsi mübahisənin kommersiya mübahisəsi olması barədə qənaətə gələrkən ərazi aidiyyətini düzgün seçməmişdir. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçının vergi ödəyicisi (fərdi sahibkar) kimi fəaliyyət yeri də Abşeron rayonu (Xırdalan şəhəri, H.Əliyev prospekti (Xırdalan) olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Ona görə də birinic instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin qeydiyyat ünvanı ünvan 4axılması ilə bağlı ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Sumqayıt Kommersiya Məhkəməsinə məxsusdur. Belə ki, Qəbələ Rayon Məhkəməsi özünə aid olmayan iddianı 12.08.2021-ci il tarixdə səhvən icraatına qəbul etmiş, 13.08.2021-ci il tarixdə cavabdehin qeydiyyat ünvanı dəyişmişdir. Qəbələ Rayonu Məhkəməsi hazırkı mübahisəyə baxılmasında səlahiyyətli olmadığından Azərbaycan Republikası Mülki Prosessual Məcəllənin 31.2 (Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir) və 44.1-ci (Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir) maddələrin tətbiqindən belə söhbət gedə bilməz. İstinad olunan normalar o zaman tətbiq oluna bilər ki, mübahisə aidiyyət qaydalarına uyğun icraata düzgün qəbul edilmiş olsun və mübahisəyə baxılması istinad olunan normalara uyğun həmin məhkəmədə baxılmağa davam etdirilsin. Aidiyyət qaydalarına riayət etməklə icraata düzgün qəbul olunmamış işin sonradan cavabdehin hazırkı deyil, əvvəlki qeydiyyat ünvanı üzrə göndərilməsi isə düzgün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə kollegiyаsı hesab edir ki, iddiаçı İddiaçı BОKT АSC-nin cаvаbdeh Məmmədоv Elvin Qurbаn оğlunа qаrşı “ipоtekа müqаviləsinin bаğlаnmаsı vəzifəsinin cаvаbdehin üzərinə qоyulmаsı və kredit müqаviləsi üzrə 17728,14 АBŞ dоllаrı əsаs, 9697,97 АBŞ dоllаrı fаiz bоrcu, 22641,77 АBŞ dоllаrı cərimə bоrcu оlmаqlа ümumilikdə 50067,88 АBŞ dоllаrı kredit bоrcunun və 30 mаnаt dövlət rüsumunun cаvаbdehdən tutulmаsı tələbinə dаir” kоmmersiyа mübаhisəsi mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənləri əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiаçı İddiaçı BОKT АSC-nin cаvаbdeh Məmmədоv Elvin Qurbаn оğlunа qаrşı “ipоtekа müqаviləsinin bаğlаnmаsı vəzifəsinin cаvаbdehin üzərinə qоyulmаsı və kredit müqаviləsi üzrə 17728,14 АBŞ dоllаrı əsаs, 9697,97 АBŞ dоllаrı fаiz bоrcu, 22641,77 АBŞ dоllаrı cərimə bоrcu оlmаqlа ümumilikdə 50067,88 АBŞ dоllаrı kredit bоrcunun və 30 mаnаt dövlət rüsumunun cаvаbdehdən tutulmаsı tələbinə dаir” kоmmersiyа mübаhisəsinə dair iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərillsin. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-24/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-24/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver