Məhkəmə qərarları › İş №2-2(107)-25/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-25/2020

30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-25/2020 30.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(117)-135/2020 saylı qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2027,78 manat əsas borc, 51,83 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 287,28 manat faiz borcu, 646,15 manat cərimə borcu, cəmi 3013,04 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, Yevlax şəhəri Füzuli küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 71 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ləğv prosesində olan "İddiaçı” ASC-nin xeyrinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(117)-135/2020 saylı qərardadı ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Şəki Kommersiya Məhkəməsinin sözügedən qərardadı ilə razılaşmayaraq qərardaddan şikayət vermişdir. Şikayət gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə imzalanmadığından Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(117)-135/2020 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(117)-135/2020 saylı qərardadından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə və qərardaddan şikayətlə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(117)-135/2020 saylı qərardadı (hakim Rüfət Məcidov) ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(117)-135/2020 saylı qərardadından şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və şikayətin geri qaytarılması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(117)-135/2020 saylı qərardadından şikayət vermişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(117)-135/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(117)- 135/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə, müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Göründüyü kimi, məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən o halda buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı obyektiv səbəbdən baş vermiş olsun, həmin şəxsdən asılı olmayan səbəblərdən atılmalı olan addımın atılması mümkün olmasın. İddiaçı prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəsini onunla əsaslandırır ki, həmin dövr ərzində ölkədə və dünyada baş verən Covid-19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahını qərarı ilə xüsusi karantin rejiminin tətbiqi səbəbindən qərardaddan şikayət vermə müddəti ötürülmüşdür. İddiaçının dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən iqtisadi mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi, kommersiya mübahisələri üzrə məhkəmə icraatı elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə və yalnız elektron qaydada aparılır ki, iddiaçının hər hansı poçt şöbəsinə müraciət etmədən məhkəməyə müraciət imkanlarına malik olmuşdur. Belə ki, iddiaçının nümayəndəsi iş yerindən və ya elektron məhkəmə informasiya sisteminə daxil olmaq imkanı mövcud olan istənilən yerdən məhkəməyə müraciət edə bilərdi və buna da xüsusi karantin rejimi dövründə hər hansı qadağa mövcud olmamışdır. Bundan əlavə Koronovirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasınını qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarının 4.9.1-ci bəndinə əsasən xüsusi rejim dövrünün tələblərinə əmək olunması şərtilə banklar və bank olmayan kredit təşkilatlarının fəaliyyətinin davam etdirilməsinə icazə verilmişdir. Göründüyü kimi, koronovirus pandemiyası ilə bağlı ölkədə xüsusi karantin rejimi elan edilsə belə xx.xx.2020-ci il tarixdən etibarən bankların fəaliyyətinə icazə verilmişdir ki, məhkəmə mübahisələrinin dayandırılması və sair buna bənzər hallarla bağlı bankların fəaliyyətində qadağa mövcud olmamış və iddiaçı xx.xx.2020-ci il tarixdən etibarən 10 gün müddətində qərardaddan şikayət vermək imkanına malik olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasında tətbiq edilmiş xüsusi karantin rejimi qərardaddan şikayət verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb deyildir və iddiaçı xüsusi karantin rejimi dövründə belə öz prosessual hüquqlarından istifadə imkanlarına malik olmuşdur. X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apelyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (Mülki Prosessual Məcəlləsinin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq ötürülmüş prosessual müddəti bərpa etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. X2 Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(117)-135/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(117)-135/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar