Məhkəmə qərarları › İş №2-2(107)-25/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-25/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-25/2021 12.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(117)-18/2021 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması fondu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək “8825,48 manat əsas borc, 491.38 manat faiz, 411,29 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 570,81 manat məbləğ olmaqla, cəmi 5299,96 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 2021-ci il tarixli e- 2-2(117)-18/2021 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “8825,48 manat əsas borc, 491.38 manat faiz, 411,29 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 570,81 manat məbləğ olmaqla, cəmi 5299,96 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(117)-18/2021 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondu şikayət verərək qərardadın ləğv edilərək icraatın təzələnərək işin yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(117)-18/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(117)-18/2021 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondu tərəfindən verilmiş şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinə baxılan zaman iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun nümayəndəsi X1 məhkəmənin elektron ünvanına ərizə göndərərək Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e- 2-2(117)-18/2021 nömrəli qərardadından tərəflərindən verilmiş şikayətdən imtina etdiklərini bildirmişlər. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin: 369.2-ci mаddəsinə əsаsən, аpellyаsiyа şikаyəti verən şəxs аpellyаsiyа instаnsiyаsı məhkəməsində qətnаmə qəbul edilənə kimi yаzılı formаdа ondаn imtinа edə bilər. 369.1-ci mаddəsinə əsаsən, işdə iştirаk edən şəxsin аpellyаsiyа şikаyətindən imtinа etməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin tаnınmаsınа səbəb olur. 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun apellyasiya şikayətindən imtina etməsi iş üzrə digər şəxslərin hüquq və maraqlarına toxunmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(117)-18/2021 nömrəli qərardadından vermiş olduğu şikayətdən imtinaya dair ərizəsi qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(117)-18/2021 nömrəli qərardadından vеrmiş olduğu şikayətdən imtinaya dаir ərizəsi qəbul еdilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1Tahir qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı “8825,48 manat əsas borc, 491.38 manat faiz, 411,29 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 570,81 manat məbləğ olmaqla, cəmi 5299,96 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair kommersiya işi üzrə apellyasiya icraatına xitam verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar