Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-25/2025 08.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 5215 saylı icarə müqaviləsi, onun əsasında bağlanmış xx.xx.2009-cu il tarixli, 3188 saylı icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh3 verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli, **********39-05101-083018 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, **********39-05101-083022 reyestr nömrəli çıxarışların ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: əqdin etibarsızlığı, çıxarışın ləğvi) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1130/2024 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Dövlət Əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsinin rəisinin xx.xx.2002-ci il tarixli məktubundan görünür ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı Müəssisəsi Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən 47/2 saylı binanın zirzəmisində 66.9 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyini təsdiqləmişdir. xx.xx.2006-cı il tarixdə bağlanmış Dövlət əmlakının icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən icarəyəverən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi sədrinin xx.xx.2006-cı il tarixli sərəncamına əsasən Mingəçevir şəhəri, H.Əliyev prosepkti, 47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən Mingəçevir şəhər İcra Hakimiyyəti Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin balansında olan qeyri-yaşayış sahəsi kommersiya məqsədilə icarəçi Cavabdeh3 müddətli istifadəsinə verilmiş, icarənin müddəti xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək nəzərdə tutulmuşdur. xx.xx.2009-cu il tarixdə satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh3 arasında bağlanmış icarəyə verilmiş əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən sonuncu xx.xx.2007-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü 140.1 kv.m qeyri-yaşayış sahəsini satıcıdan 1849 manata satın almışdır. xx.xx.2014-cü il tarixdə satıcı Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2012ci il tarixli 49 nömrəli əmrinə əsasən Mingəçevir şəhəri, H.Əliyev prosepkti, 47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin balansında olan qeyri-yaşayış sahəsini kommersiya məqsədilə icarəçi Cavabdeh3 müddətli istifadəsinə verilmiş, icarənin müddəti xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək nəzərdə tutulmuşdur. xx.xx.2014-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh3 arasında bağlanmış 5397 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinə əsasən sonuncu xx.xx.2014-cü il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü 66,9 m2 qeyri-yaşayış sahəsini satıcıdan 883 manata satın almışdır ki, bu hal iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş ƏMDK-nın xx.xx.2014-cü il tarixli 166 nömrəli sərəncamından çıxarışla da təsdiq olunur. xx.xx.2021-ci il tarixdə iddiaçı ilə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə bağlanmış 01 nömrəli binaların ictimai istismar müqaviləsinə əsasən 60 kv.m qeyri-yaşayış sahəsi 25 il müddətinə İddiaçı istismarına verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh3, Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 5215 saylı icarə müqaviləsi, onun əsasında bağlanmış xx.xx.2009cu il tarixli, 3188 saylı icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh3 verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli, **********39-05101-083018 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, **********39-05101- 083022 reyestr nömrəli çıxarışların ləğv edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dövlət Əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsinin rəisinin xx.xx.2002-ci il tarixli məktubundan görünür ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı Müəssisəsi Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən 47/2 saylı binanın zirzəmisində 66.9 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyini təsdiqləmişdir. xx.xx.2006-cı il tarixdə bağlanmış Dövlət əmlakının icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən icarəyəverən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi sədrinin xx.xx.2006-cı il tarixli sərəncamına əsasən Mingəçevir şəhəri, H.Əliyev prosepkti, 47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən Mingəçevir şəhər İcra Hakimiyyəti Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin balansında olan qeyri-yaşayış sahəsi kommersiya məqsədilə icarəçi Cavabdeh3 müddətli istifadəsinə verilmiş, icarənin müddəti xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək nəzərdə tutulmuşdur. xx.xx.2009-cu il tarixdə satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh3 arasında bağlanmış icarəyə verilmiş əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən sonuncu xx.xx.2007-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü 140.1 kv.m qeyri-yaşayış sahəsini satıcıdan 1849 manata satın almışdır. xx.xx.2014-cü il tarixdə satıcı Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2012ci il tarixli 49 nömrəli əmrinə əsasən Mingəçevir şəhəri, H.Əliyev prosepkti, 47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin balansında olan qeyri-yaşayış sahəsini kommersiya məqsədilə icarəçi Cavabdeh3 müddətli istifadəsinə verilmiş, icarənin müddəti xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək nəzərdə tutulmuşdur. xx.xx.2014-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh3 arasında bağlanmış 5397 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinə əsasən sonuncu xx.xx.2014-cü il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü 66,9 m2 qeyri-yaşayış sahəsini satıcıdan 883 manata satın almışdır ki, bu hal iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş ƏMDK-nın xx.xx.2014-cü il tarixli 166 nömrəli sərəncamından çıxarışla da təsdiq olunur. DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prosepkti, b.47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən qeyri-yaşayış binası (zirzəmi) Cavabdeh3 tam (xüsusi) mülkiyyətindədir. 0893611 nömrəli, ******* nömrəli, daşınmaz əmlakın alqı-satqı müqavilələrindən görünür ki, satıcı Cavabdeh3 ona məxsus 140.1 kv.m qeyri-yaşayış sahəsininin bir hissəsini (15 kv.m və 15 kv.m hissələrini) başqa şəxslərə satmış, bundan sonra sonuncuya xx.xx.2021-ci il tarixli 110.10 kv.m qeyriyaşayış sahəsi üzərində mülkiyyətə dair DƏDKRPHŞ-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən **********39-05101-083022 reyestr nömrəli çıxarış verilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan göründüyü kimi Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyindədir və 2002-ci ildən Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Nizamnaməyə əsasən şəhərin Dövlət Mənzil Fondunun istismarı, saxlanılmasına və yaxşılaşdırılmasına birbaşa cavabdehdir. İdarə şəhərin yaşayış binalarına, binalardakı qeyri-yaşayış sahələrinə və fərdi qarajlara xidmət göstərdiyi üçün balansdaşıyıcı sayılır. Odur ki, H.Əliyev prospekti 47/2 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi bina altı olduğu üçün idarənin balansındadır. xx.xx.2021-ci il tarixdə iddiaçı ilə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə bağlanmış 01 nömrəli binaların ictimai istismar müqaviləsinə əsasən 60 kv.m qeyri-yaşayış sahəsi 25 il müddətinə İddiaçı istismarına verilmişdir. Şəki Kommersiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1130/2024 nömrəli qətnaməsi (hakim: M.Hüseynov) ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı Müəssisəsi Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən 47/2 saylı binanın zirzəmisində 66.9 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etməmiş, Mingəçevir şəhəri, H.Əliyev prosepkti, 47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən Mingəçevir şəhər İcra Hakimiyyəti Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin balansında olan qeyri-yaşayış sahəsi kommersiya məqsədilə icarəçi Cavabdeh3 müddətli istifadəsinə verilmiş, daha sonra xx.xx.2014-cü il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü 66,9 m2 qeyri-yaşayış sahəsini satıcıdan 883 manata satın almışdır ki, DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prosepkti, b.47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən qeyri-yaşayış binası (zirzəmi) Cavabdeh3 tam (xüsusi) mülkiyyətindədir. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçının əsaslandığı hüquqi sənəd xx.xx.2021-ci il tarixdə iddiaçı ilə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə bağlanmış 01 nömrəli binaların ictimai istismar müqaviləsinə əsasən 60 kv.m qeyri-yaşayış sahəsi 25 il müddətinə İddiaçı istismarına verilməsi ilə bağlı olan sənəddir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli 166 nömrəli Sərəncamı ilə o cümlədən Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 47/2 ünvanda yerləşən 5 mərtəbəli binanın zirzəmisində olan 66,9 kv.m qeyri-yaşayış sahəsinin (icarəçi Cavabdeh3) özəlləşdirilməsi bardə qərar qəbul edilmişdir. Qeyd edilən əmlakın balans saxlayıcısı Mingəçevir şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi olsa da, dövlət mülkiyyətini idarə edən və onunla bağlı sərəncam vermək səlahiyyəti olan orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırkı Əmlak Məsələləri Dövlət Xidməti) olmuş və müvafiq icarə müqaviəsini müvafiq balans saxlayıcı orqanın razılığı ilə icarəyə vermiş, sonuncu dəfə isə alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılmışdır. Yuxarıda qeyd edilən əmlakın istismara verilməsi barədə müqavilə əslində həmin əmlakın qorunub saxlanamsı ilə bağlı vəzifələrin icrasını həyata keçirmə ilə bağlı olmuş, lakin qeyd edilən müqavilə subyektiv olaraq həmin əmlakla bağlı mülkiyyət, sahiblik və ya istifadə hüququna hər hansı bir zəmin yaratmır. Bunu dövlətin səlahiyyət verdiyi orqan həyata keçirməklə müvafiq müqavilələri bağlamış və həmin müqavilələr isə qanunvericiliyin tələblərinə uyğun prosedurlardan keçməklə icra olunmuşdur. Hazırki vəziyyətdə Cavabdeh3 ona məxsus 66,9 m2 qeyri-yaşayış sahəsinin üzərində qanuni şəkildə mülkiyyət hüquqları vardır ki, mülkiyyətçinin bu hüquqları Daşınmaz Əmlakın Dövlət reyesterində qeydə alınmışdır və həmin əmlak üzərində mülkiyyətçinin hüquqları qanunla qorunur. Buna baxmayaraq iddiaçının dəlillərini əsaslı edəcək hər hansısa sübut aşkarlanmamış, əksinə cavabdehlər Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından da göründüyü kimi mübahisələdirilən qeyri-yaşayış sahəsinin Cavabdeh3 icarəsinə, daha sonra mülkiyyətinə verilməsi ilə bağlı aparılan bütün əməliyyatlar və bunun əsasında verilmiş çıxarışlar qanunamüvafiq olmuşdur. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146, 148, 152, 139, 139-1.1, 324, 334, 337, 339, 404, 647, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 119-cu maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Hansı ki, İddiaçı həmin sahəyə gözlənilən icarəçi hüququ var idi və cavabdeh də bunu bilirdi. Məhkəmə isə həmin xüsuatı araşdırmamışdır. Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan göründüyü kimi Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyindədir və 2002-ci ildən Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Nizamnaməyə əsasən şəhərin Dövlət Mənzil Fondunun istismarı, saxlanılmasına və yaxşılaşdırılmasına birbaşa cavabdehdir. İdarə şəhərin yaşayış binalarına, binalardakı qeyri-yaşayış sahələrinə və fərdi qarajlara xidmət göstərdiyi üçün balansdaşıyıcı sayılır. Odur ki, H.Əliyev prospekti 47/2 saylı binanın birinci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsi bina altı olduğu üçün idarənin balansındadır. xx.xx.2021-ci il tarixdə iddiaçı ilə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə bağlanmış 01 nömrəli binaların ictimai istismar müqaviləsinə əsasən 60 m2 qeyri-yaşayış sahəsi 25 il müddətinə İddiaçı istismarına verilmişdir. Göründüyü kimi, iddiaçının etimadı Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin yuxarıda qeyd olunan müqaviləsinə və razılıq məktublarına əsaslanır. Həmin müqavilə əsasında iddiaçı uzun illərdir həmin sahəyə sahiblik etməklə istifadə edir. Bunu elə cavabdehin özü də bilirdi. Nəinki cavabdeh bütün şəhər sakinləri və Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin əməkdaşları da təsdiq edə bilərlər. İddiaçının icarəsinə verilən sahənin faktiki olaraq cavabdehə məxsus sahəsinin sərhədlərinin üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Qətnamədə hər hansı ekspert rəyinə istinad edilməmişdir. Bu hallar ətraflı araşdırmadan ədalətsiz və qanunsuz qərar qəbul edilmişdir. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 398 saylı arayışda qeyd edilmişdir ki, İddiaçı ilə xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə bağlanmış 01 nömrəli binaların ictimai istismar müqaviləsinə əsasən 60 m2 qeyri-yaşayış sahəsi ilə Cavabdeh3 verilmiş 66.9 kv.m qeyri yaşayış sahəsinin heç bir əlaqəsi yoxdur. Eyni zamanda Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi X3 icarəyə verilmiş sahəyə olan hüquqların qeydiyyata alınmasına etiraz etmir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı 60 m2 sahədən 2021-ci ildə icarəyə götürdükdən sonra istifadə edir. Həmin icarə müqaviləsi daşınmaz əmlakda qeydə alınmamışdır və müvafiq olaraqda müqavilədən başqa heç bir hüquqmüəyyənedici sənədi yoxdur. İddiaçının həmin əmlakın başqa şəxsə satılmasından xəbəri olmamışdır. Odur ki, nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə alğı-satqı zamanı balans saxlayıcısının müvafiq icazəsi alınmışdır. Ümumiyyətlə isə qanunvericilikdə dövlət əmlakı özəlləşdirilən zaman razılığın alınması nəzərdə tutulmamışdır. Eyni zamanda, İddiaçı xx.xx.2021-ci il tarixdə 60 m2 qeyri-yaşayış sahəsini icarəyə götürən zaman icarə müqaviləni daşınmaz əmlakda qeydiyyata da aldırmamışdır. Əgər qeydiyyata aldırmaq üçün müraciət etsəydi iddiaçı görəcəkdirki əmlak hazırki iş üzrə cavabdehə uzun illər əvvəl satılmışdır. İddiaçı tərəf özünündə dediyi kimi onun 60 m2 sahəsi başqa yerdədirsə onda nə üçün o, hazırki iddianı qaldırmışdır. Hazırki iş üzrə cavabdeh iddiaçı tərəfə qarşı Mingəçevir Şəhər Məhkəməsində obyektdən çıxarılma ilə bağlı iddia qaldırdığından iddiaçı tərəf vaxt qazanmaq üçün hazırki iddianı qaldırmışdır. Cavabdehlə alğı-satqı qanuni şəkildə aparılmışdır. Odur ki, nəzərə alınmasını xahiş edir. İddiaçıya, cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
“Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”
17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “....Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır....”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə qeyriyaşayış sahəsinin iddiaçıya satılması ilə bağlıdır. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh3, Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 5215 saylı icarə müqaviləsi, onun əsasında bağlanmış xx.xx.2009-cu il tarixli, 3188 saylı icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh3 verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli, **********39-05101-083018 reyestr nömrəli və xx.xx.2021ci il tarixli, **********39-05101-083022 reyestr nömrəli çıxarışların ləğv edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyatorlardan isə birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə, yəni iddia tələbinin rədd edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın təmin edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iş materialları ilə Mingəçevir şəhəri, H.Əliyev prosepkti, b.47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən qeyri-yaşayış binası (zirzəmi) Cavabdeh3 tam (xüsusi) mülkiyyətində olması müəyyən edilir. Kollegiyası qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin, “Akimovanın Azərbaycana qarşı” işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. İddia tələbindən görünür ki, iddiaçı cavabdehlər arasında bağlanılmış müqavilə əsasında hüquqlarının pozulduğunu bildirir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllə 324.4.). Müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (Mülki Məcəllə 337.1 və 337.2). Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllə 389.1). Əqdin arzu olunan hüquqi nəticəni yaratması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Əqdin etibarsızlığı, əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: - əqdin subyektiv tərkibinə aid edilən şərt; - əqdin məzmununa aid edilən şərt; - əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; - əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Yəni, qanunvericinin tələblərinə əsasən müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Kollegiya qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337-ci maddəsində etibarsızlıq hallarının iki növü göstərilmişdir, bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, qanunvericiliyin məzmunundan aydın görünür ki, daşınmaz əmlaka dair həyata keçirilən hər hansı hüquq (eləcə də alğı-satqı müqaviləsinin bağlanması) mütləq və qeyd-şərtsiz dövlət qeydiyyatına alınmalı, bu qeydiyyat müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilməli, bu zaman daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilməli, yəni ünvan reyestri aparılmalıdır. Yenə mülki qanunvericilik müəyyən edir ki, həmin reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Yəni şəxsin xeyrinə reyestrdəki qeyd bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə, yalnız yuxarıda qeyd edilən qanunvericiliyin şərtlərinətam riayət edildikdən sonra daşınmaz əmlak üzərində hər hansı hüququn həyata keçirilməsindən (eləcə də alğı-satqı müqaviləsinin bağlanması) söhbət gedə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhəri, H.Əliyev prosepkti, 47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən Mingəçevir şəhər İcra Hakimiyyəti Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin balansında olan qeyri-yaşayış sahəsi kommersiya məqsədilə icarəçi Cavabdeh3 müddətli istifadəsinə verilmiş, daha sonra xx.xx.2014-cü il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü 66,9 m2 qeyri-yaşayış sahəsini satıcıdan satın almışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətininin digər dəlili olan iddiaçının mübahisəli qeyri-yaşayış sahəsində “gözlənilən icarə hüququnun” olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Kollegiya diqqətə çatdırır ki, nə qanunvericilikdə, nə hüquq ədəbiyyatanda, nədəki Avropa Məhkəməsinin president hüququnda “gözlənilən (gözləntili) icarə hüququ” deyə bir anlayış (məhfum və ya deyim) yoxdur. Avropa Məhkəməsi bəzi qərarlarında “gözlənilən mülkiyyət hüququndan” bəhs etmişdir. İcrarə və mülkiyyət hüquqları isə fərqli hüquq münasibətləridir. Məhkəmə kollegiyası apellyasiya şikayətininin mübahisəli qeyri-yaşayış sahəsinin öncədən iddiaçıya verilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, Dövlət Əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsinin rəisinin xx.xx.2002-ci il tarixli məktubundan görünür ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı Müəssisəsi Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən 47/2 saylı binanın zirzəmisində 66.9 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyini təsdiqləmişdir. xx.xx.2006-cı il tarixdə bağlanmış Dövlət əmlakının icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən icarəyəverən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi sədrinin xx.xx.2006-cı il tarixli sərəncamına əsasən Mingəçevir şəhəri, H.Əliyev prosepkti, 47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən Mingəçevir şəhər İcra Hakimiyyəti Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin balansında olan qeyri-yaşayış sahəsi kommersiya məqsədilə icarəçi Cavabdeh3 müddətli istifadəsinə verilmiş, icarənin müddəti xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək nəzərdə tutulmuşdur. xx.xx.2009-cu il tarixdə satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh3 arasında bağlanmış icarəyə verilmiş əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən sonuncu xx.xx.2007-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü 140.1 m2 qeyri-yaşayış sahəsini satıcıdan 1849 manata satın almışdır. xx.xx.2014-cü il tarixdə satıcı Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2012ci il tarixli 49 nömrəli əmrinə əsasən Mingəçevir şəhəri, H.Əliyev prosepkti, 47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin balansında olan qeyri-yaşayış sahəsini kommersiya məqsədilə icarəçi Cavabdeh3 müddətli istifadəsinə verilmiş, icarənin müddəti xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək nəzərdə tutulmuşdur. xx.xx.2014-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh3 arasında bağlanmış 5397 nömrəli icarəyə verilmiş əmlakın alğı-satqısı müqaviləsinə əsasən sonuncu xx.xx.2014-cü il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü 66,9 m2 qeyri-yaşayış sahəsini satıcıdan 883 manata satın almışdır ki, bu hal iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş ƏMDK-nın xx.xx.2014-cü il tarixli 166 nömrəli sərəncamından çıxarışla da təsdiq olunur. Göründüyü kimi, Mingəçevir şəhəri, H.Əliyev prosepkti, b.47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən qeyri-yaşayış binası (zirzəmi) Cavabdeh3 icarəsinə, daha sonra isə mülkiyyətinə verilmişdir. Bundan başqa iddiaçı tərəf məhz iddia ərizəsində göstərmişdir ki, həmin ünvanda yerləşən 59 kv.m qeyri-yaşayış sahəsi ona məxsusdur. xx.xx.2021-ci il tarixdə isə 59 m2 qeyri-yaşayış sahəsinin arxa hissəsində yerləşən 60 m2 qeyri-yaşayış sahəsi də ona icarəyə verilmişdir. Beləliklə iş materialları ilə iddiaçının iddia etdiyi kimi, mübahisəli 66,9 m2 qeyriyaşayış sahəsinin cavabdehdən əvvəl iddiaçıya verilməsi öz təsdiqini tapmamışdır. Kollegiya daha sonra bildirir ki, iddiaçı tərəf 66,9 m2 istifadə etsə də onda mübahisəli əmlakla bağlı heç bir hüquqmüəyyənedici sənəd olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətininin mübahisəli 66,9 m2 qeyri-yaşayış sahəsi cavabdehin adına alğı-satqı edilən zaman Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin razılığının alınmaması və maraqlı şəxs tərəfindən arayışın verilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya həmin halla bağlı ilkin olaraq qeyd edir ki, Dövlət Əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsinin rəisinin xx.xx.2002-ci il tarixli məktubundan görünür ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı Müəssisəsi Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən 47/2 saylı binanın zirzəmisində 66.9 m2 qeyriyaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyini təsdiqləmişdir. Bundan başqa, 66.9 m2 qeyri-yaşayış sahəsi dövlət əmlakı olmaqla həmin əmlakla bağlı müvafiq hərəkətlərin edilməsi səlahiyyəti dövlətin adından müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir ki, hazırki iş üzrə dövlətin adından 66.9 m2 qeyriyaşayış sahəsi ilə bağlı bu səlahiyyətləri Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirmişdir. Kollegiya daha sonra qeyd edir ki, iddiaçı tərəf icarə müqavilələrini, çıxarışları qanunsuz hesab etsə də, təqdim edilmiş müqavilələrdən, daşınmaz əmlakın dövlət reyesterindən çıxarışlardan və Dövlət Əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsinin rəisinin xx.xx.2002-ci il tarixli məktubundan göründüyü kimi Mingəçevir şəhəri, H.Əliyev prosepkti, b.47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən qeyri-yaşayış binası Cavabdeh3 icarəsinə, daha sonra isə mülkiyyətinə verilmiş və ən vacibi isə bu qanuni əsaslarla baş vermişdir. Belə ki, qeyd edilən əmlakın balans saxlayıcısı Mingəçevir şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi olsa da, dövlət mülkiyyətini idarə edən və onunla bağlı sərəncam vermək səlahiyyəti olan orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırkı Əmlak Məsələləri Dövlət Xidməti) olmuş və müvafiq icarə müqaviəsini müvafiq balans saxlayıcı orqanın razılığı ilə icarəyə vermiş, sonuncu dəfə isə alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılmışdır. İşdən daha sonra müəyyən edilir ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi hal-hazıradək 66.9 m2 qeyri-yaşayış sahəsinin cavabdehə satılması ilə bağlı hər hansı tələb irəli sürməmişdir. Belə olan halda kollegiya hesab edir ki, şikayətin həmin dəlilləri də tamamilə əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətininin iddiaçıya verilmiş 60 m2 qeyri-yaşayış sahəsi ilə Cavabdeh3 verilmiş 66,9 m2 qeyri-yaşayış sahəsinin üst-üstə düşməsi, ekspertizanın keçirilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya həmin halla bağlı ilkin olaraq qeyd edir ki, İddiaçı iddia ərizəsində həmin ünvanda yerləşən 59 kv.m qeyri-yaşayış sahəsi ona məxsus olduğunu və xx.xx.2021-ci il tarixdə isə 59 m2 qeyri-yaşayış sahəsinin arxa hissəsində yerləşən 60 m2 qeyri-yaşayış sahəsinin də ona icarəyə verildiyini bildirmişdir. Bundan başqa, iddiaçı tərəf özü apellyasiya şikayətinə Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2024-cü il tarixli, 398 nömrəli arayışını əlavə etmiş və apellyasiya şikayətində də sübut kimi həmin arayışa dəfələrlə istinad etmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2024-cü il tarixli, 398 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi əsasında Mingəçevir şəhəri, H.Əliyev prosepkti, 47/2 saylı binanın zirzəmisində yerləşən 60 kv.m qeyri-yaşayış sahəsi, Cavabdeh3 verilmiş 66.9 m2 qeyri yaşayış sahəsi ilə heç bir əlaqəsi yoxdur. Göründüyü kimi, hətda iddiaçı tərəfin apellyasiya məhkəməsinə özünün təqdim etdiyi arayışda da Cavabdeh3 satılmış 66.9 m2 qeyri-yaşayış sahəsinin iddiaçıya heç bir aidiyyəti olmadığı müəyyən edilmişdir. Bundan başqa, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və X2 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və onun əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş (iş № 2(051)-24/2024, köhnə № 2(051)-27/2023) Mingəçevir Şəhər Məhkəməsinin icraatındadır və həmin iş üzrə icraat hazırki işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan həmin iş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3037 nömrəli rəyində isə göstərilmişdir ki, Cavabdeh3 məxsus Mingəçevir şəhəri, H.Əliyev prosepkti, 47/2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi binanın zirzəmi mərtəbəsində arxa fasad hissəsində yerləşir. Qeyd olunur ki, faktiki olaraq Cavabdeh3 məxsus qeyri-yaşayış sahəsi İddiaçı istifadəsində olmaqla ümumi sahəsi 67.8 m2 təşkil edir. Kollegiya qeyd edir ki, həmin rəy hazırki iş üzrə preyudisial əhəmiyyət daşımasa da, rəyin təsviri hissəsindən görünür ki, İddiaçı istifadəsində faktiki olaraq cəmi, 126 m2 sahə vardır. Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan və hazırda dayandırılmış mülki işdə Cavabdeh3 iddia edir ki, İddiaçı ona məxsus olan 66.9 m2 qeyri-yaşayış sahəsini istifadə edir. Bununla bağlı isə işə baxan məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış müvafiq rəy almışdır. Bundan başqa, 66,9 m2 qeyri-yaşayış sahəsinin iddiaçı tərəfin qanuni şəkildə istifadəsində və ya icarəsində olmasına dair iddiaçıda heç bir hüquqmüəyyənedici sənədlər də yoxdur. Beləliklə, 66.9 m2 qeyri-yaşayış sahəsi Cavabdeh3 məxsus olmaqla hazırki iş üzrə iddiaçının əmlakı ilə üst-üstə düşməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı tərəf işə birinci instansiya məhkəməsində baxılan zaman qeyri-yaşayış sahələrinin üst-üstə düşüb-düşməməsini ümumiyyətlə mübahisələndirməmiş və ekspertiza keçirilməsi ilə bağlı məhkəməyə əsaslandırılmış vəsatət verməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM 372.2). Kollegiyası qeyd edir ki, hakim tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edilir. İşdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər, o cümlədən arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Mülki Prosessual Məcəllə 78, 85, 167, 184). Göründüyü kimi, mülki prosessual qanunvericiliyə əsasən, sübutlar və dəlillər birinci instansiya məhkəməsində təqdim edilməli və araşdırılmalıdır. Apellyasiya instansiya məhkəməsində isə yeni sübutlar və dəlillər yalnız o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki işdən isə görünür ki, iddiaçı tərəf ümumiyyətlə qeyri-yaşayış sahələrinin üstüstə düşüb-düşməməsini və ekspertiza keçirilməli olmasını birinci instansiya məhkəməsində mübahisələndirməmişdir. Belə olan halda isə kollegiya qeyd edir ki, yeni sübutlar və dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməməli və araşdırılmamalıdır. Məhkəmə kollegiyası xx.xx.2021-ci il tarixdə 60 kv.m qeyri-yaşayış sahəsi 25 il müddətinə İddiaçı istismarına verilməsi ilə bağlı müqaviləyə də münasibət bildirərək qeyd edir ki, həmin müqavilə cavabdehin adına olan 66.9 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət, sahiblik və ya istifadə hüququna hər hansı bir zəmin yaratmamışdır. Eyni zamanda, İddiaçı xx.xx.2021-ci il tarixdə 60 m2 qeyri-yaşayış sahəsini icarəyə götürən zaman icarə müqaviləni daşınmaz əmlakda qeydiyyata da saldırmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə Cavabdeh3 ona məxsus 66,9 m2 qeyri-yaşayış sahəsi üzərində qanuni şəkildə mülkiyyət hüquqları əldə etmiş və onun bu hüquqlarını Daşınmaz Əmlakın Dövlət reyesterində qeydə alınmışdır. Məhkəmə kollegiyası son olaraq qeyd edir ki, iddiaçı tərəf birinci və apellyasiya instansiyalarında müxtəlif əsaslanmalar edərək, həm əmlakın əvvəllər ona verildiyini, həm mübahisəli əmlaka “gözləntili icarə hüqunun” olduğunu, həm də əmlakların üst-üstə düşməsi kimi bir-birindən fərqli nəticələrə səbəb olacaq əsaslandırmalar gətirmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1130/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.