Məhkəmə qərarları › İş №2-2(107)-26/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-26/2020

07.07.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-26/2020 07.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-2(117)-106/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “23700 ABŞ dolları əsas borc, 10000 ABŞ dolları əldən çıxmış fayda, 15000 manat mənəvi ziyanın kompensasiyası və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 33700 ABŞ dolları və 10030 manat məbləğində pulun cavabdehdən tutalaraq ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh İddiaçı qarşı “6 il ərzində 750 m2 sahəyə görə ödəmədiyi 344000 manat məbləğində icarə haqqı və bu illər ərzində sağlamlığına və mənəviyyatına vurduğu ziyana görə 10000 manat məbləğində pulun İddiaçı tutularaq ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, qarşılıqlı iddia ərizəsi kağız daşıyıcıda birinci instansiya məhkəməsinə daxil olmuşdur. Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-2(117)-106/2020 saylı qərardadı (hakim Rüfət Məcidov) Cavabdeh İddiaçı qarşı “6 il ərzində 750 m2 sahəyə görə ödəmədiyi 344000 manat məbləğində icarə haqqı və bu illər ərzində sağlamlığına və mənəviyyatına vurduğu ziyana görə 10000 manat məbləğində pulun İddiaçı tutularaq ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-2(117)- 106/2020 saylı qərardadından şikayət vermişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(117)-106/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şikayətin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-2(117)-106/2020 saylı qərardadının ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-2(117)-106/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə xx.xx.2018-ci il tarixli Qanunla əlavə edilmiş və xx.xx.2019-cu ildən qüvvədə olan 10-1.3-cü maddəsində deyilir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Cavabdeh qarşılıqlı iddia ərizəsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda birinci instansiya məhkəməsinə təqdim edilmiş və gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsi forma və məzmununa dair tələblərə riayət edilmədən bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırkı vəziyyətdə məhkəmə icraatı mümkün deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Sadalanan qanunvericiliyin tələbindən göründüyü kimi, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəldiyi, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırdığı, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olduğu və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələndiyi təqdirdə hakim qarşılıqlı iddianı qəbul edir. Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehə məxsus ticarət obyektinin təmirinə xərclənmiş, ona borc kimi verdiyi pul vəsaitini cavabdehdən tələb edir, cavadeh qarşılıqlı iddia ərizəsi ilə İddiaçı icarə haqqını, habelə 6 il ərzində sağlamlığına və mənəviyyatına vurulmuş zərəri tələb edir. Göründüyü kimi, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmiş və qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır və qarşılıqlı iddia ilə ilk iddia arasında qarşılıqlı əlaqə yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsinə ilkin iddia tələbi ilə birgə baxıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. X3 Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-2(117)-106/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-2(117)-106/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar