Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-28/2021 29.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli e-2-2(117)-3/2021 nömrəli qətnaməsindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 26 yanvar 2021-ci il tarixli e-2-2(117)-3/2021 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabadeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “08.06.2005-ci il tarixli kredit müqaviləsi üzrə 44222,84 AZN faiz, 160975,1 AZN cərimə olmaqla cəmi 205197,94 AZN, 31.03.2006-cı il tarixli kredit müqaviləsi üzrə 293926,42 ABŞ dolları faiz, 61110,89 ABŞ dolları cərimə olmaqla cəmi 355037,31 ABŞ dolları, 26.04.2017-ci il tarixli kredit müqaviləsi üzrə 98764,48 AZN əsas, 175,59 AZN faiz olmaqla cəmi 98940,07 AZN, 04.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 92000 AZN əsas, 26414,9 AZN faiz borcu olmaqla cəmi 118414,9 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, 26.04.2017-ci il tarixli və 04.07.2018-ci il tarixli kredit müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh ASC-dən 26.04.2017-ci il tarixli kredit müqaviləsi üzrə 98764,48 AZN əsas, 175,59 AZN faiz olmaqla cəmi 98940,07 AZN, 04.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 92000 manat əsas, 26414,9 AZN faiz olmaqla cəmi 118414,9 AZN borc və 30 AZN dövlət rüsumunun tutulub "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 26.04.2017-ci il tarixli və 04.07.2018-ci il tarixli kredit müqavilələrinin ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İşin halları İddiaçı “xxxx” Açıq Səhmdаr Cəmiyyəti (bundan sonra iddiaçı və ya “xxxx” ASC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh və ya Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş, 14.08.2020-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ünvanlayaraq 08.06.2005-ci il tarixli kredit müqaviləsi üzrə 44222,84 AZN faiz, 160975,1 AZN cərimə olmaqla cəmi 205197,94 AZN, 31.03.2006-cı il tarixli kredit müqaviləsi üzrə 293926,42 ABŞ dolları faiz, 61110,89 ABŞ dolları cərimə, cəmi 355037,31 ABŞ dolları, 26.04.2017-ci il tarixli kredit müqaviləsi üzrə 98764,48 AZN əsas, 175,59 AZN faiz olmaqla, cəmi 98940,07 AZN, 04.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 92000 AZN əsas, 26414,9 AZN faiz, cəmi 118414,9 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, 26.04.2017-ci il tarixli və 04.07.2018-ci il tarixli kredit müqavilələrinin ləğv edilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər arasında 08.06.2005-ci il və 31.03.2006-cı il tarixlərdə bağlanmış müqavilələr üzrə əsas borc məbləği tam ödənilsə də, birinci müqavilə üzrə cavabdehin 44222,84 AZN faiz, 160975,1 AZN cərimə olmaqla cəmi 205197,94 AZN məbləğində borcu, ikinci müqavilə üzrə isə 293926,42 ABŞ dolları faiz, 61110,89 ABŞ dolları cərimə, cəmi 355037,31 ABŞ dolları məbləğində borcu qalmışdır. Həmin müqavilələr üzrə cavabdeh tərəfindən ödənişlər edildikdə bank tərəfindən güzəştlər edilərək ödənilən borc məbləği faiz və cərimələrdən tutulmalı olduğu halda, əsas borcdan tutulmuşdur. Göründüyü kimi, bank tərəfindən cavabdehə lazımi güzəştlər edilmişdir. Tərəflər arasında əməkdaşlıq davam etdirilmiş, 26.04.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş 98764,48 AZN əsas, 175,59 AZN faiz olmaqla, cəmi 98940,07 AZN, 04.07.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə isə ödənilməmiş 92000 AZN əsas, 26414,9 AZN faiz, cəmi 118414,9 AZN borcu qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında izahat verən "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən “Cavabdeh" ASC-nin nümayəndələri X7 və X2 izahatlarında iddia tələbini qismən etiraf edərək bildirmişlər ki, 26.04.2017-ci il tarixli kredit müqaviləsi üzrə 98764,48 AZN əsas, 175,59 AZN faiz olmaqla, cəmi 98940,07 AZN, 04.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 92000 AZN əsas, 26414,9 AZN faiz, cəmi 118414,9 AZN borc mövcuddur. İddia tələbinin qalan hissədə iddia müddətinin tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli e-2-2(117)-3/2021 nömrəli qətnaməsi çıxarılmışdır. “xxxx” ASC apellyasiya şikayəti verərək Şəki Kommersiya Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli e-2-2(117)-3/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına görə, iddia tələbinin təmin olmayan hissəsi üzrə 08.06.2005-ci il tarixli və 31.03.2006-cı il tarixli kredit müqavilələri üzrə cavabdeh tərəfindən sonuncu ödəniş 2012-ci il tarixdə aparılmışdır. Bundan sonra cavabdehlə bank arasında məhkəmədənkənar qaydada borcun ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə edilmiş və bu səbəbdən Cavabdeh ASCdən kredit borcunun tutulması ilə bağlı iddia tələbi ilə tərəflərindən məhkəməyə müraciət edilməmişdir. Lakin cavabdeh bundan sonrakı müddət ərzində də borcunu ödəməmişdir. Ona görə də hazırkı iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Bundan başqa məhkəmə cavabdehin nümayəndəsi kimi məhkəmədə iştirak edən və Cavabdeh ASC-nin baş direktoru vəzifəsini icra edən şəxs qismində tanıdığı X4 məhkəmə baxışı dövründə cavabdehin nümayəndəsi qismində məhkəmədə iştirak etmək hüququnun olub-olmamasını aydınlaşdırmamış, hətta onun tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin keçməsi barədə ərizəni qəbul edərək bankın iddiasını qismən təmin etmişdir. Cavabdeh ASC-nin Nizamnaməsinin 6-cı bəndinə əsasən səhmdarların ümumi yığıncağı 6 (altı) aydan gec olmayaraq keçirilməlidir. Nizamnamənin 8.3-cü bəndinə əsasən Səhmdar cəmiyyətinin baş direktoru səhmdarların ümumi yığıncağı tərəfindən 3 (üç) il müddətinə seçilir. Son 2 (iki) il ərzində Cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriİməmişdir və baş direktorun səlahiyyət müddətinin bitməsinə baxmayaraq, yeni baş direktor təyin edilməmişdir. Belə ki, Cavabdeh ASC-nin Nizamnaməsinin 8.3-cü bəndindən də göründüyü kimi baş direktor 3 (üç) il müddətinə təyin edilir. Məhkəmədə cavabdehin nümayəndəsi və baş direktoru kimi iştirak etmiş X8 məhkəməyə təqdim etdiyi 12.01,2015-ci il tarixli 02/k saylı əmrdən çıxarışa əsasən Cavabdeh ASC-nə direktor təyin edilmişdir. Bundan başqa cavabdehin nümayəndəsi R.Əliyev Nizamnaməyə əsasən 2015-ci il tarixdə baş direktor təyin olunduğundan, onun 3 (üç) illik səlahiyyət müddəti 2018-ci il tarixdə bitmişdir. Həmin tarixdən sonra Cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilməmişdir. Lakin məhkəmə qeyd edilənləri araşıdrmamış, səlahiyyət müddəti bitmiş şəxsi Cavabdeh ASCnin baş direktoru kimi qəbul edərək cavabadehin nümayəndəsi qismində iştirakını təmin etmiş və R.Əliyev tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tədbiqi ilə bağlı ərizəni qəbul edərək, həmin ərizə əsasında iddia tələbini qismən təmin etmişdir. Göründüyü kimi, məhkəmə iddia tələbilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətinin keçdiyini tətbiq edərkən cavabdehin nümayəndəsi qismində iştirak etmək hüququ olmayan şəxs tərəfindən verilmiş ərizəni əsas gətirərək, iddianı qismən təmin etməkdə haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 26 yanvar 2021ci il tarixli e-2-2(117)-3/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X8 (direktor) və X2 (baş mühasib) apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli e-2-2(117)-3/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 08 iyun 2005-ci il tarixli 1857/665/08№li kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC-yə “xxxx” İKB ASC-dən illik 7 %-lə 60 ay müddətinə ********** manat (489832.2 AZN) məbləğində kredit verilmişdir. 31 mart 2006-ci il tarixli 1817/859/10 №li kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC-yə “xxxx” İKB ASC-dən illik 20 %-lə 12 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit verilmişdir. 26 aprel 2017-ci il tarixli 6-BİZ-4-0-36-17 №li kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC-yə “xxxx” İKB ASC-dən illik 16 %-lə 60 ay müddətinə 99000 AZN məbləğində kredit verilmişdir. 04 iyul 2018-ci il tarixli 6-BİZ-5-0-50-18№li kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC-yə “xxxx” İKB ASC-dən illik 16 %-lə 45 ay müddətinə 92000 AZN məbləğində kredit verilmişdir. Şəki Kommersiya Məhkəməsinin 13.08.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 29.12.2020-ci il tarixdə məhkəməyə “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məktub ünvanlayaraq ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün tələb olunan əlavə sənədlər təqdim edilmədiyindən ekspertizanın aparılmasının mümkün olmamasını bildirmişdir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin həqiqi halları ilə müəyyən edilir ki, tərəflər arasında 2005-2006-cı illərdə və 2017- 2018-ci illərdə müxtəlif müqavilələr bağlanmışdır. 08.06.2005-ci il tarixdə müqavilə bağlanmış müqaviləyə əsasən 60 ay müddətinə illik 7% olmaqla 489832,3 manat, 31.03.2006-cı il tarixli müqavilə 12 ay müddətinə illik 20%-lə 500000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilələr üzrə 07.02.2012-ci ildə 500000 manat, 22.02.2012-ci ildə 39676,62 manat, 29.02.2012-ci ildə 150000 manat, 31.08.2012ci ildə 300155,58 manat məbləğində gecikdirilmiş əsas borc üzrə ödənişlər edilmiş və həmin müqavilə üzrə əsas borc məbləği tam ödənilmiş, birinci müqavilə üzrə 44223 manat faiz, 160975 manat cərimə, ikinci müqavilə üzrə isə 293926 manat faiz, 61111 manat cərimə borcu qalmışdır. Cavabdeh borcu ödəmədyindən iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş, 14.08.2020-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ünvanlayaraq 08.06.2005-ci il tarixli kredit müqaviləsi üzrə 44222,84 AZN faiz, 160975,1 AZN cərimə olmaqla cəmi 205197,94 AZN, 31.03.2006-cı il tarixli kredit müqaviləsi üzrə 293926,42 ABŞ dolları faiz, 61110,89 ABŞ dolları cərimə olmaqla, cəmi 355037,31 ABŞ dolları, 26.04.2017-ci il tarixli kredit müqaviləsi üzrə 98764,48 AZN əsas, 175,59 AZN faiz olmaqla, cəmi 98940,07 AZN, 04.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 92000 AZN əsas, 26414,9 AZN faiz olmaqla, cəmi 118414,9 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, 26.04.2017-ci il tarixli və 04.07.2018-ci il tarixli kredit müqavilələrinin ləğv edilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdehin nümayəndəsi məhkəməyə “iddia müddətinin tətbiq edilməsinə dair” ərizə təqdim edərək iddia tələbinin “08.06.2005-ci il tarixli kredit müqaviləsi üzrə 44222,84 AZN faiz, 160975,1 AZN cərimə olmaqla cəmi 205197,94 AZN, 31.03.2006-cı il tarixli kredit müqaviləsi üzrə 293926,42 ABŞ dolları faiz, 61110,89 ABŞ dolları cərimə olmaqla cəmi 355037,31 ABŞ dolları məbləğində borcun tutulması” hissəsi üzrə iddia müddəti ötürüldüyündən, həmin hissəyə iddia müddətinin tətbiq edilməsini və bununla bağlı bütün öhdəliklərə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, iddia tələbinin 26.04.2017-ci il tarixli kredit müqaviləsi üzrə 98764,48 AZN əsas, 175,59 AZN faiz olmaqla, cəmi 98940,07 AZN, 04.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 92000 AZN əsas, 26414,9 AZN faiz borcu olmaqla cəmi 118414,9 AZN borcun mövcud olmasını isə etiraf edərək həmin hissədə iddianı qəbul etdiklərini bildirmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında 2005-2006-cı illərdə və 2017-2018-ci illərdə müxtəlif müqavilələr bağlanmışdır. 08.06.2005-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 60 ay müddətinə illik 7% olmaqla 489832,3 manat, 31.03.2006-cı il tarixli müqavilə 12 ay müddətinə illik 20%-lə 500000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilələr üzrə 07.02.2012-ci ildə 500000 manat, 22.02.2012-ci ildə 39676,62 manat, 29.02.2012-ci ildə 150000 manat, 31.08.2012-ci ildə 300155,58 manat məbləğində gecikdirilmiş əsas borc üzrə ödənişlər edilmiş və həmin müqavilə üzrə əsas borc məbləği tam ödənilmiş, birinci müqavilə üzrə 44223 manat faiz, 160975 manat cərimə, ikinci müqavilə üzrə isə 293926 manat faiz, 61111 manat cərimə borcu qalmışdır. Cavabdehin nümayəndəsi qeyd edilən müqavilələr üzrə “İddia müddətinin tətbiq edilməsi barədə” ərizə verdiyindən, məhkəmə həmin müqavilələr üzrə tələblərə iddia müddəti tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı həmin müqavilələr üzrə faiz və cərimə borclarının qaytarılmasını tələb etməkdə haqlı deyildir və iddia tələbi həmin hissədə rədd edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 371.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi qanunverici, iddia müddətlərini iddia tələbinin əsasında dayanan hüquq münasibətinin xarakterinə görə fərqləndirmiş, müqavilə tələbləri üzrə iddia müddəti üç il nəzərdə tutulmuş, o cümlədən iddia müddətinin axımının hansı hallarda kəsildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, “kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, tərəflər arasında bağlanmış 08.06.2005-ci il tarixli müqavilə üzrə edilən son ödəniş 31.08.2012-ci il tarixdə və 31.03.2006-cı il tarixli müqavilə üzrə 07.02.2012-ci il tarixdə həyata keçirildiyindən, iddia müddətinin axımı müvafiq olaraq 2012-ci ilin 31 avqust və 07 fevral tarixlərindən başlamış və qanunvericiliklə müəyyən edilmiş 3 (üç) illik iddia müddəti ötürülmüşdür. Kollegiya iddia tələbinin “26.04.2017-ci il tarixli kredit müqaviləsi üzrə 98764,48 AZN əsas, 175,59 AZN faiz olmaqla, cəmi 98940,07 AZN, 04.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 92000 AZN əsas, 26414,9 AZN faiz olmaqla, cəmi 118414,9 AZN borcun tutulması” hissəsinə münasibətdə hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdeh tərəfindən iddia tələbi həmin hissədə etiraf edilmiş və birinci instansiya məhkəməsi tərəfindən etiraf qəbul edilərək bu hal tərəflərin və digər şəxslərin hüquq və qanuni mənafelərinə zidd olmadığından iddia tələbi həmin hissədə təmin edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır Belə ki, MPM-in 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində “iddia tələbinin təmin olmayan hissəsi üzrə 08.06.2005-ci il tarixli və 31.03.2006-cı il tarixli kredit müqavilələri üzrə cavabdeh tərəfindən sonuncu ödəniş 2012-ci il tarixdə aparılmışdır. Bundan sonra cavabdehlə bank arasında məhkəmədənkənar qaydada borcun ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə edilmiş və bu səbəbdən Cavabdeh ASC-dən kredit borcunun tutulması ilə bağlı iddia tələbi ilə tərəfimizdən məhkəməyə müraciət edilməmişdir. Lakin cavabdeh bundan sonrakı müddət ərzində do borcunu ödəməmişdir. Ona görə də hazırkı iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir” dəlili ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlə məhkəmədənkənar qaydada borcun ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə edilməsi ilə bağlı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim etməmişdir. Ona görə də apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Bundan əlavə kollegiya iddiaçının apellyasiya şikayətində “cavabdehin nümayəndəsi kimi məhkəmədə iştirak edən və Cavabdeh ASC-nin baş direktoru vəzifəsini icra edən şəxs qismində tanıdığı X4 məhkəmə baxışı dövründə cavabdehin nümayəndəsi qismində məhkəmədə iştirak etmək hüququnun olub-olmaması aydınlaşdırmamışdır” barədə dəlili ilə bağlı aşağdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan “iddia müddətinin tətbiq edilməsinə dair” ərizədən görünür ki, ərizə Cavabdeh ASC-nin baş direktoru X8 tərəfindən imza edilərək möhürlə təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh ASC-nin qanuni təmsilçisi X5r. Göründüyü kimi Cavabdeh ASC-nin qanuni təmsilçisi X4 “iddia müddətinin tətbiq edilməsinə dair” ərizəni imzalamaq sələhiyyəti olmuşdur. Belə olan halda, iddiaçının apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. İddiaçının apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli e-2-2(117)-3/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli e-2-2(117)-3/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2-2(107)-28/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-28/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver