Məhkəmə qərarları › İş №2-2(107)-3/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-3/2020

23.01.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-3/2020 23.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu, Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Aran X15 və Satış X1rşı “005483 nömrəli icra vərəqinin ləğv edilməsi və 34287,84 manat borcun silinməsi” tələbinə dair iqtisadiiş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(84)-125/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx.xx.2019-cu il tarixli e- 2-2(84)-125/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, NDQ 005483 nömrəli akt əsasında tərtib olunmuş xx xxxx 2019-cu il tarixli icra vərəqinin ləğv edilməsi və İddiaçı hesablanmış 33732 manat 89 qəpik borcun silinməsi öhdəliyinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Mərkəzi Aran X15 və Satış X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "005483 nömrəli icra vərəqinin ləğv edilməsi və 34287,84 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxx 2006-cı ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən fərdi sahibkar kimi qeydə alınmış və ona «Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə» (VÖEN **********) verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»dan görünür ki, Yevlax rayonu Yaldili kəndində 0,9730 ha torpaq sahəsində yerləşən 1076,80 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X27 tərəfindən **********30-12301 reyestr nömrəli xx xxxxxx 2018-ci il tarixli texniki pasport da tərtib olunmuşdur. Həmin əmlak kompleksi hazırda «Tural» şadlıq sarayı kimi fəaliyyət göstərir. xx xxxx 2019-cu ildə «xxxx» ASC-nin əməkdaşları (A.Babayev, B.Hacıyev və R.Əhmədov) tərəfindən ona məxsus olan «Tural» şadlıq sarayının işıq sayğacına baxış keçirilmiş və baxışın nəticələrinə dair 005483 №-li akt tərtib olunmuşdur. Aktda qeyd olunur ki, «baxış zamanı müəyyən olundu ki, sayğaca bağlanmış şinə (giriş) əlavə naqil qoşularaq, sayğacın çıxış avtomatı söndürülərək sayğac sxemdən kənarlaşdırılmışdır. Ölçmə zamanı axan yüklər: Ja=80a, Jb=75a, Jc=78a, Pg=51 kv.t, Psay=0, Qoyuluş gücü-güc transformatorunun normalarına əsasən S=100 kv.t təşkil edir». «xxxx» ASC «Mərkəzi Aran» X15 və Satışı İdarəsi X17 tərəfindən ona xx xxxx 2019-cu il tarixli 155 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Həmin məktubda göstərilmişdir ki, «Tural» şadlıq sarayının (abonent kodu **********8) xx xxxx 2019-cu il tarixə 005483 saylı akta əsasən, 34287,84 manat borcu vardır. Göründüyü kimi cavabdehlər tərəfindən ona 005483 saylı akta (akt əsasında qəbul olunmuş qərara) əsasən, 34287,84 manat cərimə hesablanmışdır. Birincisi o, ömürlük birinci qrup əlildir. Bu barədə ona Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən 030024 saylı vəsiqə də verilmişdir. Birinci qrup ömürlük əlil olan bir şəxsin 34287,84 manat məbləğində cəriməni ödəməsi mümkünsüz bir şeydir. İkincisi, həmin şadlıq sarayı şəhərdən çox uzaqda, qəsəbədə yerləşdiyi üçün fəaliyyəti mütəmadi deyildir. Yəni ay ərzində ən çox olduğu halda 4 və ya 5 toy məclisi keçirilir. Abonentin saldosundan da görünür ki, hər ay 50, 100, ən çox olduğu halda 200 manat məbləğində enerji sərf edilmiş, «orucluq», «məhərrəmlik» aylarında isə toy olmadığı üçün 1 manat da olsun, enerji sərf edilməmişdir. Məsələn, 2016-cı ildə il ərzində cəmi 1685,4 manat (aylıq ortalama 140.45 manat), 2017-ci ildə 1085,4 manat (aylıq ortalama 90,45 manat), 2018-ci ildə isə 1371,6 manat (aylıq ortalama 114,3 manat) enerji sərf edilmişdir. Yəni aylıq bu qədər az sərfiyyatı olan bir şadlıq sarayının 34287,84 manat cərimə edilməsi qanunsuz və ədalətsizdir. Bundan başqa akt tərtib edilməmişdən bir ay əvvəl də sayğaca baxış keçirilmiş , heç bir qüsur aşkar edilməmiş , sadəcə aylıq sərf edilmiş məbləğ hesablanmışdır. Belə olan halda 34287,84 manat məbləğin necə hesablanması aydın deyildir. Tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 560.1, 560.2, 560.3.5.2-ci maddələrinə, “X4 Qaydaları”nın 8.17 və 8.35-ci maddələrinə istinad etmişdir. İddiaçı həmçinin birincin instansiya məhkəməsinə iddia ərizəsinə əlavə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, ona məxsus “Şadlıq Sarayı” vardır. Həmin obyekt “X29” adı altında sahibkarlıq fəaliyyəti göstərir və ara-sıra olan toy məclislərinin keçirilməsində əhaliyə xidmət edir. xx.xx.2019-cu il tarixdə “X20” toy mərasiminin gedişi zamanı sarayın daxili işıqlanmasında közərmə baş vermiş və musiqiçilərin avadanlıqlarında nasazlıq yaranmışdır. Qeyri-iş günü olduğu üçün Elektrik Şəbəkəsinə məlumat verilə bilməmişdir. Sayğacın çıxışında fazanın birinin olmamasından şübhələnərək təcili normal enerji lazım olduğu üçün admistrator tərəfindən obyekt müvəqqəti olaraq sayğacdan kənar şəbəkəyə qoşulmuşdur. Elə həmin tarixdə, yəni obyekti sayğacdan kənar şəbəkəyə qoşulduqdan təxminən 1 saata yaxın müddət keçdikdən sonra “xxxx” ASC-nin nümayəndələri obyektə gəlmiş və heç bir sənəd təqdim etmədən sayğaca baxış keçirmişlər. Obyekt şəbəkəyə sayğacdan kənar qoşulduğu üçün 005483 nömrəli akt tərtib edilmişdir. Obyektin nümayəndəsinə isə bildirilmişdir ki, bu yaranmış qüsurun aradan qaldırılmasına dair olan aktdır və ona imza etdirmişdirlər. X17 xx.xx.2019-cu il tarixdə Şadlıq Sarayına yazılmış 005483 nömrəli akta görə 34287,84(otıız dörd min iki yüz səksən yeddi manat səksən dörd qəpik) manat borc hesablandığını bildirərək obyektə rəsmi məlumat göndərmişdir. Məlum edir ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən ona məxsus “X29” 2006-cı ilin May ayından fəaliyyət göstərir. Həmin dövrdən bu günədək (13 il ərzində) obyektdə sərf olunan elektrik enerjisinin dəyəri, yəni ödənilən pul təxminən 20000 (iyirmi min) manata yaxın olmuşdur, lakin “xxxx”ASC bir günə obyektə əsassız olaraq 34287,84 manat borc hesablamışdır. Qeyd olunan məbləğin necə hesablandığı barədə hesabat vərəqi (icra vərəqi) sahibkara təqdim olunmamışdır. Bununla əlaqədar o, “xxxx” ASC-yə xx.xx.2019-cu il tarixdə AZ 1065/********** nömrəli telefonoqramla rəsmi müraciət etməyinə baxmayaraq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunununtələbləri pozularaq ona heç bir rəsmi məlumat verilməmişdir. Sahibkarın enerji saldosundan da göründüyü kimi Şadlıq Sarayında 2018-ci il ərzində enerji sərfiyyatı yanvar ayında 83.70 manat, fevral ayında 97.20 manat, mart ayında 72.90 manat, aprel ayında 75.60 manat, may ayında 116.10 manat, iyun ayında 97.20 manat, iyul ayında 129.60 manat, avqust ayında 151.20 manat sentyabr ayında 202.50 manat, oktyabr ayında 27 manat, noyabr ayında 140.40 manat, dekabr ayında 178.20 manat və yanvar 2019-cu ildə isə 124.20 manat olmuşdur. Beləliklə obyektin enerji sərfiyyatı 13 ildə təxminən 20000 manata (iyirmi min) yaxın,1 il ərzində isə 1495.80 manat (min dörd yüz doxsan beş manat səksən qəpik) olmuşdur. Obyektin bir illik sərfiyatına görə orta aylıq enerji sərfiyyatı 124 manat təşkil edir. Şadlıq sarayına “xxxx” ASC tərəfindən əsassız və şişirdilərək hesablanmış 34287.84 manat borc obyektin müvafiq dövrlərdə, yəni 13 ildə işlətdiyi elektrik enerjisinin dəyərindən qat-qat artıqdır. Qeyd etmək istəyir ki, Şadlıq Sarayı kənd yerində yerləşir və ay ərzində 1-2 toy mərasimi keçirilir. Ərazi vergilər idarəsinin toyların qeydiyyatı kitabından da göründüyü kimi “X20” 2018-ci il ərzində 20 toy mərasimi, 2019-cu ilin 4 ayı üzrə isə 7 toy mərasimi keçirilmişdir. Toyların az olması obyektin kənd yerində yerləşməsi və həmin ərazidə əhalinin az sayda yaşaması ilə əlaqədardır. Nəzərə çatdırır ki, 005483 nömrəli akt Qanunvericiliyin tələbi pozularaq qeyri-iş günü tərtib edilmişdir və həmin aktın tərtib edilməsində “X4 Qaydaları”nın 8.33-cübəndinin tələbi pozularaq hal şahidinin iştirakı təmin edilməmişdir. Eyni zamanda həmin Qaydaların 8.34-cübəndinin tələbinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğaclarına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Yaranmış borcla bağlı X17 tərəfindən obyektə enerji verlişi dayandırılmışdır. Bu hadisədən əvvəl sifariş edilən toylar olduğu üçün obyektdə enerji olmadığına görə problem yaranmış, məcburən 800 manat pul ödənildikdən sonra 2 toyu keçirmək mümkün olmuşdur. İş məhkəmədə mübahisələndirildiyi üçün Şəki İnzibatiİqtisadi Məhkəməsi xx.xx.2019-cu il tarixdə obyektə enerji verlişinin bərpa edilməsi ilə bağlı e-2- 2(84)-125/2019 nömrəli Qərardad çıxarmışdır. Qərardadın icrası X11 göndərilməsinə baxmayaraq şəbəkə tərəfindən dərhal icra edilməmiş, yalnız 25 may tarixində obyekt şəbəkəyə qoşulmuşdur. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı “xxxx” ASC-nin təsis etdiyi “Mərkəzi Aran ”Regional” Enerji Təchizatı və Satışı İdarəsinin (“Mərkəzi Aran" RETSİ) xidmət dairəsində fəaliyyət göstərən X10 (Yevlax EŞ) “Oracle” proqram bazasında **********1002 saylı kodla “qeyri-əhali” qrupuna aid elektrik enerjisinin istehlakçısı kimi qeydiyyatdadır. xx xxxx 2019-cu il tarixdə “xxxx” ASC-nin X5 Nəzarət İdarəsinin əməkdaşları A.Babayev, B.Hacıyev, R.Əhmədov tərəfindən iddiaçıya məxsus, Yevlax rayonu ərazisində yerləşən “Tural” şadlıq sarayı üçün obyektin həyətində quraşdırılmış elektrik hesablama sayğacına abonentin nümayəndəsi Mürsəl Mürsəlovun iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilən zaman “sayğac TR-un 0.4 kv tərəfində quraşdırılıb,TR-un 0.4 kv-luq çubuqlarına bağlanmış şinə (giriş) əlavə naqil qoşularaq sayğac sxeminin giriş-çıxışı şuntlanıb, sayğacın çıxış avtomatı söndürülərək sayğac sxemdən kənarlaşdırılıb” qüsuru faktı aşkar edilmişdir. Dövrədən axan yük əməkdaşları tərəfindən ölçülən zaman İa= 8QA; İb= 75A; İc= 78A; Pfakt= 51 kvt; Psayğac= 0 olması müəyyən edilmişdir. Aşkar olunmuş enerji pozuntularına dair əməkdaşları tərəfindən “X4 Qaydalarının tələbinə uyğun olaraq iddiaçı barəsində xx xxxx 2019-cu il tarixli, NDQ 005483 Sözügedən həmin akt əsasında “xxxx” ASC-nin nəzdində fəaliyyət göstərən Akt Komissiyası tərəfindən iddiaçı barəsində 663 gün üçün dəyəri 34287.84 manat təşkil edən 380976 kvts miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesabat aparılmışdır. X6, Quraşdırılması və Dəyişdirilməsi barədə xx.xx.2019-cu il tarixli, 142152 nömrəli aktın surətindən görünür ki, “005483 nömrəli Akta əsasən sayğacın giriş xəttində olan kənar xətt ləğv olundu, şıtır möhürləri qırılıb sxema normal yığılıb abonentə təhvil verilib möhürləndi” qeydiyyatı edilmişdir. Cavabdeh “xxxx” ASC-nin təsis etdiyi “Mərkəzi Aran” X15 və Satışı İdarəsinin xidmət ərazisində fəaliyyət göstərən X10 X21 aparıcı mühəndisi Arif Məmmədovun xx.xx.2016-cı il tarixli Xidməti Məlumatının surətindən görünür ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən İddiaçı məxsus “Tural” şadlıq sarayının üçfazlı enerqomer tipli sayğacına baxış keçirilmişdir. Sözügedən Xidməti Məlumatın “Qüsur “ qrafasında qeyd edilmişdir ki, ”üç fazlı 5A-lik enerqomer tipli sayğac və cərəyan tr-u dəsti yenisi ilə əvəz olunması və istismardan çıxarılan sayğacın laboratoriya şəraitində yoxlanılması məqsədə uyğundur. Avlıq sərfiyyatı şadlıq sarayının gücünə uyğun gəlmir.” xx.xx.2016-cı il tarixli, 03/001450 nömrəli iş tapşırığının surətindən görünür ki, həmin iş tapşırığına əsasən 3 fazlı 5 A-lik enerqomer tipli sayğacın müasir tipli sayğacla əvəz olunması və möhürlənməsinə dair işlər görülmüşdür. X6, Quraşdırılması və Dəyişdirilməsi barədə xx.xx.2016-cı il tarixli, 044964 nömrəli aktın surətindən görünür ki, ”03/001450 nömrəli iş tapşırığına əsasən Sayğac yenisi ilə əvəz olunub, möhürlənib və abonentə təhvil verilmişdir”. Tərtib olunmuş həmin akt Sayğac quraşdırma bölməsinin texnikləri və iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır. İş üzrə toplanılmış sənədlərlə təsdiq olunur ki, İddiaçı məxsus “Tural” şadlıq sarayı üçün quraşdırılmış elektrik hesablama sayğacı obyektin həyətində, onun balans mənsubiyyəti və sərhəd nöqtəsində quraşdırılmaqla iddiaçının istifadəsində olmuşdur. Göstərilənlərdən əlavə qeyd edilir ki, Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında (elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə) tərtib edilmiş xx xxxx 2014-cü il tarixli aktın surətindən görünür ki, tərəflər arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi “X4 Qaydaları”nın 5-ci fəslinin tələblərinə uyğun olaraq- 35/10 kv-luq İRİ y/stansiyasından çıxan 10 kv-luq EKO hava verilişi xəttinin 12 saylı yeni anker dayağında budaqlanma yerində. Göstərilən hallardan uçot cihazlarının qoşulma sxemlərinin pozulması (istehlakçı tərəfindən X4 göstərişini azaltmaq məqsədilə sayğac sxemdən kənarlaşdırılmışdır anlamını ifadə edir). İddiaçı barəsində “EEİQ”-nın pozulmasına dair tərtib olunmuş NDQ 005483 saylı, xx xxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, həmin aktın tərtib olunmasına səbəb baxış zamanı “sayğac TR-un 0,4 kv tərəfində quraşdırılıb, məlum oldu ki,TR-un 0,4 kv-luq çubuqlarına bağlanmış şinə (giriş) əlavə naqil qoşularaq sayğac sxeminin giriş-çıxışı şuntlanıb, sayğacın çıxış avtomatı söndürülərək sayğac sxemdən kənarlaşdırılıb” qüsuru faktınınaşkar edilməsi olmuşdur. Bu isə yuxarıda qeyd olunan enerji pozuntularından hesablaşma elektrik sayğacının X4 göstərişini azaltmaq məqsədilə edilmiş pozuntudur. Lakin X17 tərəfindən “Mərkəzi Aran” X15 və Satışı İdarəsinin rəhbərliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 302 saylı Xidməti Məlumatın surətindən görünür ki,Yevlax rayonu, Aran qəsəbəsində yerləşən, İddiaçı məxsus “Tural” şadlıq sarayının (**********8) enerji uçot dəstində qüsur yaranması barədə X11 yazılı və ya şifahi müraciət daxil olmamışdır. Abunə haqqında dövriyyə cədvəlindən görünür ki, hazırda iddiaçının ödənilməmiş 33732.89 manat məbləğində borcu vardır. Bu da onu göstərir ki, iddiaçı tərəfindən sözügedən “EEİQ”-nın pozulmasına dair tərtib olunmuş akta əsasən Akt Komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış 34287.84 manat məbləğdən 554.95 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, İddiaçı sahibi olduğu “Tural” şadlıq sarayı üçün obyektin həyətində, onun balans mənsubiyyəti və sərhədində xx.xx.2016-cı il tarixli, 044964 nömrəli protokol əsasında iddiaçının nümayəndəsinin iştirakı ilə yeni quraşdırılmış və möhürlənərək iddiaçının istifadəsinə verilmişdir. Bu barədə tərtib olunmuş həmin akt tərəflər tərəfindən imzalanmışdır. İddiaçının istifadəsində və məsuliyyət dairəsində olmuş elektrik hesablama sayğacının qorunmasına, saxlanılmasına, texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin verinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının xtında ödənilməsinə iddiaçının özünün məsuliyyət daşımasına baxmayaraq onun tərəfindən qəsdən X4 göstərişini azaltmaq məqsədilə uçot cihazlarının qoşulma sxemlərinin pozulması (istehlakçı tərəfindən X4 göstərişini azaltmaq məqsədilə sayğac sxemdən kənarlaşdırılmışdır) nəticəsində elektrik hesablama sayğacı ötürülən elektrik enerjisini qeyd etməmiş, bununla da enerjitəchizatı müəssisəsinə zərər dəymişdir. Əməkdaşlar tərəfindən də iddiaçının nümayəndəsinin iştirakı ilə sayğaca baxış keçirilən zaman enerji pozuntuları aşkar edilmiş və “EEİQ”-nın tələbinə uyğun olaraq iddiaçı barəsində akt tərtib edilmişdir. Tərtib olunmuş həmin akt əsasında da iddiaçıya Akt Komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə əlavə sərfiyyat hesablanmışdır. Ona görə də İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “005483 №-li İcra Vərəqinin (qərarın) ləğv edilməsi və 34287.84 manat borcun silinməsi” tələbinə dair iddiası qanunsuz və əsassız olduğundan iddia tələbi rədd olunmalıdır. Odur ki, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “005483 №-li İcra Vərəqinin (qərarın) ləğv edilməsi və 34287.84 manat borcun silinməsi” tələbinə dair iddiası qanunsuz və əsassız olduğundan iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verib iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Yevlax rayonu, Yaldili kəndində yerləşən 1076.80 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan NDG 005483 saylı aktdan görünür ki, baxış zamanı məlum oldu ki, sayğac TR-un 0,4 kv tərəfində quraşdırılıb, məlum oldu ki,TR-un 0,4 kv-luq çubuqlarına bağlanmış şinə (giriş) əlavə naqil qoşularaq sayğac sxeminin giriş-çıxışı şuntlanıb, sayğacın çıxış avtomatı söndürülərək sayğac sxemdən kənarlaşdırılıb. İş materiallarında olan NDG 005483 saylı akt əsasında tərtib olunmuş xx.xx.2019cu il tarixli icra vərəqindən görünür ki, yoxlama zamanı məlum oldu ki, sayğac sxeminin girişçıxışı şuntlanıb, sayğacın çıxış avtomatı söndürülərək sayğac sxemdən kənarlaşdırılıb. Qərar (51 kvt x 12 saat x 663 gün) – 24780 kvts = 380976 kvts İş materiallarında olan xx.xx.2019-cu il tarixli 142152 nömrəli aktın surətindən görünür ki, 005483 nömrəli akta əsasən sayğacın giriş xəttində olan kənar xətt ləğv olundu, şıtır möhürləri qırılıb sxema normal yığılıb abonentə təhvil verilib möhürləndi. İş materiallarında olan 11 saylı Ərazi vergilər idarəsinin toyların qeydiyyatı kitabının surətindən görünür ki, “X20” 2018-ci il ərzində 20 toy mərasimi, 2019cu ilin 4 ayı üzrə isə 7 toy mərasimi keçirilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid X19 ifadə verərək bildirdi ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixində Mərkəzi Aran regionunda xidməti ezamiyyətdə olmuşdur. xx.xx.2019-cu il tarixində iddiaçıya məxsus obyektə gəlmişlər və transformator qutusuna baxış keçirilən zaman transformatorun 0,4 kv-luq çubuqlarına bağlanmış şinə (giriş) əlavə naqil qoşularaq sayğac sxeminin giriş-çıxışının şuntlanması, sayğacın çıxış avtomatının söndürülərək sayğacın sxemdən kənarlaşdırılması müəyyən olunmuşdur. Bununla bağlı akt tərtib olunmuş, iddiaçının nümayəndəsi aktı imzalamışdır. Verilən suala cavab olaraq iddiaçının nümayəndəsinə baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etmədiklərini bildirmişdir. Məhkəmə iclasında şahid X3 Afiq Aslan oğlunun ifadəsinə oxşar ifadə vermişdir. İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2019-cu il tarixli 2-2(84)-125/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Qətnamədən iş üzrə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baxış keçirilən zaman sayğac TR-un 0,4 kv tərəfində quraşdırılıb,TR-un 0.4 kv-luq çubuqlarına bağlanmış şinə (giriş) əlavə naqil qoşularaq sayğac sxeminin giriş-çıxışı şuntlanıb, sayğacın çıxış avtomatı söndürülərək sayğac sxemdən kənarlaşdırıiıb” qüsuru faktı aşkar edilmişdir. Dövrədən axan yük əməkdaşlarımız tərəfindən ölçülən zaman ia= 80A; İb= 75A; İc= 78A; Pfakt= 51 kvt; Psayğac= 0 olması müəyyən edilmişdir. Aşkar olunmuş enerji pozuntularına dair əməkdaşlarımız tərəfindən “X4 Qaydaları'nm ГЕЕЮ”) tələbinə uyğun olaraq İddiaçı barəsində xx xxxx 2019-cu il tarixli, NDQ 005483 nömrəli akt tərtib olunmuşdur Tərtib olunmuş akta əməkdaşlarımızla bərabər baxışda iştirak edən iddiaçının nümayəndəsi M.Mürsəlov da imza etmişdir. İddiaçı barəsində “EEİQ"-nın pozulmasına dair tərtib olunmuş həmin aktın surətindən görünür ki, aktı tərtib etmiş əməkdaşlarımız tərəfindən “EEİQ”-na uyğun qüsur aradan qaldırılmağı” barədə tələb qoyulmuşdur. Əməkdaşlarımız tərəfindən iddiaçıya məxsus obyektə quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilən zaman aşkar olunmuş enerji pozuntularının mobil telefon vasitəsi ilə videoçəkilişi aparılmışdır. Sözügedən tərtib olunmuş həmin akt əsasında “xxxx” ASC-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən iddiaçı barəsində 663 gün üçün dəyəri 34287,84 manat təşkil edən 380976 kvts miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesabat aparılmışdır.İş materiallarına əlavə edilmiş iddiaçı barəsində “EElQ”nın pozulmasına dair tərtib NDQ 00548 3 saylı, xx xxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, həmin aktın tərtib olunmasına səbəb baxış zamanı “ sayğac TR-un 0,4 kv tərəfində quraşdırılıb, məlum oldu ki, TR-un 0,4 kv-luq çubuqlarına bağlanmış şinə (giriş) əlavə naqil qoşularaq sayğac sxeminin giriş-çıxışı şuntlanıb, sayğacın çıxış avtomatı söndürülərək sayğac sxemdən kənarlaşdırıiıb” qüsurufaktının aşkar edilməsidir.Bu, isə yuxarıda qeyd olunan enerji pozuntularından - hesablaşma elektrik sayğacının X4 göstərişini azaltmaq məqsədilə edilmiş pozuntudur. Lakin X17 tərəfindən “Mərkəzi Aran’’ X15 və Satışı İdarəsinin rəhbərliyinə ünvanladığı və iş materiallarına əlavə edilmiş 24.05 2019-cu i! tarixli, 302 saylı Xidməti Məlumatın surətindən görünür ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən. İddiaçı məxsus “Tural" şadlıq sarayının (**********8) enerji uçot dəstində qüsur yaranması barədə X11 yazılı və ya şifahi müraciət daxil olmamışdır,Məhkəmə hazırkı iş üzrə çıxarmış olduğu Qətnaməsində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsinə istinad edərək göstərmişdir ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə.o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamalarln hüquqi nəticəsi yoxdur.Cavabdeh orqan qanunvericiyin bu tələbinə əməl etməmişdir." Bununla əlaqədar olaraq ilk növbədə qeyd etməyi zəruri hesab edirik ki, hazırkı mübahisəyə qədər tərəflər arasında enerjinin alqı-satqısı ilə bağlı heç bir mübahisə olmamışdır.Hazırkı mübahisənin predmeti olan, cavabdeh tərəfindən iddiaçının balans mənsubiyyəti və sərhəd nöqtəsində, iddiaçının mülkiyyətində olan obyektin içərisində quraşdırılmış elektrik sayğac uçot dəstinə baxış keçirilməsi İddiaçı sahibkarlıq fəaliyyəti ilə hər hansı əlaqəsinin olması və iddiaçının sahibkarlıq fəaliyyətinə müdaxilə edilməsi Hə baqlı olması haqqında işə baxan birinci instansiya məhkəməsinin qətnaməsində gətirilən fikirlər əsaslı hesab edilə bilməz Belə ki. cavabdeh “xxxx” ASC yoxlayıcı təşkilat deyildir və “xxxx” ASC-nin əməkdaşlarının aylıq enerji sərfi ilə bağlı, istərsə də "EEİQ”-nın tələblərinə uyğun olaraq istehlakçılar tərəfindən elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakınm göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl edib-etməmələri, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməmələrinin qarşısının alınması məqsədilə elektrik hesablama sayğaclarına, elektrik avadanlıqlarına, baxış keçirilməsi yoxlama hesab olunmur. Məlum olduğu kimi "xxxx" ASC-nin Səhmləri 100% Dövlətə məxsusdur. Birinci instansiya məhkəməsi işə baxarkən hesab etmişdir ki, ’’xxxx” ASC-nin əməkdaşları baxış keçirərkən müvafiq normativ aktla müəyyən edilmiş formal prosedurlara əməl etməmiş, bunun nəticəsində sahibkarın fəaliyyətinə qanunsuz müdaxilə edərək onun bu cur fəaliyyətini pozmuşdur ki. bu da yolverilməz olduğundan iddiaçıya tərtib edilmiş akt əsasında hesablanmış məbləğ silinməlidir. Hörmətli Kollegiya üzvlərinin nəzərinə çatdırmaq istəyirik ki, cavabdehin hərəkətləri və İddiaçı sahibi olduğu “Tural” şadlıq sarayı üçün, Enenitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyətini müəyyən edən, xx xxxx 2016-cı il tarixdə tərtib oilunmuş və tərəflərin imzaladıqları Akta əsasən obyektə quraşdırılmış elektrik hesablaşma sayğacına keçirilən zaman aşkar olunmuş enerji enerv pozuntularına dairiddiaçı barəsində “EEİQ” -nın pozulmasına dair tərtib ediiən akt cavabdehin satdığı elektrik enerjisinin istehlakçısı olan iddiaçı ilə bağlanmış müqavilədən irəli gəlmişdir ki, həmin alqı-satqı müqaviləsinə əsasən malın (elektrik enerjisinin) satıcısı alıcının aldığı malın (istifadə etdiyi elektrik enerjisinin) dəyərinin tam ödənildiyindən əmin olmalıdır, bu halıaraşdırmaq hüququna maiik olmalıdırvə nəticədə əgər satılmış malın (elektrik enerjisinin) dəyəri tam ödənilməzsə, həmin (əlavə) sərfıyyatı hesablayıb alıcıdan tələb etməlidir; eyni zamanda tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq alıcı (təbii inhisarçı olan) satıcıdan keyfiyyətli malın (elektrik enerjisinin) ona satılmasında əmin olmalı, bunu tələb etmək hüququna malik olmalı və aldığı malın (elektrik enerjisinin) dəyərini vaxtlı- vaxtında ödəməlidir. İşə baxan birinci instansiya məhkəməsi mübahisəli qətnaməsində iddiaçının heç bir hüquqi əsası olmayan və yalnız şifahi mülahizəsinə əsasən qeyd etmişdir ki, “ iddiaçının yoxlamada iştiıak edən nümayəndəsi tərəfindən sayğacda mövcud olan qüsura dair aktı imzalamasınıniddiaçının özünə qarşı istifadə edilməsi (təqsirinin etirafı kimi qəbul edilməsi) də əsaslı deyil. Belə ki, iddiaçı özü təsdiq edir ki, sayğacdan kənar qoşulma olmuş və səbəbi də toy məclisində yaranan nasazlığı aradan qaldırmaq otmuşdur. Bayram qiinü olduğu və dərhal tədbir görülməsi olması səbəbindən (qcyri-iş günü) cavabdehə müraciət etməmişdir. Belə olan halda, o, həmin qüsurun mövcudluqunu inkar etməli deyildi və məhkəmə prosesində də iddiacı tərəfindən qeyd olunan nöqsanın olması təkzib olunmamışdır. Lakin "sayğacdan kənar qoşulma olmuş və səbəbi də toy məclisində yaranan nasazlığı aradan qaldırmaq olmuşdur" fikri ilə razıyıq. Çunkı,əməkdaşlarımız tərəfindəniddiaçıya məxsus X29 üçün quraşdırılmış elektrik sayğac uçot dəstinə iddiaçının nümayəndəsi ilə birlikdə baxış keçirilən zaman aşkar olunmuş enerji pozuntuları faktını iddiaçı həmin fikirlər; ilə təsdiq etmişdir Ancaq “sayğacdan kənar qoşulmanın toy məclisində yaranan nasazlığı aradan qaldırmaq olmuşdur” fikri ilə razılaşmırıq. Çünki, İddiaçı barəsində “EEİQ”-nın pozulmasına dair tərtib olunmuş xx xxxx 2019-cu il tarixli NDQ 005483 saylı aktın surətindən görünür k; cavabdeh “xxxx”ASC-nin əməkdaşları İddiaçı məxsus ‘X29nın elektrik uçot dəstinə iddiaçınınnümayəndəsinin bilavasitə iştirakı ilə abonent kodu **********8, sayğacın tipiC5Q0.KMY, zavod nömrəsi 80021951, əmsalı 30 olan müəssisənin həyətində quraşdırılmış elektrik sayğac uçot dəstinə baxış keçirilən zaman iddiaçı tərəfindən X4 göstərişini qəsdən azaltmaq məqsədi ilə“sayğac TR-un 0.4 kv tərəfində quraşdırılıb,TR-un 0.4 kv-luq çubuqlarına bağlanmış şinə (giriş) əlavə naqil qoşularaq sayğac sxeminin girişçıxışı şuntlansb, sayğacın çıxış avtomatı söndürülərək sayğac sxemdən kənarlaşdırılıb” qüsuru faktı aşkar edilmişdir. ilk öncə qeyd etməyi zəruri hesab edirik ki, iş materiallarında olan sənədlərlə, eyni zamanda Məhkəmə Qətnaməsində də iddiaçının yuxanda göstərdiyimiz kimi X4 göstərişini qəsdən azaltmaq məqsədi ilə qanunsuz olaraq xüsusi açar vasitəsilə X4 etməsi faktı tam təsdiq olunmuşdur. Bu da məlumdur kı. iddiaçı istədiyi vaxt xüsusi açardan istifadə etməklə ötürülən enerjini sayğacın ümumiyyətlə qeyd etməməsi, bəzən isə şübhə yaranmasın deyə enerjinin qeyd etməsini saxlamışdır. Aydındır kı, şadlıq saraylarında yüksək enerji sərfi tələb edən avadanlıqlar (kondisionerlər, soyuducular, səs qücləndiricilər, qızdırıcılar və s.) quraşdırılaraq istifadə olunduquindan iddiaçı tərəfindən enerji sərfiyyatı onun istəyinə uyqun olaraq xüsusi açar vasitəsi ilə tənzimlənmişdir.Yəni iddiaçı ötürülən elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə istifadə etmiş və elektrik enerjisinin talanması faktının aşkar edilməsini gizlətmək məqsədi ilə xüsusi açardan istifadə edərək mütamadi olaraq keçən enerjini sayğacın qeyd etməsinə nail olmuşdur.Yekunda iddiaçının bu hərəkətlərinin nəticəsində (sayğacın ötürülən enerjinin miqdarını qeyd etməməsi) enerji itkisinə yol verilməklə enerji təchizatı müəssisəsinə zərər dəyir.Ona görə də İddiaçı cavabdeh “xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “005483 №-liİcra Vərəqinin(qərarın) ləğv edilməsi və 34287.84 manatborcun silinməsi”tələbinə dair Şəki inzibati - İqtisadi Məhkəməsinin ış üzrə çıxarmış olduğu xx.xx.2019-cu il tarixli e-2-2(84) -125/2019 saylı qətnaməsinin ləğv olunması, apellyasiya şikayətinin təmin olunması və iddia tələbinin tamamilə rədd olunması barədə işüzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X13 İddiaçı cavabdeh “xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “005483 №-liİcra Vərəqinin(qərarın) ləğv edilməsi və 34287.84 manatborcun silinməsi”tələbinə dair Şəki inzibati - İqtisadi Məhkəməsinin ış üzrə çıxarmış olduğu xx.xx.2019-cu il tarixli e-2-2(84) -125/2019 saylı qətnaməsinin ləğv olunması, apellyasiya şikayətinin təmin olunması və iddia tələbinin tamamilə rədd olunması barədə işüzrə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Aran X15 və Satış İdarəsinin X10 nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin qismən təmin etməkdə haqlı olmuşdur. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqatından və tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlardan müəyyən edildi ki, “X29” xx xxx 2006-cı ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən fərdi sahibkar kimi qeydə alınmış və ona «Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə» (VÖEN **********) verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»dan görünür ki, Yevlax rayonu Yaldili kəndində 0,9730 ha torpaq sahəsində yerləşən 1076,80 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X27 tərəfindən **********30-12301 reyestr nömrəli xx xxxxxx 2018-ci il tarixli texniki pasport da tərtib olunmuşdur. Həmin əmlak kompleksi hazırda «Tural» şadlıq sarayı kimi fəaliyyət göstərir. xx xxxx 2019-cu ildə «xxxx» ASC-nin əməkdaşları (A.Babayev, B.Hacıyev və R.Əhmədov) tərəfindən ona məxsus olan «Tural» şadlıq sarayının işıq sayğacına baxış keçirilmiş və baxışın nəticələrinə dair 005483 №-li akt tərtib olunmuşdur. Aktda qeyd olunur ki, «baxış zamanı müəyyən olundu ki, sayğaca bağlanmış şinə (giriş) əlavə naqil qoşularaq, sayğacın çıxış avtomatı söndürülərək sayğac sxemdən kənarlaşdırılmışdır. Ölçmə zamanı axan yüklər: Ja=80a, Jb=75a, Jc=78a, Pg=51 kv.t, Psay=0, Qoyuluş gücü-güc transformatorunun normalarına əsasən S=100 kv.t təşkil edir». Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh xidməti vəzifəsindən irəli gələrək kənar qoşulmanın səbəblərini yetərincə araşdırmadan, yararlı və zəruri sübutları toplamadan, istehlakçının təqsirini müəyyən etmədən onun üzərinə əsassız olaraq borc hesablamışdır. Cavabdehin əməkdaşı hər ay iddiaçıya məxsus sayğaca baxış keçirmiş, sayğacın göstəricilərinə uyğun hesablama aparılmış və iddiaçıya bildiriş verilmişdir. İddia tərəfindən hər ay eneji sərfiyyatına uyğun ödəniş həyata keçirilmişdir. Enerji təchizatı müəssisəsi tərəfindən iddiaçının göstərdiyi xidmətin xüsusatları nəzərə alınmadan, ona icra vərəqində qeyd olunan borcun hesablanması qanuni və ədalətli hesab oluna bilməz.. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X7 Qaydalarının»: 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.34-cü maddəsinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesa edir ki. iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx xxx 2006-cı il tarixdə verdiyi vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnaməyə görə ********** saylı VÖEN-ə malik olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur, yəni fərdi sahibkar statusundadır. Məlum olduğu kimi isə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə müvafiq olaraq yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Lakin iş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. İddiaçının yoxlamada iştirak edən nümayəndəsi tərəfindən sayğacda mövcud olan qüsura dair aktı imzalamasının iddiaçının özünə qarşı istifadə edilməsi (təqsirin etirafı kimi qəbul edilməsi) də əsaslı deyil. Belə ki, iddiaçı özü təsdiq edir ki, sayğacdan kənar qoşulma olmuş və səbəbi də toy məclisində yaranan nasazlığı aradan qaldırmaq olmuşdur. Bayram günü olduğu və dərhal tədbir görülməli olması səbəbindən (qeyri-iş günü) cavabdehə müraciət etməmişdir. Belə olan halda, o, həmin qüsurun mövcudluğunu inkar etməli deyildi və məhkəmə prosesində də iddiaçı tərəfindən qeyd olunan nöqsanın olması təkzib olunmamışdır. Cavabdeh tərəf apelyasiya şikayətində birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmasa da məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin həmin mövqeyi əsaslı olmuşdur. “X7 Qaydaları”nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidənhesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşır və apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-nin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Şəki İnzibati-İqtisadi Məhkəməsinin Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(84)-125/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(84)- 125/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Gündüz Abbasov Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar