Məhkəmə qərarları › İş №2-2(107)-31/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-31/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-31/2024 05.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Kərimli Tunar Mübariz oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh firmasına qarşı “Cavabdeh firmasından 1028552,53 manat əsas borcun, 138377,10 manat faiz məbləğinin, 210724,38 manat bank uçot dərəcəsinə uyğun faizlərin, 8025,74 manat əldən çıxmış faydanın, ümumilikdə 1385679,75 manat məbləğin, 400 manat mediasiya xərcinin, 1082,84 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dаir” kommersiya mübahisəsi üzrə Şəki Kommersiyа Məhkəməsinin 12 sentyabr 2023-cü il tаrixli, e-2-2(117)-597/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Şəki Kommersiyа Məhkəməsinin (hakim Rüfət Məcidov) 12 sentyabr 2023-cü il tаrixli, e-2-2(117)-597/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabeh Cavabdeh firmasından 1028552,53 manat əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 14964,54 manat pul, 400 manat mediasiya xərci və 815,46 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ödənilmiş 267,38 manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilməsi, ödənilməmiş 400 manat dövlət rüsumu Cavabdeh firmasından tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn cavabdehin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı MMC və Cavabdeh firması hər biri ayrı-ayrılıqda Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetindən oxşar məzmunlu ərizə ilə məhkəmə kоllegiyаsınа mürаciət edərək tərəflər arasında bağlanmış Barışıq Sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 52.3-cü mаddəsinə əsаsən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsi ilə bаrışıq sаzişi bаğlаmаqlа qurtаrа bilərlər. İş materiallarına əlavə olunmuş tərəflər arasında bağlanmış 26 fevral 2024-cü il tarixli Barışıq sazişində göstərilmişdir ki, - Birinci tərəf, İddiaçı, cəmiyyətin direktoru X4 şəxsində, İkinci tərəf, "xxxx" Firması, direktoru X2 şəxsində, Tərəflər arasında olan alqı-satqı münasibətlərindən irəli gələn məhkəmə mübahisəsinin qarşılıqlı həlli və borcun ödənilməsi müddətinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosesual Məcəlləsinin tələbləri çərçivəsində aşağıdakı şərtlər bu Sazişi (bundan sonra "Saziş") imzaladılar: Maddə 1. Mübahisənin qısa təsviri Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(117)-597/2023 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin iddiası qismən təmin edilərək, cavabeh "xxxx" Firmasından əsas borc üzrə 1.028.552, 53 manat, AR MPM-nin 445.7-ci maddəsinə əsasən 14.964,54 manat, mediasiya xərci olaraq 400 manat və 815,46 manat dövlət rüsumu olmaqla, cəmi 1.044.732,53 (bir milyon qırx dörd min yeddi yüz otuz iki tam yüzdə əlli üç) manat tutulması qət edilmişdir. Həmin qətnamədən cavabadeh apelyasiya şikayəti vermişdir. Həmin şikayət üzərə mübahisə hal hazırda Şəki Apelyasiya Məhkəməsinin icraatında 2-2(107)- 31/2024 nömrəsi ilə baxılmaqdadır. Maddə 2. Barışığın şərtləri - 2.1. Tərəflər aşağıdaki barədə razılığa gəldilər: - 2.1.1. Tərəflər razılaşırlar ki, bu Sazişin birinci maddəsində göstərilən mübahisə üzrə X9 Kommersiya məhkəməsinin qətnaməsi ilə qət edilmiş AR MM-in 445.7-ci maddəsinə əsasən 14.964,54 manat faiz məbləği tələbindən imtina edir. - 2.1.2. Bu Sazişin birinci maddəsində göstərilən mübahisə üzrə X7 X5 məhkəməsinin qətnaməsi ilə qət edilmiş 1.028.552,53 manat əsas borc, mediasiya xərci olaraq 400 manat və 815.46 manat dövlət rüsumu olmaqla cəmi 1029767.99 (bir milyon iyirmi doqquz min yeddi yüz altmış yeddi manat doxsan doqquz qəpik) manat borc məbləğini ödəməyi öhdəsinə götürür. - 2.1.3. İkinci Tərəf bu Sazişin 2.1.2-ci bəndində göstərilən borc məbləğini razılaşma protokoluna əsasən Birinci Tərəfə 2024-cü ilin 4-cü rübündə 151215,46 (yüz əlli bir min iki yüz on beş manat qırx altı qəpik) manat, 2025-ci ilin hər rübündə 219638,13 (iki yüz on doqquz min altı yüz otuz səkkiz manat on üç qəpik) manat tam ödəməyi öhdəsinə götürür. - 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. - 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. - 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. - 2.5. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. - 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər - 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. - 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. - 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. - 3.4. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. - 3.5. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilənədək heç bir tərəf üçün məcburi olmayacaqdır. 3.6. Bu Saziş 3 nüsxədə tərtib edilmişdir. Sazişin nüsxələri Sazişin tərəflərində hərəsində 1 nüsxə və Şəki Apellyasiya Məhkəməsində 1 nüsxə saxlanılacaqdır. Bundan başqa iş materiallarına əlavə olunmuş 26 fevral 2024-cü il tarixli razılaçma protokolunda göstərilmişdir ki, - Bir tərəfdən öz nizamnaməsi əsasında fəaliyyət göstərən ''KİRS" firmasının direktoru X1 şəxsində, digər tərəfdən öz nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X3 şəxsində (birlikdə "Tərəflər") Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bu Protokolu tərtib edib imzalayırıq ona görə ki, Tərəflər arasında bağlanmış 004/161/S N9 "22" Avqust 2019-cu il tarixli Alqı-Satqı Müqaviləsinə əsasən "xxxx" firmasının "xxxx" MMC-yə olan olan borcu (ƏDV-siz məbləğ -871654.58 manat + ƏDV məbləği- 156897.82 manat = CƏMİ: 1028552.40 manat və 400.0 manatmediasiya xərci + 815.46 manat - dövlət rüsumu = Cəmi: 1215.46 manat) aşağıda göstərilən ardıcıllıqla və dövrlərdə ödənilməsi üçün razılığa gəlindi.

1. 2024-cü ilin 4-cü rübündə 151215.46 manat

2. 2025-ci ilin hər rübündə müvafiq olaraq 219638.10 manat Belə olan halda hazırkı mübahisə üzrə tərəflər arasında yuxarıda qeyd edilən şərtlərlə barışıq sazişinin bağlanması mübahisənin hüquqi həllinin ən məqbul variantı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər bаrışıq sаzişi bаğlаmışlаrsа və bu sаziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icrааtа xitаm verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Belə olаn hаldа, məhkəmə kollegiyаsı hesаb edir ki, tərəflər arasında bağlanmış bаrışıq sazişi Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin tələblərinə uyğun olduğundаn və digər şəxslərin hüquqlаrını və qаnunlа qorunаn mənаfelərini pozmаdığındаn təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 402.2, 402.2.4-cü maddələrinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sajişi təsdiq ollunmalı, iş üzrə Şəki Kommersiyа Məhkəməsinin 12 sentyabr 2023-cü il tаrixli, e-2-2(117)-597/2023 saylı qətnaməsi ləğv edilməli, hazırkı işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.5, 262, 402.2.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı

qərara aldı:

Cavabdeh firmasının nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh firması arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: - Birinci tərəf, İddiaçı, cəmiyyətin direktoru X4 şəxsində, İkinci tərəf, "xxxx" Firması, direktoru X2 şəxsində, Tərəflər arasında olan alqı-satqı münasibətlərindən irəli gələn məhkəmə mübahisəsinin qarşılıqlı həlli və borcun ödənilməsi müddətinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosesual Məcəlləsinin tələbləri çərçivəsində aşağıdakı şərtlər bu Sazişi (bundan sonra "Saziş") imzaladılar: Maddə 1. Mübahisənin qısa təsviri Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(117)-597/2023 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin iddiası qismən təmin edilərək, cavabeh "xxxx" Firmasından əsas borc üzrə 1.028.552, 53 manat, AR MPM-nin 445.7-ci maddəsinə əsasən 14.964,54 manat, mediasiya xərci olaraq 400 manat və 815,46 manat dövlət rüsumu olmaqla, cəmi 1.044.732,53 (bir milyon qırx dörd min yeddi yüz otuz iki tam yüzdə əlli üç) manat tutulması qət edilmişdir. Həmin qətnamədən cavabadeh apelyasiya şikayəti vermişdir. Həmin şikayət üzərə mübahisə hal hazırda Şəki Apelyasiya Məhkəməsinin icraatında 2-2(107)- 31/2024 nömrəsi ilə baxılmaqdadır. Maddə 2. Barışığın şərtləri - 2.1. Tərəflər aşağıdaki baradə razılığa gəldilər: - 2.1.1. Tərəflər razılaşırlar ki, bu Sazişin birinci maddəsində göstərilən mübahisə üzrə X9 Kommersiya məhkəməsinin qətnaməsi ilə qət edilmiş AR MPM-nin 445.7-ci maddəsinə əsasən 14.964,54 manat faiz məbləği tələbindən imtina edir. - 2.1.2. Bu Sazişin birinci maddəsində göstərilən mübahisə üzrə X7 X5 məhkəməsinin qətnaməsi ilə qət edilmiş 1.028.552,53 manat əsas borc, mediasiya xərci olaraq 400 manat və 815.46 manat dövlət rüsumu olmaqla cəmi 1029767.99 (bir milyon iyirmi doqquz min yeddi yüz altmış yeddi manat doxsan doqquz qəpik) manat borc məbləğini ödəməyi öhdəsinə götürür. - 2.1.3. İkinci Tərəf bu Sazişin 2.1.2-ci bəndində göstərilən borc məbləğini razılaşma protokoluna əsasən Birinci Tərəfə 2024-cü ilin 4-cü rübündə 151215,46 (yüz əlli bir min iki yüz on beş manat qırx altı qəpik) manat, 2025-ci ilin hər rübündə 219638,13 (iki yüz on doqquz min altı yüz otuz səkkiz manat on üç qəpik) manat tam ödəməyi öhdəsinə götürür. - 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtlənr etibarlı olur. - 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. - 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. - 2.5. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. - 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər - 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. - 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. - 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. - 3.4. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. - 3.5. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilənədək heç bir tərəf üçün məcburi olmayacaqdır. - 3.6. Bu Saziş 3 nüsxədə tərtib edilmişdir. Sazişin nüsxələri Sazişin tərəflərində hərəsində 1 nüsxə və Şəki Apellyasiya Məhkəməsində 1 nüsxə saxlanılacaqdır. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 12 sentyabr 2023-cü il tаrixli, e-2-2(117)- 597/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh firmasına qarşı “Cavabdeh firmasından 1028552,53 manat əsas borcun, 138377,10 manat faiz məbləğinin, 210724,38 manat bank uçot dərəcəsinə uyğun faizlərin, 8025,74 manat əldən çıxmış faydanın, ümumilikdə 1385679,75 manat məbləğin, 400 manat mediasiya xərcinin, 1082,84 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dаir” kommersiya mübahisəsinə dair işin icraatına xitam verilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar