Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-32/2025 10.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2024-cü il tаrixli e-2-2(117)-1456/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 11 oktyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 3163/ƏKM nömrəli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli 2596-KQ nömrəli Əlavə Kredit Müqaviləsi üzrə 50000 manat əsas borc, 298,62 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu və 776,39 manat cərimə faizi olmaqla, cəmi 51075,01 manat borcun və xx.xx.2023-cü il tarixli 3907-KQ nömrəli Əlavə Kredit Müqaviləsi üzrə 50000 manat əsas borc, 3833,33 manat faiz borcu və 3208,34 manat cərimə faizi olmaqla, cəmi 57041,67 manat məbləğində borcun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 51 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, iddia irəli sürülərkən iddiaçı tərəfindən ödınilmiş 398,52 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında olan 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149,3 kv.m ümumi, 83,4 kv.m yaşayış və 65.9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022-ci il) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin (likvid qiymətinin) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi və ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 20 noyabr 2024-cü il tаrixli e-2-2(117)-1456/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən “Nəticə” hissəsi aşağıda qeyd olunan məzmunda olan yekun məhkəmə aktı qəbul edilmişdir (qətnamənin “Qət etdi” hissəsi olduğu kimi qeyd olunur): - “İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 2596-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 623,28 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu və 200 manat cərimə faizi olmaqla, cəmi 50 823,28 manat və 3907- KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsi üzrə 50,000 manat əsas borc, 3781,2 manat faiz borcu və 300 manat cərimə faizi olmaqla, cəmi 54 081,2 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 51 manat məbləğində dövlət rüsumunun, 0.40 manat xidmət haqqı və iddia irəli sürülərkən iddiaçı tərəfindən ödənilmiş 398.52 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Borc məbləği Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149.3 kv.m ümumi, 83.4 kv.m yaşayış, 65.9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 149.3 kv.m ümumi, 83.4 kv.m yaşayış, 65.9 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 106 000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehlərin "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 manat pulun 150 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən, qalan 150 manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq “Caspian Valuation” şirkətinin "xxxx" ASC-nin Nərimanov filialında olan bank hesabına (VÖEN: **********, H/h: AZ471BAZ********************, Bank: ABB ASC, VÖEN: **********, m/h– AZ03NABZ********************, kod–805711, SWİFT–İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər”. Həmin Qətnamənin tam mətni 20 noyabr 2024-cü ildə iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilərək imzalanmış və həmin tarixdə (saat 1748-də) məlum qətnamə Cavabdeh1 məxsus elektron kabinetə yerləşdirilərək (Cavabdeh1 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində elektron kabinet 28 iyun 2021-ci ildə yaradılmışdır), ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Cavabdeh1 elektron kabinet vasitəsi ilə rəsmi qaydada almış olduğu Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2024-cü il tаrixli e-2-2(117)-1456/2024 nömrəli qətnaməsindən 19 dekabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verərək, “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-1456/2024 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul olunmasını” xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətini işlə birlikdə baxılması üçün 27 dekabr 2024-cü il tarixli məktubla Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 10-1-ci maddəsinin tələblərinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır (maddə 10-1.1), məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2) və kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (maddə 10-1.3). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması daxildir (maddə 366.1), əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2), apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır (maddə 366.3) və apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər (maddə 366.4). Məhkəmə kollegiyası, Cavabdeh1 Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2024cü il tаrixli e-2-2(117)-1456/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini və iş materiallarını öyrənib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2024-cü il tаrixli e-2-2(117)- 1456/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) apellyasiya şikayətlərinin verilməsi üçün müəyyən edilmiş aşağıda qeyd olunan tələbləri pozulmuş və eyni zamanda, həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına riayət olunmamışdır: - 1) Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2024-cü il tаrixli e-2-2(117)- 1456/2024 nömrəli qətnaməsindən 19 dekabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” adlanan 12-ci bəndində şikayətçinin apellyasiya instansiyasından tələbi “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-1456/2024 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır” kimi ifadə olunmuşdur. Halbuki, apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməli və eyni zamanda, apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən “Əlavə 2”-nin 12ci bəndində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Göründüyü kimi, hazırkı apellyasiya şikayətində isə “qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi” xahiş olunsa da, şikayətçi tərəfindən məlum mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələbi, yəni apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə “iddia tələbinin qismən təmin və yaxud, rədd olunması” barədə tələbi öz əksini tapmamışdır. - 2) Apellyasiya şikayətində onu verən Cavabdeh1 ünvanı, şikayət olunan qətnamənin tarixi və alınma tarixi, mübahisənin predmeti də göstərilməmişdir (MPM-in 361.1.2 maddəsi və “Əlavə 2”-nin 1.5-ci, 4.2-ci, 4.3-cü və 4.4-cü yarımbəndlərii). - 3) Apellyasiya şikayətində onu verən Cavabdeh1 prosessual vəziyyəti düzgün qeyd olunmamışdır (MPM-in 361.1.2 maddəsi və “Əlavə 2”-nin 1.8-ci yarımbəndi). Yəni, apellyasiya şikayətini vermiş Cavabdeh1 hazırkı kommersiya işi üzrə prosessual vəziyyəti “cavabdeh ” olduğu halda, “Əlavə 2”-nin 1.8-ci yarımbəndində o, “şikayət verən şəxs” kimi qeyd olunmuşdur ki, bu da onun MPM-in 361.1.2-ci maddəsi ilə qeyd olunması tələb olunan prosessual vəziyyətini əks etdirmir. Məlumdur ki, Mülki- Prosessual Məcəllənin tələbləri baxımından iddia icraatları üzrə tərəflər (proses iştirakçıları) - prosessual vəziyyətlərinə görə iddiaçı, cavabdeh və yaxud üçüncü şəxslər olduğundan, həmin Məcəllənin 361.1.2-ci maddəsində (“Əlavə 2”-nin 1.8-ci yarımbəndində) nəzərdə tutulan “şikayəti verən şəxsin prosessual vəziyyəti” ifadəsi də şikayət verən şəxsin iddiaçı, cavabdeh və yaxud üçüncü şəxs olmasının qeyd olunmasını tələb edir. - 4) Mülki-Prosessual Məcəllənin tələblərinə görə “şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar” və “şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar” da apellyasiya şikayətində göstərilməlidir (MPM-in 361.1.5-ci və 361.1.6-cı maddələri; “Əlavə 2”nin 5, 6, 7, 8, 9, 10 və 11-ci bəndləri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğun olaraq, bu Məcəllə ilə müəyyən edilmiş formada (forma - həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmişdir) verilən apellyasiya şikayətində - şikayətin verildiyi məhkəmənin adı və ünvanı (maddə 361.1.1), şikayəti verən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti (maddə 361.1.2), barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı (maddə 361.1.3), şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi (maddə 361.1.4), şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (maddə 361.1.5), şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (maddə 361.1.6) və şikayətə əlavə edilən sənədlərin siyahısı (maddə 361.1.7) göstərilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququ - yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur və hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Ona görə də, məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün bir sıra mühüm prosessual qaydalar və məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, bunlara - Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş prosessual qaydalar da aiddir və apellyasiya şikayəti həmin maddənin tələblərinə riayət edilməklə verilməlidir. Çünki, Mülki-Prosessual Məcəllənin 361-ci maddəsində apellyasiya şikayəti üçün zəruri olan forma və məzmuna dair tələblər nəzərdə tutulmuşdur. Eyni zamanda, MPM-in apellyasiya şikayətinin məzmununa dair ümumi tələbləri müəyyənləşdirən 361-ci maddəsi ilə yanaşı, həmin Məcəlləyə “Əlavə 2”-də də apellyasiya şikayətinin forması ilə bağlı mühüm tələblər öz əksini tapmışdır. Bu səbəbdən də, qeyd olunan tələblərin düzgün və bir qaydada yerinə yetirilməsi üçün “Elektron məhkəmə” informasiya sistemində apellyasiya şikayətinin ümumi formasını müəyyən edən “Əlavə 2”-yə uyğun elektron apellyasiya şikayəti nümunəsi tərtib edilərək, apellyasiya şikayəti hazırlayan proses iştirakçılarının istifadəsinə verilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan nöqsanlara əsasən müəyyən edilir ki, Cavabdeh1 tərəfindən verilmiş hazırkı apellyasiya şikayəti - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin apellyasiya şikayətinin forma və məzmununa dair ümumi prosessual tələbləri müəyyənləşdirən 361-ci maddəsinin tələblərinə və eyni zamanda, şikayətin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən həmin Məcəlləyə “Əlavə 2”-də təsbit olunmuş mühüm tələblərə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Eləcə də, məhkəməyə təqdim olunan apellyasiya şikayətinin “Dövlət rüsumunun ödənilməsi ilə əlaqədar qeydin aparıldığı” bölməsində (qrafasında) şikayətin verilməsi üçün dövlət rüsumunun - hazırkı şikayəti verən Cavabdeh1 tərəfindən deyil, iş üzrə digər cavabdeh olan Cavabdeh2 tərəfindən ödənildiyi qeyd olunmuşdur. Halbuki, iş materiallarına əsasən hazırkı mübahisə üzrə “zamin və ipoteka qoyan fiziki şəxs olaraq” iddia tələbinin yönəldiyi Cavabdeh1 bu iş üzrə məhkəmə prosesində cavabdeh qismində müstəqil tərəf kimi iştirak edir və o, hazırkı apellyasiya şikayətini cavabdeh olaraq öz adından vermiş və imzalamışdır. Bu halda isə qanunvericiliklə nəzərdə tutulan dövlət rüsumu da Cavabdeh1 özü tərəfindən, yəni onun özünün adından ödənilməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir (108.1.7-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3-cü maddə). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.3-cü maddəsinin tələblərinə görə, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinin tələblərinə görə, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa - birinci instansiya məhkəməsi tərəfindən apelyasiya şikayəti geri qaytarılır. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2024-cü il tаrixli e-2-2(117)-1456/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki- Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinə riayət edilmədən verildiyindən, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də Cavabdeh1 apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi isə hazırkı apellyasiya şikayətinə münasibətdə Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Eyni zamanda, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsi - apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir. Həmin Məcəllənin 363-cü maddəsində isə prosessual tələblərə riayət edilmədən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasının əsasları təsbit olunmuşdur. Yəni, Mülki- Prosessual Məcəllədə apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsinin yoxlanılması və düzgün verilməyən apellyasiya şikayətlərinin geri qaytarılması vəzifəsi - imperativ qaydada birinci instansiya məhkəməsinə həvalə olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi hazırkı apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu tam yoxlamadan, оnu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 361-366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 20 noyabr 2024-cü il tаrixli e-2-2(117)-1456/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-32/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-32/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver