Məhkəmə qərarları › İş №2-2(107)-33/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-33/2022

16.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-33/2022 16.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin 23 dekabr 2021-ci il tаrixli qətnaməsindən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Şəki Kommersiya Məhkəməsinin 23.12.2021-ci il tarixli, e-2-2(117)-390/2021 saylı qətnaməsi ilə İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmişdir. İddiaçının nümayəndə-vəkili Nümayəndə həmin qətnamədən apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, apellyasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir (maddə 108.1.7.). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (maddə 361.3.). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.2.). İş materiallarından görünür ki, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilsə də, həmin rüsum Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayətinin baxılması üçün ödənilməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində də, həmin rüsumun Şəki Apellyasiya Məhkəməsinə ödənildiyi qeyd edilməmişdir. Odur ki, bu səbəbdən Məhkəmə hesab edir ki, apellyasiya şikayətinə əlavə olunmuş qəbz dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Bu isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-nin 366-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, Məhkəmə, MPM-nin 366-cı maddəsinin tələbini rəhbər tutaraq QƏRARA ALDİ: Şəki Kommersiya Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti kommersiya işlə birlikdə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar