Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-34/2025 04.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Nizami oğluna qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) -Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Nizami oğluna qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 017R********** nömrəli krеdit razılaşması üzrə 25282.18 manat məbləğində krеdit bоrcu, 1887.18 manat məbləğində faiz bоrcu və 712.4 manat məbləğində cərimə borcu, 017R********** nömrəli krеdit razılaşması üzrə 44821.37 manat məbləğində krеdit bоrcu, 2946.17 manat məbləğində faiz bоrcu və 1075.71 manat məbləğində cərimə borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 320.18 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəllə, ev 120D-də yerləşən xüsusi mülkiyyətli 91.10 kv.m ümumi sahədən ibarət 101 saylı mənzilə (yeni qaydalarla: AZ1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi 2, M5, m1) yönəldilməsi, həmin torpaq sahəsi və mənzilin açıq hərracdan satılması və ümumilikdə cəmi 76725 (yetmiş altı min yeddi yüziyirmi beş) manat 01 (bir) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 320.18 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank QSCyə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Kuliev Elvindən ümumi müştərək qaydada tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1320/2024 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 017L**********45 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, illik faiz dərəcəsinin yuxarı həddi 28 % olmaqla ******* manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır.
2. Eyni zamanda xx.xx.2023-cü il tarixində İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında borcalanın 017L**********45 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 017S**********01 nömrəli və 017S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır.
3. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh2 adından Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixdə 017M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində göstərilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəlllə, ev 120D-də (yeni qaydalarla: AZ1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi 2, M5, m1) yerləşən xüsusi mülkiyyətli 91.10 kv.m ümumi sahədən ibarət 101 saylı mənzil ipoteka predmeti kimi qəbul olunmuşdur.
4. 017L**********45 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə bağlanmış 017R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.4167 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit və ona hesablanmış faizi ilə birlikdə ödənilməsi şərtilə 58000 manat məbləğində kredit verilmişdir.
5. 017L**********45 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 017R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə aylıq faiz dərəcəsi 1.6667 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit və ona hesablanmış faizi ilə birlikdə ödənilməsi şərtilə 50000 manat məbləğində kredit verilmişdir.
6. Cavabdeh1 hər iki kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən 017R********** nömrəli krеdit razılaşması üzrə 25282.18 manat məbləğində krеdit bоrcu, 1887.18 manat məbləğində faiz bоrcu və 712.4 manat məbləğində cərimə borcu və 017R********** nömrəli krеdit razılaşması üzrə 44821.37 manat məbləğində krеdit bоrcu, 2946.17 manat məbləğində faiz bоrcu və 1075.71 manat məbləğində cərimə borcu qalmışdır.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışdan göründüyü kimi Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəlllə, ev 120D-də (yeni qaydalarla: AZ1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi 2, M5, m1) yerləşən 91.10 kv.m ümumi sahədən ibarət 101 saylı mənzil tam (xüsusi) mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, o cümlədən, ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi qeyd edilən ərazidə yerləşən yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahəsi üzərində yerləşən 91.10 kv.m ümumi sahədən ibarət 101 saylı mənzil İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixdən başlayaraq 017L**********45 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir.
I. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı borcun ödənilməsi barədə cavabdehlərə müraciət etmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Kuliev Elvindən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 017R********** saylı krеdit razılaşması üzrə 25282.18 manat məbləğində krеdit bоrcu, 1887.18 manat məbləğində faiz bоrcu və 712.4 manat məbləğində cərimə borcu olmaqla,cəmi 27881.76 manat, - 017R********** saylı krеdit razılaşması üzrə 44821.37 manat məbləğində krеdit bоrcu, 2946.17 manat məbləğində faiz bоrcu və 1075.71 manat məbləğində cərimə borcu olmaqla,cəmi 48843.25 manat, ümumilikdə cəmi 76725 (yetmiş altı min yeddi yüz iyirmi beş) manat 01 (bir) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 320.18 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması; - Tələbin Cavabdeh2xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəlllə, ev120Ddə yerləşən xüsusi mülkiyyətli 91.10 kv.ümumi sahədən ibarət 101 saylı mənzilə (yeni qaydalarla: AZ1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi 2, M5, m1) yönəldilməsi, həmin torpaq sahəsi və mənzilin açıq hərracdan satılması və ümumilikdə ümumilikdə cəmi 76725 (yetmiş altı min yeddi yüziyirmi beş) manat 01 (bir) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 320.18 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi; - Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Kuliev Elvindən ümumimüştərək qaydada tutulması barədə qətnamə çıхarlımasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır.
10. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 14 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1320/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 017R********** nömrəli krеdit razılaşması üzrə 25282.18 manat əsas bоrc, 1887.18 manat faiz bоrcu və 200 manat cərimə borcu, 017R********** nömrəli krеdit razılaşması üzrə 44821.37 manat məbləğində krеdit bоrcu, 2946.17 manat məbləğində faiz bоrcu və 500 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı, 320.18 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməsi, borc məbləğinin Cavabdeh2 tam (xüsusi) mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəlllə, ev 120D-də yerləşən 91.10 kv.m ümumi sahədən ibarət 101 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəllə, ev 120D-də yerləşən 91.10 kv.m ümumi sahədən ibarət 101 saylı mənzilin likvid dəyəri (ilkin satış) 171000 manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin cavabdehlərin İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddia qalan hissələrdə rədd edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tutularaq “Caspian Valuation” şirkətinin müvafiq hesabına ödənilməsi qət edilmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı borcalan Cavabdeh1 qarşısında uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış hər iki kredit razılaşmasından irəli gələn öhdəliyini yerinə yetirsə də, sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 017R********** nömrəli krеdit razılaşması üzrə 25282.18 manat krеdit bоrcu, 1887.18 manat faiz bоrcu və 017R********** nömrəli krеdit razılaşması üzrə 44821.37 manat krеdit bоrcu, 2946.17 manat faiz bоrcu qalmışdır və buna görə də hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqavilələri qüvvədə olduğundan həmin borc məbləğləri cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
12. Məhkəmə 017R********** nömrəli krеdit razılaşması üzrə 712.4 manat məbləğində cərimə borcu və 017R********** nömrəli krеdit razılaşması üzrə 1075.71 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissələrdə qismən təmin edilməlidir.
13. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yarandığından iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. İpoteka predmeti olan mənzilin ilkin satış (likvid) qiyməti, əmlakın likvid dəyəri ilə götürülərək 171000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalıdır.
14. Məhkəmə iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Kuliev Elvindən ümumi müştərək qaydada tutulması” hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1, 385.1, 386.1, 442, 445.2, 448.1, 462.1, 462.3, 467, 470.1, 472.1 və 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 33 və 39.3.3, 47.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.1, 116.2, 119, 216- 220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Qətnamədən narazı qalan Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikаyəti vermişdir.
17. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit müqaviləsi, kredit razılaşmaları, zaminlik müqavilələri, ipoteka müqaviləsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, xəbərdarlıq məktubları, maliyyə arayışları, hesabdan çıxarışlar, Mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılarkən qanunvericiliyin mövqeyi, iş üzrə əhəmiyyət kəsb edən hallar, eləcə də iş materiallarında olan və mübahisə predmeti barəsində konkret nəticəyə gəlinməsi üçün düzgün qiymətləndirilməsi vacib olan sübutların tədqiqi zamanı lazımi diqqət göstərilməmiş, bunun nəticəsində cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qətnamə çıxarılmışdır. İlkin olaraq qeyd edilməlidir ki, cavabdehlərdən borc, faiz borcu və cərimə borcu şəkilində olmaqla iddiaçının tələb etdiyi məbləğin tələb edilməsi hüququnun əmələ gəlməsi əsası və onun miqdarının formalaşması ilə bağlı məhkəmə tərəfindən heç bir əsaslandırılma aparılmamış, tələb edilən məbləğlərin, eləcə də iddiaçı tərəfindən təqdim edilmiş sübutların mötəbərliliyi sual altında qalmışdır. Belə ki, məhkəmə tərəfindən iddiaçının tələb etdiyi məbləğlərin hesablanmasının düzgün aparılıb aparılmamasının müəyyənləşdirilməsi məqsədilə hər hansı araşdırma aparmamış, bununla bağlı kifayət qədər ciddi prosessual pozuntulara yol verilmişdir. Bundan əlavə əsas borc, faiz borcu və cərimə borcu olmaqla ödənilməsi tələb olunan məbləğin hesablanması tarixi ilə bağlı məhkəmə düzgün mövqe nümayiş etdirməmiş və məbləğlərin hesablanması tarixinin yanlış müəyyən edilməsi cavabdehin üzərinə əsassız olaraq əlavə öhdəlik qoyulması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqavilələrində pulun qaytarılmalı olduğu son müddət dəqiq müəyyən edildiyi halda müqavilənin ləğv edilməsi barədə borcluya bildiriş göndərilmədən və ya müqavilənin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmadan həmin müddət başa çatanadək bütün borcun və ona hesablanmış faizlərin qaytarılmasının tələb edilməsi istisna edilir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələb etdiyi məbləğlərin hesablanması zamanı qanunvericilik və bununla bağlı formalaşdırılmış məhkəmə praktikasına riayət edilməmiş, buna görə də əsassız olaraq cavabdehin hüquqlarının pozulmasına gətirib çıxaran qətnamə qəbul edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəlllə, ev 120D-də yerləşən 91.10 kv.m ümumi sahədən ibarət 101 saylı mənzil Cavabdeh2 mülkiyyətindədir və kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Mənzilin ipoteka ilə yüklü edilməsi həmin əmlakın dəyər-dəyməz qiymətə satılaraq iddiaçının hüquqlarının təmin edilməsi, lakin cavabdehin vəziyyətini əsassız olaraq əhəmiyyətli dərəcədə ağırlaşması ilə nəticələnməməlidir. Bu hissədə hüququn ədalət prinsipinin mahiyyəti məhkəmənin diqqətinə çatdırılmalı və bu cür əmlakın qiymətləndirilməsi prosesində hər iki tərəfin hüquqlarının qorunması, təmin edilməsi məsələsinə diqqət edilməlidir. Belə ki, əmlakın dəyərləndirilməsi, onun əsl bazar və likvid dəyərinin müəyyən edilməsi hissəsində məhkəmə ciddi prosessual səhvlərə yol vermişdir. Sözügedən məsələ xüsusi bilik tələb edən məsələ olmaqla, əmlakın dəyəri tam qanuni əsaslarla təyin edilmiş ekspert tərəfindən verilmiş rəsmi ekspertiza rəyi əsasında müəyyənləşdirilə bilərdi. Məlum məsələdir ki, Xətai rayonunda yerləşən 91.10 kv.m mənzillərin ümumi bazar dəyəri 200 000 manatdan çoxdur. Lakin məhkəməyə «Caspian Valuation» şirkəti tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəlllə, ev 120D-də (yeni qaydalarla: AZ1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi 2, M5, m1) yerləşən 91.10 kv.m ümumi sahədən ibarət 101 saylı mənzilin bazar dəyəri 180000 manat, likvid dəyəri 171000 manat təşkil edir. Sözügedən rəy mənzilin faktiki dəyərindən kifayət qədər aşağı məbləğdə qiymətləndirilməsinə əsas olmaqla, cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə qeyd edilən halı nəzərə almamış həmin rəyə əsaslanmaqla, mənzilin hərracda satış dəyərinin 171000 manat olaraq müəyyən edilməsinə dair əsasız qərar qəbul etmişdir. Görünür ki, mütəxəssis rəyi tərtib edilərkən, əmlakın yerləşdiyi yer, onun ölçüsü, təmirli olub olmaması, şəraiti və sair amillər nəzərə alınmamış, qiymətləndirmə işi düzgün icra edilməmişdir. Mütəxəsiss tərəfindən təqdim edilmiş rəy əmlakın düzgün qiymətləndirilmədiyini açıqaşkar əks etdirsə də məhkəmə işin yenidən daha düzgün araşdırılması, cavabdehin hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində öz imkanlarından istifadə etməmişdir. Halbuki, bu hissədə məhkəmə mənzilin əsl dəyərinin müəyyənləşdirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə etməklə hər iki tərəfin hüquqlarının təminatına yönələn tam ədalətli məhkəmə qərarının qəbul edilməsini təmin etməli idi. Hazırda mənzilin hərracda satış dəyəri olaraq müəyyənləşdirilmiş məbləğ ədalətsiz olmaqla cavabdehin hüquqlarının pozulması ilə, məhkəmənin bu hissədə əlavə araşdırmaya lüzum görməməsi onun Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi ilə müəyyənləşdirilmiş ədalətli məhkəmə aradırması hüququnun əlindən alınması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1320/2024 saylı qətnaməsinin tam ləğv edilməsi, həm kredit müqaviləsi üzrə borcun həm də ipoteka predmetinin dəyərinin müəyyən edilməsi üzrə məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları keçirilməklə müəyyən ediləcək məbləğlərə uyğun yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə müraciət edərək hazırkı kommersiya mübahisəsinə dair işə nümayəndənin iştirakı olmadan baxılmasını, eyni zamanda verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
24. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
IV. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
25. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
26. Maddə 269. Girov və ipoteka hüququ anlayışı - 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. (...). - 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. (...).
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı - Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 739.1 (köhnə redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
30. Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
31. Maddə 39.3.3 ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
V. Apellyasiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1320/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
43. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
44. Müəyyən edildiyi kimi, iddiaçı borcalan Cavabdeh1 qarşısında uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış hər iki kredit razılaşmasından irəli gələn öhdəliyini yerinə yetirsə də, sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 017R********** nömrəli krеdit razılaşması üzrə 25282.18 manat krеdit bоrcu, 1887.18 manat faiz bоrcu və 017R********** nömrəli krеdit razılaşması üzrə 44821.37 manat krеdit bоrcu, 2946.17 manat faiz bоrcu qalmışdır. Zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqavilələri qüvvədə olduğundan həmin borc məbləğləri cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
45. Qeyd edildiyi kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti vermişdir.
46. Apellyasiya şikayətinin dəlillərindən biri məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədədir.
47. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlili əsaslandırılmamış, iddiaçı tərəfindən nə qədər əsas və nə qədər faiz borcunun artıq hesablanmasını təsdiq edəcək hər hansı sübut növü təqdim edilməmiş, cavabdehin nümayəndəsi və vəkili məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı hansı halların müəyyən edilməsinin vacibliyinə aydınlıq gətirməmişdir. Belə olan təqdirdə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə lüzum yoxdur.
48. Eyni zamanda Cavabdeh1 kredit razılaşmaları üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və kredit razılaşmalarının məzmununu mübahisələndirməmişdir.
49. Şikayətin digər dəlili də ipoteka predmetinin dəyərinin müəyyən edilməsi üzrə əmtəəşünaslıq-ekspertizasının keçirilməsi ilə bağlıdır.
50. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işə baxmış birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini müəyyənləşdirmək məqsədi ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və “Caspian Valuation” şirkətinin qiymətləndirmə rəyini almışdır. Həmin rəydə göstərilir ki, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəlllə, ev 120D-də (yeni qaydalarla: AZ1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi 2, M5, m1) yerləşən 91.10 kv.m ümumi sahədən ibarət 101 saylı mənzilin bazar dəyəri 180000 manat, likvid dəyəri 171000 manat təşkil edir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 əmlakın qiymətinin daha da yüksək olduğunu bildirsə də, bu xüsusatı təsdiq edən və qiymətləndirici tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutları (məsələn: başqa qiymətləndiricinin rəyini) məhkəməyə təqdim etməmişdir.
51. Kollegiya qeyd edir ki, MPM-nin 372.2-ci maddəsinin tələbinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdehlər, o cümlədən Cavabdeh2 birinci instansiya məhkəməsində işə baxılan zaman üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş və təkrar qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə vəsatət verməmişdir.
52. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2021-ci il tarixli, 017M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən, həmin müqavilənin tərəfləri ipoteka predmeti olan daşınmaz əmlakın qiymətini 97.600 manat dəyərində qiymətləndirmişlər.
53. Göründüyü kimi, qiymətləndirmə rəyində müəyyən edilən ipoteka predmeti olan daşınmaz əmlakın likvid dəyəri tərəflərin ipoteka müqaviləsində razılaşdıqları dəyərdən əhəmiyyətli dərəcədə (2 dəfəyə yaxın) artıqdır.
54. Şəki Kommersiya Məhkəməsi tərəfindən iş üzrə verilmiş qiymətləndirmə rəyinə düzgün hüquqi qiymət verilmiş və həmin rəyin doğru olmaması qənaətinə gəlmək üçün heç bir əsas müəyyən olunmamışdır.
55. Belə ki, təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları MPM-in 102-ci maddəsində göstərilmiş, lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş qiymətləndirmə rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy məhkəmənin qərardadı əsasında verilmiş, qiymətləndirici tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Apellyator isə ipoteka predmetinin düzgün qiymətləndirilmədiyini bildirsə də, bunu təsdiq edən hər hansı təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
57. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
58. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
59. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
60. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
62. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, e-2-2(117)-1320/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, e-2-2(117)- 1320/2024 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov