Məhkəmə qərarları › İş №2-2(107)-37/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-37/2022

29.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-37/2022 29.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İskəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “avans olaraq verilmiş pul vəsaitindən 1.118.196 (bir milyon yüz on səkkiz min yüz doxsan altı) manat pul vəsaitinin, öhdəliyin lazimi qaydada icrasının təmin olunmasına sərf ediləcək 362.500 (üç yüz altmış iki min beş yüz) manat pul vəsaitini, əldə olunmayan göyçə məhsuluna görə 690.000 (altı yüz doxsan min) manat pul vəsaitinin, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1ndən alınıb İddiaçınə verilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, e-2-2(117)- 390/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1nə qarşı “avans olaraq verilmiş pul vəsaitindən 975 796 manat pul vəsaitinin, əldə olunmayan göyçə məhsuluna görə 690 000 manat pul vəsaitinin, hüquqi yardıma görə ödənilmiş 500 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 22.07.2021-ci il tarixdə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək İddiaçı MMC tərəfindən "xxxx" MMC və Cavabdeh1 MMC-yə avans olaraq verilmiş pul vəsaitindən 1.118.196 (bir milyon yüz on səkkiz min yüz doxsan altı) manat pul vəsaitinin, öhdəliyin lazımi qaydada icrasının təmin olunmasına sərf ediləcək 362.500 (üç yüz altmış iki min beş yüz) manat pul vəsaitinin, əldə olunmayan göyçə məhsuluna görə 690.000 (altı yüz doxsan min) manat pul vəsaitinin, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin "xxxx" MMC və Cavabdeh1 MMC-dən alınıb İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, e-2-2(117)-390/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-dən 369.116 (üç yüz altmış doqquz min bir yüz on altı) manat, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə pulun tutulub iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 manatının cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-dən, 50 manatının iddiaçı "xxxx" MMC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, e-2-2(117)-390/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikаyəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, e-2-2(117)-390/2021 saylı qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: "xxxx" MMC (satıcı) ilə İddiaçı MMC (alıcı) arasında bağlanmış 21.11.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, satıcı 17.500 ədəd “Ferragnes” sortlu badam ağaclarını alıcıya satması, alıcı isə həmin malın dəyərini satıcıya ödəməsi barədə razılıq əldə etmişdir. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (icraçı) arasında bağlanmış 01.08.2020 il tarixli 0037 №li müqaviləyə əsasən, sifarişçi damlama-suvarma sisteminin çəkilməsi xidmətlərinin göstərilməsini sifariş vermiş, icraçı isə müvafiq xidmət haqqı almaqla həmin xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (icraçı) arasında bağlanmış 01.10.2020 il tarixli 0038 №li müqaviləyə əsasən, sifarişçi ağacların əkilməsi xidmətlərinin göstərilməsini sifariş vermiş, icraçı isə müvafiq xidmət haqqı almaqla həmin xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı cavabdehlərin hər biri ilə ayrı-ayrılıqda müqavilələr bağlamış, həmin müqavilələrin şərtləri və müqavilələrdən irəli gələn öhdəliklər də bir-birindən fərqlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələbinə görə, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. İddiaçı hər iki cavabdehin onunla bağladığı müqavilə şərtlərini pozduqlarına (lazımi qaydada icra etmədiklərinə) görə ona zərər vurulduğunu bəyan edir. İddia tələbinin mahiyyət və ifadə tərzindən göründüyü kimi cavabdehlər ayrı-ayrı hüquqi şəxs olmaqla yanaşı, onların müqavilə üzrə etməli olduğu hərəkətlər və görməli olduğu işlər də tamamilə ilə fərqli olmuşdur. Belə olan halda cavabdehlərin etməli olduğu hərəkət və görməli olduğu işləri lazımi qaydada yerinə yetirməmələri nəticəsində vurduqları zərər də fərqli olmaqla yanaşı, məbləğləri də fərqli olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsnə əsasən, iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Kollegiyanın qənətinə görə birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi icraata götürülərkən ümumiyyətlə prosessual qanunvericiliyin tələblərinə riyaət edilməmiş, MPM-in 149.3 və 152.1.7-ci maddələrinin tələblərindən irəli gələn imperativ normalara xüsusi diqqət yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, iddia ərizəsini geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən verilmiş iddia ərizəsinin icraata qəbul edilməsi aradan qaldırılmayan səhv deyil və Mülki Prosessual Məcəllə bu səhvin aradan qaldırılmasını 259-cu maddədə nəzərdə tutmuşdur. İşə baxan hakim, artıq icraata qəbul edilmiş iddia ərizəsini ərizə bu Məcəllənin 149cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən verildikdə hakim ərizəni baxılmamış saxlayır (maddə 259.0.12). Lakin birinci instansiya məhkəməsi qeyd edilən bu prosessual hüquq normalarının da tələbinə əməl etməmiş, qeyd edilən iddia ərizəsini baxılmamış saxlamamış, iddia ərizəsi əsasında başlanmış işə mahiyyəti üzrə baxmış və yekun qərar olaraq iş üzrə qətnamə qəbul etmişdir ki, bu yol verilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə görə, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 5, 149, 151, 216 və 218ci maddələrinin mənasına görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada, yəni iddia ərizəsinin formasına və məzmununa riayət etməklə tərtib edilmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada imza edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yalnız bu halda məhkəmədə iş başlanılır və mahiyyəti üzrə baxılaraq sürülmüş tələb üzrə Azərbaycan Respublikası adından məhkəmə aktı - qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinin tələbinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 384.0.5-ci maddəsinin mənasına görə, apellyasiya icraatı zamanı iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar aşkar edildikdə apellyasiya instansiyası məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqla birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ləğv edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, e-2-2(117)-390/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “avans olaraq verilmiş pul vəsaitindən 1 118 196 (bir milyon yüz on səkkiz min yüz doxsan altı) manat pul vəsaitinin, öhdəliyin lazimi qaydada icrasının təmin olunmasına sərf ediləcək 362 500 (üç yüz altmış iki min beş yüz) manat pul vəsaitini, əldə olunmayan göyçə məhsuluna görə 690 000 (altı yüz doxsan min) manat pul vəsaitinin, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1ndən alınıb İddiaçınə verilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar