Məhkəmə qərarları › İş №2-2(107)-38/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-38/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-38/2020 14.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh nümayəndəsi X2 iştirakı ilə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(84)-50/2017 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı-nin Cavabdeh qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş,Şəki İnzibatiİqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2-2(84)-50/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehdən 25171 manat əsas, 10498 manat faiz, 2000 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə geri qaytarılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından Cavabdeh tərəfindən şikayət verilmiş, həmin şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(107)-52/2019 nömrəli qərardadı ilə Cavabdeh şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2-2(84)- 50/2017 nömrəli qətnaməsindən apelyasiya şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(84)-50/2017 saylı qərardadı (hakim Mübariz Hüseynov) ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017ci il tarixli 2-2(84)-50/2017 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə Cavabdeh ərizəsi təmin edilməmişdir. Cavabdeh Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(84)- 50/2017 saylı qərardadından şikayət vermişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(84)-50/2017 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 şikayətin təmin edilməsini,Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(84)- 50/2017 saylı qərardadının ləğv edilməsini və ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(84)- 50/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə, müddətin bərpasından imtina barədə qərardad çıxarılır. İş materiallarından göründüyü kimi, cavabdeh Şəki İnzibatiİqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2-2(84)-50/2017 nömrəli qətnaməsindən məlumatlı olmuş, buna baxmayaraq xx.xx.2019-cu il tarixdə qeyd edilən qətnamədən apelyasiya şikayəti vermiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmış, həmin qərardaddan verilmiş şikayət Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(107)-52/2019 nömrəli qərardadı ilə təmin edilməmiş, sonuncu qərardadın qəbulundan 9 aya yaxın müddət keçdikdən sonra cavabdeh yenidən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, məhkəmə qətnaməsinin icrası mərhələsində icra məmuru cavabdeh barəsində müvafiq inzibati tədbirlərin görülməsi təşəbbüsü ilə çıxış edildikdən sonra cavabdeh şikayətlər vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apelyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (Mülki Prosessual Məcəlləsinin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq ötürülmüş prosessual müddəti bərpa etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. X5 Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, iddiaçı ləğv prosesində olan “Zaminbank” X6 tərəfindən verilmiş şikayət təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(84)-50/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(84)-50/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar