Məhkəmə qərarları › İş №2-2(107)-4/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-4/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-4/2022 12.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “30.09.2015-ci il tarixli **********58715 nömrəli kredit müqaviləsi üzrə 47625 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 22229,67 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 30.09.2017-ci il tarixədək illik 16% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, 19821,61 ABŞ dolları məbləğində 30.09.2017-ci il tarixindən 23.04.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 45050 ABŞ dolları məbləğində 01.04.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış penya olmaqla, cəmi 134726,28 ABŞ dolları məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin Cavabdeh MMC-dən tutularaq ödənilməsi” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 09.07.2021-ci il tarixli, e-2-2(117)-298/2021 nömrəli qətnaməsindən iddiaçı” ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq “30.09.2015-ci il tarixli **********58715 nömrəli kredit müqaviləsi üzrə 47625 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 22229,67 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 30.09.2017-ci il tarixədək illik 16% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, 19821,61 ABŞ dolları məbləğində 30.09.2017-ci il tarixindən 23.04.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 45050 ABŞ dolları məbləğində 01.04.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış penya olmaqla, cəmi 134726,28 ABŞ dolları məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin Cavabdeh MMC-dən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 09.07.2021-ci il tarixli, e-2-2(117)-298/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsinə uyğun Azərbaycan manatı ilə 30.09.2015-ci il tarixli **********58715 nömrəli kredit müqaviləsi üzrə 47625 ABŞ dolları məbləğində əsas borcu, 22229,67 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 30.09.2017-ci il tarixədək illik 16% dərəcəsi ilə hesablanmış faiz borcu, 9033,33 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda, 200 ABŞ dolları məbləğində dəbbə pulu (penya) və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı” ASC "xxxx" Bank appellyasiya şikayəti vermişdir. İşin halları "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 30.09.2015-ci il tarixli **********58715 nömrəli kredit xətti müqaviləsinə əsasən bank dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə illik 16 % olmaqla 120000 ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açmağı, borcalan kredit xəttindən göstərilən məqsəd üçün istifadə etməyi, qaytarmağı və faizləri ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda borcalanın bu müqavilə üzrə öhdəliklərinin icrasını təmin etmək üçün X2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil, X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzil və X1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu X9 prospekti ev 23 ünvanında yerləşən binanın zirzəmisində qeyriyaşayış sahəsi ipoteka müqavilələri üzrə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bank müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, borcalan müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin 02.04.2019-cu il tarixli 2(004)-71/2019 nömrəli qətnaməsi ilə iddia qismən edilmiş, 30.09.2015-ci il tarixli **********58715/İM-1 nömrəli ipoteka müqaviləsi üzrə X1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu X9 prospekti ev 23 ünvanında yerləşən binanın zirzəmisindəki qeyriyaşayış sahəsi, 01.10.2015-ci il tarixli **********58715/İM-2 nömrəli ipoteka müqaviləsi üzrə X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzil və 01.10.2015-ci il tarixli **********58715/İM-3 nömrəli ipoteka müqaviləsi üzrə X2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetlərinin satışından əldə olunan vəsaitlər hesabına 119892,65 ABŞ dolları əsas borc, 22229,67 ABŞ dolları adi faiz borcu, 30.09.2017-ci il tarixdən 02.04.2019-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % ilə hesablanmış 9033,33 ABŞ dolları məbləğində zərər (əladən çıxmış fayda) əvəzi, 02.04.2019-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə 200 ABŞ dolları penya olmaqla cəmi 151355,65 ABŞ dolları məbləğində pulun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq) ödənilməsi, Bakı şəhəri Binəqədi rayonu X9 prospekti ev 23 ünvanında yerləşən binanın zirzəmisindəki qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 48000 manat, Bakı şəhəri Yasamal rayonu ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin ilkin satış qiymətinin 95000 manat və ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzilin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməsi və açıq hərracda satılması, ipoteka predmetləri satıldıqdan ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri Bakı Apelyasiya Məhkəməsinin 29.08.2019-cu il tarixli 2(103)-9114/2019 nömrəli qətnaməsi və Ali Məhkəmənin 27.01.2020-ci il tarixli 2(102)- 594/2020 nömrəli qərarı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra ipoteka predmeti olan əmlakların satılması məqsədilə hərrac keçirilmiş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 20.11.2020-ci il tarixli müqavilələrə əsasən Bakı şəhəri Yasamal rayonu ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil 60562,50 manat, ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzil 31875 manat, 14.01.2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu X9 prospekti ev 23 ünvanında yerləşən binanın zirzəmisindəki qeyri-yaşayış sahəsi isə 30600 manata satılmış və iddiaçı bank həmin əmlakları satış qiymətinə uyğun qəbul edərək mülkiyyətinə götürmüşdür. İpoteka predmeti olan əmlaklar satıldıqdan sonra kredit müqaviləsi üzrə borc tam ödənilmədiyindən iddiaçı "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 09.07.2021-ci il tarixli, e-2-2(117)-298/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məlikəmə qətnaməsi icra olunarkən ipoteka ilə yüklü edilmiş və hal-hazırda mülkiyyət hüququ əsasında Banka məxsus Bakı şəhəri, Binəqədi rayonu, X7 prospekti 23 ünvanında yerləşən binanın zirzəmisində ümumi sahəsi 53,9 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 30,7 kv.m təşkil edən 41 nömrəli mənzilə, Bakı şəhəri, Yasamal rayonu, ünvan 6 ünvanında, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 42,5 kv.m, yaşayış sahəsi 29,5 kv.m, yardımçı sahəsi 13,0 kv.m təşkil edən, 2 otaqlı 81 nömrəli mənzilə əvvəlki mülkiyyətçiləri (ipoteka qoyanlar) müvafiq olaraq X4, X5, X6 və onlarm ailə üzvləri tərəfindən könüllü olaraq Banka təlıvil verilməmiş və həmin şəxslər hal-hazırda da Bankın mülkiyyət hüququnu kobud şəkildə pozmaqla yuxarıda göstərilən əmlak obyektlərini istifadə edirlər (mənzillərdə yaşayırlar). Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxanda göstərilən qərarına nəzər saldıqda görmək olar ki, həmin qərarın çıxarıldığı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı "xxxx" ASCnin cavabdeh S.Məmmədovaya qarşı “Tələbin ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılmaya dair” iş üzrə cavabdeh S.Məmmədova və onun ailə üzvləri ipoteka predmeti olan mənzildən könüllü olaraq çıxmış və həmin mənzili "xxxx" ASC-yə təhvil vermişlər. Bu barədə onlarla bankın nümayəndəsi arasında mənzilin təhvil-təslimin təmin olunmasına dair 10 oktyabr 2008-ci il tarixdə «Akt» tərtib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu isə həmin halın mövcud olmasına əsaslanaraq yuxarıda göstərilən hüquqi mövqeyini formalaşdırmışdır. Hazırda baxılan iş üzrə isə qeyd olunan hal mövcud deyildir. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449- cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında əldən çıxmış fayda ilə bağlı aşağıdakı mövqe bildirilmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında əldən çıxmış fayda ilə bağlı aşağıdakı mövqe bildirilmişdir: Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyiik məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu miiddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli qərarında göstərilmişdir ki, qanunverici MM-nin 448-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizliklə) əlaqələndirməklə, MM-in 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə məsuliyyət daşımamasını bu şərtlə müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. ”. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Bankın 30.09.2017-ci il tarixindən 23.04.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 19821,61 ABŞ dolları məbləğində əldən çıxmış faydanın ödənilməsi barədə tələbləri AR MM-nin 21-ci və 443-cü maddələrindən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında nəzərdə tutulmuş hüquqi mövqedən və Kredit xətti müqaviləsinin 6.1-ci bəndindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM” adlandırılacaq) 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin hüququn həyata keçirilməsi qaydası isə Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz əksini tapmışdır və bu barədə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe AR MM-nin 21-ci və 443-cü maddələrini tamamlayır. Belə ki, həmin qərara görə, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası iiçiin nəzərdə tutulmuş miiddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə miilki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər". Bankın 01.04.2020-ci il tarixinə qədər kredit üzrə gecikdirilmiş əsas borc məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 45050 (qırx beş min əlli) ABŞ dolları təşkil edən penyanın tutulması ilə bağlı tələbi isə AR MM-nin 462-ci maddəsindən və Kredit xətti müqaviləsinin 6.2-ci bəndindən irəli gəlir. Belə ki, Cavabdeh MMC ilə Bank arasında bağlanmış Kredit xətti müqaviləsinin 6.2-ci bəndinə əsasən Borc alan əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda Kreditora vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% faiz dərəcəsi ilə hesablanan penya ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi, məhkəmənin yuxarıda qeyd edilmiş mövqeyi qanunlara və digər normativ-hüquqi aktlara söykənməməklə, işin faktiki hallarına uyğun gəlməməklə, şəxsi mülahizə xarakteri daşımaqla iddiaçı ASC "xxxx" Bankının hüquqlarını pozur. Belə ki, qanunvericilikdə əldən çıxmış fayda (zərər) tələb edildiyi halda, penyanın tələb edilməsinin qeyri- mümkün olması ilə bağlı hər hansı hüquqi norma mövcud deyil. AR MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin (penyanın) ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Bizim halda isə Kredit xətti müqaviləsinin 6.2-ci bəndinə əsasən Borc alan əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda Kreditora vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% faiz dərəcəsi ilə hesablanan penya ödəməyi öz öhdəsinə götürmüşdür. Bankın əldən çıxmış faydanın (zərər) ödənilməsi barədə tələbləri isə yuxarıda göstərildiyi kimi AR MM-nin 21-ci və 443cü maddələrindən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında nəzərdə tutulmuş hüquqi mövqedən və Kredit xətti müqaviləsinin 6.1-ci bəndindən irəli gəlir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, Bank tərəfindən Borc alandan həm əldən çıxmış faydanın (zərər), həm də penyanın tələb edilməsi qanuni və əsaslıdır. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarının müddəaları hazırkı işə tətbiq edilməli olmadığı üçün birinci instansiya məhkəməsinin mövqeyinin hər hansı hüquqi əsasının olmadığım, buna görə subyektiv mülahizə xarakteri daşıdığını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cii maddəsinin tələblərini pozduğunu hesab edirik. Belə ki, həmin normaya görə, “müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anma qədər qüvvədə sayılır.” Kredit xətti müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anma qədər qüvvəsini saxlayır və göründüyü kimi bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cii maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anma qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anma qədər müqavilə qüvvədə sayılır. Yuxarıda qeyd olunanlardan da görmək olar ki, AR MM-nin 339.3-cü maddəsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarının və Kredit xətti müqaviləsinin 5.1-ci maddəsinin tələbləri baxımından, məlikəmə əldən çıxmış faydanın (zəzər) əvəzinin tutulmasının Yasamal Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli qərarı çıxarılan tarixədək hesablanmalı olduğunu qeyd etməklə kobud səhvə yol vermişdir. Belə ki, vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 19 821,61 (on doqquz min səkkiz yüz iyirmi bir ABŞ dolları 61 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin tutulmasının 30.09.2017-ci il tarixindən 23.04.2021-ci il tarixədək hesablanması ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qətnamənin məcburi icra tədbirlərinin tətbiq edilməsi nəticəsində 20 noyabr 2020- ci il tarixdə icra edilməsi ilə (bu barədə iddia ərizəsində qeyd edilmişdir) bağlı olmuşdur. Yəni buradan da göründüyü kimi, əldən çıxmış faydanın (zərər) əvəzinin tutulmasının 30.09.2017-ci il tarixindən 23.04.2021ci il tarixədək hesablanması Azərbaycan Respublikasının qüvvədə olan qanunvericlik aktlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxanda istinad edilən Qərarlarına, habelə tərəflərin bağladığı müqavilənin şərtlərinə tamamilə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli e-2-2(l 17)-298/2021 №-li qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməli, apellyasiya şikayətinin verilməsinə görə 15 (on beş) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində iddia tələbinin 19821,61 ABŞ dolları məbləğində 30.09.2017-ci il tarixindən 23.04.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 45050 ABŞ dolları məbləğində 01.04.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış penyanın cavabdehdən tutularaq ödənilməsi hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 09.07.2021-ci il tarixli, e-2-2(117)-298/2021 nömrəli qətnaməsi mübahisələndirilən- hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin müddəti 24 ay olmaqla 30.09.2017-ci il tarixdə bitmişdir. İddiaçı hazırkı cavabdehə qarşı ilk dəfə kredit müqaviləsi üzrə Yasamal Rayon Məhkəməsinə Məhkəməsinə müraciət etmiş, məhkəmənin 02.04.2019-cu il tarixli qətnaməsi ilə mübahisə üzrə yekun qərar qəbul edilmiş və tərəflərin apelyasiya, kassasiya şikayətlərinə baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.01.2020-ci il tarixli 2(102)-594/2020 nömrəli qərarı ilə mübahisə üzrə yekun qərar qəbul edilmişdir. Bundan sonra, Yasamal Rayon Məhkəməsinin icra vərəqəsi əsasında keçirilən hərracda ipoteka predmetini 30600 manat, 31875 manat və 60562,5 manata tələbkar əldə etmiş, 20.11.2020-ci il və 14.01.2021-ci il tarixlərdə hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilələr bağlanmış və həmin əmlaklar üzərində iş üzrə tələbkar hazırkı iddiaçı bankın mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq adına hüquqların dövlət qeydiyyatından çıxarışlar verilmişdir. İddiaçı Cavabdeh MMC-yə qarşı kredit müqaviləsinin müddətinin bitməsinə qədər əsas borca hesabladığı əldən çıxmış fayda, cərimə və əlavə faizlərin hesablanmasına dair hazırki iddiasının maddi hüquqi əsası kimi Mülki Məcəllənin 449-cu maddəsi çıxış edir və iddiaçı həmin maddəyə istinadən əlavə pul tələb edir. Halbuki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 09 iyul 2009-cu il tarixli Qərarında MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin (bundan sonra – “maliyyə sanksiyası”) hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə qeyd etmişdir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir (§ 71). Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 09 iyul 2009-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən çıxış edən məhkəmə işin hallarına əsaslanaraq hesab edir ki, iddiaçı Mülki Məcəllənin 449-cu maddəsinə istinadən tərəflər arasında baş tutmuş məhkəmə mübahisəsindən sonra cavabdehdən əlavə pul tələb edə bilməz. Belə ki, məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən edildiyi kimi, iddiaçı hazırkı cavabdehə qarşı ilk dəfə kredit xətti müqaviləsi üzrə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin tarixə kredit müqaviləsi üzrə əsas borcun, faizin, əldən çıxmış faydanın və cərimənin tutulmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli qətnaməsi ilə mübahisə üzrə yekun qərar qəbul edilmiş və tərəflərin apelyasiya, kassasiya şikayətlərinə baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.01.2020-ci il tarixli 2(102)-594/2020 nömrəli qərarı ilə mübahisə üzrə yekun qərar qəbul edilmişdir. Bundan sonra Yasamal Rayon Məhkəməsinin icra vərəqəsi əsasında keçirilən hərraclarda ipoteka predmetlərini 30600 manat, 31875 manat və 60562,5 manata tələbkar əldə etmiş, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələr bağlanmış və həmin əmlaklar üzərində iş üzrə tələbkar hazırkı iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq və adına hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra cavabdeh hər hansı təqsirli hərəkətləri ilə borcun ödənilməsini gecikdirməmiş, ipoteka predmetlərinin satışına maneə törətməmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən iddiaçı cavabdehdən Mülki Məcəllənin 449-cu maddəsinə istinadən pul tələb edə bilməz. Bundan başqa, məhkəmə kollegiyası onuda qeyd edir ki, iddiaçı bankın Yasamal Rayon Məhkəməsində irəli sürdüyü ilkin tələb borcun tutulması və borcun ipoteka predmetlərinə yönəldilməsi deyil, yalnız borcun ipoteka predmetlərinə yönəldilməsindən ibarət olmuşdur. İddaçı hüquq müdafiə vasitəsini düzgün secməməsi və nəticədə iddia irəli sürdüyü müddətdən icra sənədinin icra olunduğu müddətə borc hesablaya bilməz. İpoteka predmetlərinin borcun ödənilməsinə kifayət etməməsi riskini isə idiaçı bank özü daşıyır. Belə ki, kredit müqaviləsi və ipoteka müqavilələri bağlandığı zaman bank öz riskini nəzərə almalı və borclunun öhdəliyinin icra edilməməsi halı üçün borcun ödənilməsini təmin edəcək əmlakları ipoteka predmeti kimi qəbul etməli idi. Bundan başqa məhkəmə kollegiyası tərəfindən təyin edilmiş 18 noyabr 2021-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan arayış məlumatları, 30 sentyabr 2015-ci il tarixli **********58715 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh MMC-nin 30.09.2017-ci il tarixinə "xxxx" X12 Cəmiyyətinə olan ümumu borcu 142.229,67 ABŞ dolları (əsas borca görə 120.000,0 ABŞ dolları, faiz borcuna görə 22.229,67 ABŞ dolları) məbləğində müəyyən edilir. Həmçinin Borcalan tərəfindən 30.09.2017-ci il tarixdən 23.04.2021-ci il tarixədək olan müddətdə 72.375,0 ABŞ dolları məbləğində ödəniş aparılmışdır, həmin ödəniş əsas borc üzrə silinmişdir. 30.09.2017-ci il tarixdən 23.04.2021-ci il tarixədək olan müddətdə illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu 20.946,46 ABŞ dolları təşkil edir. Cavabdeh MMC-nin 23.04.2021-ci il tarixinə "xxxx" Bank ASC-nə olan borcu 90.801,13 ABŞ dolların (əsas borca görə 47.625,0 ABŞ dolları, faiz borcuna görə 22.229,67 ABŞ dolları, ələdən çıxmış faydaya görə 20.946,46 ABŞ dolları) məbləğində müəyyən edilir, Belə olan halda məhkəmə kollegiyası Yasamal Rayon Məhkəməsinin 02 aprel 2019cü il tarixli qətnaməsini və həmçinin ekspert rəyində 5 % dərəcəsi ilə hesablanan faiz borcun 20.946,46 ABŞ dolları məbləgində olmasını nəzər alaraq belə qənaətə gəlir ki, hal hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən vaxtı keçmiş əsas borc məbləgin 5 % dərəcəsi ilə hesablanan əldən çıxmış faydanın 9033,33 dollar məbləgində müəyyən edilməsi ədalətli olmuşdur. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq bu qənaətə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 09.07.2021-ci il tarixli, e-2-2(117)-298/2021 nömrəli qətnaməsi mübahisələndirilən- hissəsində dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat iddiaçı "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 09.07.2021-ci il tarixli, e-2-2(117)-298/2021 nömrəli qətnaməsi mübahisələndirilən - hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat iddiaçı "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar