Məhkəmə qərarları › İş №2-2(107)-40/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-40/2020

30.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-40/2020 30.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı "xx.xx.2020-ci il tarixə Dövlət X1 ödənilməmiş 1739,98 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2175 manat dəyərində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair" kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(117)- 251/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim M.R.Hüseynov) xx xxxx 2020-ci il tarixli, e-2-2(117)-251/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh xx.xx.2020-ci il tarixə Dövlət X1 ödənilməmiş 1739,98 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2175 manat dəyərində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması və Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun dövlət gəlirinə tutulması qət edilmişdir. İşin halları: Vergi ödəyicisi olan cavabdeh məcburi dövlət sosial sığortası ilə bağlı öhdəliklərini yerinə yetirmədiyindən onun xx.xx.2020-ci il tarixə Dövlət X1 ödənilməmiş 1739,98 manat borcu vardır. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə, məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2020-ci il tarixli **********0 nömrəli qərarı əsasında xx.xx.2020-ci il tarixli **********0 nömrəli protokolla cavabdehə məxsus əmlak – vahidinin qiyməti 150 manat olan 5 ədəd qadın üçün dəri plaş (Türkiyə istehsalı, uzun ölçüdə), vahidinin qiyməti 120 manat olan 7 ədəd qadın üçün dəri plaş (Türkiyə istehsalı, qara rəngdə), vahidinin qiyməti 45 manat olan 13 ədəd qadın üçün don (Türkiyə istehsalı, müxtəlif rənglərdə) olmaqla, ümumilikdə 2175 manat dəyərində əmlakı siyahıya alınmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqəsinin surəti, əmlakın siyahıya alınmasına dair vergi orqanının xx.xx.2020-ci il tarixli **********0 nömrəli qərarı və xx.xx.2020-ci il tarixli **********0 nömrəli protokolun surəti, xəbərdarlıq və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(117)-251/2020 nömrəli qətnaməsindən Cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin və tərəflərin dəlilləri Cavabdeh apelyasiya şikayətində Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(117)-251/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işə baxan zaman Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə riayət etməmişdir. Hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Belə ki, onun məcburi dövlət sosial sığortası ilə bağlı xx.xx.2020-ci il tarixə 1.739,98 manat borcu var. Borcun ödənilməsi təmin edilmədiyindən məhkəməyə iddiaçı vergi orqanı tərəfindən müraciət edilmişdir. Vergi orqanının xx.xx.2020-ci il tarixli **********0 nömrəli qərarı əsasında xx.xx.2020-ci il tarixli **********0 saylı protokola əsasən 150 manat dəyərində olan 5 ədəd qadın üçün dəri plaş, 120 manat dəyərində olan 7 ədəd qadın üçün dəri plaş, 45 manat dəyərində olan 13 ədəd qadın üçün don olmaqla, ümumilikdə 2175 manat dəyərində əmlakı siyahıya alınmışdır. Qeyd edir ki, maddi durumunun aşağı olması, işlərində yaranmış durğunluq ilə əlaqədar olaraq qeyd edilən borc yaranmışdır. Həmin borcdan artıq 400 manat ödənmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 11-ci maddəsinə görə Vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Həmin Məcəllənin 15.1.3-cü maddəsinə görə vergi ödəyicisinin bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək hüququ var. Hesab edir ki, apelyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edənCavabdeh apelyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(117)-251/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apelyasıya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(117)-251/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixə Dövlət X1 ödənilməmiş 1739,98 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2175 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı və Cavabdeh 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə görə, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə görə, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 11-ci maddələri ilə sığortaçının üzərinə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, sığorta olunanın üzərinə isə sosial sığorta haqqını vaxtında ödəmək vəzifələri qoyulmuşdur. Həmin qanunun 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi dövlət xidməti statusunda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin xx.xx.2020-ci il tarixə Dövlət X1 1739,98 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayətində borcunun yaranmasının səbəbi kimi maddi vəziyyətinin aşağı olmasını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hazırda maddi vəziyyətinin aşağı olması onun xx.xx.2020-ci il tarixə hesablanmış vergi borcunu ödəməməsinə haqq qazandırmır və əsaslı səbəb kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmiş, apelyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddianın qiyməti on min manatdan az olduğundan bu iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən аpelyаsiyа şikayəti təmin edilmədən, Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(117)- 251/2020nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(117)- 251/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar