Məhkəmə qərarları › İş №2-2(107)-43/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-43/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-43/2025 03.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə müqaviləsi üzrə öhdəliklərin icra olunması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X11 qızının katibliyi, apellyasiya şikayəti vermiş İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə, apellyasiya şikayəti vermiş Cavabdeh iştirakı ilə, İddiaçı (VÖEN: **********) Cavabdeh (VÖEN: **********) qarşı (X9 iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur) “icarə müqaviləsinin ləğv edilməsi və icarə müqaviləsi üzrə öhdəliklərin icra olunması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(117)-672/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı (VÖEN: **********) 15 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN: **********) qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə müqaviləsi üzrə öhdəliklərin icra olunması” tələbi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, ona məxsus Qax rayonu Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı onunla Cavabdeh arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, qeyd edilən icarə müqaviləsi əsasında yaranmış 9500 manat icarə haqqı borcunun, icarə müqaviləsinin qüvvədə olduğu müddətdə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat borcun, təhvil verilməsinə baxmayaraq hazırda yerində olmayan 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (Ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz-pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksesuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları daxil olmaqla bütünlükdə həmin əşyaların dəyərinin əvəzi olaraq cəmi 13589 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 12 sentyabr 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış və həmin icarə müqaviləsi Qax rayon Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Həmin 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin şərtlərinə əsasən “icarəyə verən şəxs” olaraq o, mülkiyyətimdə olan Qax rayonunun Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsini Cavabdeh icarəsinə vermişdir. O, müqavilə şərtlərinə uyğun olaraq müqavilədə nəzərdə tutulan həmin qeyri-yaşayış sahəsi içərisindəki əmlakla birlikdə tam şəkildə Cavabdeh təhvil vermiş və müqavilə imzalandığı tarixdən həmin əmlak tam şəkildə Cavabdeh istifadəsindədir. Həmin icarə müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay icarə haqqı olaraq ona 500 (beş yüz) manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüsdür. Lakin, bu günədək Cavabdeh icarə müqaviləsi əsasında istifadəsinə verilmiş əmlakdan istifadə etsədə, müqavilə üzrə üzərinizə götürdüyü öhdəliklərini icra etməmisdir. Ümumiyyətlə, bu günədək həmin müqavilə əsasında hər hansı bir məbləğdə ödəniş etməmisdir. 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsi əsasında Cavabdeh bu günədək əmlakdan istifadə etdiyi 17 (on yeddi) aya görə ödənilməmiş 9500 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən Cavabdeh icarəyə götürdüyü əmlakı ikinci şəxslərə icarəyə verə bilməzdi və kommunal xidmətlərdən istifadə edilməsinə görə yaranmış borcları da Cavabdeh qarşılamalı idi. Hər dəfə Cavabdeh ilə aparılan danışıqlar zamanı ona borcun ödənilməsi, ümumiyyətlə müqavilə üzrə üzərinizə götürdüyü öhdəliklərini icra etməsi xahiş və tələb edilsə də, Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək vaxt istəmiş və bununla da öz öhdəliklərinin icrasından yayınmışdır. 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin şərtlərinə əsasən icarə müddəti 12 sentyabr 2023-cü il tarixədək müəyyən edilmiş və icarə müddətinin bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilmişdir. Cavabdeh tərəfinən bu günədək həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürülməmişdir. Yəni, Cavabdeh aralarında bağlanmış müqavilənin ləğv edilməsində maraqlı olmamışdır. Artıq, Cavabdeh müqavilə öhdəliklərini kobud şəkildə pozmaqda davam etdiyinə görə o, həmin müqavilənin ləğv edilməsini tələb etmək məcburiyyətində qalmışdır. Aralarında olan mübahisənin həlli üçün dəfələrlə Cavabdeh müraciət edilsə də, heç bir nəticə əldə edilməmişdir. Cavabdeh ona 9500 manat məbləğində ödənilməmiş icarə haqqı borcu, əmlakdan istifadə etdiyi müddətdə yığılmış kommunal xərcləri borcu və əmlakdan istifadə etdiyi müddətdə əmlakın sıradan çıxmış hissələrinin və əmlaka aid sıradan çıxmış avadanlıqların dəyərinı dair borcu yaranmışdır. Cavabdehin təbii qazdan istifadə etməsi nəticəsində 814 manat borcu yaranmışdır. Bundan başqa qeyd edilən obyekt cavabdehə içərisindəki əşyalarla birlikdə icarəyə verilmişdir. Lakin, həmin əşyalardan 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksesuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları obyektdən yoxa çıxmışdır. Halbuki, cavabdeh ona icarəyə verilmiş qeyd edilən obyektdə olan əşyaları təhvil aldığı kimi, ona da təhvil verməli idi. Göründüyü kimi, cavabdeh tərəfindən ona xeyli miqdarda zərər dəymişdir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.121, 425, 442 və 399.1-ci maddələri ilə əsaslandırılmışdır). İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə müqaviləsi üzrə öhdəliklərin icra olunması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsində məhkəmə prosesi başlandıqdan sonra Cavabdeh tərəfindən 27 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələblərinə qarşı yazılı Etiraz təqdim edilərək, iddianın mümkün sayılmaması və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia tələbinə qarşı Etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinə əsasən Qax rayonu Qaxingiloy kəndində yerləşən “Bakı” restoranını içərisində olan əmlakı ilə birlikdə ona 500 manata icarəyə vermişdir. İddiaçı hazırda icarə müqaviləsinə xitam verilməsini və icarə haqqını tələb edir. Lakin, onların arasında olan şifahi razılaşmaya əsasən restoranın təmitrinə xərclənmiş pul icarə haqqından çıxılmalı idi. Çünki, o, restoranın təmiri üçün 12000 manat pul xərcləmişdir. Bu nəzərə alınanda isə iddiaçının tələb etdiyi 9500 manat icarə haqqı tam ödənilmiş olur və iddiaçının ona 2500 manat borcu qalmış olur. Eyni zamanda o, iddiaçının plastik pul kart hesabına iki dəfə olmaqla, ümumilikdə 3000 manat pul ödəmişdir. Bundan əlavə isə dəfələrlə üz-üzə gəldikdə o, iddiaçıya müxtəlif məbləğlərdə icarə haqqı kimi pul ödəmişdir. Hesab edir ki, iddiaçı hazırda icarə müqaviləsinin ləğvini tələb edərək kommersiya məhkəməsinə müraciət etməkdə haqlı deyildir. Belə ki, icarə müqaviləsinin 3 və 8-ci bəndlərində icarə müqaviləsinin ləğv edilməsinin qaydaları müəyyən edilmişdir. Həmçinin hesab edir ki, icarə müqaviləsinin öhdəliyindən irəli gələn müqavilə üzrə pul tələbinə dair məsələlər mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülki məhkəmədə baxılmalıdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı qərarının 8-ci bəndinə əsasən Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Azərbayan Respublikası Konstitusuyasını 26-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbayan Respublikası Konstitusuyasını 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı mübahisə üzrə aşağıda qeyd olunan sənədlər məhkəməyə təqdim olunmuşdur: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış: Həmin Çıxarışdan görünür ki, Qax rayonu Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir - (iddiaçı təqdim etmişdir). - Qax rayon Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş 12 sentyabr 2022-ci il tarixli İcarə müqaviləsi: Həmin Müqavilədən görünür ki, icarəyə verən İddiaçı tərəfindən Qax rayonu Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyriyaşayış sahəsi icarəçi Cavabdeh icarəyə verilmiş (müqavilənin 1-ci bəndi), icarə müddəti 12 sentyabr 2023-cü il tarixinədək müəyyən edilmiş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzsə, icarə müddəti daha 1 il uzadılmış hesab olunur (Müqavilənin 3-cü bəndi), İcarəyə götürən İcarəyə verənə aylıq 500 (beş yüz) manat icarə haqqı ödəyir (Müqavilənin 5-ci bəndi), “İcarəyə verən” hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir (Müqavilənin 10-cu bəndi), kommunal xidmətlərdən istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir (Müqavilənin 12-ci bəndi) - (iddiaçı təqdim etmişdir). - X16 İstismarı İdarəsinin Qax Xidmət Sahəsinin təqdim etdiyi 12 fevral 2024-cü il tarixli hesab-faktura: Həmin hesab-fakturadan görünür ki, icarə predmeti olan qeyriyaşayış sahəsinin 31 yanvar 2024-cü il tarixinə 814 manat qazdan istifadəyə görə borcu olmuşdur - (iddiaçı təqdim etmişdir). - 31 mart 2024-cü il tarixli Akt: Həmin Aktda icarə obyektində olmayan və yaxud, yararsız halda olan əşyalar qeyd olunmuşdur. Lakin, həmin Akt icarəçi Cavabdeh iştirakı olmadan tərtib edilmiş və eyni zamanda, həmin Aktın sonunda qeyd olunmuşdur ki, “Akt, “Bakı” restoranında əvvəllər çalışmış X3 təhvil verilmiş siyahı əsasında tərtib olunmuşdu” - (iddiaçı təqdim etmişdir). - 15 iyul 2023-cü il tarixli 173019 nömrəli mədaxil qəbzi: Həmin qəbzdən görünür ki, 15 iyul 2023-cü il tarixində 1500 manat pul vəsaiti X5 (İddiaçı oğlunun) bank kartına köçürülmüşdür - (cavabdeh təqdim etmişdir). - İddia ərizəsinə əlavə edilmiş və müvafuq qaydada cavabdeh tərəfə 23 aprel 2024cü il tarixdə təqdim olunmuş “pretenziya” məktubu və digər sənədlərlə müəyyən olunur ki, iddia ərizəsində verilən tələblərlə əlaqədar cavabdeh tərəfə müvafiq qaydada müraciət olunsa da, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. - Mübahisə predmeti ilə əlaqədar cavabdeh tərəfindən məhkəməyə fotoşəkillər və digər sənədlər təqdim olunmuşdur.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı X9 iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş və iş üzrə tərəflərin, o cümlədən də həmin üçüncü şəxsin iştirakı ilə məhkəmə araşdırması aparılmışdır. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 08 oktyabr 2024-cü il tarixli e-2-2(117)-672/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə müqaviləsi üzrə öhdəliklərin icra olunması” tələbi barədə iddia ərizəsi qismən təmin edilmiş və həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddia tələbi qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilsin. Cavabdeh icarə müqaviləsi əsasında yaranmış 7000 manat icarə haqqı borcu və icarə müqaviləsinin qüvvədə olduğu müddətdə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat borc tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(117)-672/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixədək cavadeh Cavabdeh icarəsinə verilmişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin şərtlərinə əsasən iddiaçıya məxsus Qax rayonu Qaxıngiloy kəndində yerləşən ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsi cavadeh Cavabdeh icarəyə verilmişdir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2023-cü il tarixinədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzsə, icarə müddəti daha 1 il uzadılmış hesab olunur. Müqavilənin 5-ci bəndinə əsasən icarəyə götürən icarəyə verənə aylıq 500 manat icarə haqqı ödəyir. Həmin müqavilənin 12-ci bəndinə əsasən kommunal xidmətlərdən istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icarəyə götürülmüş obyekti əslində idarə edən şəxs X7r. Lakin, həmin şəxsin rəsmi olaraq müqavilə münasibətlərində iştirakı, icarə haqqının ödənilməsi, obyektin alınması üçün behin verilməsi ilə bağlı hallar istisna olmaqla, müəyyən edilmir. Bundan əlavə, X6 iddiaçıya məxsus mübahisə predmeti olan obyekti almaq üçün Alim Əhmədov vasitəsilə iddiaçı ilə danışıqlar aparmış, iddiaçıya beh olaraq 10000 ABŞ dolları vermiş, münasibətləri alınmadığından Elşən Nəzirovun bildirdiyinə görə həmin vəsaitin bir qismi qaytarılsa da, tam qaytarılmamışdır. Bu səbəbdən ilkin olaraq 3 aylıq bağlanmış icarə müqaviləsinin müddəti 12 sentyabr 2022-ci il tarixli müqavilə ilə 1 il müəyyən edilmişdir. İcarə obyektinin cavabdehə təhvil verilməsinə dair təhvil-təslim sənədi olmasa da, hər iki tərəf, o cümlədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs etiraf edir ki, həmin obyekt 2022-ci ilin sentyabr ayında təhvil alınmışdır. Lakin 2023-cü ilin sentyabr ayının 12 də icarə müqaviləsinin müddəti bitsə də, obyekt iddiaçıya geri təhvil verilməmişdir. Cavabdehin bildirdiyinə görə 2023-cü ilin sentyabr ayında xəstələnmiş və X1 müalicə almış, bu səbəbdən icarə obyektini işlədə bilməmiş, həmin obyekti Elşən Nəzirov başqa işçiyə tapşırmış və sonuncu tərəfindən idarə edilmişdir. İddia tələbinin “12 sentyabr 2022ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2023-cü il tarixinədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzsə icarə müddəti daha 1 il uzadılmış hesab olunur. Müqavilənin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İddiaçı tərəf izahatında bildirir ki, müqavilə öhdəlikləri pozulduğu üçün ləğv edilməlidir. Eyni zamanda məhkəmədə iddianın qaldırılması və tərəflərin məhkəmə çəkişməsindəki mövqelərindən də müəyyən edilir ki, hər iki tərəf müqavilənin ləğv edilməsinə maraqlıdır. Bu səbəbdən də tərəflər arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsi ləğv edilməlidir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə qeyd edilən icarə müqaviləsinin ləğv edilməsinə dair bildiriş göndərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 423.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Məcəllənin 423.2-ci maddəsinə uyğun olaraq, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Tərəflərin müqavilənin ləğv edilməsi məsələsinə münasibətdə vahid mövqeləri olmadığından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı iddia tələbi təmin edilməlidir. Digər yanaşmaya görə isə müqavilənin ləğv edilməsi barədə ayrıca göstərişin olub-olmamasından asılı olmayaraq, borcun tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsi və ya qanuni qüvvəyə minməsi ilə tərəflər arasındakı müqavilə ləğv edilmiş hesab olunur. Məhkəmə qeyd edilənlərə əsasən müəyyən edir ki, tərəflər arasında müqavilə 2024-cü ilin apel ayının 23 tarixinə qədər qüvvədə olmuşdur. Məhkəmə iddia tələbinin “icarə müqaviləsi əsasında yaranmış 9500 manat icarə haqqı borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş icarə müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən icarəyə verənə aylıq 500 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflərin izahatlarından da məlum olur ki, icarə haqqı 500 manat müəyyən edilmişdir. İddiaçı iddia tələbində 17 aylıq icarə haqqı borcunun ödənilmədiyini bildirir və həmin 17 aylıq icarə haqqı məbləği olan 9500 manat pulun tutulmasını xahiş edir. Məhkəmə 9500 manat icarə haqqının tutulmasına münasibətdə bildirir ki, iddiaçı həmin məbləğdə borcun tutulmasını tələb etməkdə haqsızdır. Müqavilə üzrə icarə haqqı 500 manat müəyyən olunmuşdur. Buradan müəyyən olunur ki, 17 aylıq icarə haqqının dəyəri 17 ay x 500 manat = 8500 manatdır. Eyni zamanda tərəflərin izahatlarından da müəyyən olunur ki, obyektin təmirindən sonra iki dəfə 1500 manat icarə haqqı iddiaçıya ödənmişdir. Düzdür, cavabdeh iki dəfə 1500 manat icarə haqqı ödədiyini bildirsə də, təqdim olunmuş 173019 nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixində cəmi 1500 manat pul iddiaçıya ödənmişdir. Cavabdehin bildirdiyi ikinci ödənişlə bağlı hər hansı sübut təqdim edilmədiyindən, məhkəmə 17 ay ərzində 1500 manat icarə haqqı ödənişinin olduğunu qəbul edir. Bu səbəbdən də cavabdehin icarə haqqı üzrə cəmi borcu 8500 – 1500 = 7000 manat təşkil edir. Əlavə olaraq məhkəmə iddia tələbinin, “təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat pulun tutulması” hissəsində qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 12-ci bəndinə əsasən kommunal xidmətlərdən istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları icarəçi tərəfindən ödənilir. Eyni zamanda məhkəməyə təqdim edilmiş Zaqatala RQİİ-nin Qax Xidmət Sahəsinin təqdim etdiyi hesab fakturadan görünür ki, obyektin xx.xx.2024-cü il üzrə 814 manat qazdan istifadəyə görə borcu vardır. Obyektin cavabdeh tərəfindən istifadə müddətinə diqqət yetirsək görə bilərik ki, 2023-cü il ərzində icarə müqaviləsinin pozulmasına dair hər hansı bir təklif irəli sürülməmiş və bununla da obyekt, Cavabdeh istifadəsində olmuşdur. Bu səbəbdən də hesablanmış 814 manat təbii qazdan istifadə borcu cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin “hazırda yerində olmayan 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksesuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları daxil olmaqla bütünlükdə həmin əşyaların dəyərinin əvəzi olaraq cəmi 13589 manatın Cavabdeh alınaraq iddiaçıya verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Əvvəla məhkəmə qeyd edir ki, obyektin və onun içərisində yerləşən əşyaların cavabdehə təhvil verilməsi ilə bağlı hər hansı bir təhvil-təslim aktı məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq tərəflər arasında iddiaçıya məxsus Qax rayonu Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəsi barədə icarə müqaviləsi bağlanmış və cavabdeh tərəf də məhkəmə iclaslarında obyekti təhvil aldığını və onu işlətdiyini bildirmişdir. Məhkəmə obyektin cavabdehə təhvil verilməsini qəbul etsə də, onun içərisində yerləşən əşyaların təhvil verilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görünür ki, iddiaçının qeyd etdiyi əşyalar hazırda obyektdədir. İddiaçı tərəf həmin fotoşəkillərə münasibətdə hər hansı bir əks sübut təqdim etmədiyindən, məhkəmə iddia tələbini bu hissədə təmin etmir. İddiaçı tərəf bildirmişdir ki, həmin əşyaların bir qismi işlək deyil, bir qismi isə yerində deyildir. Cavabdeh tərəf təqdim etdiyi fotoların iddiaçının işçisinin yanında çəkildiyini bildirmiş və həmin avadanıqların yerində olduğunu bildirmişdir. İddiaçı tərəf qeyd edilən daşınar əşya və əmlakların cavabdehə rəsmi qaydada təhvil verilməsini və ya ümumiyyətlə təhvil verilməsini yanakı sübutlarla təsdiq edən arqumentləri təqdim etmədiyindən və cavabdeh tərəf iddia tələbinin bu hissəsi ilə ümimiyyətlə razı olmadığından məhkəmə iddiaçının qeyd edilən əşyaların cavabdehə təqdim edilməsi ilə bağlı mötəbər sübutunun olmadığı qənaətindədir. Məhkəmə 3-cü şəxs X9 ilə İddiaçı arasında mövcud olmuş hazırkı mübahisə predmeti üzrə alqı-satqı münasibətlərinə və obyektin alınması üçün behin verilməsi, həmçinin həmin məbləğin qaytarılması mövzusuna münasibətdə qeyd edir ki, həmin alqı-satqı ilə bağlı behin verilməsi və alqı-satqı müqaviləsinin baş tutması və ya behin qaytarılması hazırkı mübahisə üzrə tələb olmadığından tam araşdırılmamışdır. Eyni zamanda, hazırki mübahisə icarə müqaviləsi ilə bağlı olmuş və cavabdeh qismində Cavabdeh iştirak etmişdir. Qeyd edilən alqı-satqı və beh məbləğinin qaytarılması ilə bağlı iddia ilə müvafiq məhkəməyə müraciət edilə bilər. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 448.2, 700.1, 700.2, 701.1,, 701.2 ,701.2.1 , 701.2.2, 701.2.3, 701.2.4 və 701.2.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 76.1, 77.1, 88, 217.1, 217.2, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Eyni zamanda, iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 15 noyabr 2024-cü il tarixli e-2-2(117)-672/2024 nömrəli əlavə qətnaməsi ilə Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(117)- 672/2024 nömrəli qətnaməsində həll edilməmiş məhkəmə xərclərinin bölünməsi məsələsi həll edilmiş və əlavə qətnamədə ödənilmiş dövlət rüsumunun 75,19 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 154,81 manatının isə iddiaçıya aid edilməsi qət edilmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(117)- 672/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-672/2024 nömrəli qətnaməsini iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və İddiaçı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli icrarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan Qax rayonu Qaxingiloy kəndində yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh icarəyə vermişdir. Cavabdeh icarə haqqını ödəmədiyi üçün və icarə obyektində olan əşyaların bir hissəsini qaytarmadığı üçün iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Şəki Kommersiya Məhkəməsində iddia tələbinə baxılaraq xx.xx.2024-cü il tarixli e-2-2(117)-672/2024 nömrəli qətnamə ilə iddia tələbi qismən təmin edilərək, tərəflər arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilmiş və Cavabdeh icarə müqaviləsi əsasında yaranmış 7000 manat icarə haqqı borcu və icarə müqaviləsinin qüvvədə olduğu müddətdə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat borcun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia qalan hissədə, yəni “təhvil verilməsinə baxmayaraq hazırda yerində olmayan 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (Ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz-pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksesuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları daxil olmaqla, bütünlükdə həmin əşyaların dəyərinin əvəzi olaraq cəmi 13589 manatın Cavabdeh alınaraq iddiaçıya verilməsi” hissəsində təmin edilməmişdir. Lakin, iddiaçı tərəf qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsi ilə razı deyildir. Belə ki, cavabdeh icarəyə götürdüyü obyektdə işlədiyi müddət ərzində icarə haqqını ödəməmiş və bir sıra əşyaları icarə obyektindən özünün müdiri hesab etdiyi Elşən adlı şəxsin “Yeni Bakı” istirahət mərkəzinə aparmış və bir sıra əşyaları nasaz hala salmışdır. İcarəçi Cavabdeh müqavilə münasibətlərinin pozulması barədə iddiaçıya məlumat vermədən obyekti X10 adlı şəxsə təhvil vermişdir. Ramin Hacıyev obyekti götürən kimi mülkiyyətçi ilə əlaqə saxlamış və obyekti işlətmək üçün götürdüyüni bildirmişdir. Bunları görən iddiaçı dərhal cavabdehə icarə münasibətlərinə xitam verilməsi barədə bildiriş göndərərək, cavabdehdən əvvəl obyekti işlətmiş X2 iştirakı ilə təhvil-təslim işləri apararaq AKT tərtib etmişlər. xx.xx.2024-cü il tarixli AKT ilə çatışmayan əşyaların, nasaz hala salınmış əşyaların siyahısı tutulmuş və hər kəs tərəfindən imzalanmışdır. İddia tələbinə baxan məhkəmə müqavilə üzrə icarə haqqının və istifadə edilmiş qaz sərfiyyatı üzrə borc məbləğinin tutulmasını qət etsə də, AKT üzrə çatışmayan əşyaların qaytarılmasını təmin etməmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(117)- 672/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü i tarixli e-2-2(117)-672/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və işin faktiki hallarına uyğun yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən prosesual hüquq normalarını pozmuş, işin faktiki hallarını araşdırmamışdır. İş üzrə şahidlər dindirilməmiş və işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Borc düzgün hesablanmamış və ödənilmiş icarə haqqı borcdan çıxılmamışdır. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sənədlərə əsasən qətnamə çıxarmışdır. Lakin iddiaçının oğluna Elşən Nəzirov tərəfindən verilmiş icarə haqları nəzərə alınmamışdır. Belə ki, işlə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X9 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh obyektdə adi işçi olmuş və müqavilə Cavabdeh adına rəsmiləşdirilsə də, obyekti qeyri-rəsmi olaraq onun özü işlətmişdir. Obyektin icarəsi üçün iki dəfə 1500 manat pulu iddiaçının oğlu Nəsibov Elmarın bank kartına göndərmişdir. Bununla belə, iddiaçı ilə qeyd edilən obyekti 420000 manata almaq üçün razılaşmış, bu məqsədlə iddiaçıya 17000 manat pul beh vermişdir. İddiaçı isə həmin behdən 5000 manat qaytarmış, 3000 manatı iki aylıq icarə haqqı kimi çıxmış, qalan pulu qaytarmamışdır. Sonradan 700 manat pul qaytarmışdır. Obyektin təmirini etdiyi üçün Namik bir aylıq icarə haqqını həmin puldan silmişdir. Obyekti həm 2022-ci ildə, həm də 2023-cü ildə təmir etmişdir. Namik müəllimin onlara borcu vardır və bununla bağlı məhkəmədə iddia qaldırılacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 isə ifadəsində bildirmişdi ki, tərəflərlə dostdur və Namiki 1996-cı ildən, Nəzirov Elşəni isə 2002 ci ildən tanıyır. İddiaçı və Nəzirov Elşən arasında restoranın alınması məsələsində iştirak etmiş və Namikin Qaxdakı restoranını satmaq fikrini bilmişdir. O, da Elşənə təklif etmiş ki, həmin restoranı bir yerdə alsınlar. Namiklə danışmış və Namik restoranı 420000 manata satdığını bildirərək, bunun üçün 10000 dollar beh istəmişdir. Onlar da razılaşmış və 10000 dollar behi özü əlbələl Namikə vermişdir. Namik də onlara üç aylıq müvəqqəti müqavilə bağlamağı təklif etmiş, sonra isə restoranı rəsmi qaydada satacağını bildirmişdir. Elşən həmin restoranı təmir etdirmiş, lazım olan avadanlıqlar almışdır. Bir müddət sonra Elşəndən vəziyyəti soruşanda bilmişdir ki, Namik obyekti daha satmır. Namik ona zəng edərək Elşənin restorandan çıxmasını tələb etmiş və Elşən də obyektdən çıxmışdır. Göründüyü kimi, məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Bundan əlavə, məhkəmədə iddiaçı X12 üzləşməsi və çəkişməsi təmin edilməmiş. Həmçinin iddaçının oğlu Elmar Nəsibovun bank kartına atılmış pul icarə haqqından silinməmiş, sübutlar düzgün təhlil edilməmiş, “vatsap” yazışmaları nəzərə alınmamış və iş materiallarına əlavə edilməmişdir. Yəni, birinci instansiya məhkəməsi həmin hallarla bağlı heç bir araşdırma aparmamış, formal mülahizələrə əsaslanmaqla qərar qəbul etmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı:

4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş İddiaçı nümayəndəsi Nümayəndə və apellyasiya şikayəti vermiş Cavabdeh gəlmişlər. Lakin, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında iştirak edən apellyasya şikayətini vermiş İddiaçı nümayəndəsi Nümayəndə Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(117)- 672/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(117)-672/2024 nömrəli qətnaməsini iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə də təmin olunması, yəni hazırda yerində olmayan 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (Ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz-pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksesuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları daxil olmaqla, bütünlükdə həmin əşyaların dəyərinin əvəzi olaraq cəmi 13589 manatın Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən apellyasya şikayətini vermiş Cavabdeh Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(117)-672/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(117)-672/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddiasının tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi.

4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - İddiaçı tərəfindən apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-672/2024 nömrəli qətnaməsini iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və İddiaçı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Cavabdeh tərəfindən apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü i tarixli e-2- 2(117)-672/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin faktiki hallarına uyğun yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi, eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 701.1. İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. 701.2. Əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir: 701.2.1. ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür; 701.2.2. icarəçi ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca aparılması çərçivəsində sərəncam verə bilər; 701.2.3. icarəçi ləvazimatı təsərrüfatın lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə verənin mülkiyyəti olur; 701.2.4. icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir; 701.2.5. əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və tərəflərin apellyasiya şikayətlərində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə və işin konkret halları ilə müəyyən olunur ki, “İcarəyə verən” - hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN: **********) ilə “İcarəçi” - hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN: **********) arasında notarial qaydada bağlanaraq təsdiq edilmiş 12 sentyabr 2022-ci il tarixli İcarə müqaviləsi əsasında icarəyə verən İddiaçı tərəfindən Qax rayonu Qaxıngiloy kəndində yerləşən qeyri-yaşayış sahəsi (restoran) aylıq 500 (beş yüz) manat icarə haqqı müqabilində bir il müddətinə icarəçi Cavabdeh icarəyə verilmiş və həmin müqavilədə “kommunal xidmətlərdən istifadə edilməsinə görə haqların” - İcarəçi tərəfindən, “hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə verginin” isə - “İcarəyə verən” tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, müqavilə münasibətləri pozulduğu üçün icarəyə verən İddiaçı 23 aprel 2024-cü il tarixdə müvafuq qaydada icarəçi Cavabdeh “pretenziya” məktubu təqdim edərək, məlum İcarə müqaviləsinin ləğv edilməsi barədə iradə ifadəsini bildirmiş və müqavilə üzrə icra edilməmiş öhdəliklərinin icra olunmasını tələb etmişdir. Lakin, bu mübahisə məhkəməyəqədər mərhələdə tərəflərin qarşılıqlı razılıqları əsasında həll edilmədiyindən, icarəyə verən İddiaçı olaraq 15 may 2024-cü ildə cavabdeh qismində icarəçi Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisəni birinci instansiya məhkəməsi olaraq mahiyyəti üzrə araşdıran Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(117)-672/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “tərəflər arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin 23 aprel 2024-cü il tarixdən ləğv edilmiş hesab edilməsi və Cavabdeh icarə müqaviləsi əsasında yaranmış 7000 manat icarə haqqı borcunun və icarə müqaviləsinin qüvvədə olduğu müddətdə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat borcun tutularaq İddiaçı ödənilməsi” qət edilmiş, qalan hissələrdə isə iddia tələbi rədd edilmişdir. İddiaçı tərəf apellyasiya şikayətində iddianın qətnamə ilə təmin edilən həmin hissələrini, yəni “müqavilənin 23 aprel 2024-cü il tarixdən ləğv edilmiş hesab edilməsi, “17 aya görə 9500 manat məbləğində” tələb olunan icarə haqqının 7000 manat məbləğində tutulmaqla qismən təmin edilməsi və kommunal xərc olaraq təbii qazdan istifadəyə görə yaranmış 814 manat borcun tutulması” hissələrində mübahisələndirməsə də, cavabdeh tərəf hazırkı apellyasiya şikayətində Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(117)-672/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin faktiki hallarına uyğun yeni qətnamə qəbul olunmasını, məhkəmə iclasında isə izahatında iddianın tam rədd edilməsini xahiş etməklə, mahiyyət etibarilə qətnaməni iddianın təmin olunmuş hissəsində də mübahisələndirmiş və iddianın tam təmin olunmaması barədə iradə ifadəsini bildirmişdir. Məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, ilk növbədə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətnin əsassızlığı ilə əlaqədar qeyd etməyi lazım bilir ki, cavabdeh hazırkı iddia tələblərinə etirazını - müqavilənin onun adına bağlanmasına baxmayaraq, əslində məlum icarə obyektinin onun özü tərəfindən deyil, iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X9 tərəfindən idarə edilməsi və icarə haqlarının da sonuncu tərəfindən ödənilməsi ilə əsaslandırmışdı. Lakin, işin konkret halları və eyni zamanda yuxarıda qeyd olunanlardan görünür ki, məlum qeyri-yaşayış sahəsi ilə əlaqədar 500 manat aylıq icarə haqqı olmaqla 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsi məhz icarəçi olaraq Cavabdeh ilə bağlanmış və bu İcarə Müqaviləsi üzrə “icarəçi” qismində öhdəlikləri onun özü daşımışdır. Eləcə də, məhkəmə araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəf iddia ərizəsində tələb etdiyi “9500 manat” məbləğində icarə haqqı borcunu 17 (on yeddi) aya görə hesablamışdır. Yəni, iddia ərizəsində iddiaçı icarə haqqı borcu qismində tələb etdiyi “9500 manat” məbləğində pulu - Cavabdeh icarə müqaviləsi ilə 500 manat miqdarında müəyyən edilmiş aylıq icarə haqqı üzrə borcunu 17 (on yeddi) aya görə hesablayaraq, cavabdehin “17 aya görə 9500 manat məbləğində ödənilməmiş icarə haqqı borcu olması” ilə həmin iddia tələbini əsaslandırmışdır. Lakin, 17 ay üzrə aylıq 500 manatdan olmaqla hesablanan icarə haqqı məbləği “9500 manat” deyil, cəmi 8500 manat məbləğini təşkil edir (17 ay x 500 manat = 8500 manat). Nəzərə alınsa ki, həmin 8500 manat məbləğində hesablanmış icarə haqqından 1500 manat məbləğində pul vəsaitinin ödənildiyi məhkəmə araşdırmaları zamanı sübut edildiyindən, ödənilməmiş borcun 7000 manat məbləğində olması təsdiq olunur. Qeyd etmək lazımdır ki, cavabdeh tərəf məhkəmə araşdırması zamanı 3000 manat icarə haqqı ödənildiyini iddia etsə də, məhkəməyə yalnız 1500 manat məbləğində ödəniş etməsi barədə rəsmi sənəd təqdim etmiş və iddiaçı tərəf də icarə haqqı üzrə 1500 manat məbləğində ödəniş edilməsini qəbul etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı icarə müqaviləsinin qüvvədə olduğu müddətdə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat borcun da cavabdehdən tutulmasının əsaslılığı öz təsdiqini tapmışdır. Bundan əlavə, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsassızlığı ilə əlaqədar qeyd etməyi lazım bilir ki, iddiaçı iddia tələbində “təhvil verilməsinə baxmayaraq hazırda yerində olmayan 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (Ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüzpərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksesuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları daxil olmaqla bütünlükdə həmin əşyaların dəyərinin əvəzi olaraq cəmi 13589 manatın Cavabdeh alınaraq ona verilməsi” barədə iddia tələbi üzrə qətnamə qəbul edilməsini xahiş etsə də, bu tələbin əsaslılığını təsdiq edən müqavilə şərtləri mövcud deyildir və iddiaçı tərəfindən bu tələbin əsaslılığı qanunvericiliyin tələb etdiyi qaydada sübut olunmamışdır. İlk növbədə, qeyd etmək lazımdır ki, bu tələbin əsaslılığı - tərəflər arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli İcarə müqaviləsinin şərtləri ilə müəyyən edilməlidir. Lakin, həmin Müqavilədə yuxarıda qeyd olunan əşyalarla əlaqədar hər hansı bir müqavilə şərti qeyd olunmamışdır və müqavilədə İcarəçi üçün həmin əşyalarla əlaqədar hər hansı bir öhdəlik və vəzifə yaradan müqavilə şərti mövcud deyildir. Halbuki, Mülki Məcəllənin tələbləri baxımından bu kimi iddia tələbinin əsaslılığı üçün icarə müqaviləsində müvafiq şərtlər, o cümlədən də həmin Məcəllənin 701.2-ci maddəsində təsbit olunmuş “icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə” tələbini ehtiva edən müqavilə şərtləri mövcud olmalıdır. Lakin, tərəflər arasında bağlanmış və hazırkı iş üzrə mübahisə predmeti olan 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsində qanunvericiliklə müəyyən edilmiş bu halın mövcudluğunu əks etdirən hər hansı bir müqavilə şərti mövcud deyildir. Qeyd olunmalıdır ki, məlum icarə müqaviləsində həmin tələbdə qeyd olunan əşyalarla əlaqədar müvafiq şərtlər olmadığı halda, “həmin əşyaların dəyərinin əvəzi olaraq cəmi 13589 manatın” cavabdehdən tələb olunması – iddiaçının (icarəyə verən əmlak sahibinin) hüquqdan sui-istifadəsi kimi qiymətləndirilməlidir. Çünki, Mülki Məcəllənin tələbləri baxımından mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan suiistifadəyə yol verilmir və bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər etibarsızdır. Həmçinin, iş materiallarından görünür ki, obyektin və onun içərisində yerləşən əşyaların cavabdehə təhvil verilməsi ilə bağlı hər hansı bir təhvil-təslim aktı məhkəməyə təqdim edilməmişdir. Yəni, icarə obyektinin özünün cavabdehə təhvil verilməsini təsdiq olunsa da, onun içərisində yerləşən hansı əşyaların və hansı vəziyyətdə təhvil verilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfin bu tələb üzrə məhkəməyə təqdim etdiyi 31 mart 2024-cü il tarixli Akt isə icarəçi Cavabdeh iştirakı olmadan tərtib edilmiş və eyni zamanda, həmin Aktda qeyd olunmuşdur ki, “Akt, “Bakı” restoranında əvvəllər çalışmış X3 təhvil verilmiş siyahı əsasında tərtib olunmuşdu”. Yəni, iddiaçı tərəfin yuxarıda qeyd olunan tələb üzrə sübut kimi təqdim etdiyi Akt icarəçi Cavabdeh həmin tələbdə qeyd olunan əmlakları təhvil almasını təsdiq etmir və həmin Akt hazırkı mübahisə predmeti olan icarə müqaviləsi üzrə tərəf olmayan X3 istinad edilməklə tərtib edilmişdir. Göründüyü kimi, iddiaçı tərəf tələbdə qeyd edilən daşınar əşya və əmlakların cavabdehə rəsmi qaydada təhvil verilməsini, hansı vəziyyətdə təhvil verilməsini və cavabdeh tərəfin həmin əmlaklarla əlaqədar öhdəliklərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçı həmin iddia tələbini xüsusi olaraq “əşyaların təhvil verilməsinə baxmayaraq” ifadəsi ilə əsaslandırmışdır və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbləri baxımından qeyd olunan halların sübut edilməsi vəzifəsi isə iddiaçı tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayətləri təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(117)-672/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli e-2-2(117)-672/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar