Məhkəmə qərarları › İş №2-2(107)-47/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-47/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-47/2020 23.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlundan və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-2(117)-303/2020 saylı qərardadından ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “10385,18 manat əsas borc, 937,94 manat faiz, 1426,34 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 1568,16 manat məbləğ olmaqla, cəmi 14317,62 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, İsmayıllı rayonu Talıstan kəndində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərrac yolu ilə satılması, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə (iddiaçı-elektron kabineti vasitəsi ilə) xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən, cavabdeh məhkəmə iclasına gəlmədiyindən və tərəflər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməyərək işə iştirakları olmadan baxılması barədə məhkəməyə müraciət etmədiklərindən Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(117)-303/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(117)-303/2020 saylı qərardadının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-2(117)-303/2020 saylı qərardadı ilə (hakim Rüfət Məcidov) ərizə təmin edilməmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-2(117)-303/2020 saylı qərardadından şikayət vermişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-2(117)-303/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün kommersiya işi ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı ləğv prosesində olan İddiaçı ASC elektron kabineti vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq cavabdehə qarşı yeni iddia qaldırdığından hazırkı iş üzrə verdiyi şikayətdən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC verdiyi şikayətdən imtina etdiyindən, iddiaçıya münasibətdə hazırkı şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsində göstərilir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə anoloji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə kollegiyası hesab edir ki, anoloji münasibətləri tənzimləyən hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1 və 369-cu maddələri əsas götürülməklə iddiaçının ərizəsinə həmin maddi hüquq normasının tələbləri əsasında baxılmalıdır. Belə ki,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.4-cü maddəsinə əsasən, apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən şəxslərə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa, apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hazırkı iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ərizəsi nəzərə alınaraq şikayət üzrə apellyasiya icraatına xitam verilməsini mümkün hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 384.0.4 və 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin şikayətin geri götürülməsi barədə ərizəsi qəbul edilsin. Şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar