Məhkəmə qərarları › İş №2-2(107)-48/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-48/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-48/2021 27.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli e-2-2(117)-73/2021 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 16 mart 2021-ci il tarixli e- 2-2(117)-73/2021 nömrəli qətnaməsi ilə ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 qarşı “5843.74 manat əsas borc, 124,72 manat faiz borcu, 7558,23 manat cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 681,21 manat faiz borcu, məhkəmə mübahisəsi ilə əlaqədar ödənilmiş 30,40 manat dövlət rüsumu və bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 32 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ödənilməsi, tutmanın cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0590 ha torpaq sahəsinə yönəldilməsi, evin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, tutma yönəldikdə və satışdan 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 fərdi yaşayış evi və torpaq sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi, evdən çıxarılması, evin boşaldılması və satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 5843,74 manat əsas borc və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, borc məbləğinin Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0590 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 12000 manat və 0,0590 ha torpaq sahəsinin ilkin satış qiymətinin 14400 manat məbləğində müəyyən edilməsi və həmin əmlakların açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh1 ləğv posesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi qət edilmiş, iddia qalan hissələrdə rədd edilmişdir. İşin halları İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya ləğv prosesində olan “xxxx” ASC) 28.09.2020-ci il tarixdə iddia tələbində dəqiqləşmə aparmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 (bundan sonra cavabdeh və Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4) qarşı “5843.74 manat əsas borc, 124,72 manat faiz borcu, 7558,23 manat cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 681,21 manat faiz borcu, məhkəmə mübahisəsi ilə əlaqədar ödənilmiş 30,40 manat dövlət rüsumu və bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 32 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ödənilməsi, tutmanın cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0590 ha torpaq sahəsinə yönəldilməsi, evin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, tutma yönəldikdə və satışdan 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 fərdi yaşayış evi və torpaq sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi, evdən çıxarılması, evin boşaldılması və satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi” tələbinə dair iddia ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinn 01.12.2020-ci il tarixli 2(039)-1905/2020 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 05.05.2015-ci il tarixli 115.LN.2004.050515.00002 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 dövriyyə vəsaitlərinin artırılması məqsədilə 05.05.2018-ci il tarixədək qaytarmaq şərtilə 10000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən kredit cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək olan dövr ərzində illik 50 % məbləğində artırılmış faizləri kreditora ödəməlidir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 05.05.2015-ci il tarixli 115.CL.050515.00002/a nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0590 ha torpaq sahəsi ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh1 izahatında bildirmişdir ki, bankdan 10000 manat kredit götürmüş və digər Cavabdeh2la yarı bölmüşdür. Borcun ona düşən 5000 manat hissəsini ödəmişdir. Borcun hissə-hissə ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh2 verdiyi izahatında bildirmişdir ki, bankdan 10000 manat kredit götürmüş və pulu Cavabdeh1la yarı bölmüşlər. Lakin pulun ona düşən 5000 manat hissəsindən əvvəlcə 50 manat olmaqla bir müddət ödəmiş, lakin aylıq ödəniş 300 manat olduqda maddi imkanı çatmadığına görə ödəyə bilməmişdir. Məbləğin azaldılması ilə bağlı banka müraciət etmiş, bank tərəfindən ondan 300 manat ödəniş edilməsi tələb edilmiş, pulu hazırlayıb banka yaxınlaşdıqda isə məbləğin azaldılmasının artıq mümkün olmadığını ona bildirmişlər. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, həqiqətən banka borcları vardır. Kredit götürülən vaxt oğlu Bakı şəhərində, qızı Gəncə şəhərində oxuduğundan, habelə evləri kərpicdən olduğuna görə ev tikdiklərindən, əri taksi sürücüsü olduğundan maddi imkanları çatmamış və borcu ödəyə bilməmişlər. Özü də şəkər xəstəsidir. Faiz və cərimənin silinməsi, borcun əsas hissəsinin qrafik üzrə hissə-hissə ödənilməsininə dair qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli e-2-2(117)-73/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Şəki Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli e-2-2(117)-73/2021 nömrəli qətnaməsindən ləğv prosesində olan “xxxx” ASC apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni faiz, cərimə, artırılmış faiz və ödənilmiş dövlət rüsumu məbləğlərinin təmin edilməyən hissəsində ləğv edilərək, Bankın iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh1 kredit borcu restrukturizasiya siyahısına düşmüş, lakin cavabdeh yeni kredit müqaviləsinin bağlanılması üçün İddiaçı ASC-yə müraciət etməmiş və bu səbəbdən LPO İddiaçı ASC “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” ilə bağlı yenidən məhkəməyə müraciət etmişdir. 05.05.2015-ci il tarixli, 115.LN.2004.050515.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 5843,74 (beş min səkkiz yüz qırx üç manat 74 qəpik) AZN əsas, 124,72 (bir yüz iyirmi dörd manat 72 qəpik) AZN faiz, 7558,23 (yeddi min beş yüz əlli səkkiz manat 23 qəpik) AZN cərimə, ümumilikdə 14207,90 (on dörd min iki yüz yeddi manat 90 qəpik) AZN məbləğində borcu vardır. İddia ərizəsində qeyd edilən hallar birinci instansiya məhkəməsində tam sübuta yetirilsə də, məhkəmə əsassız olaraq faiz, cərimə və artırılmış faiz borc məbləğlərini təmin etməmişdir. Belə ki, 05.05.2015-ci il tarixli 115.LN.2004.050515.00002 nömrəli kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən əgər borcalan ödənilən faizlərin məbləğinin artırılması ilə razı deyilsə, xəbərdarlıq müddəti başa çatdığı andan bu müqavilə pozulmuş hesab edilir. Borcalan krediti dərhal qaytarmalı və kreditdən istifadə edilmiş müddətə görə faizləri ödəməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli e-2-2(117)-73/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər, “xxxx” ASC isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-in apellyasiya şikayətində Şəki Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli e-2-2(117)-73/2021 nömrəli qətnaməsi bütövlükdə mübahisələndirilməmiş, şikayətdə qərarın tam ləğv olunması xahiş edilməmiş, apellyasiya şikayətində qətnamənin qismən, yəni yalnız faiz, cərimə, artırılmış faiz və ödənilmiş dövlət rüsumu məbləğlərinin təmin edilməyən hissəsində ləğv edilərək, Bankın iddia tələbinin həmin hissələrdə tam təmin olunmasına dair yeni qətnamə çıxarılması xahiş edilmiş, qətnamənin qalan hissələrindən apellyasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiya məhkəməsinin qərarını hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Qanunvericiliyin tələbini və Konstitusiya Məhkəməsinin göstərilən məsələ ilə bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, tərəflər birinci instansiya məhkəməsinin qətnaməsinin borc məbləğinin Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0590 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 12000 manat və 0,0590 ha torpaq sahəsinin ilkin satış qiymətinin 14400 manat məbləğində müəyyən edilməsi və həmin əmlakların açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh1 ləğv posesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi və satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi barədə iddianın təmin edilən hissəsini, habelə ipoteka predmetinə tutma yönəldikdə və satışdan 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 fərdi yaşayış evi və torpaq sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi, evdən çıxarılması, evin boşaldılması haqqında iddianın təmin edilməyən hissələrini mübahisələndirmədiklərindən və həmin hissədən şikayət vermədiklərindən, deməli, qətnamənin sözügedən hissələri ilə razılaşmışlar. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi yalnız şikayət verilən hissədə, yəni faiz, cərimə, artırılmış faiz və ödənilmiş dövlət rüsumu məbləğlərinin təmin edilməyən hissəsində araşdırılmalı, qətnamənin şikayət verilməyən hissələrinə toxunulmamalıdır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 05.05.2015-ci il tarixli, 115.LN.2004.050515.00002 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 10000 (on min) AZN məbləğində kredit verilmişdir. 05.05.2015-ci il tarixli 115.CL.050515.00002/a nömrəli ipoteka müqaviləsinə əsasən tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 27.08.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh2, 0590 ha torpaq sahəsinin 1/8 hissəsi Cavabdeh3, 1/8 hissəsi Cavabdeh5 və 1/8 hissəsi Cavabdeh4 mülkiyyətində olan torpaq sahəsi evlə birlikdə ipotekaya qoyulmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06.05.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, 05.05.2015-ci il tarixli 115.CL.050515.00002/a nömrəli İpoteka müqaviləsinin şərtlərinə görə “xxxx” ASCnin Yevlax filialının xeyrinə Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0,0590 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. 10.10.2018-ci il tarixli 334, 335, 336 və 337 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0590 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 izah edilmişdir. “xxxx” ASC tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə ünvanlanmış 15.10.2018-ci il tarixli 343/003195 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən, həmin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 məxsus olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 0,0590 ha torpaq sahəsi ilə ilə birlikdə tutmanın yönəldilməsi haqda bildirişin qeydə alınmasına dair “xxxx” ASC-in ərizəsi DƏDRX-nin 17 saylı Ərazi idarəsində 16.10.2018-ci il tarixdə qeydiyyata alınmışdır. «xxxx» MMC tərəfindən 15 mart 2021-ci il tarixdə verilmiş 94-285/21 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 12000 manat və 0,0590 ha torpaq sahəsinin likvid dəyəri 14400 manat təşkil edir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər аrаsındа bаğlаnmış kredit və ipoteka müqаvilələri iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаddəsində göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. 742.1-ci mаddəsinə görə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır. 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. İşin gerçək halları ilə müəyyən edilir ki, 05.05.2015-ci il tarixdə “xxxx” ASC ilə Cavabdeh1 arasında 115.LN.2004.050515.00002 nömrəli kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında “xxxx” ASC tərəfindən Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 10000 (on min) AZN məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ilə “xxxx” ASC arasında bağlanmış 05.05.2015-ci il tarixli 115.CL.050515.00002/a nömrəli İpoteka müqaviləsinin şərtlərinə görə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0,0590 ha torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmuşdur. Bundan sonra ipoteka predmetinin qeydiyyata alınmasına dair Ləğv prosesində olan “xxxx” ASC-nin adına 06.05.2015-ci il tarixli RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişlər. Ləğv prosesində olan “xxxx” ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçı “xxxx” ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələrlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh1 “xxxx” ASC-dən kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin əsas borca aid olan 5843.74 manat məbləğində hissəsi təmin edilməli, iddia tələbinin müqavilə müddəti üçün hesablanmış 124,72 manat faiz borcu, 7558,23 manat cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 681,21 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə görə, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə görə, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə olunmuşdur. Göründüyü kimi, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilməsi imkanı nəzərdə tutulmuşdur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, məhkəmələr qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Kollegiya hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan əsas borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. İşdən görünür ki, iddiaçı Fərmanın tələblərinə riayət etməsini və bununla bağlı cavabdehə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkətsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərək məhkəməyə müraciət etmişdir. Qeyd edilən əsaslarla, birinci instansiya məhkəməsi iddia tələbini 124,72 manat faiz borcu, 7558,23 manat cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 681,21 manat faiz borcunun ödənilməsi hissəsində rədd etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçı apellyasiya şikayətində qətnamənin faiz, cərimə, artırılmış faiz və ödənilmiş dövlət rüsumu məbləğlərinin təmin edilməyən hissəsində ləğv edilməsini tələb etməkdə haqlı olmamışdır. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli e-2-2(117)-73/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni faiz, cərimə, artırılmış faiz və ödənilmiş dövlət rüsumu məbləğlərinin təmin edilməyən hissəsində dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli e-2-2(117)-73/2021 nömrəli qətnaməsinin mübahisələndirilən, yəni faiz, cərimə, artırılmış faiz və ödənilmiş dövlət rüsumu məbləğlərinin təmin edilməyən hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar