Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-49/2025 24.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılaraq qaytarılması və maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X7 qızının katibliyi, apellyasiya şikayəti vermiş İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılaraq qaytarılması və maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli e-2-2(117)-1059/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı 26 iyul 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılaraq qaytarılması və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, Şəki şəhər İcra Hakimiyyəti Başçısının 22 may 2006-cı il tarixli sərəncamı ilə ona verilmiş və onun qanuni istifadəsində olan Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində yerləşən torpaq sahəsinin cavabdeh X4 tərəfindən boşaldılması, həmin torpaq sahəsinin onun sahibliyinə qaytarılması və torpaq sahəsindən istifadəsinə yönələn maneələrin aradan qaldırılması, torpaq sahəsindən istifadə nəticəsində ona dəymiş 50000 manat maddi zərərin və 240 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şəki şəhər İcra Hakimiyyəti Başçısının 22 may 2006-cı il tarixli sərəncamı ilə Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət ehtiyat fondu torpağından 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 ha torpaq sahəsini icarəyə götürmüşdür. İcra Başçısının 01 oktyabr 2007-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsində ticarət cərgəsi tikilməsinə icazə verilmiş və həmin ildən başlayaraq öz şəxsi vəsaiti hesabına orada tikinti işləri aparmışdır. DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 23 may 2007-ci ildə verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən 2 ha torpaq sahəsindən 20 il müddətinə (xx.xx.2006 xx.xx.2026) istifadə hüququları yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində inşa edilmiş bütün tikililər onun vəsaiti hesabına aparılmışdır. Onunla Cavabdeh arasında 2 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 11100,50 kv.metr ümumi, o cümlədən 10816,5 kv.metr əsas və 284,00 kv.metr köməkçi sahədən ibarət tikili ilə bağlı razılaşma haqqında xx.xx.2015-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə Şəki rayon 2 saylı notariat kontorunda təsdiq edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən o, müqavilə imzalandığı andan Şəki Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsinin fəaliyyətə başlaması üçün ondan asılı olan bütün hərəkətlərin ardıcıllıqla, tam və vaxtında edilməsini, o cümlədən ikinci tərəfə verilmiş etibarnamənin fasiləsizliyinin təmin edilməsini öz öhdəsinə götürmüş, həmçinin Şəki Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhəri S. Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsində mövcud olan bütün əmlakın (tikililərin və avadanlıqların) ona aid olmadığını, həmçinin ikinci tərəfə aid olduğunu qəbul edərək, sözügedən torpaq üzərində olan bütün əmlakın (tikililərin və avadanlıqların) həqiqi mülkiyyətçisinin adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətlərin edilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh Ü.İbrahimov ərizə ilə DƏDRX-yə müraciət edərək Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində yerləşən qeyri-yaşayış binasına (ticarət cərgəsinə) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. DƏDRX xx.xx.2019-cu il tarixli **********93 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, təqdim edilən sənədlərin ekspertizası zamanı torpaq sahəsinə və tikiliyə dair hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər İddiaçı adına olduğundan və məhkəmə tərəfindən yalnız Şəki şəhəri Salman Mümtaz küçəsinin qərb hissəsində inşa edilmiş qeyri-yaşayış binasının (ticarət cərgəsinin) Cavabdeh tərəfindən inşa edilməsi faktı müəyyən edildiyindən, həmçinin Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən 2,0 ha torpaq sahəsinə İddiaçı adına verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında yüklülük çıxarışı ləğv edilərək icarə müqaviləsinin Cavabdeh ilə bağlanması öhdəliyinin Şəki Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması və tikiliyə mülkiyyət hüququnun Cavabdeh adına tanınaraq hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməsi öhdəliyinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulması məhkəmə tərəfindən tanınmadığından ərizənin icrası mümkün olmamışdır. Ürfət İbrahimov cavabdeh DƏDRXyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli **********93 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə İddiaçı adına Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 1/240 nömrəli sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak - tikili, qurğu və avadanlıqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(107)-334/2020 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-447/2020 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh İddiaçı adına Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqlarına iddiaçı Cavabdeh mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq və adına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin verdiyi kassasiya şikayəti əsasında Ali Məhkəmənin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-378/2021 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(107)-334/2020 nömrəli qərarı ləğv edilərək, yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(107)-198/2021 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmişdir. Həmin qərardan o və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(107)-1244/2021 saylı qərarı ilə şikayətləri qismən təmin edilmiş və cavabdehin həmin iddia tələbi mümkün sayılmamışdır. Cavabdeh sözügedən torpaq sahəsini uzun illərdir qanunsuz olaraq istifadə edərək gəlir əldə edir və ona heç bir qazanc və yaxud gəlir ödəmir. O, sözügedən torpaq sahəsindən nə istifadə edə bilir, nə də gəlir əldə edir. Hətta 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ona 6599 manat torpaq vergisi hesablanmış və yalnız o, məhkəməyə müraciət etdikdən sonra vergi orqanı tərəfindən həmin borc məbləği silinmişdir. Bir daha qeyd edir ki, cavabdeh tərəfindən onun qanuni istifadəsində olan torpaq sahəsi qanunsuz olaraq istifadə edilir və qanunsuz olaraq subicarəyə verilən obyektlərdən qazanc əldə olunur. Göstərilənləri aradan qaldırmaq məqsədilə sözügedən torpaq sahəsinin 5 gün ərzində boşaldılması, eyni zamanda torpaq sahəsində sahibkarlıq fəaliyyəti həyata keçirdiyi üçün və onun həmin torpaqdan istifadəsinə maneələr yaratdığı üçün 50000 manat əldən çıxmış faydanın ödənilməsi barədə cavabdehə pretenziya göndərilmiş, lakin cavabdeh pretenziyaya heç bir münasibət bildirməmişdir.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 17 dekabr 2024-cü il tarixli e-2- 2(117)-1059/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılaraq qaytarılması və maddi zərərin ödənilməsi” barədə iddia tələbi, yəni “Şəki şəhər İcra Hakimiyyəti Başçısının 22 may 2006-cı il tarixli sərəncamı ilə ona verilmiş və onun qanuni istifadəsində olan Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində yerləşən torpaq sahəsinin cavabdeh X4 tərəfindən boşaldılması, həmin torpaq sahəsinin onun sahibliyinə qaytarılması və torpaq sahəsindən istifadəsinə yönələn maneələrin aradan qaldırılması, torpaq sahəsindən istifadə nəticəsində ona dəymiş 50000 manat maddi zərərin və 240 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli e-2-2(117)-1059/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi 20 il müddətinə icarə hüququ əsasında İddiaçı istifadəsinə verilmiş, həmin torpaq sahəsində müvafiq qeyri-yaşayış obyektlərinin tikintisi ilə bağlı hazırkı mübahisə tərəfləri arasında razılıq olmuş, sonra müvafiq qərarlar əsasında həmin torpaq sahəsində ticarət cərgəsinin tikilməsinə icazə verilməsi ilə bağlı müvafiq qərar qəbul edilmişdir. Lakin, qeyd edilən qeyri-yaşayış obyektlərinin tikintisinin cavabdeh X4 tərəfindən həyata keçirilməsi tərəflərin razılıqlarından açıq görünür. Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral tarixli 2016-cı il və G.Əhmədovanın şikayəti üzrə 24 iyul 2019-cu il tarixli qərarları). Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin hüquqları əhəmiyyətli dərəcədə pozulduğu halda onların hüquqlarının həmin məhkəmə prosesləri çərçivəsində bərpa edilməsi, preyudisiya institutunun əsas funksiyası olan eyni faktiki hallar arasında qarşılıqlı əlaqənin və məhkəmə qərarlarının stabilliyini təmin edər, bir-birini təkzib edən nəticələri olan məhkəmə aktlarının mövcudluğunun qarşısını alar. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd edilən qanunvericiliyin tələbi baxımından Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə olan xx.xx.2021-ci il tarixli, 2-1(102)-1244/2021 nömrəli qərarı hazırkı iş üzrə preyudisial məhkəmə aktıdır. Belə ki, qüvvədə olan və tərəflər üçün preyudisial əhəmiyyət daşıyan məhkəmə qərarı ilə müəyyən edilən hal odur ki, tərəflər arasında 15 iyun 2006-cı il tarixli Razılaşma protokolu və 18 iyun 2006-cı il tarixli razılaşma müqaviləsi mövcud olmuş və həmin sənədlərin məzmunundan görünür ki, hazırkı iş üzrə iddiaçının təcrübəsi və maddi imkanı olmadığından, o, Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha torpaq sahəsində bütün pul vəsaiti və tələb olunan tikinti işlərinin aparılmasının X2 həvalə edilməsi barədə razılıq vermişdir. Tərəflər arasında 19 iyun 2006-cı il tarixli akt bağlanmış və həmin aktda qeyd edilmişdir ki, iddiaçının fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından, ona Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha torpaq sahəsində bütün pul vəsaitinin, tələb olunan tikinti işlərinin aparılmasının, bütün işlərin görülməsi üçün tələb olunan vəsaitin, illik icarə haqqı ödənişlərinin öz vəsaiti hesabına aparılmasına X4 razılıq verir. Həmçinin Hüseynova (Səmədova) Firuzə Natiq qızı ilə X4 arasında 2 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 11100,50 kvadrat metr ümumi, o cümlədən 10816,5 kvadrat metr əsas və 284,00 kvadrat metr köməkçi sahədən ibarət tikili ilə bağlı razılaşma haqqında 14 avqust 2015-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə Şəki rayon 2 saylı notariat kontorunda təsdiq edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə "birinci tərəf” adlandırılan, Şəki şəhəri, H.Çələbixan küçəsi, məhəllə 4-də yaşayan hazırkı iddiaçı müqavilə imzalandığı andan Şəki şəhər İcra Hakimiyyətinin Başçısının 22 may 2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti Başçısının 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsinin fəaliyyətə başlaması üçün ondan asılı olan bütün hərəkətlərin ardıcıllıqla, tam və vaxtında edilməsini o cümlədən, ikinci tərəfə verilmiş etibarnamənin fasiləsizliyinin təmin edilməsini öz öhdəsinə götürmüş, həmçinin Şəki şəhər İcra Hakimiyyətinin Başçısının 22 may 2006cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti Başçısının 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsində mövcud olan bütün əmlakın (tikililərin və avadanlıqların) ona aid olmadığını, həmçinin ikinci tərəfə aid olduğunu qəbul edərək, sözügedən torpaq üzərində olan bütün əmlakın (tikililərin və avadanlıqların) həqiqi mülkiyyətçisinin adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətlərin edilməsini öz öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə tərəflər arasında bağlanmış müqavilə konteksindən baxılmalıdır. Belə ki, ilkin olaraq iddiaçı cavabdehə notarial qaydada rəsmi bağlanmış müqavilə əsasında daşınmaz əmlakın idarəçiliyi, həmin torpaq sahəsində müvafiq tikinti işlərinin aparılması barədə razılıq vermiş, tikinti icra edilərək başa çatmış və tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı isə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Mülki qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, əmlakdan istifadə hüququ olan şəxsin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və istifadə (icarə) hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, icarə hüququ ilə hüquq sahibinin torpaqla bağlı hüquqlarına müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri - mülkiyyətçinin (icarə hüququ sahibinin) iradəsidir. Bu baxımdan binanı iddiaçının razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri torpaq sahəsinin icarəçisinə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Qeyd edilən razılıq tərəflər arasında bağlanmış müqavilə ilə verilmişdir. Bununla belə, torpaq mülkiyyətçisi (əsas icarəçisi) öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin (icarəçinin) hüquqları ilə yanaşı, göstərilən şəxsin də, yəni cavabdehin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin (icarəçinin) qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin (icarəçinin) razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş tikililərdən çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin (icarəçinin) onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, oxşar mübahisələrin qanuni həlli baxımından mülkiyyətçinin (icarəçinin) və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında ədalətli balansın təmin olunması vacib əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. Məhkəmə, həmçinin qeyd edir ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət (icarə) hüququna istinadən tikililərdən cavabdehin çıxarılmasını tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin (icarəçinin) öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Çünki, mülkiyyət (icarə hüququ) hüquqları hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin hazırkı vaxta kimi ləğv edilmədiyini müəyyən edir. Belə ki, qeyd edilən müqavilədə müqaviləyə xitam verilməsinin xüsusi qaydası müəyyən edilmiş, həmin Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2015-ci il tarixdə bağlanılır. Müqavilənin xitamına dair tərəfləri arasında razılaşma olana qədər qüvvədədir və tərəflər müqavilənin müddəti ərzində öz öhdəliklərini üçün məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin, 15 iyun 2006-cı il tarixli Razılaşma protokolunun və 18 iyun 2006-cı il tarixli razılaşma müqaviləsinin ləğvi və ya həmin müqavilə və razılaşmalara xitam verilməsi ilə bağlı tərəflərin bir-birinə müraciəti olmamışdır. Eyni zamanda, qeyd edilən müvafiq daşınmaz əmlakla bağlı müqavilələr növünə aid olduğundan, bu müqavillələrin ləğvi nəticəsində tərəfin əhəmiyyətli əmlak itkisinə məruz qalma ehtimalını olduğundan, bu xarakterli müqavilələrin yalnız məhkəmə qaydasında ləğv edilməsi mümkündür. Ona görə də, tərəflər arasında müvafiq müqavilələrə xitam verilmədən mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və həmin sahənin iddiaçının istifadəsinə verilməsi mümkün deyildir. Qanunvericiliyin tələbinə görə hüquq sahibi başqasının qanunsuz sahibliyində olan əmlakını geri tələb edə bilər. Hazırkı vəziyyətdə iddiaçının əmlakı cavabdehdə olmasının qanuni və müqavilə əsası vardır. Məhkəmə qeyd edir ki, tərəflər arasında razılaşma və müqavilələrdə hər hansı bir icarə haqqı müəyyən edilməmiş və bütün bu razılaşma üçün hər hansı bir haqq müəyyən edilməmişdir. Hətta xx.xx.2015-ci il tarixli müqavilənin “İkinci tərəfin”, yəni cavabdehin vəzifə və öhdəliklərindən bəhs edən müqavilənin 2.2-ci bəndinin b) yarımbəndinə əsasən……….. mübahisə predmeti olan tikintisinə icazə verilmiş ticarət cərgəsində olan mövcud olan bütün əmlakın (tikili və avadanlıqlar) ona aid olduğunu bildirərək, burada olan əmlakdan tərəflər arasında mövcud olan razılaşma əsasında “Birinci tərəfə” düşən payın onun adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətləri etməsini öz öhdəsinə götürmüşdür. Göründüyü kimi, tərəflər qeyd edilən mübahisəli torpaq sahəsində inşa edilən tikililərin cavabdehə məxsus olduğunu təsdiqləyir və gələcəkdə həmin əmlakların cavabdehin adına hüquqi qeydiyyata alınacağını təsdiqləyir. Buna baxmayaraq, cavabdeh tərəfindən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin pozulması halı müəyyən edilir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin 2.2-ci bəndinin b) yarımbəndinə əsasən hazırkı iş üzrə cavabdeh ……….. mübahisə predmeti olan tikintisinə icazə verilmiş ticarət cərgəsində olan mövcud olan bütün əmlakın (tikili və avadanlıqlar) ona, yəni cavabdehə aid olduğunu bildirərək, burada olan əmlakdan tərəflər arasında mövcud olan razılaşma əsasında “Birinci tərəfə”, yəni iddiaçıya düşən payın onun adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətləri etməsini öz öhdəsinə götürmüşdür. Qeyd edilən öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmiş və iddiaçı isə hazırkı iddia tələbində bununla bağlı iddia tələbi irəli sürməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən torpaq sahəsində yerləşən ticarət cərgəsində olan tikililələrin müvafiq hissədə ona aid hissədə payı müəyyən edildikdən sonra həmin payın xeyli müddət cavabdehin qanunsuz istifadəsində olması əsası ilə bağlı tələblə məhkəmədə çıxış etmək hüququ yarana bilərdi. Hazırkı vəziyyətdə cavabdehin müvafiq torpaq sahəsindən qanunsuz istifadəsi müəyyən edilmədiyindən, məhkəmə vurulmuş zərər olaraq cavabdehdən pulun tutulmasını da təmin edə bilmir. Belə ki, qanunvericiliyin tələbinə əsasən əldən çıxmış fayda tələbi o halda mövcud olur ki, hüquq sahibinin əmlakından qanunsuz olaraq başqa şəxs xeyir və bəhər götürür. Eyni zamanda, ziyan məbləği o zaman ziyan vuran şəxsdən tutulur ki, ilkin şərt ziyan mövcud olmuş olsun, ziyan vuranın ziyanın vurulmasında təqsiri mövcud olsun və ziyan vurma ilə nəticələnən hərəkət və ya hərəkətsizlik arasında səbəbli əlaqə mövcud olsun. Hazırkı vəziyyədə isə iddiaçı olaraq hüquq sahibinin əmlakının cavabdeh tərəfindən qanunsuz istifadəsi müəyyən edilmir, tərəflər arasında mövcud olan müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən əmlak istifadə edilir və qeyd edilən razılaşma və müqavilələrə isə xitam verilməmişdir. Birinci instansiya məhkəməsi - həmin qətnamədə gəldiyi nəticənin əsaslandırılması üçün məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəfin izahatına və eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və mübahisə üzrə məhkəmə araşdırmasının predmeti olan sənədlərin məzmununa, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və 71-ci maddələrinə, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcələsinin 6, 16.1, 21, 152, 385.1, 386.1, 389.1 və 390.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88, 119.1 və 217-ci maddələrinə istinad etmişdir. Eyni zamanda, iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli e-2-2(117)-1059/2024 nömrəli qətnaməsində aşağıda qeyd olunan sənədlərə də istinad olunmuşdur: - Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 may 2006-cı il tarixli 1/110 nömrəli sərəncamı ilə Şəki şəhər, S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət ehtiyat fondu torpağından 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 ha torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. - Şəki şəhər İcra Hakimiyyəti başçısı ilə iddiaçı arasına imzalanmış xx.xx.2006-cı il tarixli 28 nömrəli icarə müqaviləsindən müəyyən edilir ki, Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən 2 hektar torpaq sahəsi 20 il müddətinə sahibkarlıq məqsədi ilə, illik icarə haqqı 1200 manat olmaqla İddiaçı istifadəsinə verilmişdir. - Şəki şəhər İcra Hakimiyyəti başçısının 01 oktyabr 2007-ci il tarixli 1/240 nömrəli sərəncamı ilə Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 may 2006-cı il tarixli 1/110 nömrəli sərəncamına əsasən iddiaçının icarəsinə verilmiş torpaq sahəsində ticarət cərgəsinin tikilməsinə icazə verilmişdir. - DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 23 may 2007-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 2 ha torpaq sahəsində 20 il müddətinə (xx.xx.2006 - xx.xx.2026) İddiaçı hüquqları yüklü edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır; - Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1/347 saylı sərəncamı ilə yaradılmış komissiyanın üzvləri tərəfindən Şəki şəhər İcra Hakimiyyəti başçısının 22 may 2006-cı il tarixli 1/110 nömrəli sərəncamına əsasən Şəki şəhər, S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət ehtiyat fondu torpağından 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 ha torpaq sahəsi İddiaçı icarəsinə verilmiş torpaq sahəsində inşa edilmiş ticarət cərgəsinə baxış keçirilmiş və xx.xx.2009-cu il tarixli istismara qəbul aktı tərtib edərək həmin tikililər istismara qəbul edilmişdir. - İddiaçı ilə Cavabdeh arasında 2 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 11100,50 kv.metr ümumi, o cümlədən 10816,5 kv.metr əsas və 284,00 kv.metr köməkçi sahədən ibarət tikili ilə bağlı razılaşma haqqında xx.xx.2015-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə Şəki rayon 2 saylı notariat kontorunda təsdiq edilmişdir. Qeyd edilən müqavilədə “Birinci tərəf” dedikdə İddiaçı (nümayəndəsi X6 ilə təmsil olunub), “İkinci tərəf” dedikdə Cavabdeh nəzərdə tutulur. Birinci tərəfin vəzifə və öhdəliklərindən bəhs edən Müqavilənin 2.1-ci bəndinin a) yarımbəndinə əsasən müqavilə imzalandığı andan Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin S. Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsinin fəaliyyətə başlaması üçün ondan asılı olan bütün hərəkətlərin ardıcıllıqla, tam və vaxtında edilməsini, o cümlədən ikinci tərəfə verilmiş etibarnamənin fasiləsizliyinin təmin edilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinin b) yarımbəndinə əsasən Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin S. Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsində mövcud olan bütün əmlakın (tikililərin və avadanlıqların) ona aid olmadığını, həmçinin ikinci tərəfə aid olduğunu qəbul edərək, sözügedən torpaq üzərində olan bütün əmlakın (tikililərin və avadanlıqların) həqiqi mülkiyyətçisinin adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətlərin edilməsini öz öhdəsinə götürmüşdür. İkinci tərəfin vəzifə və öhdəliklərindən bəhs edən müqavilənin 2.2-ci bəndinin a) yarımbəndinə əsasən müqavilə imzalandığı andan …………mübahisə predmeti olan tikintisinə icazə verilmiş ticarət cərgəsinin fəaliyyətə başlaması üçün ondan asılı olan bütün hərəkətlərin ona verilmiş etibarnamə əsasında ardıcıllıqla, tam və vaxtında edilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinin b) yarımbəndinə əsasən……….. mübahisə predmeti olan tikintisinə icazə verilmiş ticarət cərgəsində olan mövcud olan bütün əmlakın (tikili və avadanlıqlar) ona aid olduğunu bildirərək, burada olan əmlakdan tərəflər arasında mövcud olan razılaşma əsasında “Birinci tərəfə” düşən payın onun adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətləri etməsini öz öhdəsinə götürmüşdür. Həmin bəndin qeyd hissəsində “Tərəflər arasında razılaşma dedikdə, tərəflərin tərtib etdiyi xx.xx.2006-cı il tarixli razılaşma protokolu, xx.xx.2006-cı il tarixli razılaşma müqaviləsi və xx.xx.2006-cı il tarixli akt nəzərdə tutulur.” Həmin müqavilənin 2.2-ci bəndinin c) yarımbəndinə əsasən………… mübahisə predmeti olan dövlət fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində olan hüquqları əldə edənə qədər öz üzərinə düşən öhdəlikləri təmin etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə xx.xx.2015-ci il tarixdə bağlanılır. Müqavilənin xitamına dair tərəfləri arasında razılaşma olana qədər qüvvədədir və tərəflər müqavilənin müddəti ərzində öz öhdəlikləri üçün məsuliyyət daşıyırlar. - Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə olan xx.xx.2021-ci il tarixli 21(102)-1244/2021 nömrəli qərarında müəyyən ediir ki, hazırkı iş üzrə cavabdeh ərizə ilə DƏDRX-yə müraciət edərək Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsində yerləşən qeyri-yaşayış binasına (ticarət cərgəsinə) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Cavabdehə DƏDRX-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 1/240 nömrəli sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)447/2020 nömrəli qərarı ilə iddia təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(107)-334/2020 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya Məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia təmin edilmişdir. Lakin, Ali Məhkəmənin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-378/2021 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-334/2020 nömrəli qərarı ləğv edilərək yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 21(107)-198/2021 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, həmin qərardan verilmiş kassasiya şikayəti əsasında Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 21(107)-1244/2021 saylı qərarı ilə şikayətlər qismən təmin edilmiş, apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək, iddia mümkün sayılmamışdır. Ali Məhkəməsinin qeyd edilən həmin qərarında müəyyən edilmişdir ki, iddiaçı (həmin işdə) mübahisə predmeti olan əmlakların onun tərəfindən tikdirilməsi hüquqi faktı müəyyən edilməsi məqsədi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli 2(075)-4127/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Şəki şəhər İcra Hakimiyyətinin 22 may 2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə cavabdeh adına Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların onun tərəfindən tikilməsi hüquqi faktı müəyyən edilmişdir. Həmçinin, hazırkı iş üzrə tərəflər arasında 15 iyun 2006-cı il tarixli Razılaşma protokolu və 18 iyun 2006-cı il tarixli razılaşma müqaviləsi mövcud olmuş və həmin sənədlərin məzmunundan görünür ki, hazırkı iddiaçı fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından ona Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha torpaq sahəsində bütün pul vəsaiti və tələb olunan tikinti işlərinin aparılmasının həvalə edilməsi barədə razılıq vermişdir. Tərəflər arasında 19 iyun 2006-cı il tarixli akt bağlanmış və həmin aktda qeyd edilmişdir ki, hazırkı iddiaçı fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından ona Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha torpaq sahəsində bütün pul vəsaitinin, tələb olunan tikinti işlərinin aparılmasının, bütün işlərin görülməsi üçün tələb olunan vəsaitin, illik icarə haqqı ödənişlərinin İddiaçı öz vəsaiti hesabına aparılması barədə razılıq verir. Bundan başqa, Hüseynova (Səmədova) Firuzə Natiq qızı ilə hazırkı cavabdeh arasında 2 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 11100,50 kvadrat metr ümumi, o cümlədən 10816,5 kvadrat metr əsas və 284,00 kvadrat metr köməkçi sahədən ibarət tikili ilə bağlı razılaşma haqqında 14 avqust 2015-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə Şəki rayon 2 saylı notariat kontorunda təsdiq edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə "birinci tərəf” adlandırılan, Şəki şəhəri, H.Çələbixan küçəsi, məhəllə 4-də yaşayan hazırkı iddiaçı müqavilə imzalandığı andan Şəki şəhər İcra Hakimiyyətinin başçısının 22 may 2006-cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsinin fəaliyyətə başlaması üçün ondan asılı olan bütün hərəkətlərin ardıcıllıqla, tam və vaxtında edilməsini, o cümlədən ikinci tərəfə verilmiş etibarnamənin fasiləsizliyinin təmin edilməsini öz öhdəsinə götürmüş, həmçinin Şəki şəhər İcra Hakimiyyətinin başçısının 22 may 2006cı il tarixli, 1/110 saylı sərəncamı ilə Şəki şəhərinin S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının 01 oktyabr 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş ticarət cərgəsində mövcud olan bütün əmlakın (tikililərin və avadanlıqların) ona aid olmadığını, həmçinin ikinci tərəfə aid olduğunu qəbul edərək, sözügedən torpaq üzərində olan bütün əmlakın (tikililərin və avadanlıqların) həqiqi mülkiyyətçisinin adına sənədləşdirilməsi üçün lazım olan bütün hərəkətlərin edilməsini öz öhdəsinə götürmüşdür.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1 İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli e-2-2(117)- 1059/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(117)-1059/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını” xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti “torpaq sahəsinin boşaldılaraq qaytarılması və maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsində göstərilənlərlə və eyni zamanda, onunla əsaslandırılmışdır ki, bu işdə məhkəmə vəzifələrini yalnız cavabdehin mövqeyinə münasibətdə icra edərək, qətnaməsini qeyri-mötəbər dəlillərlə əsaslandırmışdır. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəf xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək mübahisəli torpaq sahəsinin və orada yerləşən obyektlərin icarə haqqının qiymətləri barədə rəy verilməsi üçün "xxxx" MMC-yə müraciət olunduğunu, lakin rəyin xx.xx.2024-cü il tarixə hazır olmasının mümkün olmadığını, ona görə də həmin rəyin alınaraq məhkəməyə təqdim olunması üçün məhkəmə hazırlıq iclasının çox qısa müddətə təxirə salınmasını xahiş etmişdir. İş üzrə xx.xx.2024-cü il tarixə baxış iclası təyin edilmişdir. İddiaçı tərəfindən müvafiq rəy alınaraq işə əlavə edilmişdir. Eyni zamanda iddiaçı tərəf xx.xx.2024-cü il tarixdə də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Lakin həmin vaxt işə baxan hakim iddiaçı tərəfindən müvafiq rəy təqdim edildikdən sonra bunun mümkün olacağını bildirmiş və vəsatətə baxılmasını təxirə salmışdır. Artıq rəyin mövcudluğu həmin vəsatətə baxılmasına olan maneələri aradan qaldırmış sayılırdı. İş üzrə məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə saat 10:30-a təyin edilmişdir. Lakin həmin tarixdə saat 11:10-da Şirvan Apellyasiya Məhkəməsində cinayət işində müdafiəçi qismində iştirak etməyi zəruri olduğuna görə o, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını, əgər iclasın təxirə salınması mümkün olmazsa, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunması barədə vəsatətə baxılaraq təmin edilməsini xahiş etmişdir. Lakin məhkəmə göstərdiyi xüsusatları nəzərə almadan qətnamə qəbul etmişdir. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamış, iddiaçı tərəfin sübutları olduğu halda, onlara qiymət verməmişdir
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 24 aprel 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayətini vermiş İddiaçı nümayəndəsi Nümayəndə gəlmiş olsa da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdeh X5 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş İddiaçı nümayəndəsi Nümayəndə Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli e-2-2(117)-1059/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli e-2-2(117)-1059/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilərək, Şəki şəhər İcra Hakimiyyəti Başçısının 22 may 2006-cı il tarixli sərəncamı ilə iddiaçıya verilmiş və onun qanuni istifadəsində olan Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində yerləşən torpaq sahəsinin cavabdeh X4 tərəfindən boşaldılması, həmin torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılması və torpaq sahəsindən istifadəsinə yönələn maneələrin aradan qaldırılması, torpaq sahəsindən istifadə nəticəsində ona dəymiş 50000 manat maddi zərərin cavabdeh X1 alınaraq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Qeyd etmək lazımdır ki, apellyasiya instansiyasında işə baxılarkən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilən “məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi” haqqında şifahi vəsatət məhkəmənin 24 aprel 2025-ci il tarixli qərardadı ilə təmin edilməmişdir.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(117)-1059/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə və eyni zamanda, iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, İddiaçı Şəki şəhər İcra Hakimiyyəti Başçısının 22 may 2006-cı il tarixli sərəncamı ilə Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət ehtiyat fondu torpağından 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 ha torpaq sahəsini icarəyə götürmüş və həmin torpaq sahəsindən 25 avqust 2006-cı ildən 25 avqust 2026-cı il tarixinədək müəyyən edilən onun istifadə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır. Eləcə də, Şəki şəhər İcra Hakimiyyəti Başçısının 01 oktyabr 2007-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsində ticarət cərgəsi tikilməsinə icazə verilmişdir. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında isə 15 iyun 2006-cı il tarixli Razılaşma protokolu və 18 iyun 2006-cı il tarixli razılaşma müqaviləsi imzalanmış və həmin sənədlərə əsasən İddiaçı sahibkarlıq fəaliyyətində təcrübəsi və maddi imkanı olmadığından ona Şəki şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha torpaq sahəsində bütün pul vəsaiti və tələb olunan tikinti işlərinin aparılmasının Cavabdeh həvalə edilməsi barədə razılıq vermişdir. Bundan sonra isə, İddiaçı ilə Cavabdeh arasında 2 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 11100,50 kv.metr ümumi, o cümlədən 10816,5 kv.metr əsas və 284,00 kv.metr köməkçi sahədən ibarət tikili ilə bağlı razılaşma haqqında xx.xx.2015-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə Şəki rayon 2 saylı notariat kontorunda təsdiq edilmişdir. Eyni zamanda, Şəki rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 2(075)-4127/2018 nömrəli qətnaməsi ilə Cavabdeh Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə İddiaçı adına Şəki şəhəri S.Sümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların Cavabdeh tərəfindən tikilməsi hüququ faktı müəyyən edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan işin konkret hallarına görə İddiaçı “Şəki şəhər İcra Hakimiyyəti Başçısının 22 may 2006-cı il tarixli sərəncamı ilə ona verilmiş və onun qanuni istifadəsində olan Şəki şəhəri S.Mümtaz küçəsinin qərb hissəsində yerləşən torpaq sahəsinin cavabdeh X4 tərəfindən boşaldılması, həmin torpaq sahəsinin onun sahibliyinə qaytarılması və torpaq sahəsindən istifadəsinə yönələn maneələrin aradan qaldırılması, torpaq sahəsindən istifadə nəticəsində ona dəymiş 50000 manat maddi zərərin cavabdehdən alınaraq ona ödənilməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamış və sübut olunmamışdır. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli e-2-2(117)-1059/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli e-2-2(117)-1059/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.