Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-50/2023 13.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Mustafayev Elvin İsgəndər oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin(bundan sonra- Bank) cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya iş üzrə Şəki Kommersiya Məhkəməsinin 04 aprel 2023-cü il tаrixli qətnaməsindən iddiaçı Bank tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə Cavabdeh2 arasında 23 avqust 2017-ci il tarixli, 007L**********68 nömrəli Uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 200.000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açmışdır. Bank ilə cavabdeh-borcalan Cavabdeh2 arasında 11 yanvar 2019-cu il tarixli, 007R********** nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana aylıq 1,75 % dərəcəsi ilə 30 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, 007R**********S nömrəli Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişə əsasən kredit alan xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri həmin sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay üçün razılaşdırılmış məbləği Banka ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə cavabdeh-borcalan Cavabdeh2 arasında 20 avqust 2019-cu il tarixli, 007R********** nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana aylıq 1,8333 % dərəcəsi ilə, 48 ay müddətinə 20.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, 007R**********7S nömrəli Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişə əsasən kredit alan xx.xx.2019-cu il tarixli, 007R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri həmin sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay üçün razılaşdırılmış məbləği Banka ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə cavabdeh-borcalan Cavabdeh2 arasında 24 yanvar 2020-ci il tarixli, 007R********** nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana aylıq 1,75 % dərəcəsi ilə, 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, 007R**********S nömrəli Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişə əsasən kredit alan 24 yanvar 2020-ci il tarixli, 007R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri həmin sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay üçün razılaşdırılmış məbləği Banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşlar. Kredit öhdəliklərinin icrasının təminatı üsulu kimi Bank ilə ipoteka qoyan Cavabdeh4 arasında 21 yanvar 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyanın mülkiyyətində olan Qax rayonu, Qıpçaq kəndində yerləşən 6 girişli, 170,29 kv.m sahədən ibarət 1 mərtəbəli mağaza ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, ipoteka ilə yüklülük reyestrdə qeydiyyata alınmışdır. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 xx.xx.2022-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 17.935,45 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 4.464,03 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 10.088,89 manat təşkil edir. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 xx.xx.2022-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 20.000 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 6.984,7 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 11.194 manat təşkil edir. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 xx.xx.2022-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 9.802,83 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 3.083,54 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 5.558,1 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 007R********** nömrəli və xx.xx.2020-ci il tarixli, 007R********** nömrəli kredit razılaşmalarının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, cavabdehlərdən mütərək qaydada iddiaçının xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 17.939,45 manat əsas borc, 4.464,03 manat faiz borcu və 1.008,89 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 20.000 manat əsas borc, 6.984,7 manat faiz borcu və 11.194 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 9.802,83 manat əsas borc, 3.083,54 manat faiz borcu və 5.558,1 manat cərimə borcu olmaqla, ümumilikdə 89.115,37 manat borcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 mülkiyyətində olan Qax rayonu, Qıpçaq kəndində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən 6 girişli, 170,29 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 89.115,37 manat borcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Cavabdeh4 mülkiyyətində olan Qax rayonu, Qıpçaq kəndində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən 6 girişli, 170,29 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh2 istifadə hüququnun itirilməsi, onların həmin qeyriyaşayış binasından çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank və Cavabdeh2 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə kredit razılaşmalarına əsasən Bank tərəfindən cavabdehə cəmi 60.000 manat məbləğində kredit vəsaiti verilmişdir. 60.000 manat vəsait Bank tərəfindən cavabdehin hesabına köçürülmüşdür. Borcalan müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə borcalanın tələb olunan məbləğdə borcu yaranmış və Bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Əmlak Ekspert Mərkəzi” MMC tərəfindən xx.xx.2022-ci il tarixli, ƏEM/N 69-804/22 nömrəli məktubla təqdim edilmiş qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Qax rayonu, Qıpçaq kəndində yerləşən 6 girişli, 170,29 kv.m sahədən ibarət 1 mərtəbəli mağazanın likvid dəyəri 35.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8336 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində xx.xx.2019-cu il tarixli, 007R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixə əsas borc 17.816,81 manat, faiz borcu 5.329,48 manat, xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə əsas borc 19.624,89 manat, faiz borcu 10.650, 35 manat müəyyən edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı olan iddia tələbinin “Cavabdeh4 mülkiyyətində olan Qax rayonu, Qıpçaq kəndində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən 6 girişli, 170,29 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh2 istifadə hüququnun itirilməsi, onların həmin qeyriyaşayış binasından çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” hissəsi üzrə icraata xitam verilmişdir. Şəki Kommersiya Məhkəməsinin(bundan sonra- birinci instansiya məhkəməsi) e-2- 2(117)-26/2023 nömrəli iş üzrə 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli 007R********** saylı, xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşmalarının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 007R********** saylı kredit razılaşması üzrə 17.816,81 manat əsas borc, 4.464,03 manat faiz borcu və 50 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 19.624,89 manat əsas borc, 6.984,7 manat faiz borcu və 150 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 9.802,83 manat əsas borc, 3.083,54 manat faiz borcu və 100 manat cərimə borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 45 manat pulun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, borc məbləğinin Cavabdeh4 mülkiyyətində olan Qax rayonu, Qıpçaq kəndində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən 6 girişli, 170,29 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının likvid dəyərinin 35.000 manat müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin cavabdehlərin İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı tələbində cavabdehlərdən 007R********** saylı kredit razılaşması üzrə 17.939,45 manat əsas borc, 4.464,03 manat faiz borcu və 1.008,89 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 20.000 manat əsas borc, 6.984,7 manat faiz borcu və 11.194 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 9.802,83 manat əsas borc, 3.083,54 manat faiz borcu və 5.558,1 manat cərimə borcunun ödənilməsini tələb edir. xx.xx.2023-cü il tarixli Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş ekspert rəyinə əsasən xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixə əsas borc 17.816,81 manat, faiz borcu 5.329,48 manat, xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə əsas borc 19.624,89 manat, faiz borcu 10.650, 35 manat təşkil edir. Sonuncu müqavilə üzrə ekspertiza tədqiqatı aparılmamış, cavabdehlər isə bunu tələb etməmişlər. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin 007R********** saylı kredit razılaşması üzrə 17.816,81 manat əsas borc, 4.464,03 manat faiz borcu, 007R********** saylı kredit razılaşması üzrə 19.624,89 manat əsas borc, 6.984,7 manat faiz borcu, 007R********** saylı kredit razılaşması üzrə 9.802,83 manat əsas borc, 3.083,54 manat faiz borcu mövcuddur. Müqavilə üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, eyni zamanda kredit borcunun ödəniş müddətinin pandemiya dövrünə təsadüf etməsi həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq 007R********** saylı kredit razılaşması üzrə 50 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 150 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 100 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağlabatandır. Bundan başqa, məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh4 məxsus Qax rayonu, Qıpçaq kəndində yerləşən 6 girişli, 170,29 kv.m sahədən ibarət 1 mərtəbəli mağazaya yönədilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması və borcun, mediasiya xərcinin, dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini və əmlakın hərracdan satışından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, işin məhkəmə araşdırması zamanı “Əmlak Ekspert Mərkəzi” MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh4 məxsus Qax rayonu, Qıpçaq kəndində yerləşən 6 girişli, 170,29 kv.m sahədən ibarət 1 mərtəbəli mağazanın likvid dəyəri 35.000 manat müəyyən edilmişdir. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. İddiaçının “kredit razılaşmasının ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kredit alan borcu ödəniş planına uyğun qaytara bilmədikdə bankın kredit müqaviləsinə xitam vermək və borcu faizlərlə birlikdə qaytarmağı tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmənin qənaəti belədir ki, tərəflər arasına kredit razılaşmasının ləğv edilməsini iddiaçı tələb edə bilər. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.3.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1, 116.2, 117.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı Bank apellyasiya şikayəti verərək həmin qətnamənin qismən, yəni “ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması və əmlakın boşaldılmasının təmin edilməməsi hissəsində və hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmasının təmin edilməməsi” hissəsində ləğv edilməsi və həmin hissələrdə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qətnaməsi əmlaklara tutma yönədildikdən və onlar satıldıqdan sonra cavabdehlərin həmin əmlaklardan çıxarılmasının və əmlakların boşaldılmasının təmin edilməməsi hissəsində əsassızdır. Belə ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan)əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqitəminatalmaq hüququ əldəedir. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipotekasaxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. Cavabdehlər mülkiyyətində olan əmlakı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün Bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Göstərilən müddəaların tələbləri baxımından cavabdehlərin ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldilməsi və satılmasından sonra tərəflər üçün bəzi hüquqi nəticələr müəyyən edilmişdir. Bu cür hüquqi nəticələrdən biri kimi, ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsiniən geci biray ərzindətərk etməsi nəzərdətutulmuşdur. Hazırki işdə də iddiaçı həmin norma tətbiq olunmaqla, ipoteka qoyanın əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsini tələb edir. İddiaçının bu tələbləri əmlakın satılmasından sonra yaranan hüquqi nəticələrə uyğundur və təmin olunmasını istisna edən hal yoxdur. Lakin birinci instansiya məhkəməsi baxılan işdə “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsini səhv təfsir etmişdir. Ona görə də ipoteka predmeti olan Qax rayonu, Qıpçaq kəndində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən 6 girişli, 170,29 kv.mümumi sahədən ibarət qeyri-yaşayış binasına mənzilinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması və əmlakların boşaldılması hissəsində də iddia tələblərimiz təmin olunmalıdır. Borc ipotekaya yönədikdən sonra qalıq borcun zaminlərə yönəlməsi yəni iddia ərizəmizdə göstərildiyi kimi hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 ümumi müştərək qaydada tutulması hissəsi təmin olunmayıb, bu hissədə də qətnaməni əsassız hesab edirik. Çünki Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən Bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzun müddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və muəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə cavabdehlər tərəfindən yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Bankın nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etmişdirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Bank apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən, yəni “ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması və əmlakın boşaldılmasının təmin edilməməsi hissəsində və hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmasının təmin edilməməsi hissəsində” mübahisələndirsə də, həmin qətnamə ilə “ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması” tələbinə baxılmamışdır. Çünki həmin tələbə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə xitam verilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətini məhkəmə qərardadına aid olan hissədə geri qaytarmış, digər hissədə, yəni “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmasının təmin edilməməsi hissəsində” baxılması üçün apellyasiya instansiyasına göndərmişdir. Odur ki, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq birinci instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyi yalnız mübahisələndirilən həcmdə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.4. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 465. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsində tələb olunan borc məbləği Bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqavilələrinə əsasən yaranmışdır. Həmin kredit müqavilələri üzrə Cavabdeh2 öhdəliyinə görə isə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 zamin durmuşlar. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia ərizəsində tələb olunan borc məbləğinin cavabdeh-borcalan Cavabdeh2la yanaşı, zamin olan digər cavabdehlərdən də müştərək tutulması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması” hissəsini təmin etməmişdir. Bank isə apellyasiya şikayətində həmin hissəni mübahisələndirsə də, apellyasiya şikayətini zaminliyə xitam verilməsinin qanunsuz olması əsası ilə əsaslandırmışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi birinci instansiya məhkəməsi mübahisəni həll edərkən zaminliyə xitam verilməsi qənaətinə gəlməmişdir. Məhkəmə, qətnamənin apellyasiya baxışının predmeti olan hissəsi ilə bağlı qeyd edir ki, cavabdehlərin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan birinci instansiya məhkəməsinin qənaətini bu hissədə qanuni və əsaslı hesab edir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslı deyil. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsinin 04 aprel 2023-cü il tаrixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-50/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-50/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver