Məhkəmə qərarları › İş №2-2(107)-51/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-51/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-51/2024 04.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması və əmlak satıldıqdan sonra cavabdehin evdən çıxarılmaqla mənzilin boşaldılması tələbinə dair” kоmmersiyа mübаhisəsi üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 04 mart 2024-cü il tаrixli, e-2-2(117)-207/2024 saylı “ekspertizanın təyin edilməsi” barədə qərаrdаdındаn Cavabdeh tərəfindən şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması və əmlak satıldıqdan sonra cavabdehin evdən çıxarılmaqla mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 04 mart 2024-cü il tаrixli, e-2-2(117)-207/2024 saylı qərardadı ilə iş üzrə əmtəəşünaslıq və məhkəməmühasibatlıq ekspertizalarından ibarət kompleks ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, rəy məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Cavabdeh Şəki Kоmmersiyа Məhkəməsinin 04 mart 2024-cü il tаrixli, e-2-2(117)- 207/2024 saylı qərardadından şikаyət verərək qərardadın ləğv edilməsini, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1087/2024 saylı kоmmersiyа mübаhisəsi üzrə işə baxılaraq hüquqi qiymət verilənədək e-2-2(117)-207/2024 saylı kоmmersiyа mübаhisəsi üzrə işin icraatının dayandırılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında onun cavabdeh "xxxx" Kommersiya Bankı” ASC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” kоmmersiyа mübаhisəsinə dair iş vardır. Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1087/2024 saylı kоmmersiyа mübаhisəsinə dair işə ayrıca icraatda baxılaraq hüquqi qiymət verildikdən sonra icraatda olan hazırkı işə yəni, iddiaçı "xxxx" Kommersiya Bankı” ASC cavabdeh Zaur Ramis oğluna qarşı “kredit müqavilsəi üzrə borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” e-2-2(117)-207/2024 saylı kоmmersiyа mübаhisəsinə dair işə baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən hazırkı iş üzrə icraat dayandırmalıdır. Bakı Kommersiya Məhkəməsinin icraatında olan e- 2-2(113)-1087/2024 saylı kоmmersiyа mübаhisəsinə dair iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək hazırkı kоmmersiyа mübаhisəsinə dair işə mahiyyəti üzrə baxılması mülki prosesual qanunvericiliyin normalarına ziddir. Bu səbəbdən də Şəki Kommersiya Məhkəməsinin 04 mart 2024-cü il tаrixli, e-2-2(117)-207/2024 saylı qərardadı iş üzrə icraatın dayandırılaraq kompleks ekspertizası təyin edilməsi barədə qərardadı əsassız olduğundan ləğv edilməli, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 1087/2024 saylı kоmmersiyа mübаhisəsinə dair iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı kоmmersiyа mübаhisəsinə dair işin icraatı dayandırılmalıdır. Şəki Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tаrixli, e-2-2(117)-207/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 04 mart 2024-cü il tаrixli, e-2-2(117)-207/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/2022 nömrəli 14 iyun 2022-ci il tarixli Qərardadında qeyd etmişdir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi MPM-in 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı icraatda qeyd edilən əqdin etibarlılıq məsələlərinə də hüquqi qiymət verilməli olduğundan, ayrıca icraatda əqdin etibarlılığı ilə bağlı mübahisənin qaldırılması ilə əlaqədar məsələlərə hüquqi qiymət verilməsi ilə bağlı Ali Məhkəmənin hüquqi praktika yaratmış qərarı mövcuddur. Bu səbəbdən də icraatın dayandırılması barədə hazırkı iş üzrə qəbul edilmiş qərardadın ləğv edilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyini qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, şikayətə əlavə olunmuş Bakı Kommersiya Məhkəməsinin xx.xx.20204-cü il tarixli, e-2-2(113)-1087/2024 saylı qərardadından göründüyü kimi, istinad olunan qəradadla həmin məhkəmənin iddia ərizəsinin baxılmamış saxlanılması haqqında xx.xx.2024-cü il tarixli e-2-2(113)-1087/2024 saylı qərardadı ləğv edilmişdir. Bu isə bu anlama gəlir ki, hazırkı iş üzrə cavabdeh kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddiaçı "xxxx" ASC isə hazırkı iddianı xx.xx.2024-cü il tarixdə qaldırmışdır. Göründüyü kimi, iddiaçı "xxxx" ASC hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən sonra, cavabdeh kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İşin bu halı bir daha ona dəlalət edir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı qərardadında sərgilədiyi hüquqi mövqeyə uyğun olmuşdur. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 04 mart 2024-cü il tаrixli, e-2-2(117)-207/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 04 mart 2024-cü il tаrixli, e-2-2(117)- 207/2024 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar