Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-52/2022 28.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və X4 qarşı iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cаvаdоvа Günаy İsmаyıl qızı və Rəfiyev Rövşən Rаfiq oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh - Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və X4 qarşı “xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 9948,91 manat əsas, 1935,18 manat faiz, 6204,59 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 1515,10 manat əldən çıxmış faydanın, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 30 manat xidmət haqqının Cavabdeh1 tutularaq ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu Zarağan kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinə 0,14 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlak satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbiinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, e- 2-2(117)-174/2022 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. "xxxx" İKB ASC-nin Qəbələ filialı ilə (VÖEN **********) Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5-SKMF-1-0-493-13 nömrəli əsas kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 72 ay müddətinə ümumilikdə 13000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya avro ekvivalentində kredit limiti ayrılmış, xx.xx.2015-ci il tarixli 5-SKMF-2-0-318-15 nömrəli əlavə kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə dövriyyə vəsaitinin artırılması məqsədilə istifadə müddəti 36 ay olan (6 ay güzəşt müddəti olmaqla) 11000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 10.2-ci bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditin ödənilməmiş məbləğinin, vaxtında ödənilməmiş faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,1 % miqdarında banka dəbbə pulu ödəyir.
3. Əsas və əlavə kredit müqavilələri üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2013-cü il tarixli 5-SKMF-1-0-493-13 (i) nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu Zarağan kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evi 0,14 ha torpaq sahəsi ilə birlikdə ipoteka predmeti kimi qəbul olunmuşdur.
4. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, ********** VÖEN üzrə hüquqi şəxsin adı İddiaçı ASC-yə dəyişdirilmişdir.
5. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı bank cavabdehin ödənilməmiş 9948,91 manat əsas borc, 1935,18 manat faiz borcu, 6204,59 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 % - lə hesablanmış 1515,10 əldən çıxmış faydanın ödənilməsi, borcun ipoteka predmeti olan fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan qətnamənin ümumi qaydada icra edilməsi, ipoteka qoyanların evdən istifadə hüquqlarının itirilməsi, əmlakın boşaldılması, cavabdehlərin əmlakdan çıxarılması və əmlakın banka təhvil verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
7. Şəki Kommersiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli, e-2-2(117)-174/2022 saylı qərardadı ilə iddia tələblərinin “əmlak satıldıqdan 1 ay sonra Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakdan çıxarılmaları, əmlakın boşaldılması və əmlakın banka təhvil verilməsi” hissəsi üzrə icraata xitam verilmişdir.
8. İşin məhkəmə araşdırması zamanı X2 MMC tərəfindən təqdim edilmiş hesabata əsasən ipoteka predmeti olan Qəbələ rayonu Zarağan kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinin 0,14 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 51732 manat müəyyən edilmişdir. (cild 1, səh.98); (cild 2, səh.44)
9. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/6220 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixə olan əsas borcu 9948,04 manat, faiz borcu 2276 manat təşkil edir.
10. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında izahatında bildirmişdir ki, tərəflər arasında bağlanan 2015-ci il 07 aprel kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 6% olmaqla 36 ay müddətinə 11 000 manat kredit verilmişdir. Cavabdeh tərəf üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, bank da, məhkəməyə müraciət edərək müqavilə üzrə pulun tələb edilməsini məhkəmədən xahiş etmişdir.
11. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında izahatında bildirmişdir ki, 11 000 manat kredit götürmüş, bir müddət ödəniş etmişdir. Sonra müəyyən çətinliklər olmuş, ödəniş edə bilməmişdir. 2019-cu il cənab Prezidentin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı ilə əlaqədar kreditin restrukturizasiya olunması üçün müraciət edib yeni müqavilə imzalamağı banka bildirmiş, lakin bankın nümayəndəsi əlaqə saxlayıb filiala dəvət edəcəyini desə də, sonradan bankdan heç bir cavab çıxmamışdır. Özü sonradan maraqlandıqda isə demişlər ki, fərmanın vaxdı bitib daha mümkün deyil. Hətta evin foto şəkillərinidə ondan istəyiblər, vermişdir. 500 manat ödəniş etmişdir. Məhkəməyə verəndən sonra ödəniş də etməmişdir. Köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsində işə digər cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və X3 iştirakı olmadan baxılmışdır.
13. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 07 aprel 2022-ci il tarixli, e-2-2(117)-174/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 9948,04 manat əsas borc, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum, 30 manat xidmət haqqı və 15,22 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, borc məbləği Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu Zarağan kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinə 0,14 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka predmeti olan Qəbələ rayonu Zarağan kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinin 0,14 ha torpaq sahəsi ilə birlikdə ilkin satış (likvid) qiyməti 51732 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddia qalan hissələrdə rədd edilməsi, ödənilmiş 14,78 manat dövlət rüsumu iddiaçıya aid edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı ASC-dən və 50 manatı Cavabdeh1 tutularaq “X2” MMC-nin hesabına ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 50 manat ekspertiza xərcinin 25 manat hissəsi İddiaçı ASCdən, qalan 25 manat hissəsi Cavabdeh1 tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142319, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ
22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının hüquqi varisi olduğu "xxxx" İKB ASC-nin Qəbələ filialı ilə (VÖEN **********) Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5-SKMF-1-0-493-13 nömrəli əsas kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 72 ay müddətinə ümumilikdə 13000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya avro ekvivalentində kredit limiti ayrılmış, xx.xx.2015-ci il tarixli 5-SKMF-2-0-318-15 nömrəli əlavə kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə dövriyyə vəsaitinin artırılması məqsədilə istifadə müddəti 36 ay olan (6 ay güzəşt müddəti olmaqla) 11000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır.
15. Eyni zamanda işin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/6220 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixə olan əsas borcu 9948,04 manat, faiz borcu 2276 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ekspert rəyində qeyd olunan 9948,04 manat əsas borc Cavabdeh1 tutularaq İddiaçı ASCyə ödənilməli, qalan hissədə iddia əsas borca münasibətdə rədd edilməlidir.
16. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 449.1, 470.1, 472.1, 477.0.4, 739.2-ci maddələrinin müddəalarına və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına istinad edərək həmin nəticəyə gəlmişdir.
17. İddiaçı həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqavilələri, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, ödəniş cədvəli, mütəxəssis rəyi, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
19. İşin faktiki halı belədir ki, "xxxx" İKB ASC-nin Qəbələ filialı ilə (VÖEN **********) Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5-SKMF-1-0-493-13 nömrəli əsas kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 72 ay müddətinə ümumilikdə 13000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya avro ekvivalentində kredit limiti ayrılmış, xx.xx.2015-ci il tarixli 5-SKMF-2-0-318-15 nömrəli əlavə kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə dövriyyə vəsaitinin artırılması məqsədilə istifadə müddəti 36 ay olan (6 ay güzəşt müddəti olmaqla) 11000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür.
20. Nəzərə alınsa ki, kredit borcu restruktrizasiya olunması xx.xx.2019-cu il tarixədək mümkün olmuşdur, onda faizin silinməsi mümkünlüyü də aradan qalmışdır.
21. İşin faktiki halından göründüyü kimi cavabdeh öz üzərinə götürmüş öhdəliyi tam şəkildə yerinə yetirməyərək gecikməyə yol vermiş və bundan sonra bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır.
22. Gecikdirilmiş vaxt üçün faiz tələbinin məlum fərmana, daha doğrusu həmin fərmanın bu tip tələblərə heç bir aidiyyəti olmasa da, birinci instansiya məhkəməsinin iddia tələbini bu hissədə rədd etməsinin heç bir əsası olmamışdır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə gecikdirilmiş vaxt üçün faizi eyniləşdirmək olmaz. Belə ki, birinci hal bankın gəlir götürməsinə, bankın fəaliyyətinin əsas istiqamətinə yönəlmiş, ikinci hal isə bir başa borclunu intizamlandırmaq, onun gecikməyə yol verdiyi üçün bankın zərərinin qarşılığını almaq xarakteri daşıyır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün i s ə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
24. Göründüyü kimi iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbinin rədd olunması üçün heç bir əsas olmadan məhkəmə düzgün olmayaraq iddianı rədd etmişdir.
25. Digər tərəfdən Prezidentin məlum fərmanı sırf müqavilə üzrə hesablanmış faiz və cərimələrin silinməsindən söz açır. Həmin fərmanda gecikmə günlərinə görə faiz borcunun silinməsindən söhbət getməmişdir. Nəticə etibarı ilə gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 1515,10 manat borca aid hissədə iddiamızın rədd edilməsi qanunsuzdur.
26. İddia tələbinin dəbbə pulu hissəsi ilə bağlı qeyd edirik ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil.
27. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.
28. Göründüyü kimi məhkəmə iddia tələbinin dəbbə puluna aid hissəsini də rədd etməklə maddi hüquq normasının tələbini pozmuşdur.
29. İşdən göründüyü kimi məhkəmənin istinad etdiyi və mötəbər sübut saydığı X2 MMCnin rəyi ziddiyyətlidir. Həmin cəmiyyət tərəfindən məhkəməyə göndərilmiş rəydən görünür ki, ipoteka predmeti olan əmlakın likvid dəyəri 51732 manatdır.
30. Əsasları da odur ki, işə bundan əvvəl Qəbələ Rayon Məhkəməsində baxılmış və həmin məhkəmənin müvafiq qərardadına əsasən qiymətləndirmə təyin edilmiş, qərardadın icrası X2 MMC-yə həvalə edilmiş və həmin cəmiyyət tərəfindən veriliş ilk rəydə göstərilmişdir ki, ipoteka predmeti olan fərdi yaşayış evi və torpaq sahəsinin real bazar dəyəri 57480 manatdır. Həmçinin rəydə qeyd edilmişdir ki, real bazar dəyəri ilə likvid dəyər arasında çüzi qiymət fərqi olduğundan bazar dəyəri ilə likvid dəyər eyni götürülmüşdür.
31. Sonradan iş Şəki Kommersiya Məhkəməsinin icraatında olan zaman məhkəmənin müvafiq məktubuna cavab olaraq “X2” MMC yeni bir rəy göndərərk əmlakın likvid dəyərinin 51732 manat olduğu vurğulanmışdır. Göründüyü kimi məhz “X2” MMCnin hazırki rəyini mötəbər saymaz ən azından ona görə ki, həmin cəmiyyət bir tərəfdən birinci rəyində qeyd edir ki, real bazar dəyəri ilə likvid dəyər arasında çüzi qiymət fərqi olduğundan bazar dəyəri ilə likvid dəyər eyni götürülmüş, sonradan isə ikinci bir rəy göndərərək əmlakın likvid dəyəri ilə bazar dəyəri arasında olan fərqi göstərmiş və bu fərq 6 minə yaxındır. Düşünürük ki, bazar dəyəri ilə likvid dəyər arasında cuzi fərq olduğunu bildirən bir mütəxəssisin, yenidən 6 minə yaxın fərq ortaya qoyması həmin mütəxəssisin öz işində peşəkar yanaşmamasına dəlalət edir.
32. Digər tərəfdən tərəflər arasında bağlanılmış ipoteka müqaviləsindən göründüyü kimi ipoteka ilə yüklü edilmiş əmlak 26000 manat qiymətləndirilmiş və həmin müqaviləyə ipotekaya qoyanlar imza etməklə öz iradə ifadəsini ortaya qoymuşlar.
33. Göründüyü kimi ipoteka müqaviləsi bağlanılan zaman tərəflərin qarşılıqlı sürətdə razılaşdıqları qiymətlə hazırda müstəqil ekspert tərəfindən verilmiş rəydəki qiymət arasında kəskin fərq var.
34. Yuxarıda göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, e-2-2(117)-174/2022 saylı qətnaməsinin qismən (iddianın təmin olunmayan faiz borcu, illik 5 faizlə hesablanmış faiz borcu, cərimə, məhkəmə xərclərinin düzgün müəyyənləşdirilməməsi hissəsində, həmçinin ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində) ləğv edilməsi və iddianın tam təmin edilməsi, ipoteka predmetinin dəyərinin isə 26000 manat müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasının xahiş etmişlər.
35. Аpellyаsiyа məhkəməsinin iclаsındа İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
37. Аpellyаsiyа məhkəməsinin iclаsındа Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, e-2-2(117)- 174/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi.
38. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
39. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qisməniddianın təmin olunmayan faiz borcu, illik 5 faizlə hesablanmış faiz borcu, cərimə, məhkəmə xərclərinin düzgün müəyyənləşdirilməməsi, həmçinin ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır. yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Maddə 739.2 Borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Maddə 442 Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.
42. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
43. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
V. Apellyasiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, e-2-2(117)-174/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının hüquqi varisi olduğu "xxxx" İKB ASC-nin Qəbələ filialı ilə (VÖEN **********) Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5-SKMF-1-0-493-13 nömrəli əsas kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 72 ay müddətinə ümumilikdə 13000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya avro ekvivalentində kredit limiti ayrılmış, xx.xx.2015-ci il tarixli 5-SKMF-2-0-318-15 nömrəli əlavə kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə dövriyyə vəsaitinin artırılması məqsədilə istifadə müddəti 36 ay olan (6 ay güzəşt müddəti olmaqla) 11000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır.
47. Eyni zamanda işin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/6220 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixə olan əsas borcu 9948,04 manat, faiz borcu 2276 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyində qeyd olunan 9948,04 manat əsas borc Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməli, qalan hissədə iddia əsas borca münasibətdə rədd edilməlidir.
48. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 1935,18 manat faiz, 6204,59 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 1515,10 manat əldən çıxmış faydanın ödənilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır.
49. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
50. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır.
51. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür.
52. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir.
53. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.
54. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
55. Məhkəmə kollegiyası həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur.
56. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz.
57. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir.
58. Məhkəmə kollegiyası hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir.
59. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 1935,18 manat faiz, 6204,59 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 1515,10 manat faiz məbləğinin (əldən çıxmış fayda) ödənilməsi hissəsində rədd edilməlidir.
60. Birinci instansiya məhkəməsinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkətsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərək məhkəməyə müraciət etmişdir. Cavabdehlə restruktruzasiya tətbiq olunmaqla yeni müqavilə bağlanılsaydı, Fərmanın tələbinə müvafiq olaraq iddiaçı kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimə borcunu silməli, yeni müqaviləni əsas qalıq borca görə bağlamış olacaqdı. Çünki faizlərin silinməsi dedikdə Fərmana görə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun silinməsi başa düşülür. Banklar borclulardan Fərmanın təsiri altına düşən kreditlər üzrə faiz və cərimə borclarını deyil, yalnız əsas borclarını tələb edə bilərlər.
61. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın kredit borcu tələbini təkcə 9948,04 manat əsas borca aid hissədə təmin etməkdə, qalan borclara (1935,18 manat faiz borcu, 6204,59 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 % - lə hesablanmış 1515,10 əldən çıxmış faydanın ödənilməsinə) aid hissədə isə təmin etməməkdə haqlı olmuş, bununla bağlı qanuni və əsaslı qərar qəbul etmişdir.
62. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin iddianın 1935,18 manat faiz borcu, 6204,59 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 % - lə hesablanmış 1515,10 əldən çıxmış faydanın ödənilməsi tələbinə aid hissələrdə də təmin edilməli olması barədə dəlillərini əsassız hesab edir.
63. İddiaçının apellyasiya şikayətində mübahisələndirdiyi məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiyməti ilə əlaqədardır. 15 may 2013-cü il tarixli ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka predmeti olan əmlakın (mənzilin) dəyəri 26.000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində isə ipoteka predmetinin ilkin satış qiyməti 51.732 manat məbləğində müəyyən edilmişdir. İddiaçı bu məbləğin hazırda əmlakın real qiymətini əks etdirmədiyini iddia edir. Lakin bununla iddiaçının nəyi nəzərdə tutması aydın olmur. Əgər iddiaçı həmin məbləği yüksək hesab edirsə də, bu mülahizəsini əsaslandırmaq üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, ekspert-qiymətləndiricinin rəyinə görə ipoteka predmetinin 51.732 manat məbləğində müəyyən olunmuş ilkin satış qiyməti onun likvid dəyərini təşkil edir. Qəbələ rayonu Zarağan kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinin 0,14 ha torpaq sahəsi ilə birlikdə hazırkı bazar qiymətinin 51.732 manatdan da aşağı olması inandırıcı görünmür. Həm də bunu mübahisələndirən iddiaçı məhkəməyə başqa bir qiymətləndiricinin gəldiyi fərqli nəticə barədə rəy təqdim etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi ipoteka predmetinin likvid qiymətinin qeyd olunan həddə müəyyən etməkdə haqlı olmuşdur.
64. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan faiz borcu, illik 5 faizlə hesablanmış faiz borcu, cərimə, məhkəmə xərclərinin düzgün müəyyənləşdirilməməsi, həmçinin ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində mübahisələndirilsə də, iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş olunur. Buna görə də məhkəmə kollegiyası iddianın təmin olunmayan digər hissələri barədə aşağıdakıları qeyd edir.
65. Birinci instansiya məhkəməsi iddia tələbinin iddia tələbinin “satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qətnamənin ümumi qaydada icra edilməsi, habelə cavabdehlərin evdən istifadə hüquqlarının itirilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, ipoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
66. Göründüyü kimi, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur. İpoteka predmetinin satışından əldə olunan vəsait kreditorun məhkəmə tərəfindən təmin edilmiş tələblərinin ödənilməsi üçün kifayət etmədikdə qalan borcun borcludan tutulması məqsədilə icra tədbirləri icra orqanı tərəfindən məhkəmə qərarının tam icrasınadək davam etdirilməlidir. Bunu qətnamədə əlavə göstərməyə lüzum yoxdur. Digər tərəfdən, məhkəmənin ehtimala əsaslanan tələbi təmin etməsi hüquqi müəyyənlik prinsipinə xələl gətirmiş olar.
67. Şərh olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin müəyyən olunmuş halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində hər hansı səhvə yol verməmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
68. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
69. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
70. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
71. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan on min manatdan az olduğundan bu iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. (bax: § 43)
72. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
73. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
74. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
75. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, e-2-2(117)-174/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, e-2-2(117)- 174/2022 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov