Məhkəmə qərarları › İş №2-2(107)-54/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-54/2023

10.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-54/2023 10.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə (Açar sözlər: pul tələbi, fors-major hal) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı "xxxx" prestij MTK-nın rəhbəri X5, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tаrixli 2- 2(117)-454/2022 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin mahiyyəti Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən İddiaçı MTK-nın qanuni təmsilçisi X6 Bakı şəhər, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyriyaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində aparılan auditlə müəyyən olunacaq zərərçəkmiş şəxslərin Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli sərəncamına əsasən Cavabdeh MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X47 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin auditinin başa çatdığı tarixə auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X6 şəriki, Cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi X28 qəbul etməsindən və auditin başa çatdırıldığı tarixədək yaranmış audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir. Müqavilənin 2.3-cü bəndinə əsasən cavabdeh C blokunun tikintisini 2019-cu ilin axırına başa çatdırmağı, 2.4-cü bəndinə əsasən digər blokların tikintisini 2020-ci ilin axırına başa çatdırmağı, 2.5-ci bəndinə əsasən D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahəni X7 adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən blokların tikintisini 2020-ci ilin axırına başa çatdırmamış, D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahəni X7 adına rəsmiləşdirməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı, cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün müqavilədə nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan 2.000.000 (iki milyon) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və İddiaçı MTK tərəfindən dövlət büdcəsinə ödənilməli olan 1.850.310,80 manat vergi borcunun və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı tərəfindən 82.700 manat pulun X21 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 95.760 manat pul X23 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2016-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 76.530 manat pul X22 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri ünvan 2 ünvanda yerləşən yüksək mərtəbəli binanın C blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 515 kv.m təşkil edən yaşayış sahəsi və Bakı şəhəri Xətai rayonu Xocalı pr. 32 ünvanda yerləşən yüksək mərtəbəli binanın B blokunda 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 36 kv.m olan qeyri-yaşayış sahəsi X8 verilməli, Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 170.000 manat pul X1 ödənilməli olan öhdəliklərin icra olunmasının cavabdehə aid edilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin İstintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işinin istintaqına kömək məqsədi ilə təyin olunmuş auditor X16 ‘X65’ MTK-nın qanuni təmsilcisi və təsisçisi Türkiyə Respublikasının vətəndaşı X9, ‘X65’ MTKnın təsisçiləri X50, X36 və X9 şəriki ‘İnter’ MMC-nin təsisçisi və qanuni təmçilcisi X28 iştirakları ilə 28 avqust 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin mahiyyəti Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli sərəncmına əsasən ‘Hom-Paş Prestij’ MTK-nın qanuni təmsilçisi X9 Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli( 2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan auditlə müəyyən olunacaq zərərçəkmiş şəxslərin Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli sərəncamına əsasən ‘İnter’ MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X47 tərəfindən tikilməkdə olan digər bloklardaki sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin auditinin başa çatdığı tarixə auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X5 şəriki, ‘İnter’ MMC-nin təsisçisi və qanuni təmsilçisi X28 qəbul etməsindən və auditin başa çatdırıldığı tarixədək yaranmış, audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarət olmuşdur. Müqaviləyə əsasən ‘Hom-Paş Prestij’ MTK öhdəlikləri tam şəkildə yerinə yetirmiş, lakin ‘İnter’ MMC müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, həmin müqavilənin 2.4 və 2.5-ci bəndinə əsasən ‘İnter’ MMC-nin təsisçisi və qanuni təmsilçisi X47 blokların tikintisini 2020-ci ilin axırına başa çatdırmağı, D blokda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahəni X9 adına rəşmiləşdirməyi öhdəsinə götürmüşdür. Lakin bugünədək D bloku tikilməmiş, hətta tikintisinə belə başlanmamışdır. Artıq öhdəliyin icra edilməli vaxtından 1 ildən artıq müddət ötmüşdür. Həmin ərazidə mənzillərin 1 kv.m qiyməti 1600 manat ilə 2200 manat arasındadır. Həmin müqavilənin 2.6-ci bəndinə əsasən Hom-Paş Prestij MTKnın Bakı şəhəri Xətai rayonu, Xocalı pr. 32 ünvanında inşa etdiyi A2 blok xaric digər binalarla bağlı olan bütün öhdəliklərin, vergi borclarının, o cümlədən bütün debitor və kreditorların icra olunması öhdəliyini “İnter’ MMC-nin təsisçisi və qanuni təmçilcisi X47 üzərinə götürmüş, lakin bugünədək icra etməmişdir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən ‘Hom-Paş Prestij’ MTK-nın qanuni təmsilçisi X17 həmin ərazidə bina tikmək məqsədi ilə özünün, X18, Əfrasim adlı şəxsin, X29 adına rəsmiləşdirilmiş bütün sahələrə dair şəhadətnamələri və digər hüquqverici sənədləri Qabil Əliyevin adına keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı öz öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh öhdəliklərini yerinə yetirməyərək həmin ərazidə bina tikməmişdir. Bina tikilib mənzillər iddiaçıya təhvil verilmədiyi üçün iddiaçı üçüncü şəxslərə (X30, X31, X48, X11, X32, X33, X24 və digər şəxslərə ) qarşı olan öhdəliklərini və borclarını yerinə yetirə bilmir.

4. Cavabdeh iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək bildirilmişdir ki, iddiaçı ilə aralarında xx.xx.2018-ci il tarixli birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçının qanuni təmsilçisi Hikmət Yiğitdölün xahişi ilə onun tərəfindən ziyan vurulmuş vətəndaşlara dəymiş ziyanın ödənilməsini Cavabdeh MMC tərəfindən hal-hazırda tikintisi yekunlaşmış 1 bloklu binada mənzil verməklə qarşılayacağını öhdəlik kimi götürmüşdür. Həmçinin, İddiaçı MTK-nın qanuni təmsilçisi Hikmet Yigitdöl də qeyd olunan müqaviləyə əsasən Cavabdeh MMC qarşısında bir sıra öhdəlikləri üzərinə götürmüşdür. Həmin öhdəliklərdən biri də ondan ibarətdir ki, İddiaçı MTK-nın qanuni təmsilçisi Hikmet X2 və X19 adına olan şəhadətnamələri və digər sənədləri cavabdehin qanuni təmsilçisinin adına keçirməli idi. Lakin hələ də adı çəkilən şəxslərin adına olan mənzillərin mülkiyyət hüququ onlarda qalmaqdadır. Cavabdeh MMC olaraq müqavilə üzrə üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmişdir. İddiaçı müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən tikiləcək D blokunun 23 və 24-cü mərtəbəsində olan 1250 kv.m sahənin Hikmet Yigitdölün adına rəsmiləşdirmə öhdəliyinin yerinə yetirilməməsini, hətta blokun tikilməməsini bildirmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamına uyğun olaraq Cavabdeh MMC ona ayrılmış sahədə layihələndirilmiş, hər biri 1 girişli olmaqla, 23 mərtəbəli, 3 blokun tikintisinə icazə verilməsi üçün AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişdir. Sonuncu orqan tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 26 avqust 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən 2 ədəd 1 girişli 23 mərtəbəli yaşayış binası və 4 mərtəbəli qeyriyaşayış binasına icazə verilmişdir. Yəni müqavilədə sözügedən “D” blokunun tikintisi rəsmi olaraq, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılmışdır. İddia tələbində qeyd edilən yaşayış sahələrinin dəyərinin müəyyən edilməsi ilə bağlı iş materiallarında olan mütəxəssis rəyinin mötəbərliyi şübhə doğurur. Belə ki, iddiaçı özü də bildirir ki, sözügedən “D” bloku tikilməmişdir. Belə olan halda, tikilməmiş yaşayış binasının 23-cü və 24-cü mərtəbələrinin yaşayış sahəsinin 1 kv.m-nin qiymətinin 1600 manat müəyyən edilməsi necə ola bilər?! Həmçinin cavabdeh etirazında bildirmişdir ki, 1250 kv.m-dən çıxmaqla 3-cü şəxslərə C blokdan mənzillər verilmişdir. Odur ki, iddia tələbini əsassız hesab edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin etiraz dəlillərinə münasibətdə bildirilmişdir ki, cavabdehin AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 3 blokun tikintisinə icazə vermədiyi üçün D blokun tikintisinin mümkün olmaması ilə bağlı etiraz dəlili əsassızdır. Belə ki, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC 2 blok tikməyi öhdəsinə götürmüşdür. Sonrakı tarixlərdə Cavabdeh MMC tərəfindən 3 blokun və ya 5 blokun tikintisinə müraciət edilməsi və müvafiq dövlət orqanları tərəfindən razılıq alınmamasının İddiaçı MTK-ya aidiyyatı yoxdur, çünki müqavilədən açıq-aşkar görünür ki, 2 blokun tikintisi göstərilmişdir. Həmçinin, iş materiallarında olan mütəxəssis rəyinin mötəbər olmaması ilə bağlı etiraz dəlilinə münasibətdə qeyd edilmişdir ki, Cavabdeh MMC sözügedən mütəxəssis rəyinin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mütəxəssis tərəfindən qeyd olunan ərazidə kifayət qədər araşdırma aparılmış və buna uyğun rəy hazırlanmışdır. İddiaçı qiyməti 1 kv.m üçün 1600 manat ilə hesablayaraq 2.000.000 (iki milyon) manat pulun ödənilməsini tələb etmişdir ki, halbuki hal-hazırda cavabdeh MMC tikintisini apardığı 2 blokda alıcılara təklif etdiyi qiymət 1700 manat ilə 2500 manat arasındadır. Həmçinin, cavabdehin iddia ərizəsinə etiraz olaraq Hikmet Yigitdöl müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, X29 və X19 adına olan çıxarışları MMC-nin adına rəsmiləşdirməməsi ilə bağlı etiraz dəlilinə münasibət bildirərək iddiaçı qeyd etmişdir ki, İddiaçı MTK bütün öhdəliklərini yerinə yetirmişdir. Əgər iddiaçı öz öhdəliklərini yerinə yetirməmişdirsə, belə olan halda MMC tərəfindən nə üçün MTK-ya qarşı iddia ərizəsi verilməmişdir?! Həmçinin cavabdeh bildirmişdir ki, 1250 kv.m-dən çıxmaqla 3-cü şəxslərə C blokdan mənzillər verilmişdir. Halbuki bununla əlaqədar olaraq sübut təqdim edilməmişdir.

6. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-454/2022 nömrəli iş üzrə qəbul etdiyi 26 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin İddiaçı MTK tərəfindən dövlət büdcəsinə ödənilməli olan 1.850.310,80 manat vergi borcunun və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 82.700 manat pul X21 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 95.760 manat pul X23 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2016-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 76.530 manat pul X22 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri ünvan 3 ünvanda yerləşən yüksək mərtəbəli binanın C blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 515 kv.m təşkil edən yaşayış sahəsi və Bakı şəhəri Xətai rayonu Xocalı pr. 32 ünvanda yerləşən yüksək mərtəbəli binanın B blokunda 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 36 kv.m olan qeyri-yaşayış sahəsi X8 verilməli, Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 170000 manat pul X1 ödənilməli olan öhdəliklərin icra olunmasının cavabdehə aid edilməsi” hissəsi üzrə icraata xitam verilmişdir.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən blokların tikintisini 2020-ci ilin axırına başa çatdırmamış, D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahəni X7 adına rəsmiləşdirməmişdir. Belə ki, cavabdeh bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X15 Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən sözügedən ərazidə 2019-cu ildən sonra tikinti işləri aparılmamış və yalnız Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli Tİ-06/22 nömrəli icazəsi əsasında A-5 yaşayış binasının tikilməsi məqsədi ilə həmin ərazidə torpaq-qazma işləri aparılır. Göründüyü kimi cavabdeh 2020-ci ilin sonuna qədər tikib və həmin tikintidən iddiaçı tərəfin mülkiyyətinə verməyi öhdəsinə götürdüyü yaşayış binasını tikməmiş və nəticədə öhdəliyini icra etməmişdir. Məhkəmə qeyd etmişdir ki, yaşayış binasının hansı səbəbdən tikilməməsi mübahisənin həllinə təsir etmir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdeh üzərinə götürdüyü öhdəliyin yerinə yetirə bilməməsi ilə bağlı qeydşərt nəzərdə tutlmamış, hər hansı obyektiv və subyektiv səbəblər barədə fors-major hal müqavilədə nəzərdə tutulmamış və cavabdeh müqavilə üzrə qəti şəkildə yerinə yetirəcəyi barədə öhdəliyi üzərinə götürmüşdür. Öhdəliyin icra edilməməsi üçün hər hansı hal mövcud olmuşdursa belə həmin hallar yalnız iddiaçı ilə razılaşdırma yolu ilə həllini tapmalıdır ki, cavabdeh ötən müddət ərzində öhdəliyini icra edə bilməməsinin səbəbləri və ona əlavə vaxtın verilməsi ilə iddiaçıya müraciətini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyini müəyyən olunmuş müddət ərzində yerinə yetirmədiyindən iddiaçı 1250 kv.m sahənin hazırki dəyərini ondan tələb edilməkdə haqlıdır. Belə ki, cavabdeh öhdəliyini icra edib yaşayış binasının 1250 kv.m hissəsini iddiaçının mülkiyyətinə vermiş olsaydı iddiaçının əldə edəcəyi əmlakın dəyəri hazırki vaxtla qiymətləndirilmiş olacaqdı. Məhkəmə mübahisəli ərazidə 1 kv.m dəyəri ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş “Məhkəmə Ekspertizası Xidmətləri” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02-49/22 nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən, D binasının 23-24-cü mərtəbələrindəki, ümumi sahəsi 1250 kv.metr olan, təmirsiz yaşayış sahələrinin xx.xx.2022-ci il tarixinə bazar dəyəri aşağıdakı kimi hesablanmışdır: 1800 (min səkkiz yüz) manat / 1 kv.m x 1250 kv.metr = 2.250.000 manat təşkil edir. Məhkəmə iddiaçı tərəfindən ərazidə olan yaşayış evlərinin 1 kv.m hissəsi ilə bağlı müəyyən etdiyi qiymətlə razılaşmışdır. Belə ki, mütəxəssis araşdırmasında müəyyən olunur ki, qiymətin müəyyən edilməsi zamanı mütəxəssis internet resurslarında olan elanlar vasitəsi ilə həm Xocalı prospektində olan qiymətləri, həm qonşu Orucov küçəsində olan qiymətləri müqayisəli şəkildə təhlil etmiş və yekun olaraq 1 kv.m dəyərini xx.xx.2022-ci il tarixə 1800 manat həddində müəyyən etmişdir.

8. Şəki Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tаrixli 2-2(117)- 454/2022 nömrəli qətnaməsi ilə (hakim R.Məcidov) iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC-dən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün müqavilədə nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan 2.000.000 (iki milyon) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilməsi, ödənilməmiş 400 manat dövlət rüsumunun Cavabdeh MMC-dən dövlət büdcəsinə tutulması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 406.1, 442, 445.2, 448.1, 448.2, 449.1-ci maddələrinə istinad etmişdir.

10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh MMC аpellyаsiyа şikаyəti vermişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 yanvar tarixli 2-2(107)-7/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 24 may 2023-cü il tarixli 2-2(102)-269/2023 nömrəli qərarı ilə Cavabdehn kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 17 yanvar tarixli 2-2(107)-7/2023 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən araşdırılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh MMC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qeyd olunan müqavilə həmin ərəfədə imzalanmışdır ki, iş üzrə iddiaçı "xxxx" MTK-nın direktoru olan Hikmət Yigitdöl tərəfindən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında tikilən hündürmərtəbəli binalarda olan mənzillər ayrı-ayrı şəxslərə təkrar satılmış və zərərçəkmişlərə küllü miqdarda zərər vurulmuşdur. Qeyd olunanlar barədə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılan zaman təqsirləndirilən şəxs "xxxx" MTK-nını direktoru olan Hikmət Yigitdöl ilə bizim aramızda xx.xx.2018-cı il tarixli birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Hikmət Yigitdölün xahişi ilə tərəfimizdən, cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi təmin olunmuşdur. Həmin müqaviləyə əsasən, "xxxx" MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöl tərəfindən ziyan vurulmuş vətəndaşlara dəymiş ziyanın ödənilməsini, "xxxx" MMC, hal-hazırda tərəfimizdən tikintisi yekunlaşmış 1 bloklu binada mənzil verməklə qarşılayacağını üzərinə öhdəlik kimi götürmüşdür. Həmçinin "xxxx" MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöl də qeyd olunan müqaviləyə əsasən "xxxx" MMC qarşısında bir sıra öhdəlikləri üzərinə götürmüşdür. Həmin öhdəliklərdən biri də ondan ibarətdir ki, "X65" MTK-nın direktoru Hikmət Yigitdöl, X29 və Əfrasim adlı şəxsin adına olan şəhadətnamələri və digər qanunverici sənədlərin mənim adıma keçirilməli idi. Lakin hələ də X29 və X19 adına olan mənzillərin mülkiyyət hüququ onlarda qalmaqdadır. Buna baxmayaraq iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yuxarıda qeyd olunan öhdəliyi tam yerinə yetirmişdir. Belə ki, həmin şəxslərin adına olan şəhadətnamləri və çıxarışı etiraza əlavə edirəm. Həmçinin "xxxx" MMC olaraq, yuxarıda göstərilən müqavilə üzrə üzərimizə düşən öhdəliyi tam olaraq yerinə yetirmişik. Buna görə də, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində təqsirləndirilən şəxs, "xxxx" MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöl barəsində olan cinayət iş üzrə yekun ittiham aktı tərtib olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 1(101)-78/2020 saylı, 11 noyabr 2020-ci tarixli hökmü ilə "xxxx" MTKnın qanuni təmsilçisi Hikmət Yigitdöl barəsində həbslə bağlı olmayan şərti cəza təyin edilmişdir. Həmin hökmdə həmçinin, cinayət işi üzrə zərərçəkmiş şəxslərə, "xxxx" MMC tərəfindən tikilən 1 bloklu binada mənzillərin verilməsi qeyd olunmuşdur. Belə ki, yuxarıda qeyd olunan "birgə fəaliyyət haqqında" olan müqavilənin bağlanılmasında məqsəd, onlarla vətəndaşın evsiz-eşiysiz qalmasının qarşısını almaq olmuşdur. Bizi bu işə vadar edən məqsəd, sadəcə həmin ünvanda yeni tikinti tikdiyimiz üçün yaranan narazılıqların bizə sirayət etməsinin və əlavə qanqaraçılıq yaranmasının qarşısını almaq olmuşdur. Həmçinin "xxxx" MTK-nın rəhbəri Hikmət Yigitdölün cinayət işin araşdıran istintaq orqanının da xahişi bu işdə böyük rol oynamışdır. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin xahişi ilə biz zərərçəkmiş vətandaşlara köməklik etmişik. Belə ki, cinayət işinin materiallarına nəzər saldıqda Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 22 iyul 2018-ci il tarixli "mütəxəssis təyin olunmasına dair" olan qərarını da görəcəksiniz. Həmin qərardan da görünr ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi birbaşa bizim ziyanı ödəməyimizdə marağı olmuş və belə desək ki, onların xahişi ilə biz bu işə imza atmışıq. Həmçinin həmin müqavilədə, təqsirləndirilən şəxs, "xxxx" MTK-nın sədri Hikmət Yigitdöl tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı Prospekti 32 ünvanında tikilən A 1 bloklu hündürmərtəbəli bina və A 1 bloklu bina ilə A 2 bloklu bina arasında yerləşən 4 mərtəbəli qeyri-yaşayış binasının hüquqları bizə keçmişdir. Hal-hazırda da həmin binalara təsərrüffat xidmətlərinin təşkili, kommunal xidmətlərin təşkili və binaların bütün lazımı kommunal xidmətlər göstərməsi üçün saxlanılması, bizim tərəfimizdən həyata keçirilir. İddiaçı, həmçinin aramızda olan müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən tikiləcək D blokunun 23 və 24 -cü mərtəbəsində olan 1250 kv.m sahənin Hikmət Yigitdölün adına rəsmiləşdirmə öhdəliyinin yerinə yetirilməməsi hətta həmin blokun tikilməməsini bildirmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı sərancamı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərancamının 1-ci bəndi ilə "xxxx" MTK-na ayrılmış 0,73 ha torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə razılaşdırılmış layihə sənədlərinə uyğun tikilməmiş 0,4984 ha torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Bundan sonra tərəfimizdən bizə ayrılmış sahədə lahiyələndirilmiş hər biri 1 girişli olmaqla, 23 mərtəbəli, 3 blokun tikintisinə icazə verilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilmişdir. Sonuncu orqan tərəfindən bizə ünvanlanmış 26 avqust 2019-cu il tarixli, 13/10- 4809 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin icarəsində olan torpaq sahəsində lahiyələndirilən 2 ədəd 1 girişli 23 mərtəbəli yaşayış binası və 4 mərtəbəli qeyri-yaşayış binasına icazə verilmişdir. Yəni müqavilədə sözügedən "D" blokunun tikintisi rəsmi olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılmışdır. Belə ki, bizə bunun səbəbi olaraq bildirilmişdir ki, layihələndirilən ərazidə yaşayış sıxlığı əmsalı yüksək olduğuna görə bu mümkün deyil. İddiaçı iddia tələbində qeyd olunan yaşayış sahələrinin dəyərinin ödənilməsini xahiş edərək, ümumilikdə 2.000.000 (iki miliyon) manat pulun bizdən tutulmasın xahiş edir. Buna dair mütəxəsiss rəyi iş materiallarına əlavə edilsə də, həmin rəyin nə qədər mötəbər olması şübhə doğurur. Belə ki, iddiaçı özü də iddia tələbində bildirir ki, sözügedən "D" bloku tikilməmişdir. Necə ola bilər ki, tikilməmiş yaşayış binasının 23 və 24-cü mərtəbəsinin yaşayış sahəsinin 1 kv.m-nin qiymət 1.600 (min altı yüz) manat olsun? Məhkəmə bu barədə müvafiq ekspertiza təyin etməli iş üzrə mötəbər rəyin verilməsindən ötrü mülki işi AR Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərməlidir. Əsas məsələ ondan ibarətdir ki, "X65" MTK-nını adından irəli sürülən iddia tələbi Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozularaq məhkəməyə təqdim olunmuşdur. Belə ki, iddia ərizəsini MTK-nın səlahiyyətli şəxsi qismində imzalayan və "X65" MTK-nı məhkəmədə təmsil edən nümayəndəyə və vəkilə verilmiş etibarnamə tamamilə etibarsızdır. Belə ki, məhkəməyə təqdim olunan iddia tələbində, iddiaçı "X65" MTK-nın səlahiyyətli nümayəndəsi qismində özünü təqdim edən şəxs olan Hikmət Yigitdöl barəsində olan və qanuni qüvvəsini xx.xx.2022-ci il tarixdə almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmüdə, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il müddətində dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunması cəzası təyin olunmuşdur. Hal-hazırda da həmin qərarın icrası Bakı şəhəri Nərimanov Rayon Probasiya Xidmətində nəzarət qaydasında icraatdadır. Həmçinin iddia tələbi üzrə iddiaçı tərəfindən tərəfimizdən mübahisə predmeti üzrə olan aramızda bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində bizdən müəyyən məbləğ tələb olunsa da həmin məbləğin nədə ifadə olunması və nə kimi mülki hüquqi ziyan olması iddia tələbində aydın göstərilməmişdir. Etirazın əsası ondan ibarətdir ki, iddiaçı qeyd olunan öhdəliyin yerinə yetirilməməsi ilə bağlı müəyyən məbləğ tələb edir, amma aramızda olan 28 avqust 2018-ci il tarixli müqavilə mübahisələndirilmir. Həmin müqavilə qüvvədədir. Əgər iddiaçının tələbi təmin olunarsa onda aramızda olan müqavilə üzrə olan öhdəliyimiz necə olacaq? Həmçinin iddiaçının iddia tələbi kimi qeyd etdiyi "nəzərdə tutulan tikilidə olan 1250 kv.m səhə" tikildikdən sonra, əslində "xxxx" MTK-ya deyil, fiziki şəxs olan Hikmət Yigitdölə verilməli idi. Belə olan halda məhkəmə fiziki şəxs olaraq Hikmət Yigitdölü qeyd olunan işə cəlb etməli idi. X46 "özünə çatası" hal-hazırki iş üzrə mübahisə predmeti olan "1250 kv.m sahədən" olan payı ayrı-ayrı fiziki şəxslərin adına rəsmiləşdirmişdir. Belə ki, "xxxx" MMC ilə X12 arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli müqavilədən görünür ki, "Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra X10 adına verilmiş müqavilədə göstərilən "D" blokundan olan 1250 kv.m sahədən çıxmaq şərti ilə "C" blokunun 4-cü mərtəbəsində yerləşən 76 kv.m təşkil edən qeyri yaşayış sahəsi" ona satılmışdır. Həmçinin xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci li tarixili "xxxx" MMC ilə X31 ilə bağnanmış müqavilələrdə, 01 mart 2019-cu il tarixdə "xxxx" MMC ilə X34 ilə bağlanmış müqavilədə, 01 mart 2019-cu il tarixli "xxxx" MMC ilə X37 arasında bağlanmış müqavilədə, 04 fevral 2019-cu il tarixli müqavilədə qeyd olunan sahələrin hamısı iddia tələbində qeyd olunan "1250 kv.m sahə" dən çıxmaqla təqdim olunan müqavilədə olan fiziki şəxslərə verilmişdir. Belə ki həmin müqavilələrə nəzərə yetirdikdə görmək olar ki, həmin müqavilələr həmçinin Hikmət Yigitdöl tərəfindən imzalanmışdır.

14. Ona görə də, Şəki Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tаrixli 2- 2(117)-454/2022 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı "xxxx" prestij MTK-nın nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili X13 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" prestij MTK-nın rəhbəri X20 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tаrixli 2-2(117)-454/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 556.1. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Şəki Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tаrixli 2- 2(117)-454/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən blokların tikintisini 2020-ci ilin sonuna başa çatdırmamış, D blokunda tikiləcək 23 və 24-cü mərtəbələrin bütün sahələrini, cəmi 1.250 kv.m sahəni X7 adına rəsmiləşdirməmişdir. Cavabdeh tərəf blokların tikintisini başa çatdırmadığını mübahisələndirmir. O, bildirir ki, həmin blokların tikintisinə ümumiyyətlə başlanmamışdır, tikinti Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yaşayış binasının hansı səbəbdən (o cümlədən də cavabdehin istinad etdiyi əsasla) tikilməməsi mübahisənin həllinə təsir etmir. Belə ki, cavabdeh tikinti sahəsində uzun müddət fəaliyyət göstərən hüquqi şəxsdir, bu sahədə risklərin (tikintiyə icazənin verilməməsi ehtimalı və s.) mövcud olmasını bilir və ya bilməli idi. Cavabdeh bu riskləri nəzərə alaraq iddiaçı ilə qarşılıqlı müqavilə şərtlərini müəyyən edə bilərdi. Lakin tərəflər arasında bağlanmış müqavilədə cavabdehin üzərinə götürdüyü öhdəliyin yerinə yetirə bilməməsi ilə bağlı qeyd-şərt, hər hansı obyektiv və subyektiv səbəblər ilə bağlı fors-major hallar nəzərdə tutulmamışdır. Müqavilə şərtləri tərəflər arasında könüllülük əsasında, qarşılıqlı razılaşma yolu ilə, hər iki tərəfin iradə ifadəsini bildirməklə müəyyən edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 24 may 2023-cü il tarixli 2-2(102)-269/2023 nömrəli qərarındakı göstərişlərini icra edərək və işin materiallarını araşdıraraq, aşağıdakı səbəblərdən apellyasiya şikayətinin dəlilləri ilə razılaşır, birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə isə razılaşmır. MM-in 448.1, 448.2 və 448.4-cü maddələrinin (bax yuxarıda bənd 18) əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, bir şərtlə ki, bu öhdəliklərin pozulmasında təqsirli olsun. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. MM-in 448.4-cü maddəsində nəzərdə tutulan vəziyyət faktiki olaraq qarşısıalınmaz qüvvəni, yəni fors-major hallarını özündə ehtiva edir. Hüquq nəzəriyyəsində fors-major halları obyektiv xarakterli, yəni baş verməsi borcludan asılı olmayan elə hallar başa düşülür ki, həmin halların baş verməsi borcluya öz öhdəliklərini icra etməyə imkan vermir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdeh tərəf blokların tikintisinə başlanılmamasını tikintinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılması ilə əsaslandırmışdır. Əgər cavabdeh səlahiyyətli dövlət orqanının qərarının əleyhinə çıxaraq və ya bu qərarın mövcudluğunu nəzərə almadan, yəni özbaşına (qanunsuz) şəkildə tikinti aparsa idi, bunun, cavabdehin qanunla nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsi, hətta qanunsuz tikiliən binanın sökülməsi üçün hüquqi əsas olması qaçılmaz idi. Bu zaman o da nəzərə alınmalıdır ki, səlahiyyətli dövlət orqanının tikintiyə icazə verməməsinin səbəb(lər)inin cavabdehdən qaynaqlanması, yəni cavabdehin hər hansı qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verməsi ilə bağlı olması işə baxan məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilə öhdəliyinin pozulmasında cavabdehin təqsiri mövcud deyildir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, tikinti sahəsində uzun müddət fəaliyyət göstərən cavabdeh bu sahədə risklərin (tikintiyə icazənin verilməiməsi ehtimalı və s.) mövcud olmasını bilirdi və ya bilməli idi, müqavilə şərtlərini bu riskləri nəzərə alaraq iddiaçı ilə qarşılıqlı müəyyən etməli idi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini əsassız hesab edir, ona görə ki, ən azından, iddiaçı da tikinti sahəsində fəaliyyət göstərən hüquqi şəxsdir və bu sahədə risklərin (tikintiyə icazənin verilməməsi ehtimalı və s.) mövcud olmasını bilirdi və ya bilməli idi, müqavilə şərtlərini bu riskləri nəzərə alaraq cavabdeh ilə qarşılıqlı müəyyən etməli idi. Mülki Məcəllənin 556.1-ci maddəsində öhdəliyə xitam verilməsinin əsası kimi icranın mümkün olmaması, yəni icra edilməmənin tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəlməsi müəyyən edilmişdir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə tikintinin səlahiyyətli dövlət orqanı tərəfindən dayandırılması nəticəsində cavabdehin müvafiq öhdəliyinin icrası tamamilə mümkünsüz hala gəlmiş, bu səbəbdən də həmin öhdəliyə Mülki Məcəllənin 556.1-ci maddəsinin tələbi baxımından xitam verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməməsi ilə bağlı qeydşərt, hər hansı fors-major hallar nəzərdə tutulmamışdır. Halbuki Mülki Məcəllənin yuxarıda istinad olunan normaları imperativ xarakterlidir, həmin normalarda onların, tərəflərin qarşılıqlı razılaşması ilə hər hansı formada dəyişdirilməsi imkanı ümumiyyətlə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, müqavilədə fors-major halının, qeyd-şərtin nəzərdə tutulmaması sözügedən qanun normalarının hüquqi qüvvəsinin qarşısını ala bilməz. Birinci instansiya məhkəməsinin istinad etdiyi digər dəlil ondan ibarət olmuşdur ki, müqavilə üzrə öhdəliyin icra edilməməsi üçün hər hansı hal mövcud olmuşdursa belə, həmin hallar yalnız iddiaçı ilə razılaşdırma yolu ilə həllini tapmalı idi. Lakin cavabdeh keçən müddət ərzində üzərinə götürdüyü öhdəlikləri icra edə bilməməsinin səbəbləri və ona əlavə vaxtın verilməsi ilə bağlı iddiaçıya müraciət etməmişdir. Məhkəmə kollegiyası həmin mövqeni də əsassız hesab edir. Ona görə ki, birincisi, hazırki işüzrə tikintiyə qoyulmuş qadağa müvəqqəti deyil, birdəfəlik (həmişəlik) xarakter daşıdığı üçün cavabdehə öz öhdəliklərinin icrası üçün əlavə vaxtın verilməsi onsuz da heç nəyi dəyişə bilməzdi. İkincisi isə, hazırkı halda hətta cavabdeh iddiaçıya icranın mümkün olmaması barədə məlumat versə idi belə, iddiaçı bu öhdəliyin hər hansı digər tikinti şirkəti tərəfindən yerinə yetirilməsinə nail olmaq imkanına malik deyildi. Çünki Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintini məhz cavabdehin və ya onun peşəkar fəaliyyətinin lazımi tələblərə uyğun gəlmədiyinə görə dayandırmamışdır. Bu hal işə baxan birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir. Bu da o deməkdir ki, göstərilən qurumun qadağası istənilən tikinti şirkəti üçün keçərlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 24 may 2023-cü il tarixli 2-2(102)-269/2023 nömrəli qərarında istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə” qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, tərəflər hüquq və öhdəliklərini müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. İddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmə icraatı zamanı israrla öz öhdəliklərini yerinə yetirdiyini bildirsə də, bununla bağlı öz mövqeyini konkret dəlillərlə əsaslandırmamışdır. Mübahisə predmeti olan müqavilə ikitərəfli xarakter daşıdığından cavabdehin öz öhdəliyini yerinə yetirə bilməməsi nəticəsində iddiaçının konkret olaraq hansı zərərə (itkilərə) məruz qalması birinci instansiya məhkəməsinin qətnaməsində öz əksini tapmamışdır. Məhkəmə kollegiyasının mövqeyinə görə, əgər iddiaçı həqiqətən də müqavilə ilə öz üzərinə düşən öhdəliklərini icra etmişdirsə və bunun nəticəsində müəyyən zərərə (itkiyə) məruz qalmışdırsa, həmin zərərin (itkinin) cavabdeh tərəfindən qarşılanması ədalət prinsipinə tamamilə uyğun olardı. Lakin məhkəmə araşdırmaları zamanı iddiaçının müqavilə ilə öz üzərinə düşən öhdəliklərini yerinə yetirməsi, cavabdehin isə öz öhdəliyini yerinə yetirə bilməməsi nəticəsində iddiaçıya zərər dəyməsi halı aşkar edilməmişdir.

24. Məhkəmə kollegiyаsı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 24 may 2023-cü il tarixli 2-2(102)-269/2023 nömrəli qərarındakı göstərişlərini icra edərək, iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh MMC tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tаrixli 2-2(117)-454/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh MMC-yə qarşı cavabdeh tərəfindən 2020-ci ilin sonunadək D blokunun tikintisi başa çatdırılmadığı üçün müqavilədə nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan 2.000.000 (iki milyon) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. İddia ərizəsi verilərkən ödənilməmiş 400 manat dövlət rüsumu İddiaçı Mənzil Tikinti Kooperativindən tutulmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tаrixli 2-2(117)-454/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh MMC-yə qarşı cavabdeh tərəfindən 2020-ci ilin sonunadək D blokunun tikintisi başa çatdırılmadığı üçün müqavilədə nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan 2.000.000 (iki milyon) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilməmiş 400 manat dövlət rüsumu İddiaçı Mənzil Tikinti Kooperativindən tutularaq dövlət büdcəsinə ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar