Məhkəmə qərarları › İş №2-2(107)-59/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-59/2022

12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-59/2022 12.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X9, X10 və X7 qarşı (açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, Cavabdehlər - X10 və X5 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X9, X10 və X7 qarşı "xxxx" ASC-nin Zaqatala filialı ilə X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/19 saylı kredit xətti müqaviləsinin vaxtından əvvəl xitam verilməsi, cavabdehlərdən həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixə ödənilməmiş qalan 269ZFFL203020005 referensli tranşı üzrə əsas borc 1512612,01 manat, faiz borcu 172469,4 manat, cərimə borcu 1502,18 manat olmaqla, cəmi 1686,583,6 manat, 269ZFFL203020006 referensli tranşı üzrə əsas borc 67000 manat, faiz borcu 7712,75 manat olmaqla, cəmi 74712,75 manat, ümumilikdə hər iki tranş üzrə 1761296,35 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 173,37 manat dövlət rüsumu və xidmət haqqının, ödənilmiş 1201 manat dövlət rüsumunun, iddia tələbinin həcmi artırılarkən əlavə ödənilmiş 28 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 24,1 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 17,55 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 400 manat mediasiya xərcinin tutulması, tutmanın X8 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına (xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) və ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinə (xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) yönəldilməsi, qeyri-yaşayış binasının və torpaq sahəsinin likvid qiyməti müəyyən edilməklə açıq hərracda satılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutularaq ödənilməsi, əmlakların boşaldılması və cavabdehlər və digər şəxslərin həmin əmlaklardan çıxarılması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 23 may 2022-ci il tarixli, e- 2-2(117)-10/2022 saylı qətnaməsindən cavabdehlər X9, X10, X11 və onların nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixli 11 nömrəli “Sahibkarlıq kreditlərinə zəmanət verilməsi üzrə Çərçivə Müqaviləsi”nə əsasən, Fond tərəfindən müvəkkil bank olan ilə "xxxx" ASC-nin sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyaların verilməsi, müvəkkil bank tərəfindən isə zəmanətin verilməsi üçün birdəfəlik üzvlük haqqının, xidmət haqqının və komissiyaların ödənilməsi barədə razılığa gəlinmişdir.

2. "xxxx" ASC və X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/19 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən N.Balaşova dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 12 ay olan ******* manat kredit verilmiş, borcalan N.Balaşov kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 16% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür.

3. Müqavilənin 2.1-ci bəndinə əsasən, kredit tranşı üzrə əsas borc və faizlər (bu Müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) aşağıdakı qaydada hesablanıb ödənilir: Hər ayrılan kredit tranşına görə faizlər kredit tranşı üzrə əsas borc qalığına müvafiq olaraq həmin əsas borc qalığının kreditora geri ödənilməsi tarixinədək hesablanır və ən azı aylıq qaydada ödənilir. Kredit tranşı üzrə əsas borc qalığı kredit xəttinin müddətinin sonunadək ödənilir.

4. Müqavilənin 2.2-ci bəndinə əsasən, borcalan hər kredit tranşı üzrə ödənişləri bu müqavilənin 2.1-ci bəndinə uyğun olaraq həyata keçirir.

5. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2019-cu il tarixli 03/19-1 və 03/19-2 nömrəli ipoteka müqavilələrində göstərilmiş X8 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binası (xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) və ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsi (xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) ipoteka ilə yüklü edilmişdir.

6. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2019-cu il tarixli 03/19-03 və 03/19-04 nömrəli zaminlik müqavilələrinə əsasən X9 və X10 zamindirlər.

7. "xxxx" ASC və X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/19-03 nömrəli zaminlik müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə xx.xx.2020-ci il tarixli 005 nömrəli əlavə sazişlə və xx.xx.2019-cu il tarixli 03/19-01 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2020-ci il tarixli müqavilə ilə kreditin qaytarılması vaxtı xx.xx.2022-ci ilədək uzadılmışdır.

8. Daşınmaz Əmlakın Dövlət Reyestrində 4 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmış DƏDR-dən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binası, 145 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış DƏDR-dən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsi xx.xx.2019- xx.xx.2022-ci illər arasındakı dövr üçün "xxxx" ASC-nin adına yüklü edilmişdir.

9. "xxxx" ASC-nin maliyyə arayışlarına əsasən 269ZFFL203020005 referensli kredit tranşı üzrə əsasən borc 1502363,64 manat, 269ZFFL203020006 referensli kredit tranşı üzrə əsasən borc 67000 manat təşkil edir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixə 269ZFFL203020005 referensli tranşı üzrə əsas borc 1512 612,01 manat, faiz borcu 89780,26 manat, günlük faiz məbləği 672,27 manat, 269ZFFL203020006 referensli tranşı əsas borc 67000 manat, 4049,81 manat faiz borcu, günlük faiz dərəcəsi 29,78 manat nəzərdə tutulmuşdur.

11. "xxxx" MMC-nin 2020-ci il tarixli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının xx.xx.2020-ci il tarixə olan likvid dəyəri 1 700 000 manat, ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinin likvid dəyəri isə 112000 manat müəyyən edilmişdir.

12. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının xx.xx.2022-ci il tarixə likvid dəyəri ******* manat, ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinin likvid dəyəri isə 159500 manat təşkil etmişdir.

13. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinin likvid dəyəri 270000, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri isə ******* manat müəyyən edilmişdir.

14. İddiaçı tərəfin təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 0465 və 0460 nömrəli rəylərinə əsasən ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinin likvid dəyəri 146000, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri isə ******* manat müəyyən edilmişdir.

15. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır.

16. İddiaçı "xxxx" ASC cavabdehlər X9, X10 və X7 qarşı iddia ərizəsi ilə, sonradan “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə və nəhayət “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək "xxxx" ASCnin Zaqatala filialı ilə X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/19 saylı kredit xətti müqaviləsinin vaxtından əvvəl xitam verilməsi, cavabdehlərdən həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixə ödənilməmiş qalan 269ZFFL203020005 referensli tranşı üzrə əsas borc 1512612,01 manat, faiz borcu 172469,4 manat, cərimə borcu 1502,18 manat olmaqla, cəmi 1686,583,6 manat, 269ZFFL203020006 referensli tranşı üzrə əsas borc 67000 manat, faiz borcu 7712,75 manat olmaqla, cəmi 74712,75 manat, ümumilikdə hər iki tranş üzrə 1761296,35 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 173,37 manat dövlət rüsumu və xidmət haqqının, ödənilmiş 1201 manat dövlət rüsumunun, iddia tələbinin həcmi artırılarkən əlavə ödənilmiş 28 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 24,1 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 17,55 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının, 400 manat mediasiya xərcinin tutulması, tutmanın X8 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına (xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) və ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinə (xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) yönəldilməsi, qeyri-yaşayış binasının və torpaq sahəsinin likvid qiyməti müəyyən edilməklə açıq hərracda satılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutularaq ödənilməsi, əmlakların boşaldılması və cavabdehlər və digər şəxslərin həmin əmlaklardan çıxarılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı iddia tələbini yuxarıda göstərilən hallarla (§§1-9 və 15) əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, cavabdehlərə kredit tranşı üzrə əsas borc qalığının və hesablanmış faizlə birlikdə qaytarılması və hesablanan dəbbə pulunun ödənilməsi barədə bank tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin buna baxmayaraq bu günə kimi borcun tam şəkildə ödənilməsi üçün tədbir görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 verdiyi iddiia ərizəsini müdafiə edərək göstərmişdir ki, cavabdehlər tərəfindən iddia məhkəmənin icraatına daxil olduqdan sonra hər hansı ödəniş edilməmişdir. Odur ki, kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 verdiyi izahatında bildirmişdir ki, ipoteka predmeti olan qeyri-yaşayış binasının qiyməti ilə bağlı üç ekspert rəyi vardır. Rəylərdən birində qeyri-yaşayış binasının qiyməti çox aşağı qiymətləndirilmişdir. Məhkəmə qətnaməsi qəbul edilərkən həmin rəyin nəzərə alınmamasını xahiş həmçinin,tərəflər arasında imzalanan müqavilənin müddəti bitdikdən sonra iddiaçı tərəfindən hesablanan faizlərin silinməsini xahiş etmişdir.

20. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X11 və cavabdeh X6 nümayəndəsi və iş üzrə cavabdeh olan X10 Nümayəndə2 dediklərini təsdiqləyərək iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehlər iddia məhkəmənin icraatına daxil olduqdan sonra hər hansı ödəniş etmədiklərini bildirmişlər.

21. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 23 may 2022-ci il tarixli, e-2-2(117)-10/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək "xxxx" ASC-nin Zaqatala filialı ilə X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/19 saylı kredit xətti müqaviləsi üzrə 269ZFFL203020005 referensli tranşı üzrə əsas borc 1512612,01 manat, faiz borcu 152973,64 manat, cərimə borcu 150 manat, 269ZFFL203020006 referensli tranşı üzrə əsas borc 67000 manat, faiz borcu 6849,13 manat pul cavabdehlər X9, X10 və X3 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, borc məbləği X8 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına və ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri ******* (üç milyon üç yüz dörd min) manat, ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinin likvid dəyəri 159500 (bir yüz əlli doqquz min beş yüz) manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait cavabdeh X5 "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına tutma önəldildikdə və o satıldıqdan bir ay müddətində cavabdehlər həmin qeyriyaşayış binasını boşaltmaları, iddianın qalan hissələrdə rədd edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 500 manat pulun 250 manatı "xxxx" ASC-dən və 250 manatı cavabdeh X3 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h - AZ30GUNA********************, m/h - AZ25NABZ********** **********, kod - 505594, swift - GUNAAZ22) ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı "xxxx" ASC-dən, 50 manatı X3 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h - AZ34CTRE********************, m/h - AZ41NABZ013601**********3944, kod - 210005, swift - CTREAZ22) hesabına ödənilməsi, ödənilmiş 1444,02 manat dövlət rüsumunun 17,3 manat hissəsi iddiaçıya aid edilməsi və 1426,72 manat hissəsi və 400 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

22. Məhkəmə öz qətnaməsini Mülki Məcəllənin 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2, 269.1-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39.3.3, 59.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdehlər X9, X10, X11 və onların nümayəndəsi və vəkili Nümayəndə2 həmin qətnamədən apellyasiya şikаyəti vermişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdehlər apellyasiya şikаyətidə qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin xahiş hissəsində iddia tələblərinin təmin edilməməsini göstərsələr də, şikayətin məzmununda ipoteka müqavilələrinin qanuiliyini və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərini mübahisələndirmişlər.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər X10 və X11 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək ipoteka predmetlərinin ilkin satış qiymətlərinin aşağı müəyyən edildiyini və ipoteka müqavilələrinin qanunun tələblərinə uyğun bağlanmadığını bildirdilər.

26. Ona görə də şikayətin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 23 may 2022-ci il tarixli, e-2-2(117)-10/2022 saylı qətnaməsinin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə ilkin satış qiymətlərinin daha yüksək səviyyədə müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Kommersiya 23 may 2022-ci il tarixli, e-2-2(117)-10/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

29. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X9 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. İş üzrə cavabdehlər apellyasiya məhkəməsinin qətnaməsini ipoteka müqavilələri və ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 307.1. “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Maddə 307.2. İpotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verilməklə müəyyənləşdirilir. Maddə 307.3. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. Maddə 307.4. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Maddə 307.5. Əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Maddə 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Maddə 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

33. “İpoteka haqqında” Azərbаycаn Respublikаsının Qаnunu:

Maddə 1.0.6. İpoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 10.5 İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Maddə 39.3. Məhkəmə ipotekа predmetinə tutmаnın yönəldilməsi hаqqındа qərаr qəbul edərək, qərаrdа ipotekа predmetinin ilkin sаtış qiyməti ipotekа qoyulаn ipotekа sаxlаyаnın rаzılаşmаsı əsаsındа, mübаhisə olduqdа isə müstəqil qiymətləndiricinin rəyi əsаsındа məhkəmə tərəfindən müəyyən edilir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 23 may 2022-ci il tarixli, e-2-2(117)-10/2022 saylı qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC və X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/19 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən N.Balaşova dövriyyə vəsaitinin məqsədləri üçün istifadə müddəti 12 ay olan ******* manat kredit verilmiş, borcalan N.Balaşov kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 16% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2019-cu il tarixli 03/19-1 və 03/19-2 nömrəli ipoteka müqavilələrində göstərilmiş X8 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına (xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) və ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinə (xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən) qəbul olunmuşdur. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2019-cu il tarixli 03/19-03 və 03/19-04 nömrəli zaminlik müqavilələrinə əsasən X9 və X10 zamindirlər. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/19-03 nömrəli zaminlik müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə xx.xx.2020-ci il tarixli 005 nömrəli əlavə sazişlə və xx.xx.2019-cu il tarixli 03/19-01 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2020-ci il tarixli müqavilə ilə kreditin qaytarılması vaxtı xx.xx.2022-ci ilədək uzadılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində 4 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmış DƏDRdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binası, 145 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmış DƏDR-dən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsi xx.xx.2019 -xx.xx.2022-ci illər arasındakı dövr üçün "xxxx" ASC-nin adına yüklü edilmişdir.

37. Birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcunun tutulmasına hissəsinə münasibətdə belə qənaətə gəlmişdir ki, 269ZFFL203020005 referensli tranşı üzrə əsas borc 1512612,01 manat, faiz borcu 152973,64 manat, cərimə borcu 150 manat, 269ZFFL203020006 referensli tranşı üzrə əsas borc 67000 manat, faiz borcu 6849,13 manat pul cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

38. Eyni zamanda hesab etmişdir ki, iddia tələbinin “X8 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasına və ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdeh X3 tutularaq ödənilməsi” hissəsinə münasibətdə cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır.

39. Birinci instansiya məhkəməsi ədalətli yanaşma baxımından və tərəflərin qanuni mənafelərini nəzərə alaraq ipoteka predmetlərinin likvid dəyərini müəyyən edərkən iddiaçının maraqlarını təmin edən ən aşağı qiyməti, eyni zamanda cavabdeh tərəfin maraqlarını təmin edən ən yüksək qiyməti deyil, tərəflərin maraqlarını mütənasüblüyünü təmin edən orta dəyərləndirməni əsas götürərək belə nəticəyə gəlmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5368,2 kv.m olan 0,29 ha mülkiyyətində olan torpaq sahəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri ******* (üç milyon üç yüz dörd min) manat, ünvan 2 ünvanında yerləşən 0,2278 ha torpaq sahəsinin likvid dəyəri 159500 (bir yüz əlli doqquz min beş yüz) məbləğində müəyyən edilməlidir.

40. Birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış (likvid) dəyərini müəyyənləşdirərkən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə istinad etmişdir. Qeyd edilən mütəxəssis rəyində 2019-cu ildən sonra qeyri-yaşayış sahəsi və torpaq sahəsi ilə bağlı yaxşılaşmalar, yeni tikili, qurğu və əlavələrin edilməsi, həmçinin obyektlərin icarəyə verilməsi ilə onun dəyərinin artırılması müəyyən edilir.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin qənaətini əsaslı hesab edirərək qeyd edir ki, "xxxx" MMC-nin həmin rəyi daha obyektiv və reallığa uyğundur.

42. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin qanunun tələblərinə uyğun bağlanmaması haqqında dəlili ilə bağlı bildirir ki, xx.xx.2019-cu il tarixli 03/19-1 və 03/19-2 nömrəli ipoteka müqavilələri və xx.xx.2019-cu il tarixli 03/19-01 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2020-ci il tarixli müqavilələri bu qətnamənin 32 və 33-cü paraqraflarında göstərilmiş normaların tələblərinə uyğun bağlanmışdır. Odur ki, həmin dəlillər də əsassızdır.

43. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

45. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

46. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

47. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

48. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 23 may 2022-ci il tarixli, e-2-2(117)-10/2022 saylı qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehlər X9, X10, X11 və onların nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 23 may 2022-ci il tarixli, e-2-2(117)-10/2022 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar