Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-59/2023 12.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1nə (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 31 may 2023cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SSA/019/06001 nömrəli xidmət haqqında müqaviləyə əsasən, icarəyəverən (iddiaçı) icarəyəgötürənə (cavabdehə) İddiaçı adlı xəstəxana informasiya sistemi proqram təminatını icarəyə verməyi, icarə paketinə daxil olan 13 ədəd Medhis modullarının (pasient qeydiyyatı modulu, randevu modulu, LİS 3.0, RİS 3.0, poliklinika modulu, fizioterapiya modulu, stomatologiya modulu, personalın idarəetmə modulu, xidmətlərin idarə edilməsi modulu, mühasibatlıq modulu, komisyon modulu, kassa modulu və statistika modulu) normativlərə uyğun quraşdırılmasını təmin etməyi, cavabdeh isə bu proqram üçün nəzərdə tutulan aylıq 300 manat icarə haqqı qiymətini hər ayın sonunadək ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SCA/019/06001 nömrəli xidmət haqqında müqaviləyə əsasən icraçı (iddiaçı) sifarişçiyə (cavabdehə) İddiaçı adlı xəstəxana informasiya sistemi proqram təminatı üçün cloud dəstək xidməti verməyi (bura sifarişçinin seçdiyi clouda Medhis verilənlər bazasının yüklənməsi, sazlanması və monitorinqi daxildir), sifarişçi isə aylıq 50 manat xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SSA/019/06001 nömrəli xidmət haqqında müqaviləyə əsasən icraçı (iddiaçı) sifarişçiyə (cavabdehə) İddiaçı adlı xəstəxana informasiya sistemi proqram təminatı ilə bağlı texniki və treyninq xidmətləri verməyi (bura hər modulla bağlı treyninqin verilməsi sifarişçinin təqdim etdiyi yazılı siyahı üzrə nəzərdə tutulur, müqavilə müddətində proqram təminatında edilən yenilik və dəyişikliklərin sifarişçi sistemində də edilməsi müqavilənin tərkib hissəsidir və müqavilə bağlandıqdan sonra proqram təminatının normal işləməsi üçün lazımi istifadəçi yönümlü dəstəyin verilməsi nəzərdə tutulur), sifarişçi isə aylıq 150 manat xidmət haqqını ödəməyi (bura sifarişçinin kompyuter, server (fiziki) və şəbəkə sistemində olan nasazlıqlar daxil deyil) öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.500 manat qalıq borcun, 5.755 manat penyanın və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında müqavilələr imzalanmışdır. Qeyd edilən müqavilələr üzrə xidmət haqları aylıq 300, 150 və 50 manat olmuşdur. İşlər əsasən icarə, alğı-satqı və klaud server xidmətlərindən ibarətdir. Müqavilələrin bəndləri və məzmunları əsasən biri-birinə uyğundur və sözügedən müqavilələrin “Müqavilənin predmeti” adlanan bəndlərinə əsasən - icarəyə verən adlanan iddiaçı icarəyə götürən adlanan cavabdehə İddiaçı adlı Xəstəxana informasiya proqram təminatını icarəyə verir və proqram təminatının aylıq icarə haqqı 300 manat təşkil etmişdir, qarşılıqlı razılaşmaya əsasən, qeyd edilən proqram təminatı ilə bağlı iddiaçı cavabdehə texniki və treyninq xidmətləri verir, bu xidmətlərə hər modul üzrə treyninqlərin verilməsi cavabdehin yazılı təqdim etdiyi siyahı üzrə nəzərdə tutulmuşdur. Müqavilə müddətində proqram təminatında edilən yenilik və dəyişikliklərin sifarişçinin sistemində də edilməsi müqavilənin tərkib hissəsi olmuşdur. Bundan əlavə müqavilə bağlandıqdan sonra proqram təminatının normal işləməsi üçün lazımı dəstəyin verilməsi nəzərdə tutulmuşdur. Aylıq xidmət haqqı 150 manat olmuşdur. Qarşılıqlı razılaşmaya əsasən, iddiaçının cavabdehə İddiaçı adlı Xəstəxana informasiya sistemi proqram təminatı üçün “cloud” dəstək verilməsi nəzərdə tutulmuşdur. Aylıq xidmət haqqı 50 amant olmuşdur. Qeyd edilən müqavilələrin 1-ci bəndləri “Tərəflərin öhdəlikləri” adlanır və müqavilənin bu bəndləri üzrə də iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Bu öhdəliklərin yerinə yetirilməməsi nəticəsində hazırda cavabdehin iddiaçıya qeyd edilən müqavilə tələbləri üzrə ümumilikdə 10.500 manat borcu yaranmışdır. Bu barədə maliyyə arayışı əlavə edilir. Cavabdehin ünvanına müxtəlif vaxtlarda elektron qaimələr göndərilmişdir. Eyni zamanda müvafiq olaraq sözügedən icarə və xidmət müqavilələrinin 2.4-cü bəndlərinə əsasən, sifarişçi sayılan cavabdeh müqavilə üzrə ödənişi 1 aydan artıq gecikdirərsə, hər gecikdirmə gününə görə gecikdirilmiş məbləğə 0,2 faiz penya tətbiq edilir. Cavabdeh1 MMC Zaqatala şəhərində fəaliyyət göstərən özəl klinikadır. Cavabdeh1 MMC ilə iddiaçının əməkdaşlığını nəzərə alaraq hazırki vaxtadək iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdir. Belə ki, iddia ərizəsinin indi təqdim edilməsinin səbəbi iddiaçı tərəfindən cavabdehlə gələcəkdə yenidən işgüzar münasibətlərinin qurulmasının gözlənilməsi olmuşdur. Cavabdeh tərəfindən əvvəlki bir neçə ay üzrə ödənişlər həyata keçirilmişdir. Sonrakı aylarda ödənişlərin edilməsi dayandırılmışdır. İş üzrə mediasiya prosesinə riayət edilmiş, mediasiya prosesində barışıq sazişinin əldə olunmasına cəhd edilmişdir. Lakin son anda iddiaçı və cavabdeh arasında mediasiyada razılıq əldə edilməmişdir. İddiaçı MMC texniki olaraq cavabdeh tərəfindən proqramın istifadə edildiyini sübut edə bilər. İddiaçı MMC-nin cavabdeh ”Labstyle” MMC-yə verdiyi proqramın istifadəsinin təsdiqinə dair iddiaçının İT mütəxəssisinin izahı olan video yazı CD disk formasında iddia ərizəsinə əlavə edilmişdir. Həmçinin diskə borcun olması ilə bağlı cavabdehin qanuni təmsilçisi ilə edilmiş whatsapp yazışmaları və qaimələrin elektron versiyası da diskə əlavə edilmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə aralarında müqavilə bağlamışlar, lakin iddiaçı öhdəlklərini yerinə yetirməmişdir. Belə ki, iddiaçının əməkdaşları tibb müəssisəsinin bütün avadanlıqlarını şəbəkəyə qoşmalı idi. Buna baxmayaraq onlar iki qəbul və laboratoriyada olan kompüteri bir-birinə qoşmuşlar. Dəfələrlə danışmalarına baxmayaraq iddiaçının əməkdaşları işi yekunlaşdırıb təhvil verməmişlər. Lakin onlar 1 il ərzində ümumi bir aydan bir olmaqla 6.000 manat nəğd qaydada pul ödəmişlər. İddiaçı tərəf işi təhvil vermədiyindən ödənişləri dayandırmışlar. Başqa şirkətlə müqavilə bağlamışlar, iddiaçı tərəfin görməli olduğu işi onlar görmüşlər və hazırda xəstəxanada bütün avadanlıqlar şəbəkəyə qoşulmuş vəziyyətdə işləyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5/1414 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixli SSA/019/06001 nömrəli müqavilə ilə Cavabdeh1 MMC-nin icarəsinə verilmiş Medhis proqram təminatının sonuncu tərəfindən ilk istifadə tarixi xx.xx.2019-cu il, son istifadə tarixi xx.xx.2021-ci ildir. Medhis proqram təminatı Cavabdeh1 MMC tərəfindən hal-hazırda istifadə edilmir. Müqavilə ilə müəyyən edilmiş icarə paketinə daxil olan 11 ədəd modul (pasient qeydiyyatı modulu, randevu modulu, LİS 3.0, poliklinika modulu, fizioterapiya modulu, personalın idarəetmə modulu, xidmətlərin idarə edilməsi modulu, mühasibatlıq modulu, komisyon modulu, kassa modulu və statistika modulu) aşkar edilmiş, 2 ədəd modul (RİS 3.0 və stomatologiya) müəyyən edilməmişdir. Serverə baxış zamanı texniki dəstək və qeydə alma xidmətləri üçün prosesləri təmin edən vasitələr (real recorder) aşkar olunmamışdır. Medhis proqram təminatı ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə göstərilmiş texniki və treyninq xidmətlərinin qeydlərini özündə əks etdirən app.asana.com sistemi müəyyən olunmuşdur. Qeyd olunan sistemə görə Medhis proqram təminatı ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə göstərilmiş ilkin texniki dəstək və treyninq xidməti xx.xx.2019-cu il, sonuncu xidmət isə xx.xx.2021-ci ildə olunmuşdur. Medhis proqram təminatı üzrə yenilənmələrin aparılması müəyyən edilmişdir. İlkin yenilənmə xx.xx.2019- cu ildə, sonuncu yenilənmə isə xx.xx.2020-ci ildə aparılmışdır, sonuncu yenilənmədən sonra proqram təminatının versiyası 2.127 olmuşdur. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-12/2023 nömrəli iş üzrə qəbul etdiyi 31 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 10.466,58 manat borcun və 150,59 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, 138,76 manat məbləğində dövlət rüsumunun isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, İddiaçı proqram təminatının iddiaçı tərəfindən cavabdehin icarəsinə verilməsi, proqram təminatında yenilənmə aparılması və texniki dəstək göstərilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5/1414 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapır. Məhkəmə tərəfindən araşdırılmış və müəyyən edilmiş hallardan göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliklərini qismən yerinə yetirərək İddiaçı proqram təminatı üzrə müqavilədə nəzərdə tutulmuş qaydada 13 ədəd modulu deyil, 11 ədəd modulu cavabdehin icarəsinə vermişdir. Məhkəmə hesab edir ki, 13 ədəd modulun aylıq icarə haqqı tərəflər arasında razılaşdırılmış müqavilə üzrə 300 manat təşkil etdiyi halda, 11 ədəd modulun aylıq icarə haqqı 253,84 manat (300/13 modul x 11 modul), habelə 13 ədəd modula görə texniki dəstək və xidmətlərə görə aylıq 150 manat xidmət haqqı müəyyən edildiyi halda 11 ədəd modula görə 126,92 manat (150/13 modul x 11 modul) və proqram təminatında yenilənmə üçün 13 ədəd modul üçün nəzərdə tutulmuş aylıq 50 manat xidmət haqqı 11 ədəd modul üçün 42,30 manat (50/13 modul x 11 modul) təşkil edəcəkdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı proqram təminatının istifadə tarixləri xx.xx.2019xx.xx.2021-ci il (2 il 4 ay 8 gün) olmuş, proqram təminatında yenilənmələr xx.xx.2019xx.xx.2020-ci il (1 il 24 gün) ərzində aparılmış və proqram təminatı üzrə texniki dəstək və treyninq xidməti xx.xx.2019-xx.xx.2021-ci il (1 il 9 ay 20 gün) ərzində göstərilmişdir. Belə olan halda məhkəmə o nəticəyə gəlir ki, İddiaçı proqram təminatının icarə haqqı 11 modul üçün ümumilikdə 7.175,21 (2 il 4 ay 8 gün x 253,84 manat) manat, proqram təminatının yenilənməsi üzrə xidmət haqqı 11 ədəd modul üçün ümumilikdə 541,44 (1 il 24 gün x 42,30 manat) manat və texniki dəstək və treyninq xidməti üzrə xidmət haqqı 11 ədəd modul üçün ümumilikdə 2.749,93 (1 il 9 ay 20 gün x 126,92 manat) manat təşkil edir. Belə olan halda cavabdeh tərəfindən ödənilməmiş 10.500 manat deyil, 10.466,58 manat (7.175,21 manat + 2.749,93 manat + 541,44 manat) qalıq borc mövcuddur ki, iddia bu hissədə qismən təmin edilməklə 10.466,58 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 5.755 manat penya məbləğinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli SSA/019/06001 nömrəli xidmət haqqında müqavilənin 1.1.1-ci bəndinə əsasən icarəyəverən müqavilənin predmetinə uyğun olaraq siyahı üzrə bütün modulları icarəyə götürənə təhvil verir. 2.4-cü bəndinə əsasən icarəyəgötürən ödənişi 1 aydan artıq gecikdirərsə hər gecikdirilmə gününə görə gecikdirilmiş məbləğə 0,2 % penya tətbiq edilir. Digər müqavilələrdə isə penya ödənilməsi ilə bağlı müddəalar yoxdur. Hazırki iş materialları ilə icarə predmeti olan İddiaçı proqram təminatının bütün modullarının icarəyə götürənə təhvil verilməsinə dair sübut mövcud olmamaqla yanaşı, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi müqavilə predmeti olan 13 modulların 11 modulu quraşdırmış, digər 2 modul isə quraşdırılmamışdır. Belə olan halda iddiaçı öhdəliyini qismən icra etmiş və işlər təhvil verilmədiyindən hər hansı dəbbə pulundan söhbət gedə bilməz. Belə ki, tərəflər işlərin təhvil verilməli olması ilə bağlı razılığa gəlmişlər ki, işlər qismən icra edildiyindən iddiaçı tam təhvil vermədiyi işə görə dəbbə pulu tələb edə bilməz. Beləliklə xx.xx.2019-cu il tarixli, SSA/019/06001 nömrəli xidmət haqqında müqavilənin 2.4-cü bəndinə əsasən işlər təhvil verilmədiyindən ödənişin hansı tarixdən gecikdirilməsini də müəyyən etmək mümkün olmadığından, habelə digər müqavilələr üzrə isə ümumiyyətlə cərimə hesablanması ilə bağlı tərəflər arasında razılaşma olmadığından məhkəmə hesab edir ki, iddia tələbi 5.755 manat penya məbləğinin ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 700.1, 700.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı ilə cavabdeh arasında baglanmış xx.xx.2019-cu il tarixli müqavilənin 1.1.1 və 1.2.1-ci bəndinə məhkəmə düzgün qiymət verməyib. Həmin bəndlərdə deyilir ki, "siyahı üzrə bütün" modulları icarəyə verilir, iddiaçı proqramı işlək vəziyyətdə təhvil verir, cavabdeh işlək vəziyyətdə təhvil alır. İcarəyə götürənin məsul şəxsi ilə birlikdə proqramı test etmək, icarəyə götürənin test etməsi üçün 1 ay möhlət verir. Sual: İcarəyə verən proqramı təhvil verdimi? Təhvil vermişdirsə təhvil-təslim aktı hardadı? Kim təhvil alıb? Təhvil alanın nümayəndəsi ilə birlikdə proqram test edilibmi? İcarəyə götürənin nümayəndəsinə test etmək üçün 1 ay vaxt verildimi? Testlə baglı hansı sənədlər tərtib olundu? Müqavilənin 1.1.2-ci bəndində deyilir: Modulların standartlara uygun quraşdırılmasını təmin etmək, işlək vəziyyətə gətirmək. Modullar standartlara uygun quraşdırılmadığına görə proqram iddiaçıdan təhvil alınmayıb, iddiaçı proqramı işlək vəziyyətdə quraşdıra bilmədi. Modulların standartlara uygun quraşdırılması ondan ibarətdir ki, modullar quraşdırıldıqdan sonra, modullar arasında əlaqə yaradılır. Sadə dildə izah edim: Pasiyent stomatologiya modulu üzrə müraciət edib müayinə olunmasını istəyirsə, ilk öncə qeydiyyat moduluna pasiyentin adı yazılır, qeydiyyatın yazdığını kassa modulu görür, pasiyent kassaya mədaxil etdikdən sonra, mühasibatlıq modulu və stomatologiya modulu görür ki, onun qəbuluna pasiyent gəlib və neçənci adamdır. Müqavilədə göstərilən proqram təminatındakı modulların işləmə prinsipi qeyd olunan qaydada quraşdırılmayıb, iddiaçı işini yarımçıq qoyduguna görə cavabdehin ona heç bir borcu yoxdur. İddiaçının quraşdırdıgı modul yalnız qeydiyyat modulu olmuşdur. Məsələn, pasiyent analiz üçün müraciət etdikdə analizin cavabları qeydiyyat modulunda görünməli və kompyuterdən çap şəklində pasiyentə təhvil verilməli idi. Lakin iddiaçının gördüyü işin nəticəsində biz analiz cavablarını pasiyentə əl ilə yazıb təqdim edirdik. Komersiya məhkəməsi işdə olan müqavilədə göstərilən xidmətlərin olub olmadıgını araşdırmamış, ekspertin verdiyi vəsatətlə rəyinin arasındakı ziddiyyəti araşdırmamışdır. Ekspert məhkəməyə vəsatət verir ki, ekspertin keçirilməsi üçün Nəqliyyat Nazirliyinin mütəxəsisləri cəlb olunmaqla aparıla bilər. Lakin ekspert rəyindən görünür ki, mütəxəsislər iddiaçının tabeliyində işləyən mütəxəsislərdir. İddiaçının iddia ərizəsi üzrə ekspertizadan onun nümayəndəsinin verdiyi mütəxəsis rəyindən istifadə edilərək verilmiş ekspert rəyi nə dərəcədə dogru ola bilər. Ekspertiza keçirilən zaman SERVER vasitəsilə yoxlama aparılan zaman mən ekspert qarşısında sual qoydum ki, iddiaçının quraşdırdıgı modullardan hansı pasiyentin qeydiyyata alınaraq hansı həkimə müraciət üçün gəldiyi aydınlaşdırılsın. Ekspert bunu aydınlaşdıra bilmədi. İndi isə apellyasiya məhkəməsi qarşısında vəsatət verirəm: təkrar və ya əlavə ekspertiza təyin edilsin Ekspert qarşısında aşagıdakı suallar qoyulsun: 1. Müqavilədə qeyd edilmiş modullar quraşdırıldıqdan sonra onlar bir biri ilə əlaqəli şəkildə işləmişdirmi? Müqavilədə qeyd olunmuş modulların, proqramın tam işlək olub olmadığını müəyyən etmək və tam işlək dedikdə nə başa düşülür. 2. Proqramın işləmə prinsipi necədir? 3. Modullar standartlara uygun quraşdırılmışdırmı və tam işlək vəziyyətdə olmuşdurmu? Modulların standartlara uygun quraşdırılması nədən ibarətdir? Modulların quraşdırıldıqdan sonra bir biri ilə əlaqəli şəkildəmi işləməlidir? 4. Proqram təminatının (yəni bütün modulların bir biri ilə əlaqəli şəkildə) server hissəsini LİNUX əməliyyat sistemində (ƏS) quraşdırılmışdırmı? Son istifadəçilər üçün təyinatı üzrə Windows (7/8/10) ƏS-də (əməliyyat sistemində) işləməsi təmin edilmişdirmi? Həmin proqram modullarının əlaqəli olaraq server hissəsi əməliyyat sisteminə qoşulmuş olsaydı, bütün müraciət edən xəstələrin bütün rekvizitləri Database Server-dən açıq aydın görmiş olacaqdı. Sadəcə olaraq iddiaçı müqavilədə göstərilmiş xidmətləri axıradək yerinə yetirmədi, lakin həmin müddətdə xəstələr müraciət klinika işləyirdi, biz də ümid edirdik ki, iddiaçı öz öhdəsinə götürdüyü işi tamamlayacaq, iddiaçı işini tamamlamadan əldən ələ pulu alırdı, bizdə işin xətrinə gözləyirdik, sonda məlum oldu ki, iddiaçı işimizi görməyəcək, məcbur olub başqa şirkətlə müqavilə bagladıq və hazırda başqa proqramla klinika işləyir. İddiaçı nə iddia ərizəsində nə də məhkəmədə cavabdehdən hansı xidmət üzrə hansı aylar üzrə neçə manat tələb etdiyi yazmamış və deməmişdir. İddiaçının tələbindən aydın görünməyən tələblərə hakim öz təşəbbüsü ilə aydınlıq gətirmişdir. Sonda məhkəməyə onu da bildirmək istəyirəmki, iddiaçı quraşdırdığını iddia etdiyi proqram təminatı cavabdeh klinikada istifadə ediməmiş, yəni iddiaçı proqram təminatı üzrə modulları düzgün bir-birilə əlaqəli şəkildə tam quraşdırmadığı üçün klinikada proqram təminatının işlətmək mümkün olmamış və hər moduldan digər modul üçün əl ilə kağız daşımalı olmuşuq. Müqavilədə göstərilmiş xidmətlər təhvil verilməyib. Görülməyən işlər üçün məhkəmə pul ödəməyi öhdəmizə qoymuşdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhz iddiaçı tərəfin vəsatəti əsasında ekspertiza keçirilmiş və hər iki tərəfin nümayəndələrinin və ekspertlərin iştirakı xəstəxanada quraşdırılmış sistemə baxış keçirilmişdir. Ekspert rəyi kifayət qədər aydın və tamdır. Cavabdeh də həmin ekspert rəyi ilə tanış olub və birinci instansiya məhkəməsində işə baxılarkən heç bir etirazını bildirməyib, hazırda da apellyasiya baxışının iclasında iştirak etmir. Bu da onu göstərir ki, cavabdehin məqsədi işi uzatmaqdır. Cavabdeh apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, işə baxmış birinci instansiyası məhkəməsi iddia tələbinin bir qismini təmin etmiş, lakin iddiaçı qətnaməni apelyasiya qaydasında müğahisələndirməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən Məhkəmə hazırki iş üzrə qəbul edilmiş qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. . İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdiyi məlumatlardan müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SSA/019/06001 nömrəli xidmət haqqında müqaviləyə əsasən icarəyəverən İddiaçı MMC icarəyəgötürən cavabdeh klinika üçün Medhis adlı xəstəxana informasiya sistemi proqram təminatını icarəyə verməyi, icarə paketinə daxil olan 13 ədəd Medhis modullarının (pasient qeydiyyatı modulu, randevu modulu, LİS 3.0, RİS 3.0, poliklinika modulu, fizioterapiya modulu, stomatologiya modulu, personalın idarəetmə modulu, xidmətlərin idarə edilməsi modulu, mühasibatlıq modulu, komisyon modulu, kassa modulu və statistika modulu) normativlərə uyğun quraşdırılmasını təmin etməyi, Cavabdeh1 MMC isə bu proqram üçün nəzərdə tutulan aylıq 300 manat icarə haqqı qiymətini hər ayın sonunadək ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SCA/019/06001 nömrəli xidmət haqqında müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh1 MMCyə Medhis adlı xəstəxana informasiya sistemi proqram təminatı üçün cloud dəstək xidməti verməyi (bura sifarişçinin seçdiyi clouda Medhis verilənlər bazasının yüklənməsi, sazlanması və monitorinqi daxildir), sifarişçi isə aylıq 50 manat xidmət haqqını ödəməyi və digər vəzifələri, xx.xx.2019-cu il tarixli, SSA/019/06001 nömrəli xidmət haqqında müqaviləyə əsasən isə icraçı İddiaçı MMC sifarişçi Cavabdeh1 MMC-yə Medhis adlı xəstəxana informasiya sistemi proqram təminatı ilə bağlı texniki və treyninq xidmətləri verməyi (bura hər modulla bağlı treyninqin verilməsi sifarişçinin təqdim etdiyi yazılı siyahı üzrə nəzərdə tutulur, müqavilə müddətində proqram təminatında edilən yenilik və dəyişikliklərin sifarişçi sistemində də edilməsi müqavilənin tərkib hissəsidir və müqavilə bağlandıqdan sonra proqram təminatının normal işləməsi üçün lazımi istifadəçi yönümlü dəstəyin verilməsi nəzərdə tutulub), sifarişçi isə aylıq 150 manat xidmət haqqını ödəməyi (bura sifarişçinin kompyuter, server (fiziki) və şəbəkə sistemində olan nasazlıqlar daxil deyil) və digər vəzifələri öhdəsinə götürmüşdür. Hazırda iddiaçı bildirir ki, onunla cavabdeh arasında bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh görülmüş işlərin razılaşdırılmış dəyərini ödəməmişdir. Cavabdehin dəlilləri isə ondan ibarətdir ki, iddiaçı müqavilə öhdəliklərini lazımi həcmdə və keyfiyyətdə yerinə yetirməmiş, görülməsi nəzərdə tutulmuş işləri yerinə yetirməmiş, işləri təhvil verməmişdir. İşə baxmış Rayon Məhkəməsi mübahisənin həlli ilə bağlı iş üzrə məhkəməkompyuter-texniki ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Ekspertiza tədqiqatının rnəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 5/1414 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixli, SSA/019/06001 nömrəli müqavilə ilə Cavabdeh1 MMC-nin icarəsinə verilmiş Medhis proqram təminatının sonuncu tərəfindən ilk istifadə tarixi xx.xx.2019-cu il, son istifadə tarixi xx.xx.2021-ci ildir. Medhis proqram təminatı Cavabdeh1 MMC tərəfindən hal-hazırda istifadə edilmir. Müqavilə ilə müəyyən edilmiş icarə paketinə daxil olan 11 ədəd modul (pasient qeydiyyatı modulu, randevu modulu, LİS 3.0, poliklinika modulu, fizioterapiya modulu, personalın idarəetmə modulu, xidmətlərin idarə edilməsi modulu, mühasibatlıq modulu, komisyon modulu, kassa modulu və statistika modulu) aşkar edilmiş, 2 ədəd modul (RİS 3.0 və stomatologiya) müəyyən edilməmişdir. Serverə baxış zamanı texniki dəstək və qeydə alma xidmətləri üçün prosesləri təmin edən vasitələr (real recorder) aşkar olunmamışdır. Medhis proqram təminatı ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə göstərilmiş texniki və treyninq xidmətlərinin qeydlərini özündə əks etdirən app.asana.com sistemi müəyyən olunmuşdur. Qeyd olunan sistemə görə Medhis proqram təminatı ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə göstərilmiş ilkin texniki dəstək və treyninq xidməti xx.xx.2019-cu il, sonuncu xidmət isə xx.xx.2021-ci ildə olunmuşdur. Medhis proqram təminatı üzrə yenilənmələrin aparılması müəyyən edilmişdir. İlkin yenilənmə xx.xx.2019- cu ildə, sonuncu yenilənmə isə xx.xx.2020-ci ildə aparılmışdır, sonuncu yenilənmədən sonra proqram təminatının versiyası 2.127 olmuşdur. Yuxarıda qeyd olunan ekspert rəyinin nəticələri ilə razılaşmayan cavabdeh, iş üzrə təkrar və ya əlavə ekspertiza təyin olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf ekspert rəyi ilə razılaşmasa da ekspert rəyini şübhə altına ala biləcək sübutları Məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf müqavilə üzrə öhdəliklərin lazımınca icra etməməsi və ya öhdəliklərin ümumiyyətlə yerinə yetirilməməsi ilə bağlı keçən müddət ərzində iddiaçıya pretenziya göndərməmiş, öhdəliklərinin yerinə yetirilməsini tələb etməmişdir. Cavabdeh bu halları təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, Məhkəmə qeyd edir ki, apellyasiya baxışı zamanı ekspert rəyi tədqiq edilmiş və müəyyən edilmişdir ki, rəy kifayət qədər əsaslandırılmışdır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə apellyasiya şikayətinin müzakirə edilən dəlili əsaslı hesab etməmiş və iş üzrə ekspertiza təyin etməmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini qismən yerinə yetirərək Medhis proqram təminatı üzrə müqavilədə nəzərdə tutulmuş qaydada 13 ədəd modulu deyil, 11 ədəd modulu cavabdehin icarəsinə vermişdir. Məhkəmə hesab edir ki, 13 ədəd modulun aylıq icarə haqqı tərəflər arasında razılaşdırılmış müqavilə üzrə 300 manat təşkil etdiyi halda, 11 ədəd modulun aylıq icarə haqqı 253,84 manat (300/13 modul x 11 modul), habelə 13 ədəd modula görə texniki dəstək və xidmətlərə görə aylıq 150 manat xidmət haqqı müəyyən edildiyi halda 11 ədəd modula görə 126,92 manat (150/13 modul x 11 modul) və proqram təminatında yenilənmə üçün 13 ədəd modul üçün nəzərdə tutulmuş aylıq 50 manat xidmət haqqı 11 ədəd modul üçün 42,30 manat (50/13 modul x 11 modul) təşkil edəcəkdir. Məhkəmə həmçinin bildirir ki, Medhis proqram təminatının istifadə tarixləri xx.xx.2019xx.xx.2021-ci il (2 il 4 ay 8 gün) olmuş, proqram təminatında yenilənmələr xx.xx.2019xx.xx.2020-ci il (1 il 24 gün) ərzində aparılmış və proqram təminatı üzrə texniki dəstək və treyninq xidməti xx.xx.2019-xx.xx.2021-ci il (1 il 9 ay 20 gün) ərzində göstərilmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, Medhis proqram təminatının icarə haqqı 11 modul üçün ümumilikdə 7.175,21 (2 il 4 ay 8 gün x 253,84 manat) manat, proqram təminatının yenilənməsi üzrə xidmət haqqı 11 ədəd modul üçün ümumilikdə 541,44 (1 il 24 gün x 42,30 manat) manat və texniki dəstək və treyninq xidməti üzrə xidmət haqqı 11 ədəd modul üçün ümumilikdə 2.749,93 (1 il 9 ay 20 gün x 126,92 manat) manat təşkil edir. Bu baxımdan cavabdeh tərəfindən ödənilməmiş 10.500 manat deyil, 10.466,58 manat (7.175,21 manat + 2.749,93 manat + 541,44 manat) qalıq borc mövcuddur. Odur ki, Məkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır, 10.466,58 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apelyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 31 may 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-59/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-59/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver