Məhkəmə qərarları › İş №2-2(107)-59/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-59/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-59/2025 22.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – X3 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı - İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh - Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 və digər nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış icarə hüquqlarının alqı-satqısına dair müqavilənin etibarsızlığının tanınması, **********13 reyestr nömrəli hüquqların dövlət reyestrindən çıxarışı ilə İddiaçı icarəsinə verilmiş Şəki rayonu Səbətli qış otlağı ərazisində yerləşən 450 ha torpaq sahəsindən Cavabdeh MMCnin çıxarılması və həmin torpaq sahəsinin onun sahibliyinə qaytarılması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, e-2-2(117)-36/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət reyestrindən ******* nömrəli çıxarışına əsasən Şəki rayonu, Səbətli qış otlağı ərazisində yerləşən ölçüsü 450.0 ha olan torpaq sahəsi xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 12 Saylı xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinə əsasən İddiaçı Şamil oğlunun icarəsinə verilmişdir.

2. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət reyestrindən ******* nömrəli çıxarışına əsasən Şəki rayonu, Səbətli qış otlağı ərazisində yerləşən ölçüsü 450.0 ha olan, **********13 reyestr nömrəli kənd təsərrüatı təyinatlı torpaq sahəsi Şəki şəhər İcra Hakimiyyətinin tam mülkiyyətindədir.

3. İş materiallarında olan Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 78 nömrəli Sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 iyul 2012-ci il tarixli 164 s nömrəli qərarı ilə “Səbətli” qış otlağından əkin dövriyyəsinə cəlb edilmiş 3000.1 hektar sahənin 450 hektarı əkinçilik məqsədilə ünvan 1 ünvanında yaşayan İddiaçı Şamil oğluna 49 il müddətinə icarəyə verilsin.

4. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 06 nömrəli “Torpaq icarə müqaviləsi”ndən görünür ki, Şəki şəhər İcra Hakimiyyəti və İddiaçı arasında xx.xx.2018-ci il tarixli 78 saylı sərəncam əsasında bu müqavilə bağlanmış və həmin müqaviləyə əsasən icarəyəverən icarə əsasında 450 ha olan və Səbətli ərazisində yerləşən torpaq sahəsini gələcəkdə “sahə” adlanan ərazini icarəçiyə əkinçilik məqsədilə 49 il müddətinə istifadəyə verir, icarəçi isə onu qəbul edir.

5. Həmin müqavilənin: - 2-ci bəndinin tələbinə görə həmin torpaq sahəsi Şəki şəhər İcra Hakimiyyətinin yazılı icazəsindən sonra subicarəyə verilə bilər. - 3.3-cü bəndinin tələbinə görə icarəçi hər il 1 ha üçün 15 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürür. - 10-cu bəndinin tələbinə görə bu müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət reyestrindən ******* nömrəli çıxarışına əsasən həmin torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2067-ci il tarixədək 49 il müddətinə 06 Saylı xx.xx.2018-ci il tarixli İcarə müqaviləsinə əsasən İddiaçı Şamil oğlunun icarəsinə verilmişdir.

7. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018ci il tarixli İcarə hüquqlarının alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən göründüyü kimi “satıcı” İddiaçı Şəki şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 1/936 nömrəli arayışa və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinin qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********13 olanxx.xx.2018-ci il tarixli çıxarışa əsasən Şəki rayonu, Səbətli qış otlağı ərazisində yerləşən 450 ha olan torpaq sahəsinin üzərindəki müvəqqəti istifadə hüquqlarını 0 (sıfır) manata “Alıcı” Cavabdeh MMC-yə satmışdır.

8. Həmin müqavilənin: - 2.2-ci bəndinin tələbinə görə müqavilənin predmeti olan torpaq sahəsi üzərində istifadə hüququ barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, onun üzərində sərəncam vermək hüququ isə həmin hüququn müvafiq dövlət qeydiyyatı anından əmələ gəlir. - 2.6-cı bəndinin tələbinə görə “Satıcı” torpaq sahəsini yardımçı vasitələri ilə birlikdə “Alıcı”nın bəyənib, qiymətində razılaşdığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 5 gün müddətində onun faktiki istifadəsinə verməyi, “Alıcı” isə torpaq sahəsini qəbul etməyi öhdəsinə götürür.

9. İş materiallarında olan 21 may 2018-ci il qeydiyyat tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən torpaq sahəsi icarə hüququ ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2067-ci il tarixədək Cavabdeh MMC-nin xeyrinə yüklü edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh MMC-yə qarşı “tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış icarə hüquqlarının alqı-satqısına dair müqavilənin etibarsızlığının tanınması, **********13 reyestr nömrəli hüquqların dövlət reyestrindən çıxarışı ilə İddiaçı icarəsinə verilmiş Şəki rayonu Səbətli qış otlağı ərazisində yerləşən 450 ha torpaq sahəsindən Cavabdeh MMC-nin çıxarılması və həmin torpaq sahəsinin onun sahibliyinə qaytarılması” tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. İddiaçı iddia ərizəsini işin yuxarıda göstərilən faktiki halları ilə əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, onunla cavabdeh arasında həmin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı razılıq olmuş, lakin torpaq sahəsinin subicarəyə verilməsi üçün icarəyə verən İcra Hakimiyyətinin razılığı tələb olunduğundan bu mümkün olmamışdır. İcarə münasibətlərini pərdələmək məqsədi ilə Cavabdeh MMC ilə aralarında xx.xx.2018-ci il tarixdə “icarə hüquqlarının alğı-satqısına dair müqavilə bağlanmışdır. Aralarında olan razılığa əsasən cavabdeh torpaq sahəsinin icarə haqqını dövlət büdcəsinə və razılaşdıqları torpaq sahəsinin icarə haqqını ona ödəməli idi. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən alğı-satqı nəticəsində satılan icarə hüquqlarının qarşılığında ona pul ödənilməlidir ki, müqavilənin 1.1-ci bəndində ona ödəniləcək pul məbləği göstərilməmişdir. Bu isə onu göstərir ki, onlar arasında alğı-satqıdan irəli gələn münasibət olmamışdır. İcarə hüquqlarını cavabdehə satmadığını, müqavilənin 1.1-ci bəndinin bunu təsdiqlədiyini bildirmişdir. Belə olsaydı icarə haqqı onun deyil, cavabdehin adına hesablanardı və borc ondan tələb olunmazdı. Tərəflər arasında torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı razılaşma olmuş və torpaq sahəsinin subicarəyə verilməsi mümkün olmadığından belə bir müqavilə imzalanmışdır ki, icarə hüquqlarının alğısatqısına dair müqavilə icarə münasibətlərini pərdələmək məqsədi daşımışdır. Beləliklə göründüyü kimi, cavabdehlə arasında olan icarə hüquqlarının alğı-satqısına dair əqd yalan əqd olaraq əhəmiyyətsiz olmuş, cavabdeh bu halı bildiyi halda bu halı inkar edir və müqavilənin etibarlılığı ilə bağlı aralarında mübahisə vardır. Həmçinin icarə hüququ ilə ona məxsus olan torpaq sahəsini onun sahibliyinə qaytarılmasına maneçilik törədir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. Cavabdeh tərəf iddia ərizəsinə etirazında münasibətdə ilkin olaraq bildirmişdir ki, Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilərək 7E-9296 nömrəli qeydlə informasiya sistemi reyestrinə daxil edilmiş ərizənin məzmunundan göründüyü kimi iddiaçı ona Şəki şəhər İcra Hakimiyyəti tərəfindən icarəyə verilmiş 450 ha əkin torpağı üzərində icarə hüquqlarının satılmasına razılıq verilməsi üçün Şəki şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş və sonuncu tərəfindən buna razılıq verilmişdir. Bundan sonra, xx.xx.2018-ci il tarixdə tərəflər arasında “İcarə hüquqlarının alqı-satqısı haqqında müqavilə imzalanmışdır. Göründüyü kimi, tərəflər arasında bağlanan müqavilə qanunvericiliyin tələblərini gözləməklə, tərəflərin həqiqi iradə ifadəsinin nəticəsi kimi çıxış edən əqd qismində imzalanmışdır. İddiaçının “alqı-satqı müqaviləsinin 1.1-ci bəndində müqavilə ilə şərtləşdirilmiş məbləğin “0” manat olması səbəbindən müqavilənin alqısatqıdan irəli gələn münasibət olmaması” fikrinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 567-ci maddəsinin məzmunundan göründüyü kimi “müəyyənləşdirilmiş haqq”ın ödənilməsi nəzərdə tutulur. Bu haqqın müəyyənləşdirilməsi isə mülki dövriyyə münasibətlərində olan tərəflərin qarşısına imperativ formada qoyulmuş seçim kimi yox, onların özlərinin mülki dövriyyə şərtlərinə uyğun iradə sərbəstliyi prinsipi əsasında təyin etdiyi məsələ kimi çıxış edir.

13. İddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, keçən məhkəmə iclasında qeyd etdiyi kimi Cavabdeh ilə 2017-ci ildə müqavilə bağlamış, lakin 2018-ci il tarixdəki müqavilə ona aid deyil. Müqaviləni imzaladıqdan sonra şirkətin əməkdaşları da torpaq sahəsində olarkən onlara torpağı satmadığını bildirmişdir. Ona hədə-qorxu gəlib və torpağı onlara satmasa, onu şərliyib tutduracaqlarını bildiriblər. Şirkətin rəhbəri onu notariusa aparıb torpağı onlara satmağını məcburi tələb ediblər. O da məcbur olaraq notariusda müqaviləyə qol çəkmişdir. Lakin torpağın satış qiyməti hissəsinə 0 manat yazılmasını notariusa bildirmişdir. O, həmin şirkətdə 12 il işləmiş, tam maaşlı işçi olmasa da, mükafatlar almışdır. Sonradan vergi orqanından torpağın vergi borcu olması barədə məlumat aldıqdan sonra məhkəməyə müraciət etməyə qərar gəldiyini bildirdirmişdir.

14. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 verdiyi izahatında bildirmişdir ki, iddianı qəbul etmir və bununla bağlı etiraz ərizəsini məhkəməyə təqdim etmişdir.

15. Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 08 yanvar 2025-ci il tarixli, e-2-2(117)-36/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

16. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış icarə hüquqlarının alqısatqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış və hər iki tərəfin iradə ifadəsi olmuşdur.

17. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəf icarə hüququnun alqı-satqısı müqaviləsi bağlayaraq bu hüququn cavabdehə ötürüldüyünü dərk etmiş, bu hüququn satılmasının dəyərinin “0” manat olmasını əvvəlcədən bilmiş və bu barədə razılığını bilmiş, iddiaçının iradəsi və iradə ifadəsi arasında uyğunsuzluq olmamış, ötən təxminən 6 ilə yaxın müddətdə bununla bağlı hər hansı formada fikrini bildirməmiş, müqavilənin etibarsızlığını mübahisələndirməmişdir.

18. Məhkəmə işin faktiki hallarını və həmin hallara tətbiq edilən qanunvericilik normalarını əsas tutaraq mübahisənin hallarını araşdırıb bu nəticəyə gəlib ki, hazırkı vəziyyətdə iddiaçı iddia tələbində haqlı olduğunu sübuta yetirə bilmədiyindən, hüquqlarının və qanuni mənafelərinin pozuntusunu əsaslandıra bilmədiyindən və tələbində haqlı olmadığından iddia tələbi rədd edilməlidir.

19. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 339.1, 339.2, 339.3, 339.4, 339.5, 339.6, 340.1, 340.2, 354.2, 386.1, 389.1, 390.1, 390.5, 390.6, 567 və 651-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 2.2, 8.1, 9.1 və 47.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqaviləsi, icarə hüquqlarının alqı-satqı müqaviləsi, çıxarışlar, etiraz, ərizə, xx.xx.2018-ci il tarixli 1/936 nömrəli arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi müqavilə şərtlərini təfsir edərkən, yəni müqavilənin etibarlı olub-olmadığını araşdırarkən Mülki Məcəllənin müqavilənin təfsiri ilə bağlı müddəalarını, o cümlədən işgüzar adətləri nəzərə almamışdır. Yəni iddiaçının “İcarə hüquqlarının alqı-satqı müqaviləsi”nin mühüm şərtlərindən biri olan müqavilənin qiyməti göstərilməmişdir. Bu da, özlüyündə müqavilənin etibarlılığını şübhə altına alır. Çünki, Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqısatqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Mübahisə predmeti olan daşınmaz əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət reyestrindən ******* nömrəli çıxarışına əsasən həmin torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2067-ci il tarixədək 49 il müddətinə 06 Saylı xx.xx.2018-ci il tarixli İcarə müqaviləsinə əsasən İddiaçı Şamil oğlunun icarəsinə verilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı ilə Şəki şəhər İcra Hakimiyyəti arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 06 nömrəli “Torpaq icarə müqaviləsi”ndən görünür ki, Şəki şəhər İcra Hakimiyyəti və İddiaçı arasında xx.xx.2018-ci il tarixli 78 saylı sərəncam əsasında bu müqavilə bağlanmış və həmin müqaviləyə əsasən icarəyəverən icarə əsasında 450 ha olan və Səbətli ərazisində yerləşən torpaq sahəsinigələcəkdə “sahə” adlanan ərazini icarəçiyə əkinçilik məqsədilə 49 il müddətinə istifadəyə verir, icarəçi isə onu qəbul edir. Ümumiyyətlə, Şəki şəhər İcra Hakimiyyəti ilə cavabdeh arasında hər-hansı bir yeni İcarə müqaviləsi bağlanmamışdır. İddiaçı ilə Şəki şəhər İcra Hakimiyyəti arasında 49 il müddətinə bağlanılmış xx.xx.2018-ci il tarixli 06 nömrəli “Torpaq icarə müqaviləsi” halhazırda ləğv edilməmiş və ya xitam verilməmişdir. Göstərilənlərə əsasən, Şəki Kommersiya Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, e-2-2(117)-36/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

24. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər.

25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 və cavabdehin digər nümayəndəsi X2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiyа Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, e-2-2(117)-36/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

28. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

29. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

IV. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi

30. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

31. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

34. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

35. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

36. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

37. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.

38. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

39. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

40. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

41. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

42. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

43. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

44. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

45. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

46. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

47. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

48. Maddə 651.Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

55. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

58. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

V. Apellyasiya məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, e-2-2(117)-36/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

61. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

62. Müəyyən edilmişdir ki, Şəki şəhər İcra Hakimiyyətinin dövlət mülkiyyətində olan və hazırkı mübahisənin əsasını təşkil edən Şəki rayonu Səbətli qış otlağı ərazisində yerləşən 450 ha torpaq sahəsi 12 saylı xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və bundan sonra isə xx.xx.2018-ci il tarixli 06 nömrəli “Torpaq icarə müqaviləsi”nə əsasən 49 il müddətinə İddiaçı Şamil oğlunun icarəsinə verilmişdir.

63. Bundan sonra İddiaçı Şəki rayon 2 nömrəli notariat kontorunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət edərək Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 78 nömrəli Sərəncamı və tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 06 nömrəli icarə müqaviləsi əsasında Səbətli ərazisində 49 il müddətinə ona icarəyə verilmiş 450 ha əkin torpağı üzərində icarə hüquqlarının satılmasına razılıq verilməsini xahiş etmişdir. Bundan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.2018-ci il tarixli 1/936 nömrəli məktubla İddiaçı həmin torpaq sahəsi üzərində olan icarə hüquqlarının satılmasına razılıq verilmişdir.

64. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli İcarə hüquqlarının alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən göründüyü kimi “satıcı” İddiaçı Şəki şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 1/936 nömrəli arayışa və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinin qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********13 olan xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Şəki rayonu, Səbətli qış otlağı ərazisində yerləşən 450 ha olan torpaq sahəsinin üzərindəki müvəqqəti istifadə hüquqlarını 0 (sıfır) manata “Alıcı” Cavabdeh MMC-yə satmışdır.

65. Eyni zamanda iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət reyestrindən ******* nömrəli çıxarışına əsasən həmin torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2067-ci il tarixədək 49 il müddətinə 06 Saylı xx.xx.2018-ci il tarixli İcarə müqaviləsinə əsasən İddiaçı Şamil oğlunun icarəsində olsa da, bundan sonra ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2067-ci il tarixədək 3M-162 saylı xx.xx.2018-ci il tarixli İcarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin icarəsinə verilmişdir.

66. İddiaçı notarial qaydada təsdiq edilmiş 3M-162 saylı xx.xx.2018-ci il tarixli icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən öz icarəsində olmuş torpaq sahəsinin icarə hüquqlarını cavabdehə satıb və bundan sonra həmin torpaq sahəsinin sonuncuya təhvil verib. 21 may 2018-ci il qeydiyyat tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən torpaq sahəsi icarə hüququ ilə cavabdeh "xxxx" MMC-nin xeyrinə yüklü edilmişdir.

67. Göründüyü kimi, İddiaçı Şəki rayonu Səbətli qış otlağı ərazisində yerləşən 450 ha torpaq sahəsi üzərinə icarə hüquqlarını azad iradə ifadəsi ilə xx.xx.2018-ci il tarixli İcarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-yə satmışdır.

68. Buna baxmayaraq İddiaçı iddia ərizəsində bildirmişdir ki, Cavabdeh MMC ilə aralarında həmin torpaq sahəsinin subicarəyə verilməsi ilə bağlı razılıq olmuş, lakin torpaq sahəsinin subicarəyə verilməsi üçün icarəyə verən İcra Hakimiyyətinin razılığı tələb olunduğundan bu mümkün olmamışdır. İcarə münasibətlərini pərdələmək məqsədi ilə Cavabdeh MMC ilə aralarında xx.xx.2018-ci il tarixdə “icarə hüquqlarının alğı-satqısına dair müqavilə bağlanmışdır. Aralarında olan razılığa əsasən cavabdeh torpaq sahəsinin icarə haqqını dövlət büdcəsinə və razılaşdıqları torpaq sahəsinin icarə haqqını ona ödəməli idi. Tərəflər arasında torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı razılaşma olmuş və torpaq sahəsinin subicarəyə verilməsi mümkün olmadığından belə bir müqavilə imzalanmışdır ki, icarə hüquqlarının alğı-satqısına dair müqavilə icarə münasibətlərini pərdələmək məqsədi daşımışdır.

69. İddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh ilə 2017-ci ildə müqavilə bağlamış, lakin 2018-ci il tarixdəki müqavilə ona aid deyil. Müqaviləni imzaladıqdan sonra şirkətin əməkdaşları da torpaq sahəsində olarkən onlara torpağı satmadığını bildirmişdir. Ona hədə-qorxu gəlib və torpağı onlara satmasa, onu şərliyib tutduracaqlarını bildiriblər. Şirkətin rəhbəri onu notariusa aparıb torpağı onlara satmağını məcburi tələb ediblər. O da məcbur olaraq notariusda müqaviləyə qol çəkmişdir. Lakin torpağın satış qiyməti hissəsinə “0” manat yazılmasını notariusa bildirmişdir. Müqaviləyə elə də yazılmışdır. Sonradan vergi orqanından torpağın vergi borcu olması barədə məlumat aldıqdan sonra məhkəməyə müraciət etməyə qərara gəldiyini bildirmişdir.

70. İddiaçı iddia ərizəsini isə belə əsaslandırmışdır ki, qeyd edilən torpaq sahəsinin Cavabdeh MMC-yə subicarəyə verilməsi barədə tərəflər arasında razılaşma olmuş, lakin həmin torpaq sahəsinin subicarəyə verilməsi üçün icarəyə verən Şəki Şəhər İcra Hakimiyyətinin razılığı tələb olunduğundan bu mümkün olmamış, bu səbəbdən tərəflər arasında xx.xx.2018-ci il tarixli İcarə hüquqlarının alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə icarə münasibətlərini pərdələmək məqsədi daşımışdır ki, bu səbəbdən müqavilə etibarsız sayılmalıdır.

71. İddiaçı Məhkəmə kollegiyasının iclasında da birinci instansiya məhkəməsində vermiş olduğu izahatını təkrarlamışdır.

72. İddiaçı torpaq sahəsinin subicarəyə verilməsi üçün Şəki Şəhər İcra Hakimiyyətinin razılığının tələb olunduğunu, bunun mümkün olmadığını və bu səbəbdən də tərəflər arasında alqı-satqı müqaviləsinin bağlandığını bildirsə də, iş materiallarından da göründüyü kimi həmin alqı-satqı müqaviləsinin bağlanması üçün də Şəki Şəhər İcra Hakimiyyətinə ərizə yazaraq razılıq almışdır. Belə ki, bu hal iddiaçının iddia ərizəsində bildirdiyi fikirlə ziddiyət təşkil edir.

73. Bundan əlavə olaraq iddiaçı iddia ərizəsində həmin icarə hüquqlarının alqı-satqı müqaviləsinin bağlandığını bildirmiş olsa da, məhkəmə iclasında verdiyi izahatında isə cavabdehlə 2018-ci il tarixdəki müqavilənin ona aid olmadığını, 2017-ci il tarixində müqavilə bağladıqlarını qeyd etmişdir ki, bu hal iddiaçının iddia ərizəsində bildirdiyi fikirlə üst-üstə düşmür. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli İcarə hüquqlarının alqı-satqı müqaviləsindən də göründüyü kimi həmin müqavilə hər iki tərəfin iştirakı ilə Şəki rayon 2 saylı notariat kontorunda bağlanmış və təsdiqlənmişdir.

74. Bundan başqa iddiaçı tərəf cavabdeh tərəfin ona hədə-qorxu gəldiyini və torpağı onlara satmasa, onu şərliyib tutduracaqlarını bildirmiş, bundan sonra şirkətin rəhbəri onu notariusa aparıb torpağı onlara satmağını məcburi tələb etmişdir. O da məcbur olaraq notariusda müqaviləyə qol çəkmişdir. Lakin torpağın satış qiyməti hissəsinə “0” manat yazılmasını notariusa bildirmişdir. Müqaviləyə elə də yazılmışdır.

75. İddiaçı müqavilənin cavabdeh tərəfindən məcbur edilərək imzalatdırıldığını bildirilsə də, bundan sonra aidiyyəti hüquq mühafizə orqanına müraciət edərək şikayətini bildirməmişdir.

76. Eyni zamanda, iddiaçı müqavilədə məbləğin “0” manat müəyyən edilməsinin alqısatqı müqaviləsinin tələblərinə zidd olması səbəbindən müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, materiallarından və iddiaçının izahatından da aydın olur ki, iddiaçı müqavilə bağlayarkən torpağın satış qiymətinin “0” manat olmasını bildiyini təsdiqləyir. Lakin iddiaçı qeyd edir ki, əlavə şifahi razılaşmalarına əsasən onun torpaq sahəsinə çəkdiyi xərcləri cavabdeh tərəfindən ödənilməli idi. Bu vəzifə icra edilməmişdir.

77. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz”.

78. Mülki Məcəllənin 567-ci maddəsinin mənasına görə, alqı-satqı müqaviləsi hər zaman konsensual xarakterlidir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəldikləri andan alqı-satqı müqaviləsi bağlanmış hesab edilir.

79. Həmçinin, alqı-satqı müqavilənin etibarsızlığı dedikdə onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda alqı-satqı müqaviləsi müəyyən hüquqi nəticə doğurmaya bilər.

80. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsində tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir. Bu baxımdan alqı-satqı müqaviləsinin etibarlılığı üçün: alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi; alqı-satqı müqaviləsinin məzmununun qanunilyi; alqı-satqı müqaviləsi üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; alqı-satqı müqaviləsinin formasının qanuniliyi şərtlərinin olması zəruridir.

81. Alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi alqı-satqı müqaviləsinin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur.

82. Alqı-satqı müqaviləsinin məzmunu dedikdə alqı-satqı müqaviləsində əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir.

83. Bundan başqa, alqı-satqı müqaviləsində iradə və iradə ifadəsinin vahidliyi, yəni üst-üstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, alqı-satqı müqaviləsi mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər.

84. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxsin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi) (Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.4-cü maddələri).

85. Mülki Məcəllənin 337.1, 340.2, 404.1, 404.2-ci maddələrinin mənasına görə, alqısatqı müqaviləsi o, vaxt etibarsız sayıla bilər ki, həmin müqavilənin etibarlılığı şərtləri, yəni müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə təsdiq edilsin və ya alqı-satqı müqaviləsi yalan əqd olmaqla başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış olsun.

86. Yalan əqd dedikdə başqa bir əqdi pərdələmək məqsədi ilə bağlanmış əqd anlaşılır. Yalan əqd mahiyyətcə görünüş üçün bağlanır.

87. İşdən görünür ki, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasından təxminən 6 ildən sonra sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti ötürmüşdür. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

88. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, əslində kəsici müddətdir. Yəni, həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir.

89. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi, həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib.

90. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir.

91. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.

92. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).

93. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

94. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarlar).

95. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

96. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

97. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

98. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.

99. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

100. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.

101. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.

102. Buradan da aydın olduğu kimi iddiaçı müqavilənin cavabdeh tərəfindən məcbur edilərək imzalatdırıldığını bildirilsə də, bundan sonra aidiyyəti hüquq mühafizə orqanına müraciət edərək şikayətini bildirməmişdir. Eyni zamanda, iddiaçı müqavilədə məbləğin “0” manat müəyyən edilməsinin alqı-satqı müqaviləsinin tələblərinə zidd olması səbəbindən müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, materiallarından və iddiaçının izahatından da aydın olur ki, iddiaçı müqavilə bağlayarkən torpağın satış qiymətinin “0” manat olmasını bildiyini təsdiqləyir. Lakin iddiaçı qeyd edir ki, əlavə şifahi razılaşmalarına əsasən onun torpaq sahəsinə çəkdiyi xərcləri cavabdeh tərəfindən ödənilməli idi. Bu vəzifə icra edilməmişdir.

103. Kollegiya apellyasiya şikayətinin Şəki şəhər İcra Hakimiyyəti ilə cavabdeh arasında hər-hansı bir yeni İcarə müqaviləsi bağlanmaması haqqında dəlili ilə bağlı qeyd edir ki, iddiaçı torpaq sahəsinə olan icarə hüquqularını torpaq sahəsinin mülkiyyətçi olan Şəki şəhər İcra Hakimiyyətinin razılığı ilə cavabdehə satmış və bunun əsasında torpaq sahəsinə cavabdehin icarə hüquqları (torpaq sahəsinin yüklülüyü) daşınmaz əlakın dövlət reyestrində qeydə alınmışdır.

104. Vergi orqanı tərəfindən mübahisəli torpaq sahəsinə dair icarə haqlarının İddiaçı adına hesablanmasına baxmayaraq müəyyən edilmişdir ki, icarə haqqları cavabdeh tərəfindən ödənilmişdir. Kollegiyanın iclasında da cavabdehin nümayəndələri müəyyən anlaşılmazlıqların olmasına baxmayaraq əvvəllər icarə haqqının özləri tərfindən ödəndiyini, indidən sonra da ödəyəcəklərini bildirmişlər.

105. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

106. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırılmasının natamam aparılmasına dair dəlilləri əsassızdır. İddiaçı şikayətin dəlillərinə dair hər hansı sübut təqdim etməmişdir.

107. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

108. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

109. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

110. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, e-2-2(117)-36/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, e-2-2(117)- 36/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar