Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-64/2025 27.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 qarşı “173042,58 ABŞ dolları əsas borc, 1289.65 ABŞ dolları faiz borcu, 121114,20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 295446,43 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın Cavabdeh3 və Cavabdeh1 mülkiyyətindəki ipoteka predmetlərinə yönəldilməsi və əmlakların açıq hərrəcda satılması, satışlardan əldə olunan pul vəsaiti kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh2 MMC və Cavabdeh3 birgə qaydada tutularaq İddiaçı ASCnin hesabına ödənilməsi, mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının, 392,26 manat dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 62.72 manat dövlət rüsumu və 213,61 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit borcu, tutmanın ipoteka predmetinə yönəldilməsi, likvid dəyər) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2-2(117)-3/2025 nömrəli qətnaməsindən İddiaçı ASC və cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2018-ci il tarixində GTC- 627LE/2018 nömrəli Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixində GL3333 nömrəli kredit limiti müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 60 000 000 manat məbləğində kredit limiti xx.xx.2029-cu il tarixinədək ayrılmışdır. GTC-627LE/2018 nömrəli ümumi şərtlər toplusu və GL3333 nömrəli kredit limiti müqaviləsi əsasında xx.xx.2021-ci il tarixində K4920 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və həmin ərizə əsasında cavabdehə xx.xx.2022-ci il tarixədək, illik 7.5% faiz dərəcəsi ilə 320 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. GL3333 nömrəli kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə xx.xx.2019-cu il tarixində bankla zamin Cavabdeh3 arasında Z3434 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ilə Cavabdeh1 və "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli İ2943 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 68.9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətdə olan mənzil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli İ2944 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.06 ha mülkiyyətdə olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 181.6 kv.m yaşayış, 81.6 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli İ2945 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.012 ha mülkiyyətdə olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 189.5 kv.m ümumi, 161.2 kv.m əsas, 28.3 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli, 1 girişli qeyri-yaşayış binası ipoteka müqaviləsi ilə yüklü edilmişdir. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi ünvan 4 ünvanında yerləşən yaşayış məntəqələri kateqoriyasına aid 68.9 kv.m ümumi sahədən ibarət mənzil İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixdən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi ünvan 5 ünvanında yerləşən yaşayış məntəqələri kateqoriyasına aid 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 39 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi ünvan 3 ünvanında yerləşən yaşayış məntəqələri kateqoriyasına aid 0.012 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri yaşayış binası İddiaçı ASC-nin xeyrinə xx.xx.2019- cu il tarixdən xx.xx.2029-cu il tarixədək 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh2 MMC və Cavabdeh3 qarşı “K4920 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 215333,33 ABŞ dolları əsas borc, 1289.65 ABŞ dolları faiz borcu, 60065,51 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 276688,49 ABŞ dolları məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması; Tutmanın Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu, ünvan 6, yerləşən 68,9 kv.m olan 14 saylı mənzilə yönəldilməsi və əmlakın açıq hərracda satılması; Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 0,06 ha sahəsi olan torpaq üzərində yerləşən 263.2 kv.m sahəsi olan olan 39 saylı fərdi yaşayış evinə yönəldilməsi və əmlakın açıq hərracda satılması; Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0,012 ha yerləşən torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi və əmlakın açıq hərracda satılması; Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Kiçikxanlı küçəsində yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 95.05 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi və əmlakın açıq hərracda satılması; qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; İpoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh2 MMC və Cavabdeh3 birgə qaydada tutularaq İddiaçı ASCnin hesabına ödənilməsi; mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, 361 (üç yüz altmış bir) manat dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 62.72 (altmış iki manat yetmiş iki qəpik) manat dövlət rüsumu və 213,61 (iki yüz on üç manat altmış bir qəpik) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, İddiaçı ASC xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi”nə dair ərizəsini məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı tərəf ərizəsində İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC və Cavabdeh3 qarşı “K4920 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 173042,58 ABŞ dolları əsas borc, 1289.65 ABŞ dolları faiz borcu, 121114,20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 295446,43 ABŞ dolları məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması; Tutmanın Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu, ünvan 6, yerləşən 68,9 kv.m olan 14 saylı mənzilə yönəldilməsi və əmlakın açıq hərracda satılması; Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 0,06 ha sahəsi olan torpaq üzərində yerləşən 263.2 kv.m sahəsi olan olan 39 saylı fərdi yaşayış evinə yönəldilməsi və əmlakın açıq hərracda satılması; Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0,012 ha yerləşən torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi və əmlakın açıq hərracda satılması; qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; İpoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh2 MMC və Cavabdeh3 birgə qaydada tutularaq İddiaçı ASCnin hesabına ödənilməsi; mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, 392,26 (üç yüz altmış bir) manat dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 62.72 (altmış iki manat yetmiş iki qəpik) manat dövlət rüsumu və 213,61 (iki yüz on üç manat altmış bir qəpik) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/454 nömrəli mütəxəssis rəyinə əsasən xx.xx.2021-ci il tarixli K4920 saylı ərizə üzrə xx.xx.2022-ci il tarixə 215 333.3 dollar əsas, 1289.65 dollar faiz borcu mövcuddur. Eyni zamanda həmin rəydə qeyd edilmişdir ki, iddiaçı bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana cərimə hesablanmamışdır. Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli ƏEM/O 30-849/23 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 68.9 kv.m olan 14 saylı mənzilin likvid dəyəri 54 000 manat, Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 0.06 ha sahəsi olan torpaq üzərində yerləşən 263.2 kv.m sahəsi olan 39 saylı fərdi yaşayış evinin likvid dəyəri 180 000 manat, Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının likvid dəyəri isə 200 000 manat müəyən edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/2515-9/2496 nömrəli mütəxəssis rəyinə əsasən, ünvan 6 ünvanında yerləşən 14 saylı mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri 56 677 manat, Zaqatala rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri 151 129 manat, Zaqatala rayonu, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri isə 301 021 manat müəyən edilmişdir. Eyni zamanda həmin rəydə qeyd edilmişdir ki, yerli internet elan saytlarında Zaqatala şəhəri ərazisində analoji elanlar mövcud olmadığından Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsinin likvid dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan sonra İddiaçı ASC tərəfindən elektron kabinet vasitəsilə "xxxx" MMC tərəfindən qiymətləndirilmiş xx.xx.2024-cü il tarixli 240811 PB nömrəli Daşınmaz əmlakın (qeyri-yaşayəş binasının) dəyərləndirilməsi barədə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Həmin mütəxəssis rəyindən göründüyü kimi ünvan 3 ünvanında yerləşən 0.012 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 189.5 kv.m olan 2 mərtəbəli qeyriyaşayış binasının xx.xx.2024-cü il tarixinə olaq likvid dəyəri 230 000 müəyyənləşdirilmişdir. Şəki Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2-2(117)-3/2025 nömrəli (hakim: M.Hüseynov) qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 K4920 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 173042,58 ABŞ dolları əsas borc, 1289.65 ABŞ dolları faiz borcu, 8 652,13 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 182 984,36 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu, ünvan 6, yerləşən 68,9 kv.m olan 14 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, likvid dəyəri 56 677 manat; Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 0,06 ha sahəsi olan torpaq üzərində yerləşən 263.2 kv.m sahəsi olan 39 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, likvid dəyəri 151 129 manat; Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0,012 ha yerləşən torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasına yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, likvid dəyəri 301 021 manat məbləğində müəyyən edilsin. Qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsait cavabdehlərin İddiaçı ASC-yə olan hazırkı qətnamə üzrə kredit borclarının ödənilməsinə yönəldilməsi, cavabdehlərdən müştərək qaydada mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı, 242,95 manat dövlət rüsumu, ipoteka bildirişinin qeydiyyata alınması üçün 62.72 manat dövlət rüsumu və 213,61 manat xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmçinin, Şəki Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2-2(117)- 3/2025 nömrəli (hakim: M.Hüseynov) qərardadı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia tələbinin “daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia əsas və faiz borcuna münasibətdə əsaslı olduğu üçün təmin edilməli, cərimə borcuna münasibətdə isə qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin “121114,20 ABŞ dolları cərimə borcu tutulması” hissəsinə münasibətdə o qənaətə gəlmişdir ki, borc məbləği xarici valyutada ifadə olunmuş, eyni zamanda cavabdeh borcun ödənilməsinə məhkəmə icraatı dövründə də cəhd göstərmiş və borcdan 72000 manat məbləğində vəsait ödəmiş, tərəflərin əmlak mənafelərini nəzərə alaraq cərimə borcunun əsas borcun 5% həcmində müəyyən edilərək 8 652,13 ABŞ dolları məbləğində cərimə borcunun tutulmasını qanuni və ədalətlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 K4920 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 173042,58 ABŞ dolları əsas borc, 1289.65 ABŞ dolları faiz borcu, 8 652,13 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 182 984,36 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə İddiaçı ASC-nin xeyrinə tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Məhkəmə daha sonra hesab etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 10/2515-9/2496 nömrəli mütəxəssis rəyinə əsasən, ünvan 6 ünvanında yerləşən 14 saylı mənzilin likvid dəyəri 56 677 manat, Zaqatala rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinin likvid dəyəri 151 129 manat, Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0,012 ha yerləşən torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin likvid dəyəri isə 301 021 manat müəyyən edilməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 385.1, 386.1, 442, 448.1, 448.2, 739.1 və 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC birinci instansiya məhkəməsinin qətnaməsinin likvid dəyər hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank olaraq məhkəmə ekspertiza mərkəzinin rəyi ilə razılaşmadığımız üçün İddiaçı ASC-nin sifarişi əsasında müstəqil ekspertiza təşkil edilmiş və daha ədalətli likvid qiyməti barədə rəy verilmişdir. Lakin Məhkəmə niyəsə məhz məhkəmə-ekspertiza Mərkəzinin verdiyi rəyi əsas tutmuşdur. Bəs müstəqil ekspert mərkəzlərinin rəyləri nəzərə alınmayacaqsa, o zaman nə üçün fəaliyyət göstərirlər? Əmlakın ilkin satış qiymətinin yüksək təyin edilməsi gələcəkdə ipoteka ilə təmin edilən kreditin qaytarılmasında problem yarada bilər. Belə ki, qiymət yüksək olduğu üçün əmlakın hərrac satışında problem yaranacaq və beləcə Bankın vəsaiti geri qayıtmayacaq, qətnamə uzun müddət icra edilməmiş qalacaq və Bankın hüquqları pozulmuş olacaq. Odur ki, Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0,012 ha yerləşən torpaq sahəsi və üzərində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasının açıq hərracda satılması üçün likvid dəyərinin 301021 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi, qətnaməni həmin hissədə dəyişdirilərək, Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0,012 ha yerləşən torpaq sahəsi və üzərində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının likvid dəyərinin 230.000 manat məbləğində müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlakların real bazar qiymətləri və likvid dəyərləri ilə bağlı ekspert rəyləri və mütəxəssis rəyləri arasında fərq olmasına, o cümlədən, Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsinin real bazar və likvid dəyərlərinin müəyyən edilməməsinə baxmayaraq məhkəmə iş üzrə təkrar ekspertiza təyin etmədən hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Odur ki, Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0,012 ha yerləşən torpaq sahəsi və üzərində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının likvid dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, özlərinin apellyasiya şikayətinin təmin, cavabdeh tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, özlərinin apellyasiya şikayətinin təmin, iddiaçı tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfin apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı ASC iddia ərizəsi, daha sonra isə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən "xxxx" MMC və Cavabdeh3 qarşı “K4920 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 173042,58 ABŞ dolları əsas borc, 1289.65 ABŞ dolları faiz borcu, 121114,20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 295446,43 ABŞ dolları məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması; Tutmanın Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu, ünvan 6, yerləşən 68,9 kv.m olan 14 saylı mənzilə yönəldilməsi və əmlakın açıq hərracda satılması; Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 0,06 ha sahəsi olan torpaq üzərində yerləşən 263.2 kv.m sahəsi olan olan 39 saylı fərdi yaşayış evinə yönəldilməsi və əmlakın açıq hərracda satılması; Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0,012 ha yerləşən torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi və əmlakın açıq hərracda satılması; qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; İpoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh2 MMC və Cavabdeh3 birgə qaydada tutularaq İddiaçı ASCnin hesabına ödənilməsi; mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, 392,26 (üç yüz altmış bir) manat dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 62.72 (altmış iki manat yetmiş iki qəpik) manat dövlət rüsumu və 213,61 (iki yüz on üç manat altmış bir qəpik) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Apellyatorlardan iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini əmlakın likvid dəyər hissəsində mübahisələndirmişdir. Apellyator olan cavabdeh tərəf də birinci instansiya məhkəməsinin qətnaməsini əmlakın likvid dəyəri hissəsində mübahisələndirmişdir. Göründüyü kimi, hazırda mübahisəli qətnamə üzrə tərəflər arasında fikir ayrılığı tutma yönəldilən əmlakların likvid dəyəri ilə bağlıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər birinсi instansiya məhkəməsinin qətnaməsini yalnız əmlakın likvid dəyəri ilə bağlı hissəsində mübahisələndirdiyindən məhkəmə kоllegiyаsı birinсi instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə yоxlаyır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin əmlakın likvid dəyəri ilə bağlı iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə qismən razılaşaraq ilkin olaraq qeyd edir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki: - iddiaçı bank ilə Cavabdeh1 və "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli, İ2943 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 68.9 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətdə olan mənzil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. - ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi ünvan 4 ünvanında yerləşən yaşayış məntəqələri kateqoriyasına aid 68.9 kv.m ümumi sahədən ibarət mənzil İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixdən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. - iddiaçı bank ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli İ2944 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.06 ha mülkiyyətdə olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 181.6 kv.m yaşayış, 81.6 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. - ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi ünvan 5 ünvanında yerləşən yaşayış məntəqələri kateqoriyasına aid 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 39 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. - iddiaçı bank ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli İ2945 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.012 ha mülkiyyətdə olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 189.5 kv.m ümumi, 161.2 kv.m əsas, 28.3 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli, 1 girişli qeyri-yaşayış binası ipoteka müqaviləsi ilə yüklü edilmişdir. - ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi ünvan 3 ünvanında yerləşən yaşayış məntəqələri kateqoriyasına aid 0.012 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri yaşayış binası İddiaçı ASC-nin xeyrinə xx.xx.2019- cu il tarixdən xx.xx.2029-cu il tarixədək 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, likvid dəyəri mübahisələndirilən yeganə əmlak ünvan 3 ünvanında yerləşən 0.012 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 189.5 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası ilə bağlıdır. Belə ki, iddiaçı tərəf həmin əmlakın likvid dəyərinin qətnamədə göstərilmiş məbləğdən aşağı, cavabdeh tərəf isə dəyərinin yuxarı olduğunu iddia edirlər. Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli ƏEM/O 30-849/23 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 68.9 kv.m olan 14 saylı mənzilin likvid dəyəri 54 000 manat, Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 0.06 ha sahəsi olan torpaq üzərində yerləşən 263.2 kv.m sahəsi olan 39 saylı fərdi yaşayış evinin likvid dəyəri 180 000 manat, Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 189.5 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasının likvid dəyəri isə 200 000 manat müəyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/2515-9/2496 nömrəli mütəxəssis rəyinə əsasən, ünvan 6 ünvanında yerləşən 14 saylı mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri 56 677 manat, Zaqatala rayonu, H.Z.Tağıyev küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri 151 129 manat, Zaqatala rayonu, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri isə 301 021 manat müəyən edilmişdir. Eyni zamanda həmin rəydə qeyd edilmişdir ki, yerli internet elan saytlarında Zaqatala şəhəri ərazisində analoji elanlar mövcud olmadığından Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsinin likvid dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan sonra, İddiaçı ASC tərəfindən elektron kabinet vasitəsilə "xxxx" MMC tərəfindən qiymətləndirilmiş xx.xx.2024-cü il tarixli 240811 PB nömrəli Daşınmaz əmlakın (qeyri-yaşayəş binasının) dəyərləndirilməsi barədə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Həmin mütəxəssis rəyindən göründüyü kimi ünvan 3 ünvanında yerləşən 0.012 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 189.5 kv.m olan 2 mərtəbəli qeyriyaşayış binasının xx.xx.2024-cü il tarixinə olan likvid dəyəri 230 000 müəyyənləşdirilmişdir. Tərəflər arasında likvid dəyərlə bağlı fikir ayrılığı olduğundan, eyni zamanda apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən mübahisəli əmlakın likvid dəyəri ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə üzv olan qiymətləndiricidən rəy alınması qərara gəlinmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsində “ilkin satış qiyməti” anlayışının daşıdığı mənaya aydınlıq gətirilmişdir. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3 və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. "xxxx" MMC-nin 05 may 2025-ci il tarixli, MB-18/0418 nömrəli rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən 0.012 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 189.5 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasının xx.xx.2025-ci il tarixə likvid dəyəri 348000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin ipoteka predmetlərinin likvid dəyəri ilə bağlı verdiyi rəyi əsas götürmüşdür. Apellyasiya şikayətlərindən isə görünür ki, tərəflər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə qismən razılaşaraq yalnız, ünvan 3 ünvanında yerləşən 0.012 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 189.5 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasının dəyərini mübahisələndirmişlər. Yəni, iş üzrə tərəflər Məhkəmə Ekspertizası Mərkəzinin rəyini yalnız bir hissədə mübahisələndirdikləri müəyyən edilir. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətininin likvid dəyər ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, İ2945 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, qiymətləndirmə şirkəti tərəfindən xx.xx.2019-cu il tarixə torpaq sahəsi və üzərində yerləşən daşınmaz əmlakın dəyəri 185000 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəf digər əmlaklara münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/2515-9/2496 nömrəli mütəxəssis rəyi ilə razılaşsada, ünvan 3 ünvanında yerləşən 0.012 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 189.5 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinə münasibətdə rəyi qəbul etməmiş və özü əlavə mütəxəssi rəyi təqdim etmişdir. Kollegiya iddiaçı tərəfindən təqdim edilmiş əlavə mütəxəssis rəyi ilə bağlı qeyd edir ki, həmin rəy "xxxx" MMC tərəfindən tərəfindən hazırlanmışdır. Eyni zamanda, mübahisəli əmlak ilkin olaraq ipoteka ilə yüklü edilən zaman qiymətləndirmə yenə həmin şirkət tərəfindən aparılmışdır. Bu səbəbdən kollegiya hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən həmin rəy əsas götürülə bilməz. Kollegiya həmçinin bildirir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə müəyyən edilməsi, mülkiyyətçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olur. Nəzərə alınmalıdır ki, iş üzrə tərəfin müvafiq qiymətləndirmə rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən həmin rəylə razı olmamasını əsaslandırmalı və rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları məhkəmələrə təqdim etməlidir. Lakin qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxılarkən iddiaçı tərəfindən həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmamışdır. Kollegiyası xüsusilə qeyd edir ki, ipoteka müqaviləsi bağlandığı vaxtdan 6 ildən artıq müddət keçmiş və keçən müddət ərzində əmakın qiyməti dəfələrlə artımışdır. Bu müddət ərzində də əmlak bazarında qiymətlərində artımın olmasını nəzərə alınmalıdır. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmetinin dəyərinin 185.000 manat olmasını müəyyən edən ipoteka müqaviləsi iş üzrə sonuncu məhkəmə aktı qəbul edildikdən xeyli vaxt - 6 il əvvəl, yəni 2019-cu ildə bağlanmışdır. Belə olan halda, əmlak qiymətlərinin 6 ildən artıq müddət ərzində sabit məbləğdə qalmadığı, bu müddətdə ölkə ərazisindəki daşınmaz əmlak bazarında qiymətlər bir-neçə dəfə artdığı da nəzərə alındıqda, əmlakın likvid dəyərinin iddiaçını qeyd etdiyi məbləğdə müəyyən edilməsi ədalətli hesab oluna bilməz. Bu baxımdan əmlakın ilkin satış qiymətinin tərəflər arasında bağlanmış ipoteka müqaviləsində müəyyən olunmuş qiymət nəzərə alınmaqla təyin edilməsi ipoteka qoyanın əmlak mənafelərini zərbə altında qoymaqla hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmiş olar. Bundan başqa, iddiaçı tərəf "xxxx" MMC-dən alınmış rəyə etiraz verərək bildirmişdir ki, həmin rəy köhnə elanlar (yəni, 2024-cü ilin elanları) nəzərə alınaraq verilmişdir. Kollegiya bununla bağlı bildirir ki, iddiaçı tərəf etirazında belə rəyin köhnə elanlar (yəni, 2024-cü ilin elanları) nəzərə alınaraq verildiyini qeyd etmişdir. Kollegiya yuxarıda sadalananlara əlavə olaraq bir daha qeyd edir ki, hətta rəy 2024-cü ildə olan qiymətlərdən verilmiş olsa belə bu iddiaçının yox cavabdehin hüquqlarını pozur. Belə ki, daşınmaz əmlakın qiymətləri ilbəil artmaqdadır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının etirazıda əsaslı olmamışdır Kollegiya bir məqamıda qeyd edir ki, ödənilməli borca görə üç əmlak ipoteka ilə yüklü edilmişdir. İşdən eyni zamanda görünür ki, ipoteka ilə yüklü edilmiş digər iki əmlak satılsa belə borc məbləği tam olaraq ödənilə bilər. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətininin likvid dəyər ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə qismən əsaslıdır. Belə ki, cavabdeh tərəf apellyasiya şikayətində ünvan 3 ünvanında yerləşən 0.012 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 189.5 kv.m olan 2 mərtəbəli qeyriyaşayış sahəsinin likvid dəyərinin 800000 manat olduğunu bildirmişdir. Kollegiya mübahisəli əmlakın hazırki likvid dəyərinin müəyyən qədər yuxarı olduğunu qəbul etsədə, qiymətin 800000 manat olmasını inandırıcı hesab etmir. Eyni zamanda, cavabdeh tərəf də qiymətin daha yüksək (yəni, 800000 manat) olduğunu bildirsə də, bu halı təsdiq edə biləcək müvafiq sübutları (məsələn: alternativ mütəxəsis və ya ekspert rəyi, elan internet resurslarından və kütləvi informasiya vasitələrindən çıxarışlar və s.) məhkəmələrə təqdim etməmişdir. Məhəkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh tərəf apellyasiya şikayətinin “xahiş etdi” hissəsində digər əmlakların qiymətlərinin fərqli olduğunu qeyd etsədə, şikayətin əsaslandırıcı hissəsində ancaq Zaqatala rayonu, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinin əmlakın likvid dəyərini mübahisələndirmişdir. Eyni zamanda, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil da hazırda mübahisənin yalnız Zaqatala rayonu, Nizami küçəsində yerləşən qeyriyaşayış likvid dəyəri ilə bağlı oluğunu bildirmişdir. Belə olan halda kollegiya digər əmlakların likvid dəyərinə münasibət bildirmir. Yuxarıda qeyd edilənlərə yanaşı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ünvan 3 ünvanında yerləşən 0.012 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 189.5 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin likvid dəyəri ilə bağlı hissədə dəyişdirilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İ2945 saylı ipoteka müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.012 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 189.5 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Yəni, torpaq sahəsi və daşınmaz əmlak birlikdə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/2515-9/2496 nömrəli mütəxəssis rəyinə əsasən, Zaqatala rayonu, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri isə 301021 manat müəyən edilmişdir. Həmin rəydə eyni zamanda qeyd edilmişdir ki, yerli internet elan saytlarında Zaqatala şəhəri ərazisində analoji elanlar mövcud olmadığından Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsinin likvid dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/2515-9/2496 nömrəli mütəxəssis rəyi Zaqatala rayonu, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə verilsədə, həmin əmlakın altında yerləşən və ipoteka ilə yüklü edilmiş 0.012 ha torpaq sahəsinin likvid dəyəri müəyyən edilməmişdir. Cavabdeh tərəfin apellyasiya şikayətinin əsas dəlili isə, məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/2515-9/2496 nömrəli mütəxəssis rəyinin natamamlığı ilə bağlı olmuşdir. Bu səbəbdən işə baxılmanın apellyasiya mərhələsində kollegiya tərəfindən ünvan 3 ünvanında yerləşən 0.012 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 189.5 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasının birlikdə real bazar qiyməti nəzərə alınmaqla likvid dəyərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə üzv olan qiymətləndiricidən rəy alınmışdır. Belə ki, "xxxx" MMC-nin 05 may 2025-ci il tarixli, MB-18/0418 nömrəli rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən 0.012 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 189.5 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasının xx.xx.2025-ci il tarixə birlikdə likvid dəyəri 348000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözü gedən rəy hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yalnız bu halda və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduqda, həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə kollegiyası ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Həmçinin, “X2rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Əlavə olaraq kollegiya qeyd edir ki, ipoteka müqaviləsi bağlandığı vaxtdan təxminən 6 ildən artıq müddət keçmiş və keçən müddət ərzində əmakın qiyməti dəfələrlə artımışdır. Yuxarıda sadalananlar konteksində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 103-cü maddələrinin tələblərinə əsasən kollegiya "xxxx" MMC-nin mübahisəli poteka predmetlərinin likvid dəyəri ilə bağlı verdiyi rəyi daha mötəbər və real hesab edir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, "Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 yanvar 2001-ci il tarixli Qərarının 2.1-ci bəndinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələb təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin normativ sənədə görə malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən Dövlət Statistika Komitəsinin bazar qiymətlərinə, Dövlət Gömrük Komitəsinin idxal-ixrac əməliyyatları üzrə tətbiq olunan qiymətlərinə, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin, onların yerli orqanlarının bazar qiymətlərinə, Vergilər Nazirliyi və onun yerli orqanlarının bazar qiymətlərinə, digər səlahiyyətli orqanların, hüquqi və fiziki şəxslərin, o cümlədən intizamlı vergi ödəyicilərinin rəsmi məlumatlarına, kütləvi informasiya vasitələrinin, müxtəlif nəşrlərin, "İnternet" sisteminin və digər mənbələrin elanları və reklam məlumatlarına, qanunvericiliklə səlahiyyətə malik olan ekspertin (mütəxəssisin) rəyinə, habelə, nəzarət qaydasında mal alqışının nəticələrinə, xronometraj qaydasında müşahidə aparılmaqla qeydə alınan qiymətlərə, bir-birindən asılı olmayan şəxslər arasında bağlanmış müqavilələr (əqdlər) əsasında onun bağlandığı günə, yaxud həmin dövrdə ərazi üzrə (rayon, şəhər) digər vergi ödəyicilərinin sənədlərində qeydə alınmış qiymətlərə, respublika daxilində, zərurət yarandıqda xarici dövlətlərin birja kotirovkaları haqqında rəsmi və ya kütləvi məlumatlarına dair mənbələrdən istifadə edilir. Məhkəmə kollegiyası bildirir ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb olunmayan fəaliyyət sferasıdır və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanunun tələbinə görə xüsusi elmi biliklər əsasında aparılan tədqiqatlara aid edilmir. Belə ki, 08 dekabr 2023-cü il tarixdə “Qiymətləndirmə fəaliyyəti haqqında“ Azərbaycan Respublikası Qanunu qəbul edilmiş və 1 iyul 2024-cü il tarixdən həmin qanun qüvvəyə minmişdir. Qeyd olunmalıdır ki, Qanunun tələbinə görə daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat-vasitələrinin, heyvan və bitkilərin və s.), daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin, daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin, müəssisələrin, qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququ obyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda payların və qiymətli kağızların, habelə tələblərin və hüquqların), kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin, təbii sərvətlərin, dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin, xidmətlərin, eləcə də digər qiymətləndirmə obyektlərinin qiymətləndirilməsi qiymətləndirmə fəaliyyətinin istiqamətləri kimi müəyyən olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid deyildir və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş üzrə rəyləri tədqiq edib və rəylər arasında qiymətləndirmə apararaq qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin rəyi kollegiya tərəfindən "xxxx" MMC-dən alınmış rəylər arasında böyük fərq mövcud deyildir. İşdən eyni zamanda görünür ki, Məhkəmə Ekspertiza Mərkəzindən alınmış rəydə torpaq sahəsi qiymətləndirilməmişdir. Belə ki, həmin rəydə qeyd edilmişdir ki, yerli internet elan saytlarında Zaqatala şəhəri ərazisində analoji elanlar mövcud olmadığından Zaqatala rayonu, Nizami küçəsində yerləşən 0.012 ha torpaq sahəsinin likvid dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Yəni, məhkəmə kollegiyası ekspert tərəfindən ipoteka predmetinin qiyməti müəyyən edilərkən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin dəyərinin nəzərə alınmadığına görə tərkar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspert qarşısında daşınmaz əmlakın torpaq sahəsi ilə birlikdə likvid qiymətinin müəyyən edilməsi barədə sual qoymuşdur. Kollegiya tərəfindən MBA LTD” MMC-dən alınmış rəy isə torpaq və qeyri-yaşayış sahəsi birlikdə qiymətləndirilmişdir. Kollegiya bir məqamıda təkrarən qeyd edir, iş üzrə tərəflər Məhkəmə Ekspertiza Mərkəzinin rəyini digər əmlaklarla bağlı hissədə mübahisələndirməyərək rəylə razı olduqlarını göstərmişlər. Belə olan halda kollegiya mübahisələndirilən əmlakın dəyərinə münasibətdə "xxxx" MMC-nin rəyini daha mötəbər və işin faktiki hallarına uyğun hesab edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası mütəxəssis rəylərini qarşılıqlı təhlil edərək o nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən verilmiş rəyin mübahisəni tam əhatə etməsini (yəni torpaq və qeyri-yaşayış sahəsinin birlikdə qiymətləndirilməsini), həmin rəyi şübhə altına ala biləcək sübutların istər iddiaçı, istərsə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsini, eyni zamanda müqavilə bağlandığı vaxtdan keçən zaman kəsiyini və bu müddət ərzində əmlak bazarında qiymətlərin bir neçə dəfə artmasını nəzərə alaraq əmlakın hərracda satılması üçün likvid dəyərinin ******* (üç yüz qırx səkkiz min) manat müəyyən edilməsi qanuni və ədalətli və tərəflərin mənafeyinə uyğun olmuşdur. Məhkəmə kollegiysı hər iki apellyasiya şikayətinə münasibətdə son olaraq qeyd edir ki, iş üzrə tərəflər Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş rəyi - Zaqatala rayonu, Nizami küçəsində yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyərinin 301021 manat müəyyənləşdirilmiş hissəsi istisna olmaqla digər hissələrdə mübahisələndirməyib onu qəbul etmişlər. Kollegiya tərəflərin diqqətinə çatdırır ki, həmin rəy sadəcə bir əmlaka münasibətdə natamam olduğundan kollegiya yuxarıda sadalanan nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfin apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, iş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 150 manatı iddiaçı Paşa Bank” ASC-dən, 150 manatı isə Cavabdeh3 tutulаrаq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2-2(117)-3/2025 nömrəli qətnaməsi ünvan 3 ünvanında yerləşən 0.012 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 189.5 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri hissəsində dəyişdirilərək həmin əmlakın likvid dəyəri 348000 (üç yüz qırx səkkiz min) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 150 manatı iddiaçı Paşa Bank” ASC-dən, 150 manatı isə Cavabdeh3 tutulаrаq "xxxx" MMCnin hesabına ödənilsin. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.