Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-67/2024 24.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “500 manat servitut haqqı müəyyən edilməklə servitut barədə müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: servitut) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X1 iclas katibliyi ilə, Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil; Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi olaraq (tikili) müəssisə "Yevlax-Mərkəzi Bazar” ASC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən 0,5378 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, istifadə hüququ ilə onun üzərində yerləşən 4882,9 kv.m qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə Yevlax-Mərkəzi Bazar” ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinin mərkəzində fəaliyyət göstərən qeyriyaşayış sahəsi cavabdeh "ünvan 2 ünvanında yerləşən 0,0335 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadə hüququ ilə, 292,6 kv.m qeyri-yaşayış binası tam mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə "Yevlax-Məişət” ASC-nin adına qeydiyyata alınmışdır. Cavabdeh "Yevlax Məişət” ASC iddiaçı "Yevlax-Mərkəzi Bazar” ASC-dən icazə almadan, ona məlumat vermədən istifadə edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı "Yevlax-Mərkəzi Bazar”ASC cavabdeh "Yevlax-Məişət”ASC-yə qarşı ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-nin mülkiyyətində olan Yevlax şəhəri, ünvan 1 ünvanında olan əmlak kompleksi (tikili) müəssisənin yerləşdiyi torpaq sahəsindən cavabdeh "xxxx" ASC özünə məxsus qeyri-yaşayış sahəsinə gedişgəliş, giriş-çıxış üçün istifadə etməsinə görə aylıq 500 manat servitut haqqı müəyyən edilməklə həmin vəsait cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan Yevlax şəhəri, ünvan 1 ünvanında olan əmlak kompleksi (tikili) müəssisənin yerləşdiyi torpaq sahəsindən cavabdeh "xxxx" ASCnin özünə məxsus qeyri-yaşayış sahəsinə gediş-gəliş, giriş-çıxış üçün istifadə etməsi servitut kimi müəyyənləşdirilərək İddiaçı ASC və cavabdeh "xxxx" ASC arasında servitut barədə müqavilənin bağlanması öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi olaraq (tikili) müəssisə "Yevlax-Mərkəzi Bazar” ASC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən 0,5378 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, istifadə hüququ ilə onun üzərində yerləşən 4882,9 kv.m qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə Yevlax-Mərkəzi Bazar” ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. Hazırki iddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC-yə məxsus və cavabdeh "xxxx" ASC-yə məxsus həmin qeyri-yaşayış sahələrinə dair tərtib edilmiş texniki pasportlardan görünür ki, cavabdehə məxsus qeyriyaşayış sahəsi, iddiaçıya məxsus əmlak kompleksinin yerləşdiyi və daimi istifadəsində olan torpaq sahəsinin mərkəzində yerləşir. Cavabdeh "xxxx" ASC, 292.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırarkən, həmin sahəyə küçədən azad şəkildə giriş-çıxışın olmadığını, bu sahəyə gediş-gəlişin yalnız İddiaçı ASC-yə məxsus qeyri-yaşayış sahəsinin içərisindən və onun daimi və qanuni istifadəsində olan torpaq sahəsinin üzərindən mümkün olması barədə məlumatlı idi. Keçən müddət ərzində də cavabdeh "xxxx" ASC-yə məxsus qeyri-yaşayış sahəsinə gediş-gəliş, iddiaçı "xxxx" ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən və iddiaçının istifadə hüququ ilə yüklü edilmiş göstərir. İddiaçı həmin torpaq sahəsində ayrı-ayrı şəxslərə yer icarəyə verir və icarəçilər torpaq sahəsindən istifadə etməklə həyata keçiriir. Başqa sözlə desək, cavabdeh gediş-gəliş yolu olaraq iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən və istifadəsində olan torpaq sahəsindən servitut kimi istifadə edir. Cavabdeh "xxxx" ASC-nin həmin istifadəsi iddiaçıya lüzumsuz narahatlıqlar yaradır. Belə ki, cavabdeh "xxxx" ASC İddiaçı ASC-dən icazə almadan, ona məlumat vermədən, müvafiq qurumlarla razılaşdırılmadan, ona məxsus qeyri-yaşayış sahəsinə aid texniki pasportda nəzərdə tutulmayan dəyişikiliklər etmiş, qeyri-yaşayış sahəsinin divarlarının bir qismini sökərək əlavə giriş-çıxışlar üçün qapılar açmış, həmin yerlərə qapılar qoydurmuşdur və qapı kimi istifadə edir. Bir sözlə bazar içində bazar açmışdır. İddiaçı ASC özünə məxsus qeyri-yaşayış sahəsi adından göründüyü kimi, bazar olaraq bazarda alqı-satqı fəaliyyəti ilə məşğuldurlar. Hazırda cavabdehin qeyri-yaşayış sahəsində texniki pasportunda nəzərdə tutulmayan giriş-çıxış üçün əlavə boşluqlar açması, qapılar qoyması icarəyə veriləcək yerlərin icarəçilərinin sayının azalmasına səbəb olmuşdur. Bundan başqa yeni açılmış qapılardan çoxlu sayda vətəndaşların girib-çıxmaları da həm bazarda fəaliyyət göstərən icarəçilərin fəaliyyətinə mane olur, həm də darısqallıq yaradır. Nəticədə icarəçilər bazarda işlərini davam etdirməkdən imtina edirlər. Bütün bunların nəticəsində isə iddiaçı gəlirlərindən məhrum olur, digər tərəfdən isə hər an icarəçilərin haqqlı narazılıqları ilə qarşılaşır. Bütün bunların qarşısının alınması, habelə tərəflər arasındakı münasibətlərin şərtlərinin yazılı qaydada müəyyən edilməsi məqsədilə İddiaçı ASC, onunla cavabdeh "xxxx" ASC arasında servitutla bağlı müvafiq müqavilənin bağlanmasını dəfələrlə cavabdehə təklif etmişdir. Lakin cavabdeh "xxxx" ASC, bu təkliflə razılaşmamış, iddiaçının daşınmaz əmlakından məhdud istifadə hüququ ilə bağlı müqavilə bağlamaqdan imtina etmişdir. Bu səbəbdən də İddiaçı ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, istifadə hüququ ilə onun üzərində yerləşən 4882,9 kv.m qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə Yevlax-Mərkəzi Bazar” ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadə hüququ ilə, 292,6 kv.m qeyri-yaşayış binası tam mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə Cavabdeh ASC-nin adına qeydiyyata alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən DƏDKRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə texniki tərəfindən xx.xx.2022-ci il tarixli, **********96 nömrəli mütəxəssis rəyi üzrə Cavabdeh ASC-yə məxsus Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 0,0335 kv.m olan daşınmaz əmlakın yerləşdiyi qeyri-yaşayış binasının cənub və qərb tərəfindən dəmir hasar çəkilmişdir. Qeyri-yaşayış binasının ətrafına dəmir hasarın kim tərəfindən çəkilməsini müəyyən etmək mümkün olmamışdır. Hasar çəkilən yer Cavabdeh ASC-nin mülkiyyətinə **********7-06301 reyestr nömrəli çıxarışla verilmiş qeyri-yaşayış binasının ərazisində yerləşir. Cavabdeh ASC-yə məxsus Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən qeyri-yaşayış binasının ətrafına çəkilmiş dəmir hasarın binanın giriş-çıxış qapılarının qarşısında quraşdırıldığından dəmir hasarın çəkilməsi mövcud tikinti norma və qaydalarına uyğun olmadığı və çəkilən dəmir hasarların qeyri-yaşayış binasına girişçıxışına maneə törətdiyi müəyyən edilir. DƏDKRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********96 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh ASC-yə məxsus Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 0,0335 kv.m olan daşınmaz əmlakın yerləşdiyi qeyriyaşayış binasının cənub və qərb tərəfindən dəmir hasar çəkilmişdir. Qeyri-yaşayış binasının ətrafına dəmir hasarın kim tərəfindən çəkilməsini müəyyən etmək mümkün olmamışdır. Hasar çəkilən yer (qərb hissədə 1-dən 2-yə yerquruluşu planında göstərilmiş) Cavabdeh ASC-nin mülkiyyətinə **********7-06301 reyestr nömrəli çıxarışla verilmiş qeyriyaşayış binasının ərazisində yerləşir. Şəki Kommersiya Məhkəməsi 29 fevral 2024-cü il tarixli, e-2-2(117)-61/2024 nömrəli qətnaməsi ilə, iddia tələbi rədd edilərək ödənilməmiş 44,30 manat dövlət rüsumunun İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi olaraq (tikili) müəssisə İddiaçı ASC-nin xüsusi mülkiyyətində, Yevlax şəhəri B.İmanov küçəsi 8A/1 ünvanında yerləşən ümumi sahəsi 292,60 m2 qeyri-yaşayış sahəsi Cavabdeh ASC-nin mülkiyyətindədir. Birinci instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, iddiaçı və cavabdehin mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin altında və istifadəsində olan torpaq sahələri Dövlətin mülkiyyətində olmaqla tərəflər həmin torpaq sahələrinin istifadəçiləridir. Hər bir iddia tələbinin irəli sürülməsi üçün hüququnun pozulduğunu iddia edən şəxsin buna subyektiv hüququ olmalıdır. Göründüyü kimi, iddiaçı servitutla yüklü edilməsini xahiş etdiyi torpaq sahəsi ilə bağlı öz hərəkətlərinə hüquqi ixtiyar ona deyil, dövlətə məxsusdur. Dövlətə məxsus olan torpaq sahəsi iddiaçının adına servitutla yüklü edilə bilməz və yüklülüyə görə vəsait ona ödənilə bilməz ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 255.1, 255.2, 255.4 və 261.1-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddələrinə - istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini, İddiaçı ASC-nin mülkiyyətində olan Yevlax şəhəri, ünvan 1 ünvanında olan əmlak kompleksi (tikili) kimi müəssisənin yerləşdiyi torpaq sahəsindən cavabdeh "xxxx" ASC özünə məxsus qeyri-yaşayış sahəsinə gediş-gəliş, giriş-çıxış üçün istifadə etməsinə görə aylıq 500 manat servitut haqqı müəyyən edilməklə həmin vəsaitin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, habelə İddiaçı ASC-nin mülkiyyətində olan Yevlax şəhəri, ünvan 1 ünvanında olan əmlak kompleksi (tikili) kimi müəssisənin yerləşdiyi torpaq sahəsindən cavabdeh "xxxx" ASC-nin özünə məxsus qeyriyaşayış sahəsinə gediş-gəliş, giriş-çıxış üçün istifadə etməsinin servitut kimi müəyyənləşdirilərək İddiaçı ASC və cavabdeh "xxxx" ASC arasında servitut barədə müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, servitut hüququ, o daşınmaz əmlak sahibinə məxsusdur ki, həmin daşınmaz əmlak sahibi yol istəsin və ya keçid istəmiş olsun. Hazırki vəziyyətdə isə İddiaçı ASC hətta mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi olsa belə özü belə bir iddia ilə çıxış edə bilməz. Lakin nəzərə almamışdır ki. 4882,9 kv.m ibarət həmin əmlakın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, İddiaçı ASC-nin daimi istifadə hüququ ilə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu barədə məlumat "xxxx" ASC-nin adına verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışda öz əksini tapmışdır. İşin mübahisə doğurmayan hallarından biri ondan ibarətdir ki, cavabdehə məxsus qeyriyaşayış sahəsi, iddiaçıya məxsus əmlak kompleksinin yerləşdiyi və daimi istifadəsində olan torpaq sahəsinin mərkəzində yerləşir və cavabdeh həmin obyektə giriş-çıxış üçün həm iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən, həm də daimi istifadəsində olan torpaq sahəsindən istifadə edir. Belə ki, cavabdeh "xxxx" ASC İddiaçı ASC-dən icazə almadan, ona məlumat vermədən, müvafiq qurumlarla razılaşdırılmadan, ona məxsus qeyri-yaşayış sahəsinə aid texniki pasportda nəzərdə tutulmayan dəyişikiliklər etmiş, qeyri-yaşayış sahəsinin divarlarının bir qismini sökərək əlavə giriş-çıxışlar üçün qapılar açmış, həmin yerlərə qapılar qoydurmuşdur və qapı kimi istifadə edir. Bundan başqa yeni açılmış qapılardan çoxlu sayda vətəndaşların girib-çıxmaları da həm bazarda fəaliyyət göstərən icarəçilərin fəaliyyətinə mane olur, həm də darısqallıq yaradır. Nəticədə icarəçilər bazarda işlərini davam etdirməkdən imtina edirlər. Bütün bunların nəticəsində isə iddiaçı gəlirlərindən məhrum olur, digər tərəfdən isə hər an icarəçilərin haqlı narazılıqları ilə qarşılaşır. Şikayətdə daha sonra göstərilmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halların özlərinin sübut etməli olmaları Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində təsbit olunmuşdur. Bu pozuntular isə birinci instansiya məhkəməsinin qətnaməsinin MPMin 385-ci maddəsinin tələblərinə görə apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə işə baxarkən ona məxsus torpaq sahəsinə yerində baxış keçirilməsi, tikintitexniki ekspertizanın keçirilməsi barədə əsaslandırılmış vəsatətləri də əsassız olaraq təmin etməməklə tam, hərtərəfli, obyektiv araşdırma aparmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin əvvəlki iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, İddiaçı ASC 2004-cü ildən ona məxsus əmlakı zəbt etmişdir. Həmin əmlakı icrarəyə verəcəyini desə də sözünə əməl etməmişdir. Daha sonra həmin əmlak üzrə cavabdehi tanımadığını və həmin əmlakın ona məxsus olmasını bildirmişdir. Bu səbəbdən o, əmlaka mülkiyyət hüququna dair sənədlər hazırlayaraq öz adına rəsmiləşdirmişdir. Rəsmiləşdirdikdən sonra da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmin obyektlərdən hal-hazırda da istifadə edə və işlədə bilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, apellyasiya şikayətin tamamilə əsasızdır. Belə ki, həmin qeyri-yaşayış sahələri iddiaçının və cavabdehin birbaşa mülkiyyətindədir, lakin torpaq sahəsi dövlətə məxsus torpaq sahəsidir. Hər ikisi həmin torpaq sahələrindən sadəcə istifadə hüququna malikdir. İddiaçı ASC cavabdehlə servitut hüquq ilə bağlı cavabdehlə hər hansı müqavilə notariat qaydada bağlansaydı, o halda qiymətdə razılaşma olmadığı təqdirdə məhkəməyə müraciət edə bilərdi. Lakin razılığa gəlməmiş və aralarında heç bir müqavilə bağlanmamışdır. Cavabdeh ASC həmin əmlakdan istifadə etməkdə maraqlıdır, lakin iddiaçı həmin obyektə müxtəlif maneələr yaradır və illərdir həmin problemlərin həll yolunu tapılması üçün məhkəmələrdə işləri vardır. Cavabdeh ASC həmin obyektdən istifadə edə bilmir və heç bir gəlir əldə etmir. Ona görə də İddiaçı ASC-nin servitutla bağlı 500 manat istəməsi əsasızdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar mübahisə ilə bağlı president qərarları vardır və işə baxılan zaman nəzərə alınmalıdır. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, mübahisəli torpaq sahələri dövlətə məxsusdur. Bundan başqa, əgər sonralar da mübahisəli torpaq sahəsi kiminsə mülkiyyətinə verilsə belə gediş-gəliş yolları heç kimə məxsus olmayacaqdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasından bir saat sonra iddiaçının nümayəndəsi məhkəmə iclasının təxirə salınmasına dair elektron sistemə ərizə əlavə etmişdir. Həmin ərizə iclas qurtardıqdan sonra sistemə əlavə edildiyindən məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası işə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 2 9 . Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 159.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. 256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. 261.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. 261.2. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 54.1. Servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. 54.2. Servitut — torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016- ci il 23 fevral tarixli Qərarında müəyyən edilmişdir ki: “... Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Yuxarıda qeyd edilmiş maddələrdə təsbit edilmiş məhkəmə müdafiəsi hüququ, hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, səlahiyyətli milli məhkəmələr tərəfindən işinin ədalətli araşdırılmasını, eləcə də məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası ilkin olaraq iddiaçının məhkəməyə müraciət etməkdə suyektiv huququnun olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı nəticəyə gəlməkdə haqlı olmuşdur. Qanunvericiliyə əsasən, iddiaçı qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək istəyirsə, o, məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Lakin bu zaman həmin şəxs özünün bu tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmasını sübuta yetirməlidir. Kollegiya isə hesab edir ki, iddiаçının hazırki tələblə cavabdehə qаrşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, torpaq sahəsi mülkiyyət hüququ əsasında dövlətə məxsusdur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, istifadə hüququ ilə onun üzərində yerləşən 4882,9 kv.m qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə Yevlax-Mərkəzi Bazar” ASCnin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadə hüququ ilə, 292,6 kv.m qeyri-yaşayış binası tam mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə Cavabdeh ASC-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etməkhüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Göründüyü kimi, subyektiv hüququnun “öz hərəkətlərinə hüquqi ixtiyar” elementi başlıca amildir və əgər iddia irəli sürmüş şəxsin öz hərəkətlərində hüquqi ixtiyarlı deyildirsə bu zaman subyektiv hüququnun digər elementlərinin mövcudluğundan söhbət gedə bilməz. İşdən isə müəyyən edilir ki, iddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin torpaq sahəsinin onun mülkiyyətində olduğunu iddia etsə də araşdırma zamanı müəyyən edili ki, iddiaçı və cavabdehin mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin altında və istifadəsində olan torpaq sahələri dövlətin mülkiyyətində olmaqla tərəflər həmin torpaq sahələrinin istifadəçiləridir. Yəni, servitutla yüklü edilməsi tələb olunan torpaq sahəsi dövlət mülkiyyətindədir. İddiaçı isə həmin torpaq sahəsinin hüquqi müqəddəratını həll etmək səlahiyyətinə malik deyildir və belə bir hüququn ona dövlət tərəfindən verilməsini təsdiq edən sübut da iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Torpaq Məcəlləsinin 54.2-ci maddəsinə əsasən, servitut - torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir (Mülki Məcəllə 256.1). Mülki Məcəllənin 242.2-ci maddəsində isə göstərilir ki, istifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsi 31 avqust 1999-cu il tarixdən, Mülki Məcəllə isə 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə mindiyi üçün “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən Mülki Məcəllənin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında həmin Məcəllələrin normalarında müəyyən olunmuş kolliziyanı şərh edərkən izah etmişdir ki, “... əvvəlki “Normativ hüquqi aktlar haqqında” Qanunun 7-ci maddəsində, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.5-ci maddəsində təsbit olunmuş zaman prinsipinin (Lex posterior derogat legi priori) məzmunu ondan ibarətdir ki, əgər sonrakı qanunda əvvəl qəbul olunmuş qanunun normalarının qüvvədən düşməsinə dair xüsusi qeyd olmasa da, bu qanunlar arasında kolliziya yarandıqda sonrakı qanun qüvvədə olur. Əvvəlki qanunun qüvvəsi isə yalnız onun sonrakı qanuna zidd olmayan hissəsində yol verilir.” Beləliklə yuxarıda şərh olunan normalardan müəyyən edilir ki, iddiaçı servitutla yüklü edilməsini xahiş etdiyi torpaq sahəsi ilə bağlı öz hərkətlərinə hüquqi ixtiyar - ona deyil, dövlətə məxsusdur və dövlətə məxsus olan torpaq sahəsi iddiaçının adına servitutla yüklü edilə, həmçinin yüklülüyə görə vəsait də iddiaçıya ödənilə bilməz. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışdır. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin iddia tələbinin təmin edilməli olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri həmin hissədə də əsassızdır və təmin edilə bilməz. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, iddiaçı "Yevlax-Mərkəzi Bazar” ASC daşınmaz əmlaka gediş-gəliş yolunun verilməsi üçün haqq müqavilində cavabdehlə aralarında servitut müqaviləsinin bağlanmasını xahiş etmişdir. Yəni, hazırki işdə iddiaçı servitut tələb edən tərəf yox, servitut vermək istəyən (servitut müqaviləsinin bağlanmasını tələb edən) tərəf qismində çıxış edir. Qeyd edilməlidir ki, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir (Mülki Məcəllə 255.1). Torpaq Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır (Mülki Məcəllə 256.1 və 256.2). Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019 və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarlar). Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllə 389.1). Öhdəliyə əsasən isə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Belə ki, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Mülki Məcəllə 390.1). Xüsusən Mülki Məcəllənin 390.3-cü maddəsində göstərilmişdir ki, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 261.1 və 261.2-ci maddəsinin tələblərinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Yuxarıda sadlanan normalara əsasən məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, servitutla bağlı tərəflər öz aralarında razılığa gəlməli, bu barədə müqavilə bağlamalı, müqavilə notarial qaydada təsdiq edilməli və servitutla bağlı hüquq qeydə alınmalıdır. Əgər servitutla bağlı haqqın müəyyənləşdirilməsilə bağlı tərəflər arasında mübahisə olduqda, bu mübahisəyə məhkəmə qaydasında baxıla bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericilikdə istinad olunan maddi hüquq normalarına görə cavabdehin üzərinə servitutla bağlı məhkəmə qaydasında müqavilə bağlamaq öhdəliyinin qoyulması istisna edilir. Əks halda bu Mülki Məcəllənin 390-cı maddəsi ilə təsbit olunmuş müqavilə azadlığı prinsipinə zidd olardı. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfin daşınmaz əmlaka cavabdehdən daha tez mülkiyyət hüququnun əldə etdiyini və cavabdehin daha sonra yəni, 2020-ci ildə bilərəkdən iddiaçının əmlakının daxilində yerləşən əmlaka mülkiyyət hüququ əldə etdiyi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri həmin hissədə əsassızdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Yevlax şəhəri B.İmanov küçəsi 8A/1 ünvanında yerləşən ümumi sahəsi 292,60 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində Cavabdeh ASC-nin mülkiyyət hüququ 11 iyun 2020-ci il tarixdə qeydə alınsa da, 35 ildən çoxdur ki, həmin torpaq sahəsi Cavabdeh ASC-yə məxsus olmuşdur. Belə ki, Yevlax Şəhər XDS İcraiyyə Komitəsinin 31 mart 1977-ci il tarixli 63 nömrəli qərarı ilə 0,15 ha torpaq sahəsi Cavabdeh ASC-yə (o vaxtkı adı ilə “Yevlax-Məişət Xidməti” Kombinatı) ayrılmışdır. Yəni qeyri-yaşayış sahəsi əvvəldən Cavabdeh ASC-yə məxsus olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin qeyri-yaşayış sahəsində qanunsuz işlər gördüyü, texniki pasporta nəzərdə tutulmamış yollar və qapılar açması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri həmin hissədə də əsassızdır. Bununla bağlı məhkəmə kolegiyası qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 16.1-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). İş materiallarına əlavə edilmiş və hazırda qanuni qüvvəsini almış qətnamələrdən görünür ki, Şəki Kommersiya Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2-2(117)- 801/2023 saylı qətnaməsi ilə, tikilinin əvvəlki vəziyyətə gətirilməsi, Cavabdeh ASC tərəfindən Yevlax şəhəri, B.İmanov küçəsi, 8A71 ünvanda yerləşən 292.60 kv.m qeyriyaşayış sahəsində xx.xx.2020-ci il tarixli texniki pasportda göstərilməyən və sonradan açılan qapıların bağlanması, həmin qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə, yəni texniki pasportda göstərilən vəziyyətə qaytarılması ilə bağlı hazırki iş üzrə iddiaçının iddiası təmin edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 2(102)-282/2021 nömrəli qərarından görünür ki, Cavabdeh ASC-nin hazırki iş üzrə İddiaçı ASC-yə qarşı Yevlax şəhəri, B.İmanov küçəsi 8A/1 ünvanında 0,0335 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 292.60 kv.m olan qeyri-yaşayış sahəsi olan binanın zəbtdən azad edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlərdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-2(117)-61/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.