Məhkəmə qərarları › İş №2-2(107)-7/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-7/2020

14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-7/2020 14.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər – X1 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehdən 8500 manat əsas borc, 8000 manat əldən çıxmış fayda, 2000 manat mənəvi zərər, 500 manat maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 19030 manat məbləğində pulun alınaraq ona verilməsi” tələbi barədəiş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8500 manat əsas borc, 8000 manat əldən çıxmış fayda, 2000 manat mənəvi zərər, 500 manat maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 19030 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-705/2019 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (hаkim İlqar Cabbarov) xx xxxxxx 2019-cu il tаrixli 2-2(84)-386/2019 nömrəli qərаrdаdı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehdən 8500 manat əsas borc, 8000 manat əldən çıxmış fayda, 2000 manat mənəvi zərər, 500 manat maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 19030 manat məbləğində pulun alınaraq ona verilməsi” tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara əsasən, hazırkı işin hansı məhkəmədə baxılmasını müəyyən etmək üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmiş iş üzrə özünü səlahiyyətli saymadığına görə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehdən 8500 manat əsas borc, 8000 manat əldən çıxmış fayda, 2000 manat mənəvi zərər, 500 manat maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 19030 manat məbləğində pulun alınaraq ona verilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 9.1.3-cü maddəsinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. 9.2-ci maddəsinə görə, bu bəcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsаsən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 32.7ci maddəsi və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 9.2-ci və 80-ci mаddəsini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehdən 8500 manat əsas borc, 8000 manat əldən çıxmış fayda, 2000 manat mənəvi zərər, 500 manat maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 19030 manat məbləğində pulun alınaraq ona verilməsi” tələbinə dair 2-2(107)-7/2020nömrəli iş məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar