Məhkəmə qərarları › İş №2-2(107)-7/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-7/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-7/2025 25.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X12, X9, Məmmədov Nayim Fikrət oğlu və X4 qаrşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X10 və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - Məmmədov Nayim Fikrət oğlunun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X12, X9, Məmmədov Nayim Fikrət oğlu və X4 qarşı “cavabdehlərdən müştərək qaydada 15355.53 manat əsas bоrc, 1966.40 manat faiz bоrcu, 614.22 manat cərimə borcu, mediasiya xərci olaraq ödənilmiş 143.81 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, e- 2-2(117)-802/2024 saylı qətnaməsindən cavabdeh Məmmədov Nayim Fikrət oğlunun nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. xx.xx.2020-ci il tarixdə "xxxx" QSC ilə Məmmədov Nayim Fikrət oğlu arasında bağlanmış 026L**********54 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, yuxarı faiz dərəcəsi 28 faiz olmaqla 200000 manat məbləğində kredit xətti açılmışdır.

2. Eyni zamanda xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə "xxxx" QSC ilə X12, X9 və X7 arasında borcalanın 026L**********54 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 026S**********01 nömrəli, 026S**********02 nömrəli, 026S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır.

3. xx.xx.2022-ci il tarixdə "xxxx" QSC ilə Məmmədov Nayim Fikrət oğlu arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 026R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % olmaqla müəyyən olunmuş ödəniş planı üzrə qaytarmaq şərtilə 23000 manat məbləğində kredit verilmişdir.

4. xx.xx.2022-ci il tarixli kredit razılaşmasının ödəniş planına əsasən cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 23000 manat əsas və 9343,06 manat faiz olmaqla iddiaçıya cəmi 32343,06 manat pul qaytarmağı öhdəsinə götürmüşdür.

5. Cavabdeh Nayim Məmmədov üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun kredit razılaşması üzrə ödənilməmiş 15355,53 manat əsas bоrc, 1966,40 manat faiz bоrcu, 614,22 manat cərimə borcu qalmışdır. Bu hal xx.xx.2024-cü il tarixə olan maliyyə arayışı və hesabdan çıxarışla təsdiq olunur. Cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları, pretenziya, xx.xx.2024-cü il tarixli pretenziya ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır.

II. Birinci instansiya məhkəməsində icraat

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Məmmədov Nayim Fikrət oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Məmmədov Nayim Fikrət oğlu götürdüyü krеdit bоrcundan 7644.47 manat ödəmiş, onun 15355.53 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Məmmədov Nayim Fikrət oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 228 gün üçün hesablanmış faiz borcu 1966.40 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 228 gün üçün hеsablanmış cərimə 614.22 manat təşkil edir.

8. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 24 iyul 2024-cü il tarixli, e-2-2(117)-802/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər X12, X9, Məmmədov Nayim Fikrət oğlu və X3 müştərək qaydada 15355.53 manat əsas bоrc, 1966.40 manat faiz bоrcu, 614.22 manat cərimə borcu və 143,81 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə istinad edərək həmin nəticəyə gəlmişdir.

10. Həmin qətnamədən narazı olan cavabdeh Məmmədov Nayim Fikrət oğlunun nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin qətnaməsinin ədalətsiz və əsassız olması, cavabdehlərlə bağlı vəziyyətin obyektiv qiymətləndirilməməsi, sırf iddiaçının tələbləri və mənafeyinin nəzərə alınmadan, heç bir tutarlı əsas olmadan iddia tələbinin təmin olunması ilə sübutdur. Belə ki, "xxxx" QSC-nin Göyçay filialı ilə Məmmədov Nayim Fikrət oğlu arasında 30 iyun 2020-ci il tarixdə 02610**********54 saylı uzunmüddətli Kredit Müqaviləsinə əsasən müştəriyə 120 ay müddətinə faiz dərəcəsinin yuxarı həddi 28 faiz olmaqla şərti ilə kredit xətti açılmışdır. Eyni vaxtda açılmış kredit xətti ilə əlaqədar X12, X9 və X7 ilə zaminlik müqaviləsi bağlanmışdır. Hesab edir ki, 30 iyun 2020-ci il tarixdə 0261**********54 saylı uzunmüddətli kredit müqaviləsinin 1.8-ci bəndi bankın özü tərəfindən pozulmuşdur. Həmin müqavilənin 3,1,3cü bəndinə əsasən "Kredit Alanın yazılı razılığı ilə bankın bu müqavilə əsasında verilmiş bütün kreditlər üzrə borcları bir ödəniş planı kimi birləşdirmək hüququ var. Əgər bank müqavilənin bu bəndini əsas tutsaydı, onda xx.xx.2024-cü il tarixdə xx.xx.2021-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən, Həsənov Yunus və Mikayılov Əhmədə də xəbərdarlıq məktubları göndərilməli idi. Çünki, Həsənov Yunus və Mikayılov Əhmədlə bağlanmış xx.xx.2021-ci il tarixli 026R********** saylı kredit razılaşmasının müddəti xx.xx.2024-cü il tarixədək qüvvədədir. Beləliklə göründüyü kimi Bank tərəfindən həm 30 iyun 2020-ci il tarixdə 0261**********54 saylı uzunmüddətli kredit müqaviləsinin, həm də xx.xx.2021-ci il tarixli 026 R********** saylı və xx.xx.2022-ci il tarixli və 026R********** saylı kredit razılaşmalarının şərtləri pozulmuş, bank tərəfindən 23000 manat kredit vəsaitindən 15297.36 manat pul vəsaitini əvvəli borc üçün silinmişdir. Bank tərəfindən müştərinin bu qeyd olunan halları nəzərə almadan, onun maliyyə vəziyyətini düzgün qiymətləndirmədən 1966.40 manat faiz üzrə borcdan əlavə 614.22 manat cərimə hesablanmasını da düzgün hesab etmir. Odur ki, yuxarıda qeyd olunan halların müvafiq qanunauyğunluğunu araşdırılması üçün işin məhkəmə mühasibat ekspertizasına göndərilməsi təmin etməklə ekspertiza qarşısında aşağıdakı suallar qoyulmalıdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, e-2- 2(117)-802/2024 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

13. Məhkəmə kollegiyasının iclasında cavabdeh Məmmədov Nayim Fikrət oğlunun nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

14. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi ərizə ilə müraciət edərək hazırkı kommersiya mübahisəsinə dair işə nümayəndənin iştirakı olmadan baxılmasını, eyni zamanda cavabdeh tərəfindən verimiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.

22. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

23. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

24. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. Maddə 372.6.21-ci bənd) Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

34. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. Maddə 115.0.1. İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Məmmədov Nayim Fikrət oğlunun nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, e-2-2(117)-802/2024 saylı qətnaməsi əsas borc hissəsində dəyişdirilməlidir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

39. Müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" QSC ilə Məmmədov Nayim Fikrət oğlu arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 026R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % olmaqla müəyyən olunmuş ödəniş planı üzrə qaytarmaq şərtilə 23000 manat məbləğində kredit verilmişdir.

40. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, zaminlik müqavilələri üzrə zaminlər cavabdeh N.Məmmədovla birlikdə bank qarşısında borclu ilə birgə məsuliyyət daşıdığından, zaminlik müqavilələri qüvvədə olduğundan və cavabdeh N.Məmmədov kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada 15355.53 manat əsas bоrc, 1966.40 manat faiz bоrcu və 614.22 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan cavabdeh Məmmədov Nayim Fikrət oğlunun nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti vermişdir.

41. Cavabdeh N.Məmmədovun nümayəndəsi və vəkilinin apellyasiya şikayətinin əsas dəlillərindən biri məhkəmə muhasibatlıq-ekspertizasının keçirilməsi ilə bağlı olduğundan Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 01 oktyabr 2024cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizaların aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə ekspertlərinə həvalə edilmişdir.

42. Məhkəmə mühasibatlıq-ekspertizası üzrə 16 yanvar 2025-ci il tarixli, 3-16-16/2- 9/8547 saylı ekspert rəyində qeyd olunur ki: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 29 mart 2022-ci il tarixli, 026R********** saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh Məmmədov Nayim Fikrət oğlunun iddiaçı "xxxx" QSC-yə maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2024-cü il tarixə olan borcu 17.389,86 manat məbləğində müəyyən edilir, o cümlədən:

- əsas borc üzrə - 15.263,93 manat, - faiz borcu üzrə - 2.125,93 manat.

43. İş üzrə verilmiş ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır.

44. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

45. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

47. “X6rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli, 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

49. Həmin qərarda qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

50. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

51. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

52. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, e-2-2(117)-802/2024 saylı qətnaməsi - əsas borc hissəsində dəyişdirilərək həmin məbləğ 15263 manat 93 qəpik müəyyən edilməli, qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdeh Məmmədov Nayim Fikrət oğlundan tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Məmmədov Nayim Fikrət oğlunun nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, e-2-2(117)-802/2024 saylı qətnaməsi - əsas borc hissəsində dəyişdirilərək həmin məbləğ 15263 manat 93 qəpik müəyyən edilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdeh Məmmədov Nayim Fikrət oğlundan tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar