Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-73/2023 10.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh X3 qarşı “DC00273577-06 saylı kredit müqaviləsinə əsasən 6000 manat əsas borc, 1394,04 manat faiz borcu, 363,31 manat cərimə borcu olmaqla, cəmi 7757,35 manat, DC00273577-10 saylı kredit müqaviləsinə əsasən 5000 manat əsas borc, 777,17 manat faiz borcu, 886,43 manat cərimə borcu olmaqla, cəmi 6663,60 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, e-2-2(117)- 330/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/4514 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq cavabdeh www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir.
2. Tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00273577-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək, illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% olmaqla, 6000 manat məbləğində birdəfəlik kredit verilmişdir.
3. Bundan əlavə, tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00273577-10 saylı maliyyələşdirmə üçün ərizəyə (kredit əməliyyatı üzrə) əsasən bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixidək, illik faiz dərəcəsi 15,5%, illik cərimə faizi 15% olmaqla, 5000 manat məbləğində birdəfəlik kredit verilmişdir.
4. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh yerinə yetirməmiş və nəticədə DC00273577-06 saylı kredit müqaviləsinə əsasən 6000 manat əsas borc, 1394,04 manat faiz borcu, 363,31 manat cərimə borcu, DC00273577-10 saylı kredit müqaviləsinə əsasən 5000 manat əsas borc, 777,17 manat faiz borcu, 886,43 manat cərimə borcu yaranmışdır.
5. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından hazırkı iddia tələbləri ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən borcu yaranmışdır.
6. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/3618 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli DC00273577-06 saylı kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixə 6000 manat əsas, 1615 manat faiz, 379,95 manat faiz borcu, xx.xx.2021-ci il tarixli DC00273577-10 saylı kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixə 5000 manat əsas, 1224,93 manat faiz və 916,85 manat cərimə borcu vardır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmışdır.
9. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 27 iyul 2023-cü il tarixli, e-2-2(117)-330/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh X1 DC00273577-06 saylı kredit müqaviləsinə əsasən 6000 manat əsas borc, 1394,04 manat faiz borcu, 100 manat cərimə borcu, DC00273577-10 saylı kredit müqaviləsinə əsasən 5000 manat əsas borc, 777,17 manat faiz borcu, 200 manat cərimə borcu, 191,22 manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, cavabdeh X1 133,26 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərci cavabdeh X1 tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00273577-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixidək, illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% olmaqla, 6000 manat məbləğində birdəfəlik kredit verilmişdir. Bundan əlavə tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00273577-10 saylı maliyyələşdirmə üçün ərizəyə (kredit əməliyyatı üzrə) əsasən bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixidək, illik faiz dərəcəsi 15,5%, illik cərimə faizi 15% olmaqla, 5000 manat məbləğində birdəfəlik kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh yerinə yetirməmiş və nəticədə DC00273577-06 saylı kredit müqaviləsinə əsasən 6000 manat əsas borc, 1394,04 manat faiz borcu, DC00273577-10 saylı kredit müqaviləsinə əsasən 5000 manat əsas borc, 777,17 manat faiz borcu yaranmışdır.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi həcmində DC00273577-06 saylı kredit müqaviləsinə əsasən 6000 manat əsas borc, 1394,04 manat faiz borcu, DC00273577-10 saylı kredit müqaviləsinə əsasən 5000 manat əsas borc, 777,17 manat faiz borcu cavabdehdən tutularaq iddiaçı banka ödənilməlidir.
12. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3, 467-ci maddələrinin müddəalarına istinad edərək cavabdehdən DC00273577-06 saylı kredit müqaviləsinə əsasən 100 manat, DC00273577-10 saylı kredit müqaviləsinə əsasən 200 manat məbləğində cərimə tutulması nəticəsinə gəlmişdir.
13. İddiaçı həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin cərimə borcunun təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqavilələri, hesabdan çıxarış, xəbərdarlıq, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə cərimə borcunun tutulmasının təmin edilməyən hissəsində əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, cavabdeh DC00273577-06 saylı maliyyələşdirilmə üçün ərizə üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini 526 gün, DC00273577-10 saylı maliyyələşdirilmə üçün ərizə üzrə isə 522 gün gecikdirmişdir. Odur ki, cavabdehdən müvafiq olaraq 363.31 (üç yüz altmış üç manat otuz bir qəpik)manat və 886.43 (səkkiz yüz səksən altı manat qırx üç qəpik) manat məbləğində cərimə borcunun tutulması məhkəmədən tələb edilmişdir. X5 qeyd edilir ki, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən DC00273577-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 526 gün, DC00273577-10 maliyyələşdirmə üçün ərizə üzrə 522 gün olduğundan cərimə məbləğinin məhkəmə tərəfindən müvafiq olaraq 100 (bir yüz) manat və 200 (iki yüz) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, e-2- 2(117)-330/2023 saylı qətnaməsinin cərimə borcu hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
17. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı ASC “Elektron Məhkəmə İnformasiya Sistemində” yaradılmış Elektron Kabinetdən ərizə ilə müraciət edərək hazırkı kommersiya mübahisəsinə dair işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
21. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən - cərimə borcunun təmin edilməmiş hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
22. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
23. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.
24. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
25. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
26. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, e-2-2(117)-330/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
40. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, Tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00273577-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixidək, illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% olmaqla, 6000 manat məbləğində birdəfəlik kredit verilmişdir. Bundan əlavə tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00273577-10 saylı maliyyələşdirmə üçün ərizəyə (kredit əməliyyatı üzrə) əsasən bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixidək, illik faiz dərəcəsi 15,5%, illik cərimə faizi 15% olmaqla, 5000 manat məbləğində birdəfəlik kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh yerinə yetirməmiş və nəticədə DC00273577- 06 saylı kredit müqaviləsinə əsasən 6000 manat əsas borc, 1394,04 manat faiz borcu, DC00273577-10 saylı kredit müqaviləsinə əsasən 5000 manat əsas borc, 777,17 manat faiz borcu yaranmışdır.
41. Apellyasiya şikayətinin başlıca dəlili iddia tələbinin cərimə borcunun tam təmin edilməməsi ilə bağlıdır.
42. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə yüksəkdir. Ona görə də iddia tələbi “cərimə borcunun tutulması” hissəsində qismən təmin edilməlidir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, cərimə (dəbbə pulu) tərəflər arasında bağlanmış müqavilələrin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə yüksək məbləğdir. Cərimənin DC00273577-06 saylı kredit müqaviləsinə əsasən 363,31 manat, DC00273577-10 saylı kredit müqaviləsinə əsasən isə 886,43 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir.
44. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılaraq hər iki müqavilə üzrə ümumilikdə 300 manat məbləğində müəyyən etməsi tərəflərin əmlak mənafelərinə uyğun olmaqla reallığı əks etdirir.
45. Məhkəmə kollegiyаsı, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianın cərimə (dəbbə pulu) hissəsində düzgün nəticəyə gəlmiş və həmin hissədə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
47. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
48. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
49. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
50. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
51. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, e-2-2(117)-330/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti on min manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, e-2-2(117)- 330/2023 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov