Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-73/2025 08.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2-2(117)-81/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı Açıq Səhmdar Cəmiyyəti 03 dekabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 17027,39 manat əsas borc və 2438,12 manat faiz borcu olmaqla, cəmi 19465,51 manat məbləğində borcun və ödənilmiş 148,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış xx/xx/2023-cü il tarixli KBMK0859780B121 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 31000 AZN kredit verilmişdir (kreditin növü: - Mikro Kredit; kreditin məqsədli təyinatı: - Əsas vəsait). Borcalan Cavabdeh2 kredit verilərkən digər Cavabdeh1 ilə Bank arasında xx/xx/2023-cü il tarixli ZM-KBMK0859780B121 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və Banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 17027,39 AZN əsas və 2438,12 AZN faiz borcu olmaqla, cəmi 19465,51 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, Zaminlik müqaviləsi, əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, pul vəsaitinin borcalana nəğd qaydada verilməsini təsdiq edən Xəzinə Məxaric orderi, cavabdehlərlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair onlara ünvanladıqları Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı kommersiya işi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 30 yanvar 2025-ci il tarixli, e-2-2(117)-81/2025 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17027,39 manat məbləğində əsas borc, 2438,12 manat məbləğində faiz borcu olmaqla, cəmi 19465,51 manat məbləğində borc və 148,4 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin.” Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2-2(117)-81/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı “17027,39 manat əsas borc, 2438,12 manat faiz borcu olmaqla, cəmi 19465,51 manat borcun və ödənilmiş 148,4 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli **********19012023 nömrəli Bank Xidmətlərinin göstərilməsi haqqında Ümumi Müqaviləyə xx.xx.2023-cü il tarixdə Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBMK0859780B121 saylı Əlavə razılaşma bağlanmışdır. Həmin Əlavənin şərtlərinə əsasən cavabdehə illik 23% faiz dərəcəsi ilə 24 ay müddətinə 31000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən bank müəyyən şərtlərlə krediti verməyi, borcalan isə müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq krediti, kreditə hesablanmış faizləri, komisyon haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətə və qaydada ödəməyi öhdəsinə götürür. Həmçinin 2.7-ci bəndinə əsasən kreditin qaytarılma müddətləri pozulduqda bu Əlavənin 2.6-cı bəndində qeyd olunmuş illik faiz dərəcəsindən əlavə gündəlik 0,5 faiz olmaqla cərimə faizi hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Əlavənin 2.16-cı bəndinə əsasən hazırkı Əlavə yazılı imzalandığı, yaxud elektron imza (Asan imza), OTP, Google Authenticator, video zəng və ya Bank tərəfindən nəzərdə tutulan əlavə texniki imkanlarla şəxsi imzanın digər analoqları vasitəsilə imzalandığı gündən qüvvəyə minir və Tərəflər öz öhdəliklərini tam icra edənədək, o cümlədən, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 1623,57 manat, sonuncu ay yəni xx.xx.2025-ci il tarixdə isə 1637,92 manat olmaqla əsas və ona hesablanmış faiz borclarının ödənilməsini öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli ZM-KBMK0859780B121 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh1 borcalanın xx.xx.2023-cü il tarixli KBMK0859780B121 saylı Əlavə üzrə yaranmış kredit borcunun qaytarılması və digər borclarının ödənilməsi ilə bağlı öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə 17027,39 manat məbləğində əsas borc, 2438,12 manat məbləğində faiz borcu mövcuddur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcları qalmışdır. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, tələb edilən məbləğlə razılaşmır. Belə ki, yoldaşı Cavabdeh1 telefonunda olan İddiaçı proqramında göründüyü kimi qalıq borcları 13258,53 manat təşkil edir. Lakin iddia ərizəsində məbləğ fərqli göstərilmişdir. Ola bilsin ki, sonuncu aylarda yoldaşının maaşından birbaşa tutulan məbləğ bank tərəfindən nəzərə alınmamışdır. 2024-cü ilin iyul ayında 2 dəfə yoldaşının kartından 1541,09 manat kredit ödənişi tutulmuşdur. Məhkəmədən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahş etmişdir. İddiaçının nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş ərizədə bildirilmişdir ki, müştəri tərəfindən qeyd edilən ödənişlərin hər biri nəzərə alınmış və bu hesabdan çıxarışda öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Çıxarışdan göründüyü kimi xx.xx.2024-cü il tarixdə 1541,09 manat və xx.xx.2024-cü il tarixdə 1541,09 manat məbləğində kreditin avtomatik ödənilməsi həyata keçirilmiş və bu məbləğlər Bank tərəfindən nəzərə alınmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçı ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdehlər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş üzrə icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı, ödəniş qrafiki, vəsatət, çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Məhkəmə, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli **********19012023 nömrəli Bank Xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə xx.xx.2023-cü il tarixdə Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBMK0859780B121 saylı Əlavə razılaşma bağlanmışdır. Həmin Əlavənin şərtlərinə əsasən cavabdehə illik 23% faiz dərəcəsi ilə 24 ay müddətinə 31 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən bank müəyyən şərtlərlə krediti verməyi, borcalan isə müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq krediti, kreditə hesablanmış faizləri, komisyon haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətə və qaydada ödəməyi öhdəsinə götürür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə 17027.39 manat məbləğində əsas borc, 2438.12 manat məbləğində faiz borcu mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirmiş buna baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəlik tam yerinə yetirilməmiş, nəticədə ödənilməmiş əsas və faiz borcları yaranmışdır. Cavabdeh2 vəsatətlə iddia tələbinə münasibətdə bildirmişdir ki, onun borcu iddia tələbində nəzərdə tutulan məbləğə münasibətdə azdır. Belə ki, İddiaçıın proqramında borc məbləğinin 13258,53 manat göründüyünü, 2024-cü ilin iyul ayında 2 dəfə yoldaşının kartından 1541,09 manat kredit ödənişi tutulduğunu, ola bilsin ki, bank tərəfindən bu məbləğin nəzərə alınmadığını qeyd etmiş, məhkəmədən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə buna münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli çıxarışla Cavabdeh1 hesabından xx.xx.2024-cü il tarixdə 1541,09 manat və xx.xx.2024-cü il tarixdə 1541,09 manat məbləğində kreditin avtomatik ödənilməsinin nəzərə alındığı öz əksini tapır. Bundan başqa cavabdehlər tərəfindən borcun əsaslı olmaması ilə bağlı başqa hər hansısa sənəd və ya etiraz məhkəməyə təqdim edilməmiş, bu səbəbdən məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlar cavabehlərin tələb edilən məbləğdə borcunun olduğunu təsdiqlədiyi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə ehtiyac qalamamışdır. Tələb edilən borc məbləği ilə bağlı əlavə hər hansı bir əks arqument olmadığından məhkəmə tərəfindən əlavə araşdırma aprılmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı 17027.39 manat məbləğində əsas borc, 2438.12 manat məbləğində faiz borcunun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli və cavabdehlərdən müştərək qaydada 17027,39 manat əsas borc və 2438,12 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 448.2, 470.1, 470.2, 472.1, 739.1 və 739.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
- 3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2-2(117)-81/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli e-2-2(117)-81/2025 nömrəli qətnaməsini qismən ləğv edib, iddianın qismən təmin edilərək 13258,53 manat məbləğində borcun cavabdehlərdən tutulması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2 tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı “17027,39 manat əsas borc, 2438,12 manat faiz borcu olmaqla, cəmi 19465,51 manat borcun və ödənilmiş 148,4 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17027,39 manat məbləğində əsas borc, 2438,12 manat məbləğində faiz borcu olmaqla, cəmi 19465,51 manat məbləğində borc və 148,4 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Halbuki, Bankla bağlanmış borc müqaviləsi üzrə cavabdehlərin ödəyəcəyi məbləğ cəmi 13258,53 AZN təşkil edir. Lakin buna baxmayaraq iddiaçı tərəf cavabdehlərdən 19465,51 manat məbləğində borc tələb edir. Qanunvericiliyə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi barədə və ekspert qarşısında 'İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx/xx/2023-cü il tarixli KBMK0859780B121 saylı kredit müqaviləsinə əsasən əsas və faiz borcunun nə qədər təşkil etməsinin müəyyən edilməsi üçün vəsatət verilmiş, lakin məhkəmə əsassız olaraq həmin vəsatəti təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin 4-cü səhifəsinin 3-cü bəndində göstərilmişdir ki, “... Məhkəmə buna münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli çıxarışla Cavabdeh1 oğlunun hesabından xx.xx.2024-cü il tarixdə 1541,09 manat və xx.xx.2024-cü il tarixdə 1541,09 manat məbləğində kreditin avtomatik ödənilməsinin nəzərə alındığı öz əksini tapır. Bundan başqa cavabdehlər tərəfindən borcun əsaslı olmaması ilə bağlı başqa hər hansısa sənəd və ya etiraz məhkəməyə təqdim edilməmiş, bu səbəbdən məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlar cavabehlərin tələb edilən məbləğdə borcunun olduğunu təsdiqlədiyi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə ehtiyac qalamamışdır. Tələb edilən borc məbləği ilə bağlı əlavə hər hansı bir əks arqument olmadığından məhkəmə tərəfindən əlavə araşdırma aprılmamışdır”. Lakin, məhkəmənin bu mövqeyi ilə cavabdeh tərəfin razılaşması mümkün deyildir. Vətəndaş olaraq, o, cavabdeh kimi başqa hansı sənədləri təqdim etməli olmasını başa düşə bilmir. Halbuki, o, cavabdeh olaraq iddiaçının özünün telefon proqramından çıxarışı əlavə etmişdir ki, onun borc məbləği kifayət qədər aşağıdır. Buna əsasən də bildirir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamışdır. Yəni, 17027,39 manat məbləğində əsas borc, 2438,12 manat məbləğində faiz borcu birinci instansiya məhkəməsində subuta yetirilməmiş, sadəcə iddiaçı tərəfindən təqdim edilmiş arayışlar əsas alınmışdır. Məhkəmə işi araşdırmamış və sadəcə, iddiaçının verdiyi sənədlər əsasında iş üzrə qətnamə çıxartmışdır.
- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə 08 yanvar 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Lakin, apellyasiya şikayəti vermiş Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Qeyd etmək lazımdır ki, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə 03 aprel 2025-ci ildə keçirilən məhkəmə iclasında qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03 aprel 2025-ci il tаrixli qərаrdаdına əsasən apellyasiya şikayətinin dəlilləri və Cavabdeh2 məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatəti nəzərə alınaraq, apellyasiya şikayəti üzrə işin mübahisələndirilən hissədə hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması və mübahisənin obyektiv həlli məqsədi ilə kommersiya işi üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Əziz Alqayev tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 09 iyul 2025-ci il tarixli, 9/2423 nömrəli ekspert rəyinin Nəticə hissəsində göstərilmişdir ki, “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış və Cavabdeh1 ödəniş kartı üzrə çıxarış məlumatları və 20 aprel 2023-cü il tarixli KBMK0859780B121 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh2 sualda qeyd edilən tarixlərə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu aşağıdakı kimi müəyyən edilir: 1) xx.xx.2024-cü il tarixə: Əsas borc üzrə - 15596,08 manat, Faiz borcu üzrə - 1016,15 manat; 2) xx.xx.2025-ci il tarixə: Əsas borc üzrə - 15596,08 manat, Faiz borcu üzrə - 2401,17 manat.” Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmə-mühasibatlıq ekspertizasının 09 iyul 2025-ci il tarixli, 9/2423 nömrəli ekspert rəyi ilə razılaşmamış və 26 avqust 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi” barədə vəsatət təqdim edərək, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Buna görə də, iş üzrə 10 sentyabr 2025-ci ildə keçirilən məhkəmə iclasında qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 sentyabr 2025-ci il tаrixli qərаrdаdı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi” barədə vəsatəti qismən təmin olunaraq, iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Sevil Həşimova tərəfindən keçirilmiş əlavə məhkəməmühasibatlıq ekspertizasının 18 noyabr 2025-ci il tarixli, 9/4341 nömrəli ekspert rəyinin Nəticə hissəsində göstərilmişdir ki, “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 20 aprel 2023-cü il tarixli KBMK0859780B121 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh2 14 noyabr 2024-cü il tarixinə (sual üzrə tarixə) tarixlərə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 16615,83 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 15599,45 manat, faiz borcu üzrə - 1016,38 manat.” Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 18 noyabr 2025-ci il tarixli, 9/4341 nömrəli ekspert rəyi ilə də razılaşmayaraq, 09 dekabr 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini və qətnamənin qüvvədə saxlanılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 2-2(107)-73/2025 saylı, 03 aprel 2025-ci il tarixli qərardadına əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında verilmiş rəydən iddiaçı razı olmadığından, iddiaçının 26 avqust 2025-ci il tarixli “təkrar ekspertiza təyin edilməsi” barədə vəsatətinə əsasən əlavə ekspertiza təyin edilmişdir. Həmin qərardad əsasında Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzindən 18 noyabr 2025-ci il tarixli ekspert rəyi daxil olmuşdur. Ekspert rəyi ilə tanış olan zaman müəyyən olunmuşdu ki, hər iki ekspert öz rəylərində səhvlərə yol vermişdir. Ekspert tərəfindən hesablamada yol verilmiş səhvlər və əslində olan borc məbləği iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 26 avqust 2025-ci il tarixli vəsatətdə izahlı göstərilərək, müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Lakin, buna baxmayaraq 2ci dəfə yenə ekspertiza tərəfindən verilmiş rəydə də səhvə yol verilmiş və düzgün hesablamalar aparılmamışdır. Ekspert tərəfindən yanlış verilmiş rəyə görə iddiaçı tərəfə zərər dəyir və qanunun tələblərinə görə bu yol verilməzdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçı tərəf hesab edir ki, həmin ekspert rəyi də əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
- 4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh2 tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli e-2-2(117)-81/2025 nömrəli qətnaməsini qismən ləğv edib, iddianın qismən təmin edilərək 13258,53 manat məbləğində borcun cavabdehlərdən tutulması barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
- 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsi (hazırkı iş üzrə mübahisə predmeti olan kredit müqaviləsi bağlandığı dövrdə qüvvədə olan redaksiyada): 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2- 2(117)-81/2025 nömrəli qətnaməsi “əsas və faiz borcunun tutulması” hissəsində dəyişdirilərək, həmin məbləğlər əsas borca münasibətdə - 15599,45 (on beş min beş yüz doxsan doqquz manat 45 qəpik) manat, faiz borcuna münasibətdə - 1016,38 (min on altı manat 38 qəpik) manat olmaqla, ümumilikdə cəmi 16615,83 (on altı min altı yüz on beş manat 83 qəpik) manat məbləğində müəyyən edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı ASC cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 20 aprel 2023-cü il tarixli KBMK0859780B121 nömrəli Kredit müqaviləsi və 20 aprel 2023-cü il tarixli ZM- KBMK0859780B121 nömrəli Zaminlik müqaviləsi əsasında 14 noyabr 2024-cü il tarixinə hesablanmış 17027,39 manat məbləğində əsas borc və 2438,12 manat məbləğində faiz borcu olmaqla, cəmi 19465,51 manat məbləğində borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2-2(117)-81/2025 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 17027,39 manat məbləğində əsas borc və 2438,12 manat məbləğində faiz borcu olmaqla, cəmi 19465,51 manat məbləğində borcun və 148,4 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Lakin, Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, “Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli e-2-2(117)- 81/2025 nömrəli qətnaməsini qismən ləğv edib, iddianın qismən təmin edilərək 13258,53 manat borcun cavabdehlərdən tutulması barədə yeni qətnamə qəbul olunmasını” xahiş etmişdir. Həmin apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03 aprel 2025-ci il tаrixli qərаrdаdına əsasən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 09 iyul 2025-ci il tarixli, 9/2423 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, borcalan Cavabdeh2 iddiaçının iddia ərizəsində göstərilən tarixə, yəni 14 noyabr 2024-cü il tarixə 15596,08 manat məbləğində əsas borcu və 1016,15 manat məbləğində faiz borcu vardır. Lakin, həmin rəylə razılaşmayan İddiaçı ASC-nin vəsatəti əsasında Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 sentyabr 2025-ci il tаrixli qərаrdаdı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin qərardad əsasında keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 18 noyabr 2025-ci il tarixli, 9/4341 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi borcun hesablandığı 14 noyabr 2024-cü il tarixinə (iş üzrə iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışında qeyd edilən tarixə) borcalan Cavabdeh2 15599,45 manat məbləğində əsas borcu və 1016,38 manat məbləğində faiz borcu vardır. Göründüyü kimi, borcalan Cavabdeh2 20 aprel 2023-cü il tarixli, KBMK0859780B121 nömrəli krеdit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2- 2(117)-81/2025 nömrəli qətnaməsi ilə həmin Müqavilə üzrə “17027,39 manat məbləğində əsas borc və 2438,12 manat məbləğində faiz borcu olmaqla, cəmi 19465,51 manat məbləğində borcun” cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir. Lakin, iş üzrə ikinci dəfə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 18 noyabr 2025-ci il tarixli, 9/4341 nömrəli Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, iş üzrə iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışında qeyd edilən tarixə, yəni 14 noyabr 2024-cü il tarixə məlum krеdit müqaviləsi üzrə borcalan Cavabdeh2 borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş kredit borcu iddia tələbində tələb olunduğu kimi “17027,39 manat məbləğində əsas borc və 2438,12 manat məbləğində faiz borcu olmaqla, cəmi 19465,51 manat məbləğində” deyil, 15599,45 manat məbləğində əsas borc və 1016,38 manat məbləğində faiz borcu olmaqla, cəmi 16615,83 manat məbləğindədir. Ona görə də, apellyasiya instansiyasında aparılan məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 18 noyabr 2025-ci il tarixli, 9/4341 nömrəli Ekspert Rəyi iş üzrə mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehlərdən tutulmalı olan kredit borcunun məbləği həmin Rəyə, iddia tələbinə və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2-2(117)- 81/2025 nömrəli qətnaməsi “əsas və faiz borcunun tutulması” hissəsində dəyişdirilərək, həmin məbləğlər əsas borca münasibətdə - 15599,45 manat, faiz borcuna münasibətdə - 1016,38 manat olmaqla, ümumilikdə cəmi 16615,83 (on altı min altı yüz on beş manat 83 qəpik) manat məbləğində müəyyən edilməli və həmin məbləğ kredit borcu qismində cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdehlərdən tutulmalı olan cəmi 16615,83 manat məbləğində borcun məbləğinə mütənasib olan dövlət rüsumunun məbləği, yəni 139,84 (yüz otuz doqquz manat 84 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi də onlara aid edilməlidir. Odur ki, cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh1 müştərək qaydada 15599,45 manat məbləğində əsas borc, 1016,38 manat məbləğində faiz borcu və 139,84 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16755,67 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2-2(117)-81/2025 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, işin halları nəzərə alınmaqla, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli və eyni zamanda, iş üzrə apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti apellyasiya şikayəti vermiş Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin normanın tələbləri və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində hazırkı kommersiya işi üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsinə (qətnamə ilə cəmi 19465,51 manat məbləğində tutulan kredit borcunun apellyasiya şikayətində 13258,53 manat hissəsi qəbul edilir, 6206,98 manat hissəsi isə mübahisələndirilir) uyğun olaraq Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2-2(117)-81/2025 nömrəli qətnaməsi “əsas və faiz borcunun tutulması” hissəsində dəyişdirilərək, həmin məbləğlər əsas borca münasibətdə - 15599,45 (on beş min beş yüz doxsan doqquz manat 45 qəpik) manat, faiz borcuna münasibətdə - 1016,38 (min on altı manat 38 qəpik) manat olmaqla, ümumilikdə cəmi 16615,83 (on altı min altı yüz on beş manat 83 qəpik) manat məbləğində müəyyən edilsin. Cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh1 müştərək qaydada 15599,45 (on beş min beş yüz doxsan doqquz manat 45 qəpik) manat məbləğində əsas borc, 1016,38 (min on altı manat 38 qəpik) manat məbləğində faiz borcu və 139,84 (yüz otuz doqquz manat 84 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16755,67 (on altı min yeddi yüz əlli beş manat 67 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2-2(117)-81/2025 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. İş üzrə apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti apellyasiya şikayəti vermiş Cavabdeh2 (VÖEN **********) tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.