Məhkəmə qərarları › İş №2-2(107)-76/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-76/2022

07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-76/2022 07.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ‘Kreditor Aqrolizinq’ ASC-nin borclu Şəki rayon Qaratorpaq DKTİM MMCyə qarşı “1496400 manat əsas borcun və 20 manat dövlət rüsumunun borcludan tutularaq ödənilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: borc tələbi, məhkəmə əmrinə etiraz) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı ‘Kreditor Aqrolizinq’ ASC-nin borclu Şəki rayon Qaratorpaq DKTİM MMC-yə qarşı “1496400 manat əsas borcun və 20 manat dövlət rüsumunun borcludan tutularaq ödənilməsi” tələbinə dair iş üzrə Şəki Komersiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2– 1(84)-927/2013 nömrəli qərardadından borclu Şəki rayon Qaratorpaq DKTİM MMC-nin hüquqi varisi ‘X1 və Emal Birliyi’ MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Kreditor "xxxx" ASC Şəki rayon Aqroservis filialı borclu "xxxx" DKTİM MMC-dən ******* manat borcun və 20 manat dövlət rüsumunun tutulması barədə tələblə müraciət etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli məhkəmə əmri ilə tələb təmin edilmişdir. Borclu "xxxx" DKTİM MMC-nin hüquqi varisi Cavabdeh MMC-nin direktoru Fəda Abbasov xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək həmin məhkəmə əmrinin ləğv edilməsini və işin iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Şəki Komersiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2-1(84)-927/2013 nömrəli qərardadına əsasən Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-1(84)- 927/2013 nömrəli məhkəmə əmrindən borclu "xxxx" DKTİM MMC-nin hüquqi varisi Cavabdeh MMC tərəfindən verilmiş etiraz ərizəsi geri qaytarılmışdır. Cavabdeh MMC məhkəmənin sözügedən qərardadından şikayətlə məhkəməyə müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarının 78-ci səhifəsindən göründüyü kimi borclu Şəki rayon Qaratorpaq DKTİM MMCnin rəhbəri işə əlavə olunmuş ilkin sənədləri almış, məhkəmə əmrini qəbul etməmişdir. İlkin sənədlərin surətlərinin alınması məhkəmə əmrinin surətini alması anlamına gəlmir. Bundan başqa iş materiallarından görünür ki, məhkəmə əmrinin surətini kreditorun nümayəndəsi “məhkəmə əmrinin surətini aldım” qeydi etməklə qəbul etmiş, borcluya isə belə çatdırılma olmamış, məhkəmə əmrinin surəti rəsmi qaydada borcluya göndərilməmiş və təqdim edilməmişdir. Bundan əlavə borclu məhkəmə əmrini almış olsaydı, Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh MMC-nin müraciətindən sonra xx.xx.2022-ci il tarixdə məhkəmə əmrinin surətinin təkrar göndərilməsi üçün dövlət rüsumu ödənilməli və məktubda əmrin surətinin təkrar verilməsi qeyd olunmalı idi. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(84)-727/2013 nömrəli qərardadının ləğv edilməsini, işin iddia icraatına keçilməsini və mülki iş üzrə məlumatların elektron kabinetə yerləşdirilməsini xahiş etmişdir. Şəki Komersiya Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2–1(84)-927/2013 nömrəli qərardadına əsasən şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Komersiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2– 1(84)- 927/2013 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli məhkəmə əmrinin surəti xx.xx.2013-cü il tarixdə tərəflərə göndərilmiş, xx.xx.2013- cü il tarixdə Şəki Rayon Poçt Filialına təqdim edilmişdir. Həmin məhkəmə əmri xx.xx.2013-cü tarixdə icraya yönəldilmişdir. Şəki rayonu üzrə İŞ-nin icra məmuru X2 tərəfindən xx.xx.2013-cü il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, bu barədə tərəflərə və məhkəməyə məlumat verilmişdir. Həmçinin, xx.xx.2014-cü il tarixdə "xxxx" DKTİM MMC Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək məhkəmənin 2-1(84)-927/2013 nömrəli qərarı ilə əlaqədar həmin borcun yaranmasına dair işə əlavə olunmuş ilkin sənədlərin surətlərinin verilməsi xahiş edilmiş, həmin sənəddə N.İsmayılov “Sənədlərin surətini aldım” yazmaqla imza etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 414 nömrəli qərarına əsasən “X3 İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər dövlət müəsissələri ilə birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Cavabdeh yaradılmışdır. Borclu "xxxx" DKTİM MMC-nin hüquqi varisi Cavabdeh MMC-nin direktoru Fəda Abbasov xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək həmin məhkəmə əmrinin ləğv edilməsini və işin iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, borclu tərəfindən məhkəmə əmrinə etiraz verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013- cü il tarixli 2-1(84)-927/2013 nömrəli məhkəmə əmrindən verilmiş etiraz geri qaytarılmalıdır. Belə ki, Cavabdeh yaradılmamışdan əvvəl hazırkı iş üzrə borclu "xxxx" DKTİM MMC qeyd edilən məhkəmə əmrindən ən azı xx.xx.2014-cü il tarixdə məlumatlı olmuş və həmin hüquqi şəxsin rəhbəri iş materiallarını şəxsən imzalamaqla qəbul etmişdir. Cavabdehin hüquqi varisi X1 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fəda Abbasovun şikayət ərizəsinə əlavə etdiyi məktubun qoşmasında göndərdiyi Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2016-cı il tarixli 1(091)-005/2016 nömrəli hökmündən də görünür ki, xx.xx.2014-cü il tarixdə "xxxx" DKTİM MMC-nin nümayəndəsi kimi sənədlərin surətini almış N.İsmayılov həmin hökm üzrə şahid qismində dindirilərkən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2013-cü il tarixli həmin məhkəmə əmrinə istinad etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 6 sentyabr 2022-ci il tarixli sorğusuna cavab olaraq Şəki Rayonu Üzrə İcra və Probasiya Şöbəsinin rəisi Məzahir Məmmədov tərəfindən verilmiş cavab məktubuna əlavə edilmiş Ağdaş rayon İcra və probasiya şöbəsinin rəisi cənab Şaiq Məmmədova ünvanlanmış məktubdan görünür: “Azərbaycan Respublkası Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi-Baş icra məmurunun xx.xx.2018-ci il tarixli, 04 nömrəli qərarına əsasən Şəki İnzibati-İqdisadi Məhkəməsinin 2(87)- 689/2010, 2(87)-690/2010, 2(87)-691/2010, 2(87)-692/2010 saylı, xx.xx.2010-cu il tarixli 4 icra sənədi, Şəki İnzibati-iqdisadi Məhkəməsinin 2(87)^927/2013 saylı, xx.xx.2013-cü il tarixli, Şəki İnzibati-İqdisadi Məhkəməsinin 2-2(84)-1060/2014 saylı, xx.xx.2015-ci il tarixli, Şəki Rayon Məhkəməsinin 2(075)-1781/2012 saylı, xx.xx.2013-cü ıl tarixli, Şəki Rayon Məhkəməsinin 2(075)-16/2015 saylı, xx.xx.2017-cı il tarixli, Şəki Rayon Məhkəməsinin 2(075)-5346/2015 saylı, xx.xx.2016-cı il tarixli, Şəki Rayon Məhkəməsinin 2(075)-5647/2016 saylı, xx.xx.2017-ci il tarixli, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 27/2015 saylı, xx.xx.2016-cı il tarixli, Şəki Rayon Məhkəməsinin 2(075)-3497/2016 saylı, xx.xx.2017-ci ıl tarixli, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinin 162 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədləri icra tədbirlərinin davam etdirilməsi üçün 12 cilddə 524 səhifə olmaqla Sizə göndərilir.” Bütün bunlar bir daha təsdiq edir ki, borclu "xxxx" DKTİM MMC-nin rəhbərliyi və hüquqi varis X1 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi qeyd olunan məhkəmə əmrindən məlumatlı olmuşlar. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Komersiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2-1(84)-927/2013 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Şəki Komersiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2-1(84)-927/2013 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Borclu Şəki rayon Qaratorpaq DKTİM MMC-nin hüquqi varisi ‘X1 və Emal Birliyi’ MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Komersiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2-1(84)-927/2013 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar