Məhkəmə qərarları › İş №2-2(107)-78/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-78/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-78/2023 29.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı (açar sözlər: kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Quliyev Nuru Nаdir оğlu, Hakimlər – Hüseynov Elçin Şirin oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Məmmədov Emin Nizami oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “DC00291583- 08 saylı maliyyələşdirmə üçün ərizə üzrə 13329,78 manat əsas borc, 2226,33 manat faiz borcu, 2124,65 manat cərimə borcu olmaqla, cəmi 17680,76 manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(117)-244/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları

1. İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehlərdən DC00291583-08 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 13329.78 manat əsas borc, 3222,86 manat faiz borcu, 913,44 manat cərimə borcu olmaqla, cəmi 17466.08 manat borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 DC00291583-08 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 13329.78 manat əsas borc, 2226.33 manat faiz borcu, 2124.65 manat cərimə borcu olmaqla, cəmi 17680.76 manat borcunun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-03178LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılaşmanı imzalayaraq cavabdeh www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00291583-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək, illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% olmaqla, 13810 manat məbləğində birdəfəlik kredit verilmişdir. Maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün bankla Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli DG**********96 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

5. Cavabdehə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir.

6. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 02 avqust 2023-cü il tarixli, e-2-2(117)-244/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 DC********** saylı maliyyələşdirmə üçün ərizə üzrə 13329,78 manat əsas borc, 2226,33 manat faiz borcu, 300 manat cərimə borcu və 200 manat ödənilmiş mediasiya xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 143,04 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-03178LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılaşmanı imzalayaraq cavabdeh www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00291583-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək, illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% olmaqla, 13810 manat məbləğində birdəfəlik kredit verilmişdir. Maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün bankla Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli DG**********96 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda işin məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/3754 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixə 13329,78 manat əsas, 2226,33 manat faiz borcu və 2124,65 manat cərimə borcu vardır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 13329,78 manat əsas və 2226,33 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməlidir.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3, 467-ci maddələrinin müddəalarına istinad edərək cavabdehdən 300 manat cərimə tutulması nəticəsinə gəlmişdir.

10. İddiaçı həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin cərimə borcunun təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə araşdırmasının predmetini ümumi şərtlər toplusu, maliyyələşdirmə üçün ərizə, xəbərdarlıq, zaminlik müqaviləsi, ekspert rəyi və digər sənədlər təşkil etmişdir. Bu materialların məzmununa istinad edilir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-244/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi cərimə borcunun tutulmasının təmin edilməyən hissəsində əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 (bundan sonra “Borcalan”) arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-03178LE/2019 saylı razılıq ərizəsi və həmin ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00291583-08 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmışdır. Həmçinin bundan başqa, Bank ilə Borcalan arasında bağlanmış DC00291583-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli DG**********96 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh DC00291583-08 saylı maliyyələşdirilməsi üçün ərizə üzrə kreditin müəyyənləşdirilən qаydаdа ödənilməsini 612 gün gecikdirmişdir. Odur ki, cavabdehdən müvafiq olaraq 2,124.65 (iki min yüz iyirmi dörd manat altmış beş qəpik) manat məbləğində cərimə borcunun tutulması məhkəmədən xahiş edilmişdir. X2 qeyd edilir ki, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən DC00291583- 08 saylı maliyyələşdirmə üçün ərizə üzrə kreditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 612 gün olduğundan cərimə məbləğinin məhkəmə tərəfindən 300 (üç yüz) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(117)-244/2023 saylı qətnaməsinin cərimə borcunun təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

14. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətini müdafiə etdiklərini, lakin üzürlü səbəblərdən qeyd edilən tarixdə məhkəmə iclasında iştiraklarını təmin edə bilmədiklərini bildirmişlər. Qeyd edilənlər nəzərə alınaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-244/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin cərimə borcunun tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən - cərimə borcunun təmin edilməmiş hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 14.2.1-ci maddəsinə əsasən qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir;

18. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir;

19. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;

20. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər;

21. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

23. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

24. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

25. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

26. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

27. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir;

28. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

29. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır;

30. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır;

31. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır;

32. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

33. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kоllegiyаsı qeyd edir ki, iddiаçının nümаyəndəsi аpellyаsiyа şikаyətində birinci instаnsiyа məhkəməsinin qətnаməsini yаlnız dəbbə pulunun təmin edilməmiş hissəsində mübаhisələndirdiyindən məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə yоxlаyır.

35. Məhkəmə kоllegiyаsı аpellyаsiyа şikаyətinin dəlillərini iş üzrə tоplаnmış sübutlаrlа əlаqəli şəkildə tədqiq edib, аpellyаsiyа şikаyətində göstərilmiş xüsusаtlаrı аrаşdırаrаq hesаb edir ki, аpellyаsiyа şikаyətinin təmin edilməsi üçün əsаslаr yоxdur, birinci instаnsiyа məhkəməsi mübahisələndirilən hissə üzrə düzgün nəticəyə gəlmiş, mаddi və prоsessuаl hüquq nоrmаlаrını düzgün tətbiq etmişdir.

36. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00291583-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək, illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% olmaqla, 13810 manat məbləğində birdəfəlik kredit verilmişdir. Maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün bankla Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli DG**********96 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda işin məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/3754 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixə 13329,78 manat əsas, 2226,33 manat faiz borcu və 2124,65 manat cərimə borcu vardır.

37. Apellyasiya şikayətinin başlıca dəlili iddia tələbinin cərimə borcunun tam təmin edilməməsi ilə bağlıdır.

38. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə yüksəkdir. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən 2124,65 manat deyil, 300 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməlidir.

39. Məhkəmə kоllegiyаsı iddiаçının аpellyаsiyа şikаyətinə münasibətdə qeyd edir ki, iddiаçı tərəfindən tələb edilən cərimənin (dəbbə pulunun) məbləği yüksək оlduğundаn birinci isntаnsiyа məhkəməsi tərəfindən hаqlı оlаrаq həmin məbləğ аzаldılmışdır. Belə ki, cərimənin yüksək müəyyən edilməsi hаlı cаvаbdehin həddindən аrtıq mаliyyə sаnksiyаsınа cəlb edilməsinə gətirib çıxаrır. Qаnunverici cərimənin (dəbbə pulunun) аzаldılmаsını məhkəmənin üzərinə hüquq kimi qоyduğundаn birinci instаnsiyа məhkəməsi cаvаbdehlərin iddiа ərizəsində göstərilən 2124,65 manat məbləğində, tənаsübsüz cəriməni (dəbbə pulunu) ödəmək imkаnındа оlmаmаlаrını, оnlаrın yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsinin əmlаk mənаfelərinə mənfi təsir edə biləcəyini, həmçinin kreditоrun əmlаk və digər mənаfelərini nəzərə аlаrаq cərimə məbləğini 300 manatadək аzаltmаqdа düzgün hüquqi nəticəyə gəlmişdir.

40. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tаrixli qərаrındа dа göstərmişdir ki, “MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. “Zvierzinski Polşaya qarşı” işi üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə, həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir (§ 71). Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”.

41. Beləliklə, məhkəmə kоllegiyаsının gəldiyi qənаətə görə, birinci instаnsiyа məhkəməsi mübаhisəni işin fаktiki hаllаrınа uyğun, iş üzrə tоplаnılmış sübutlаrа fаktlаr nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, mаddi və prоsessuаl hüquq nоrmаlаrını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Аpellyаsiyа şikаyətinin dəlilləri iş mаteriаllаrı ilə təsdiq оlunmur və şikаyətin təmin edilməsi üçün qаnundа nəzərdə tutulmuş əsаslаr yоxdur. Bunа görə аpellyаsiyа şikаyəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(117)-244/2023 saylı qətnаməsi mübаhisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılmаlı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

42. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(117)- 244/2023 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar