Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-78/2024 05.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə (Açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr-Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) – Şükürov İmanverdi Həşimxan oğlu, Hakimlər –Eyvazov Akif Məhrələm oğlu və X7 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Nümayəndə3 və Nümayəndə1 Cavabdeh-Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış ******* manat məbləğində əldən çıxmış faydanın və 1327,19 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(117)-4/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İşə əlavə edilmiş xx.xx.2012-ci il tarixli 6-BİZ-2-0-46-12 saylı kredit müqaviləsinə əsasən, kreditor "xxxx" İKB ASC dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə ******* manat pulu 36 ay müddətinə illik 15%-lə borclu Cavabdeh ASC-nin sədri X6 verməyi, borclu isə müəyyən edilmiş qaydada əsas və faiz borclarını ödəməyi öhdəsinə götürmüşdür.
2. İşə əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən, cavabdehlər Cavabdeh ASC-dən, "xxxx" MMC-dən və X1 müştərək qaydada iddiaçı "xxxx" X2 xeyrinə 2.934.383 manat əsas borc, xx.xx.2013-cü il tarixədək hesablanmış 407.560,79 manat faiz borcunun, cəmi 3.341.973,79 manat pulun tutulması, tutmanın Cavabdeh ASC-nin səhmlərinin "xxxx" MMC-nə məxsus olan 87,5862%-i, yəni, 380.520 ədəd adi adlı sənədsiz səhminə və Cavabdeh ASC-nə məxsus əsas vəsaitlərə yönəldilməsi, həmin daşınar əşyaların açıq hərracda satılması yolu ilə realizə edilməsi, 380.520 ədəd adi adlı sənədsiz səhmin açıq hərracda satılarkən ilkin satış qiymətinin 761.040 manat, daşınar əmlakların ilkin satış qiymətinin isə 3.820.000 manat məbləğində müəyyən edilməsi və əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin "xxxx" X5 ödənilməsi qət edilmişdir.
3. İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)- 708/2014 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi Cavabdeh ASC-yə məxsus avadanlıqların (daşınar əmlakın) ilkin satış qiyməti hissəsində dəyişdirilmişdir və həmin avadanlıqların ilkin satış qiyməti 281.427 manat müəyyən edilmişdir.
4. İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)- 708/2014 nömrəli qətnaməsi icraya yönəldilmiş, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin böyük icra məmuru Sərdarov Məmmədin xx.xx.2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)-708/2014 nömrəli icra sənədi üzrə icraata başlanmışdır.
5. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2015-ci il tarixdə “Tələbin könüllü icrası barədə” bildiriş verilmişdir.
6. İşə əlavə edilmiş xx.xx.2015-ci il tarixdə “Borclunun əmlakın üzərinə həbs qoyulması və siyahıya alınması barədə” protokol tərtib edilmiş və cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır.
7. İşə əlavə edilmiş xx.xx.2015-ci il tarixdə Nümayəndə2 Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə verdiyi izahatında Cavabdeh ASC-nin səhmlərinin "xxxx" MMC-nə məxsus olan 87,5862%-İ hissəsində səhmləri Bakı şəhərində yerləşən Milli Depozit Mərkəzində yerləşdiyindən icra sənədinin həmin hissədə aidiyyəti üzrə göndərilməsi xahiş edilmiş, qalan hissədə isə öhdəliyin tərəfindən təmin edildiyini bildirmişdir.
8. İşə əlavə edilmiş xx.xx.2015-ci il tarixdə Cavabdeh ASC-nin Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, dövlət büdcəsinə 2015-ci ilin yanvar ayından 50 min manatdan çox borc ödənilmişdir. Həmçinin, ödənilməmiş vergi borcları mövcuddur. Həmin borclar tam ödənilməyənədək Nikoyl İKB banka olan borcun ödənilməsi mümkün deyildir.
9. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsi xx.xx.2015-ci il tarixdə "xxxx" X5 təklif göndərərək üzərinə həbs qoyulmuş Cavabdeh ASC-yə məxsus ilkin satış qiyməti 761040 manat olan 380520 ədəd səhmi və ilkin satış qiyməti 281427 manat olan 77 ədəd daşınar əmlakın alınmasını təklif etmişdir.
10. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən ümumi qiyməti 281427 manat məbləğində 77 adda daşınar əmlakların hərrac vasitəsilə satılması ilə bağlı xx.xx.2016-ci il tarixə saat 11:00-a, xx.xx.2016-cı il tarixə saat 11:00-a, xx.xx.2016-cı il tarixə saat 11:00-a, xx.xx.2016-cı il tarixə saat 11:00-a hərraclar təyin edilmiş, nəhayət xx.xx.2016-cı il tarixdə satış həyata keçirilmişdir.
11. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən keçirilən “Hərracın yekunları barədə” xx.xx.2016-ci il tarixli 25/01-1 nömrəli Protokoldan görünür ki, sifariş məktubunda və icra vərəqəsində qeyd edilən əmlakların 196.998,90 manat məbləğində hissəsi alıcı X3 adlı şəxsə satılmışdır.
12. İşə əlavə edilmiş RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında yerləşən 1,6778 hektar torpaq sahəsində yerləşən 5866,7 kv.m qeyri-yaşayış sahəsi üzərində Cavabdeh ASC-nin tam mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
13. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, ********** dövlət qeydiyyat nömrəli Çıxarışla Mingəçevir şəhəri Heydər Əliyev prospekti,65 ünvanında yerləşən 14,5418 hektar torpaq sahəsində olan 6184,3 kv.m qeydi-yaşayış sahəsi Cavabdeh ASC-nin xüsusi mülkiyyətindədir.
14. İşə əlavə edilmiş Nəsimi rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Nəsimi rayon Məhkəməsinin 8(006)-917/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərardadı ilə
15. İşə əlavə edilmiş Cavabdeh ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır (Həmin qərardad iş materiallarına əlavə edilmişdir).
16. İşə əlavə edilmiş DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, Cavabdeh ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur.
17. İşə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli “Əmlakın qiymətləndirilməsi barədə” hesabatda qeyd edilmişdir ki, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ilkin qiyməti 650.000 manat müəyyən edilmişdir.
18. İşə əlavə edilmiş "xxxx" Bank xx.xx.2017-ci il tarixdə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, qətnamə icraya yönəldikdən sonra Cavabdeh ASC-nin səhmlərinin "xxxx" MMC-yə məxsus olan 87,5862 %-i, yəni, 380.520 ədəd adi adlı sənədsiz səhmi hərraca çıxarılmış, alıcı olmadığından banka təklif olunmuş və 761.040 manata banka satılmışdır. Bundan əlavə, Cavabdeh ASC-yə məxsus əsas 83 adda, 86 ədəddən ibarət avadanlıqlar, maşın və mexanizmlər hərrac vasitəsi ilə 182.927 manata satılmışdır. Həmin məktubda "xxxx" İKB ASC bildirir ki, borclu Cavabdeh ASC-nin səhmlərinin artıq 87,5862 % həcmində olan hissəsinin səhmdarı olması nəzərə alınarsa icra səndi üzrə "xxxx" İKB ASC həm tələbkar, həm də borclu (Azərkabel ASC-yə münasibətdə) qismində çıxış edir ki, bu da qanunvericiliyin tələbinə ziddir. Bu səbəbdən "xxxx" İKB ASC Mİngəçevir İcra şöbəsindən Cavabdeh ASCyə münasibətdə icra tədbirlərinin dayandırılmasını, icra sənədinin "xxxx" MMC hərrac mərkəzindən geri qaytarılmasını, icra sənədi üzrədigər borclulara münasibətdə icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir.
19. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, icra müddəti ərzində tələbkar “Nikoil” İKB ərizə ilə müraciət edərək icra sənədi üzrə aparılan hərracın dayandırılmasını xahiş etdiyindən, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanı üzrə 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda satışına verilmiş sifarişin dayandırılması xahiş olunmuşdur.
20. İşə əlavə edilmiş Yelo Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış və ödəniş sənədlərindən müəyyən edilir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə CavabdehASC tərəfindən xx.xx.2014-cü il tarixdə 7333,90 (yeddi min üç yüz otuz üç manat doxsan qəpik) manat, xx.xx.2015-ci il tarixdə 761040 (yeddi yüz altmış bir min qırx) manat məbləğində və xx.xx.2016-cı il tarixdə 182927 (bir yüz səksən iki min doqquz yüz iyirmi yeddi) manat, cəmi 951300,90 (doqquz yüz əlli bir min üç yüz manat doxsan qəpik) manat məbləğində ödənişlər edilmiş, 2 390 672,89 manat borc qalmışdır.
21. İşdə olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən tərəflər arasında bağlanan müqavilə üzrə borclu tərəfindən cəmi 951300 manat məbləğində ödəniş etmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixə ödənilməyən borca münasibətdə illik beş faizlə hesablanan faiz borcu 1.070.851,35 manat məbləğində müəyyən olunur.
22. İşə əlavə edilmiş Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin çıxarışlardan görünür ki; - "xxxx" İKB ASC-nin xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə adı dəyişdirilərək İddiaçı ASC olmuşdur. Qanuni təmsilçisi X10r. - Cavabdeh ASC-nin təsisçiləri 87,5862 % hissə ilə əvvəlki adı “Topaz İnvestments Limited” QSC , hazırkı isə "xxxx" MMC və reyestrdə göstərilən digər şəxslərdir. xx.xx.2022-ci il tarixə Müşahidə şurasının üzvləri isə X16, X15 və Nümayəndə1dur. - "xxxx" MMC-nin tək təsisçisi və rəhbəri X13r.
23. İşə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, Cavabdeh ASC-yə məxsus olan 87,5862 %- i, yəni, 380520 ədəd adi adlı sənədsiz səhmlər xx.xx.2015-ci il tarixdə 761040 manat dəyərində "xxxx" İKB ASCnin balansına keçmişdir. xx.xx.2017-ci il tarixli səhmlərin alqısatqı müqaviləsinə əsasən, bankın balansında olan 380.520 ədəd adi adlı sənədsiz səhmlər 761.040 manata “Topaz İnvestments Limited” QSC-yə satılmışdır.
24. İşə əlavə edilmiş xx.xx.2017-ci il tarixli “Səhmlərin alqı-satqı müqaviləsi”nə əsasən satıcı "xxxx" İKB ASC 380520 ədəd adi adlı səhmləri hər biri 2 manat olmaqla 761.040 manata “Topaz İnvestments Limited” QSC-yə satdı.
25. İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 175/2023 saylı qətnaməsində əldən çıxmış fayda hesablanarkən cavabdehin pul öhdəliyinin icra edilməməsində təqsirli pozuntusunun olması səbəbi ilə əldən çıxmış fayda MM-nin 447.5-ci maddəsinə əsasən hesablanmışdır. Bu barədə tələb təmin edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
26. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış ******* manat məbləğində əldən çıxmış faydanın və 1327,19 manat ödənilmiş dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 27.Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, 2012-ci il tarixli məhkəmə qətnaməsi əsasında cavabdeh tərəfindən borcun ödənilməsi qət edilmişdir. Qətnamədən sonra müəyyən ödənişlər edilmişdir. Lakin, borc tam ödənilməmişdir. Kredit borcunun ödənilməsi üçün girov qoyulmuş əmlaklar satışa qoyulmuş, 2016-ci ildə cavabdehdə olan səhmlər və daşınar əmlakları satılmışdır. Əmlakların satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədiyinə görə Mülki Məcəllənin 447.5-ci maddəsinə əsasən ödənilməyən pul məbləğinə illik 5 faiz olmaqla hesablanmış zərər məbləğini istəyirlər. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
28. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, müəssisənin vergiyə borcu olduğundan bankdan kredit götürüblər. Müəssisənin 16 ha torpaq sahəsi və həmin torpaq sahəsində qeyri-yaşayış tikililəri vardır. Həmin torpaqların və binaların sahibi Yelo bank-dır. Hazırda da iddiaçı bank cavabdehin idarəedicisidir. Belə ki, iddiaçı Bankın hər hansı bir qərarı olmadan cavabdeh heç bir hərəkət edə bilməz. Qeyd edilən torpağın bir hissəsini satmaqla borc tam formada ödənilmiş olar. Vaxtı ilə iddiaçı təşkilat özü müvafiq qərarının icrasını cavabdehin torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə yönəldilməməsini tələb etmişdir. Torpağı bir hissəsi satılsa banka olan borclarını ödəyə bilərlər. Onda olan məlumata görə "xxxx" MMC bankın törəmə müəssisəsidir. Hazırda o cavabdeh hüquqi şəxsin direktoru olaraq bütün qərarları Yelo Bankın göstərişi ilə qəbul edir. Bankın iddiası əsassızdır, Ona görə də təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
29. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir.
30. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 22 avqust 2023-cü il tarixli, e-2-2(117)-4/2023 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.074.376 manat məbləğində əldən çıxmış faydanın və 1327,19 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilmişdir.
31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1, 386.1, 425.1, 430.1, 442, 443.1, 443.7, 443.9, 443.10, 445.1, 445.4, 445.5, 445.6, 445.7 və 445.8-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 77.1, 81, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
32. İddiaçı həmin qətnamədən narazı qalaraq apellyasiya şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
33. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə oxşar olmuş, əlavə olaraq göstərilmişdir ki, cavabdeh öz üzərinə götürmüş öhdəliyi tam şəkildə yerinə yetirməmiş, nəticədə bank məhkəməyə müraciət etmiş və yekunda qanuni qüvvədə olan məhkəməsi qətnaməsi icra olunması üçün icra qurumuna göndərilmişdir. Hazırkı iddia ərizəsi məhkəməyə verilən günədək cavabdeh borcu qaytarmadığından artıq bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə gecikdirilmiş vaxt üçün faizi eyniləşdirmək olmaz. Belə ki, birinci hal bankın gəlir götürməsinə, bankın fəaliyyətinin əsas istiqamətinə yönəlmiş, ikinci hal isə bir başa borclunu intizamlandırmaq, onun gecikməyə yol verdiyi üçün bankın zərərinin qarşılığını almaq xarakteri daşıyır. Birinci instansiya məhkəməsi sözügedən normaya istinad edərək iddianı rədd etməklə maddi hüququ normasının pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə qeyd olunan norma ilə bağlı bildirmişdir ki, cavabdeh tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı maneəçilik törədilməmiş, ödənilməmiş borc məbləğindən hər hansı gəlirin götürülməsi halları və ya qanunsuz saxlanılma kimi təqsirli hallar müəyyən edilməmişdir. Hesab edirlər ki, Məcəllənin 449-cu maddəsinin bu işə tətbiqi düzgün deyil ona görə ki, həm həmin normadan, həm də ki, məhkəmənin özünün istinad etdiyi Konstitusiya Məhkəməsinin qərarından açıq şəkildə görünür ki, qeyd olunan maddənin dispozisiyası tamam fərqli münasibətlərdən bəhs edir. Məhz normadan göründüyü kimi borclu pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmışdırsa, bu zaman 449-cu maddə tətbiq olunmalı idi. İddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil etməsinə baxmayaraq, məhkəmə səhvən 449-cu maddəsinin tələblərindən çıxış edərək o qənaətə gəlmişdir ki, hazırkı iş üzrə cavabdeh borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmamışdır. Hazırkı iddia tələbinin əsasını cavabdehin pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, pul məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsində faizin ödənilməsidir. Hazırkı işdə birinci instansiya məhkəməsinin nəyə görə İddiaçı ASC-nin Cavabdeh ASC-nin idarəçisi olduğu qənaətinə gəlməsini heç bir mötəbər sübutlarla əsaslandırmamış, yalnız cavabdehnin nümayəndəsinin izahatına istinad edərək bu nəticəyə gəlməsi düzgün olmamışdır. Hesab edirlər ki, Cavabdeh ASC ilə bağlı məhkəmənin özünün vergi orqanına müraciəti əsasında tam cavab almış, açıq şəkildə İddiaçı ASC-nin həmin cəmiyyətlə heç bir hüquqi bağlılığının olmadığı təsdiqini tapmışdır. Yox əgər məhkəmə İddiaçı ASC tərəfindən Mingəçevir İcra Şöbəsinə yazılmış xx.xx.2017-ci il tarixli 02-336 nömrəli məktuba istinad edərək bu qənaətə gəlmişdirsə, yenə də bu məktub məhkəmənin belə qənaətə gəlməsi üçün əsas deyildir. Qeyd olunan normaya əsasən cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvü fiziki şəxs olmalıdır. Direktorlar şurasının (müşahidə şurasının) üzvlüyünə, nizamnamədə başqa hal nəzərdə tutulmamışdırsa, cəmiyyətin səhmdarı olmayan şəxs də seçilə bilər. Cəmiyyətin icra orqanlarının üzvləri (təkbaşçı icra orqanı) direktorlar şurasına (müşahidə şurasına) üzv seçilə bilməz. Göründüyü kimi səhmdar cəmiyyətinin müşahidə şurasının üzvlərinin kimlər ola bilməsi, həmçinin bu üzvə kimin təyin oluna bilməməsi açıq şəkildə göstərilmişdir. Məhkəmənin İddiaçı ASC-nin əməkdaşı olan Nümayəndə1 eyni zamanda həm də Cavabdeh ASC-nin müşahidə şurasının üzvü olmasını önə çəksə də, nəzərə almaq lazımdır ki, Nümayəndə1 belə vəzifə tutmasında heç bir məhdudiyyət olmamışdır. Qanunvericilikdən göründüyü kimi səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Hazırkı işdən göründüyü kimi Cavabdeh ASC-nin səhmlərinin 87,5862 faizi "xxxx" MMC-yə, qalanları isə digər şəxslərin mülkiyyətindədir. Mülki Məcəllənin 106-1.3.1-ci maddəsinə görə səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin əsas hüquqlarından biri də cəmiyyətin idarə edilməsində iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilməkdir. Göründüyü kimi cəmiyyətin idarəedicisi bir başa səhmin mülkiyyətçisinin səlahiyyətindədir, səhm sahibi özü cəmiyyəti qanuna uyğun şəkildə idarə etməkdə sərbəstdir. Birinci instansiya məhkəməsi Cavabdeh ASC-nin idarəedicisinin İddiaçı ASC olmasını göstərsə də, anlamaq olmur ki, İddiaçı ASC borclu Cavabdeh ASC-nin səhmlərinin 87,5862 faizi əldə etdikdən təxminən 3 ay sonra bir başqa cəmiyyətə, hətta həmin cəmiyyət də yekunda "xxxx" MMC-yə satmışdır. Bu qeyd olunanlar ona əsas verir ki, İddiaçı ASC hazırkı dövrdə borclu Cavabdeh ASC-nin səhm sahibi olmamış, ümumiyyətlə bu cəmiyyətin idarəçiliyində söz sahibi deyildir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilərək Şəki Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(117)-4/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
36. Məhkəmə kollegiyasının iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdırlar. Ekspert rəyində göstərilən məbləğ demək olar ki, onlar tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən məbləğlə üst-üstə düşür.
37. Məhkəmə kollegiyasının iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 Nümayəndə3 dedikləri ilə razı olduğunu və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
39. Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.
40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
41. Maddə 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir.
42. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
43. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
44. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
45. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
46. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
47. Maddə 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır.
48. Maddə 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.
49. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
50. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.
51. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
52. Maddə 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır.
53. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
54. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.
55. Maddə 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
Mülki Prosessual Məcəllə:
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
62. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
63. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
64. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
65. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
66. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
67. İddiaçı Şəki Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tаrixli e-2-2(117)- 4/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
68. Qeyd olunduğu kimi, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 dekabr tarixli 2-2(107)-90/2023 qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
69. İddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə apellyasiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Ali Məhkəmənin Mülki kollegiyası hazırkı iş üzrə 21 may 2024-cü il tarixli, 2-2(102)-208/2024 saylı qərarında qeyd etmişdir ki, - MM-in 445.7-ci maddəsinə uyğun olaraq, hazırkı iddia ərizəsi məhkəməyə verilən günədək (hətta şikayət yazılan günədək) cavabdeh borcu tam qaytarmadığından artıq bankın gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Halbuki mübasiləndirilən qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin hüququnu mahiyyət etibarilə şübhə altına almamış, sadəcə olaraq hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən borcun gecikdirilməsi hallarının mövcud olmadığı qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası da sözügedən hüququn mövcudluğuna dair eyni mövqedən çıxış edərək hesab edir ki, burada önəmli olan məsələlərdən biri əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilibtörədilməməsi, o cümlədən ipoteka və ya girov predmetini aidiyyəti icra qurumuna təhvil verib-verməməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olubolmamasının düzgün müəyyən edilməsidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 63) görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilmişdir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Göründüyü kimi, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka, girov predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. -Həmçinin məhkəmə kollegiyası iddiaçının Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına istinadən məsuliyyətdən azadetmənin ipoteka predmetinin deyil, yalnız borclunun özündə olan girov əmlakın təhvil verilməsinə aid olmasına dəlilləri ilə də razılaşmır. Ən azından, ona görə ki, sözügedən Qərarda formaladırılmış hüquqi mövqelər məhz tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsi və mənzil sahibinin, onunla birlikdə yaşayan ailə üzvlərinin həmin mənzildən çıxarılması ilə əlaqədar yaranmış fərdi mübahisənin araşdırılması fonunda ifadə olunmuşdur. X9 Məhkəməsi Plenumu heç də ipoteka və girov qoyulmuş əmlakların tələbkara təhvili verilməsi ilə əlaqədar borclunun təqsiri üzrə fərqli hüquqi tənzimləmələrin mövcudluğu qənaətinə gəlməmişdir. Kassatorun mövqeyinə görə, məkhəmələr cavabdehin nümayəndəsinin 2015-ci il 16 sentyabr tarixində icra şöbəsində verdiyi izahatına diqqət etməmişlər. Belə ki, o, izahatında bildirmişdir ki, cavabdehin 87,5862% səhmləri Bakı şəhərində Milli Depozit Mərkəzində yerləşdiyindən icra sənədinin həmin hissədə aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Göründüyü kimi, səhmlər Milli Depozit Mərkəzində olduğundan artıq cavabdehin həmin səhmləri könüllü şəkildə təhvil verməsi absurd məsələdir, cavabdehdə olmayan bir əşyanın bir digər şəxsə təhvil verməsi mümkün olmayan bir haldır. Bütün bu deyilənlər bir daha onu təsdiq edir ki, hazırkı mübahisəyə MM-in 449-cu maddəsinin tətbiqi əsassız olmuşdur. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə məlum olur ki, Mingəçevir şəhər İcra və Probasiya şöbəsi 2015-ci il 12 oktyabr tarixində "xxxx" X5 təklif göndərərək üzərinə həbs qoyulmuş cavabdehə məxsus ilkin satış qiyməti 761.040 manat olan 380.520 ədəd səhmi alınmasını təklif etmişdir. Qətnamə icraya yönəldikdən sonra cavabdehin səhmlərinin cavabdehə məxsus olan 87,5862 %-i, yəni, 380.520 ədəd adi adlı sənədsiz səhmi hərraca çıxarılmış, alıcı olmadığından banka təklif olunmuş və 761.040 manata banka satılmışdır. 2015-ci il 23 dekabr tarixində 761.040 manat dəyərində səhm "xxxx" İKB ASC-nin balansına keçmiş, 2017-ci il 26 may tarixində səhmlərin alqı-satqı müqaviləsinə əsasən, bankın balansında olan 380.520 ədəd adi adlı sənədsiz səhmlər hər biri 2 manat olmaqla 761.040 manata “Topaz İnvestments Limited” QSC-yə satılmışdır. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi bununla bağlı dəlildə göstərilən pozuntuya yol verməmişdir. - Bununla belə, məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qüvvədə saxlanması mümkün deyildir. Mübahisələndirilən qətnamədə qeyd olunmuşdur ki, Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə 2017-ci il 3 fevral tarixində müraciət olunaraq icra müddəti ərzində tələbkar “Nikoil” İKB ərizə ilə müraciət edərək icra sənədi üzrə aparılan hərracın dayandırılmasını xahiş etdiyindən, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanı üzrə 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin və torpağın açıq hərracda satışına verilmiş sifarişin dayandırılması xahiş olunmuşdur. Odur ki, həmin əmlakın satışı həyata keçirilməmiş və nəticədə cavabdehin borcunun bir hissəsi ödənilməmiş qalmışdır. -Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən borcun gecikdirilməsi halları mövcud deyildir, ona məxsus olan və üzərinə həbs qoyulmuş daşınmaz əmlakın satılacağı halında borcunun ödənilməsi mümkündür. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, "xxxx" MMC-nin 2016-cı il 15 dekabr tarixli “Əmlakın qiymətləndirilməsi barədə” hesabatda qeyd edilmişdir ki, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin qiyməti 650.000 manat müəyyən edilmişdir. İş materiallarında olan həmin hesabatdan (İ cild, i/v 107-108) məlum olur ki, 650.000 manat ilkin qiymət həm Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında yerləşən 1,6778 ha torpaq sahəsinə, həm də onun üzərindəki qeyri-yaşayış binasına münasibətdə birlikdə müəyyən edilmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, son nəticədə cavabdehin iddiaçıya 2.390.672,89 manat borcu qalmışdır. Göründüyü kimi, hətta sözügedən torpaq sahəsi və qeyri-yaşayış binası satılacağı halda belə, satışdan əldə olunan pul vəsaiti hesabına borcun böyük hissəsini ödəmək mümkün deyildi. Lakin apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları qiymətləndirərkən qeyd olunanları nəzərə almamış, bununla da qanunu səhv tətbiq edərək iş üzrə yanlış nəticəyə gəlmişdir.
70. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir
71. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
72. Belə ki, birinci instansiya məhkəməsi gəlddiyi nəticəni belə əsaslandırmışddır ki, yuxarıda qeyd edilən müvafiq məhkəmə qətnaməsi əsasında tutulmuş vəsaitin hazırkı vaxta kimi ödənilməməsində cavabdehin təqsirli davranışları yox, icra hərəkətlərinin dayandırılması ilə bağlı Mingəçevir İcra Şöbəsinə yazdığı xx.xx.2017-ci il tarixli 02-336 nömrəli məktubla iddiaçının davranışları mövcuddur. Əks təqdirdə qeyd edilən borc müvafiq icra hərəkətləri nəticəsində hazırkı vaxta kimi icra oluna bilərdi. Bundan əlavə, CavabdehASC-nin idarəçisi olaraq İddiaçı ASC-nin sərəncamında olan Mingəçevir şəhərinin mərkəzində 16 hektar torpaq sahəsi və orada yerləşən qeyri- yaşayış binalarının mövcud olduğu təqdirdə iddiaçının hazırkı vaxta kimi gəlir əldə etməməsi və ya bu əmlaklardan istifadə etməməsi, həmçinin bütün bunlar nəticəsində ziyana düşməsi inandırıcı deyildir. Bu halda da cavabdehin təqsirli davranışı mövcud deyildir. Bu hallarla bağlı məhkəməyə sübutlar təqdim edilməmişdir.
73. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 21 may 2024-cü il tarixli 2-2(102)-208/2024 nömrəli qərarındakı göstərişlərini icra edərək və işin materiallarını araşdıraraq, aşağıdakı səbəblərdən apellyasiya şikayətinin dəlilləri ilə razılaşır, birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə isə razılaşmır.
74. Belə ki, MM-in 445.7-ci maddəsinə uyğun olaraq, hazırkı iddia ərizəsi məhkəməyə verilən günədək (hətta şikayət yazılan günədək) cavabdeh borcu tam qaytarmadığından artıq bankın gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Bundan əlavə birinci instansiya məhkəməsinin qətnamədən görünür ki, məhkəmə faktiki olaraq iddiaçının həmin hüququnu mahiyyət etibarilə şübhə altına almamış, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 21 may 2024-cü il tarixli 2-2(102)-208/2024 nömrəli məlum qərarında məhkəmə kollegiyası sözügedən hüququn mövcudluğuna dair eyni mövqedən çıxış edərək hesab etmişdir ki, burada önəmli olan məsələlərdən biri əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilib-törədilməməsi, o cümlədən ipoteka və ya girov predmetini aidiyyəti icra qurumuna təhvil verib-verməməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olub-olmamasının düzgün müəyyən edilməsidir.
75. Təhlil olunan işdən bəlli olur ki, "xxxx" MMC-nin 2016-cı il 15 dekabr tarixli “Əmlakın qiymətləndirilməsi barədə” hesabatda qeyd edilmişdir ki, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin qiyməti 650.000 manat müəyyən edilmişdir. İş materiallarında olan həmin hesabatdan (İ cild, i/v 107-108) məlum olur ki, 650.000 manat ilkin qiymət həm Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında yerləşən 1,6778 ha torpaq sahəsinə, həm də onun üzərindəki qeyri-yaşayış binasına münasibətdə birlikdə müəyyən edilmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, son nəticədə cavabdehin iddiaçıya 2.390.672,89 manat borcu qalmışdır. Göründüyü kimi, hətta sözügedən torpaq sahəsi və qeyri-yaşayış binası satılacağı halda belə, satışdan əldə olunan pul vəsaiti hesabına borcun böyük hissəsini ödəmək mümkün deyildi. Bu hal da ona dəlalət edir ki, borclu tərəfindən məhkəmə qətnaməsinin icrası vaxtında və tam həyata keçirilməmişddir.
76. İşin obyektiv həlli oliə bağlı Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 iyul tarixli 2-2(107)-78/2024 saylı qərardadı ilə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh ASC-dən, "xxxx" MMC-dən və X1 müştərək qaydada iddiaçı "xxxx" X4 xeyrinə tutulmuş 3.341.973,79 manatdan xx.xx.2013-cü il tarixdə 7333,9 manat, xx.xx.2015-ci il tarixdə 761040 manat, xx.xx.2016-cı il tarixdə 182927 manat edilmiş ödənişlər, həmçinin cavabdehə məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti 65 ünvanında yerləşən qeyri yaşayış sahəsinin ilkin qiyməti olan 650000 manat çıxılmaqla 17 sentyabr 2013-cü il tarıxdən 07 oktyabr 2021-cii il tarixdək illik hesablanan beş faizlik borc nə qədər təşkil edir? Sualı qoyulmuşdur.
77. 9/6948 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqında qərardadda göstərilənlər nəzərə alınmaqla Cavabdeh ASC-dən, "xxxx" MMC-nin Yelo bank” ASC-nə 17 sentyabr 2021-ci il tarixədək illik beş faizlə hesablanan faiz borcu 813.578.56 AZN məbləğində müəyən edilir.
78. Öz növbəsində Yelo bank” ASC-nin səlahiyyətli şəxsinin məhkəməyə ünvanladığı apellyasiya şikayətinə əlavadən və bankın nümayəndələrinin məhkəmə iclasındakı çıxışlarından aydın olur ki, onlar tələb olunan borcu ekspertiza məbləğində göstərilmiş 813.578.56 AZN həddində deyil, “xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh Azərkabel” Açıq Səhmdar Cəmiyyətindən idiaçı Yelo bank” ASC-nin xeyrinə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 812.841.21 manat məbləğində əldən çıxmış faydanın və 1327,19 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş edirlər və iddianı bu hissədə müdafiə edirlər.
79. Bu baxımdan Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iddianı tərəfin müdafiə etdiyi hissədə təmin edilməsini mümkün sayır.
80. Məhkəmə kollegiyаsı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 21 may 2024-cü il tarixli 2-2(102)-208/2024 nömrəli qərarındakı göstərişlərini icra edərək, iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı ASC tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 22 avqust 2023cü il tarixli, e-2-2(117)-4/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh ASC-dən 2012-ci il 2 fevral müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 fazilə hesablanmış 812,841,21(səkkiz yüz on iki min səkkiz yüz qırx bir manat iyirmi bir qəpik) manat və ödənilmiş 1327.19(bir min üç yüz iyirmi yeddi manat on doqquz qəpik) manat dövlət rüsumu , cəmi 814,168.40(səkkiz yüz on dörd min yüz altmış səkkiz manat qırx bir qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
81. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı ASC tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-2-2(117)-4/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh ASC-dən 2012-ci il 2 fevral müqaviləsi üzrə 17 sentyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 fazilə hesablanmış 812,841,21(səkkiz yüz on iki min səkkiz yüz qırx bir manat iyirmi bir qəpik) manat və ödənilmiş 1327.19(bir min üç yüz iyirmi yeddi manat on doqquz qəpik) manat dövlət rüsumu, cəmi 814,168.40(səkkiz yüz on dörd min yüz altmış səkkiz manat qırx bir qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.