Məhkəmə qərarları › İş №2-2(107)-80/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-80/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-80/2021 11.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1 və cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil Abbas oğlunun iştirakları ilə, İddiaçı cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə obyekti üzərində sahiblik və istifadə hüququqnun bərpa edilməsi, 130962 manat maddi ziyanın, 1 000 000 manat əldən çıxmış faydanın, işgüzar vurulmuş zərərə görə 5 000 000 manat və 30 manat dövlət rüsumunun, 20 000 manat vəkillə bağlanan müqavilə üzrə pulun cavabdehdən alınıb iddiaçıya verilməsi tələbinə dair” Şəki Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli, e2-2(117)-122/2021 nömrəli icra sənədi üzrə borclu tərəfindən kommunal xidmətlərin dayandırılmasının hazırki vəziyyətdə İddiaçı MMC-nin istehsal prosesinə mane olmaması ilə bağlı izah verilməsi barədə Şəki Kommersiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli e-2- 2(117)–122/2021 nömrəli qərardadından İddiaçı direktoru Nümayəndə2 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC cavabdeh “X5” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “icarə obyekti üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi, 130962 manat maddi ziyanın, ******* manat əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş zərərə görə ******* manat və 30 manat dövlət rüsumunun, 20000 manat vəkillə bağlanan müqavilə üzrə pulun cavabdehdən alınaraq verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Habelə iddia ərizəsi ilə eyni vaxtda iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı hüquqi ünvanı olan ünvan 1ışan işçilərin girişçıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına məhdudiyyətlərin qoyulması, əmlaklardan istifadə edilməsinin və istehsal edilmiş məhsulların satışının dayandırılmasının Cavabdehnə qadağan edilməsi və həmin əraziyə daxil olmağa cavabdeh tərəfindən şərait yaradılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli e-2-2(117)-122/2021 nömrəli qərardadı ilə ərizə təmin edilərək iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək İddiaçı hüquqi ünvanı olan ünvan 1ışan işçilərin giriş-çıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına məhdudiyyətlərin qoyulması, iddiaçının mülkiyyətində olan əmlaklardan istifadə edilməsinin və iddiaçı tərəfindən istehsal edilmiş məhsulların satışının dayandırılmasının Cavabdehnə qadağan edilməsi və həmin əraziyə daxil olmağa cavabdeh tərəfindən şərait yaradılması qərara alınmışdır. Qərardad əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün 10.02.2021-ci il tarixdə Qəbələ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qəbələ rayon İcra və Probasiya şöbəsi 15.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək 10.02.2021-ci il tarixli e-2-2(117)-122/2021 nömrəli qərardad əsasında verilmiş icra sənədinə izah verilməsini məhkəmədən xahiş etmiş və müraciətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC icra şöbəsinə müraciət edərək Cavabdeh MMC-nin icra sənədi üzrə tələbləri tam yerinə yetirməməsi və kommunal xidmətlərin (qaz və işıq) dayandırılması barədə məlumat vermiş, icra sənədinə əsasən istehsal prosesinin bərpasına borclu tərəfindən törədilən maneələrin aradan qaldırılmasının təmin edilməsini xahiş etmişdir. Odur ki, kommunal xidmətlərin dayandırılmasının iddiaçı cəmiyyətin istehsal prosesinə maneə olub-olmaması məsələsinin aydınlaşdırılmasında çətinlik yaranmışdır. Şəki Kommersiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli e-2-2(117)–122/2021 nömrəli qərardadı ilə borclu tərəfindən kommunal xidmətlərin dayandırılmasının hazırki vəziyyətdə İddiaçı MMC-nin istehsal prosesinə mane olmaması ilə bağlı izah verilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı direktoru Nümayəndə2 verdiyi şikayət 22 iyul 2021-ci ildə Şəki Kommersiya Məhkəməsinə daxil olmuşdur. Şəki Kommersiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli e-2-2(117)–122/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X2 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil Abbas oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli e- 2-2(117)–122/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Şəki Kommersiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli e-2-2(117)– 122/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyası hesab edir ki, şikayət əsaslı deyildir. Ona görə də, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli e-2-2(117)–122/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Kommersiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli e-2-2(117)–122/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 363, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli e-2-2(117)–122/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar