Məhkəmə qərarları › İş №2-2(107)-80/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-80/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-80/2024 01.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Аpellyаsiyа Məhkəməsinin Kommersiya Kоllegiyаsı-hаkimlər Quliyev Nuru Nаdir оğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mаhir Аbdullа оğlundan ibаrət tərkibdə, X18 оğlunun kаtibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MMC-nin nümayəndəsi X3, Cavabdeh MMC-nin nümayəndəsi (təsisçisi) və vəkili, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı “icarə müqaviləsi əsasında fevral ayı üçün 26714 manat, mart ayı üçün 45667 manat, aprel ayı üçün 45667 manat, may ayı üçün 45667 manat, iyun ayı üçün 45667 manat, iyul ayı üçün 45667 manat, avqust ayı üçün 45667 manat olmaqla ümumilikdə 300716 manat borcun, 400 manat mediasiya xərcinin və 191 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” ilk iddiası və Cavabdeh MMC-nin "xxxx" ASC-yə qarşı “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1 nömrəli əlavə və xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 saylı qətnaməsindən Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi :

1. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh MMC-dən icarə müqaviləsi əsasında ödənilməmiş fevral ayı üçün 26714 manat, mart ayı üçün 45667 manat, aprel ayı üçün 45667 manat, may ayı üçün 45667 manat, iyun ayı üçün 45667 manat, iyul ayı üçün 45667 manat, avqust ayı üçün 45667 manat olmaqla cəmi 300716 manat borc, 400 manat mediasiya xərci və 191 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənilməmiş 399,72 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddiaçı Cavabdeh MMC-nin "xxxx" ASCyə qarşı “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1 nömrəli əlavə və xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, Cavabdeh MMC tərəfindən qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh MMC-yə aid edilməsi qət edilmişdir.

2. Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

3. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 21 dekabr 2023-cü il tarixli 2-2(107)-86/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia rədd olunmuş, qarşılıqlı iddia isə təmin olunmuşdur (sədrlik edən-məruzəçi hakim E.Hüseynov, hakimlər V.Məlikov və G.Cavadova).

4. İddiaçı ASC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-242/2024 nömrəli qərarı ilə İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 2-2(107)-86/2023 saylı qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır (məruzəçi hakim- X8, hakimlər X4 və X2).

İşin hаllаrı

6. Zaqatala Tütün” ASC (bundan sonra – “iddiaçı”) X12” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə müqaviləsi əsasında fevral ayı üçün 26.714 manat, mart ayı üçün 45.667 manat, aprel ayı üçün 45.667 manat, may ayı üçün 45.667 manat, iyun ayı üçün 45.667 manat, iyul ayı üçün 45.667 manat, avqust ayı üçün 45.667 manat olmaqla, ümumilikdə 300.716 manat pulun, 400 manat mediasiya xərcinin və 191 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh MMC arasında 01 noyabr 2020-ci il tarixdə “İcarə Müqaviləsi” (bundan sonra “Müqavilə”) bağlanmışdır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, müqavilə üzrə icarə haqqı 1 m² üçün 1 manat nəzərdə tutulmaqla 8333.33 m² üçün 8333.33 manat icarə haqqı nəzərdə tutulmuşdur. Cavabdeh aralarında icarə müqaviləsinin bağlandığı tarixdən 2023cü il 10 fevral tarixinədək istifadəsində olan 8333,33 kv.m ərazini genişləndirərək, 54.000 kv.m-ə çatdırmışdır. Bu səbəbdən həmin tarixdə tərəflər müvafiq olaraq icarə məbləğinin artırılması barədə razılığa gəlmiş, müqaviləyə 1 nömrəli əlavə formasında öz iradə ifadələrini rəsmiləşdirmiş və öz imza, möhürləri ilə təsdiq etmişlər. Həmin əlavəyə əsasən, icarə haqqı torpağın ölçüsünə uyğun olaraq 54.000 manat müəyyən edilmiş, lakin cavabdeh 2023-cü il 10 fevral tarixindən bu günədək aylıq 54.000 manat olan icarə haqqını ödəməkdən boyun qaçırmış və bunun əvəzində ümumi icarə haqqının kiçik bir hissəsi olan 8.333,33 manat məbləğində icarə haqqı ödəmiş, bununla da müqavilə öhdəliklərini (şərtlərini) kobud surətdə pozmuşdur. Hazırda tərəflər arasında müqavilə münasibətləri davam etməkdədir.

8. Cavabdeh qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının təqdim etdiyi icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavə və həmin tarixli aktın etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Yaponiya investorlarının birgə təsisçisi olan "xxxx" MMC (bundan sonra-“üçüncü şəxs MMC”) ölkənin tütünçülük təsərrüfatına investisiya yatırımı ilə əlaqədar dövlət və özəl sektorun inkişafı istiqamətində iddiaçının təklifi və təşəbbüsü əsasında yerli sektorun inkişafı ilə əlaqədar 2020-ci il 28 oktyabr tarixində birgə fəaliyyət müqaviləsi bağlanmışdır. Birgə fəaliyyət çərçivəsində 2 il 3 ay icarə münasibətləri stabil olaraq davam etdirilmiş, iddiaçı tərəfindən qarşılıqlı etibardan, idarəçilikdə qarşı tərəfə verilən imkanlardan sui-istifadə edilərək, guya istehsal və rentabelliyi artırmaq adı altında qohumluq və s. şəxsi münasibətlərdə olan Fuad İmanov adlı şəxs cavabdeh MMC-nin rəhbərliyinə direktor vəzifəsinə gətirilmiş, iddiaçı ASC-nin sədr müavini olan İsmayıl Orucovun qardaşı Novruz Orucov üçüncü şəxs MMC-də yüksək vəzifəyə gətirilmiş və həmin şəxslərin qohumluq əlaqəsində olan Kamran Hazmanov cavabdeh MMC-nin baş mühasibi təyin edilməklə, xarici investorlara və cavabdeh MMCnin mülkiyyət hüquqlarına qəsd məqsədilə böyük qruplaşma təşkil edilmişdir. Qabaqcadan müəyyən edilmiş plana əsasən məqsəd investorların əmlakını əldən çıxarmaq, investisiya nəticəsində qurulmuş təsərrüfatı mənimsəmək, investorları borclandırmaq, bu məqsədlə də onları ərazidən çıxarmaq olmuşdur. Bu planı icra etmək məqsədilə qeyd edilən qruplaşma öz aralarında Fuad İmanovun səlahiyyətlərindən istifadə edərək, icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavə imzalayaraq icarə haqqını 8333,33 manatdan 54.000 manata qaldırmaqla maddi və iqtisadi durumu qəti şəkildə pisləndirən, eləcə də müqavilədə icarəyə götürənin hüquqlarını və maraqlarını müdafiə edən bəndləri ləğv etmək və dəyişdirməklə icarəyə götürənin vəziyyətini əhəmiyyətli şəkildə pisləşdirən müqavilə əlavəsi imzalamış, bu sənədi əsaslandırmaq məqsədilə də həmin tərkibdə həmin tarixli akt tərtib edərək investorlardan xəbərsiz, əsas maliyyəçini xəbərdar etmədən saxta sənədlər tərtib etmişlər. Sənədlər tərtib edildikdən sonra 2023-cü il 13 fevral tarixində saxtakarlıq yolu ilə edilmiş izləri itirmək məqsədilə direktor Fuad İmanov və baş mühasib Kamran Hazmanov öz xahişləri ilə ərizə yazaraq idarəçilikdən kənarlaşdırılmalarını xahiş etmişlər. Direktor qismində Fuad İmanov baş mühasibin ərizəsini təsdiqləmiş, özü də ərizəsi əsasında işdən çıxmışdır. Həmin şəxslər işdən azad olunduqdan sonra cəmiyyətə pretenziya və həmin pretenziyaya əlavə olaraq 2023-cü il 10 fevral tarixində tərtib edilmiş akt və müqavilə əlavəsi daxil olmuşdur. Sözügedən akt və müqaviləyə məzmunundan da göründüyü kimi, qarşı tərəfin müqavilə üzrə olan hüquqlarını təkzib etdiyindən, yalnız icarəçinin mənafelərini ifadə etdiyindən xüsusi məqsədlərlə, şərtlə bağlanılmış əqddir. Bundan başqa Fuad İmanovun rəhbərlik etdiyi dövr üzrə cəmiyyət rəsmi məlumatlar və 13 saylı ƏVİ-nin təqdim etdiyi mənfəət vergi bəyənnaməsinə əsasən 1.245.554,86 manat zərər etmişdir. 2021-ci ilin də rəsmi mənbələrinə əsaslandıqda 13 saylı ƏVİ-nin təqdim etdiyi mənfəət vergi bəyənnaməsinə əsasən cəmiyyət 1.000.000 manatadək ziyan etmişdir. Bölgə üzrə məşğulluq baxımından cəmiyyət 300-dən çox işçini işlə təmin edir. Belə ağır şərtlərlə fəaliyyət göstərən təşkilatın xərclərini birdən-birə 100.000 manatdan 600.000 manatadək qaldırmaq kimi hərəkətlərin hansı niyyətlərə xidmət etməsi aydın deyildir. İddiaçı ilkin olaraq hansı əraziləri və obyekti icarəyə verdiyini, sonradan hansı ərazilərin icarədardan xəbərsiz tutulduğunu rəsmi sənədlər üzərindən sübuta yetirə bilməmişdir.

10. Üçüncü şəxs MMC ilk iddia ərizəsinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında 2023-cü il 10 fevral tarixli akt və icarə müqaviləsinə 1 nömrəli əlavə qanunsuz yolla hazırlanmışdır, həmin sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur. Cavabdeh MMC-nin əvvəlki direktoru Fuad İmanovun işlədiyi dövrdə, yəni 2023-cü il tarixində vergi xidmətinə müəssisənin 850.000 manat zərərdə olması barədə hesabat verilmişdir. Belə olan halda, 54.000 manat aylıq icarə haqqı tələb edilməsi müəssisənin bilərəkdən iflas etməsinə yönələn hərəkətlərdir. Bu qanunsuz hərəkətlərinə görə Zaqatala rayon prokurorluğuna şikayət verilmiş və həmin şəxslər barəsində araşdırma aparılmışdır. İddiaçı ilə bağlanmış 2021-ci il 29 oktyabr 985 saylı və 2022-ci il 18 avqust, 3333 saylı torpağın icarəyə verilməsi müqavilələrinin 5.2 və 6.1.2-ci bəndlərinə əsasən, torpağın başqa fiziki və hüquqi şəxslərə verilməsi yalnız icarəyə verənin, yəni Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra-“ƏMDX” və ya “Xidmət”) yazılı razılığı ilə mümkündür. Belə olan halda, Xidmətin yazılı razılığı olmadan icarə müqaviləsi, icarə müqaviləsinə 1 nömrəli əlavə və akt imzalanması qadağandır. Bundan başqa, həmin müqavilələrdən görünür ki, dövlət torpağı illik 9884 manat və 9000 manat qarşılığında icarəyə götürüldüyü halda, iddiaçı tərəfindən Xidmətin razılığı olmadan illik 648.000 manat qarşılığında cavabdehə icarəyə verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin müddəti 10 il olduğu halda, Xidmətlə iddiaçı arasında dövlət torpağının icarəyə verilməsi barədə müqavilələr 2 il müddətində bağlanmışdır.

11. İş üzrə birinсi instаnsiyа məhkəməsi tərəfindən yuxаrıdа göstərilən qətnаmə çıxаrılmışdır.

Аpellyаsiyа şikаyətinin dəlilləri

12. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunlu olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, 10 fevral 2023-cü il tarixli AKT-ın və 1 nömrəli Əlavənin hazırlanması göründüyü kimi birgə fəaliyyət müqaviləsinə və icarə müqaviləsinə zidd hazırlanmışdır. Çünki 1 nömrəli Əlavə icarə haqqının qaldırılmasına səbəb ola bilməzdir ki, bu müqavilə qüvvəsində olduğu halda 1 saylı Əlavə ilə yeni icarə haqqı hesablanması mümkün deyildir. Həmin 1 saylı Əlavə birgə fəaliyyət müqaviləsinin tərkib hissəsi olmamışdır. 1 nömrəli Əlavə 01 noyabr 2020-ci il tarixli müqavilədə göstərilmişdir ki, 2023-cü ildə həmin 1 nömrəli Əlavənin təqdim edilməsi etibarsızdır. Həm 2020-ci il tarixli 1 nömrəli Əlavənin, həm də 2023-cü il tarixli 1 nömrəli Əlavənin təqdim edilməsi qanunsuzluqdur.

13. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavə olunmuş sənədlərdə, icarə müqavilələrindən görünür ki, illik 16.000 manat götürülmüş icarə torpağının qanunsuz olaraq illik 648.000 manat subicarə hüququ olmadan verilməsi qanunaziddir. 10 fevral 2023-ci il tarixli AKT və 1 nömrəli Əlavə qanunsuz yolla hazırlandığından, yəni həmin 1 nömrəli Əlavə 2020-ci il tarixdə tərtib edilərək texniki sənəd olaraq istifadə olunan əraziyyə aiddir. Belə olan halda 2021 və 2022-ci il tarixlərdə torpağın icarə müqaviləsi 2 illik olduğu halda, 10 illik icarə müqaviləsinə ziddir ki, qətnamədə göstərilən hallar iş materiallarında olan sübutlara uyğun gəlməmişdir. Qətnamədə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələbləri əsaslandırılmamışdır.

14. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsi, Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan müqavilə dəyişdirilməmiş və müqaviəyə dair əlavə saziş bağlanmamışdır. Dövlət vergi orqanında təqdim edilən müqavilə və reyestrdə qeydiyyata alınmış müqavilə 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsidir ki, tərəflərin hüquq münasibətləri və icarə haqqının dəyəri həmin müqavilə ilə tənzimlənir.

16. Həmçinin qeyd edilən 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsi 28 oktyabr 2020-ci il tarixli 001/20/V nömrəli Birgə fəaliyyət müqaviləsinin 5.1-ci bəndini nəzərə alaraq, hazırkı müqavilə 10 il müddətinə qüvvədədir. İcarə haqqının artırılması barədə 28 oktyabr 2020-ci il tarixli 001/20/V nömrəli Birgə fəaliyyət müqaviləsinin əsas anlayışlar bölməsinin ikinci bəndinə əsasən müqaviləyə edilən əlavə dəyişiklik tərəflər arasında razılaşma protokolları tərtib edilməlidir ki, bu barədə investora məlumat verilməli idi. Lakin icarə haqqının artırılması barədə həmin protokol tərtib edilməmişdir. Tərəflər arasında mövcud olan 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsi dəyişdirilməmiş və dəyişdirilməsi barədə rəsmi məlumat daxil olmamışdır. İcarə haqqının artırılması əlavə sahədən istifadəyə görə göstərilmişdirsə, 28 oktyabr 2020-ci il tarixli 001/20/V nömrəli Birgə fəaliyyət müqaviləsində göstərilmiş razılaşma protokolları əsasında aparılmalı idi.

17. 10 fevral 2023-cü il tarixli AKT və 1 nömrəli Əlavə birgə fəaliyyət müqaviləsinə və icarə müqaviləsinə zidd hazırlanmışdır. Çünki 1 nömrəli Əlavə icarə haqqının qaldırılmasına səbəb ola bilməzdi ki, bu müqavilə qüvvəsində olduğu halda 1 nömrəli Əlavə ilə yeni icarə haqqı hesablanması mümkün deyildir. Həmin 1 nömrəli Əlavə birgə fəaliyyət müqaviləsinin tərkib hissəsi olmamışdır. 01 noyabr 2020-ci il tarixli müqavilədə 1 nömrəli Əlavə göstərilmişdir ki, 2023-cü ildə də yenidən 1 nömrəli Əlavənin təqdim edilməsi etibarsızdır. Belə ki, 2020-ci il tarixli 1 nömrəli Əlavə olduğu halda, 2023-cü il tarixdə yenidən 1 nömrəli Əlavənin tərtib edilməsi qanunsuzdur.

18. İcarə müqaviləsi tərəflərin birgə fəaliyyət müqaviləsinə əsasən bağlanılmışdır. Birgə fəaliyyət müqaviləsinin bəndlərində 1 nömrəli Əlavə göstərilməmiş və 01 noyabr 2020-ci i tarixli icarə müqaviləsində 1 nömrəli Əlavə istifadə olunan ərazinin texniki göstəricilərini müəyyən edilməsi kimi göstərilmişdir. İddiaçının əvvəlki direktor Fuad İmanovla birgə tərtib etdiyi 10 fevral 2023-cü il tarixli 1 nömrəli Əlavə birgə fəaliyyət müqaviləsinin tərkib hissəsi ola bilməz və icarə haqqı artırılması üçün əsas deyildir. Çünki tərəflərin öhdəlikləri 28 oktyabr 2020-ci il tarixli 001/20/V nömrəli birgə fəaliyyət müqaviləsi və 01 noyabr 2020-ci i tarixli icarə müqaviləsi ilə qəbul edilmişdir. Həmin müqavilələrə əsasən icarə haqqı razılaşdırılmış və vergi orqanına təqdim edilmişdir. Torpağın subicarəyə verilməsi barədə razılıq olmadığından iddiaçı torpağın icarəyə verilməsi barədə müqavilə bağlaya bilməzdi. Bu səbəbdən də həmin 10 fevral 2023-cü il tarixli AKT və 1 nömrəli Əlavə etibarsızdır. İcarə haqqı münasibətləri 1 nömrəli Əlavə ilə deyil, müqavilələrdə göstərilmiş şərtlərə uyğun olaraq tənzimlənir. Məhkəmə qətnamə qəbul edərkən müqavilə münasibətlərinə əhəmiyyət verməmiş və heç bir hüquqi əsası olmayan 1 nömrəli Əlavəyə istinad etmişdir ki, bu da əqd sayıla bilməz. Həmin əqd əhəmiyyətsiz və etibarsız əqddir. Çünki tərəflər arasında hüquq münasibətləri müqavilələr ilə tənzimlənir.

19. Qeyd olunanlara əsasən Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin tamamilə rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

Prоses iştirаkçılаrının izаhаtlаrı

20. Məhkəmə kollegiyasının 17 iyul 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi (hazırkı təsisçisi) və vəkili, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Cavabdeh MMC-nin keçmiş direktoru olmuş Fuad İmanov 12 fevral 2023-cü tarixdə ərizə yazaraq işdən çıxmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixli aktı imzalayan Kamran Hazmanov da 12 fevral 2023-cü tarixdə ərizə yazaraq işdən çıxmışdır. Cavabdeh MMC "xxxx" MMC-nin törəmə şirkətidir. "xxxx" ASC-nin sədr müavini olan İsmayıl Orucovun qardaşı Novruz Orucov "xxxx" MMC-nin direktoru olmuşdur. Qeyd edilən şəxslərin hər üçü eyni gündə ərizə yazaraq işdən çıxıblar. 1 mart 2023-cü il tarixdə hər şey təhvil-təslim edilsə də, icarə məbləğinin artırılması ilə bağlı akt və əlavə 1 təhvil-təslim edilməmişdir. 1 mart 2023-cü il tarixə qədər qarşı tərəfin təqdim etdiyi qaimələr əsasında 8000 icarə haqqı ödənilib. Tərəflər arasında 2020-ci ildə bağlanmış müqaviləyə görə 2023-cü ilə qədər hər ay 8000 manat icarə haqqı ödənilməli idi. Həmin icarə müqaviləsi əsasında da xarici investitor ******* məbləğində investisiya yatıracaqdı. Bir daha qeyd edir ki, 1 mart 2023-cü il tarixdə hər şey təhvil-təslim edilsə də icarə müqaviləsinin artırılması ilə bağlı akt Cavabdeh MMC-nin keçmiş direktoru olmuş Fuad İmanov tərəfindən təqdim edilməmişdir. O, heç kimi 54000 manat icarə haqqı ödənilməli olduğu barədə xəbərdar etməmişdir. 1 mart 2023-cü il tarixdən sonra 54000 manat icarə haqqı ilə bağlı qaimə gəlmişdir. Cavabdeh MMC həmin qaiməni geri qaytarmışdır ki, icarə haqqı müqavilədə 8000 manatdır. 54000 manat geri qaytarılıb 8000 manat ödənilmişdir. Onlar yalnız mediasiya prosesi zamanı bilmişlər ki, Cavabdeh MMC-nin icarə haqqı 8000 manatdan 54000 manata qaldırılmışdır. Ümumiyyətlə Cavabdeh MMC mənfəətlə işləməmişdir. Mənfəət 800 ton tütün olmuşdur ki, o da İsrafil Səfərov tərəfindən satılaraq nağdlaşdırılmışdır. Həmin işlə bağlı ayrıca cinayət işi başlanmışdır. Cavabdeh MMC-nin direktoru olmuş Fuad İmanov təhvil-təslim edərkən qeyd edilən 1 nömrəli əlavə və akt barədə məlumat verməmişdir. "xxxx" MMC-nin və Cavabdeh MMC-nin nizamnaməsində qeyd edilir ki, xüsusi əhəmiyyətli əqdlərlə bağlı ümumi yığıncağın qərarı olmalıdır və ya bununla bağlı təsisçiyə müraciət edilməli, təsisçinin buna razılığı olmalıdır. X6suz hərəkətləri ilə bağlı prokurorluq orqanlarına müraciət etmişlər. Zaqatala rayon prokurorluğunda işə baxılarkən Şəki Kommersiya Məhkəməsinin icraatında iş olduğu üçün yekun qərar qəbul edilməmişdir. Həmçinin Nümayəndə3 qeyd edir ki, 01 noyabr 2020-ci il tarixdə icarə müqaviləsi bağlanarkən həmin müqavilədə əlavə 1 tərtib edildiyi qeyd edilmişdir. Həmin əlavə 1 nə "xxxx" MMC-nin, nə də Cavabdeh MMC-nin arxivində var. 10 fevral 2023-cü il tarixdə həmin əlavə 1-i yenidən tərtib etmişlər. 01 noyabr 2020-ci il tarixli əlavə 1-ə görə ******* manata qədər subsidiya verilmişdir. 01 noyabr 2020-ci il tarixdə icarə müqaviləsi bağlanan zaman həmin ərazilərin videosu qeydə alınmışdır. Həmin vaxt istifadə olunan ərazi həmin dövrdən 8000 manata razılaşdırılmışdır. Həmçinin qeyd edir ki, işə apellyasiya məhkəməsində 1-ci dəfə baxılarkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, iddiaçı tərəfindən onlara subicarəyə verilmə barədə müraciət daxil olmamışdır. Bundan başqa iddiaçının torpaq sahəsini illik 9 min manata icarəyə götürüb aylıq 54 minə icarəyə vermək istəməsi özü ədalətsizlikdir. Ali Məhkəmə qeyd etmişdir ki, tərəflərin icarə haqqını artırmağa səlahiyyəti vardımı? Qeyd edir ki, bu gün Cavabdeh MMC-nin direktorunun xüsusi əhəmiyyətli əqdləri imzalamağa heç bir səlahiyyəti yoxdur. Onların qarşılıqlı iddia ərizəsində irəli sürdükləri mövqe ondan ibarətdir ki, əlavə 1 və aktla icarə haqqı artırıla bilməzdi. Artırılsa da, ona Fuad İmanovun səlahiyyəti yox idi. Bu təsisçinin səlahiyyətinə aid məsələdir. Cavabdeh MMC-nin Nizamnaməsinin 9.2-ci bəndində göstərilmişdir ki, direktor ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, cəmiyyətin adından əqdlər bağlayır və xüsusi əhəmiyyətli sənədlər istisna olmaqla, rəsmi sənədləri imzalayır. Hazırkı məsələni xüsusi əhəmiyyətli hal hesab edirlər. Qeyd edilənlərə əsasən onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)- 654/2023 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının 1 avqust 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi (hazırkı təsisçisi) və vəkili, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 bildirdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinin tələblərinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarım öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.

22. Qeyd etdi ki, qanunun qeyd edilən tələbinə əsasən Fuad İmanov hüquqi şəxsə rəhbərlik etdiyi dövrdə şirkət zərərlə işlədiyi halda öz səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz olaraq əlavə 1-i və aktı hazırlamışdır. Hüquqi şəxsin qanuni təmsilçisi hüquqi şəxsin təsisçisi və ya investoru deyil. Qanuni təmsilçi kənar idarəçidir. Qanuni təmsilçi hüquqi şəxsin maraqlarına zidd qərar qəbul etdikdə, məsələn, icarə haqqını 54000 deyil, 150000 manat müəyyən etdikdə təsisçilər bunu ödəmək məcburiyyətində deyil. Bu, birbaşa təsisçilərin səlahiyyətində olan məsələdir. Hansı ki, bu qərar hüquqi şəxsin iqtisadi maraqlarına bağlı verilən qərardır. Ali Məhkəmənin mövqeyinə, Mülki Məcəllənin tələblərinə görə hüquqi şəxsin təmsilçisi işlədiyi hüquqi şəxsin maraqlarına zidd qərar qəbul edə bilməz.

23. Bundan başqa bildirir ki, Mülki Məcəllənin 49.4-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır;

24. 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi;

25. 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi;

26. 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması.

27. Qeyd etdi ki, Mülki Məcəllə birbaşa göstərir ki, hüquqi şəxs zərərlə işlədiyi halda hüquqi şəxsə qeyd edilən hərəkətlərin edilməsi qadağan edilir.

28. Həmçinin qeyd edir ki, Mülki Məcəllənin 49.4 və 49.4.4-cü maddələrinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması halında məsuliyyət daşıyır.

29. İcarə haqqının özü də hüquqi şəxsin xərclərinə daxildir ki, bu xərclərin orta bazar dəyərindən 6 dəfə baha qiymətə əqd bağlanıb.

30. Bildirdi ki, bundan başqa Mülki Məcəllənin 49.4 və 49.4.5-ci maddələrinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halında məsuliyyət daşıyır.

31. Qeyd edir ki, Mülki Məcəllənin 49.4.5-ci maddəsi birbaşa onların işinə aiddir. Qarşı tərəf keçən məhkəmə iclasında iddia tələbinin həcminin 915 min manat dəyərində artırılması barədə ərizə verməsi, sonradan həmin ərizəni geri götürməsi ilə artıq öz mövqeyini bəyan edir ki, bunlar da hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsinə yönələn hərəkətlərdir. Hansı ki Fuad İmanov tərəfindən bu hüquqi şəxsə edilmişdir.

32. Bundan başqa Mülki Məcəllənin 49.4 və 49.4.6-cı maddələrinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması halında məsuliyyət daşıyır.

33. Həmçinin qeyd edir ki, Mülki Məcəllənin 49.5-ci maddəsinə əsasən hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.

34. Fuad İmanov 1 fevral 2023-cü ildə təsisçilərin qərarı ilə rəsmi maaşı saxlanılmaqla vəzifəsindən kənarlaşdırılmışdır. Həmin dövrdən orda yoxlama işləri getmişdir. Fuad İmanov da təhvil-təslim aktı zamanı əlavə 1-i və aktı təhvil verməmiş, həmin sənədləri gizlətmişdir.

35. Mülki Məcəllənin 49-1.4-ci maddəsində qeyd edilir ki, əqdin bu Məcəllənin 49-1.2ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlanılması nəticəsində hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan şəxslər məsuliyyət daşıyır. Əqdin digər tərəfi əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlandığını bildikdə hüquqi şəxs və ya onun istənilən iştirakçısı bu Məcəllənin 337.1-ci və 339-cu maddələrinə müvafiq olaraq həmin əqdi mübahisələndirə bilər.

36. Məhkəmə dövründə onlara məlum olmuşdur ki, əlavə 1 ilə akt hazırlanmışdır. Bu məlumatı bildikdən sonra onlar Mülki Məcəllənin 337 və 339-cü maddələrinə əsasən həmin əqdin etibarsızlığı ilə bağlı iddia tələbi irəli sürmüşlər. Fuad İmanovla bağlı Mülki Məcəllədə bir çox normalar var ki, onları məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir. Həmin normalarda göstərilir ki, hüquqi şəxs təsisçilərin qərarı olmadan xüsusi əhəmiyyətli əqdlərin bağlanmasında səlahiyyətli deyildir.

37. Qeyd edir ki, Mülki Məcəllənin 91-2.5-ci maddəsinə əsasən kənar idarəçi icra orqanı kimi cəmiyyətə münasibətdə idarəetməni qeyri-qənaətbəxş həyata keçirməsi nəticəsində və üçüncü şəxslərə ziyan vurduğu zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

38. Həmçinin Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

39. Fuad İmanovun əlavə 1 ilə icarə haqqını qaldırması təsisçilərin iradəsindən asılı olmayaraq aparıldığı üçün onlara məlum olduğu andan etibarsız əqddir.

40. Bildirdi ki, Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

41. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.

42. Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

43. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər.

44. Onların işi ilə bağlı X7 9.2.7-ci bəndinə əsasən öz vəzifə səlahiyyətlərini aşaraq Mülki Məcəllənin normalarını pozaraq hüquqi şəxsin ziyanına qərar qəbul etmişdir. Həqiqətən də Fuad İmanov təmsil etdiyi hüquqi şəxsin zərərlə işlədiyi dövrdə müflis olması üçün addımlar atmışdır. Fuad İmanov tərəfindən Mülki Məcəllənin normaları pozulmuşdur. Fuad İmanovun hərəkətlərinə görə hüquqi şəxs zərər çəkməyə borclu deyildir. O, kənar idarəçidir, təsisçi deyildir. Faud İmanov gedib, Emin Əsədov gəlibdir. Bundan əlavə 4 dəfə direktor dəyişilibdir. Həmin şəxslər cəmiyyət üçün kənar idarəçi şəxslər sayılır. Onun orda nə iştirak payı var, nə də təsis payı var. X21 fəaliyyətini kənar idarəçi kimi qiymətləndirirlər. O səlahiyyətlərindən sui-istifadə etmişdir.

45. Əlavə olaraq bildirir ki, kənar idarəçi şəxs dedikdə hüquqi şəxsin yaradılmasında təmsil olunmuş şəxslərdən payı olmayan şəxs nəzərdə tutulur. Yəni kiməsə həvalə olunur ki, hüquqi şəxsi direktor və ya onun təmsilçisi kimi idarə etsin. Fuad İmanov 1 fevral 2023cü ildə təsisçilərin qərarı ilə rəsmi maaşı saxlanılmaqla vəzifəsindən kənarlaşdırıldığı zaman müəssisənin möhürü ona görə alınmamışdır ki, onun belə hərəkət edəcəyini təsəvvür etməmişlər. Hazırda faktiki olaraq 2020-ci ildə hansı ərazini icarəyə götürmüşlərsə, o ərazini də istifadə edirlər. Cavabdeh MMC-nin istifadəsində 2 hektara yaxın həyətyanı sahə, birdə tikililərdi. Qarşı tərəf tikilinin də, torpağın da kvadratını 1 manata icarəyə verib. Qurutmaların yerləşdiyi ərazi 1 hektara yaxındır. Məhkəmə prosesi başladıqdan sonra istixanaları sökmüşlər. Həmin isitxanalarda xaricdən gətirdikləri toxumları əkib şitil yetişdirib onu fermerlərə satıb sonra da həmin tütünləri alırlar. Sonra həmin tütünü xaricə ixrac edirlər. İstixanaların sayını məhkəməyə iddia verildikdən sonra azaltmışlar. Ofis binasını təhvil vermişlər. İndi onlarda 5 hektar 40 sot ərazi yoxdur. Onlara bina icarəyə verilmişdir. Torpaq sahəsi yox. Torpaq sahəsi əvvəl onların olmamışdır. Cavabdeh MMC-nin qanuni təmsilçisi X10 qeyd etmdir ki, “əgər bilsəydi ki, icarə haqqı 54000 manatdı onda müəssisəyə gəlməzdi”. İcarə haqqının məbləği ildə 650000 manat edir. Cavabdeh hazırda 5 hektar 40 sot torpaq sahəsinə görə icarə haqqı tələb edir. 2020ci ildə müqavilədə qeyd edilir ki, 83 sot ərazi icarəyə verilir, icarə haqqı isə 8333 manat edir. Qeyd edilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 saylı qətnaməsinin ləğv, qаrşılıqlı iddiаnın təmin və ilk iddiаnın rədd оlunmаsınа dаir yeni qətnаmə qəbul edilməsini məhkəmə kоllegiyаsındаn xаhiş etdi.

46. Məhkəmə kollegiyasının 17 iyul 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2020-ci ildə yaranan müəssisənin 2023-cü ildə 5-ci müdiri təyin edilmişdir. Müəssisədə 3 ildə 5 müdir olub. O, təyin ediləndə təssisçilər ona bildirmişlər ki, gedib müəssisədəki vəziyyətlə tanış olub təhvil götürsün. Müəssisəyə gəlib icarə müqaviləsini oxuduqda görmüşdür ki, orda əlavə 1 qeyd edilib. Fuad İmanovdan və mühasibdən əlavə birin harda olduğunu soruşmuşdur. Onlarda verəcəklərini bildirmişlər. İkinci gün əlavə 1-i istədikdə onlarda olmadığını bildirmişlər. Bildirmişdir ki, qarşı tərəfin ofisinə gedib ordan götürsünlər. Gedib gəldikdən sonra onlarda da olmadığını bildirmişlər. Bundan sonra baş idarəyə zəng vurub onlardan da soruşmuşdur. Onlar da əlavə 1-in onlarda olmadığını bildirmişdir. X19 Hazmanov 10 fevral 2023-cü il tarixli Əlavə 1 və akt yazdıqları halda fevral ayının 12-də ərizə yazıb işdən çıxıblar. Burdan bir sual yaranır ki, onların marağı nədir ki? işdən çıxdıqları halda 2 gün əvvəlki tarixə şirkətin adından belə qərar verirlər ki, icarə haqqının aylıq ödəniş məbləği 54000 manat olsun. Bundan başqa Fuad İmanov işlədiyi dövrdə ******* zərər etmişdir. Fuad İmanovu heç kim işdən çıxarmamışdır. Özü ərizə yazıb işdən çıxmışdır. Bundan başqa baş idarədə hamı işdən çıxma barədə ərizə yazmışdır. Həmçinin qeyd edir ki, icarə müqaviləsinin qiyməti qaldırılarkən qeyd edilmişdir ki, guya yerin ölçüsü 54000 kv.m-dir. Halbuki, 1-ci gündən, hansı yerdə quraşdırılma aparılıbsa o yerdə də işlər görülmüşdür. Açılış zamanı görüntülər var ki, həmin video görüntünü məhkəməyə təqdim etmişlər. O, gəldiyi ilk gündən əlavə 1-i istəmiş, lakin verməmişlər. Onu aldadıb təhviltəslim aktına qol çəkdiriblər. Belə bilsəydi akta qol çəkməzdi. Onlar bilərəkdən onu aldadıb, sonra da 2 gün əvvəlki tarixə müqaviləni hazırlayıblar. Məqsəd burda ondan ibarət olmuşdur ki, 54000 manat icarə məbləği cəmlənərək ümumi borc yığılsın. 6-7 ay da belə müddət uzatdıqdan sonra 1-2 milyon borc yığılsın. Nəticədə də borc verilə bilmədiyinə görə müəssisə "xxxx" ASC-nin balansına keçsin. 10 fevral 2023-cü il tarixli Əlavə 1-lə bağlı bildirir ki, əgər həmin əlavə 1-i əlavə 2 olaraq tərtib etsəydilər düzgün olardı, lakin əlavə 1 mövcud olduğu halda onun rəqəmini dəyişib yenidən əlavə 1 qeyd etmək artıq cinayətdir. Bundan başqa qeyd edir ki, iddiaçı torpağın icarəyə verilməsi barədə müqavilə bağlaya bilməzdi ki, bunun da səbəbi torpağın subicarəyə verilməsi barədə razılığın olmamasıdır. Onlar yalnız özəlləşdirdikləri anbarları icarəyə verə bilərdilər. Çünki "xxxx" ASC həmin anbarların mülkiyyətçisidir. "xxxx" ASC əmlaklarının üzərində olduğu 6 min hektar ərazi var ki, o da Əmlak Məsələləri Dövlət Xidmətinin mülkiyyətindədir. Onların icazəsi olmadan "xxxx" ASC həmin əraziləri icarəyə vermişdir. "xxxx" ASC həmin torpaq sahəsini 9000 manata icarəyə götürdüyü halda onlara 100000 icarəyə vermiş. İndi də illik 650000 istəyirlər. Əslində bu işdə cinayət məsuliyyəti var. Çünki o, X19 Hazmanovdan əlavə 1-i istəmişdir. Onlar da onlarda olmadığını bildiriblər. O da inanıb təhvil-təslim aktına qol çəkmişdir. Bundan 10 gün keçəndən sonra görmüşdür ki, pretenziya gəlib. Baxmışdır ki, müqavilədə X19 Hazmanovun imzası var. Onlar 3 gün əvvəl əlavə 1-ə imza edib 3 gündən sonra işdən çıxaraq qarşı tərəfdə işləməyə başlayıb. Burda məqsəd şirkəti müflisləşdirmək, özgəsinin əmlakını özününkiləşdirməkdir.

47. Məhkəmə kollegiyasının 1 avqust 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X10 bildirdi ki, əvvəlki direktor 54000 manat icarə haqqına razılaşaraq işdən çıxıb getmişdir. Sual yaranır ki, onun marağı nə idi ki, 10 fevralda müqaviləyə qol çəkib, 13 fevralda ərizə yazıb işdən çıxmışdır. 54000 icarə haqının ödənilməsi öz təsdiqini tapsa onlar şirkəti bağlayacaqlar. X5sın. Qeyd edilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 saylı qətnaməsinin ləğv, qаrşılıqlı iddiаnın təmin və ilk iddiаnın rədd оlunmаsınа dаir yeni qətnаmə qəbul edilməsini məhkəmə kоllegiyаsındаn xаhiş etdi.

48. Məhkəmə kollegiyasının 17 iyul 2024-cü il tarixli iclasında iştirak edən İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərinə etiraz edərək bildirdi ki, qarşı tərəfin verdiyi apellyasiya şikayəti açıq-aşkar əsassızdır. İş materialları və Ali Məhkəmənin qərarına əsasən qarşı tərəfin dedikləri tam əsassızdır. Onların irəli sürdüyü dəlillər əvvəlki dəlillərdir. Yeni heçnə bildirmirlər. Onların dəlillərinin bir hissəsinə birinci instansiya məhkəməsi, bir hissəsinə də Ali Məhkəmə qiymət verib. Qarşı tərəfin nümayəndəsi Araz müəllim bildirmişdir ki, iddiaçı 1 vərəqə əsaslanaraq 54000 manat pul istəyir. Qeyd edir ki, həmin 1 vərəq müqavilədir. Müqavilə tərəflərin iradəsinə uyğun olaraq sənədlərdə olur. Bütün sənədlər vərəqlərdən ibarətdir. İcarə müqaviləsi də vərəqdən ibarətdir. Ona görə də vərəq sənəddir. Həmin sənədə əsasən də onlar pullarını istəyirlər. Digər bir məsələ ondan ibarətdir ki, icarə müqaviləsinə əlavə 1 və akt Ali Məhkəmənin göstərdiyi və birinci instansiya məhkəməsinin qiymət verdiyi kimi müqavilənin tərkib hissəsidir. Qarşı tərəf bir qədər mücərrəd şəkildə qeyd etdi ki, icarə müqaviləsi ləğv edilməli idi, bundan sonra yeni müqavilə bağlanmalı idi. Səhv etmirsə birinci instansiya məhkəməsində də bu fikri səsləndirmişlər. Birinci instansiya məhkəməsi öz qətnaməsində müqaviləyə əlavəni və aktı icarə müqaviləsinin vahid tərkib hissəsi hesab etmişdir. Mülki Məcəllənin müvafiq maddəsinə əsasən müqaviləyə əlavə və dəyişikliklər müqavilə bağlandığı şəkildə edilir. Eyni ilə bu əlavə də yazılı formada icarə müqaviləsinə uyğun qaydada tərəflərin müqavilə azadlığı prinsipinə əsasən bağlanılıb, imzalanmışdır. Cavabdeh şirkətin direktoru həmin vaxt səlahiyyətli şəxs olub. Həmin əlavəni də, aktı da həmin şəxs imzalayıb. Direktorla tərəf arasında qohumluqla bağlı isə hər hansı sübut təqdim edilməyib. Qarşı tərəf özü də qeyd etdi ki, direktora qarşı hər hansı iddia qaldırılmayıb. Direktorun təyin edilməsi, direktorun müstəqilliyi qanunvericliklə tənzimlənir. İstənilən hüquqi şəxsin direktorunun hüquqi şəxs adından müqavilə bağlamaq səlahiyyəti var. Hüquqi şəxsin direktoru ilə bağlı məsuliyyət onların özünə aiddir. Onlar bilməli idilər ki, kimi direktor təyin edirlər. İcarə müqaviləsinə əlavə qanunamüvafiq qaydada bağlanmışdır. Qeyd edir ki, 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsinə hazırki əlavə birdən əvvəl əlavə 1-in olması barədə hər hansı sənəd mövcud deyil. Belə bir əlavə 1 olması barədə məlumatı hardan əldə etdikləri bilinmir. 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsində göstərilib ki, əlavə 1 bağlanılacaq. Əvvəlki icarə müqaviləsində obyektlər icarəyə verilmişdi. Qarşı tərəfin də dediyi kimi tərəflər arasında əvvəl yaxşı işgüzar münasibətlər olduğuna görə bütöv bir ərazini onlara veriblər. Aralarında “centlmen sayağı” razılaşma olub ki, əvvəl icarə müqaviləsi imzalanacaq, bundan sonra isə ölçmə işləri aparılacaqdır. İcarə müqaviləsinin özündə tikili, yəni obyekt icarəyə verilib. Qalan hissələr isə konkret olaraq aktda göstərilib. Həmin hissələr əlavə ilə rəsmiləşdirilib. İcarə müqaviləsinin qiymətinə gəldikdə isə Araz müəllim bildirmişdir ki, iddiaçı dövlətlə ayrı qiymətə, onlarla isə ayrı qiymətə razılaşıb. Bununla bağlı qeyd edir ki, bu müqavilə azadlığıdır. Vaxtında həmin məbləğə razılaşmazdılar. Müqavilə bağlayıb sonra razılaşmadıqları qiymətlə müqaviləyə əlavə etməzdilər. O vaxt o cür, indi başqa cür demək əsassızdır. Beləliklə qeyd edir ki, qarşı tərəfin qarşılıqlı iddiasının dəlillərinin heç biri məhkəmə araşdırması ilə öz təsdiqini tapmır. Bununla bağlı hər hansı bir sübut yoxdur. Qarşılıqlı iddia əsassızdır. İlk iddiaları əsaslıdır. Əlavənin və aktın etibarsız hesab edilməsi üçün Araz müəllimin gətirdiyi dəlillər müqavilənin etibarsızlığına səbəb olmadığına görə əsassızdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Son olaraq qeyd edir ki, əvvəlcə Elektron Kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərmişdir. Rəhbərliklə danışdıqdan sonra həmin ərizəni geri götürmək qərarına gəlmişdir ki, redaktə edib sonradan məhkəməyə müraciət etsinlər. Ona görə də iddia tələbinin həcminin artırılması barədə ərizənin geri götürülməsi barədə ərizələrinin nəzərə alınmasını xahiş edir.

49. Məhkəmə kollegiyasının 1 avqust 2024-cü il tarixli iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, kənar idarəçinin hazırkı işə aidiyyəti yoxdur. Qanunvericilik kənar idarəçinin hansı zamanda təyin edildiyini qeyd etmişdir. Hüquqi şəxsə direktor təyin edilmişdir ki, qarşı tərəf də kimi direktor təyin etdiyinə diqqət etməli idi.

50. Həmçinin qeyd edir ki, qarşı tərəf təhvil-təslim zamanı əlavə bir və aktın təhvil verilmədiyini qeyd edir. Həmin hal müqavilənin etibarsızlığına səbəb ola bilməzdi. Qarşı tərəfin qeyd etdiyi halların hazırki mübahisəyə aidiyyəti yoxdur. Qeyd edilənlərə əsasən birinci instаnsiyа məhkəməsinin qətnаməsinin dəyişdirilmədən sаxlаnılmаsını, аpellyаsiyа şikаyətlərinin isə təmin оlunmаmаsını məhkəmə kоllegiyаsındаn xаhiş etdi.

51. Müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məhkəmə iclаsının yeri və vaxtı barədə lаzımi qаydаdа məlumаt verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Hüquqi məsələlər

52. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir; 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır; 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

53. Аzərbаycаn Respublikаsı Torpaq Məcəlləsinin: 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər; 60-cı maddəsinə əsasən dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, yaxud xarici hüquqi şəxs olduqda isə o, müvafiq torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər. Müəssisə (obyekt) özəlləşdirilərkən, onun yerləşdiyi torpaq sahəsinin qiyməti həmin müəssisənin (obyektin) qiymətindən asılı olmayaraq ayrıca müəyyənləşdirilir; 81-ci maddəsinə əsasən torpaq istifadəçilərinin və icarəçilərinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək hüququ var.

54. İş mаteriаllаrındа оlаn və məhkəmə kоllegiyаsının iclаsındа tədqiq оlunmuş:

55. Cavabdeh MMC (investor) ilə "xxxx" ASC (tərəfdaş) arasında bağlanmış 2020-ci il 28 oktyabr tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən, tərəfdaş Azərbaycan Respublikasının qanunvericiliyə əsasən özünə məxsus Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən tütün emal zavodunun ərazisini və tikililəri təqdim edir, investor bu ərazidə rekonstruksiya və bərpa işlərini aparıb, avadanlıqlarla təchiz edib, istehsal sahəsi qurur. İnvestor bütün bu işləri öz hesabına aparır və investisiya fəaliyyətinin nəticəsi olaraq quru tütün yarpağının satış dövriyyəsindən tərəfdaşa 2.5% il ərzində mənfəət ödəyir;

56. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı ASC arasında bağlanmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli 985 nömrəli və 18 avqust 2022-ci il tarixli 3333 nömrəli icarə müqavilələrin surətindən görünür ki, ünvan 1ində tütün fermentləmə zavodunun yerləşdiyi 53596,0 kv.m torpaq sahəsi və ünvan 1ində Tütün qəbulu məntəqəsinin yerləşdiyi 60486, 40 kv.m torpaq sahəsi İddiaçı ASC-nin müvəqqəti icarəsinə verilmişdir;

57. Həmin müqavilənin 2.2-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, icarəçi icarəyəverənin yazılı razılığı ilə torpaq sahəsini subicarəyə verə, icarə hüquqlarını girov qoya bilər;

58. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən "xxxx" ASC Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən binanın 1 nömrəli Əlavədə göstərilmiş hissəsini (obyektin sahəsi 8333,33 kv.m) müqavilənin şərt və müddəalarına əsasən və əlavədə göstərilmiş plana uyğun olaraq icarəçi Cavabdeh MMC-nin icarəsinə verməyi, icarəçi isə obyekti qəbul etməyi öhdəsinə götürmüşdür;

59. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, icarə haqqı hər kv.m üçün 1 manat olmaqla 8333,33 manat təşkil edir;

60. 2023-cü il 10 fevral tarixində "xxxx" ASC-nin sədri, sədr müavini, baş mühasibi, Cavabdeh MMC-nin direktoru (Fuad İmanov) və baş mühasibinin (Kamran Hazmanovun) iştirakı ilə icarə və faktiki istifadəyə verilmiş ərazilər internet proqramı olan Google Earth vasitəsilə və faktiki olaraq əllə ölçülmüş, ölçmə zamanı icarəyə verilən ərazinin müqavilədə qeyd edildiyi kimi 8.333,33 kv.m deyil, faktiki 58.048 kv.m olması, həmin ərazidən məişət tullantıları atılan birgə istifadədə olan ərazi daxil edilməsə icarəçinin icarəyə verənə məxsus 54.143 kv.m ərazidən istehsalat məqsədləri üçün faktiki istifadə etməsi, lakin təkcə 8.333,33 kv.m ərazinin icarə haqqını ödəməsi müəyyən edilərək icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında akt tərtib edilmiş və akt iştirak edən bütün şəxslərin imzaları ilə təsdiq edilmişdir;

61. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 2023-cü il 10 fevral tarixli icarə müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, 2020-ci il 1 noyabr tarixli müqavilənin bir neçə bəndində, o cümlədən 2.4 və 4.1-ci bəndlərində dəyişiklik edilərək, müəyyən edilmişdir ki, obyektin sahəsi 54.000 kv.m təşkil edir və onun sərhədləri haqqında məlumat müqaviləyə əlavə olunur. İcarə haqqı hər kv.m üçün 1 manat olmaqla ümumilikdə 54.000 manat təşkil edir. Əlavəni Cavabdeh MMC-nin adından direktoru qismində Fuad İmanov imzalamış və əlavəyə MMC-nin möhürü vurulmuşdur;

62. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08 dekabr 2023-cü il tarixli 3-21-3/2-18282/2023 saylı məktubunda göstərilmişdir ki, "xxxx" ASC-nin bütün əmlakları xx.xx.2014-cü ildə tam şəkildə özəlləşdirilmiş və mülkiyyətində olan ünvan 1i ünvanında tütün fermentləmə zavodunun yerləşdiyi 53596,0 kv.m torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 985 saylı, Yuxarı Tala kənd tütün qəbulu məntəqəsinin yerləşdiyi 60486, 40 kv.m torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli, 3333 saylı icarə müqavilələri bağlanılmışdır. Eyni zamanda bildirilir ki, "xxxx" ASC-nin icarəsində olduğu torpaq sahəsinin ikinci əldən Cavabdeh MMC-yə icarəyə verilməsi haqqında müraciəti Xidmətə daxil olmamışdır.

63. "xxxx" MMC-nin 01 fevral 2023-cü il tarixli, 01 saylı təsisçi qərarından görünür ki, Cavabdeh MMC-nin direktoru X17 01 fevral 2023-cü il tarixindən əməkhaqqısı saxlanılmaqla, vəzifəsindən sui-istifadə halları üzrǝ şübhəli olan məqamların araşdırılması ilə əlaqədar daxili yoxlamanın aparılması və həmin müddət ərzində vəzifə səlahiyyətlərinin 1 (bir) aylıq 01 mart 2023-cü il tarixinə kimi müvəqqəti "xxxx" MMC-nin maliyyə, aqrar və istehsalat işləri üzrə direktoru X1 verilməsi vǝ X9 araşdırılması üzrə nəticələr qeyd olunan tarixdə təsisçiyə təqdim edilməsi qeyd edilmişdir.

64. Cavabdeh MMC-nin direktoru Fuad İmanov tərəfindən 13 fevral 2023-cü il tarixdə Cavabdeh MMC-nin təsisçisi, "xxxx" MMC-nin Baş direktoru Taro Sawadaya ünvanlanmış ərizədən görünür ki, o Cavabdeh MMC-nin direktoru kimi məsul olduğu işlərin (möhür, ştamp, kassa, hesabat və real balans qalıqları) təhvil-təsliminin səlahiyyətli şəxs tərəfindən aparılmasını təmin etdikdən sonra 22 fevral 2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.

65. 27 fevral 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X17 ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə 27 fevral 2023-cü il tarixdə xitam verilmişdir;

66. 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********941400 nömrəli məktubdan görünür ki, Cavabdeh MMC-nin hazırkı təsisçiləri Azərbaycan Respublikasının vətəndaşları Nümayəndə3 və X11r. Təsisçilərin dəyişməsi barədə məlumat Kommersiya qurumlarının dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.

67. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi və icarə müqaviləsinə 1 nömrəli əlavə qanunvericiliyin tələbinə zidd olmamaqla, habelə müqavilə iştirakçıları olan hüquqi şəxslərin rəhbərləri tərəfindən müvafiq qaydada həm imza, həm möhürlə təsdiqlənməklə etibarlı əqdlərdir. İcarə müqaviləsinə əsasən təqribən 8333,33 kv.m obyekt cavabdehin icarəsinə verilmiş, obyekt faktiki olaraq təhvil verildikdən sonra ərazi ölçülmüş və nəticədə cavabdeh tərəfindən 8333,33 kv.m deyil, 54.000 kv.m ərazidən istifadə olunması müəyyən edilməklə akt tərtib edilmiş və icarə müqaviləsinin 2.5-ci bəndi əsas götürülməklə akt əsasında icarə müqaviləsinə 1 nömrəli əlavə imzalanmışdır. Yuxarıda qeyd olunduğu kimi, icarə müqaviləsi və 1 nömrəli əlavə etibarlı əqd olduğundan tələbdə göstərilən məbləğlərdə icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

68. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, tərəflər mübahisə predmeti olan aktla ərazinin ölçülməsini həyata keçirmiş və müqaviləyə 1 nömrəli əlavə ilə müqaviləni dəyişdirmişlər ki, bu da qanunvericiliyin və tərəflər arasında imzalanmış nüqavilənin 2.5-ci bəndinin tələblərinə zidd deyildir. Bu səbəbdən də mübahisələndirilən ölçmə aktı və müqaviləyə 1 nömrəli əlavə icarə müqaviləsinin tərkib hissəsi kimi, yəni əqd kimi qiymətləndirilir və həmin əqdlərin etibarsızılığı üçün qanuni əsas mövcud deyildir.

69. Məhkəmə qarşılıqlı iddianın mübahisə predmeti olan əlavə və aktın onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə dəlilinə münasibətdə göstərmişdir ki, əvvəla, əlavə və akta imza etmiş cəmiyyətin direktoru Fuad İmanovun səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən Fuad İmanov cavabdeh MMC-nin rəhbəri olmaqla qanunvericiliklə və cəmiyyətin nizamnaməsindən irəli gələn səlahiyyətlərindən istifadə edərək direktor kimi müqaviləyə əlavə və akt imzalamışdır. Əgər cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında bildirdiyi kimi, Fuad İmanovun səlahiyyətlərindən müddətli uzaqlaşdırılması ilə bağlı təsisçinin qərarı olmuş olsaydı və həqiqətən də onun vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verdiyi 2023-cü il 10 fevral tarixində müəyyən edillmiş olsaydı, bu zaman direktorun vəzifəsindən müvəqqəti uzaqlaşdırılması barədə qərar qəbul edildikdən sonra müəssisənin möhürü direktorda saxlanılmamalı idi. Halbuki mübahisə predmeti olan 1 nömrəli əlavə direktorun imzası, habelə cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Vəzifəsindən müvəqqəti uzaqlaşdırılmış direktor möhürü təhvil vermədiyi halda, direktoru vəzifəsindən uzaqlaşdırmış təsisçinin direktordan möhürü almaq səlahiyyəti olmuşdur ki, təsisçinin bu səlahiyyətlərindən istifadə etməsi, habelə direktorun möhürü təhvil verməməsi nəticəsində etməli olduğu hərəkətlərlə (möhürün təhvili ilə bağlı hüquq mühafizə orqanlarına, məhkəməyə müraciəti və s.) bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, müəssisənin direktoru 2023-cü il 10 fevral tarixində müqaviləyə 1 nömrəli əlavə və aktı imzalamaq üçün səlahiyyətli şəxs olmuşdur.

70. Əlavə və aktdan cəmiyyətin təsisçisinin məlumatının olub-olmaması ilə bağlı isə qeyd olunmuşdur ki, əvvəla, təsisçinin məlumatının olmaması ilə bağlı iş materiallarında sübut yoxdur. Bundan başqa, cəmiyyətin direktoruna cəmiyyətin adından əqd bağlamaq səlahiyyəti verilmiş və direktor həmin səlahiyyətlərindən istifadə edərək əqd imzalamışdır ki, cavabdeh müstəqil hüquqi şəxs olmaqla özü üçün öhdəliklər götürə və hüquqlarından müstəqil istifadə etmək hüququna malikdir. Direktorun bağladığı əqdlər və hərəkətlərlə bağlı təsisçiyə məlumat verməli olması və bu məlumatı verməməsi həmin əqdin etibarsızlığına əsas olan səbəb deyildir, direktorun vəzifəsini düzgün icra etməməsinin nəticəsidir. Həmçinin direktorun vəzifəsini düzgün yerinə yetirməməsi nəticəsində cəmiyyətin zərərlə işləməsi və 54.000 manat icarə haqqını ödəyə bilməməsi 54.000 manat icarə haqqının ödənilməsi öhdəliyini yaradan müqaviləyə əlavənin etibarsız hesab olunmasına səbəb deyildir. Belə ki, icarə haqqı tərəflərin azad iradə ifadələri ilə müəyyənləşdirilən meyardır ki, əgər iddiaçı cəmiyyət həmin məbləğdə icarə haqqını ödəyə bilməyəcəkdisə, bu zaman müqaviləyə 1 nömrəli əlavənin imzalanmasından imtina etməli, 54000 kv.m deyil, icarə müqaviləsində qeyd olunduğu kimi 8333,33 kv.m ərazidən istifadə etməklə həmin ərazinin icarə haqqını ödəməli idi.

71. Məhkəmə həmçinin qeyd etmişdir ki, üçüncü şəxs MMC tərəfindən təqdim edilmiş 2023-cü il 1 fevral tarixli 01 nömrəli təsisçi qərarı sübut kimi qəbul edilmir. Belə ki, üçüncü şəxs məhkəmənin 2023-cü il 11 iyul tarixli protokol qərarına əsasən işin hazırlıq mərhələsində məhkəmə icraatına cəlb edilmiş, 2023-cü il 21 iyul tarixli məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iştirak etmiş, iş üçün əhəmiyyətli sübutlar təqdim edəcəyini bildirməklə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, vəsatət təmin edilməklə məhkəmə iclası təxirə salınmışdır. 2023-cü il 26 iyul tarixdə keçirilən hazırlıq iclasında da üçüncü şəxsin nümayəndəsi iştirak etmiş, tərəflərin vəsatətlərinin, sübutlarının olubolmaması dəqiqləşdirildikdən sonra iş məhkəmə baxışına hazır hesab edilməklə baxış iclası təyin edilmişdir. Göründüyü kimi, vəsatətlərin, sübutların və sənədlərin təqdim edilməsi üçün bütün tərəflərin, eyni zamanda üçüncü şəxsin də kifayət qədər vaxtı olmuş, həmin sübut iş məhkəmə baxışına təyin edildikdən sonra yaranmamaqla həmin vaxtdan əvvəl də mövcud olmuş, lakin üçücü şəxs həmin sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, qarşılıqlı iddianın hüquqi əsasını əlavə və aktın onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması təşkil edildiyindən, əgər qarşılıqlı iddianın verildiyi tarixdə həqiqətən təsisçinin qərarı mövcud olsaydı, bu sübut istər cavabdeh, istərsə də üçüncü şəxs MMC tərəfindən vaxtında məhkəməyə təqdim edilərdi. Eyni zamanda, qeyd olunan qərar məhkəməyə vaxtında təqdim edilmiş olsaydı belə, həmin qərar müstəqil şəkildə sübut kimi qəbul edilməyərək məhkəmə tərəfindən müvafiq əlavə araşdırma həyata keçirilərdi (qərarların qeydiyyat kitabına baxış və s.).

72. Məhkəmə kоllegiyаsı qeyd edir ki, ilkin iddia üzrə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs birinсi instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmə kоllegiyаsı birinсi instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını tam olaraq yоxlаyır.

73. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, "xxxx" ASC özünə məxsus Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən əmlak kompleksini (8333,33 kv.m) on il müddətinə Cavabdeh MMC-yə icarəyə vermiş, tərəflərin razılığı ilə icarə haqqı hər kv.m üçün 1 (bir) manat müəyyən olunmuşdur. Sonradan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 985 nömrəli və 18 avqust 2022ci il tarixli 3333 nömrəli icarə müqavilələrinə əsasən ünvan 1ində tütün fermentləmə zavodunun yerləşdiyi 53596,0 kv.m torpaq sahəsi və ünvan 1ində Tütün qəbulu məntəqəsinin yerləşdiyi 60486, 40 kv.m torpaq sahəsi İddiaçı ASC-nin müvəqqəti icarəsinə verilmişdir. Bundan sonra "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə 1 nömrəli əlavə imzalanaraq icarəyə verilmiş əmlakın sahəsinin 54000 kv.m və hər kv.m üçün icarə haqqının 1 (bir) manat olmaqla, aylıq 54000 (əlli dörd min) manat olması müəyyən edilmiş və tərəflər xx.xx.2023-cü il tarixdə həmin ərazinin yenidən ölçülərək Cavabdeh MMC-yə təhvil verilməsi barədə akt imzalamışlar.

74. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi kassasiya instansiyası məhkəməsi olaraq iş üzrə buraxılmış pozuntulara hüquqi qiymət vermiş və həmin pozuntunun aradan qaldırılması məqsədilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv etmiş və işə yenidən baxılması zamanı mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə ilk iddia tələbinin əsaslandığı icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli, 1 nömrəli əlavənin etibarsızlığı barədə qarşılıqlı iddiaya münasibət bildirilməsinə dair göstəriş vermişdir. Odur ki, məhkəmə kollegiyası nəzərə çatdırır ki, işə həmin hissədə yol verilmiş pozuntunun aradan qaldırılması ilə müşayiət olunan maddi və prosessual hüquq normalarına riayət edilməsi ilə baxılmalıdır.

75. Məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətlərində qeyd olunan hallara, yəni mübahisələndirilən əlavənin tərtib edildiyi vaxt cəmiyyətin direktoru olmuş Fuad İmanovun iddiaçı ASC-nin vəzifəli şəxsləri ilə qohumluq əlaqələrində olmaqla, onlarla əlbir olaraq cəmiyyətin adından onun vəziyyətini pisləşdirən razılaşma imzalamasına, bu razılaşmanın cəmiyyətin mənafeyinə xidmət etmədiyindən icarə müqaviləsinə əlavənin etibarsız hesab olunmasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirməklə prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.

76. Hazırkı işdə isə qarşılıqlı iddia üzrə iddiaçı qeyd etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə baxışı zamanı da, mübahisələndirilən əlavənin bağlandığı zaman həmin əlavənin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən suiistifadə nəticəsində aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından hər hansı birinin mövcud olması (MM-339-341, 347) aşkar edilməmişdir.

77. Əksinə olaraq müəyyən edilmişdir ki, mübahisələndirilən əlavə səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması şərtilə bağlanmışdır. Belə ki, qeyd olunan əlavədə kirayəyə verən qismində "xxxx" ASC-nin idarə heyətinin sədri O.Məmmədov, kirayəçi qismində isə Cavabdeh MMC-nin direktoru F.İmanov iştirak etmiş, tərəflər mübahisələndirilən əlavənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmiş, qeyd olunan əlavə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq icarə müqaviləsi ilə eyni formada tərtib edilərək tərəflərin möhürü ilə təsdiq edilmiş və "xxxx" ASC kirayəyə verən kimi üzərinə düşən öhdəliyi yerinə yetirərək əlavədə qeyd olunmuş ərazini icarəçiyə təhvil vermiş, bununla bağlı tərəflər arasında akt tərtib olunmuşdur.

78. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətlərində qeyd olunan digər dəlilə, yəni iddiaçının torpağın subicarəyə verilməsi barədə müqavilə bağlamağa səlahiyyətinin olmamasına münasibətdə qeyd edir ki, mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamına) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir. Belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə 03 mart 2023-cü il tarixli qərarı).

79. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08 dekabr 2023-cü il tarixli 3-21-3/2-18282/2023 saylı məktubundan görünür ki, "xxxx" ASC-nin bütün əmlakları xx.xx.2014-cü ildə tam şəkildə özəlləşdirilmiş və mülkiyyətində olan ünvan 1i ünvanında Tütün fermentləmə zavodunun yerləşdiyi 53596,0 kv.m torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 985 saylı, Yuxarı Tala kənd Tütün qəbulu məntəqəsinin yerləşdiyi 60486, 40 kv.m torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli 3333 saylı icarə müqavilələri bağlanılmışdır. Eyni zamanda bildirilmişdir ki, "xxxx" ASC-nin icarəsində olduğu torpaq sahəsinin ikinci əldən Cavabdeh MMC-yə icarəyə verilməsi haqqında müraciəti Xidmətə daxil olmamışdır.

80. Göründüyü kimi üçüncü şəxsin nümayəndəsi torpaq sahəsinin ikinci əldən Cavabdeh MMC-yə icarəyə verilməsi haqqında müraciətin Xidmətə daxil olmadığını bildirsə də, bununla bağlı hər hansı etiraz bildirməmiş, əksinə birinci apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əlavə bağlanarkən müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən əqdin bağlanmasına yazılı razılığın verilməsi müəyyən edilməsə də, əqdi mübahisələndirməmələri kimi konkludent hərəkətləri və rəftarları onlar tərəfindən əqdin bəyənilməsi kimi qiymətləndirilməlidir.

81. Bundan başqa, üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin əvvəlki direktoru Fuad İmanov MMC-nin nizamnaməsində göstərilən vəzifə səlahiyyətlərindən kənarlaşaraq təsisçilərə və investorlara rəsmi məlumat verməyərək, Nizamnamənin 9.2.3.3-cü bəndinin tələblərini pozaraq qanunsuz hərəkətlər edərək, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 01 noyabr 2020-ci il tarixli İcarə Müqaviləsinin 2.1-ci bəndinə əsasən 1 saylı əlavə 2020-ci il tarixdə tərtib olunduğu halda 10 fevral 2023-cü il tarixli Əlavə 1 və AKT hazırlayaraq MMC-nin ziyanla işləməsini bildiyi halda, bilərəkdən icarə haqqını 54.000 manata qaldırmışdır.

82. Məhkəmə kollegiyası qeyd edilən dəlillə bağlı bildirir ki, bəhs edilən Nizamnamənin 9.2.3.3-cü bəndinə əsasən Direktor ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, cəmiyyətin adından əqdlər bağlayır (xüsusi əhəmiyyətli əqlər istisna olmaqla), rəsmi sənədləri imzalayır. Göründüyü kimi Cavabdeh MMC-nin əvvəlki direktoru Fuad İmanov MMC-nin nizamnaməsində göstərilən vəzifə səlahiyyətlərini yerinə yetirmiş, 10 fevral 2023-cü il tarixli Əlavə 1 və AKT-ı imzalama səlahiyyətinə sahib olmuşdur. Üçüncü şəxs bunun əksini sübut edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, mübahisələndirilən əlavə ilə icarə haqqının qiyməti qaldırılmamış, icarəyə verilmiş ərazinin ölçülərində dəyişiklik edilərək icarə haqqının qiyməti eynilə hər kv.m üçün 1 (bir) manat saxlanılmışdır.

83. Üçüncü şəxs şikayətində daha sonra qeyd etmişdir ki, “Fuad İmanov 13 fevral 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə vermiş və 23 fevral 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. O, 10 fevral 2023-cü il tarixdə Əlavə 1 və AKT hazırlayaraq işdən çıxmasını bilmiş və bilərəkdən MMC-nin müflis olmasını istəyərək bu qanunsuz hərəkətləri etmiş və vergi orqanına məlumat verməmişdir”.

84. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, icarə müqaviləsinə 1 nömrəli əlavənin və aktın tərtib edilmə vaxtı 10 fevral 2023-cü ildir. Üçüncü şəxsin apellyasiya şikayətində qeyd etdiyi dəlilinə görə Fuad İmanov 13 fevral 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə vermiş və 23 fevral 2023-cü il tarixdə onunla əmək müqaviləsinə xitam verilmişdir. Lakin Cavabdeh MMC tərəfindən elektron kabinet vasitəsi ilə 29 iyul 2024-cü il tarixdə məhkəməyə göndərilmiş əmək müqaviləsi bildirişindən görünür ki, Fuad İmanovun əmək müqaviləsinə 27 fevral 2024-cü il tarixdə xitam verilmişdir.

85. Göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavənin və aktın tərtib edilməsindən sonra baş vermiş, Fuad İmanov həmin vaxt Cavabdeh MMC-nin direktoru olmuşdur. Ona görə də qeyd edilən dəlil icarə müqaviləsinə 2023-cü il 10 fevral tarixli 1 nömrəli əlavənin və aktın etibarsız hesab edilməsinə əsas ola bilməz.

86. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hər hansı hüquqi şəxsin təsisçisi onun təsisçisi olduğu hüquqi şəxsin drektoru tərəfindən ona ziyan vurulduğunu güman edirsə qeyd olunan halları təsdiq edəcək sübutları iddia ərəzəsinə əlavə etməklə həmin ziyanın direktordan tutularaq ona ödənilməsi ilə bağlı ayrıca iddia qaldıraraq məhkəmə müdafiəsindən istifadə edə bilər.

87. Bundan başqa, məhkəmə kollegiyası "xxxx" MMC-nin apellyasiya şikayətində qeyd etdiyi digər hala, yəni təsisçinin 01 fevral 2023-cü il tarixli, 01 saylı qərarına əsasən Cavabdeh MMC-nin direktoru X9 01 fevral 2023-cü il tarixdən əməkhaqqısı saxlanılmaqla, vəzifəsindən sui-istifadə halları üzrǝ şübhəli olan məqamların araşdırılması ilə əlaqədar vəzifəsindən kənarlaşdırıldığını və buna görə də, F.İmanovun mübahisələndirilən əlavəni və aktı imzalamağa səlahiyyətinin olmamasına münasibətdə qeyd edir ki, X17 01 fevral 2023-cü il tarixdən səlahiyyətlərindən uzaqlaşdırılmış olsaydı müəssisənin möhürü ondan alınmalı və direktorun vəzifədən uzaqlaşdırılması ilə bağlı vergi orqanlarına məlumat verilməli idi. Eyni zamanda qeyd olunan təsisçi qərarının F.İmanova təqdim olunması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur.

88. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən təsisçi qərarını qarşılıqlı iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul etməməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.

89. Beləliklə, məhkəmə kоllegiyаsı аpellyаsiyа şikаyətlərinin dəlillərini iş üzrə tоplаnmış sübutlаrlа əlаqəli şəkildə tədqiq edib, аpellyаsiyа şikаyətlərində göstərilmiş xüsusаtlаrı аrаşdırаrаq hesаb edir ki, аpellyаsiyа şikаyətlərinin təmin edilməsi üçün əsаslаr yоxdur, birinсi instаnsiyа məhkəməsi ilkin iddia ərizəsini təmin, qarşılıqlı iddia ərizəsini rədd etməkdə düzgün nətiсəyə gəlmiş, mаddi və prоsessuаl hüquq nоrmаlаrını düzgün tətbiq etmişdir.

90. Belə ki, ilkin iddia üzrə Cavabdeh MMC kirayə müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kirayə borcunu müqaviləyə əlavədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

91. Аzərbаyсаn Respublikаsının Mülki Prоsessuаl Məсəlləsinin: 14.2-сi mаddəsinə əsasən məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir; 77.1-сi mаddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir; 372.1-сi mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır; 372.6-сı mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinсi instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirazlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır; 372.7-сi mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2-сi mаddəsinə əsаsən, birinсi instаnsiyа məhkəməsinin faktlаr nöqteyinəzərindən qаnuni və əsаslı оlаn və mаhiyyəti üzrə düzgün оlаn qətnаməsi yаlnız fоrmаl mülаhizələrə görə ləğv edilə bilməz; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

92. Beləliklə, məhkəmə kоllegiyаsının gəldiyi qənаətə görə, birinсi instаnsiyа məhkəməsi mübаhisəni işin faktiki hаllаrınа uyğun, tərəflərin sübutlаr təqdim etmək imkаnını təmin etməklə, iş üzrə tоplаnılmış sübutlаrа fаktlаr nöqteyi-nəzərindən hüquqi qiymət verməklə düzgün nətiсəyə gəlmişdir. Bunа görə аpellyаsiyа şikаyətləri təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2- 2(117)-654/2023 saylı qətnаməsi dəyişdirilmədən sаxlаnılmаlıdır.

93. Məhkəmə kоllegiyаsı qeyd оlunаnlаrı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393 və 402-407-сi mаddələrini rəhbər tutаrаq

Q Ə T E T D İ:

Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)- 654/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə etməklə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar