Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-81/2024 10.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X6 və X3аn ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MMC-nin müqavilə üzrə 262094 manat əsas borc və 26208 manat, cəmi 288302 manat və 580 manat rüsum tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 21 may 2024-cü il tarixli, e-2-2(117)-265/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020–ci il tarixli, 05-2/20 nömrəli müqavilənin xx.xx.2020–ci il tarixli 1 nömrəli Əlavəsindən görünür ki, tərəflər icarəyə verilmiş 7 ədəd nəqliyyat vasitəsi və texnikaya görə hər ay üçün (ƏDV daxil) 20 650 məbləğin ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər arasında bağlanmış, xx.xx.2021–ci il tarixli, 15-3/21A nömrəli müqavilənin xx.xx.2021–ci il tarixli “Təhvil – Təslim”Aktından görünür ki, “İcarəyəverən” müqabilənin 1 nömrəli əlavəsində qeyd oluan nəqliyyat vasitələrini “icarəçinin” xidməti ehtiyaçları üçün onun istifadəsinə icarəçiyə təhvil vermiş, “içarəçi” isə həmin nəqliyyat vasitələrini icarəyə qəbul etmişdir. Tərəflər arasında bağlanmış, xx.xx.2021–ci il tarixli, 153/21A nömrəli müqavilənin xx.xx.2021–ci il tarixli 1 nömrəli Əlavəsindən görünür ki, tərəflər icarəyə verilmiş 5 ədəd nəqliyyat vasitəsi və texnikaya görə hər ay üçün (ƏDV daxil) 15 340 manat məbləğin ödənilməsi barədə razılığa gəlmişlər. Lakin bununla belə iddiaçı "xxxx" MMC tərəfindən üzərinə düşən öhdəliklər tam yerinə yetirilsə də, cavbdeh tərəfində üzərinə düşən öhdəliklər yerinə yetrilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Hesablaşmaların qarşılıqlı üzləşmə aktı”ndan görünür ki, cavabdeh "xxxx" MMC –nin 262 094 manat borcu yaranmışdır. Bununla bağlı cavabdehə 17 fevral 2023-cü il tarixində mektub formasında pretenziya və onlayn kargüzarliq formasında xx.xx.2023-cü il tarixli pretenziya göndərilmişdir. Cavabdeh tərəf borcun qısa müddət ərzinde ödənilməsinə vədd versədə nəticədə borc ödənilməmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 21 may 2024-cü il tarixli, e-2-2(117)-265/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən 262000 manat əsas borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 26200 manat faiz borcu və 578,11 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 Şəki Kommersiya Məhkəməsinin 21 may 2024-cü il tarixli, e-2-2(117)-265/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı 04 sentyabr 2024-cü il tarixdə İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetindən ərizə ilə məhkəmə kоllegiyаsınа mürаciət edərək ərizəsində qeyd etmişdir ki, ...məhkəmə araşdırması ərəfəsində tərəflər arasında danışıqlar aparılmış və ümumi razılıq əldə olunaraq məhkəmənin bundan sonra davam etdirilməsinə zərurət aradan qaldırılmışdır. Odur ki, iddia tələbindən imtina edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiadan imtina olunmasının nəticələrindən məlumatlı olduqlarını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iddiaçının imtina etməsini və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iddiaçının iddia tələbindən imtinası qəbul edilməli, Şəki Kommersiya Məhkəməsinin 21 may 2024-cü il tarixli, e-2-2(117)-265/2024 saylı qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi məhkəmə iclas protokoluna yazılır və protokolu müvafiq olaraq iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa işin icraatına xitam verilir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402.2, 402.2.4-cü maddələrinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanunun tələblərinə uyğundur. Hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Hazırkı iş üzrə iddiadan imtina qanunauyğun şəkildə edilmiş və məhkəmə kollegiyası tərəfindən qəbul edilməsinə mane olan hallar mövcud deyildir. İddiaçıya izah edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-ci maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 391, 400 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MMC-nin müqavilə üzrə 262094 manat əsas borc və 26208 manat, cəmi 288302 manat və 580 manat rüsum tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi tələbinə dair” iddia tələbindən imtinası qəbul edilsin. Şəki Kommersiya Məhkəməsinin 21 may 2024-cü il tarixli, e-2-2(117)-265/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-81/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-81/2024
10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver