Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-82/2025 23.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “icarə müqavilələrinin ləğvi” tələbi barədə ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maenənin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: müqavilənin ləğv edilməsi, maneənin aradan qaldırılması) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-2(117)-127/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları X7 (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış 18 iyun 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 2.225 ha torpaq sahəsini 18 iyun 2029-cu il tarixədək icarəçiyə icarəyə verir, icarəçi isə illik 222 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. X7 (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış 18 iyun 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 1.6754 ha torpaq sahəsini 18 iyun 2029-cu il tarixədək icarəçiyə icarəyə verir, icarəçi isə illik 167 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. X7 (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış 18 iyun 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 1.42 ha torpaq sahəsini 18 iyun 2029-cu il tarixədək icarəçiyə icarəyə verir, icarəçi isə illik 142 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14 noyabr 2023-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X2 rayonu, Baltalı kəndində yerləşən 1.42 ha torpaq sahəsini 18 iyun 2023-cü il tarixli, 3M- 347 saylı icarə müqaviləsinə əsasən illik 142 manata Cavabdeh icarəyə vermişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14 noyabr 2023-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X2 rayonu, Baltalı kəndində yerləşən 1.6754 ha torpaq sahəsini 18 iyun 2023-cü il tarixli, 3M- 349 saylı icarə müqaviləsinə əsasən illik 167 manata Cavabdeh icarəyə vermişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 noyabr 2023-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X2 rayonu, Baltalı kəndində yerləşən 2.225 ha torpaq sahəsini 18 iyun 2023-cü il tarixli, 3M- 346 saylı icarə müqaviləsinə əsasən illik 222 manata Cavabdeh icarəyə vermişdir. 16 noyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X7 ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2014-cü il tarixli, **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan Şəki rayonu, Baltalı kəndində yerləşən 2.225 ha torpaq sahəsini 9000 manat məbləğə İddiaçı satmışdır. 16 noyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X7 ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, **********27 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan Şəki rayonu, Baltalı kəndində yerləşən 1.6754 ha torpaq sahəsini 9000 manat məbləğə İddiaçı satmışdır. 18 noyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X7 ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan Şəki rayonu, Baltalı kəndində yerləşən 1.42 ha torpaq sahəsini 9000 manat məbləğə İddiaçı satmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 dekabr 2023-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Baltalı kəndində yerləşən 2.225 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07 dekabr 2023-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Baltalı kəndində yerləşən 1.6754 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 dekabr 2023-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Baltalı kəndində yerləşən 1.42 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 1,6754 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 18 iyun 2023-cü il tarixli icarə müqaviləsinin, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 2,225 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 18 iyun 2023-cü il tarixli icarə müqaviləsinin və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 1,42 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 18 iyun 2023-cü il tarixli icarə müqavilələrinin ləğv edilməsi” tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi, qanuni istifadəsində olan Şəki rayonu, Baltalı kəndində yerləşən 1.42 ha, 2.225 ha və 1.6754 ha torpaq sahələrinin cavabdeh İddiaçı zəbtindən və istifadəsindən azad edilməsi, onun istifadəsinə yönələn maneələrin aradan qaldırılması və sair qanunsuz hərəkətlərə son qoyulması, iddianın verilməsi üçün ödənilən 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki rayonu, Baltalı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.42 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət reyestrindən çıxarış əsasında, 2.225 ha topraq sahəsi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında və 1.6754 ha torpaq sahəsi isə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında onun mülkiyyətindədir. Hər üç torpaq sahəsi əvvəlki mülkiyyətçisi olan X3 alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə keçmişdir. Eyni zamanda hər üç torpaq sahəsinə münasibətdə əvvəlki mülkiyyətçi ilə hazırkı iş üzrə cavabdeh arasında torpaq sahələrinin icarəyə verilməsinə dair müqavilələr var və həmin müqavilələrin 2029-cu ilədək qüvvəsi vardır. Belə olduğu təqdirdə o, torpaq sahəsinin mülkiyyətçisi olaraq, yəni mülkiyyət üzrə hüquqların artıq ona keçdiyini, eyni zamanda cavabdehlə əvvəlki mülkiyyətçinin arasında bağlanmış icarə münasibətlərinin davam etməli olmasını nəzərə alaraq müqavilələrin icarə haqqı dəyişilməklə davam etdirilməsini cavabdehə bildirmiş, lakin aralarında razılaşma olmamışdır. Belə olduğu təqdirdə tərəflər arasında bağlanmış müqavilələrin 8-ci bəndində göstərilənləri əsas tutaraq bir ay qabaqcadan olmaqla yazılı ərizə göndərmişdir. Cavabdeh tərəfindən onun göndərdiyi ərizənin xx.xx.2024-cü il tarixdə alınması isə əldə edilmiş poçt göndərişlərinin izlənməsinə dair məlumatla təsdiq edilir. Cavabdeh tərəfindən ərizəni aldıqdan bir ay müddətində müqavilələrin şərtləri barədə, xüsusi ilə icarə haqqına münasibətdə hər hansı razılığa gəlməsi və ya müqavilələrin ləğv edilməsinə razılıq verməsi barədə hər hansı cavab verməmişdir. Bu səbəbdən o, bir tərəfli qaydada müqavilələrin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə X7 ilə 6 illik icarə müqaviləsi bağlayaraq 1.42 ha, 2.225 ha və 1.6754 ha torpaq sahələrini icarəyə götürmüşdür. Həmin torpaq sahələrinə olan hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahələri onun tərəfindən istifadə olunmasına baxmayaraq Baltalı kənd sakinləri İddiaçı Cuma oğlu və onun atası tərəfindən ona təzyiqlər olunaraq onun müqavilələri ləğv etməyini, əks halda əlindən alacaqlarını demişlər. O, sadə vətəndaş olaraq qanuni şəkildə icarə müqavilələri bağlamış və həmin müqavilələr üzrə hüquqlarını reyestr xidmətində rəsmiləşdirməklə qanuni işlər görmüşdür. Həmin torpaq yüklü olduğu halda necə satılmasından onun məlumatı yoxdur. Bundan başqa həmin şəxslər onun qanuni istifadəsində olan Qeyd edilən torpaq sahələrini qanunsuz olaraq zəbt etməklə əkin işləri görməkdədədirlər. O, bu barədə Şəki Rayon Prokurorluğuna rəsmi müraciət etmişdir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, onlar heç bir əhəmiyyət vermir və öz qanunsuz əməllərini davam etdirirlər. Bu hal isə onu mülkiyyət hüququndan məhrum edir. Cavabdehlə aralarında olan bu problemin yeganə həlli yalnız maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması barədə qətnamənin qəbul edilməsi ilə mümkündür. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İlk iddia üzrə iddiaçı izahatında bildirmişdir ki, keçən məhkəmə iclasında bildirdiyi kimi Şəki rayonu, Baltalı kəndində yerləşən hər üç torpaq sahəsini X3 almış, həmin torpaqlara dair sənədləri var. Torpaq sahələrini almamışdan əvvəl X7 ilə Cavabdeh arasında icarə müqavilələri olmuş, həmin torpaq sahələri onun mülkiyyətinə keçdikdən sonra cavabdehə icarə pulunu ona ödəməli olduğunu bildirsə də, o icarə pulunu ödəməmişdir. X4 vəfat etməmişdən əvvəl əlyazma şəklinə ərizəsi var. Onun həyat yoldaşı xəstə olduğundan o, ərizəni notariusda yaza bilməmişdir. Lakin ekspertiza təyin olunarsa, ərizənin həqiqətən də onun tərəfindən yazıldığı müəyyən edilə bilər. Həmin ərizədə cavabdehin icarə pulunu ödəmədiyi qeyd edilmişdir. Bundan başqa dövlət tərəfindən sahibkarlara kömək məqsədilə verilən subsidiyaları da cavabdeh alır. Torpaq sahəsində əkmiş olduğu buğda məhsulunu da cavabdeh biçib aparmışdır. Cavabdeh borcunu ödəmir, onun hərəkətləri qanunsuzdur. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Əgər məhkəmə düzgün qərar verməzsə, Avropa Məhkəməsinə qədər gedəcəyini bildirdi. Həmin vaxtadək Cavabdehı torpaq sahələrinə girməyə, hər hansı bir iş görməyə icazə verməyəcəyini, çünki mülkiyyətçi olduğunu və torpaqların ona məxsus olduğunu qeyd etdi. İddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında cavabdeh izahatında bildirmişdir ki, iddia əsassızdır. Keçən məhkəmə iclasında dediyi kimi Əfəndiyev Tərlandan 3 torpaq sahəsini icarəyə götürmüşdür. Tərlanın pula ehtiyacı olduğundan 6 ilin icarə pulunu ona vermişdir. Bununla bağlı rəsmi sənədləri var. İddiaçı tərəf onu torpaqlardan istifadə etməyə qoymur. Həmin torpaq sahələrindən istifadə edərək dolanışığını təmin edir. İlkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümandəsi izahatında bildirmişdir ki, ilkin iddia ilə razı deyillər. X1 Şöbəsindəki izahatında 6 ilin icarə haqqını əvvəlcədən Cavabdeh aldığını etiraf etmişdir. Həmçinin, İddiaçı mübahisə predmeti olan torpaq sahələrini alarkən həmin torpaq sahələrinin 6 illik icarəyə verildiyindən, yəni yüklü olduğundan xəbərdar olmuşdur. Bu məsələlərlə bağlı prokurorluqda araşdırma gedərkən İddiaçı bundan xəbəri olduğunu bildirmiş və yazılı izahat vermişdir. Eyni zamanda ilkin iddia üzrə iddiaçının hazırkı izahatından belə məlum olur ki, məhkəmə onun xeyrinə qərar çıxarmazsa, icarəçi Cavabdeh torpaq sahələrinə girməsinə, əkin işləri ilə məşğul olmasına imkan verməyəcək. Hesab edir ki, iddiaçının bu sözlərində cinayət tərkibi olduğundan Cinayət Məcəlləsinin 188-ci maddəsi üzrə tədbirlər görülməlidir. Odur ki, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş ilkin iddia üzrə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixdə X7 tərəfindən yazıldığı iddia edilən ərizədən görünür ki, o, Cavabdeh qeyd edilən hər üç torpaq sahəsini səhvən vermiş, həmin torpaq sahəsini 2022-ci ildə qeyri rəsmi İddiaçı satmış, pulu nağd şəkildə almışdır. Daha sonra yanlışlığı anladıqdan sonra Cavabdeh başqa torpaq sahəsi təklif etmiş, lakin razılığa gəlməmişdilər. İş materiallarına əlavə edilmiş Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarına AR DİN Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən ilkin iddia üzrə cavabdehin nümayəndəsinə ünvanlanmış məktub, qoşma kimi xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar və müvafiq izahatlar əlavə edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-2(117)-127/2025 nömrəli (hakim: M.Hüseynov) qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 1,6754 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 18 iyun 2023-cü il tarixli icarə müqaviləsinin, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 2,225 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 18 iyun 2023-cü il tarixli icarə müqaviləsinin və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 1,42 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 18 iyun 2023-cü il tarixli icarə müqavilələrinin ləğv edilməsinə” dair ilk iddiası təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək Cavabdeh qanuni istifadəsində olan Şəki rayonu, Baltalı kəndində yerləşən 1.6754 ha, 2.225 ha və 1.42 ha torpaq sahələrinin istifadəsinə yönələn cavabdeh İddiaçı tərəfindən edilən maneələrin aradan qaldırılması qət olunmuşdur. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilkin olaraq torpaq sahəsinin icarə müqavilləri bağlanmış, sonradan isə torpaq sahəsinin mülkiyyətçisi həmin torpaq sahələrini ilk iddia üzrə cavabdehə satmışdır. İlk iddiaçı hazırkı iddiada icarə haqqı tələb etməsə də, icarə müqavilələrinin ləğv edilməsini xahiş edir. Qanunvericilik müəyyən edir ki, torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmiş şəxs həmin torpaq sahəsinin ondan əvvəlki məhdudiyyət və yüklülükləri ilə qəbul edir və torpaq sahəsinin mülkiyyətçisi olmayan digər şəxslərin hüquqlarını pozmaqdan çəkinməlidirlər. İddiaçı hazırkı tələbdə, icarə haqqının ödənilməsi ilə bağlı iddia irəli sürməmişdir. Buna baxmayaraq torpaq sahəsinin əvvəlki mülkiyyətçisi qeyd edilən torpaq sahəsinə görə 6 illik icarə haqqını birdəfəyə aldığını müvafiq təhqiqat orqanlarında verdiyi izahatında bildirmişdir. Bundan başqa qarşılıqlı iddia üzrə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, icarə müqaviləsinə əsasən torpaq sahələri Cavabdeh qanuni istifadəsində olsa da, İddiaçı məhkəmə iclasında verdiyi izahatından aydın olduğu kimi, o, özü birbaşa olaraq hazırkı mübahisənin onun xeyrinə həll olmadığı təqdirdə digər tərəfə torpaq sahəsini istifadəyə maneələr törədəcəyini aydın ifadə etmişdir. Məhkəmə mövcud halları qiymətləndirib yekun olaraq bu qənaətə gəlir ki, qarşılıqlı iddia “Cavabdeh qanuni istifadəsində olan Şəki rayonu, Baltalı kəndində yerləşən 1.6754 ha, 2.225 ha və 1.42 ha torpaq sahələrinin istifadəsinə yönələn cavabdeh İddiaçı tərəfindən edilən maneələr aradan qaldırılması” hissəsində təmin edilməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 138, 139-1, 158, 324, 389, 405, 421, 423, 425, 560, 572, 675, 699, 700, 706, 719, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin - 14, 88, 217-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Apellyasiya onunla əsaslandırılmışdır ki, ilk iddiaçı hazırkı iddiada icarə haqqı tələb etməsə də, müqavilələrin ləğv edilməsini tələb edir. Halbuki, iddiaçı məhkəmə iclasında həm şifahi, həm də yazılı qaydada bildirmişdir ki, Şəki rayonu Baltalı kəndində yerləşən kəndtəsərrüfatı təyinatlı 1,42 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət reyestrindən çıxarış əsasında, 2,225 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında və 1,6754 ha torpaq sahəsi isə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında onun mülkiyyətindədir. Hər üç torpaq sahəsi əvvəlki mülkiyyətçisi olan X3 alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə keçmişdir. Qeyd etmişdir ki, cavabdehlə əvvəlki mülkiyətçi arasında icarə müqaviləsi bağlanarkən icarə haqqı torpağın hər sotu üçün 1,00 manatdan hesablanmışdır. Həmin vaxtdan artıq 2 il keçir və torpağın hər sotu üçün 1,00 manat icarə haqqı çox azdır. Bundan başqa onu da qeyd etmişdir ki, cavabdeh illərdir ki, ona üzürlü səbəb olmadan icarə haqqını ödəmir. Məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi Şəki ŞRPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı 15 avqust 2024-cü il tarixdə qəbul edilib. X7 isə xx.xx.2024-cü il tarixdə vəfat edib. Nəyə görə məhkəmə tərəfindən X4 polis şöbəsindəki izahatı ilə xx.xx.2024-cü il tarixdə yazdığı ərizəsindəki qeyd edilənlər arasındakı ziddiyyətli məqamlar aydınlaşdırılmamış, polis şöbəsində verilən izahat nədən mötəbər sübut kimi qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə Tərlanın öz xətti ilə yazdığı ərizə sübut kimi qəbul edilməmiş, hüquqi qiymət verilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahələrini qanuni şəkildə Tərlan adlı şəxsdən alğısatqı qaydasında əldə etmişdir. Torpaqları alan zaman həmin torpaqların cavabdehin icarəsində olmasından məlumatlı idi. O, cavabdehdən icarə haqqının ona ödənilməsini tələb etdikdə cavabdeh icarə haqqının hamısını əvvəlki mülkiyyətçiyə ödədiyini bildirmişdir. Tarpaqları satan zaman əvvəlki mülkiyyətçi ona icarə haqqının hamısını birdəfəlik aldığını ona bildirməmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, torpaq sahələrini notarial qaydada bağlanmış icarə müqavilələri əsasında 6 illik icarəyə götürmüşdür. Əvvəlki mülkiyyətçi xəstə və imkanı olmadığını bildirərək 6 illik icarə haqqını tam olaraq ondan almışdır. Daha sonra ona məlum olmuşdur ki, icarəyə götürdüyü torpaq sahəsi iddiaçıya satılmışdır. Ancaq iddiaçı torpaq sahələrini alan zaman torpaqların ona icarəyə verilməsindən məlumatlı idi. Mübahisə olduğundan o, hüquqmühafizə orqanlarına müraciət etmişdir. Əvvəlki mülkiyyətçi Tərlan həmin vaxtı sağ idi və o, polis şöbəsində veridiyi izahatında 6 illik icarəhaqqını Cavabdeh birdəfəlik aldığını etiraf etmişdir. Tərlanın başqa ərizə yazmasından məlumatsızdır. Əvvəlki mülkiyyətçi olan Tərlan hal-hazırda vəfat etmişdir. O, hal-hazırda həmin torpaq sahəsində vələmir əkmişdir. Cavabdeh onun torpaqdan istifadəsinə yenədə maneələr törədir. Hətta onun subsidiya almasınada mane olmuşdur. Bu səbəbdən o zərərə düşmüşdür. Odur ki, nəzərə alınmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 138.2. Hüququn yüklülüyü - qanun və ya əqd əsasında mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılmasıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. 699.4. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə, əgər bunların həyata keçirilməsi nəticəsində kirayəçi müqaviləyə uyğun istifadədən məhrum olarsa, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. Əgər üçüncü şəxslərin hüquqları və iddiaları müqaviləyə uyğun istifadəyə mane olursa, kirayəçi bu hüquqların və iddiaların həyata keçirilməsinin qadağan olunmasını tələb etmək hüququna malikdir. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 701.1. İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur.
705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
718. İcarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir. 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər.
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu
15. Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz.
25. İcarəçinin icarəyə götürdüyü torpaqdan istifadə nəticəsində əldə etdiyi məhsul, əmlak və gəlir icarəçinin mülkiyyətidir.
“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2019-cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır....”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı isə qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və icarə haqqının ödənilməməsi ilə bağlıdır. Belə ki, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 1,6754 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 18 iyun 2023-cü il tarixli icarə müqaviləsinin, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 2,225 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 18 iyun 2023-cü il tarixli icarə müqaviləsinin və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 1,42 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 18 iyun 2023-cü il tarixli icarə müqavilələrinin ləğv edilməsi” tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi, qanuni istifadəsində olan Şəki rayonu, Baltalı kəndində yerləşən 1.42 ha, 2.225 ha və 1.6754 ha torpaq sahələrinin cavabdeh İddiaçı zəbtindən və istifadəsindən azad edilməsi, onun istifadəsinə yönələn maneələrin aradan qaldırılması və sair qanunsuz hərəkətlərə son qoyulması, iddianın verilməsi üçün ödənilən 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı isə qismən təmin etmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütünlükdə yəni, ilk iddia tələbinin rədd, qarşlıqlı iddia tələbinin isə təmin edilmiş hissəsini mübahisələndirir. Ümumiyyətlə apellyator ilk iddianın təmin, qarşılıqlı iddianın isə təmin edilməməsini tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Kollegiya qeyd edir ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Kollegiya daha sonra qeyd edir ki, icarə müqaviləsi müqavilə növlərindən biri olmaqla əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (Mülki Məcəllə 700). Mülki qanunvericiliyə əsasən, icarə müqavilə ilə bağlı fəslin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə Mülki Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İcarə müqaviləsi elə bir müqavilədir ki, həmin müqavilə ilə əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. Nəticədə icarəyə verilmiş əşya müxtəlif hüquqi titullar əsasında eyni zamanda iki subyektə məxsus olur. Müqavilənin qüvvədə olduğu müddət ərzində icarəçinin icarə predmeti üzərində istifadə hüququ yaranır. Predmetin mülkiyyətçisi kimi yenə də icarəyə verən qalır yəni, onun icarəyə verilən əşya üzərində mülkiyyət hüququ saxlanılır. Mülkiyyətçi icarə əsasında onu özgəninkiləşdirmədən başqa şəxsin istifadəsinə verir və bununla o, haqq əldə edir. Ümumiyyətlə, icarə müqaviləsinin əmlak kirayəsi müqaviləsindən ən başlıca fərqi ondadır ki, kirayə müqaviləsi üzrə kirayəçi kirayəyə verilmiş əşyalardan ancaq istifadə hüququnu əldə edirsə, icarə müqaviləsi üzrə icarəçi isə icarəyə götürdüyü əşyadan və ya hüquqdan istifadə ilə yanaşı, əşyanın bəhərindən də istifadə etmək və əşyanın istifadəsindən gəlir götürmək hüququna da malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X7 (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış 18 iyun 2023-cü il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 2.225 ha torpaq sahəsini 18 iyun 2029-cu il tarixədək icarəçiyə icarəyə verir, icarəçi isə illik 222 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Həmçinin, X7 (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış 18 iyun 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 1.6754 ha torpaq sahəsini 18 iyun 2029-cu il tarixədək icarəçiyə icarəyə verir, icarəçi isə illik 167 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Həmçinin, X7 (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış 18 iyun 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 1.42 ha torpaq sahəsini 18 iyun 2029-cu il tarixədək icarəçiyə icarəyə verir, icarəçi isə illik 142 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, X7 ilə Cavabdeh arasında Şəki rayonu, Baltalı kəndində yerləşən 1.42 ha, 2.225 ha və 1.6754 ha torpaq sahələrinin 18 iyun 2029-cü il tarixədək icarəyə verilməsi barədə, reyestrdə müvafiq olaraq 3M-346, 3M-347 və 3M-349 sayla qeydə alınmış 18 iyun 2023-cü il tarixli icarə müqavilələri bağlanmışdır. Daha sonra, qeyd olunan icarə müqaviləsinin qüvvədə olduğu dövrdə həmin torpaq sahələri X7 tərəfindən İddiaçı satılmış və bununla bağlı tərəflər arasında notarial qaydada təsdiq edilmiş 16 noyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Kollegiya qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 718-ci maddəsinin tələblərinə görə, icarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir. Həmin Məcəllənin 719.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır (Mülki Məcəllə 699.1). Həmçinin, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci bəndində qeyd edilmişdir ki, torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Yuxarıda qeyd edilənlər konteksində məhkəmə kollegiyası bildirir ki, iddiaçı X7 ilə alğı-satqı müqaviləsi bağlayarkən hər üç torpaq sahəsinin yüklü olduğunu və 18 iyun 2029-cü il tarixədək icarəyə verilməsi barədə xəbərdar olmuşdur. Yəni, ilk iddia üzrə iddiaçı torpaqları alan zaman artıq onların icarədə olduğundan məlumatlı idi. Qanunvericiliyə əsasən, torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmiş şəxs həmin torpaq sahəsinin ondan əvvəlki məhdudiyyət və yüklülükləri ilə qəbul edir və torpaq sahəsinin mülkiyyətçisi olmayan digər şəxslərin hüquqlarını pozmaqdan çəkinməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili olan cavabdehin üzürlü səbəb olmadan icarə haqqını ödəməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. İlk iddia üzrə iddiaçının iddiasına görə cavabdeh icarə haqqını ödəmir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş izahatlara əsasən Cavabdeh icarə haqlarını tam olaraq torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X6 ödəməsi müəyyən edilir. Belə ki, xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar və müvafiq izahatlardan X4 torpaq sahələrini icarə müqaviləsi bağlayaraq Cavabdeh 6 il müddətinə verdiyini və 6 ilin pulunu əvvəlcədən aldığını etiraf etmişdir. X1 şöbəsində veridyi izahatında daha sonra bildirmişdir ki, 2023-cü ildə isə ona pul lazım olması səbəbindən həmin torpaq sahələrini İddiaçı satmış və həmin zaman torpaq sahələrinin 6 il müddətinə Eldara icarəyə verdiyini ona bildirmişdir. Həmçinin, X8 da polis şöbəsində verdiyi izahatında torpaq sahəsinin icarəyə verilməsindən xəbərdar olduğunu və alqı-satqı müqavilələrini torpaq sahələrinin 6 il müddətinə icarədə qalmaq şərtilə bağladığını bildirmişdir. Kollegiya bir məqamıda qeyd edir ki, iddiaçı tərəf hal-hazırda icrarə haqqı ödənilməməsi əsası ilə müqavilənin ləğv edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, torpaq sahəsinin yüklü alınması iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda isə icarə haqqının tam olaraq əvvəlki mülkiyyətçiyə ödənilməsini hazırki iş üzrə iddiaçıya bildirmək vəzifəsi əvvəlki mülkiyyətçinin üzərinə düşürdü. Əgər o icarə haqqının cavabdehdən tam olaraq alınmasını iddiaçıya bildirməmişsə iddiaçı ona qarşı müvafiq tələb irəli sürə bilərdi. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin X4 xx.xx.2024-cü il tarixli ərizəsnin sübut kimi qəbul edilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya bildirir ki, şikayətin həmin dəlilinə birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, qeyd edilən ərizənin mərhum T.Əfəndiyev tərəfindən yazılsa belə məhkəmə qeyd edilən sübutu qanunvericiliyin tələbinə zidd olan əsassız sübut olaraq qəbul edir. Belə ki, şəxs notarial qaydada icarə müqavilələri bağlayır, iradə ifadə edir, qarşı tərəfdə mülki dövriyyənin iştirakçısı olaraq inam-etibar yaratsa da sonradan mülkiyyətçi olmayan şəxslərin iradəsinə uyğun olmayan qeyd edilən ərizənin verilməsi ilə vicdanlı davranış nümayiş etdirmir və mülki dövriyyə iştirakçılarının qanuni etimad hüquqlarını əhəmiyyətli dərəcədə pozur. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, hər hansı əqdin, o cümlədən hazırki iş üzrə müqavilələrin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Yəni, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllə 404.2). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019 və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021ci il tarixli qərarlar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Bu kontekstdə, apellyasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, X1 şöbəsində müvafiq izahat vermişdir. İzahat verilən vaxtdan hazırki iddia edilən ərizənin yazıldığı müddətə təxminən 2 ay müddət keçmişdir. Həmin müddət ərzində isə X4 bir dəfədə olsa izahatının təsir-təzyiq və ya hədə-qorxu altında verməsi ilə bağlı şikayəti olmamışdır. Bundan başqa, icarə müqavilələri 2023-cü ildə notarial qaydada bağlanmışdır. Ötən dövr ərzində də, bir dəfədə olsa icarə haqqının ödənilməməsi mübahisələndirilməmişdir. Onda sual yaranırki, əgər doğrudanda cavabdehin ödənilməmiş icarə haqqı borcu olmuşsa nə üçün ona qarşı tələb irəli sürülməmişdir. Məhkəmə kollegiya əvvəlki mülkiyyətçi tərəfindən yazılmış ərizə ilə bağlı bir halıda qeyd edir ki, həmin ərizənin yazılması şəraitini müəyyən etmək mümkün deyildir. Belə ki, əvvəlki mülkiyyətçi müvafiq dövtəq orqanında (polis şöbəsində) icarə haqqının cavabdeh tərəfindən tam olaraq ona ödənilməsini bildirmişdir. Daha sonra isə, hazırki iddiaçıya qarşı hansısa məsuliyyətdən yayınmaq və ya bşqa əsaslarla ərizədə yaza bilərdi. Hazırda isə əvvəlki mülkiyyətçi vəfat etdiyindən həmin halları aydınlaşdırmaq mümkün deyildir. Kollegiya daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. İşdən də görünür ki, cavabdeh notarial qaydada bağlanmış icarə müqaviləsini əsas götürərək hal-hazırda torpaq sahəsini əkib-becərməkdədir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini rədd, qarşılıqlı iddia tələbini isə təmin etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-2(117)-127/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.