Məhkəmə qərarları › İş №2-2(107)-86/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-86/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-86/2023 21.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı ilk, Cavabdeh MMC-nin "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia tələbləri (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə1, eyni zamanda iddiaçının digər nümayəndəsi X2, Cavabdeh - Cavabdeh MMC-nin nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs - "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3, Müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin baş məsləhətçisi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı “icarə müqaviləsi əsasında fevral ayı üçün 26714 manat, mart ayı üçün 45667 manat, aprel ayı üçün 45667 manat, may ayı üçün 45667 manat, iyun ayı üçün 45667 manat, iyul ayı üçün 45667 manat, avqust ayı üçün 45667 manat olmaqla ümumilikdə 300716 manat borcun, 400 manat mediasiya xərcinin və 191 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” ilk iddiası və Cavabdeh MMC-nin "xxxx" ASC-yə qarşı “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1 nömrəli əlavə və xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 saylı qətnaməsindən Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 18 avqust 2022-ci il tarixli 3333 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ünvan 1i ünvanındakı əmlak kompleksinin yerləşdiyi 60186,4 kv.m torpaq sahəsini icarəçi İddiaçı ASC-nin müvəqqəti icarəsinə verir.

2. Həmin müqavilənin 1.3-cü bəndində göstərilmişdir ki, torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil.

3. Həmin müqavilənin 2.2-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, icarəçi icarəyəverənin yazılı razılığı ilə torpaq sahəsini subicarəyə verə, icarə hüquqlarını girov qoya bilər.

4. Həmin icarə müqaviləsinin 3.1-ci bəndinə görə illik icarə haqqı 9000 manat, aylıq icarə haqqı məbləği 750 manatdır.

5. Həmin icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən, icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilir.

6. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən "xxxx" ASC Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən binanın 1 nömrəli Əlavədə göstərilmiş hissəsini (obyektin sahəsi 8333,33 kv.m) müqavilənin şərt və müddəalarına əsasən və əlavədə göstərilmiş plana uyğun olaraq icarəçi Cavabdeh MMC-nin icarəsinə verməyi, icarəçi isə obyekti qəbul etməyi öhdəsinə götürmüşdür.

7. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 2.4-cü bəndinə əsasən, obyektin təqribi sahəsi 8333,33 kv.m təşkil edir və onun sərhədləri Əlavədə öz əksini tapmışdır.

8. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra 3 ay ərzində obyekt hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı və bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan müvafiq təhvil-təslim aktı vasitəsi ilə icarəyəverən tərəfindən icarəçiyə boş təhvil verilməlidir və icarəçi tərəfindən qəbul edilməlidir. Akta obeyktin təhvilindən öncə çəkilmiş fotoşəkilləri əlavə olunmalıdır. Habelə icarəçi təhvil almağa razı olduqda icarəçiyə təhvil verilən əşya, cihaz, avadanlıqlar aktda qiymətləndirilərək göstərilməlidir.

9. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2020ci il tarixli 001/20JV nömrəli birgə fəaliyyət müqaviləsinin 5.1-ci bəndi nəzərə alınmaqla hazırkı müqavilə 10 il müddətində qüvvədədir. Birgə fəaliyyət müqaviləsinə vaxtından əvvəl xitam verilərsə birgə fəaliyyət müqaviləsinə xitam verilən tarixdən hazırkı müqavilə öz qüvvəsini itirir.

10. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, icarə haqqı hər kv.m üçün 1 manat olmaqla 8333,33 manat təşkil edir.

11. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixədək olan icarə müddəti üzrə icarə haqqı məbləği - 49999,98 manat məbləğində birdəfəlik ödəniş qaydasında ödəniləcək. Ödəniş xx.xx.2021-ci il tarixədək həyata keçirilməlidir.

12. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək olan icarə haqqı qabaqcadan aylıq ödənişlərlə ödəniləcəkdir.

13. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən icarnin digər illərində icarə haqqı qabaqcadan aylıq ödənişlərlə həyata keçiriləcəkdir.

14. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin sədri, sədr müavini, baş mühasibi, Cavabdeh MMC-nin direktoru və baş mühasibinin iştirakı ilə icarə və faktiki istifadəyə verilmiş ərazilər internet proqramı olan Google Earst vasitəsilə və faktiki olaraq əllə ölçülmüş, ölçmə zamanı icarəyə verilən ərazinin müqavilədə qeyd edildiyi kimi 8333,33 kv.m deyil, faktiki 58048 kv.m olması, həmin ərazidən məişət tullantıları atılan birgə istifadədə olan ərazi daxil edilməsə icarəçinin icarəyəverənə məxsus 54143 kv.m ərazidən istehsalat məqsədləri üçün faktiki istifadə etməsi, lakin təkcə 8333,33 kv.m ərazinin icarə haqqını ödəməsi müəyyən edilərək icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında akt tərtib edilmiş və akt iştirak edən bütün şəxslərin imzaları ilə təsdiq edilmişdir.

15. xx.xx.2023-cü il tarixdə tərəflər arasında imzalanmış 1 nömrəli icarə müqaviləsinə əlavəyə əsasən xx.xx.2020-ci il tarixli müqavilənin 2.4, 3.4, 3.6, 4.1, 4.2 və 6.1-ci bəndləridə dəyişiklik edilmişdir. Belə ki, müqavilənin 2.4-cü bəndinə əsasən obyektin sahəsi 54000 kv.m təşkil edir və onun sərhədləri haqqında məlumat müqaviləyə əlavə olunur. 3.4-cü bəndində 18 ay sözü 3 sözü ilə əvəz edilmişdir. 4.1-ci bəndinə əsasən icarə haqqı hər kv.m üçün 1 manat olmaqla ümumilikdə 54000 manat təşkil edir. 4.2-ci bəndinə əsasən icarə haqqının məbləğinin dəyişdirilməsi hüququ icarəyə verənə məxsusdur. 6.1-ci bəndində dəyişiklik edilərək icarəyə verən sözü icarəçi sözü ilə əvəz edilmişdir.

16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08 dekabr 2023-cü il tarixli 3-21-3/2-18282/2023 saylı məktubunda göstərilmişdir ki, "xxxx" ASC-nin bütün əmlakları xx.xx.2014-cü ildə tam şəkildə özəlləşdirilmiş və mülkiyyətində olan ünvan 1i ünvanında Tütün fermentləmə zavodunun yerləşdiyi 53596,0 kv.m torpaq sahəsinə dair 29.102021-ci il tarixli 985 saylı, Yuxarı Tala kənd Tütün qəbulu məntəqəsinin yerləşdiyi 60486, 40 kv.m torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli 3333 saylı icarə müqavilələri bağlanılmışdır. Eyni zamanda bildirilir ki, "xxxx" ASC-nin icarəsində olduğu torpaq sahəsinin ikinci əldən Cavabdeh MMC-yə icarəyə verilməsi haqqında müraciəti Xidmətə daxil olmamışdır.

II. Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-dən icarə müqaviləsi əsasında fevral ayı ayı üçün 26.714 manat, mart ayı üçün 45.667 manat, aprel ayı üçün 45.667 manat, may ayı üçün 45.667 manat, iyun ayı üçün 45.667 manat, iyul ayı üçün 45.667 manat, avqust ayı üçün 45.667 manat, ümumilikdə 300.716 manatın, 400 manat mediasiya xərcinin və 191 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddia ərizəsi qətnamənin 5-14-cü bəndlərində göstərilənlərlə əsaslandırılmış, ərizədə əlavə olaraq göstərilmişdir ki, 10 fevral 2023-cü il tarixdə tərəflər müvafiq olaraq icarə məbləğinin artırılması barədə razılığa gəlmiş və müqaviləyə 1 nömrəli əlavə formasında öz iradə ifadələrini rəsmiləşdirmiş və öz imza, möhürləri ilə təsdiq etmişlər. Belə ki, həmin əlavəyə əsasən, müqaviləyə əsasən icarə haqqı torpağın ölçüsünə uyğun olaraq 54000 manat müəyyən edilmişdir. Həmin müqavilənin şərtlərinə görə cavabdeh 10 fevral 2023-cü il tarixindən etibarən 54000 manat icarə haqqını hər ay iddiaçı "xxxx" ASCyə ödəməli idi. Cavabdeh 10 fevral 2023-cü il tarixindən bu günədək aylıq 54000 manat olan icarə haqqını ödəməkdən boyun qaçırır və bunun əvəzində ümumi icarə haqqının kiçik bir hissəsi olan 8333,33 manat məbləğində icarə haqqı ödəyir və icarə haqqının ödənilməsi ilə bağlı 10 fevral 2023-cü il tarixli əlavədə qeyd edilən məbləğdə icarə haqqını ödəməkdən imtina edərək, müqavilə öhdəliklərini (şərtlərini) kobud surətdə pozmuşdur və pozmaqdadır. Hal-hazırda tərəflər arasında müqavilə münasibətləri davam etməkdədir. Cavabdehin icarə məbləğini ödəməməsi səbəbi ilə mübahisənin alternativ həlli üçün mediasiya orqanına müraciət edilmiş, Cavabdeh MMC ilə pulun ödənilməsi üçün barışıq sazişi əldə olunmamışdır.

19. Cavabdeh MMC icarə müqaviləsinə xx.xx.2023-cü il tarixli 1 nömrəli Əlavə və xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi ilə bağlı qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Yaponiya investorlarının birgə təsisçisi olan "xxxx" MMC ölkənin tütünçülük təsərrüfatına investisiya yatırımı ilə əlaqədar dövlət və özəl sektorun inkişafı istiqamətində "xxxx" ASCnin təklifi və təşəbbüsü əsasında yerli sektorun inkişafı ilə əlaqədar xx.xx.2020-ci il tarixdə "xxxx" ASC ilə "xxxx" MMC-nin yerli törəməsi olan Cavabdeh MMC adından birgə fəaliyyət müqaviləsi bağlamışdır. Həmin birgə fəaliyyət müqaviləsinin 5.1-ci bəndinə əsaslanaraq xx.xx.2020-ci il tarixdə qeyd edilən tərəflər arasında 10 il müddətinə uzunmüddətli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinin şərtinə əsasən müqavilənin bağlanması ilə anoloji olaraq həmin müqaviləyə 1 nömrəli əlavə ilə obyekt təhvil verilməli, 2.5-ci bəndinin şərtinə əsasən isə müqavilə imzalandıqdan 3 ay ərzində tərəflər akt əsasında obyekti təhvil-təslim etməli idilər. Müqavilənin 2.4-cü bəndinə əsasən icarə obyekti 8333,33 kv.m təşkil edir və onun sərhədləri müvafiq əlavədə öz əksini tapmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən isə icarəyə götürən icarə obyektinin hər 1 kv.m-nə 1 manat dəyərində 8333,33 manat olmaqla icarə haqqı ödəməlidir və həmin icarə haqqı müqavilə şərtlərinə uyğun olaraq icarəyəverənə tam şəkildə ödənilmişdir. Birgə fəaliyyət çərçivəsində 2 il 3 ay icarə münasibətləri stabil olaraq davam etdirilmiş və tərəflərdən heç birinin icarə müqaviləsindən irəli gələn münasibətlərə qarşı heç bir pretenziyası olmamışdır. Qeyd edilən birgə fəaliyyət çərçivəsində qarşılıqlı etibar və münasibətlərdən, idarəçilikdə qarşı tərəfə verilən imkanlardan sui istifadə edərək "xxxx" ASC-nin guya istehsal və rentabelliyi artırmaq adı altında qohumluq və s. şəxsi münasibətlərdə olan Fuad İmanov adlı şəxs Cavabdeh MMC-nin rəhbərliyinə direktor vəzifəsinə gətirilmiş, "xxxx" ASC-nin sədr müavini olan İsmayıl Orucovun qardaşı Novruz Orucov "xxxx" MMC-də yüksək vəzifəyə gətirilmiş və həmin şəxslərin qohumluq əlaqəsində olan Kamran Hazmanov Cavabdeh MMC-nin baş mühasibi təyin edilməklə, xariic investorlara və Cavabdeh MMC-nin mülkiyyət hüquqlarına qəsd məqsədilə böyük qruplaşma təşkil edilmişdir. Qabaqcadan müəyyən edilmiş plana əsasən məqsəd investorların əmlakını əldən çıxarmaq, investisiya nəticəsində qurulmuş təsərrüfatı mənimsəmək, investorları borclandırmaq, bu məqsədlə də onları ərazidən çıxarmaq olmuşdur. Bu planı icra etmək məqsədilə qeyd edilən qruplaşma öz aralarında Fuad İmanovun səlahiyyətlərindən istifadə edərək xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xx.xx.2023-cü il tarixli 1 nömrəli əlavə imzalayaraq icarə haqqını 8333,33 manatdan 54000 manata qaldırmaqla maddi və iqtisadi durumu qəti şəkildə pisləşdirən, eləcə də müqavilədə icarəyəgötürənin hüquqlarını və maraqlarını müdafiə edən bəndləri ləğv etmə və dəyişdirməklə, icarəyəgötürənin vəziyyətini əhəmiyyətli şəkildə pişləşdirən müqavilə əlavəsi imzalamış, bu sənədi əsaslandırmaq məqsədilə həmin tərkibdə xx.xx.2023-cü il tarixli akt tərtib edərək investorlardan xəbərsiz, əsas maliyyəçini xəbərdar etmədən saxta sənədlər tərtib etmişlər. Sənədlər tərtib edildikdən sonra xx.xx.2023-cü il tarixlərində saxtakarlıq yolu ilə edilmiş izləri itirmək məqsədilə Cavabdeh MMC-nin direktoru Fuad İmanov və baş mühasibi Kamran Hazmanov öz xahişləri ilə ərizə yazaraq idarəçilikdən kənarlaşdırılmalarını xahiş etmişlər. Direktor qismində Fuad İmanov baş mühasibin ərizəsini təsdiqləmiş, özü də ərizəsi əsasında işdən çıxmışlar. Həmin şəxslər işdən azad olunduqdan sonra cəmiyyətə pretenziya və həmin pretenziyaya əlavə olaraq xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt və xx.xx.2023-cü il tarixli müqavilə əlavəsi daxil olmuşdur. Pretenziyada icarə məbləğinin qaldırılması qeyd olunaraq alt sənədlər kimi qeyd edilən akt və müqavilə əlavəsi göstərilmişdir. Bundan sonra qarşı tərəf 3-4 ay ərzində cəmiyyətə elektron qaimə göndərməklə saxta sənədlər üzərindən icarə haqqını qeyriqanuni və etik işgüzar qaydalara sığmayan şəkildə qaldırmaqla, icarəyəgötürənin hüquqlarını kobud şəkildə pozmuşdur. Bu məqsədlə hesab edir ki, akt və müqaviləyə əlavə xüsusi şərt və məqsədlərlə bağlanmış əqddir və məzmunundan da göründüyü kimi qarşı tərəfin müqavilə üzrə olan hüquqlarını təkzib etdiyindən yalnız icarəçinin mənafelərini ifadə etdiyindən xüsusi məqsədlərlə, şərtlə bağlanılmış əqddir. Bundan başqa Fuad İmanovun rəhbərlik etdiyi dövr üzrə cəmiyyət rəsmi məlumatlar və 13 saylı ƏVİ-nin təqdim etdiyi mənfəət vergi bəyənnaməsinə əsasən 1245554,86 manat zərər etmişdir. 2021-ci ilin də rəsmi mənbələrinə əsaslandıqda 13 saylı ƏVİ-nin təqdim etdiyi mənfəət vergi bəyənnaməsiə əsasə cəmiyyət ******* manatadək ziyan etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh ilkin olaraq hansı əraziləri və obyekti icarəyə verdiyini və sonradan hansı ərazilərin icarədardan xəbərsiz olaraq tutulduğunu rəsmi sənədlər üzərindən təqdim edə və sübuta yetirə bilməmiş, adı gedən mülkiyyətə hüquqlarını ifadə edən sənədlər təqdim edilməmişdir.

20. Birinci instansiya məhkəməsin iclasında iddiaçının nümayəndəsi və vəkili verdiyi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, ölçmə işləri aparılmadığından və tərəflər təşəbbüs göstərmədiyindən xx.xx.2020-ci il tarixli müqaviləyə 1 nömrəli əlavə 3 ay müddət keçdikdən sonra təsdiq olunmuşdur. Tərəflərin iradə ifadəsinə uyğun olaraq icarə haqqı 1 nömrəli əlavə ilə rəsmiləşdirilə bilər. Müqaviləyə əlavə ilə dəyişiklik olduqdan sonra, müqavilənin tamamilə ləğv olunub yenidən tərtib olunmasına ehtiyac yoxdur, əlavədə göstərilmişdir ki, imzalandığı andan qüvvəyə minir. Birgə fəaliyyət müqaviləsindən məlumatı yoxdur. İcarə haqqının artırılması ilə bağlı xx.xx.2023-cü il tarixli akt və 1 nömrəli əlavə ilə bağlı investorlara və təsisçilərə məlumat verilməsi barədə məlumatı yoxdur. Faktiki istifadələrində ümumi 110000 m2 ərazi var. Bunun 54000 m2 cavabdehin istifadəsindədir, qalanı isə özlərinin. Həmin ərazinin plan sxemi məhkəməyə təqdim edilmişdir.

21. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, ilkin iddia əsassız olduğuna görə və təqdim etdikləri sənədlər saxta olduğuna görə iddianı qəbul etmirlər, rədd edilməsini xahiş edirlər. Qarşılıqlı iddianı müdafiə edirlər, təmin olunmasını məhkəmədən xahiş edirlər. Qarşılıqlı iddianı onunla əsaslandırırlar ki, həmin ərazidə 54000 m2-dən istifadə edilmir. 1 nömrəli əlavə imzalanan zaman onun bir nüsxəsi onlara verilməmişdir. Müəssisənin heç bir məlumatı olmamışdır. İddiaçı tərəflə aralarında birgə fəaliyyət haqqında müqavilə imzalanıb. Bu müqaviləyə görə də tərəfdaşı olan iddiaçı onlara iş fəaliyyətilərində köməklik göstərməli olduğu halda, iddiaçının hərəkətləri onların müflisləşmələrinə gətirib çıxarır. İstifadə etdikləri ərazinin 54000 m2 olmaması ilə bağlı öz sübutlarını məhkəməyə təqdim etməli idilər. Lakin bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. İmanov Fuad öz xahişi və ərizəsi əsasında işdən azad olunmuşdur. Fuad İmanovun fəaliyyətdə olduğu dövrdə, onun fəaliyyətinin yoxlanması ilə bağlı Fuad İmanov işdən çıxmaq barədə ərizə yazdıqdan sonra komissiya təşkil olunmuş, lakin bunun nəticələrindən məlumatsızdır. Hazırkı iddiaçı tərəfin baş mühasiblə və Fuad İmanovla qohumluq əlaqələri var. Hal-hazırda baş mühasib həmin vəzifədə işləmir, Fuad İmanov işdən çıxdıqdan sonra, baş mühasib də öz ərizəsi əsasında 13 fevral tarixində işdən çıxmışdır. Aktı imzalayan şəxslər baş mühasib və direktor olmuşdur.

22. Birinci instansiya məhkəməsin iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, iş üzrə iddiaçı tərəf mediasiyaya müraciət edərkən, məsələnin onların maraqlarına toxunduğunu nəzərə almamış və onları 3-cü şəxs kimi mediasiya prosesinə cəlb etməmişdir. Buradan görünür ki, iddiaçı tərəf onları mediasiya hüquqlarından məhrum etmişdir. "xxxx" MMC-nin və Cavabdeh MMC-nin nizamnaməsinə diqqət yetirilsə görünər ki, Cavabdeh MMC-nin keçmiş direktoru olan Fuad İmanovun nizamnamədən kənar fəaliyyətləri olmuşdur. Nizamnamənin 9.2-ci bəndində göstərilir ki, direktor, ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, cəmiyyətin adından əqdlər bağlayır və xüsusi əhəmiyyətli sənədlər istisna olmaqla, rəsmi sənədləri imzalayır. Hazırkı məsələnin xüsusi əhəmiyyətli hal olduğunu bildirirlər. Cavabdeh MMC-nin keçmiş direktoru olan Fuad İmanov icarə haqqının artırılması barədə həmin müəssisənin təsisçisi olan "xxxx" MMC-yə heç bir məlumat verməmişdir. Cavabdeh MMC-nin nizamnaməsinin 9.2.3.7-ci bəndində qeyd olunur ki, cəmiyyətin fəaliyyəti ilə əlaqədar öz səlahiyyətləri çərçivəsində qərarlar qəbul edir və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirir. 1 nömrəli əlavə və aktla bağlı hər hansısa bir qərar qəbul etmişdirsə, bu zaman həmin qərarı yazılı surətdə əmrlə rəsmiləşdirməli idi. Bundan əlavə olaraq Fuad İmanovun rəhbər olduğu dövrdə müəssisə zərərlə işlədiyindən və bir sıra müəssisə daxili kobud pozuntular olduğundan, onun barəsində xx.xx.2023-cü il tarixində təsisçilər qərar qəbul etmişdir. Qərarda deyilirdi ki, Fuad İmanov vəzifə maaşı saxlanılmaqla, 1 aylıq vəzifədən kənarlaşdırılsın. Fuad İmanov bu məsələdən xəbərdar idi, o bildirdi ki, fəaliyyəti təsisçi tərəfindən qəbul olunmur. X9 Hazmanov müəssisəni zərərə salmaq üçün bu aktı imzalayıblar. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ******* dollar məbləğində vəsait yatırılmışdır. Lakin 3 il ərzində Cavabdeh MMC bir manat da olsa mənfəət qazandırmamışdır. Orada müəyyən hüquq pozuntuları baş verib və həmin pozuntularla bağlı müəyyən qurumlarda araşdırmalar gedir. 1 nömrəli əlavə və aktı qəbul etmək üçün orada hüquqşünas rəyi olmalı idi. Sualcavab zamanı ortaya çıxmışdır ki sənədlər tərtib olunarkən yalnız direktor və baş mühasib iştirak edib, heç bir hüquqşünas iştirak etməyib. Adı çəkilən şəxslərin isə iddiaçı tərəflə qohumluq əlaqələri var. Cavabdeh tərəf 54000 manatlıq elektron qaimələrdən imtina etmişdir. Tərəflər müqavilənin ləğvi və dəyişdirilməsi ilə bağlı bir-birlərinə məlumat verməli idilər. Tərəflər bundan sonra isə icarə haqqının artırılması və azaldılması ilə bağlı məhkəməyə müraciət edə bilərdilər. Cavabdeh tərəf yazılı şəkildə icarə haqqının azaldılması barədə iddiaçı tərəfə müraciət etmişdir. İddiaçı tərəf özü də bildirir ki, icarə haqqı müqavilə ilə müəyyən olunur. 1 nömrəli əlavə isə öhdəlik götürülmüş əraziləri tənzimləyir. İcarə müqaviləsində icarə haqqının 1 nömrəli əlavə ilə tənzimləndiyi göstərilməyib. 1 nömrəli əlavə ilə icarə haqqının artırılmasını qanunsuz sayırlar. Bu əlavədə yalnız icarə haqqı deyil, hətta müqavilənin şərtləri də dəyişdirilib. Müqavilənin şərtləri dəyişdirilibsə, həmin müqavilə ləğv olunmalıdır. Hal hazırda icarəyə götürdükləri ərazidəki parnikləri sökülmüşdür. Çünki Zaqatala rayonunda 54000 manat icarə haqqı çoxdur. Müxtəlif qiymətləndirmə mərkəzlərinə müraciət etmişlər bu barədə. İcarə haqqında qanunda da göstərilir ki, qiymətləndirmə, qiymətləndirici mütəxəssiz tərəfindən verilməlidir. Tərəflər öz-özlərindən əmlaka icarə qiyməti təyin edə bilməzlər. İddia tələbinin əsassız olduğunu hesab edirlər. Akt müəssisəni zərərlə işlədən şəxs tərəfindən şəxsi münasibətlər zənnində tərtib olunmuşdur. İdarə heyətinin qərarı Fuad İmanova təqdim edilmişdir. O, möhürü təhvil verməkdən imtina etmiş və bildirmişdir ki, onun adından başqa hərəkətlər edə bilərlər. Bu səbəbdən də möhürü işdən çıxardıqdan sonra təhvil verəcəyini bildirmişdir. Qərarın hansı səbəbdən vergiyə göndərilməsilə bağlı məlumatı yoxdur.

23. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh MMC-dən icarə müqaviləsi əsasında ödənilməmiş fevral ayı üçün 26714 manat, mart ayı üçün 45667 manat, aprel ayı üçün 45667 manat, may ayı üçün 45667 manat, iyun ayı üçün 45667 manat, iyul ayı üçün 45667 manat, avqust ayı üçün 45667 manat olmaqla cəmi 300716 manat borc, 400 manat mediasiya xərci və 191 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənilməmiş 399,72 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddiaçı Cavabdeh MMC-nin "xxxx" ASCyə qarşı “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1 nömrəli əlavə və xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, Cavabdeh MMC tərəfindən qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MMC-yə aid edilməsi qət edilmişdir.

24. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən "xxxx" ASC Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən binanın 1 nömrəli Əlavədə göstərilmiş hissəsini (obyektin təqribi sahəsi 8333,33 kv.m) müqavilənin şərt və müddəalarına əsasən və əlavədə göstərilmiş plana uyğun olaraq icarəçi Cavabdeh MMCnin icarəsinə verməyi, icarəçi isə obyekti qəbul etməyi öhdəsinə götürmüşdür. - Müqavilənin 2.5-ci bəndinə əsasən obyekt faktiki olaraq təhvil verildikdə yekun ölçmə işləri aparılacaq və zəruri olarsa icarə haqqı səthin yekun real sahəsinə müvafiq olaraq uyğunlaşdırılacaqdır. - xx.xx.2023-cü il tarixdə tərəflər arasında imzalanmış 1 nömrəli icarə müqaviləsinə əlavəyə əsasən müqavilənin 2.4, 3.4, 3.6, 4.1, 4.2 və 6.1-ci bəndləridə dəyişiklik edilmişdir. Belə ki, müqavilənin 2.4-cü bəndinə əsasən obyektin sahəsi 54000 kv.m təşkil edir və onun sərhədləri haqqında məlumat müqaviləyə əlavə olunur. 3.4-cü bəndində 18 ay sözü 3 sözü ilə əvəz edilmişdir. 4.1-ci bəndinə əsasən icarə haqqı hər kv.m üçün 1 manat olmaqla ümumilikdə 54000 manat təşkil edir. 4.2-ci bəndinə əsasən icarə haqqının məbləğinin dəyişdirilməsi hüququ icarəyə verənə məxsusdur. 6.1-ci bəndində dəyişiklik edilərək icarəyə verən sözü icarəçi sözü ilə əvəz edilmişdir. - Göründüyü kimi, icarə müqaviləsinə əsasən təqribən 8333,33 kv.m obyekt cavabdehin icarəsinə verilmiş, obyekt faktiki olaraq təhvil verildikdən sonra ərazi ölçülmüş və nəticədə cavabdeh tərəfindən 8333,33 kv.m deyil, 54000 kv.m ərazidən istifadə etməsi müəyyən edilməklə akt tərtib edilmiş və icarə müqaviləsinin 2.5-ci bəndi əsas götürülməklə akt əsasında icarə müqaviləsinə 1 nömrəli əlavə imzalanmışdır. Yuxarıda qeyd olunduğu kimi, icarə müqaviləsi və 1 nömrəli əlavə etibarlı əqd olduğundan məhkəmə hesab edir ki, həmin icarə müqaviləsi əsasında fevral ayı üçün 26714 manat, mart ayı üçün 45667 manat, aprel ayı üçün 45667 manat, may ayı üçün 45667 manat, iyun ayı üçün 45667 manat, iyul ayı üçün 45667 manat, avqust ayı üçün 45667 manat olmaqla ümumilikdə 300716 manat borc cavabdehdən tutularaq iddiaçı cəmiyyətə ödənilməlidir.

25. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Hazırkı iş üzrə tərəflər mübahisə predmeti olan aktla ərazinin ölçülməsini həyata keçirmiş və müqaviləyə 1 nömrəli Əlavə ilə müqaviləni dəyişdirmişlər ki, bu da qanunvericiliyin və tərəflər arasında imzalanmış nüqavilənin 2.5-ci bəndinin tələblərinə zidd deyildir. Müqavilənin həmin bəndində tərəflər obyektin faktiki olaraq təhvil verildikdən sonra yekun ölçmə işlərinın aparılacağı və zəruri olarsa icarə haqqı səthinin yekun real sahəsinə müvafiq olaraq uyğunlaşdırılacağı barədə razılığa gəlmişlər və mülki qanunveicilik də müqavilənin dəyişdirilməsinə tərəflərin razılığı ilə yol verir. - Bu səbəbdən də məhkəmə qarşılıqlı iddia tələbi ilə mübahisələndirilən sahəsinin ölçmə aktını və müqaviləyə 1 nömrəli Əlavəni icarə müqaviləsini tərkib hissəsi kimi, yəni əqd kimi qiymətləndirərək hesab edir ki, mübahisələndirilən əqdlərin etibarsızılığı üçün qanuni əsas mövcud deyildir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1 324.1, 331.1, 331.2, 337.1, 337.3, 421.1, 700.1, 700.2. 710.1. 710.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

27. Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

28. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunlu olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, 10 fevral 2023-cü il tarixli AKT-ın və 1 nömrəli Əlavənin hazırlanması göründüyü kimi birgə fəaliyyət müqaviləsinə və icarə müqaviləsinə zidd hazırlanmışdır. Çünki, 1 nömrəli Əlavə icarə haqının qaldırılmasına səbəb ola bilməzdir ki, bu müqavilə qüvvəsində olduğu halda 1 saylı Əlavə ilə yeni icarə haqqı hesablanması mümkün deyildir. Həmin 1 saylı Əlavə birgə fəaliyyət müqaviləsinin tərkib hissəsi olmamışdır. 1 nömrəli Əlavə 01 noyabr 2020-ci il tarixli müqavilədə göstərilmişdir ki, 2023-cü ildə həmin 1 nömrəli Əlavənin təqdim edilməsi etibarsızdır. Həm 2020-ci il tarixli 1 nömrəli Əlavənin, həm də 2023-cü il tarixli 1 nömrəli Əlavənin təqdim edilməsi qanunsuzluqdur. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavə olunmuş sənədlərdə, icarə müqavilələrindən görünür ki, 54.000 illik 16.000 manat götürülmüş icarə torpağı qanunsuz olaraq illik 648.000 manat subicarə hüququ olmadan verilməsi qanuna ziddir. 10 fevral 2023-ci il tarixli AKT-ı və 1 nömrəli Əlavə qanunsuz yolla hazırlandığından, yəni həmin 1 nömrəli Əlavə 2020-ci il tarixdə tərtib edilərək texniki sənəd olaraq istifadə olunan əraziyyə aiiddir. Belə olan halda 2021 və 2022-ci il tarixdə torpağın icarə müqaviləsi 2 illik olduğu halda, 10 illik icarə müqaviləsinə ziddir ki, qətnamədə göstərilən halların iş materiallarında olan sübutlara uyğun gəlməmişdir. Qətnamədə Azərbaycan Respublikasının mülki qanunvericiliyin tələbləri əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsi, Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

29. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərflər arasında olan müqavilə dəyişdirilməmiş və müqaviəyə dair əlavə saziş bağlanmamışdır. Dövlət vergi orqanında təqdim edilən müqavilə və reyestrdə qeydiyyata alınmış müqavilə 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsidir ki, tərəflərin hüquq münasibətlərini və icarə haqqını dəyəri həmin müqavilə ilə tənzimlənir. Həmçinin qeyd edilən 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsi 28 oktyabr 2020-ci il tarixli 001/20/V nömrəli Birgə fəaliyyət müqaviləsinin 5.1-ci bəndini nəzərə alaraq, hazırki müqavilə 10 il müddətinə qüvvədədir. İcarə haqqının artırılması barədə 28 oktyabr 2020-ci il tarixli 001/20/V nömrəli Birgə fəaliyyət müqaviləsinin əsas anlayışlar bölməsinin ikinci bəndinə əsasən müqaviləyə edilən əlavə dəyişiklik tərəflər arasında razılaşma protokolları tərtib edilməlidir ki, bu barədə investora məlumat verilməli idi. Lakin, icarə haqqının artırılması barədə həmin protokol tərtib edilməmişdir. Tərəflər arasında mövcud olan 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsi dəyişdirilməmiş və dəyişdirilməsi barədə rəsmi məlumat daxil olmamışdır. İcarə haqqının artırılması əlavə sahədən istifadəyə görə göstərilmişdirsə, 28 oktyabr 2020-ci il tarixli 001/20/V nömrəli Birgə fəaliyyət müqaviləsində göstərilmiş razılaşma protokolları əsasında aparılmalı idi. 10 fevral 2023-cü il tarixli AKT və 1 nömrəli Əlavə birgə fəaliyyət müqaviləsinə və icarə müqaviləsinə zidd hazırlanmışdır. Çünki, 1 nömrəli Əlavə icarə haqının qaldırılmasına səbəb ola bilməzdir ki, bu müqavilə qüvvəsində olduğu halda 1 nömrəli Əlavə ilə yeni icarə haqqı hesablanması mümkün deyildir. Həmin 1 nömrəli Əlavə birgə fəaliyyət müqaviləsinin tərkib hissəsi olmamışdır. 1 nömrəli Əlavə 01 noyabr 2020-ci il tarixli müqavilədə göstərilmişdir ki, 2023-cü ildə həmin 1 saylı Əlavə təqdim edilməsi etibarsızdır. Həm 2020-ci il tarixli 1 nömrəli Əlavə, həm də 2023-cü il tarixli 1 nömrəli Əlavənin təqdim edilməsi qanunsuzluqdur. İcarə müqaviləsi tərəflərin birgə fəaliyyət müqaviləsinə əsasən bağlanılmışdır. Birgə fəaliyyət müqaviləsinin bəndlərində 1 nömrəli Əlavə göstərilməmiş və 01 noyabr 2020-ci i tarixli icarə müqaviləsində 1 nömrəli Əlavə istifadə olunan ərazinin texniki göstəricilərini müəyyən edilməsi kimi göstərilmişdir. İddiaçının əvvəlki direktor Fuad Musayevlə birgə tərtib etdiyi 10 fevral 2023-cü il tarixli 1 nömrəli Əlavə Birgə fəaliyyət müqaviləsinin tərkib hissəsi ola bilməz və icarə haqqı artırılması üçün əsas deyildir. Çünki, tərfəflərin öhdəlikləri 28 oktyabr 2020-ci il tarixli 001/20/V nömrəli Birgə fəaliyyət müqaviləsi və 01 noyabr 2020ci i tarixli icarə müqaviləsi ilə qəbul edilmişdir. Həmin müqavilərə əsasən icarə haqqı razılaşdırılmış və vergi orqanına təqdim edilmişdir. İddiaçı torpağın icarəyə verilməsi barədə müqavilə bağlaya bilməzdir ki, bunun səbəbi torpağın subicarəyə verilməsi bparədə razılıq olmamışdır. Bu səbəbdən də həmin 10 fevral 2023-cü il tarixli AKT və 1 nömrəli Əlavə etibarsızdır. Həmin müqavilələrə əsasən icarə haqqı münasibətləri 1 nömrəli Əlavə ilə deyil müqavilələrdə şərtləndirilmiş öhdəliklər göstərilmişdir. Məhkəmə qətnamə qəbul edərəkən müqavilə münasibətlərinə əhəmiyyət verməmiş heç bir hüquqi əsası olmayan 1 nömrəli Əlavəyə istinad etmişdir ki, bu da əqd sayıla bilməz. Çünki, əhəsmiyyətsiz və etibarsız əqddir ki, tərəflər arasında hüquq münasibətlərini müqavilələr ilə tənzimlənir. Qeyd olunanlara əsasən Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin tamamilə rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətlərinə yazılı etiraz daxil olmamışdır.

31. Məhkəmə kllegiyasının qərardadı ilə şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosessə cəlb olunmuşdur.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X6 özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək onun təmin edilməsini, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək onun təmin edilməsini, eyni zamanda Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə1, eyni zamanda iddiaçının digər nümayəndəsi X5 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətlərinə etiraz edərək onların təmin edilməməsini və iş üzrə Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi - Şəki Ərazi şöbəsinin baş məsləhətçisi X4 iş üzrə Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

36. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətlərinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

37. İş üzrə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

38. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla)və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər göstərilmişdir.

39. Maddə 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.

40. Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.

41. Maddə 242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər.

42. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

43. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

44. Maddə 331.2. Qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.

45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

46. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

47. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

48. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

49. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

50. Maddə 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir.

51. Maddə 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir.

52. Maddə 712.1. İcarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: - 712.1.1. torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin. ...

Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:

53. Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

54. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

55. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

56. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

57. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

61. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

62. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

63. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

64. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

65. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

66. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

67. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı ....Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və xahişlərini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)- 654/2023 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalıdır.

70. Belə ki, birinci instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

71. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

72. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

73. İlk iddianı təmin edən, qarşılıqlı iddianı isə rədd edən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ...icarə müqaviləsinə əsasən təqribən 8333,33 kv.m obyekt cavabdehin icarəsinə verilmiş, obyekt faktiki olaraq təhvil verildikdən sonra ərazi ölçülmüş və nəticədə cavabdeh tərəfindən 8333,33 kv.m deyil, 54000 kv.m ərazidən istifadə etməsi müəyyən edilməklə akt tərtib edilmiş və icarə müqaviləsinin 2.5-ci bəndi əsas götürülməklə akt əsasında icarə müqaviləsinə 1 nömrəli əlavə imzalanmışdır. İcarə müqaviləsi və 1 nömrəli əlavə etibarlı əqd olduğundan həmin icarə müqaviləsi əsasında fevral ayı üçün 26714 manat, mart ayı üçün 45667 manat, aprel ayı üçün 45667 manat, may ayı üçün 45667 manat, iyun ayı üçün 45667 manat, iyul ayı üçün 45667 manat, avqust ayı üçün 45667 manat olmaqla ümumilikdə 300716 manat borc cavabdehdən tutularaq iddiaçı cəmiyyətə ödənilməlidir. Eyni zamanda fevral ayı üçün icarə haqqı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 8333,33 manat icarə haqqına əsasən 2678,57 manat (8333,33 manat / 28 gün x 9 gün) və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək 54000 manat icarə haqqına əsasən 36642,85 manat (54000 manat / 28 gün x 19 gün) müəyyən edilmişdir. Bundan həmin ay üçün ödənilmiş 8333,33 manat çıxıldıqda (2678,57 + 36642,85 = 39321,42 – 8333,33 = 30988,09) fevral ayı üçün icra haqqı 30988,09 manat təşkil edir. Lakin iddiaçı 2023-cü ilin fevral ayı üçün 26714 manat tələb etdiyindən və məhkəmə tələbdən kənara çıxmağa haqlı olmadığından fevral ayı üçün borc iddiaçının tələbi üzrə 26714 manat məbləğində cavabdehdən tutulmalıdır. - Qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Hazırkı iş üzrə tərəflər mübahisə predmeti olan aktla ərazinin ölçülməsini həyata keçirmiş və müqaviləyə 1 nömrəli Əlavə ilə müqaviləni dəyişdirmişlər ki, bu da qanunvericiliyin və tərəflər arasında imzalanmış nüqavilənin 2.5-ci bəndinin tələblərinə zidd deyildir. Müqavilənin həmin bəndində tərəflər obyektin faktiki olaraq təhvil verildikdən sonra yekun ölçmə işlərinın aparılacağı və zəruri olarsa icarə haqqı səthinin yekun real sahəsinə müvafiq olaraq uyğunlaşdırılacağı barədə razılığa gəlmişlər və mülki qanunveicilik də müqavilənin dəyişdirilməsinə tərəflərin razılığı ilə yol verir. - Bu səbəbdən də məhkəmə qarşılıqlı iddia tələbi ilə mübahisələndirilən sahəsinin ölçmə aktını və müqaviləyə 1 nömrəli əlavəni icarə müqaviləsini tərkib hissəsi kimi, yəni əqd kimi qiymətləndirərək hesab edir ki, mübahisələndirilən əqdlərin etibarsızılığı üçün qanuni əsas mövcud deyildir. ...

74. Məhkəmə kollegiyası aşağıda göstərilənlər səbəbli birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır.

75. Müəyyən edilmişdir ki, "xxxx" ASC-nin bütün əmlakları xx.xx.2014-cü ildə tam şəkildə özəlləşdirilmiş və ASC-nin mülkiyyətində olan ünvan 1 Tütün qəbulu məntəqəsinin yerləşdiyi 60486, 40 kv.m torpaq sahəsi dövlət mülkiyyətində qalmışdır. Həmin torpaq sahəsinin sərəncamçısı (vəkil edilmiş dövlət orqanı) qismində çıxış edən Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2022-ci il tarixdə 2 il müddətinə İddiaçı ASC-nin müvəqqəti icarəsinə verirmişdir. Bundan əvvəl iddiaçı və cavabdeh arasında 01 noyabr 2020-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin şərtlərinə görə iddiaçı mülkiyyətində olan Tütün qəbulu məntəqəsinin yerləşdiyi 60486, 40 kv.m torpaq sahəsinin 8333,33 kv.m hissəsini icarə haqqı 1 kv.m üçün 1 manat nəzərdə tutulmaqla cavabdehə icarəyə vermişdir. İcarə müqaviləsinin qüvvədə olma müddəti 10 il müəyyən edilmişdir. 10 fevral 2023-cü il tarixdə tərəflər müvafiq olaraq icarəyə verilən sahənin və icarə məbləğinin artırılması barədə razılığa gəlmiş və bunu 01 noyabr 2020-ci il tarixli müqaviləyə 1 nömrəli Əlavə formasında rəsmiləşdirmişlər. Həmin 1 nömrəli Əlavəyə əsasən icarəyə verilən sahə 54.000 kv.m, aylıq icarə haqqı isə 1 kv.m üçün 1 manat olmaqla 54000 manat müəyyən edilmişdir. 1 saylı şərtlərinə görə cavabdeh 10 fevral 2023-cü il tarixindən etibarən 54000 manat icarə haqqını hər ay iddiaçı "xxxx" ASC-yə ödəməli idi. Cavabdeh icarə haqqının ödənilməsi ilə bağlı 10 fevral 2023-cü il tarixli 1 nömrəli Əlavədə qeyd edilən məbləğdə icarə haqqını ödəməkdən imtina edərək həmin 1 saylı Əlavənin və icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında 10 fevral 2023-cü il tarixli aktın etibarsız olduğunu bildirmişdir. İddiaçı tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarəçinin 2023-cü ilin fevral-avqust ayları üzrə icarə haqqını müəyyən edilmiş yeni məbləğdə ödəmədiyini əsas gətirərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişir. Cavabdeh qarşılıqlı iddia verərək ilk iddia tələbinin rədd edilməsi, 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsinə 10 fevral 2023-cü il tarixli 1 nömrəli Əlavənin və 10 fevral 2023-cü il tarixli Aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətləri vermişlər.

76. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir.

78. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

79. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

80. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4).

81. Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

82. Ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur.

83. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2014-cü ildə tam şəkildə özəlləşdirdiyi ünvan 1ində Tütün qəbulu məntəqəsinin yerləşdiyi 60486,40 kv.m torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsinin sərəncamçısı (vəkil edilmiş dövlət orqanı) Əmlak Məsələləri Dövlət Xidmətidir.

84. Həmçinin iş materialları müəyyən olunur ki, Əmlak Məsələləri Dövlət Xidməti sözügedən torpaq sahəsini iddiaçının icarəsinə xx.xx.2022-ci il tarixdə 2 il müddətinə vermişdir.

85. İş materialları ilə o da müəyyən olunur ki, iddiaçı 2020-ci ildə dövlət mülkiyyətində olan torpaq sahəsini özünün icarəsində olmadığı halda, heç bir qanuni əsas olmadan cavabdehin subicarəsinə vermişdir.

86. Halbuki, qanunun tələbinə və Əmlak Məsələləri Dövlət Xidməti ilə sonradan bağlanmış icarə müqaviləsinin şərtinə görə iddiaçı özünün qanuni icarəsində olan torpaq sahəsinı yalnız icarayəverənin yazılı razılığına görə subicarəyə verərdi. İndiki halda bu baş verməmişdir. İddiaçı bu barədə nə 2020-ci ildə, nə də 2023-cü ildə əmlakın sərancamçısına müraciət etmişdir. (16-cı bənd)

87. Belə olan halda 2020-ci ildə iddiaçının torpaq sahəsini başqa şəxsin subicarəsinə verilməsinə və sonradan həmin müqaviləyə dəyişikliklər etməyə səlahiyyəti olmamışdır.

88. Qeyd edilməlidir ki, mübahisələndirilən əqdi etibarsız hala gətirən hüquqi səbəb məhkəmə qərarı deyil, mübahisələndirmə faktının özüdür. Konstitusiya Məhkəməsinin də qərarında “Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. ...istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır.” kimi hüquqi mövqeləri ona dəlalət edir ki, mübahisə edilən əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürmək zərurəti yoxdur, etibarsızlıq nəticəsini mübahisələndirmə faktı (iddiadan və məhkəmədən kənarda) əmələ gətirir. Çünki, etibarsızlıq bir nəticədirsə həmin nəticəni əqdi mübahisə etmək hüququna malik olan şəxsin hərəkəti təmin edir. Bu hərəkətlə, yəni iradə ifadəsi qarşı tərəfə bildirilməklə etibarsızlıq nəticəsi qanuna əsasən yaranmış olur. Bunun üçün hüquq sistemimiz əlavə şərtlər - iddia tələbinin irəli sürülməsi, məhkəmənin qərar çıxarması və s. tələb etmir. Amma bu məsələlərlə bağlı tərəflər arasında mübahisə yarandıqda həmin ixtilaf təbii ki, məhkəmə tərəfindən həll olunur.

89. Ona görə də Konstutisiya Məhkəməsinin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqeyinə görə tərəflər arasında 01 noyabr 2020-ci ildə bağladıqları icarə müqaviləsi etibarsızdır.

90. Həmin müqavilə etibarsız olduğundan müqavilənin şərtlərinin dəyişdirilməsi barədə 10 fevral 2023-cü il tarixli 1 nömrəli Əlavə və 10 fevral 2023-cü il tarixli Akt da etibarsız hesab edilməlidir.

91. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları).

92. Lakin birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və iddiaçını təmsil edən nümayəndənin izahatına istinad etməklə yekun məhkəmə aktı qəbul etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.

93. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

94. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

95. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

96. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətlərinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

97. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddia tələbini təmin etməkdə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə ilk iddianın rədd edilməsinə, qarşılıqlı iddianın isə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(117)-654/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı “icarə müqaviləsi əsasında fevral ayı üçün 26714 manat, mart ayı üçün 45667 manat, aprel ayı üçün 45667 manat, may ayı üçün 45667 manat, iyun ayı üçün 45667 manat, iyul ayı üçün 45667 manat, avqust ayı üçün 45667 manat olmaqla ümumilikdə 300716 manat borcun, 400 manat mediasiya xərcinin və 191 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” ilk iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xx.xx.2023-cü il tarixli 1 nömrəli Əlavə və xx.xx.2023-cü il tarixli Akt (icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında) etibarsız hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar