Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-88/2025 04.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının İddiaçı (VÖEN **********) Cavabdeh (VÖEN **********) qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi X15 qızının katibliyi, apellyasiya şikayəti vermiş İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil, apellyasiya şikayəti vermiş Cavabdeh və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, İddiaçı (VÖEN **********) Cavabdeh (VÖEN **********) qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-2(117)-9/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı (VÖEN **********) 13 fevral 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN **********) qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış binasından mülkiyyət hüququnun həyata keçirilməsinə yaratdığı maneə nəticəsində vurduğu maddi ziyanın (əldən çıxmış fayda) əvəzi olan 70800 (yetmiş min səkkiz yüz) manat pulun və mənəvi zərərin əvəzi olan 2000 (iki min) manatın Cavabdeh tutularaq (alınaraq) ona verilməsi (ödənilməsi) barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan ünvan 3 saylı mağaza binası və onun yerləşdiyi torpaq sahəsini Cavabdeh uzun illərdir ki, zəbt edib ondan qanunsuz istifadə edir. 2018-ci ildən cavabdehin qeyd olunan mağaza binasından çıxarılması bağlı Zaqatala Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə qətnamələrinə əsasən, mülkiyyətində olan daşınmaz əmlakın (qeyri-yaşayış binasının) cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsi müəyyən edilmiş və onun həmin əmlakdan çıxarılması qət edilmişdir. Lakin, uzun müddətdir ki, cavabdeh qeyd olunan məhkəmə qətnamələrinin icrasına maneçilik törədir və onun həmin qeyri-yaşayış binasından gəlir əldə etməyinin qarşısını alır. Cavabdehə 2018-ci ildən bu yana dəfələrlə başqa şəxslər tərəfindən həmin binanı onlara icrayə verməyi ilə bağlı təkliflər gəlsə də, cavabdeh həmin əmlakdan çıxmadığı üçün binanı icarəyə verə bilməmişdir. Cavabdehl isə hazırda da həmin binada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edir. Təkrar-təkrar cavabdehin diqqətinə çatdırmışdır ki, Zaqatala şəhəri, İ.Şamil küçəsi, 20 saylı mağaza binası onun xüsusi mülkiyyətidir və onlar həmin binadan qanunsuz olaraq istifadə edərək Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüququnu kobud şəkildə pozur. Məlumat üçün bildirir ki, cavabdehin qanunsuz müdaxiləsi olmasa idi, o, qeyd olunan qeyri-yaşayış binasını icarəyə verməklə 2018-ci il üçün 12000 manat, 2019-cu il üçün 10800 manat, 2020-ci il üçün 9600 manat, 2021-ci il üçün 10800 manat, 2022-ci il üçün 12000 manat, 2023-cü il üçün 13200 manat, 2024-cü ilin yanvar və fevral ayları üzrə isə 2400 manat, ümumilikdə 70800 manat gəlir əldə edə bilərdi. Lakin, cavabdehin qanunsuz müdaxiləsinə görə o, ümumilikdə 70800 manat gəlir əldə etməkdən məhrum olmuşdur və cavabdehin həmin əmlakı ona təhvil vermədiyi vaxt üçün də məhrum olmaqda davam edir. Cavabdehin qeyd olunan qanunusuz hərəkətlərinə görə ona mənəvi zərər də dəymişdir. Artıq 7 ildir ki, nə öz əmlakından istifadə edə bilir, nə də cavabdehin qanunsuz istifadəsinin qarşısını ala bilir. Hesab edir ki, cavabdehin ona vurduğu mənəvi zərərin qarşılığı 2000 manatdır (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Repsublikası Konstitusiyasının 12, 13, 29 və 60-cı maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 152.1, 152.5, 157.2, 157.4, 157.8 və 1097.1-ci maddələri ilə əsaslandırılmışdır). İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsində məhkəmə prosesi başlandıqdan sonra Cavabdeh 11 mart 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinə qarşı yazılı ərizə (Etiraz) təqdim edərək, tam əsassız olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia tələbinə qarşı Etirazını onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 499 kv.m-lik əmlak kompleksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılmasına dair qətnamə qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021 saylı qətnaməsindən tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(107)-210/2022 saylı qətnaməsinə əsasən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021 saylı qətnaməsinə əsasən 17 oktyabr 2022-ci il tarixdə icra vərəqəsi verilmiş və qərar icra edilməsi üçün Zaqatala rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Məhkəmənin diqqətinə onu çatdırmaq istəyir ki, o, həmin ünvanda ümumiyyətlə yaşamır. ünvan 2kildə icra olunmuş və Zaqatala rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra isə, Cavabdeh 07 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinə qarşı yenidən yazılı Etiraz təqdim edərək, əsassız olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia tələbinə qarşı həmin Etirazını onunla əsaslandırmışdır ki, İddiaçı bir dəfə maddi və mənəvi zərər tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. 2003-2008-ci və 2009-2020-ci illərdə guya onun təklifi ilə bazar qiymətinə uyğun məbləğlə, razılaşma qiymətlərini özündən uyduraraq məhkəməyə müraciət etmişdir. Həmin işlə bağlı bütün məhkəmələr öz qiymətini vermiş və onun iddiası rədd edilmişdir. Şəki Kommersiya Məhkəməsinə müraciət edəndə isə yeni ekspert tapıb, yeni ekspertin qiymətləri ilə onu “yükləməyə” çalışır. Sözü gedən mağaza binasında Hacıömər heç vaxt olmayıb, bina harda və nə vəziyyətdə olduğunu heç vaxt bilməyib. Çünki, həmin əmlak Hacıömər tərəfindən alınmayıb, binanı Hacıömərin adına o, sənədləşdirmişdir. Buna səbəb isə X1 növbəti satılan binası onun özünün adına sənədləşdirilməliydi. Hər iki binanın Texniki posportunu o, öz vəsaiti ilə hazırlatmişdır. Sözü gedən binanın alınmasına vəsait də özü tərəfindən ödənilmişdi. Ödəniş qəbzlərin üzərindəki imzalar da onundur. Həmin imzalarla bağlı ekspertin rəyi mövcuddur. Növbəti alınası binanın ödənişini isə Hacıömərin əmisi oğlu Nazim ödəməliydi. Həmin bina yerləşən ərazi 40 sot, qiyməti onun aldığı binaların qiymətindən 5 min manat baha olduğundan, Nazim almaqdan imtina etmişdi. Buna görə də, o, Hacıömərin adına sənədləşdirilmiş binanın özünün adına sənədləşdirməkdən ötrü Nazimlə bir neçə dəfə söhbət etmişdir. Qarşı tərəf olaraq, Nazim “biznes dağılmasın” deyərək, ona iki dəfə baş etibarnamə verib, onu aldatmağa nail olmuşdu. Nazim ona demişdi ki, “sənin böyük oğlunun 18 yaşı bitəndə, sənin vəsaitinlə alınan mağaza binasını və birgə aldıqları Hamam binasının isə sənin payının 3/1 hissəsini sənin adına yox, oğlun Mustafanın adına sənədləşdirəcəkdir”. O, isə münasibətlərinin qorunması üçün Nazimə etiraz etməmişdir. 2018-ci ilin sentyabrın 2-sində oğlunun 18 yaşı tamam olurdu. Həmin vaxt isə Nazimin vəd verdiyi əmlaklarının əvəzinə, “əmlaklarından çıxarılması” barədə qarşı tərəfin məhkəmə bildirişini almışdır. O, məhkəməyə veriləndə, ona verilən etibarnamənin möhləti bitməmişdi. Bu barədə, o, Nazimin anası ilə söhbət etmiş və Nazimin anası ona demişdi ki, “Nazim sənin payını sənə verəcək, sən Nazimə qarşı agressiv olma”. Şəki Kommersiya Məhkəməsində iş üzrə aparılan məhkəmə hazırlıq mərhələsində İddiaçı nümayəndəsi 08 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən qeyri-yaşayış binasından mülkiyyət hüququnun həyata keçirilməsinə yaratdığı maneə nəticəsində vurduğu maddi ziyanın (əldən çıxmış fayda) əvəzi olan 70800 (yetmiş min səkkiz yüz) manat pulun, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən qeyri-yaşayış binasına aid 11 noyabr 2004-cü il tarixli, 399 inventar nömrəli texniki pasportda "ç" tikilisi kimi qeyd olunmuş uzunluğu 27 metr, eni 5,4 metr olan anbar binasının dəyərinin əvəzi olaraq 7500 (yeddi min beş yüz) manat pulun və mənəvi zərərin əvəzi olan 2000 (iki min) manat pulun tutularaq (alınaraq) İddiaçı verilməsi (ödənilməsi) barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı qaldırmış olduğu və Zaqatala Rayon Məhkəməsinin icraatında olan işin məhkəmə qərardadı əsasında ekspert tərəfindən keçirilmiş baxış əsnasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış binasına aid texniki pasportda "ç" tikilisi kimi qeyd olunmuş uzunluğu 27 metr, eni 5,4 metr olan anbar binasını sökmüş və söküntüdən əldə olunmuş materiaları özü üçün istifadə etmişdir. Cavabdeh bu hərəkəti ilə də cavabdehə ümumilikdə 7500 (yeddi min beş yüz) manat maddi ziyan vurmuşdur. Odur ki, iddiaçı tərəfin hazırkı ərizə ilə məhkəməyə müraciət etməyinin səbəbi iddianın həcminin artırılması ilə bağlıdır. Bundan sonra isə, İddiaçı nümayəndəsi 20 fevral 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbi üzrə ərizə təqdim edərək, həmin ərizədə göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin tələb hissəsində iddiaçı “əldən çıxmış fayda qismində dəymiş zərər” dedikdə, iddiaçı “cavabdehin qanunsuz müdaxiləsi olmasa, qeyd olunan daşınmaz əmlakı icarəyə verəcəyi təqdirdə əldə edəcəyi gəliri” nəzərdə tutmuşdur. Birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı mübahisə üzrə aşağıda qeyd olunan sənədlər məhkəməyə təqdim olunmuşdur: - Notarial qaydada verilmiş 04 dekabr 2006-cı il tarixli, ƏN-İ № 073242 saylı Etibarnamə: Həmin Etibarnamədən görünür ki, etibar edən İddiaçı 04 dekabr 2006-cı ildə beş il müddətinə, yəni 04 dekabr 2011-ci il tarixinədək etibar edilən Cavabdeh həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün (etibar edənin) bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona (etibar edənə) çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ ve ictimai təşkilatlarda onun (etibar edənin) adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ və icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edir; - Notarial qaydada verilmiş 21 avqust 2009-cu il tarixli, ƏN-İ № 154202 saylı Etibarnamə: Həmin Etibarnamədən görünür ki, etibar edən İddiaçı 21 avqust 2009-cu ildə on il müddətinə, yəni 21 avqust 2019-cu il tarixinədək etibar edilən Cavabdeh həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün (etibar edənin) bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtlən müəyyən etməklə qanunla icazə verilmiş bulun əqdlərı, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (gırovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər uzrə haqq-hesab aparmağı, miras, qəbul etməyi və yaxud ondan imtina elməyi pulun şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona (etibar edənə) çatası əmlakı, pulu, əmanəti, qiymətli, kağızları, eləcə də sənədləri, almağı, bank orqanlarında olan hesablar uzərində sərəncam verməyi, poçt, teleqraf, qıymətli, və digər hər cür məktubları və baratları almağı, butun dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun (etibar edənin) adından ərizə verməyi, işləri aparmağı qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmışə venlmış butun hüquqlarla, o cümlədən işi sulh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlak və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona (etibar edənə) aid olan mulki işləri aparmağı, bu tapşırığın yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edir; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış: Həmin Çıxarışdan görünür ki, Zaqatala şəhərinin İ.Şamil küçəsində Bələdiyyə mülkiyyətində olan 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksi İddiaçı adına xüsusi mülkiyyət kimi 31 may 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır (Daşınmaz əmlakın reyestr nömrəsi: **********00-12301; Qeydiyyat nömrəsi: **********; Qeydiyyat tarixi: xx.xx.2019); - Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(033)-661/2021 nömrəli qətnaməsi: Həmin Qətnamə ilə İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) Cavabdeh çıxarılması qət edilmişdir; - Zaqatala Rayon Məhkəməsi tərəfindən Şəki Kommersiya Məhkəməsinə göndərilmiş 29 mart 2024-cü il tarixli 1-691/2024 nömrəli məktub: Həmin məktubda göstərilir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-661/2021 nömrəli qətnaməsi xx.xx.2022-ci ildə qanuni qüvvəsini almış və 17 oktyabr 2022-ci il tarixdə qətnamə üzrə icra sənədi icra edilməsi üçün Zaqatala rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. - Zaqatala rayon İcra və probasiya şöbəsinin 26 fevral 2024-cü il tarixli qərarı və xx.xx.2023-cü il tarixli Aktı: Həmin sənədlərdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-661/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Belə ki, icra sənədi üzrə borclu göstərilən (Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyriyaşayış binası)) ünvanda yaşamadığını bildirmiş və həmin ünvana girməyəcəyi barədə ondan iltizam alınmışdır. Bu barədə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə Akt tərtib edilmişdir. - Eyni zamanda, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı məhkəməyə mübahisə predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyləri, tərəflər arasında baş tutmuş çoxsaylı məhkəmə işləri üzrə qəbul edilmiş məhkəmə aktları və digər sənədlər təqdim olunmuşdur.
2. Birinci instansiya məhkəməsində icraat
Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 20 fevral 2025-ci il tarixli 2-2(117)-9/2025 nömrəli qətnaməsi ilə İddiaçı (VÖEN **********) Cavabdeh (VÖEN **********) qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilmiş və həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: “İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh maddi ziyanın əvəzi olaraq 51.600 manat məbləğində pul və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-2(117)-9/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə ilk öncə sübutların məcmusuna, işin hallarına hərtərəfli qiymət verərək qeyd edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Məhkəmə tərəfindən tərəflər arasında olan mübahisəyə münasibətdə qeyd edir ki, hazırki mübahisə özgənin əmlakını qanunsuz istifadə etməklə mülkiyyətçiyə həmin əmlakdan gəlir gəlməsinə maneə törədən hüquqa zidd əməldən irəli gəlir. İddiaçı cavabdeh tərəfindən ona məxsus əmlakdan qanunsuz istifadə edildiyinə görə həmin əmlakı icarəyə verə bilməməsi səbəbindən ona ziyan dəydiyini iddia edir və iddia tələbində də cavabdehdən əmlakının qanunsuz istifadəsində olduğu müddətdə icarəyə verə biləcəyini hesab edərək ondan icarə haqqının əvəzi kimi ona dəymiş ziyanı tələb edir. Bu istiqamətdə araşdırılma aparılan zaman iddiaçının əmlakının həqiqətən qanunsuz istifadə olunduğu cavabdehin məhkəmə iclaslarında verdiyi izahatla öz təsdiqini tapır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında yaranan hazırki mübahisə cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasından cavabdeh tərəfindən qanunsuz istifadə etdiyi müddətdə iddiaçı tərəfindən həmin daşınmaz əmlakdan gəlir götürə bilməməsi səbəbindən ona dəyən ziyanın cavabdehdən tələb edilməsi ilə bağlıdır. Belə ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-661/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh İddiaçı mülkiyyətində hazırkı iddiada mübahisə predmeti olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsin üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılması qət edilmiş və həmin qətnamə xx.xx.2022-ci ildə qanuni qüvvəsini almışdır. Həmin qətnamədə iddiaçının əmlakının cavadeh tərəfindən qanunsuz istifadə edilməsi müəyyən edilmişdir. Göstərilən hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt olduğundan iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilmir və yenidən sübut edilmir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Cavabdeh Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksində (mağazalı qeyri-yaşayış binası) yaşamadığı üçün icraata xitam verilmişdir. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh özü iddiaçıya məxsus Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) çıxmış olsa da, həmin ünvanda sahibkarlıq fəaliyyətilə davamlı olaraq məşğul olur, yəni təndir işlədir və oradan gəlir əldə edir. Həmçinin onun ailə üzvləri də göstərilən ünvanda yaşayır. Hazırki dövrdə də xəstə olması ilə əlaqədar ailə üzvləri ilə birlikdə Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən mağazadan yaşayış evi kimi istifadə edərək orada yaşayır. Bu faktı cavabdeh məhkəmə iclaslarında verdiyi izahatla təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən Cavabdeh 21 avqust 2009-cu il tarixindən 21 avqust 2019-cu il tarixinədək 10 il müddətinə verilən etibarnamədə İddiaçı onun bütün əmlaklarını idarə etmək və onun üzərində sərəncam vermək kimi öz hüquqlarını Cavabdeh etibar etmişdir. Bu yazılı əqdetibarnamə əsasında Cavabdeh iddiaçıya məxsus əmlaklar, o cümlədən Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) istifadə edərək gəlir götürmüşdür. Belə olduğu halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus əmlakdan 21 avqust 2009-cu il tarixindən 21 avqust 2019-cu il tarixədək istifadə edərək gəlir əldə etməsinin qanuni əsası olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ona məxsus Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyriyaşayış binası) istifadə nəticəsində cavabdehdən 2019-cu ilin 21 avqust tarixədək olan müddətdə ona dəymiş maddi zərərinin əvəzini tələb etməkdə haqlı deyildir. Həmçinin iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamənin ləğvi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Qeyd edilən etibarnamən müddəti 21 avqust 2019-cu il tarixdə bitmiş, lakin cavabdeh iddiaçıya məxsus daşınmaz əmlakda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda davam edir. Həmçinin tərəflər arasında icarə müqavilə münasibətləri olmadığı da müəyyən edilmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, 21 avqust 2019-cu il tarixdə iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamə qüvvədən düşdüyündən, həmin tarixdən sonrakı müddət ərzində cavabdehin iddiaçıya məxsus Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) istifadə etməsi qeyri-qanuni şəkildə həyata keçirilmişdir. Cavabdeh 21 avqust 2019-cu il tarixdən etibarən Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) qanuni əsas olmadan isifadəsi nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Məhkəmə iddiaçıya dəymiş maddi zərərin məbləğini müəyyən edərkən Mərkəzi Ekspertiza Bürosu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MEB/01-7045/25 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi ekspertizası üzrə hesabata əsaslanır. Belə ki, hesabata əsasən Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış binasının 2019-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün hər ay 900 manat icarə haqqı olmaqla cəmi 3600 manat, 2020-ci il üçün hər ay 800 manat olmaqla cəmi 9600 manat, 2021-ci il üçün hər ay 900 manat olmaqla cəmi 10 800 manat, 2022-ci il üçün hər ay 1000 manat olmaqla cəmi 12 000 manat, 2023-cü il üçün hər ay 1100 manat olmaqla, cəmi 13 200 manat, 2024-cü ilin fevral ayınadək 2400 manat məbləğində icarə haqqı müəyyən edilmişdir. Nəticə etibarilə, cavabeh Cavabdeh iddiaçıya məxsus Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) qanuni əsas olmadan istifadəsi nəticəsində 2019-cu ilin sentyabr ayından 2024-cü ilin fevral ayınadək olan dövr ərzində (3600+9600+10800+12000+13200+2400) cəmi 51600 manat məbləğində dəymiş ziyan Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, “zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.” Qeyd olunan normaların tələblərini və yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır və cavabeh Cavabdeh maddi ziyanın əvəzi olaraq 51.600 manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin artırılması barədə ərizədə qeyd olunan “Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yeləşən “Ç” tikilisinin dəyəri olan 7000 manat məbləğində pulun cavabehdən tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyriyaşayış sahəsində olmuş “Ç” tikilisinin cavabdeh tərəfindən söklüməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı yalnız həmin tikilinin dəyəri barədə ekspert rəyini təqdim etmişdir. Həmin rəy də mövcud olmayan tikili barədə verildiyindən sübut kimi əhəmiyyətini itirmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında da göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir və bu zaman iddiaçının əksi olan hala istinad edən şəxs həmin halları sübut etməlidir. Məhkəmə eyni zamanda cavabdehdən 2000 manat mənəvi zərər tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 4-cü bəndinə əsasən Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (“Luluyev və digərləri Rusiyaya qarşı” iş üzrə 2006-cı il 9 noyabr tarixli, “Pelipenko Rusiyaya qarşı” iş üzrə 2014-cü il 16 yanvar tarixli, “Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının əmlakından cavabdeh tərəfindən 5 ildən artıq müddətdə qanunsuz istifadə olunması və onun əmlakından məhrum olması iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi üçün yetərli əsasdır. Lakin bu cür mənəvi sarsıntı nəticəsində dəymiş mənəvi zərərin ağırlıq dərəcəsini müəyyən etmək mümkün olmasa da, işin hallarını nəzərə almaqla mənəvi zərərin əvəzi olaraq cavabdehdən 200 manat pulun tutularaq iddiaçıya ödənilməsi ağlabatandır. Belə ki, iddiaçı ona dəymiş mənəvi zərərin 2000 manat dəyərində olmasını sübuta yetirə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh maddi ziyanın əvəzi olaraq 51.600 manat pul və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul tutularaq tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması tələb edilmədiyindən ödənilmiş dövlət rüsmumu iddiaçıya aid edilir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 135.4, 135.10, 152.5, 152.8, 157.5, 359.1, 362.1, 362.2, 363.1, 365.1, 365.1.1, 560.1, 560.2, 560.3.4, 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 82.3, 119.1, 217.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-2(117)-9/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, (apellyasiya şikayətini nümayəndə (vəkil) Vəkil imzalamışdır), Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2- 2(117)-9/2025 nömrəli qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, e-2-2(117)-9/2025 iş nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, cavabeh Cavabdeh maddi ziyanın əvəzi olaraq 51.600 manat məbləğində pulun və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin, iddiaçı tərəf hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin hazırda mübahisələnidirlən qətnaməsi iddianın təmin edilmədiyi hissədə aşağıda qeyd olunan səbəblərdən qanunsuz və əsassızdır: İ. Şəki Kommersiya Məhkəməsinin, dəymiş ziyanın 21 avqust 2019-cu il tarixdən hesablanması arqumentinə münasibətdə: Şəki Kommersiya Məhkəməsi qətnaməsində qeyd edir ki, “.... 22. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, 21 avqust 2019-cu il tarixdə iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamə qüvvədən düşdüyündən, həmin tarixdən sonrakı müddət ərzində cavabdehin iddiaçıya məxsus Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) istifadə etməsi qeyri-qanuni şəkildə həyata keçirilmişdir. Cavabdeh 21 avqust 2019-cu il tarixdən etibarən Zaqatala şəhəri, İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) qanuni əsas olmadan isifadəsi nəticəsində iddiaçıya maddi zərər dəymişdir.” Halbuki, iş materiallarından da göründüyü kimi, tərəflər arasında əmlak kompeksi ilə bağlı mübahisə 2018-ci ildən başlamışdır və Cavabdeh həmin kompleksin öznə məxsus olduğunu iddia edərək, oradan çıxmamışdır. Cavabdeh bu halı məhkəmədə də etiraf etmiş və məhkəmə iclasında hazırda da qeyd olunan daşınmaz əmlakdan istifadə etdiyini bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, həmin dövrdə etibarnamə qüvvədə olmuş olsa belə, faktik olaraq tərəflər arasında həmin əmlakla bağlı mübahisə olduğundan Cavabdeh həmin binanı tərk etməli idi. Çünki, məzmunundanda göründüyü kimi qeyd olunan etibarnamə həmin əmlakdan mülkiyyətçinin iradəsinə zidd olaraq istifadə üçün əsas yarada bilməzdi. Bunun əksi mülkiyyətçilərin Azərbaycan Respublikası Konstitusiyası, Avropa Konvensiyası, Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə təsbit edilmiş hüquqlarının kobud şəkildə pozulması deməkdir. İİ. Şəki Kommersiya Məhkəməsinin, əmlak kompleksinə daxil olan “Ç” tikilisinin dəyəri ilə bağlı sübut təqdim edilməməsi arqumentinə münasibətdə: Şəki Kommersiya Məhkəməsi qətnaməsində qeyd edir ki, “.... 26. Məhkəmə iddia tələbinin artırılması barədə ərizədə qeyd olunan “Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yeləşən “Ç” tikilisinin dəyəri olan 7000 manat məbləğində pulun cavabehdən tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olmuş “Ç” tikilisinin cavabdeh tərəfindən söklüməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı yalnız həmin tikilinin dəyəri barədə ekspert rəyini təqdim etmişdir. Həmin rəy də mövcud olmayan tikili barədə verildiyindən sübut kimi əhəmiyyətini itirmiş hesab edilir.” Apellyasiya instansiyasının diqqətinə çatdırılır ki, Şəki Apellyasiya Məhkəməsinin hazırki mövqeyinə əsasən, istənilən şəxs bir başqa şəxsin əmlakını sökməklə maddi məsuliyyətdən yaxa qurtara bilər. Bununla yanaşı, iş materiallarında olan mütəxəssis rəyləri binanın (“Ç” tikilisinin) texniki pasportda qeyd olunan tikinti materiallarına uyğun olaraq hesablanmışdır ki, bu da son nəticədə həmin rəylərin sökülmüş əmlakın dəyərini müəyyən etməyə əsas verən mötəbər sübutdlar olduğunu göstərir. İİİ. Şəki Kommersiya Məhkəməsinin “mənəvi zərərin 200 (iki) yüz manat məbləğində müəyyən edilməli olması” arqumentinə münasibətdə: Şəki Kommersiya Məhkəməsi qətnaməsində qeyd edir ki, “.... 35. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının əmlakından cavabdeh tərəfindən 5 ildən artıq müddətdə qanunsuz istifadə olunması və onun əmlakından məhrum olması iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi üçün yetərli əsasdır. Lakin bu cür mənəvi sarsıntı nəticəsində dəymiş mənəvi zərərin ağırlıq dərəcəsini müəyyən etmək mümkün olmasa da, işin hallarını müəyyən etmək mümkün olmasa da, işin hallarını nəzərə almaqla mənəvi zərərin əvəzi olaraq cavabdehdən 200 manat pulun tutularaq iddiaçıya ödənilməsi ağlabatandır. Belə ki, iddiaçı ona dəymiş mənəvi zərərin 2000 manat dəyərində olmasını sübuta yetirə bilməmişdir.” Hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə də ədalətli qətnamə qəbul etməmişdir. Belə ki, İddiaçı 5 (beş) il və hazırda da cavabdehin qanunsuz hərəkətlərinə görə öz əmlakından istifadə edə bilməməsi ona vurulmuş mənəvi zərəri müəyyən edən amillərdir. Məhkəmə isə iddiaçı tərəfindən olduqca az miqdarda müəyyən etdiyi mənəvi zərərə görə kompensasiyanı 200 manat müəyyən etməklə iddiaçının hüquqlarını pozmuşdur (Bundan sonra apellyasiya şikayətində Azərbaycan Repsublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin və Azərbaycan Respublikası Mulki Məcəlləsinin 21, 152.1, 152.5, 157.2, 157.4 və 1097.1-ci maddələrinin məzmunu qeyd olunmuşdur). Beləliklə, Şəki Kommersiya Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Bununla da, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.1, 76, 82 və 88-ci maddələrinin tələblərini pozmuşdur ki, bu da son nəticədə qəbul edilmiş qətanamənin qanuni və əsaslı olmamasına əsas yaratmışdır. Eləcə də, Cavabdeh da “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2- 2(117)-9/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-2(017)-9/2025 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması və həmin hissə üzrə də iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasından mülkiyyət hüququnun həyata keçirilməsinə yaratdığı maneə nəticəsində vurduğu maddi ziyanın (əldən çıxmış fayda) əvəzi olan 70.800 manat, Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış binasına aid 11 noyabr 2004-cü il tarixli, 399 inventar nömrəli texniki pasporda “Ç” tikilisi kimi qeyd olunmuş, uzunluğu 27 metr, eni 5,4 metr olan anbar binasının dəyərinin əvəzi olaraq 7500 manat pulun və mənəvi zərərin əvəzi olan 2000 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-9/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və Cavabdeh maddi ziyanın əvəzi olaraq 51.600 manat məbləğində pul və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı iddia tələbində əldə edəcəyi gəlirlərin (əldən çıxmış fayda) onun qanunsuz hərəkətləri nəticəsində baş verməsi ilə bağlı əsaslandırmışdır. İşə baxan məhkəmə isə belə qənaətə gəlmişdir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçı əmlakından məhrum edilmiş və habelə hüququ pozulmasaydı, qeyri-yaşayış sahəsini icarəyə verərək gəlir əldə edə bilərdi. Lakin iddiaçı iddia ərizəsində qeyd edərək bildirir ki, cavabdehin ailəsi həmin əmlakdan çıxmadığı üçün iddiaçı binanı icarəyə verə bilmir. İddiaçının iddiasından da görünür ki, iddiaçının binanı icarəyə verə bilməməsi cavabdehin ailəsinin həmin əmlakdan çıxmamağı səbəbindəndir. Məhkəmənin diqqətinə onu çatdırır ki, İddiaçı cavabdehin ailə üzvləri X2, X3, X4, X5 və X7 “mülkiyyətində olan Zaqatala rayonu, İmam Şamil küçəsində yerləşən əmlak kompleksinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehlərin zəbt etdiyi həmin əmlakdan çıxarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-115/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Cavabdehin ailə üzvləri tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilmiş və iş hal-hazırda məhkəmənin icraatındadır. İddiaçı cavabdehin ailə üzvləri X8 və digərlərinə qarşı məhkəmənin icraatında olan mülki iş baxılıb yekun qərar qəbul edildikdən sonra iddiaçının cavabdehin ailəsinə qarşı hazırki iddia tələbi ilə müraciətinə baxıla bilər. İddiaçının hazırki iddia tələbindən görünür ki, iddiaçıya məxsus əmlakdan cavabdehin ailə üzvləri çıxmadığı üçün binanı icarəyə verə bilmir. Ailə üzvlərinin hərəkətinə görə Cavabdeh hər hansı bir məsuliyyət və öhdəlik daşımır. İddiaçının gəlirdən məhrum edilməsində Cavabdeh təqsiri olmadığından iddianın Cavabdeh qarşı qaldırılması və iddianın təmin edilməsi maddi hüquq normasının pozulmasıdır. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qanunun yuxarıda qeyd olunan mövqeyi vicdanlılıq prinsipindən yanaşılır. O, məhkəmə iclaslarında vermiş olduğu izahatlarında bildirmişdir ki, həmin qeyri-yaşayış binası onun öz şəxsi vəsaiti hesabına alınmışdır. Qeyd edir ki, onların mübahisəsi ilə əlaqədar Zaqatala Rayon Məhkəməsinini icraatında 2(033)- 230/2020 saylı mülki iş olmuşdur. Həmin iş üzrə məhkəmə prosesində mülki iş üzrə dindirilmiş İddiaçı məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, sözügedən əmlakın alınması ilə bağlı heç nədən məlumatı olmamışdır. Ancaq sənədlər hazır olduqdan sonar Notariat kontoruna getmiş və alqı-satqı müqaviləsi bağlanılaraq əmlak İddiaçı mülkiyyətinə verilmişdir. Həmin əmlakın Kooperativ Cəmiyyətindən alınmasında ümumiyyətlə özü iştirak etməmiş, bununla əlaqədar aparılan əməliyyatlardan məlumatı olmamışdır. Mülki iş üzrə dindirilmiş Nəzir Muradov, Gülgəz Səfərova və Fikrət Mustafayev mağaza binasının ona satıldığını və ümumiyyətlə sənədləşmədə İddiaçı görmədiklərini bildirmişlər. Mülki iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə müəyyən olunur ki, ödəniş qəbzlərində və təhvil- təslim aktındakı imzalar ona məxsusdur. Bundan əlavə həmin bina ümumiyyətlə yararsız vəziyyətdə olmuş və onun tərəfindən əsaslı şəkildə təmir edilmişdir. Bununla bağlı çəkilmiş xərclər tələbinə dair Zaqatala Rayon Məhkəməsinin icraatında mülki iş vardır. Mülki iş üzrə ekspertiza təyin olunmuş və işin icraatı dayandırılmışdır. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi isə ümumiyyətlə iddiaçının mülkiyyətində deyildir. Həmin torpaq sahəsi Bələdiyyə mülkiyyəti olmaqla istifadədir. Qeyri-yaşayış sahəsinin bütün kommunal xidmətləri onun adına olmaqla qeydiyyatdan keçmişdir. O, həmin qeyri-yaşayış sahəsindən çıxarılsa da, həmin bina onun vəsaiti hesabına alındığından və onun hesabına əsaslı şəkildə təmir edildiyindən, mülkiyyətçi ilə bərabər həmin binada onun da hüquqları vardır. Hal-hazırda həmin qeyri-yaşayış binasına çəkilmiş xərclər ilə bağlı iddia Zaqatala Rayon Məhkəməsinin icraatındadır və o, həmin halları məhkəmə iclasında bildirmişdir. Məhkəmənin isə qeyd olunan halları nəzərə almadan qətnamə qəbul etməsi - maddi hüquq normasının pozulmasıdır. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Yuxarıda qeyd etdiyi kimi, iddiaçının hərəkətləri hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi daşıyır. İddiaçı iddia ərizəsində bildirir ki, 2018-ci ildən o, iddiaçıya məxsus əmlakı zəbt etmiş və iddiaçının gəlir əldə etməsinə maneə törətmişdir. Yuxarıdada qeyd etdiyi kimi, onların arasında 2018-ci ildən məhkəmə mübahisələri gedir. O, qanunvericiliyin cavabdehə verdiyi hüquqlardan istifadə edərək həmin qeyri-yaşayış sahəsinin alqısatqısını məhkəmə qaydasında mübahisələndimişdir. Mübahisələndirməyinə əsas ondan ibarət olmuşdur ki, yuxarıda da qeyd etdiyi kimi həmin əmlakların alınması və əmlakların əsaslı təmiri onun öz şəxsi vəsaiti hesabına olmuşdur. Bunu iddiaçının özü də məhkəmə iclasında etiraf etmişdir. İddiaçının hazırki hərəkətləri hüquqdan sui-istifadə olmaqla, əsassız gəlir əldə etməkdir. İddiaçı iddia tələbində qeyd edir ki, “cavabdehin ailəsi həmin əmlakdan çıxmadığı üçün o, binanı icarəyə verə bilməmişdir”. İddiaçin iddia ərizəsində qeyd olunan məzmuna isə məhkəmə qiymət verməmişdir. İddiaçı özü də qeyd edir ki, “Cavabdeh həmin əmlakdan çıxmışdır”. Lakin onun ailə üzvləri həmin əmlakdan çıxmadığı üçün binanı icarəyə verə bilməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi məzmundan aydın olur ki, iddiaçın gəlir əldə etməsinə maneə tərədən cavabdeh yox, cavabdehin ailə üzvləridir. Bu halda iddia niyə Cavabdeh qarşı qaldırılmışdır ? Burada iddiaya cavab verməli şəxs cavabdeh deyil, cavabdehin ailə üzvləridir. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd edir ki, “cavabdeh hazırda da həmin binada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, gəlir əldə edir”. İddiaçının bu mövqeyinə münasibət olaraq bildirir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olunan ərazi ümumiyyətlə iddiaçının istifadəsində olan 0,074650 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Belə olan təqdirdə iddiaçının qeyri-yaşayış sahəsindən gəlir əldə etməsinə maneə onun sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi tikili (çörək istehsal sexi) deyildir. Həmin tikilinin iddiaçıya məxsus tikililərə aidiyyatının olmaması və onun isifadəsində olan torpaq sahəsində yerləşməməsi mülki iş üzrə ekspertiza keçiriləcəyi tədirdə müəyyən etmək mümkün olacaqdır. Məhkəmə qətnamə qəbul edərkən iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 22 yanvar 2024cü il tarixli mütəxəssis rəyinə istinad etmişdir. Mülki iş üzrə Şəki Kommersiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə mühəndis-texniki və əmtəəşünaslıq ekspertizanın keçirilməsinə dair qərardad qəbul edilmişdir. Lakin, həmin qərardadla təyin edilmiş məhkəmə mühəndis-texniki və əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmiş və iş materialları icrasız geri qaytarılmışdır. Həmin Ekspert vəsatətində qeyd olunur ki, tədqiq olunan ünvanda baxış zamanı qərardadda ekspert qarşısına qoyulmuş birinci sualda qeyd olunan “Ç” tikilisinin (altıaçığın) faktiki olaraq mövcud olmadığı (söküldüyü) müşahidə olunduğundan qeyd olunan “Ç” tikilisinin hazırki dəyərinin müəyyən edilməsi mümkün olmaması bildirilmişdir. Qərardadda ekspert qarşısına qoyulmuş ikinci sual üzrə isə məlumatda qeyd olunur ki, mübahisə predmeti olan tikililərin yerləşdiyi ərazi üzrə anoloji qeyri-yaşayış sahələrinin kirayəsinə dair Mərkəzin baza məlumatlarında həmçinin, yerli internet saytlarında məlumat olmadığından, müqayisə metodunu tətbiq etməklə qiymətləndirmə aparılması mümkün olmamışdır. Göründüyü kimi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəy verə bilmədiyi suallara mütəxəsisin rəy verə bilməsi və məhkəmənin mütəxəssis rəyinə istinad edərək qətnamə qəbul etməsi işin obyektiv, hərtərəfli və tam aparılmaması qənaətinə gəlməyə əsas verir. Mütəxəssis rəyinə diqqətlə baxdıqda və rəyi tədqiq etdikdə müəyyən olunur ki, mütəxəssis yalnız Zaqatala rayonunda yerləşən torpaq sahələrinin və qeyri-yaşayış sahələrinin satışı ilə bağlı elanlara istinad edərək rəy vermişdir. 32 vərəqdən ibarət mütəxəssis rəyi tap.az və əmlak.az saytlarından aşkar edilərək əldə olunmuş torpaq sahələrinin və qeyri-yaşayış sahələrinin satışı ilə bağlı elanlardan və sözügedən obyektin şəkillərinə istinad olunaraq verilmişdir. Mütəxəssis rəyində mübahisə predmeti olan qeyri-yaşayış binasının icarəsinə və ətrafında yerləşən qeyri-yaşayış sahələrinin icarəsi ilə bağlı bir dənə də olsun fakta istinad olunmur. Halbuki, ekspert rəy verərkən doğru qənaətə gəlmişdir ki, mübahisə predmeti olan tikililərin yerləşdiyi ərazi üzrə anoloji qeyri-yaşayış sahələrinin kirayəsinə dair Mərkəzin baza məlumatlarında həmçinin, yerli internet saytlarında məlumat olmadığından müqayisə metodu tətbiq etməklə qiymətləndirmə aparılması mümkün olmamışdır. Bundan əlavə, o, elektron kabinetə iddiaçı ilə arasında 2021-ci ildə olan mülki iş ilə bağlı qəbul edilmiş məhkəmə qətnamələrini əlavə etmişdir. Həmin qətnamələrdə iddiaçı hazırki mübahisələndirilən pilləkənli mağaza binasının icarə haqqı 200 manat və çörək sexinin aylıq icarə haqqı 1000 manat olmaqla, ona icarəyə verdiyini qeyd edir. Lakin həmin iddia əsassız olduğundan təmin edilməmişdir. 2018-ci ildən hazırki mübahisələndirilən çörək bişirmə sexi fəaliyyətini xx.xx.2024-cü ilədək dayandırmışdır. xx.xx.2024-cü il tarixdə X6 tərəfindən qeydiyyata alınaraq çıxarış verilmişdir. Yuxarıda qeyd etdiyi kimi, çörək bişirmə sexinin iddiaçının istifadəsində olan torpaq sahəsinə və qeyri-yaşayış binasına hər hansısa bir bağlılığı olmamaqla, həmin torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Qeyd olunan tikilinin iddiaçıya hər hansısa bir aidiyyatının olmaması səbəbindən, iddiaçının gəlirdən məhrum edilməsi ilə bağlı məhkəmin mövqeyi tam əsassızdır. Eyni zamanda, qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin 2(033)-7/2023 saylı qətnaməsində qeyd olunan Pilləkənli mağaza və Çörəkxana hazırkı məhkəmə mübahisəsinin predmeti olan qeyri-yaşayış sahələridir. Beləliklə də, yuxarıda qeyd etdiklərindən bir daha görünür ki, iddia əsassızdır və təmin olunmalı deyildir.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, Cavabdeh Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(117)-9/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə apellyasiya araşdırması zamanı Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, həmin ərizəsində göstərmişdir ki, cavabdeh İddiaçı “mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsi, 20 saylı mağaza binası və onun yerləşdiyi torpaq sahəsini uzun illərdir ki, zəbt edib ondan qanunsuz istifadə etməsini” iddia edərək, ona qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, ilk öncə iddiaçının mülkiyyətində olan əmlakın onun tərəfindən zəbt edilib-edilməməsi müəyyən edilməli, bundan sonra isə iddianın əsaslılığı yoxlanılmalı idi. Lakin, birinci instansiya məhkəməsi qeyd etdiyi halları nəzərə almamışdır. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırır ki, məhkəmə aiddiyyatı qaydası da pozulmuşdur. Çünki, hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalı idi. Bunun üçün də işin aidiyyatı üzrə ümumi məhkəməyə göndərilməsini xahiş edir.
4. İş üzrə apellyasiya icraatı:
4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş İddiaçı nümayəndəsi Vəkil, apellyasiya şikayəti vermiş Cavabdeh və onun nümayəndəsi Nümayəndə gəlmişlər. Məhkəmə iclasında iştirak edən apellyasya şikayətini vermiş İddiaçı nümayəndəsi Vəkil Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-2(117)-9/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-2(117)-9/2025 nömrəli qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi və eyni zamanda, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən apellyasya şikayətini vermiş Cavabdeh Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-2(117)-9/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-2(017)-9/2025 nömrəli qətnaməsinin “iddianın təmin edilən” hissəsində ləğv olunması və həmin hissə üzrə də iddianın təmin edilməməsi, yəni ona qarşı yönəlmiş iddia tələbinin tam rədd olunması və eyni zamanda, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən apellyasya şikayətini vermiş cavabdehin nümayəndəsi Nümayəndə Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2- 2(117)-9/2025 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-2(017)-9/2025 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması və həmin hissə üzrə də iddianın təmin edilməməsi və eyni zamanda, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - İddiaçı tərəfindən apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-2(117)-9/2025 nömrəli qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi, Cavabdeh tərəfindən apellyasiya şikayətində isə “Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-2(017)- 9/2025 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması və həmin hissə üzrə də iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və eyni zamanda, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi - hüquqdan sui-istifadə əsaslarından biridir.
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi - qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, İddiaçı (VÖEN **********) və Cavabdeh (VÖEN **********) apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-2(117)-9/2025 nömrəli qətnaməsi onun tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilib, Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-2(117)-9/2025 nömrəli qətnaməsi qismən, yəni “cavabeh Cavabdeh maddi ziyanın əvəzi olaraq 51.600 manat məbləğində pul və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin” hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissələrdə də təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərlə və işin konkret halları ilə müəyyən olunur ki, hazırkı iş üzrə İddiaçı notarial qaydada tərtib və təsdiq edilmiş 04 dekabr 2006-cı il tarixli ƏN-İ № 073242 saylı Etibarnamə ilə 5 il müddətinə və 21 avqust 2009-cu il tarixli ƏN-İ № 154202 saylı Etibarnamə ilə isə 10 il müddətinə, yəni 21 avqust 2019-cu il tarixinədək “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi” hazırkı iş üzrə Cavabdeh etibar etmişdir. Lakin, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı arasında 2018-ci ildən sonra yuxarıda qeyd olunan məlum Etibarnamələrlə nəzərdə tutulan Zaqatala şəhəri İ.Şamil küçəsi-20 ünvanındakı bələdiyyə mülkiyyətində olan 0,074650 ha torpaq sahəsi üzərində yerləşən və İddiaçı mülkiyyətində olan 499 kv.m-lik əmlak kompeksi (qeyri-yaşayış binası), eləcə də ünvan 5 ünvanında yerləşən hamam binası, yeməkxana, məişət xidməti, ayaqyolu və qazanxana binası ilə əlaqədar çoxsaylı məhkəmə mübahisələri olmuş və bu mübahisələr üzrə aşağıda qeyd olunan məhkəmə qətnamələri qəbul edilmişdir: 1). Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(033)-230/2020 nömrəli qətnaməsi ilə “Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının, Zaqatala rayon Dövlət Notariat kontorunda bağlanmış 14 fevral 2005ci il tarixli 4-Ə-40 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan qeydiyyatın etibarsız hesab edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh ünvan 6 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” qət edilmişdir. Lakin, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. 2). Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(033)-12/2021 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılması, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Lakin, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-57/2022 nömrəli qətnaməsindən görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(033)-12/2021 saylı qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, ünvan 5 ünvanında yerləşən hamam binası, yeməkxana, məişət binası və qazanxana binasının təmir-bərpa işlərinə görə xərclənmiş 34688,5 (otuz dörd min altı yüz səksən səkkiz manat 50 qəpik) manat pul və 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı tutularaq qarşılıqlı iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin ilkin İddiaçı 34688,5 manat pul və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq qarşılıqlı iddiaçı Cavabdeh verilməsinin və qarşılıqlı iddiaçı Cavabdeh ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılmasının eyni vaxta icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4847/2022 nömrəli qərarından görünür ki, həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 may 2022-ci il tarixli 2(107)-57/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 3). Zaqatala Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(033)-545/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı iddiası təmin edilərək, cavabdehdən iddia tələbində qeyd olunan 39 adda əşyanın naturada və ya dəyəri olan 26385 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli 2(107)-1563/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsi “iddia ərizəsində qeyd edilən əşyalar qətnamə icra edilərkən naturada mövcud olmadıqda, onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” kimi dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2022-ci il tarixli 2(102)-1186/2022 nömrəli qərarından görünür ki, həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli 2(107)-1563/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 4). Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(033)-661/2021 nömrəli qətnaməsi ilə İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 499 kv.m-lik əmlak kompeksindən Cavabdeh çıxarılması qət edilmişdir. 5). Zaqatala Rayon Məhkəməsinin 08 yanvar 2023-cü il tarixli 2(033)-7/2023 nömrəli qətnaməsi ilə İddiaçı “Cavabdeh mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən qeyriyaşayış binasından (hamam, yeməkxana, məişət, qazanxana binası) istifadə edib icarə haqqı ödəməməklə ona vurduğu maddi ziyanın əvəzi olan 162000 manatın, qazanxana binasını və ona aid əşyaları məhv etməsi nəticəsində dəymiş ziyanın əvəzi olan 62000 manatın, vurmuş olduğu mənəvi ziyanın əvəzi olan 10000 manatın, ümumilikdə, 234000 manat pulun alınaraq ona ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin Qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(107)-487/2023 nömrəli qətnaməsi ilə təmin olunmamış və Zaqatala Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(033)- 7/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti də təmin edilməyərək, Şəki Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(107)-487/2023 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(102)-3750/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı notarial qaydada verilmiş 04 dekabr 2006-cı il tarixli ƏN-İ № 073242 saylı Etibarnamə ilə 5 il müddətinə və 21 avqust 2009-cu il tarixli ƏN-İ № 154202 saylı Etibarnamə ilə isə 10 il müddətinə, yəni 21 avqust 2019-cu il tarixinədək “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi” Cavabdeh etibar etmişdir. Bütün bu müddət ərzində də yuxarıda qeyd olunan məhkəmə qətnamələri üzrə mübahisə predmeti olan ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binası və Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 499 kv.m-lik əmlak kompeksi ilə əlaqədar bir çox hüquqi və digər hərəkətlər qanuni əsaslarla Cavabdeh tərəfindən icra olunmuşdur. Yəni, hazırkı iş üzrə mübahisənin predmeti olan Zaqatala şəhərinin İ.Şamil küçəsində yerləşən 499 kv.mlik əmlak kompeksi Cavabdeh tərəfindən zəbt edilməmiş və iddiaçının iddia ərizəsində göstərilənlərin əksinə olaraq, iddiaçının (mülkiyyətçinin) vermiş olduğu etibarnamə əsasında Cavabdeh tərəfindən həmin əmlakdan istifadə olunmuşdur. Lakin, tərəflər arasında məlum əmlakın istifadə və idarə olunması üzrə mövcud münasibətlər pozulduqdan sonra isə Cavabdeh həmin əmlakdan çıxarılması barədə qəbul edilmiş və 07 sentyabr 2022-ci ildə qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(033)-661/2021 nömrəli qətnaməsi əsasında 17 oktyabr 2022-ci il tarixdə verilmiş icra sənədi - icra məmuru tərəfindən tərtib edilmiş 16 fevral 2023-cü il tarixli Akta əsasən icra olunmuş hesab edilərək, Zaqatala rayon İcra və probasiya şöbəsinin 26 fevral 2024-cü il tarixli qərarına əsasən həmin icra işi üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə 13 fevral 2024-cü ildə Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və 08 aprel 2024-cü ildə isə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, Cavabdeh “Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən qeyri-yaşayış binasından mülkiyyət hüququnun həyata keçirilməsinə yaratdığı maneə nəticəsində vurduğu maddi ziyanın (əldən çıxmış fayda) əvəzi olan 70800 manat pulun, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən qeyri-yaşayış binasına aid 11 noyabr 2004-cü il tarixli, 399 inventar nömrəli texniki pasportda "ç" tikilisi kimi qeyd olunmuş uzunluğu 27 metr, eni 5,4 metr olan anbar binasının dəyərinin əvəzi olaraq 7500 manat pulun və mənəvi zərərin əvəzi olan 2000 manat pulun tutularaq (alınaraq) İddiaçı verilməsi (ödənilməsi)” barədə qətnamə qəbul olunmasını xahiş etmiş və bundan sonra iddiaçının nümayəndəsi 20 fevral 2025-ci ildə məhkəməyə iddia tələbi üzrə ərizə təqdim edərək, iddia ərizəsinin tələb hissəsində iddiaçının “əldən çıxmış fayda qismində dəymiş zərər” dedikdə, “cavabdehin qanunsuz müdaxiləsi olmasa, məlum daşınmaz əmlakı icarəyə verəcəyi təqdirdə əldə edəcəyi gəlirin” nəzərdə tutulduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də iş üzrə aparılan araşdırma zamanı iddia ərizəsində tələb olunan “əldən çıxmış fayda qismində dəymiş zərər” yuxarıda qeyd olunan 21 avqust 2009-cu il tarixli ƏN-İ № 154202 saylı Etibarnamənin müddətinin bitdiyi 21 avqust 2019-cu il tarixdən sonra məlum daşınmaz əmlak icarəyə verilmiş olsaydı, icarə haqqı kimi iddiaçının əldə edəcəyi gəliri kimi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MEB/01-7045/25 nömrəli “daşınmaz əmlakın qiymətləndirilməsi ekspertizası üzrə” hesabata əsasən Zaqatala şəhəri, İ.Şamil küçəsi-20 ünvanında yerləşən qeyri-yaşayış binasının “2019-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün hər ay 900 manat icarə haqqı olmaqla cəmi 3600 manat, 2020-ci il üçün hər ay 800 manat olmaqla cəmi 9600 manat, 2021-ci il üçün hər ay 900 manat olmaqla cəmi 10 800 manat, 2022-ci il üçün hər ay 1000 manat olmaqla cəmi 12000 manat, 2023-cü il üçün hər ay 1100 manat olmaqla cəmi 13200 manat, 2024-cü ilin fevral ayınadək 2400 manat məbləğində icarə haqqı kimi müəyyən edilmişdir. Yəni, birinci instansiya məhkəməsi qətnaməsində cavabeh Cavabdeh iddiaçıya məxsus Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 499 kv.m-lik əmlak kompeksindən (mağazalı qeyri-yaşayış binası) qanuni əsas olmadan istifadəsi nəticəsində 2019-cu ilin sentyabr ayından 2024-cü ilin fevral ayınadək olan dövr ərzində cəmi 51600 manat məbləğində zərər” - icarə haqqı olaraq əldən çıxmış fayda kimi müəyyən edilmişdir. Lakin, apellyasiya icraatı zamanı aparılan məhkəmə araşdırması zamanı yuxarıda təsvir olunanlar və işin konkret halları nəzərə alınmaqla, aşağıda göstərilənlərə əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi iddia tələbini digər hissələrdə təmin etməməkdə haqlı olsa da, iddia tələbini “maddi ziyan kimi icarə haqqı olaraq əldən çıxmış faydanın və mənəvi zərərin tutulması” hissəsində qismən təmin edərək, cavabdehdən “maddi ziyanın əvəzi olaraq 51.600 manat məbləğində pulun və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun tutulmasını” qət etməklə, düzgün nəticəyə gəlməmişdir. Bununla əlaqədar isə ilk növbədə qeyd etmək lazımdır ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 499 kv.m-lik əmlak kompeksi (mağazalı qeyri-yaşayış binası) iddia ərizəsində qeyd olunduğu kimi cavabdeh tərəfindən “qanunsuz zəbt” edilməmiş və iddiaçı tərəfindən geniş səlahiyyətlər verən etibarnamələr (vəkalət) əsasında həmin əmlak uzun müddət cavabdeh tərəfin istifadəsində və sahibliyində olmuşdur. Bu səlahiyyətlər çərçivəsində də cavabdeh tərəf həmin əmlak kompleksinin yararlı hissəsindən yaşayış yeri kimi istifadə etmiş, digər hissələrindən isə istifadə etməmiş, iddiaçı tərəf isə həmin illər ərzində buna heç bir etiraz bildirməmişdir. Eyni zamanda, iddia ərizəsində tələbin əsaslandırıldığı “cavabdeh isə hazırda da həmin binada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edir” xüsusatı da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İş materiallarında “təndir” (çörək bişirilib-satılan yer) kimi qeyd olunan qeyri-yaşayış sahəsi isə ümumiyyətlə iddiaçının mülkiyyətində olan mübahisəli 499 kv.m-lik əmlak kompleksinə daxil (aid) deyildir. Bununla belə, birinci instansiya məhkəməsinin qətnaməsində istinad olunan mütəxəssis hesabatının və eləcə də, iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunmuş mütəxəssis rəyinin - mübahisənin aid olduğu dövrdə yaşayış yeri kimi istifadə olunmuş və məhkəmə araşdırması zamanı konkret olaraq hər hansı bir sahibkarlıq fəaliyyəti üzrə istifadə oluna bilməsi təsdiq edilməyən tikililərlə əlaqədar ayrı-ayrı illər üzrə icarə haqqının müəyyən edilməsində - mötəbər sübut kimi nəzərə alınması mümkün deyildir. Həmçinin, iddiaçı Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(033)- 661/2021 nömrəli qətnaməsinin qəbul edilməsi ilə nəticələnmiş hazırkı iş üzrə cavabdehin “həmin qeyri-yaşayış sahəsindən çıxarılması” barədə iddia ərizəsini verərkən 2018-ci il də daxil olmaqla, həmin iddia ərizəsini verdiyi dövrədək qeyd olunan daşınmaz əmlakı icarəyə verəcəyi təqdirdə əldə edəcəyi gəliri - “əldən çıxmış fayda qismində dəymiş zərər” olaraq tələb etməmişdir. Halbuki, iddiaçı hazırkı qeyd olunan tələbində haqlı olduğunu hesab etdiyi halda, 2018-ci ildən etibarən uzun müddət keçməsinə baxmayaraq, daha əvvəl, yəni 2021-ci ildə əmlakdan çıxarılma barədə iddia verərkən də belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməməsi ağlabatan deyildir. Eyni zamanda, tərəflər arasında mövcud olmuş və uzun illər ərzində davam etmiş münasibətlər də hazırkı iddianın əsaslılığını şübhə altına alır. Belə ki, onların münasibətlərini əks etdirən aşağıda qeyd olunan məhkəmə qətnamələrindən görünür ki, tərəflər arasında mövcud olmuş mübahisə ilə əlaqədar qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 57/2022 nömrəli qətnaməsi ilə ünvan 5 ünvanında yerləşən hamam binası, yeməkxana, məişət binası və qazanxana binasının təmir-bərpa işlərinə görə xərclənmiş 34688,5 manat pulun İddiaçı tutularaq qarşılıqlı iddiaçı Cavabdeh verilməsi və qətnamənin ilkin İddiaçı 34688,5 manat pulun alınaraq qarşılıqlı iddiaçı Cavabdeh verilməsi və qarşılıqlı iddiaçı Cavabdeh ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılmasının eyni vaxta icra edilməsi qət edilmiş olsa da, həmin qətnamənin icrası hazırkı iş üzrə iddiaçı olan İddiaçı tərəfindən təmin olunmamışdır. Eləcə də, , Zaqatala Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(033)-545/2021 nömrəli qətnaməsi və Şəki Apellyasiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(107)-1563/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı iddiası təmin edilərək, cavabdehdən iddia tələbində qeyd olunan 39 adda əşyanın naturada, həmin əşyalar qətnamə icra edilərkən naturada mövcud olmadıqda isə onların dəyəri olan 26385 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmçinin, Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 18 yanvar 2023-cü il tarixli 2(033)-7/2023 nömrəli qətnaməsi ilə İddiaçı “Cavabdeh ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binasından (hamam, yeməkxana, məişət, qazanxana binası) istifadə edib icarə haqqı ödəməməklə ona vurduğu maddi ziyanın əvəzi olan 162000 manatın, qazanxana binasını və ona aid əşyaları məhv etməsi nəticəsində dəymiş ziyanın əvəzi olan 62000 manatın, vurmuş olduğu mənəvi ziyanın əvəzi olan 10000 manatın, ümumilikdə 234000 manat pulun alınaraq ona ödənilməsi” barədə iddia tələbi isə rədd edilmişdir. Yəni, eyni etibarnamələr əsasında istifadəsinə verilmiş digər əmlakla əlaqədar hazırkı iş üzrə Cavabdeh vermiş olduğu iddia tələbləri üzrə hazırkı iş üzrə İddiaçı müəyyən məbləğlərdə pulun alınması barədə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur ki, bu halların özü də hazırkı iş üzrə mübahisə predmeti olan əmlakdan iddiaçının razılığı ilə istifadə edilməsi və bu mübahisəyə səbəb halların da iddiaçının razılığı və hərəkətləri nəticəsində baş verməsi təsdiq edilir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərər - zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər (maddə 1097.5). Bundan əlavə, yuxarıda təsvir olunan işin hallarına görə iddiaçı mülkiyyətində olan əmlakdan cavabdehi çıxarmaqda, cavabdehin həmin əmlakdan istifadəsini və faktiki sahibliyini qadağan etməkdə haqlı olsa da, tərəflər arasında uzun illər ərzində davam etmiş münasibətlərin məzmunu və xarakteri baxımından hazırkı iddia ərizəsində istinad etdiyi xüsusatlar və hallar əsasında ondan iddia tələbində qeyd olunan maddi və mənəvi zərəri tələb etməkdə haqlı deyildir. Hətta, Mülki Məcəllədə də digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi - hüquqdan sui-istifadə əsaslarından biri kimi təsbit olunmuşdur (maddə 560.3.4) və hüquqdan sui-istifadəyə yol verilmir (maddə 560.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Göründüyü kimi, yuxarıda qeyd olunanlara və tərəflərin uzun illər ərzində davam edən münasibətlərin xarakterinə əsasən müəyyən olunur ki, İddiaçı hazırkı iddia ərizəsində “Cavabdeh Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən qeyri-yaşayış binasından mülkiyyət hüququnun həyata keçirilməsinə yaratdığı maneə nəticəsində vurduğu maddi ziyanın (əldən çıxmış fayda) əvəzi olan 70800 manat pulun, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən qeyri-yaşayış binasına aid 11 noyabr 2004-cü il tarixli, 399 inventar nömrəli texniki pasportda "ç" tikilisi kimi qeyd olunmuş uzunluğu 27 metr, eni 5,4 metr olan anbar binasının dəyərinin əvəzi olaraq 7500 manat pulun və mənəvi zərərin əvəzi olan 2000 manat pulun tutularaq (alınaraq) İddiaçı verilməsini (ödənilməsini)” xahiş etsə də, məhkəmə araşdırması zamanı həmin iddia tələblərinin əsaslılığı müəyyən edilməmiş və həmin iddia tələbləri kifayət qədər güclü, aydın və “əsaslı şübhədən kənar” sübutlarla sübut olunmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan konkret hallarını nəzərə almadan, qəbul etdiyi 20 fevral 2025-ci il tarixli 2-2(117)-9/2025 nömrəli qətnaməsində iddia tələbini qismən əsaslı hesab edib, “cavabeh Cavabdeh maddi ziyanın əvəzi olaraq 51.600 manat məbləğində pul və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin” qənaətinə gələrək, iddia tələbi üzrə düzgün nəticəyə gəlməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, iş üzrə apellyasiya araşdırması zamanı Cavabdeh məhkəməyə ərizə təqdim edərək, həmin ərizəsində cavabdeh İddiaçı “mülkiyyətində olan Zaqatala şəhəri, İ.Şamil küçəsi, 20 saylı mağaza binası və onun yerləşdiyi torpaq sahəsini uzun illərdir ki, zəbt edib ondan qanunsuz istifadə etməsini” iddia edərək, ona qarşı verdiyi “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə əlaqədar ilk öncə “iddiaçının mülkiyyətində olan əmlakın onun tərəfindən zəbt edilib-edilməməsi müəyyən edilməli və bundan sonra isə iddianın əsaslılığı yoxlanılmalı olduğunu” qeyd etməklə yanaşı, hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalı olması və bunun üçün də işin aidiyyatı üzrə ümumi məhkəməyə göndərilməli olduğunu bildirmişdir. Lakin, məhkəmə kollegiyası, işin hallarına əsasən hesab edir ki, cavabdeh tərəfin “hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalı olması” barədə mövqeyi əsassızdır və bu mövqe işin konkret halları ilə təsdiq olunmur. Çünki, hazırkı mübahisə müvafiq olaraq 04 iyul 2005-ci ildə və 23 fevral 2012-ci ildə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kimi qeydiyyata alınmış Cavabdeh (VÖEN **********) və İddiaçı (VÖEN **********) arasında sahibkarlıq fəaliyyəti üçün əldə edilmiş qeyri-yaşayış sahəsi ilə əlaqədar yaranmış mübahisədir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-2(117)-9/2025 nömrəli qətnaməsinin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən “iddianın təmin edilmədiyi” hissəsi üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir və həmin hissədə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin həmin qətnaməsinin onun tərəfindən mübahisələndirilən hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Eyni zamanda, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, hazırkı iddia ərizəsi üzrə birinci instansiya məhkəməsi qətnaməsinin “cavabeh Cavabdeh maddi ziyanın əvəzi olaraq 51.600 manat məbləğində pul və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin” hissəsində isə düzgün nəticəyə gəlməmiş və birinci instansiya məhkəməsi qətnamənin həmin hissəsində gəldiyi nəticə - iş üzrə qanuni və əsaslı nəticə deyildir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-2(117)-9/2025 nömrəli qətnaməsi qismən, yəni “cavabeh Cavabdeh maddi ziyanın əvəzi olaraq 51.600 manat məbləğində pul və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin” hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilib, iddia tələbi həmin hissələrdə də rədd olunmalıdır. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları isə apellyatorların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin və Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-2(117)-9/2025 nömrəli qətnaməsi İddiaçı tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-2(117)-9/2025 nömrəli qətnaməsi qismən, yəni “cavabeh Cavabdeh maddi ziyanın əvəzi olaraq 51.600 manat məbləğində pul və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin hissələrdə də təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.