Məhkəmə qərarları › İş №2-2(107)-9/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-9/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-9/2024 16.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin(bundan sonra- Bank) Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya iş üzrə Şəki Kommersiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə Cavabdeh1 arasında 27 yanvar 2014-cü il tarixli, 35L000001308 nömrəli kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 50.000 ABŞ dolları məbləğində 120 ay müddətinə kredit xətti açmışdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış 16 yanvar 2020-ci il tarixli, 35L000001308SA nömrəli “Kredit xətti müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Saziş bağlanmışdır. Həmin Sazişə əsasən 27 yanvar 2014-cü il tarixli, 35L000001308 nömrəli kredit xətti müqaviləsinə dəyişiklik və əlavə edilərək kreditin məbləği 1.000.000 ABŞ dolları, kreditin müddəti isə 191 ay müəyyən edilmişdir. Bank ilə cavabdeh-borcalan Cavabdeh1 arasında 21 yanvar 2020-ci il tarixli, 035R********** nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana aylıq 1,5 % dərəcəsi ilə, 24 ay müddətinə 70.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh2 borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşdur. Kredit öhdəliklərinin icrasının təminatı üsulu kimi Bank ilə ipoteka qoyan Cavabdeh1 arasında 14 avqust 2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyanın mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0,44 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 310,3 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ipoteka ilə yüklülük xx.xx.2021-ci il tarixdə reyestrdə qeydiyyata alınmışdır. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 xx.xx.2023-cü il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 44.138,97 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 8129,51 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 33.148,59 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 035R********** saylı krеdit razılaşması üzrə 44.138,97 manat məbləğində krеdit bоrcu, 8129,51 manat məbləğində faiz bоrcu və 33.148,59 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 85.417,07 manat məbləğində bоrcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0,44 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 310.3 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0,44 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 310,3 kv.m olan fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinə Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun itirilməsi, onların mənzildən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Bank ilə bağladığı xx.xx.2014cü il tarixli, 35L000001308 saylı krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli, 35L000001308SA saylı Sazişə əsasən, krеdit xətti müqaviləsinin müddəti və məbləği müvafiq olaraq 191 ay və 100.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Bank ilə bağladığı xx.xx.2020-ci il tarixli, 035R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70.000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən Banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 25.861,03 manat ödəmiş, onun 44.138,97 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 339 gün üçün hesablanmış faiz borcu 8129,51 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 339 gün üçün hеsablanmış cərimə 33.148,59 manat təşkiledir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit хəttimüqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan və əsas borclu Cavabdeh1 və Bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 035M**********01 nömrəli ipoteka müqaviləsi əsasında ona məxsus Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0,44 torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 310,3 kv.m-dən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklülük dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka qoyanın həyat yoldaşı, Cavabdeh2 Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0.44 torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 310,3 kv.m ibarət fərdi yaşayış evi ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, ƏEM/S 04-713/23 nömrəli məktubla təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0,44 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 310.3 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 112.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6889 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində 16 yanvar 2020-ci il tarixli, 35L000001308SA nömrəli kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixə Banka olan borcu əsas borc üzrə 44.138,97 manat və faiz borcu 10.623,36 manat müəyyən edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin “Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0,44 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 310.3 kv.m olan fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinə Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun itirilməsi, onların mənzildən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” hissəsi üzrə işin icraatına xitam verilmişdir. Şəki Kommersiya Məhkəməsinin(bundan sonra- birinci instansiya məhkəməsi) e-2- 2(117)-861/2023 nömrəli iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 035R********** saylı krеdit razılaşması üzrə 44.138,97 manat məbləğində krеdit bоrcu, 8129,51 manat məbləğində faiz bоrcu və 1000 manat məbləğində cərimə borcu, 249,45 manat mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, borc məbləğinin Cavabdeh1 məxsus Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0,44 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 310,3 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin likvid dəyərinin 112.000 manat müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh1 İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət olunmuşdur. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 385.1, 386.1, 442, 448.1, 448.2, 462.1, 462.3, 467, 470.1, 472.1, 739.1, 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.3.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1, 116.2, 117.1, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 217.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, təkrar məhkəmə mühasibatlıq ekspertizası və əmlakın qiymətləndirilməsi ekspertizasının keçirilməsi, faiz borclarının, cərimə borclarının azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qət edilmiş kredit məbləği, ona hesablanmış faiz borcları və cərimə borcları ilə razı deyiləm, bu səbəbdən hesablamanın yenidən ekspertiza keçirilməsi ilə müəyyən edilməli olduğunu hesab edirəm. Azərbaycan Respublikası MPM-nin 102.2-ci maddəsinə görə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Ekspertiza və mütəxəssis rəylərinin kifayət qədər əsassız olmasına dair əsaslandırma aparmışam. X4 Məhkəməsi bu halları nəzərə almamışdır. Məhkəmə-qiymətləndirmə ekspertizasının rəyi ilə də razı deyiləm. Məhkəmə baxışı zamanı yenidən məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsini xahiş etsəm də, həmin hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, bank ilə ipoteka müqaviləsi bağlanarkən ipoteka predmeti, yəni mənə məxsus Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0,44 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 310,3 kv.m olan fərdi yaşayış evinin dəyəri 112.500 manat məbləğində müəyyən edilmişdir. Həmin müddətdən artıq xeyli vaxt keçmişdir. Həmçinin torpaq sahəsinin və tikinti materiallarının qiymətinin günügündən qalxması hamımıza məlumdur. Necə olur ki, ipoteka müqaviləsi bağlanandan sonra evin və torpaq sahəsinin dəyəri azalmışdır. Torpaq sahəsini nəzərə almasaq qiymətləndirmə rəyində göstərilmiş 112.500 manata hazırki evin tikilməsi qeyrimümkündür. Bu hal məhkəmə tərəfindən araşdırılmamış, yalnız ekspert rəyinə əsaslanaraq qətnamə çıxarılmışdır. Torpaq sahəsinin isə faktiki dəyəri 220 manatdan çoxdur. Mütəxəssis kifayət qədər araşdırma aparsaydı, məlum olardı ki, torpaq sahəsinin 0,01 hektarı həmin ərazidə 5000 manatdan az deyildir. Belə olan halda torpaq sahəsinin ümumi dəyəri 220.000 manatdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, ƏEM/S 04-713/23 nömrəli mütəxəssis rəyi xeyli ziddiyətlidir. Ümumiyyətlə mütəxəssis gəlib yerində araşdırma aparmamış, həmin ərazidə torpaq sahəsinin dəyərini müəyyən etməmişdir. Hesab edirəm ki, məhkəmə tərəfindən hüquqlarım kobud şəkildə pozulmuşdur. Mülkiyyətimdə olan evimin və torpaq sahəsinin aşağı qiymətləndirilməsinə və mənim ailə üzvlərimin taleyini həll edən məsələyə məhkəmə tərəfindən biganə yanaşılaraq əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya məhkəməsindən yenidən qiymətləndirmə ekspertizasının keçirilməsini xahiş edirəm. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı Bank və digər cavabdeh tərəfindən yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. İddiaçı Bankın nümayəndəsi və digər Cavabdeh2 apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə məhkəmə prosesinə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Bankın iddiası cavabdeh (borcalan və ipoteka qoyan) Cavabdeh1 ilə yanaşı digər cavabdehə (zamin Cavabdeh2) münasibətdə də təmin edilsə də, Bank və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməmişlər. Odur ki, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq birinci instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyi yalnız mübahisələndirilən həcmdə və Cavabdeh1 münasibətdə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.4. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 465. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış əsas borc məbləğini mübahisələndirmir. O, bildirir ki, faiz və cərimə borcu düzgün müəyyən edilməyib. Cavabdeh1 apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bank ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və həmin kredit müqaviləsindən görünür ki, cavabdeh kredit hissəsini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Əsas borc üzrə ödəniş müqaviləyə uyğun olaraq həyata keçirilmədikdə, gecikdirilmiş məbləğ vaxtı keçmiş kredit öhdəliyi hesab edilir və həmin məbləğə bu müqavilə ilə müəyyən edilmiş dəbbə pulu hesablanır. Məhkəmə hesab edir ki, Cavabdeh1 sözügedən kredit müqaviləsini bağlamaqla, müqavilənin bütün şərtlərini, o cümlədən də faiz borcunun və cərimənin hesablanması halları və qaydası barədə şərtlərini qəbul etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspert rəyi ilə sözügedən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun məbləği müəyyən edilmişdir. Cavabdeh ekspertizanın düzgün keçirilməməsini və təkrar ekspertiza keçirilməli olduğunu bildirsə də, dəlillərini təsdiq edən, ekspert rəyini şübhə altına alacaq hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Öhdəliyin gecikdirilməsini və müqavilənin şərtlərini nəzərə alan iddiaçı Bank, ödənişin gecikdirilməsinə görə Cavabdeh1 33.148,59 manat cərimə (dəbbə) hesablamış və həmin məbləğin Cavabdeh1 Bankın xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi isə bu tələbi qismən təmin edərək, hesab etmişdir ki, Cavabdeh1 Bankın xeyrinə tutulacaq cərimə borcu qismən – 1000 manat həcmdə tutulmalıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi borclu Cavabdeh1 ilə yanaşı kreditorun da həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq dəbbə pulunun məbləğini azaltmışdır. Odur ki, birinci instansiya məhkəməsi Cavabdeh1 Bankın xeyrinə tutulacaq cərimənin (dəbbənin) məbləğini azaldaraq 1000 manat həcmində müəyyən etməkdə haqlı olmuşdur. Qeyd edilən bu hissədə apellyasiya şikayətinin dəlili əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə isə əsaslı və işin hallarına uyğundur. Belə olan halda müəyyən edilir ki, Cavabdeh1 tərəfindən öhdəlik vaxtında və lazımi qaydada icra edilməmişdir. Apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə ipoteka predmeti olan fərdi yaşayış evinin(torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti kimi müəyyən etdiyi 112.000 manat həmin əmlakın real qiymətindən aşağıdır. Bununla bağlı Məhkəmə bildirir ki, işə baxmış birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini müəyyən etmək məqsədi ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və "xxxx" MMC-nin qiymətləndirmə rəyini almışdır. Həmin rəydə göstərilir ki, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 112.000 manatdır. Cavabdeh1 əmlakın qiymətinin daha da yüksək olduğunu bildirsə də, bu xüsusatı təsdiq edə və qiymətləndirici tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutları (məsələn: başqa qiymətləndiricinin rəyini) Məhkəməyə təqdim etməmişdir. Cavabdeh1 apellyasiya şikayətində bildirir ki, kredit müqaviləsi üzrə faiz və cərimə borcunun məbləğinin müəyyən edilməsi üçün təkrar ekspertiza keçirilməli və ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməsi məqsədilə əmlak yenidən qiymətləndirilməlidir. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, iş üzrə qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə tələb yeni sübutun təqdim edilməsi ilə bağlıdır və MPM-nin 78-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər (maddə 78.2.). MPM-nin 372.2-ci maddəsinin tələbinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılan zaman iş üzrə təkrar mühasibatlıq ekspertizasının və qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə vəsatət verməmişdir. Göstərilənləri və Cavabdeh1 müzakirə edilən dəlilini təsdiq edə biləcək sübutların təqdim edilməməsini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassız hesab edilməli, birinci instansiya məhkəməsinin faiz və cərimə borcunun məbləği və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı nəticəsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslı deyil. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tаrixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar