Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-9/2025 24.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Duxiyeva (İsayeva) Aysel Kamran qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X5 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Duxiyeva (İsayeva) Aysel Kamran qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit borcu və onun hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(117)-13/2024 saylı qətnaməsindən İddiaçı QSC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019cu il tarixli 019L**********56 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə, 70 000 manat məbləğində kredit xətti açılmışdır.
2. Əlavə olaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 019L**********56SA saylı Uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişə əsasən bank tərəfindən cavabdehə 146 ay müddətinə, 700 000 manat məbləğində kredit xətti açılmışdır. - Həmin sazişə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 019R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla 75 000 manat məbləğində kredit verilmişdir.
3. Eyni zamanda İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 019R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla 33 000 manat məbləğində kredit verilmişdir. - Həmin kredit razılaşmalarının 1.2-ci bəndinə əsasən kredit alan bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. - Həmin razılaşmaların 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür.
4. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh 019R********** saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək hər ay 2722.00 manat, sonuncu ay isə 2710.78 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür.
5. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh 019R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay cədvələ uyğun olaraq 1201.00 manat, sonuncu ay isə 1224.51 məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür.
6. İş materiallarında olan köçürmə sənədlərindən görünür ki, müvafiq olaraq 75 000 manat və 33 000 manat vəsait Cavabdeh3 **********934609 nömrəli bank hesabına köçürülmüşdür.
7. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh3 xx.xx.2022ci il tarixə 019R********** saylı razılaşma üzrə 61650.22 manat əsas, 5683.32 manat faiz, 169 gün gecikdirilmə üçün hesablanmış 2079.91 manat cərimə borcu olmaqla ümumilikdə 69413.45 manat borcu, 019R********** saylı razılaşma üzrə isə 31694.09 manat əsas, 2858.59 manat faiz, 157 gün gecikdirilmə üçün hesablanmış 994.81 manat cərimə borcu olmaqla ümumilikdə 35547.49 manat borcu mövcuddur.
8. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 019S**********02 nömrəli (zamin Cavabdeh2), 019S**********03 nömrəli (zamin Cavabdeh4) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu – Cavabdeh3 arasında uzunmüddətli kredit müqaviləsi, müqavilənin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma formasında bağlanan ayrıca razılaşmalar” üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. - Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. - Həmin müqavilələrin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir.
9. Tərəflər xx.xx.2021-ci il tarixli 019S**********02SA nömrəli (zamin Cavabdeh2), 019S**********03SA nömrəli (zamin Cavabdeh4) Zaminlik müqavilələrinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişləri imzalamış və kredit limiti 700000 manat, kreditin müddəti isə 146 ay müəyyən edilmişdir.
10. Bundan başqa öhdəliklərin icrasının təmin edilməsi məqsədilə bankla cavbdeh Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli 019M**********01 nömrəli ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Zaqatala şəhəri H.Əliyev prospekti 101 ünvanında yerləşən 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
11. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışından da görünür ki, Zaqatala şəhəri H.Əliyev prospekti 101 ünvanında yerləşən 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi **********04-10301 reyestr nömrəsi ilə Cavabdeh3 mülkiyyətindədir.
12. Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Zaqatala şəhəri H.Əliyev prospekti 101 ünvanında yerləşən 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 195500 manat təşkil etdiyi müəyyən olunmuşdur.
13. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9301 nömrəli ekspert rəyinə əsasən 019R********** kredit razılaşması üzrə cavabdehin 61538.23 manat əsas, 15.103.77 manat faiz borcu vardır. 019R********** kredit razılaşması üzrə cavabdehin 31671.42 manat əsas, 7632.81 manat faiz borcu vardır.
14. Cavabdeh tərəf məhkəməyə təqdim edilmiş əmlakın likvid dəyəri ilə bağlı ekspert rəyi ilə razılaşmamış və öz təşəbbüsü ilə mütəxəssis rəyi almış və məhkəməyə təqdim etmişdir. İnternational Accounting Service MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli məhkəməyə təqdim olunmuş daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Zaqatala şəhəri H.Əliyev prospekti 101 ünvanında yerləşən 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 436400 manat təşkil etmişdir.
15. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır.
II. Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcu və onun hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlərin vəkili Vəkil bildirmişdir ki, daşınmaz əmlakın dəyəri ilə bağlı yerli ekspertlərdən birinə müraciət edərək əldə etdikləri rəyin nəzərə alınaraq likvid dəyərin müəyyən edilməsi zamanı həmin rəyin əsas götürülməsini xahiş etmiş, eyni zamanda cərimə borclarının silinməsini xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsində işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmışdır.
19. Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(117)-13/2024 saylı hazırkı iş üzrə qəbul etdiyi qərardadına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “Cavabdeh3 mülkiyyətində olan Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3 və Cavabdeh1 istifadə hüququnun itirilməsi, onların həmin yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” hissəsinə üzrə icraata xitam verilmişdir.
20. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 11 iyul 2024-cü il tarixli, e-2-2(117)-13/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdеhlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 019R********** saylı krеdit razılaşması üzrə 61538,23 manat məbləğində krеdit bоrcu, 5683.32 manat məbləğində faiz bоrcu və 200 manat məbləğində cərimə borcu, 019R********** saylı krеdit razılaşması üzrə 31671,42 manat məbləğində krеdit bоrcu, 2858.59 manat məbləğində faiz bоrcu və 100 manat məbləğində cərimə borcu, 400 manat mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının tutulması, tələb Cavabdeh3 mülkiyyətində olan Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışı üçün likvid dəyəri 315950 manat məbləğində müəyyən edilməsi, satışdan əldə edilən vəsait hesabına cavabdehlərin hazırkı qətnamə üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borclarının ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə rədd olunması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəsiss rəyinin xərci olan 300 manat Cavabdeh3 tutularaq “Əmlak Ekspert Mərkəzi” MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
21. Məhkəmə göstərmişdir ki, iddiaçı tələbində 019R********** saylı kredit razılaşması üzrə 61650.22 manat əsas, 5683.32 manat faiz borcunu, 019R********** saylı kredit razılaşması üzrə isə 31694.09 manat əsas, 2858.59 manat faiz borcunun tutulmasını tələb edir. Məhkəmə Ekspertia Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9301 nömrəli ekspert rəyinə əsasən 019R********** kredit razılaşması üzrə cavabdehin 61538.23 manat əsas, 15.103.77 manat faiz borcu vardır. 019R********** kredit razılaşması üzrə cavabdehin 31671.42 manat əsas, 7632.81 manat faiz borcu vardır. Məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından, eyni zamanda əsas borca münasibətdə ekspert rəyində daha az məbləğ müəyyən edildiyindən, bunun əksi ilə bağlı hər hansı bir əsaslı arqument iddiaçı tərəfindən irəli sürülmədiyindən məhkəmə ekspert rəyində olan əsas məbləğə münasibətə müəyyən edilən məbləği əsas tutmuş, faiz borcuna münasibətdə isə iddia tələbindən kənara çıxmayaraq iddia tələbində olan faiz borcunu əsas götürmüşdür.
22. Məhkəmə qeyd etmişdir ki, zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin müqavilələrin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. Eyni zamanda tərəflər xx.xx.2021-ci il tarixli 019S**********02SA nömrəli (zamin Cavabdeh2), 019S**********03SA nömrəli (zamin Cavabdeh4) Zaminlik müqavilələrinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişləri imzalamış, zaminin məsuliyyət həddi 700000 manat müəyyən edilməklə müddəti 146 ay müəyyən edilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır
23. Məhkəmə tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən 019R********** saylı kredit razılaşması üzrə 200 manat, 019R********** saylı kredit razılaşması üzrə isə 100 manat cərimə borcunun cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır.
24. Məhkəmə ipoteka əmlakının satış qiymətinin müəyyən olunmasına münasibətdə bildirmişdir ki, Zaqatala şəhəri H.Əliyev prospekti 101 ünvanında yerləşən 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən 195500 manat təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh tərəf məhkəməyə təqdim edilmiş əmlakın likvid dəyəri ilə bağlı əvvəlki mütəxəssis rəyi ilə razılaşmamış və öz təşəbbüsü ilə aidiyyəti təşklata müraciət edərək tədqiqat həyata keçirilmişdir. İnternational Accounting Service MMC tərəfindən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən əmlakın likvid dəyəri 436400 manat təşkil etmişdir.
25. Məhkəmə hesab etmişdir ki, hər iki mütəxəssis rəyində göstərilmiş əmlakın likvid dəyərinin məbləğləri hesablanaraq orta bir məbləğin çıxarılması daha ədalətlidir. Belə ki, 195500 manat + 436400 manat = 631900 manat; 631900 manat / 2 = 315950 manat əmlakın likvid dəyərinin müəyyən edilməsi daha ədalətli, ağılabatan hesab olunmaqla bərabər mənafelərə bərabər münasibət prinsipinə cavab verir. Hesablamanın nəticəsinə əsasən məhkəmə əmlakın likvid dəyərinin 315950 manat olmasını qəbul edir.
26. Məhkəmə iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumimüştərək qaydada tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, bununla bağlı qanunvericiliyin tənzimləməsi mövcuddur. Belə ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası, ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir.
27. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 448.2, 470.1, 470.2, 472.1, 739.1 və 739.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək həmin nəticəyə gəlmişdir.
28. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı QSC və Cavabdeh3 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
29. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzun müddətli kredit müqaviləsi, kredit razılaşmaları, zaminlik müqavilələri, ipoteka müqaviləsi, maliyyə arayışları, ödəniş planları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
30. İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ... məhkəmə sübutları hərtərəfli və tam şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına düzgün qiymət verməmişdir. İş üzrə “İnternational Accounting Service MMC tərəfindən verilmiş rəy ilə, Əmlak Ekspert Mərkəzinin rəyi və əmlakın real dəyərinə uyğun və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən (tərəflər arasında bağlanmış ipoteka müqaviləsi ilə Zaqatala şəhəri, H.Əliyev prospekti 101 ünvanında yerləşən 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin dəyəri 105000 manat müəyyən olunmuşdur) qarşılıqlı razılıqla müəyyən edilmiş qiymətlərə baxmayaraq məhkəmə əsassız olaraq həmin rəyi yəni “İnternational Accounting Service” MMC tərəfindən verilmiş rəyi mötəbər sübut növü kimi qəbul etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “İnternational Accounting Service” MMCnin rəyi o zaman əsaslı sayıla bilərdi ki, digər sübutlarla ziddiyət təşkil etməsin, həmin ərazidə oxşar əmlakların ilkin satış qiymətləri ilə müqayisəli rəy verilmiş olsun. Şablon sözlərdən istifadə etməklə uzun uzadı rəyin tərtib olunması həmin rəyin əsaslı olmasına dəlalət etmir. Rəyi qısa və konkret, müqayisəli şəkildə tərtib etmək olardı. Yaxın ərazidə oxşar əmlakların rəsmi satış qiymətləri müqayisə olunmaqla, obyektin fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. nəzərə alınmaqla ətraflı, şübhədənkənar rəy verilməli idi. İpoteka predmeti olan əmlakla bağlı “İnternational Accounting Service” MMCnin rəyində qeyd etdiyi qiymət qətiyyən reallığı əks etdirmədiyindən rəy ilə razı deyillər. Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş rəy (195500) əmlakın real dəyərinə daha uyğundur. Bundan başqa məhkəmə tərəflər arasında bağlanmış kredit razılaşmalarının şərtlərinə qiymət vermədən, cаvаbdеhlərdən tələb оlunаn cərimə məbləğini tənasübsüz şəkildə аzаltmışdır. Məhkəmə heç bir əsaslandırma etmədən cərimə borcu üzrə tələb etdiyimiz məbləğ nəzərə almadan borclunun mənafeyini nəzərə alaraq 019R********** saylı kredit razılaşması üzrə 200 manat 019R********** saylı kredit razılaşması üzrə 100 manat məbləğində müəyyən etmişdir. Göstərilənlərə əsasən, Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(117)-13/2024 saylı qətnaməsinin ipoteka predmeti olan əmlakın likvid dəyərinin 315000 manat müəyyən edilməsi və hər iki kredit razılaşması üzrə cərimə borcunun qismən təmin edilmiş hissəsində ləğv edilməsi, əmlakın likvid dəyərinin ipoteka müqaviləsindəki qiymətə uyğun olaraq 105000 manat müəyyən edilməsi, hər iki kredit razılaşması üzrə cərimə borcunun tam tutulması və hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumi müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
31. Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ...iş üzrə ekspertiza təyin edilmiş və ipoteka predmetinin qiymətləndirilməsi tələb olunmuşdur. Qiymətləndirmə təşkilatı da müvafiq olaraq qiymətləndirmə aparmış və məhkəməyə öz rəyini təqdim etmişdir. Həmin qiymətləndirməni obyektiv hesab etməmişlər. Belə ki, daşınmaz əmlakın qiyməti real dəyərindən aşağı qiymətləndirilmişdir. Mütəxəssis əmlakın qiymətini müəyyən edərkən analoji qiyməti yalnız emlak.az saytındakı qiymətlərə istinad etmişdir. Hansı ki, ölkənin ən qabaqcıl satış saytlarından olan tap.az, bina.az`da Zaqatala rayonunda əmlakların qiymətinin heç də rəydə göstərildiyi kimi aşağı olmadığını görərik. Məhkəmə prosesi ərəfəsindəndə əmlakın likvid dəyəri ilə bağlı əvvəlki mütəxəssis rəyi ilə razılaşmadığımız üçün öz təşəbbüsümüzlə aidiyyəti təşkilata müraciət edərək tədqiqat həyata keçirilmişdir. “İnternational Accounting Service” MMC tərəfindən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən əmlakın likvid dəyəri 436400 manat təşkil etmişdir. Məhkəmə isə hər iki mütəxəssis rəyində göstərilmiş əmlakın likvid dəyərinin məbləğləri hesablanaraq orta bir məbləğin çıxarılmasını daha ədalətli hesab etmişdir. Məhkəmə bunu ağılabatan hesab etsə də, heç də ağlabatan və ədalətli hesab edilmir. Əmlakın likvid dəyərinin 120.450 manat azaldılması heç bir şəkildə ədalətli sayıla bilməz. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2- 2(117)-13/2024 saylı qətnaməsinin ləğv edilməsini, tələbin yönəldiləcəyi daşınmaz əmlakın satışı üçün likvid dəyərinin 436400 manat məbləğində müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətlərinə yazılı etiraz daxil olmamışdır.
33. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 vəkili Vəkil özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
34. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X6 özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
35. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
36. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
38. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
39. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan əmlakın likvid dəyəri, hər iki kredit razılaşması üzrə cərimə borcunun tutulması hissədə, Cavabdeh3 isə birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan əmlakın likvid dəyəri hissəsində mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
40. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
43. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
44. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
45. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; (...).
46. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti - 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. ... (...)
47. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
48. Maddə 462. Dəbbə pulu anlayışı - 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (...). - 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
49. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
50. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
51. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
52. Maddə 739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) - 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
53. Maddə 740. Borc müqaviləsinin forması (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) - 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.”
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
54. Maddə 1.0.1. ipoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;
55. Maddə 1.0.9. ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
56. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; (...); - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; (...).
57. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: (...); - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. ...
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
64. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
65. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
66. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
67. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
68. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
69. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
70. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
71. Maddə 115.0.1. İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. VI. Apellyasiya məhkəməsinin mövqeyi
72. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı QSC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(117)-13/2024 saylı qətnaməsi qismən – kredit müqavilələri (razılaşmaları) üzrə cərimə borcunun tutulması və ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi hissələrində ləğv edilərək həmin hissələr üzrə yeni qətnamə çıxardılmalıdır.
73. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
74. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
75. Müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 019L**********56 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə, 70 000 manat məbləğində kredit xətti açılmışdır. Əlavə olaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 019L**********56SA saylı Uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişə əsasən bank tərəfindən cavabdehə 146 ay müddətinə, 700 000 manat məbləğində kredit xətti açılmışdır.
76. Həmin sazişə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 019R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla 75 000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 019R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla 33 000 manat məbləğində kredit verilmişdir. Həmin kredit razılaşmalarının 1.2-ci bəndinə əsasən kredit alan bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşmaların 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür.
77. Bundan başqa, tərəflər xx.xx.2021-ci il tarixli 019S**********02SA nömrəli (zamin Cavabdeh2), 019S**********03SA nömrəli (zamin Cavabdeh4) Zaminlik müqavilələrinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişləri imzalamış, zaminin məsuliyyət həddi 700000 manat müəyyən edilməklə müddəti 146 ay müəyyən edilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır.
78. İddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh3 apellyasiya şikayəti vermişlər.
79. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlillərindən biri kredit müqavilələri üzrə cərimə borcunun tam tutulması ilə bağlıdır.
80. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış razılaşmaların 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür.
81. Birinci instansiya məhkəməsi cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehlərdən 019R********** saylı kredit razılaşması üzrə 200 manat, 019R********** saylı kredit razılaşması üzrə isə 100 manat cərimə borcunun cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatan hesab etmişdir.
82. Birinci instansiya məhkəməsinin kredit razılaşmaları üzrə tutduğu cərimənin həcmi (müvafiq olaraq 200 manat və 100 manat) təmin olunan əsas borcun (müvafiq olaraq 61538,23 manat və 31671,42 manat) cəmi 0,3%-ni təşkil edir ki, bu da məhkəmə kollegiyasının mövqeyinə görə, MM-in 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından kreditorun əmlak mənafelərinə uyğun hesab edilə bilməz.
83. İddia tələblərində 019R********** saylı kredit razılaşması üzrə cərimənin məbləği 2079.91 manat, 019R********** saylı kredit razılaşması üzrə isə 994.81 manat təşkil etmişdir ki, təmin olunan əsas borcun (müvafiq olaraq 61538,23 manat və 31671,42 manat ) təxminən 3-4 təşkil edir.
84. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, kredit razılaşmaları izrə iddia tələblərində göstərilmiş cərimə məbləğləri tam həcmdə tutulmalıdır.
85. Apellyasiya şikayətlərinin əsas dəlillərindən biri də məhkəmə əmtəəşünaslıqekspertizasının keçirilməsi ilə bağlı olmuşdur.
86. Kollegiya ipoteka predmetinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş likvid dəyəri bağlı aşağıdakıları qeyd edir.
87. Birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə göstərmişdir ki, Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, ipoteka predmetinin likvid dəyəri, 195500 manat təşkil etdiyi müəyyən olunmuş, cavabdeh tərəf məhkəməyə təqdim edilmiş əmlakın likvid dəyəri ilə bağlı əvvəlki mütəxəssis rəyi ilə razılaşmamış və öz təşəbbüsü ilə aidiyyəti təşklata müraciət edərək tədqiqat həyata keçirilmişdir. İnternational Accounting Service MMC tərəfindən mütəxəssis rəyinə əsasən əmlakın likvid dəyəri 436400 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, hər iki mütəxəssis rəyində göstərilmiş əmlakın likvid dəyərinin məbləğləri hesablanaraq orta bir məbləğin çıxarılması daha ədalətlidir. Belə ki, 195500 manat + 436400 manat = 631900 manat; 631900 manat / 2 = 315950 manat əmlakın likvid dəyərinin müəyyən edilməsi daha ədalətli, ağılabatan hesab olunmaqla bərabər mənafelərə bərabər münasibət prinsipinə cavab verir. Hesablamanın nəticəsinə əsasən məhkəmə əmlakın likvid dəyərinin 315950 manat olmasını qəbul edir.
88. Kollegiya birinci instansiya məhkəməsinin bu cür yanaşması ilə razılaşmamış və həmin yanaşmanı qanuni və əsaslı saymır.
89. İş materiallarında ipoteka predmetinin likvid dəyəri ilə bağlı 2 mütəxəssis rəyi olmaqla, həmin rəylər arasında kəskin fərq olduğundan Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 06 may 2025-ci il tarixli, 2-2(107)-9/2025 saylı qərardadı ilə Cavabdeh3 mülkiyyətində olan Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evin qiymətləndirilməsi, yaşayış evinin və mənzilin qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə edilməsi və rəy alınanadək işin icraatının dayandırılması qərara alınmışdır.
90. 30 may 2025-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 22 may 2025-ci il tarixli, MB 18/0529 saylı qiymətləndirmə rəyində (hesabatında) qeyd olunur ki; - Cavabdeh3 mülkiyyətində olan Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 22 may 2025-ci ildə
likvid dəyəri 410 000 (dörd yüz on min) manat təşkil edir.
91. İş üzrə verilmiş qiymətləndirmə rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır.
92. Belə ki, qeyd edilən rəylə daşınmaz əmlakın müəyyən edilmiş qiyməti cavabdeh tərəfindən təqdim edilmiş rəydə göstərilən qiymətə (436 000 manat) çox kiçik fərqlə uyğun gəlir.
93. Eyni zamanda qiymətləndirici şirkət "xxxx" MMC tərəfindən verilmiş rəyə nəzər salarkən müəyyən edilir ki, həmin rəyin verilməsində tətbiq edilən qiymətləndirmə standartları kimi X1 Standartları (BQS), qiymətləndirmənin ümumi qəbul edilmiş Anlayış və Prinsipləri (QÜAP), habelə daşınmaz əmlakın, o cümlədən torpaq sahəsinin və xüsusi daşınmaz əmlak növlərinin qiymətləndirilməsi üzrə metodik materiallar əsas götürülmüşdür. Daşınmaz əmlakın bazar dəyərinin müəyyən olunması prosesində Milli və X2 əsasən çəkilmiş xərclər və müqayisəli satışlar metodlarından, uyğun satışların müqayisəsi yanaşması və xərc yanaşması kimi iki əsas qiymətləndirmə yanaşmalarından istifadə edilmişdir.
94. Göstərilənlər hazırkı qiymətləndirmə rəyinin digər rəylərə münasibətdə daha əsaslı, mötəbər və həqiqi olmasına dəlalət edir.
95. Məhkəmə kollegiyası qeyd edir ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Kollegiya izah edir ki, qiymətləndiricinin rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında alınmış həmin rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu baxımdan iddiaçının qiymətləndiricinin rəyində göstərilənlə müqayisədə daha yüksək dəyərdə olduğunu göstərdiyi əşyalara münasibətdə məhz qiymətləndiricinin rəyində müəyyən edilmiş dəyərlər əsas götürülməlidir.
96. “X3rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
97. İddiaçı apellyasiya şikayətinin xahiş etdi hissəsində həmçinin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
98. Kollegiya bununla bağlı qeyd edir ki, əvvala apellyator şikayətində qətnamənin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulmasının rədd edilməsi hissəsinin ləğv edilməsini xahiş etməmiş, ikincisi, şikayətin əsaslandırılması hissəsində qətnamənin həmin hissəsi ilə bağlı heç nə göstərməmişdir.
99. Bununla belə, kollegiya həmin hissəyə münasibət bildirərək göstərir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumimüştərək qaydada tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası, ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir.
100. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayır.
101. Beləliklə də, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələblərinin kredit razılaşmaları üzrə əsas borcun, faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumimüştərək qaydada tutulması hissəsində düzgün nəticəyə gəlsə də, kredit razılaşmaları üzrə cərimə borcunun tutulması və ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi hissələrində səhvə yol vermişdir.
102. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli, 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
103. Həmin qərarda qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
104. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
105. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
106. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(117)-13/2024 saylı qətnaməsi – kredit müqavilələri (razılaşmaları) üzrə cərimə borcunun tutulması və ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi hissələrində ləğv edilərək həmin hissələr üzrə yeni qətnamə qəbul edilməli, qətnamə baxılmış apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
107. İddia qismən təmin edildiyindən 300 manat qiymətləndirmə xərcinin 150 manatı iddiaçı İddiaçı QSC-dən, 150 manatı isə Cavabdeh3 tutularaq müstəqil qiymətləndirici "xxxx" MMC Qiymətləndirmə Şirkətinin (VÖEN: **********, hesablaşma hesabı: AZ33İBAZ******************** “Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı, Kodu: 805562, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı QSC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(117)-13/2024 saylı qətnaməsi – kredit razılaşmaları üzrə cərimə borcunun tutulması və ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi hissələrində ləğv edilsin və həmin hissələr üzrə yeni qətnamə qəbul edilsin. 019R********** saylı krеdit razılaşması üzrə tutulmalı cərimə məbləği 2079,91 manat, 019R********** saylı krеdit razılaşması üzrə cərimə məbləği 994,81 manat müəyyən edilsin. İpoteka predmeti olan Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 101 ünvanında 0.0377 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) məbləği 410 000 (dörd yüz on min) manat müəyyən edilsin. Qətnamə baxılmış mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə 300 manat qiymətləndirmə xərcinin 150 manatı İddiaçı QSC-dən, 150 manatı isə Cavabdeh3 tutularaq müstəqil qiymətləndirici "xxxx" MMC Qiymətləndirmə Şirkətinin (VÖEN: **********, hesablaşma hesabı: AZ33İBAZ******************** “Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı, Kodu: 805562, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov