Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-90/2022 01.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh MMC-yə qarşı “cavabdeh tərəfindən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün müqavilədən nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan ******* (iki milyon) manat pulun cavabdehdən tutularaq ödənilməsi, İddiaçı MTK tərəfindən dövlət büdcəsinə ödənilməli olan 1850310,80 manat vergi borcunun və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 82700 manat pul X4 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 95760 manat pul X6 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2016-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 76530 manat pul X5 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri ünvan ünvanda yerləşən yüksək mərtəbəli binanın C blokunun 9cu mərtəbəsində yerləşən, ümumi sahəsi 515 kv.m təşkil edən yaşayış sahəsi və Bakı şəhəri Xətai rayonu Xocalı pr 32 ünvanda yerləşən yüksək mərtəbəli binanın B blokunda 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 36 kv.m olan qeyri-yaşayış sahəsi X2 verilməli, Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 170000 manat pul X1 ödənilməli olan öhdəliklərin icra olunmasının cavabdehə aid edilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, e-2-2(117)-454/2022 saylı qərardadından İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək “cavabdeh tərəfindən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün müqavilədən nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan ******* (iki milyon) manat pulun cavabdehdən tutularaq ödənilməsi, İddiaçı MTK tərəfindən dövlət büdcəsinə ödənilməli olan 1850310,80 manat vergi borcunun və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MTK tərəfindən 82700 manat pul X4 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 95760 manat pul X6 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2016-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 76530 manat pul X5 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri ünvan ünvanda yerləşən yüksək mərtəbəli binanın C blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 515 kv.m təşkil edən yaşayış sahəsi və Bakı şəhəri Xətai rayonu Xocalı pr 32 ünvanda yerləşən yüksək mərtəbəli binanın B blokunda 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 36 kv.m olan qeyriyaşayış sahəsi X2 verilməli, Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 170000 manat pul X1 ödənilməli olan öhdəliklərin icra olunmasının cavabdehə aid edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 26 sentyabr 2022-ci il tarixli, e-2-2(117)-454/2022 saylı qərardadı ilə İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh MMC-yə qarşı “cavabdeh tərəfindən 2020-ci ilin sonunadək D blokun tikintisi başa çatdırılmadığı üçün müqavilədən nəzərdə tutulmuş 23 və 24-cü mərtəbələrin bütün sahələrinin, cəmi 1250 kv.m sahənin dəyərinin əvəzi olan ******* (iki milyon) manat pulun cavabdehdən tutularaq ödənilməsi, İddiaçı MTK tərəfindən dövlət büdcəsinə ödənilməli olan 1850310,80 manat vergi borcunun və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 82700 manat pul X4 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 95760 manat pul X6 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2016-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 76530 manat pul X5 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri ünvan ünvanda yerləşən yüksək mərtəbəli binanın C blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 515 kv.m təşkil edən yaşayış sahəsi və Bakı şəhəri Xətai rayonu Xocalı pr 32 ünvanda yerləşən yüksək mərtəbəli binanın B blokunda 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 36 kv.m olan qeyri-yaşayış sahəsi X2 verilməli, Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 170000 manat pul X1 ödənilməli olan öhdəliklərin icra olunmasının cavabdehə aid edilməsi” tələbinə dair iş üzrə iddianın “İddiaçı MTK tərəfindən dövlət büdcəsinə ödənilməli olan 1850310,80 manat vergi borcunun və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 82700 manat pul X4 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 95760 manat pul X6 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2016-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 76530 manat pul X5 ödənilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri ünvan ünvanda yerləşən yüksək mərtəbəli binanın C blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 515 kv.m təşkil edən yaşayış sahəsi və Bakı şəhəri Xətai rayonu Xocalı pr 32 ünvanda yerləşən yüksək mərtəbəli binanın B blokunda 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 36 kv.m olan qeyri-yaşayış sahəsi X2 verilməli, Bakı Apelyasiya Məhkəməsinin 11 fevral 2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı MTK tərəfindən 170000 manat pul X1 ödənilməli olan öhdəliklərin icra olunmasının cavabdehə aid edilməsi” hissəsi üzrə icraata xitam verilmişdir. İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Nümayəndə Şəki Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, e-2-2(117)-454/2022 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 28 avqust 2018-ci il tarixli müqavilənin 2.6-cı bəndinə əsasən İddiaçı MTK-nın Bakı şəhəri, Xətai rayonu, Xocalı pr 32 ünvanında inşa etdiyi A2 blok xaric digər binalarla bağlı olan bütün öhdəliklərin, vergi borclarının, o cümlədən bütün debitor və kreditorların icra olunması öhdəliyini Cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi X9 üzərinə götürmüş, lakin bugünədək icra etməmişdir. Yəni MMC müqavilə bağlanan tarixədək MTK tərəfindən icra olunmalı bütün öhdəliklərini könüllü şəkildə öz üzərinə götürmüşdür. Odur ki, Şəki Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, e-2-2(117)-454/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-2(105)-237/2021 saylı qərardadı ilə şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, e-2-2(117)-454/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinə əsasən, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Göründüyü kimi, iddiaçının iddia tələbinin sözügedən hissəsi məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri üzrə verilmiş icra sənədlərinə əsasən ödənilməli borc məbləğlərinin cavabdehə aid edilməsi, yəni öhdəliyin verilməsi ilə bağlıdır. Belə olan halda iddiaçı qanunvericiliyin tələbinə əsasən iş üzrə icraat aparan icra qurumuna xx.xx.2018-ci il tarixli müqaviləni təqdim etməklə müraciət etməli, icra qurumu tərəfindən onun müraciətinin təmin olunmadığı və ya hərkətsizlik göstərildiyi təqdirdə icra sənədinin icraası ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən icra sənədi üzrə icraata nəzarət edən məhkəməyə müraciət etməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bir mülki iş üzrə sübuta yetirilmiş hallar başqa məhkəmə icraatı zamanı mübahisələndirilmir və yenidən sübut edimir. Qanuni qüvvəyə minmiş məhkəmə aktına digər məhkəmələr tərəfindən müdaxilə edilməli isə yolverilməz olmaqla hüquqi müəyyənlik prinsipinə ziddir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası ilə bağlı yaranmış münasibətlərə başqa məhkəmə aktları ilə aydınlıq gətirilmir ki, bu cür münasibətlərin həlli icra sənədinin icrası qaydasında həllini tapmalı və icra icraatına nəzərəti həyata keçirən məhkəmə tərəfindən qiymət verilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsində götərilir ki, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Tərəflər arasında bağlanmış 28 avqust 2018-ci il tarixli müqavilə öhdəliklərin verilməsi ilə bağlı olsa da, həmin müqavilədən və iş materiallarından kreditorların icazəsi (razılığı) görünmür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, e-2-2(117)-454/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, e-2-2(117)- 454/2022 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-90/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-90/2022
01.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver