Məhkəmə qərarları › İş №2-2(107)-94/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-94/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-94/2025 07.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmentinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, rüsum) X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 7 aprel 2025-ci il tarixli, e-2-2(117)-497/2025 nömrəli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Yelo Bank” ASC Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2023-ci il 22 iyun tarixli kredit müqaviləsi üzrə 34917.93 manat əsas borc, 3358.49 manat faiz borcu və 314.35 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 38590.77 manat məbləğində borcun, 205.77 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi və tutmanın Cavabdeh2 məxsus olan Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 19 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Mingəçevir şəhəri, Xurşidbanu Natəvan küçəsində yerləşən, 4 otaqlı, 88 kv.m ümumi, 58.9 kv.m yaşayış sahəsindən ibarət 1 nömrəli evin 19 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC -nə ödənilməsi və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi" barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, e-2-2(117)-497/2025 nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı ASC tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tələfindən əlavə 100 manat rüsum ödənilməli olduğu bildirir, lakin məhkəmə nəzərə almamışdır ki, tələb iki hissədən olsa da, əsas tələbi 38590.77 manatın ödənilməsi təşkil etmiş və ona uyğun da rüsum ödənilmişdir. Hesab edirik ki, əsas tələb üzrə ödənilmiş 205,77 manat qiymətləndirilməyən iddia ilə bağlı tələb olunan rüsumdan çox olduğunda, yəni 205 manat 100 manatı əhatə etdiyindən artıq ikinci tələblə bağlı əlavə olaraq 100 manat ödənilməsinə zərurət qalmamışdır. Digər tərəfdən bu günədək formalaşmış məhkəmə təcrübəsinə əsasən bu tip işlərdə pulun geri qaytarılması ilə bağlı ödənilən dövlət rüsumu kafi etmiş və əlavə olaraq tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi üçün digər bir rüsumun ödənilməsi tələb olunmamışdır. Belə ki, məhkəmə tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlı olduğu halda ayrılmış işlər üçün hər birinə ayrıca rüsum ödənilməli olduğu heç bir yerdə göstərilməmişdir. Odur ki, qərardadın ləğv olunmasını və işin icraata götürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, e-2-2(117)-497/2025 nömrəli qərardadı (hakim: E.Hüseynova) ilə, şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsində isə qeyd edilmişdir ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İşdən müəyyən edilir ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi barədə məhkəməyə 205.77 manat məbləğində olan ********** nömrəli qəbz Elekton Məhkəmə İnformasiyaları Sistemi vasitəsilə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, hazırki iddia tələbinin “borc tələbinin ipoteka predmentinə yönəldilməsi” hissəsi qiymətləndirilməyən iddia olduğundan, həmin hissəyə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi “tələbinin ipoteka predmentinə yönəldilməsi” hissəsində ayrıca rüsum ödənilməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiya şikayətin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iddia ərizəsi verilən zaman irəli sürülən tələblər əlaqəli olmaqla bir-birinə bağlı tələblərdir. Odur ki, həmin tələblərlə bağlı ayrı-ayrı rüsum ödənilməsi tələb edilə bilməzdi. Yuxarıda qeyd edilənlər konteksində məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi rüsumun tam ödənilməməsi əsası ilə iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ona görə də, iddia ərizəsinin qeyd olunan əsasla geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi işin faktiki halına uyğun olmadığı kimi, tərəfin qanunla müəyyən edilmiş məhkəmə müdafiəsi hüququnun da məhdudlaşdırılmasına səbəb olmuşdur. Məhkəmələrə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı). Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, şikayət təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, e-2- 2(117)-497/2025 nömrəli qərardadı tam, həmin Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, e- 2-2(117)-497/2025 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi və mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Həmçinin, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrааldı: İddiaçı “İddiaçı ASC-nin şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, e-2-2(117)-497/2025 nömrəli qərardadı tam, həmin Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, e-2-2(117)- 497/2025 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmentinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi və mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar